Press "Enter" to skip to content

Türkiynin konstitusiyası haqqinda

Bir qədər sonra Şinasi “Təsviri-əfkar” – fikirlərin, ideyaların ifadəçisi adlı öz xüsusi qəzetini yaratdı. Qəzet redaksiyası, İstanbulun ən mütərəqqi ünsürlərini öz ətrafında toplayan bir mərkəzə çevrilmişdi. Əski türklər adlanan mühafizəkarlardan fərqli olaraq, islahat tərəfdarları özlərini gənc türklər və ya yeni osmanlılar adlandırırdılar.Avropada bu hərəkat “Gənc Türkiyə” adını aldı, onun iştirakçılarını isə “gənc türklər” adlandırmağa başladılar.Yeni osmanlıların ən görkəmli nümayəndəsi, məmur ailəsində anadan olmuş Namiq Kamal idi. O, şair, dramaturq, publisist və siyasi xadim idi. Çox keçmədən, yeni osmanlıların maarifçilik fəaliyyəti böyüyüb, mövcud rejimi tənqid etməklə, sarayın özbaşınalığına, istibdada, israfçılığa qarşı, bu bəlaların müqəssirləri və təşkilatçılarına qarşı mübarizəyə çevrildi. Yeni osmanlıları təqib etməyə başladılar. Buna görə də yeni osmanlılar 1865-ci ildə İstanbulda gizli cəmiyyət yaratdılar. İlk vaxtlar bu cəmiyyət “Patriotizm ittifaqı” adlanırdı. Bir qədər son­ra “Yeni osmanlılar cəmiyyəti ”adını aldı və tarixə bu adla daxil oldu.Bu gizli cəmiyyətin yaradıcıları içərisində İbrahim Şinasi və Namiq Kamaldan başqa iri məmur və ədib Ziya bəyi,Əli Suavini, Krım müharibəsi zamanı türk ordusunun baş komandanı olmuş Ömər paşanı və başqalarını göstərmək olar. Gizli cəmiyyətin 245 üzvü var idi. Konspirativ məqsədlə cəmiyyət 7 nəfərlik qruplara bölünmüşdü.

Yeni osmanlılar və 1876-cı il konstitusiyası

Krım müharibəsindən sonra ölkədə narazılıq qüvvətlənirdi. 50-60-cı illərin yarımçıq, çox pis həyata keçirilən islahatları mülkdar-burjua təbəqələrini qane etmirdi. Bir sıra yerlərdə ağır vergilərə qarşı pərakəndə kəndli üsyanları baş verirdi.

Krım müharibəsindən sonra Balkan xalqları ilə Avropa ölkələrinin iqtisadi və ideoliji əlaqələri artdı. Bu sultan hökumətini qorxudurdu.

Balkan yarımadasının xalqları getdikcə daha artıq qətiyyətlə Türkiyə əsarətindən həmişəlik azad olmaq istəyirdilər. Əvvəldə qeyd etdiyimiz kimi, serblər 1862-ci ildə yenidən mübarizəyə qalxdılar və 1867-ci ildə türkləri serb torpaqlarından çıxıb getməyə məcbur etdilər. Bosniya və Hersoqovina kəndliləri təhkimçilik zülmünə qarşı 1860-1862-ci illərdə yenidən üsyan qaldırdılar. Moldova və Valaxiya knyazlıqlarından 1861-ci ildə Rumıniya dövləti yarandı. 1866-cı ildə Krit adasında yunanların böyük bir üsyanı baş verdi. Üsyançılar Yunanıstanla birləşməyə çalışırdılar.

XIX əsrin 60-cı illərində bolqar xalqının milli-azadlıq hərəkatı yeni yüksəliş dövrü keçirirdi. Bu hərəkat gedişində Xristo Botev, Qriqori Rakovski, Vasili Levski kimi görkəmli rəhbərlər irəli çıxdı. Dunay vilayətinin valisi (Bolqarıstanın qubernatoru) Midhət paşa əhalinin rəğbətini qazanmağa çalışırdı. O, yollar çəkdirir, sənayeyə, ticarətə, təhsil işinə himayəçilik edir, kənd təsərrüfatı kredit kassaları yaradırdı. Lakin Midhət paşanın bu siyasəti, milli-azadlıq hərəkatının qanunauyğun inkişafını dayandıra bilməzdi.

İmperiyanın şərqində də çıxışlar baş verirdi. 1858-ci ildə Livanda üsyan baş verdi və 1860-cı ildə xarici müdaxilə ilə nəticələndi. Nəticə etibarilə Livanın idarə olunmasına dair xüsusi qaydalar qəbul edildi və bunlar da Livana bir qədər muxtariyyət verirdi. Milli-azadlıq hərəkatının və türk xalqının öz içərisində narazılığın artması imperiyanın yeni siyasi böhran dövrünə daxil olduğunu göstərdi.

Belə bir vəziyyət o dövrdəki Türkiyə ictimai dairələrində dərin həyəcan doğururdu. İrticaçı mühafizəkarlar bütün fəlakətlərin əsas səbəblərini islahatlarda görürdülər, çünki bu islahatlar onların fikrincə, kafir xristianları təqlid etməkdən başqa bir şey deyildi. Bunun əksinə olaraq, radikal-liberal təbəqələr qəbul edilmiş islahatları olduqca məhdud və imperiyanın dağılmasının qarşısını almaq üçün qeyri-kafi hesab edirdilər. Bir qədər sonralar radikal-liberallar içərisindən bir cərəyan yetişdi ki, bunlar yeganə çıxış yolunu konstitusiyalı-parlamentar monarxiya yaradılmasında görürdülər. Bu cərəyanın tərəfdarları içərisində zabitlər, yeni yetişmiş məmurlar, aşağı təbəqələrin nümayəndələri, hətta əyanlar da var idi. Bu cərəyanın əsas nümayəndələri burjua sinfinə mənsub olmasalar da, həmin cərəyan yetişməkdə olan türk burjuaziyasının mənafeyini ifadə edirdi. II Mahmudun islahatları və tənzimat sayəsində bir çox türk gənci Avropa siyasi həyatı və burjua ideyaları ilə tanış olmaq imkanı əldə etmişdi.

Bu mütərəqqi hərəkat əvvəllər maarifçilik xarakteri daşıyırdı. Hərəkatın əsas nümayəndələri eyni zamanda istedadlı yazıçılar idi. Onlar milli türk ədəbiyyatının yaradılması, türk dilinin təmizliyi, ölkədə elmi biliklərin yayılması uğrunda mübarizə aparırdılar. Onlar “Osmanlı maarif cəmiyyəti”, “Kitab cəmiyyəti” yaratmışdılar. İlk vaxtlar bu cərəyanın nümayəndələri 1860-cı ildə təsis olunmuş “Tərcümani-əhval” qəzeti ətrafında birləşmişdilər. Qəzetin ilhamçısı və yeni cərəyanın ən görkəmli nümayəndəsi ədib və alim İbrahim Şinasi idi. Sıravi bir zabit oğlu olan İbrahim Şinasi Fransada 1848-ci il inqilabında iştirak etmiş, islahat hazırlanması işində Mustafa Rəşid paşanın əməkdaşı olmuşdu.

Bir qədər sonra Şinasi “Təsviri-əfkar” – fikirlərin, ideyaların ifadəçisi adlı öz xüsusi qəzetini yaratdı. Qəzet redaksiyası, İstanbulun ən mütərəqqi ünsürlərini öz ətrafında toplayan bir mərkəzə çevrilmişdi. Əski türklər adlanan mühafizəkarlardan fərqli olaraq, islahat tərəfdarları özlərini gənc türklər və ya yeni osmanlılar adlandırırdılar.Avropada bu hərəkat “Gənc Türkiyə” adını aldı, onun iştirakçılarını isə “gənc türklər” adlandırmağa başladılar.Yeni osmanlıların ən görkəmli nümayəndəsi, məmur ailəsində anadan olmuş Namiq Kamal idi. O, şair, dramaturq, publisist və siyasi xadim idi. Çox keçmədən, yeni osmanlıların maarifçilik fəaliyyəti böyüyüb, mövcud rejimi tənqid etməklə, sarayın özbaşınalığına, istibdada, israfçılığa qarşı, bu bəlaların müqəssirləri və təşkilatçılarına qarşı mübarizəyə çevrildi. Yeni osmanlıları təqib etməyə başladılar. Buna görə də yeni osmanlılar 1865-ci ildə İstanbulda gizli cəmiyyət yaratdılar. İlk vaxtlar bu cəmiyyət “Patriotizm ittifaqı” adlanırdı. Bir qədər son­ra “Yeni osmanlılar cəmiyyəti ”adını aldı və tarixə bu adla daxil oldu.Bu gizli cəmiyyətin yaradıcıları içərisində İbrahim Şinasi və Namiq Kamaldan başqa iri məmur və ədib Ziya bəyi,Əli Suavini, Krım müharibəsi zamanı türk ordusunun baş komandanı olmuş Ömər paşanı və başqalarını göstərmək olar. Gizli cəmiyyətin 245 üzvü var idi. Konspirativ məqsədlə cəmiyyət 7 nəfərlik qruplara bölünmüşdü.

Cəmiyyətin əsas tələbi konstitusiyalı monarxiya yaratmaq idi. Yeni osmanlılar ümid edirdilər ki, sultan Əbdül Əzizi konstitusiya verməyə məcbur edə bilərlər .1866-cı ildə onlar buna sui-qəsd yolu ilə nail olmaq istədilər. Lakin bunun üstü açıldı, yeni osmanlıların bir hissəsi həbs edildi, digərləri isə, o cümlədən Namiq Kamal xaricə qaçdılar. Sultan Əbdül Əziz yeni osmanlıların tərəfdarlarına divan tutdu. Avropaya mühacirət etmiş yeni osmanlılar tezliklə türk dilində öz qəzetlərini dərc etməyə başladılar. Bunlardan “Müxbir” (1867-ci ilin yanvarından Əli Suavi İstanbulda nəşr etdirirdi, 1867-1868-ci illərdə isə Londonda nəşr edilirdi) və “Hürriyyət”( 1869-1870-ci illərdə Namiq Kamal və Ziya bəy Londonda, sonralar isə Cenevrədə nəşr etdirirdilər) qəzetlərini göstərmək olar.

Prussiya ilə müharibədə Fransanın məğlubiyyətindən istifadə edərək 1870-ci il oktyabrın 30-da Rusiya –Paris müqaviləsinin Rusiyaya Qara dənizdə hərbi donanma saxlamağı və istehkamlar tikməyi qadağan edən maddələrinə bundan sonra riayət etməyəcəyini bildirmişdi.

İngiltərənin etirazlarına baxmayaraq, 1871-ci ilin əvvəlində Londonda ça­ğırılmış konfrans Rusiyanın bu hüququnu tanıdı. 1871-ci il 13 mart konvensi­yası ilə boğazların bütün ölkələrin, o cümlədən Rusiyanın hərbi gəmiləri üçün bağlı olması prinsipi təsdiqləndi. Rusiya ilə İngiltərə arasında rəqabət gücləndi. Yeni böyük dövlət Almaniya Yaxın Şərqdə ingilis-rus ziddiyyətlərini kəskinləşdirməklə onların gücünü və fikrini Avropa işlərindən yayındırmağa çalışırdı.

Bir müddət Porta beynəlxalq mövqeyini rus-türk münasibətlərini möhkəmləndirmək yolu ilə gücləndirmək istəyirdi. 1871-ci ildə Baş vəzir Əli paşanın ölü­mündən sonra, yeni baş vəzir Mahmud Nədim paşa rus səfiri İqnatyevlə sıx əlaqə saxlayırdı, o hətta “Mahmud Nədimov” ləqəbi qazanmışdı.

Məhz bu dövrdə yeni osmanlıların fəaliyyəti canlandı. Xaricdə nəşr olunan qəzetlərdə onlar Əbdül Əzizə və Nədim paşaya qarşı çıxış edirdilər, konstitusiya verilməsini tələb edirdilər. Onlar ölkənin avropalaşdırılması və Avropa dövlətlərilə, ilk növbədə İngiltərə ilə yaxınlaşma tərəfdarı, görkəmli dövlət xadimi Midhət paşanı öz tərəflərinə çəkə bildilər. Midhət paşa hesab edirdi ki, konstitusiyalı Türkiyə, çar Rusiyasına müqavimət göstərə bilər. Nədim paşa xaricdə mühacirətdə olan yeni osmanlıları Türkiyəyə çağırdı. Yeni osmanlıların liderləri, o cümlədən Namiq Kamal, bu amnistiyaya inandılar. Lakin Tür­kiyəyə qayıtdıqdan az sonra, həbs olundular və sürgün edildilər. İstanbula qayıtdıqdan sonra 1872-ci ilin iyununda Namiq Kamal “İbrət” qəzetini nəşr etdirməyə başlayır. Bu qəzet konstitusiya ideyalarının carçısına çevrildi. Bundan sonra Namiq Kamalı Geliboluya qəza rəisi göndərdilər. Onun yoldaşlarını da İstanbuldan sürgün etdilər. Qəzetin nəşri bir müddət dayandı, lakin 1872-ci ilin dekabrında paytaxta qayıdan Namiq Kamal “İbrət”qəzetini yenidən nəşr etdirməyə başladı. Kamal və tərəfdarlarının şöhrəti getdikcə artırdı. 1873-cü ilin martında Porta “İbrət” qəzetinin nəşrini tamamilə qadağan etdi, onun redaktoru isə Kipr adasına sürgün edildi. Onunla eyni vaxtda yeni osmanlıların tərəfdarı olan bir çox jurnalist və publisist də paytaxtdan sürgün olundu. Lakin onların fikirlərinin türk ziyalıları arasında yayılmasının qarşısını almaq mümkün olmadı.

XIX əsrin 70-ci illərinin əvvəllərində Osmanlı imperiyasını yenidən şiddətli iqtisadi böhran bürüdü.1874-cü ildə əşar vergisi 25% artırıldı. İltizamçılar tərəfindən natura şəklində alınan bu vergidən başqa, pul vergisi də qoyulmuşdu ki, bunu da dövlət məmurları toplayırdılar.

Kəndlilər bir sıra hallarda vergi zülmünə qarşı üsyan qaldırıb, vergi toplayanlara hücum edir, vergi siyahılarını ələ keçirib məhv edirdilər. Kəndlilər təkcə ağır vergidən deyil, habelə onların məhsulları üçün qoyulmuş məcburi aşağı qiymətlərdən, məhsullarını bir vilayətdən başqa vilayətə apararkən alınan daxili gömrüklərdən də əzab çəkirdilər. Bu gömrüklər bir də ona görə sənaye və ticarətə böyük zərər vururdu ki, xaricilər həmin gömrüklərdən azad idilər. 1874-cü ildə martın 14-də həmin gömrüklər ləğv edildi.Lakin daxili dəniz nəqliyyat xətləri ilə daşınan mallar üçün gömrük alınması saxlanılmışdı. Hökumət, ləğv edilən gömrüklərin əvəzini, əşar vergisini 25% artırmaqla ödədi.

Ağır yarımfeodal zülmü və hökm sürən özbaşınalıq, kənd təsərrüfatının inkişafına imkan verməyərək, kəndliləri müflisləşdirirdi. 1873-cü ildə quraqlıq nəticəsində bütün Kiçik Asiyanı aclıq bürüdü. Aclıq 1874-cü ildə də davam etdi. Bir çox kəndlilər şəhərə qaçdılar, bütöv kəndlər boş qaldı. Hökumət aclıqla mübarizə üçün nəinki heç bir tədbir görmədi, hətta kəndlilərdən tələb edirdi ki, həm öz vergilərini, həm də qaçmış kəndlilərin, bəzən isə, hətta ölənlərin də ver­gisini ödəsinlər.

1874-cü ildə dekabrda xaricilərə sənaye konsessiyaları verilməsi haqqında qanun qəbul edildi. Ölkəyə soxulan müxtəlif fırıldaqçılar konsessiya alaraq sənaye müəssisələri tikmir, möhtəkirliklə məşğul olurdular.

Xarici kapital Türkiyəni maliyyə iflası dərəcəsinə gətirib çıxardı. 1875-ci ildə Türkiyənin xarici borcu 5,3 milyard franka çatmışdı. Bunun yalnız 3 mil­yardı və ya 56%-i Türkiyəyə çatmışdı. Həmin il Osmanlı bankı konsessiyasının vaxtı daha 20 il uzadıldı. Xarici malların rəqabəti bir sıra sənaye sahələrinin tənəzzülünə səbəb oldu.

Kənd təsərrüfatının tənəzzülü, aclıq, sənaye durğunluğu, xarici iqtisadi zülm ölkəni maliyyə iflasına gətirib çıxardı. 1875-1876-cı maliyyə ilində büdcədə nəzərdə tutulan 570,5 milyon frank əvəzinə, 380 milyon frank gəlir əldə edilmişdi. Hökumət 1875-ci il oktyabrın 6-da elan etməyə məcbur oldu ki, qarşıdakı 5 il ərzində öz borclarını iki dəfə az həcmdə ödəyə biləcəkdir.

Beləliklə, maliyyə böhranı ölkədə iqtisadi böhranın daha da dərinləşməsinə, bu isə şiddətli siyasi böhrana səbəb oldu. Siyasi böhran Balkan xalqlarının ye­ni üsyanlarında özünü göstərdi. İqtisadi vəziyyətin çətinləşməsindən istifadə edən xarici qüvvələr ölkədəki milli azlıqları qiyamlara qalxmağa təşviq edirdilər.

Bolqarıstanda inqilabçı demokratlar Vasili Levskinin başçılığı altında ümumxalq üsyanına hazırlıq aparırdılar. Lakin 1872-ci ilin dekabrında Levski həbs olundu və 1873-cü il fevralın 6-da edam edildi.

Həmin illərin ən böyük milli-azadlıq hərəkatı, 1875-ci ilin mayında əvvəl Hersoqovinada baş verən və tezliklə Bosniyanı da bürüyən üsyan idi. Üsyan üçün bəhanə əşar vergisinin 25% artırılması oldu. Getdikcə üsyançılar yeni tələblər irəli sürürdülər: biyarın ləğv edilməsi, vergilərin azaldılması, iltizam sisteminin, əmək mükəlləfiyyətlərinin və hərbi hissələrin xüsusi evlərdə yerləşdirilməsi mükəlləfiyyətinin ləğv edilməsi və s. Bu antifeodal kəndli üsyanı idi, lakin o, milli-dini xarakter aldı. Çünki burada mülkədarlar əsasən müsəlman idilər, kəndlilər isə xristian.

Üsyançıların əsas kütləsini kəndlilər təşkil edirdi. Şəhər təbəqələri də kəndlilərin köməyinə gəldi və üsyan ümumxalq xarakteri aldı. Üsyana Peko Pavloviç, Luka Petkoviç və digərlərinin başçılıq etdiyi qərargah rəhbərlik edirdi. Hersoqovina və Bosniyadakı üsyan Serbiyada, Bolqarıstanda, Qaradağda və başqa Balkan ölkələrində, həmçinin Rusiyada dərin rəğbətlə qarşılandı.Üsyançılar Bosniya və Hersoqovinanın Türkiyədən ayrılıb, Serbiyaya birləşməsini tələb edirdilər.

1875-ci ilin payızında üsyançılara qarşı 35 min nəfərlik türk ordusu göndərildi. Bu orduya qarşı 13-14 min nəfər üsyançı vuruşurdu. Lakin türk ordusu üsyanı yatıra bilmirdi.

Bu üsyanın mühüm beynəlxalq nəticələri oldu. Üsyan “Yaxın Şərq” böhranına səbəb oldu. İngiltərə qorxurdu ki, Osmanlı imperiyası parçalanar və Rusiya üsyandan istifadə edərək Balkanlarda öz nüfuzunu genişləndirər; Avstriya-Macarıstan qorxurdu ki, üsyan onun slavyan təbəələrinə təsir göstərə bilər və buna görə Rusiyaya qarşı siyasətdə İngiltərə ilə əlbir idi. Buna baxmayaraq, Rusiyanın mövqeyi möhkəmləndi və 1875-1876-cı illərin “Yaxın Şərq” böhranında Rusiya böyük rol oynadı. Rusiyanın təkidi ilə dövlətlər 1876-cı il yanvarın 31-də Türkiyədən kollektiv surətdə tələb etdilər ki, Bosniya və Hersoqovinada inzibati islahatlar keçirsin. Rusiyanın təkliflərinə İngiltərə, Avstriya-Macarıstan və b. dövlətlərin müqavimət göstərməsi nəticəsində, bunlar çox mötədil xarakterli tələblər idi. Buna görə də üsyan rəhbərləri bununla razılaşmayıb bildirdilər ki, türk qoşunları Bosniya və Hersoqovinadan çıxarılma­yınca, onlar silahı yerə qoymayacaqlar.

Bu zaman Bolqarıstanda yeni üsyan başlandı. 1876-cı ilin aprelində Plovdiv, Vraçin, Tırnovo mahallarında və başqa mahallarda kəndlilər üsyan qaldırdılar. Lakin vahid rəhbərliyi olmayan bu dağınıq üsyan yatırıldı.

Aprel üsyanı “Yaxın Şərq” böhranını daha da kəskinləşdirdi. Rusiyanın öz mənafeyini güdmək məqsədilə olsa da, sultanın xristian təbəələrinin vəziyyətini yüngülləşdirmək səyləri İngiltərə, Avstriya-Macarıstan və b. dövlətlərin müqavimətinə rast gəlirdi. Bu dövlətlər Türkiyə və Rusiya arasında hərbi toqquşma salmaq üçün əllərindən gələni edirdilər.

1876-cı ilin mayında Makedoniyada çıxışlar baş verdi. Bu çıxışlar zamanı Salonikidə Almaniya və Fransa konsulları öldürüldü. 1876-cı il mayın 13-də Almaniya, Avstriya-Macarıstan və Rusiya “Berlin memorandmu” adlı sənəd qəbul etdilər. Onlar Osmanlı dövlətindən aşağıdakı məsələlərin həllini istədilər: Osmanlı qüvvələri ilə azlıqların dəstələri arasında iki aylıq atəşkəs bağlanması; həyata keçiriləcək islahatlarla bağlı Osmanlı dövlətinin azlıqlarla görüşməsi; azlıqların uğradığı zərərin ödənilməsi və məmləkətlərinə dönən şəxslərin bağışlanması; islahatlar başa çatanadək xristianların silah daşımalarına icazə verilməsi; islahatların Avropa dövlətlərinin konsullarının nəzarəti altında həyata keçirilməsi. Berlin memorandumuna Fransa və İtaliya da qoşuldu. Osmanlı dövləti üçün təhlükə yarandı. Avropa mətbuatı Osmanlı dövləti üzərinə hücuma keçdi. Bundan qəzəblənən xalq ayağa qalxdı. Məhz, belə bir vaxtda, yeni osmanlılar, xüsusilə geniş fəaliyyət göstərirdilər. Bu zaman yeni osmanlıların ən böyük nümayəndəsi Midhət paşa idi. Midhət paşa başda olmaqla yeni osmanlılar Sultan Əbdül Əzizi devirmək qərarına gəldilər. Onlar 1876-cı il mayın 22-də ruhani məktəbləri tələbələrinin-softaların nümayişini təşkil etdilər. Nümayişdə 5 minə yaxın adam iştirak edirdi, onların bir hissəsi silahlanmışdı.Onlar Mustafa Nədim paşanın istefasını tələb edirdilər.Sənətkarlar, tacirlər və fəhlələr də tələbələrə qoşuldular. 40 min nümayişçi saraya yaxınlaşdı. Qorxuya düşən sultan bütün kabinəni istefaya göndərdi və Midhət paşanın iştirakı ilə yeni kabinə təşkil edildi.Şeyxülislam da vəzifəsindən kənar edildi. Lakin bir neçə gün sonra sultanın narazı ünsürlərə divan tutmağa hazırlaşdığı məlum oldu. 1876-cı il mayın 30-da şeyxülislamın razılığı ilə Əbdül Əziz hakimiyyətdən devrildi. İslahat tərəfdarı kimi tanınan V Murad hakimiyyətə gəldi.Bir neçə gün sonra Əbdül Əziz öldürüldü. Rəsmi məlumatlara görə o, özünü öldürmüşdü. Miller yazır ki, bunun belə olmadığını hələ o vaxt xarici qəzetlər yazırdılar. Midhət paşanın məsləhəti ilə V Murad Namiq Kamalı və yeni osmanlıların digər liderlərini sürgündən qaytardı və sarayda onlara yüksək vəzifələr verdi.

Hersoqovina və Bosniya üsyançılarına yardım etmək üçün Serbiya, sonra isə Qaradağ Türkiyəyə müharibə elan etdilər.Lakin bundan 2 ay sonra, 1876-cı ilin avqustunda Serbiya böyük məğlubiyyətə uğradı. Balkanlarda yaranmış təhlükəli vəziyyət dövlətlər arasında yeni çəkişmələrə səbəb oldu. Rusiya yenidən Türkiyə ilə slavyan xalqları arasındakı ixtilafa dövlətlərin kollektiv müdaxiləsi məsələsini irəli sürdü. Bu vaxt yeni osmanlıların böyük ümid bəslədikləri V Muradın ruhi xəstəliyə tutulduğu məlum oldu. O, avqustun 31-də hakimiyyətdən salındı. Hakimiyyətə V Muradın qardaşı II Əbdül Həmid gəldi.O, təntənəli surətdə vəd verdi ki, konstitusiya qəbul ediləcək. Qısa müddətli barışıqdan sonra, Balkanlarda hərbi əməliyyatlar yenidən başlandı. Serbiya yenə də məğlub oldu. Rusiyanın təkidi ilə Türkiyə Serbiya ilə barışıq imzaladı.

Balkanlardakı ixtilafı həll etmək şərtlərini hazırlamaq üçün 1876-cı il dekabrın 11-də İstanbulda böyük dövlətlərin konfransı açıldı. Konfransa xarici işlər naziri Saffət paşa sədrlik edirdi. Midhət paşa ümid edirdi ki, konstitusi­yanın elan edilməsi, dövlətlərin müdaxiləsinin qarşısını ala bilər. Buna görə o, təkidlə sultandan tələb edirdi ki, konstitusiya qəbul edilsin. Sultan güzəştə gedib, Midhət paşanı baş vəzir təyin etdi. 1876-cı il dekabrın 23-də konfransın ilk plenar iclası zamanı, Türkəyədə konstitusiya verilməsi yaylım top atəşi ilə elan edildi. Bu manevr İstanbulda ingilis səfiri ilə danışıq əsasında təşkil edilmişdi. Lakin hiylə baş tutmadı. Rus səfiri İqnatyevin əsas rol oynadığı konfrans, türk nümayəndəsinin konstitusiya qəbul edilməsinə dair məlumatını sükutla dinlədi və işini davam etdirdi. Konstitusiya deputatlar palatasının və nümayəndələri təyin edilən senatın yaradılmasını nəzərdə tuturdu. Ölkədə yaşayan bütün xalqlara bərabər hüquqlar verir və sultanın hüquqlarını məhdudlaşdırırdı. Sultanın bütün təbəələri dilindən və dinindən asılı olmayaraq osmanlılar adlandırılırdılar.Konstitusiyanın 113-cü maddəsinə görə sultana dövlət təhlükəsizliyi üçün zərərli bilinən şəxslərin imperiya sərhədlərindən kənara sürgün etmək hüququ verilirdi. Sultan əvvəlki kimi yenə də xəlifə idi. Midhət paşa xəlifəliyin sultanlıqdan ayrılması tərəfdarı idi, lakin bunu konstitusiya layihəsinə salmağa cürət etmədi.

Sultanın baş vəziri və nazirləri təyin etmək, parlamenti buraxmaq, müharibə vəziyyəti elan etmək, mülki qanunları qüvvədən salmaq hüquqları var idi. Dövlət dili türk dili, dövlət dini isə islam dini elan edilirdi.

Bu konstitusiya Osmanlı dövləti tarixində mütərəqqi hadisə idi. Hələ konfrans davam edərkən Əbdül Həmid konstitusiyanı və onun müəllifi Midhət paşanı ön plana çəkirdi. Dövlətlər arasındakı ziddiyyətlər üzündən 1877-ci ilin əvvəllərində İstanbul konfransı bağlandı.İngiltərə Türkiyəni güzəştə getməməyə təhrik edirdi. Bundan sonra sultan konstitusiyadan və Midhət paşadan uzaqlaşmağa başladı. Onun əmri ilə Midhət paşa saraya dəvət olundu, həbs olunub, 113-cü maddəyə görə xaricə sürgün edildi. Namiq Kamal və yeni osmanlıların digər rəhbərləri də imperiyanın ucqarlarına sürgün olundular.

Formal olaraq Midhət konstitusiyası hələ mövcud idi. Onun əsasında parlament çağırıldı. 1877-ci il martın 19-da Türkiyədə I parlament açıldı. Parlament seçilmiş deputatlardan deyil, əyalət inzibati şuralarının üzvlərindən və təyin edilmiş şəxslərdən ibarət idi. Parlamentin 115 deputatından 69-u müsəlman, 46-sı isə qeyri-müsəlman idi. Parlament üzvlərinin böyük əksəriyyəti sultana itaətkar adamlar idi. Lakin belə bir parlamentdə də sultan məmurlarının ünvanına tənqidi səslər ucalırdı. Türkiyənin müharibəyə heç hazır olmadığını aşkara çıxaran rus-türk müharibəsi başlandıqdan sonra hökumətin tənqid edilməsi, xüsusilə qüvvətləndi.Osmanlı parlamenti ölkənin siyasi sistemində mühüm rol oynadı.

Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsinin nəticələri Osmanlı imperiyası üçün daha fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperiyalardan biri oldu. Onun torpaqları pay-püşk edildi. Müharibədə qalib çıxan Antanta dövlətləri, xüsusən İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyəni bir dövlət kimi ləğv etmək niyyətində idilər. İzmir və onun ətraf rayonları «bəxşiş» olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları bölgəsini işğal etdilər.
Türkiyə qarşısında “ölüm” ya «olum» məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 — 1938) rəhbərlik edirdi. O, Anadolunun müxtəlif ərazilərində pərakəndə halda fəaliyyət göstərən Hüquq Müdafiə Cəmiyyətlərini bir yerə topladı. 1919-cu ilin payızında keçirilən Ərzurum konfransında rəhbər mərkəz — Nümayəndələr Komitəsi təşkil olundu. Mustafa Kamal Paşa onun sədri seçildi. Onun təşəbbüsü ilə 1919-cu il sentyabrın əvvəlində Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi keçirildi. Konqres «Milli hüdudlar içində olan vətən torpağı bütövdür!» şüarını irəli sürdü.
Ərzurum və Sivas konqreslərində seçilmiş 15 nəfərdən ibarət Nümayəndələr Komitəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) açılanadək özünü ölkədə yeganə səlahiyyətli orqan elan etdi, 1920-ci il yanvarın 28-də Nümayəndələr komitəsi „Milli And“ (»Misaqi Milli”) qəbul etdi. Andda Mudros barışığı bağlanan andan Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyət və ərazi bütövlüyü toxunulmaz elan olunurdu.
«Milli And» işğalçıları təşvişə saldı. Onlar martın 16-da İstanbulda fövqəladə vəziyyət elan etdilər. Əsas hökumət binalarını, kazarmaları, poçtu, teleqrafı, hərbi ləvazimat anbarlarını və b. zəbt etdilər, deputat palatasını qovdular. Bir sözlə, İstanbulu işğal etdilər.
Bu hadisə xalqın qəzəbini coşdurdu. Bütün ölkədə «Rədd olsun işğalçılar!» şüarları ilə mitinq və nümayişlər başladı. Müvəqqəti hökumət vəzifəsini öz üzərinə götürən Nümayəndələr Komitəsi yeni Məclis çağırıldığını elan etdi. Aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal Paşa yekdilliklə TBMM-in sədri seçildi və onun başçılığı altında hökumət təşkil olundu. İstanbul hərbi məhkəməsinin Mustafa Kamal barədə edam hökmü verməsinə və Sultan tərəfindən onun təsdiq edilməsinə baxmayaraq xalq onu qətiyyətlə müdafiə etməyə qalxdı. Partizanlar və özünümüdafiə dəstələri Maraşı, İrfanı və Antepi işğalçılardan azad etdilər.
Kurtuluş savaşı (6 bölüm) 2. bölümə baxın.Şanlı türk əskəri!

Atatürk Qazi Mustafa Kamal (1881 — 1938) görk’mli dövlət, siyasi və hərbi xadim, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923 1938), Atatürk ləqəbi ona 1934-cü ildə Türkiye Böyük Millet Məclisi tərəfindən verilmişdi.Atatürk Gənc türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə (1909), İtaliya və Türkiyə (1911 — 1912), İkinci Balkan (1913) və Birinci dünya (1914 — 1918) müharibələrindi iştirak etmişdir. 1916-cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müdaxiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Türkiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919 — 1922). Sakariya döyüşündəki siyasətinə görə TBMM tərəfindin marşal rütbəsi və Qazi (Qalib) fəxri adlarını almışdır. 1923cü ilin oktyabrında Türkiyə Respublikasının ilk prezidenti seçilmiş və ömrünün sonunadək bu vəzifəni daşımışdır.


Müttəfiq dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yunanıstan) 1920-ci ilin iyununda Qərbi Anadolunun xeyli hissəsini və Rumeli işğal etdilər. Onlar avqustun 10-da sultan hökumətini Türkiyəni parçalamağı nəzərdə tutan Sevr müqaviləsini imzalamağa məcbur etdilər.TBMM Sevr müqaviləsini tanımaqdan imtina etdi və xalqın, vətənin mənafeyini satmış olan sultan hökumətini qanundan kənar saydı. Elə bu şəraitdə Antantanın təhriki ilə Ermənistan Türkiyəyə müharibə elan etdi. Qars, Oltun, Sarıqamış ermənilər tərəfindən işğal olundu.
Lakin Türkiyə qoşunları Kazım Qarabəkir Paşanın komandanlığı altında tezliklə hücuma keçərək işğal olunmuş əraziləri azad etdilər. Məğlub olan Ermənistan daşnak hökuməti təslim olaraq Gümrüdə sülh imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdahan və Arbvin vilayətləri də geri alındı.
1921-ci ilin yanvarında İnönü kəndi yaxınlığındakı uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsindəki irəliləyişlərinin qarşısı alındı. Həmin döyüşün komandanı İsmət Paşaya qələbəyə görə “İnönü” ləqəbi verildi. Bu döyüş Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi oldu. Yunanlar 1921-ci il mart ayının axırında ikinci İnönü döyüşündə də məğlub edildilər.
Türk qoşunları 1921-ci il sentyabrın 13-də ingilislərin təhriki ilə yenidən Sakariya istiqamətində hücuma keçən yunan qoşunları üzərində parlaq qələbə çaldılar. TBMM bu qələbəyə görə Mustafa Kamal Paşaya muşir (marşal) rütbəsi və «Qazi» adını verdi.
Bu qələbədən sonra Fransa və İtaliya Türkiyəyə qarşı müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək öz qoşunlarını Anadoludan çıxartdılar.Sakariya məğlubiyyətindən sonra müdafiəyə keçən yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək öz mövqelərini möhkəmlətməyə başladılar. Yunanlar türk qoşunlarının hücum etmək iqtidarında olmadığına ümid edərək vaxt qazanmaq məqsədilə işğal etdikləri torpaqları əllərində saxlayır, sülh imzalamaq barədə də düşünmürdülər.

Türk orduları TBMM son dərəcə məxfi şəkildə hazırladığı plan əsasında 1922-ci il avqustun 26-da Qocatəpə rayonunda güclü hücuma keçdilər. Onlar qısa müddət ərzində Afyon-Qarahisar xəttini yararaq 200 minlik yunan ordusunu mühasirəyə saldılar. Afyon azad edildi. Dumlupinar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar.
Anadolunu yunanlardan təmizləyən türk ordusu sentyabrın 9da İzmiri azad etdi. Oktyabrın 11-də Antanta dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar.Noyabrın 1-də TBMM sultan səltənətinin ləğv olunduğunu elan etdi.
Antanta ilə Türkiyə arasında aparılan danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi tanındı.
Beləliklə, türk milli dövlətçiliyi qorundu. O, öz mövcudluğunu beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etdirməyə nail oldu.
1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Qazi Mustafa Kamal Paşa prezident seçildi. Bununla Türkiyənin tarixində yeni mərhələ — demokratik tərəqqi mərhələsi başlandı.
1924-ci il aprelin 20-də Türkiyə Cumhuriyyətinin Anayasası (Konstitusiyası) qəbul olundu. Anayasada prezident Mustafa Kamalın respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsipləri öz təsbitini tapdı. Mustafa Kamal inqilabları kimi Türkiyə tarixinə daxil olan bu prinsiplər 20 — 30-cu illərdə real gerçəkliyə çevrildilər. Çox böyük xidmətlərinə görə 1934-cü ildə TBMM Mustafa Kamal Paşaya Atatürk soyadını verdi.

  • Teqlər:
  • Türkiyə tarixi
  • , Atatürk
  • , türk ordusu
  • , Sakarya
  • , Kurtuluş savaşı

Konstitusiya hüququnun əsasları.

Plan:
1. Konstitusuya hüququnun anlayışı.
2. Dövlətin əsas qanunu kimi Konstitusiyanın anlayışı və mahiyyəti.
3. AR vətəndaşlığı.
4. İnsan və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri.
5. Dövlət hakimiyyətinin anlayışı.
6. Yerli özünüidarəetmə.

Konstitusiya termini latın mənşəli olub təsis etmək , qurmaq deməkdir.
Konstitusiyanın dövlətin əsas qanunu kimi meydana gəlməsi burjua dövlətinin yaranması ilə bağlıdır.Konstitusiya tipli ilk aktlar ilk dəfə İngiltərədə qəbul edilmişdir.Ancaq B.Britaniya özü dünyada yeganə ölkədir ki,yazılı konstitusiyaya maliki deyildir.
İlk yazılı konstitusiya ABŞ-da 1787-ci ildə qəbul edilmişdir. Avropada isə ilk yazılı konstitusiya Polşa və Fransanın 1791-ci il Konstitusiya hesab edilir.
Konstitusiya – xüsusi hüququ xassələrə malik olan hüquqi aktdır.Konstitusiyada aşağıdakı əsas məsələlər öz əksini tapır:
– cəmiyyət və dövlət quruculuğunun əsas prinsipləri təsbit olunur.
– Dövlət hakimiyyətinin məxsusluğu və onu həyata keçirilməsi mexanizmi müəyyən olunur.
– Insan və vətəndaşın dövlət tərəfindən etiraf və mühafizə olunan hüquqları, azadlıqları və vəzifələri təsbit olunur.
Konstitusiya əsas qanun kimi təsbitedici xarakterə malikdir. Bu özünü konstitusiyanın tənzimetmə predmetində göstərir. O dövlətin konstitusiya quruluşunun əsaslarını, ərazi quruluşunu , insan və vətəndaşın əsas hüququ , azadlıqları və vəzifələrini, dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin təşkili və sistemini təsbit edərək ictimai həyatın bütün sahələrinə hüquqi təsir göstərir.Ona görə də konstitusiya normaları bütün dövlət idarəçili və hakimiyyət orqanları , siyasi və ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar üçün əsas hesab olunur.Konstitusiya normaları bütün digər hüquq normalarına münasibətdə ilkin hesab olunur.
AR Konstitusiyası 12.11.1995-ci ildə referendum yolu ilə qəbul edilmiş və 27.11.1995-ci ildə qüvvəyə minmişdir.2002-ci ilin 24 avqustunda və 19 mart 2009-cu il tarixdə keçirilən referendum nəticəsində ona bəzi əlavə və dəyişikliklər edilmişdir. O 5 bölmədən , 12 fəsildən və 158 maddədən ibarətdir.
AR Konstitusiyanın hüquqi xassələrinə aşağıdakılar aiddir:
– alilik
– ən yüksək hüquqi qüvvəyə malik olması
– hüquqi sistemin əsasını təşkil etməsi
– xüsusi hüquqi mühafizəsi
– qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.
AR Konstitusiyanın ilk bölməsi dövlət və cəmiyyətlə bağlı münasibətlərin tənzimlənməsinə həsr olunub. Dövlət və xalq konstitusiya hüququnun əsas subyektləridir. Konstitusiyanın 1-ci maddəsinə görə AR-da dövlət hakimiyyətinin yeganə mənbəyi azərb.xalqıdır. Xalq dedikdə AR ərazisində və ondan kənarda yaşayan , AR dövlətinə və onun qanunlarına tabe olan AR vətəndaşları başa düşülür. Xalq anlayışı ilə vətəndaşların məcmusu üst-üstə düşür.
Dövlət siyasi sistemin əsas ünsürü hesab olunur. Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərb.dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Dövlətin konstitusion əsasları bütün digər normalara münasibətdə ilkindir, çünki 3 əsas subyektin- şəxsiyyətin, cəmiyyətin, dövlətin qarşılıqlı münasibətlərinin ən əsas istiqamətlərini müəyyən edir.
Dövlətin hüquqi- siyasi əsaslarına dövlətin ərazi və quruluşunu, dövlət başçısı kimi prezidenti, silahlı qüvvələri, dövlət dilini, paytaxt və rəmzləri, demokratiyanı göstərmək olar.
– Dövlətin iqtisadi əsaslarına mülkiyyəti, pul vahidini, təbii ehtiyatları, borclara qoyulan məhdudiyyətləri aid etmək olar.
Dövlətin sosial əsasları kimi ailəni, dini, sosial inkişafı göstərmək olar.
Hər bir dövlət onun sosial –siyasi və hüquqi mahiyyətini müəyyən edən əlamətlərdən əlavə, həm də onun bir növ simasını müəyyən edən formal əsaslara, əlamətlərə malikdir. Bu cür əlamətlərə dövlətin inzibati mərkəzi, dövlətin dili və rəmzləri aiddir.
Hər bir dövlətin atributlarından biri onun öz dövlət orqanlarına malik olmasıdır. D/ orqanları dövlətin öz funksiyalarını həyata keçirmək üçün yaratdığı xüsusi təşkilatdır. Dövlət orqanı hakimiyyəti realizasiya etdiyindən dövlət adından çıxış edir.
AR-da dövlət hakimiyyəti orqanları müəyyən sistem təşkil edir və hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulur. Konstitusiyanın 7-ci mad-nin 3-cü hissəsinə əsasən
1) qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir;
2) icra hakimiyyəti AR prezidentinə mənsubdur;
3) məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.
Bu cür bölgü onunla əsaslandırılır ki, dövlət 3 əsas funksiyanı yerinə yetirməlidir;
1) qanunların qəbul edilməsi.
2) Qanunların icra edilməsi.
3) ədalət mühakiməsinin həyata keçirilməsi.
Ancaq bu işin siyasi tərəfi də vardır. Belə ki, demokratiyanın saxlanması, hakimiyyət səlahiyyətlərinin bir şəxsin və ya orqanın əlində cəmləşməsinin qarşısını almaq məqsədilə bu prinsip son dərəcə vacibdir.Belə olduqda hakimiyyətin bu 3 qolu bir-birinə nəzarət etmək, qanun pozuntularınıın qarşısını almaq imkanına malik olurlar.
Konstitusiyanın 81-ci maddəsinə əsasən qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Bu dövlət hakimiyyətinin nümayəndəli orqanıdır, yəni xalqın seçdiyi nümayəndələrdən – deputatlardan ibarətdir.Onların sayı 125-dir. MM-in deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilir.
MM-in hər bir çağırışının səlahiyyət müddəti 5 ildir. Hər çağırışın seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirlir. Deputatlığa passiv seçki hüququ 25 yaşdan əmələ gəlir.
MM yalnız 83 deputat seçildikdən sonra səlahiyyətli hesab olunur və ilk iclasını çağıra bilər.
MM-in əsas funksiyası qanunvericilik fəaliyyətidir. Qəbul olunmuş qanunlar 14 gün müddətində imzalanmaq üçün AR prezidentinə təqdim olunmalıdır.
MM- in səlahiyyətlərinə aşağıdakılar aiddir:
– inzibati ərazi bölgüsü
– dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
– prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət.
– AR hərbi doktrinasının təsdiqi
– AR Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsi , AR Ali Məhkəməsi və AR Apellyasiya məhkəməsi hakimlərinin təyin edilməsi
– Amnistiya elan edilməsi və s.
Konstitusiyanın 99-cu maddəsinə əsasən AR-da icra hakimiyyəti AR Prezidentinə mənsubdur.Prezidentin səlahiyyət müddəti 5 ildir. O səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bir şəxs iki dəfədən artıq AR Prezidenti seçilə bilməz.
Azərbaycan prezidentli respublika olunduğundan dövlətin də əsas vəzifəli şəxsi prezident hesab olunur. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərb.dövlətini təmsil edir. Prezident Azərb.dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün , AR-nın tərəfdar olduğu beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Prezident AR MM-nə seçkiləri təyin edir, qanunları imzalayır və dərc etdirir; nisbi veto hüququna malikdir və s. AR Prezidenti qanunları ona təqdim olunduğu gündən başlayaraq 56 gün ərzində imzalayır.
Prezident səlahiyyətinə vətəndaşlıq məsələləsinin həlli, siyasi sığınacaqlar verilməsi, dövlət təltifləri ilə təltif etmə, fəxri adların verilməsi, əfv etmə məsələləri də aid edilmişdir.
Prezident müəyyən hüquqi aktlar verir. Bunlar fərman və sərəncam adlanır.
Prezident öz səlahiyyətlərini həyata keçirmək məqsədilə AR Nazirlər Kabinetini yaradır. NK Prezidentin yuxarı icra orqanıdır. NK Prezidentə tabedir və onun qarşısında məsuliyyət daşıyır.
Məhkəmə hakimiyyəti AR Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi , Apellyasiya
Məhkəməsi, AR ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirilir.
Ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən həyata keçirilir.
Məhkəmə hakimiyyətinin konstitusion prinsipləri aşağıdakılardır:
– məhkəmələrin( hakimlərin) müstəqilliyi.
– Işlərə obyektiv baxılması
– Məhkəmələrin fəaliyyətinə təsir edilməsinin yol verilməzliyi.
– Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi.
– Aşkarlıq
– Məhkəmə icraatının bilavasitəliyi
– Çəkişmə prinsipi və s.
“ Məhkəmə və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli qanuna əsasən AR məhkəmə sisteminə aşağıdakılar daxildir.
1) rayon( şəhər ) məhkəmələri.
2) Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi
3) Hərbi məhkəmələr
4) Ağır cinayətlərə dair işlər üzrə AR Hərbi Məhkəməsi
5) Yerli iqtisad məhkəmələri
6) Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair AR İqtisad Məhkəməsi
7) NMR-nın Ali Məhkəməsi
8) AR Apellyasiya Məhkəməsi
9) AR Ali Məhləməsi.
Konstitusiyada səlahiyyəti, fəaliyyət istiqamətləri daha ətraflı şəkildə təsbit olunmuş yeganə məhkəmə hakimiyyəti orqanı Konstitusiya Məhkəməsidir.Konstitusiya Məhkəməsi vasitəsilə Konstitusiya nəzarəti tənzimlənir.
Konstitusiyada insan və vətəndaşların hüquq və azadlıqları da təsbit olunmuşdur. Bu hüquq və azadlıqlar aşağıdakı kimi təsnifləşdirilir.
1) şəxsi hüquq və azadlıqlar:
a) yaşamaq hüququ
b) bərabərlik hüququ
c) azadlıq hüququ
d) toxunulmazlıq hüququ
e) nigah hüququ və s.
2) siyasi hüquq və azadlıqlar
a) sərbəst toplaşmaq azadlığı
b) məlumat azadlığı
c) seçki hüququ
d) birləşmək hüququ və s.
3) iqtisadi , sosial mədəni hüquq və azadlıqlar.
a) mülkiyyət və əqli mülkiyyət hüququ
b) əmək hüququ,
c) tətil hüququ
d) sosial təminat hüququ
e) təhsil hüququ
f) azad sahibkarlıq hüququ və s.
Konstitusiya ilə tənzimlənən məsələlərdən biri də vətəndaşlıq hüququdur.( maddə 53). Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir. 52-ci maddəyə əsasən Azərb.dövlətinə mənsub olan , onunla siyasi və hüquqi bağlılığı , habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs AR vətəndaşıdır.
Vətəndaşlıq müəyyən prinsiplərə əsaslanır. Vətəndaşlıq prinsipləri dövlətin vətəndaşlığa münasibətini əks etdirir. Bu prinsiplər aşağıdakılardır:
1) ayrılmaz vətəndaşlıq 2) bərabər vətəndaşlıq 3) vahid vətəndaşlıq 4) vətəndaşın müdafiəsi.
Vətəndaşlıq fərd doğulduğu anda yaransa da onun dəyişdirilməsi mümkündür. Odur ki, qanunvericilikdə vətəndaşlığın yaranması və xitam mexanizmini işə salan hüquqi faktlar əks olunur və vətəndaşlığın əldə edilmə üsulları müəyyənləşdirilir. Bu üsullar aşağədakılardır:
1) filiasiya – fərdin doğulduğu andan dərhal vətəndaşlıq əldə etməsi.
2) Naturalizasiya – fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını əldə etməsi
3) Optasiya – fərdin bir neçə dövlətin vətəndaşlığından birini seçməsi.
4) Transfert – dövlətlər arasında ərazi dəyişməsi zamanı və ya yeni dövlət yarandıqda müvafiq ərazidə olan əhalinin bütövlükdə yeni dövlətin vətəndaşlığını qəbul etməsi.
Vətəndaşlığı təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə; 2) AR vətəndaşının şəxsiyyət vəsiqəsi ; 3) pasport.
– Doğum haqqında şəhadətnamə vətəndaş doğulduqda müəyyən yaşa qədər müvəqqqəti verilən sənəddir.
– Şəxsiyyət vəsiqəsi yalnız dövlət daxilində tətbiq edilir.
– Pasport AR hüdudlarından kənara çıxdıqda istifadə olunur və 3 kateqoriyaya bölünür:
1) ümumvətəndaş; 2) xidməti ; 3) diplomatik.

Comments are closed, but trackbacks and pingbacks are open.