Press "Enter" to skip to content

Agirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər – Təhsil eksperti

İstanbulda mərkəzə yaxınlaşdıqca sıxlıq artır. Avtobuslar isə ümumi nəqliyyat yollarından stifadə etdiyindən onlar da bu trafikdə durub gecikirlər. Bunlardan da taksilər məharətlə istifadə edir. Azvtobus gecikdikcə dayanacaq taksilərlə dolmağa başlayır. Bunları vaxtaşırı yol polisi qovlasa da reyddən 2 dəqiqə keçın kimi yenə taksilər dövr edib dayanacağa yan alırlar. Taksi bahadır. Mən bir dəfə sadəcə, getdiyim yolun orta qiymətini soruşdum. 25 TRY dedilər. Taksilərdə sayğac var, dəqiq giymət yolun solunda bilinir. Amma dayanacaqda bir nəfərlə söhbət edəndə, dedi ki, sayğacı istədikləri kimi çevirirlər. Bir də tanımadığın şəhər olduğundan səni daha uzun yolla apara bilir. Yuxarıda yazdıqın kimi, bazar günü avtobus gəlmədiyindən, bir dəfə taksi xidmətindən istifadə etmişəm. Dayanacaqda duran taksilərin birindən qiyməti soruşdum. Dedi 12-15 lirə arası olacaq. Mən bir az da dayanacaqda dayandıqdan sonra sürücü mənə dedi ki, 10 lirəyə də apara bilər. Amma dedi ki, ondan öncə duran şoferdən soruşum, əgər o 10 lirəyə aparmazsa, oturub onunla gedə bilərəm. Mən isə avtobusu gözləyəcəyimi bildirdim. Bir də gördüm şofer özü irəlidəkindən soruşub, “halallığı” alıb. Nə isə 10 lirəyə məni Kennedi prospekti ilə Cevizlik dayanacağından Çatladıkapıya gətirdi. Sayğac söndüyündən əsl qiyməti bilmədim.

Türkiyədə ictimai nəqliyyat

Avtobus(otobüs) iki növ olur, ictimai və şəxsi-ictimai. İctimai avtobuslar bələdiyyəyə məxsus olub İETT nişanı ilə işarələnirlər. Onlara elə “bələdiyyə otobüsü” də deyirlər. Bu avtobuslara minmədən öncə gərək bilet alasınız. Biletlər isə avtobus dayanacaqlarinda olmur. Onları qəzet kiosklarından əldə etmək olur. Hər kioskda da olmur. Mən bilet almaq üçün yaxındakı Cümhurittət meydanına gedirdim. Ora İETT avtobuslarının son dayanacağı idi. Bilet 1 və 2 dəfəlik olur. Birdəfəlik biletin qiyməti 3 TRY (Yeni Türk Lirəsi), ikidəfəlik biletin qiyməti isə 5 TRY idi. Bir də ictimai nəqliyyat kartları satılır ki, bunu alıb elə həmin kiosklarda doldura bilirsiniz. Biletlər RFID çip ilə təchiz olunub. Avtobusa minən zaman sürücünün yanındakı qurğuya yaxınlaşdırırsınız və keçırsiniz. Əgər bilet olmasa pulu sürücüyə də vermək olar. Bu zaman şürücü sizə öz biletinin verəcək ki, onu qurguya yaxınlaşdirasınız. Bir dəfə hətta pulu salonda oturanlardan birinə verib onun kartı ilə keşəni də gördüm. Bu avtobusların marşrutu haqda məlumatı http://www.iett.gov.tr saytından ala bilərsiniz. Mən bu sayda gedəcəyim yeri xəritədə nişanlayıb marşrutu, avtobusun nömrəsini və dayanacaqların sayını əvvəlcədən görürdüm. Amma bunun üçün gərək oteldə internetiniz və internetə cıxa biləcəyiniz kompüter və ya mobil qurğunuz olsun. Ümumiyyətlə kompüter və internet sizinlədirsə şox şey daha asan olur.

Bələdiyyə avtobuslarının ən böyük mənfi cəhəti odur ki, gec gəlirlər. Bunu elə son dayanacaqlardakı cədvəllərdən də görmər olar. İki avtobus arasında zaman fərqi cədvəl üzrə 35 dəqiqə olur. Həqiqətdə isə daha çox gözləməli olacaqsınız. Mən özün şənbə günü avtobusu 1 saat gözlədim. Səhər saat 8:00-dan gözləyib 9:00 –da mindim. Bilmədim, bəlkə şənbə olduğuna görə bu elə birinci avtobus idi. Durduğum dayanacaqda cədvəl olmadığından bunu bilə bilmədim. Bazar günü isə bir müddət gözləyib taksi ilə getdim. Avtobus gözləyərkən dayanacaqda durun, dövrəsində gəzişməyin. Əgər avtobus sürücüsü dayanacaqda sərnişin olduğunu görməsə və bu dayanacaqda düşən olmasa, saxlamayacaq.

Avtobusda dayanacaq əvvəlcədən elan olunur və salondakı ekranda göstərilir. Həmçinin növbəti dayanacağın da adı deyilir. Əgər növbəti dayanacaqda düşmək istəyirsinizsə qabaqcadan qapidakı düyməni basmalısıniz. Əgər düyməni basmasanız şofer yalnız qabaq qapını açıb yeni sərnişini mindərəcək. Əgər dayanacaqda heç kim olmasa heç avtobusu da dayandırmayacaq. Ona görə diqqətli olun ki, dayanacağı ötürməyəsiniz.

İstanbulda mərkəzə yaxınlaşdıqca sıxlıq artır. Avtobuslar isə ümumi nəqliyyat yollarından stifadə etdiyindən onlar da bu trafikdə durub gecikirlər. Bunlardan da taksilər məharətlə istifadə edir. Azvtobus gecikdikcə dayanacaq taksilərlə dolmağa başlayır. Bunları vaxtaşırı yol polisi qovlasa da reyddən 2 dəqiqə keçın kimi yenə taksilər dövr edib dayanacağa yan alırlar. Taksi bahadır. Mən bir dəfə sadəcə, getdiyim yolun orta qiymətini soruşdum. 25 TRY dedilər. Taksilərdə sayğac var, dəqiq giymət yolun solunda bilinir. Amma dayanacaqda bir nəfərlə söhbət edəndə, dedi ki, sayğacı istədikləri kimi çevirirlər. Bir də tanımadığın şəhər olduğundan səni daha uzun yolla apara bilir. Yuxarıda yazdıqın kimi, bazar günü avtobus gəlmədiyindən, bir dəfə taksi xidmətindən istifadə etmişəm. Dayanacaqda duran taksilərin birindən qiyməti soruşdum. Dedi 12-15 lirə arası olacaq. Mən bir az da dayanacaqda dayandıqdan sonra sürücü mənə dedi ki, 10 lirəyə də apara bilər. Amma dedi ki, ondan öncə duran şoferdən soruşum, əgər o 10 lirəyə aparmazsa, oturub onunla gedə bilərəm. Mən isə avtobusu gözləyəcəyimi bildirdim. Bir də gördüm şofer özü irəlidəkindən soruşub, “halallığı” alıb. Nə isə 10 lirəyə məni Kennedi prospekti ilə Cevizlik dayanacağından Çatladıkapıya gətirdi. Sayğac söndüyündən əsl qiyməti bilmədim.

Bələdiyyə avtobuslarının hərəsinin öz dayanacağı var. Son dayanacaqlarda hər avtobusun nömrəsi və bütün cədvəli də öz durağında vurulur. Ona görə nə qədər avtobus varsa, son dayanacaqda o qədər də duraq yeri olur. Adi iş günləri və şənbə/bazar günləri qrafik fərqlənir. Onə görə üç cür qrafik vurulur. Biri 1-5-ci günlər üçün, digəri şənbə günü üçün, və bir qrafik də bazar günü üçün.

Şəxsi-ictimai avtobuslar isə şirkətlərə məxsusdur. Bu avtobusların bəzilərində ictimai nəqliyyat kartları ışləyir. Bəzilərində isə nəğd pul ilə hesablaşırlar. Metro və metrobusdan istifadə etmədiyim üçün bu barədə bir məlumatın yoxdur. Metrobus deyəsən bizim əvvəllər tamıdığımız trolleybuslardır.

Tramvaylar daha tez gedir və kifayət qədər müasir dizayna malikdirlər. Bunların dayanacaqları şüşə bölgü ilə yoldan ayrılıb. Ora girərkən biletı qurğuya yaxınlaşdırıb turniketdən keçirsiniz. Qarşı tərəf isə, platforma tərəfi, tramvaya minmək üçün açıqdır.

Əgər bu məlumatdan faydalana bildinizsə, bu barədə öz fikrinizi aşağıda bildirin.

Digər məqalələr

Türk mətbəxi

Türkiyənin mətbəxi olduqca zəngin və məşhurdur. Bir neçə təamın mənasını açıqlayaq.

Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər – Təhsil eksperti

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bunun üçün artıq təkliflər də olunub:

“Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinə bununla bağlı təkliflərimizi bildirmişik. Təkliflərimiz ondan ibarətdir ki, xüsusi rayonlar üzrə sırf şagirdləri daşıyacaq avtobuslar olmalıdır. Misal üçün Bakı Nəqliyyat Agentliyi günün müəyyən saatlarında yalnız şagirdləri daşıyacaq avtobuslar ayıra bilər.

Bir şərtlə ki, həmin avtobuslar günün sonrakı saatlarında yenidən ictimai nəqliyyat üçün xəttə çıxarılmasın, çünki orada yoluxma riski var. Məsələn, yoluxmuş şəxslər oturacaqlara, tutacaqlara əllərini vurar və nəticədə uşaqlar da xəstələnə bilər.

Mütləq şəkildə Bakı şəhərində necə ki, müntəzəm marşrutlar işləyir, o qaydada rayonlar üzrə məktəbliləri daşıyacaq avtobuslar ayrılmalıdır. Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə gələcəklərsə, gəlməməkləri daha yaxşıdır”.

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər.

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.

Azərbaycanda Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər sabahdan – 1 avqust tarixindən qüvvəyə minəcək.

Belə olduğu halda Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərdə tutula bilərmi?

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev Modern.az saytına deyib ki, “Azərbaycan tələbə kartı” tələbələrə bəzi güzəştlər verir. O bildirib ki, “Azərbaycan tələbə kartı”nın tələbələrə paylanılması sürətlə davam edir və hazırda tələbələr bir çox məkanlarda bu kart vasitəsilə müxtəlif faizli endirimlərdən istifadə imkanı qazanırlar:

“Beynəlxalq təcrübəyə də baxdıqda dünyada tələbələrə güzəştlər tələbə kartları vasitəsilə edilir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təxminən 6 ildir tələbələrin istifadə etdiyi “Azərbaycan tələbə kartı” vasitəsilə tələbələr müxtəlif məkanlarda onlara təqdim edilən 10%-dən 55%-ə qədər endirimlərdən yararlanırlar. “Azərbaycan tələbə kartı” beynəlxalq xarakter daşıyır və kartın üzərində olan Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə tələbələr həm ölkə daxilində, həm də Avropada müxtəlif məkanlarda endirimlərdən faydalana bilirlər.

Təbii ki, tələbələri də nəqliyyat vasitələrinin aktiv istifadəçilərindən hesab etmək olar. Nəqliyyatda tələbələrə “Azərbaycan tələbə kartı” vasitəsilə endirimlər təklif olunması məsələsinə görə müvafiq qurumlarla artıq uzun müddətdir danışıqlar aparılır. Bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu məsələ ilə bağlı geniş məlumat verilib və “Azərbaycan tələbə kartı” sahiblərinin nəqliyyatdan güzəştlə istifadəsi haqqında təkliflər planı təqdim edilib. Nazirlik qiymət və tarif məsələlərinə Tarif Şurası tərəfindən baxıldığı barədə məlumat verib və hazırda Tarif Şurasına bununla bağlı hazırlanmış sənədlər və təkliflər paketi göndərilib”.

İ.Mustafayev qeyd edib ki, təklif paketinə uyğun olaraq tələbələrə hava nəqliyyatında, yerüstü nəqliyyat vasitələrində, həmçinin şəhər daxili və şəhərlərarası nəqliyyat vasitələrində endirimlər edilməsi ilə bağlı ciddi müzakirələr gedir:

Comments are closed, but trackbacks and pingbacks are open.