Ziya Göyalpın müəllimi Əli bəy Hüseynzadə
Uzun illərdir müxtəlif səviyyələrdə türkdilli xalqların vahid dil, vahid əlifba və vahid himnə əsaslanan bir birliyinin yaradılması haqqında müzakirələr gedir. Əslində, bu birlik ideyasının kökləri çox qədimlərə söykənir. Elə Türk dünyasının böyük aydınları Ziya Göyalp və Əli bəy Hüseynzadənin düşüncələri də bu istiqamətə yönəlmişdi. Indi Türk xalqlarının Avropa Ittifaqı kimi bir birlik qurmasını zəruri hesab edənlər həmin qurumun ideologiyasının da Ziya Göyalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər millətçi ziyalıların düşüncələri üzərində formalaşmasını dönə-dönə vurğulayırlar. Zaman keçir, dünya dəyişir və tarix göstərir ki, bu dəyərli aydınların təxminən yüz il əvvəl irəli sürdükləri ideyalara bu gün də böyük ehtiyac var.
Vətənim
Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dilini, mədəniyyətini və s. görür. Deməli, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz.
Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin üçboyalı bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu üçboyalı bayraqda Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. Ancaq təəssüflər olsun ki, bir çoxlarımız milli baryaq ideyasını kifayət qədər anlamırıq və yaxud da anlamaqda çətinlki çəkirik. Hətta bəziləri üçün üçboyalı milli bayrağımız yalnız rənglər və bezdən ibarət maddi bir mahiyyət daşıyır. Halbuki, bayrağı milli bayraq edən nə bez, nə də onun təsviri deyildir. Milli bayrağın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti və s. onun boyalarındakı mənəvi-ideoloji mənası ilə bağlıdır. Bu baxımdan milli bayrağı yalnız ayrı-ayrı rənglərin təsadüfi bir toplusu kimi görmək, hər boya haqqında bir anlayış işlədib bununla kifayətlənmək və s. doğru deyildir.
Fikrimizcə, bu gün milli bayrağın fəlsəfi-ideoloji mənasının dərkindəki problemlərin nəticəsidir ki, Azərbaycan türk bayrağı İranda, Belçikada və b. ölkələrdə aşağılananda (məsələn, milli bayrağımız tərsinə asılanda və s.) bir toplum olaraq buna anındaca nəinki yetərli, heç onun yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli bayrağa qarşı istər daxildə, istərsə də xaricdə xoşagəlməz hallara yalnız rəsmi dövlət səviyyəsində deyil, bir millət olaraq göstərilən təpkilər də çox zəifdir. Bunun səbəbini ilk növbədə, milli bayrağın yaranma tarixini istənilən şəkildə öyrənməməyimizdə, onun mənəvi-ideoloji mənasını lazımınca qavramamaqda, təhsilmizdəki problemlərdə və s. axtarmalıyıq.
Bugünkü Azərbaycan türk bayrağı rəsmi şəkildə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi yaransa da, onun tarixi türkün tarixi qədər qədimdir. Şübhəsiz, bu bayrağın hər boyasında türk millətinin özü izi, dəsti-xətti vardır. Öncə qeyd etməyi zəruri bilirik ki, Azərbaycan Cümhuriyyətinin ilk bayrağı, fonunda aypara və səkkizgüşəli ulduz olmaqla yalnız qırımızı-al boyadan ibarət olmuşdur. Həmin dövrdə də, bu gün də həmin bayraq, kiçik fərqlə – aypara və beşgüşəli ulduz olmaqla Türkiyə Cümhuriyyətinin bayrağıdır. Türkiyə və Azərbaycanın bayraqlarının oxşarlığını 1918-ci ildə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi aparmaq üçün, Azərbaycana gələn milli ziyalılarımızdan Əli bəy Hüseynzadə də görmüşdür. Əli bəy yazır: «Bayrağı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm». Deməli, Ə.Hüseynzadə cüzi fərqi nəzərə almasaq, Azərbaycan və Türkiyə bayrağını türk bayrağı kimi xarakterizə etmiş, bundan çıxış edərək hər iki ölkənin türk dövləti olduğunu vurğulamışdı.
Ümumiyyətlə, qeyd etməyi vacib bilirik ki, həmin dövrdə hər iki türk dövlətinin eyni bayrağı daşıması Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusilə, antitürk qüvvələr (ruslar, ermənilər, farslar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham edir, onun müstəqilliyinə kölgə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayrağı yenisi ilə, yəni üçboyalı bayraqla əvəz etməli oldular.
Ancaq Azərbaycan Cümhuriyyətinin yeni üçboyalı bayrağı özündən əvvəlki təkboyalı al-qırmızı bayrağı nəinki inkar etmiş, əksinə mənəvi-ideoloji mənada onu tamamlamışdı. Başqa sözlə, Cümhuriyyətin ikinci bayrağında al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla yanaşı, türklüyü və islamlığı ifadə edən göy və yaşıl rənglərin öz ifadəsini tapması ilə, milli bayraq tam bir mənəvi-ideoloji dəyər kəsb etmişdi. Bu baxımdan təkboyalı bayrağın üçboyalı bayraqla əvəz olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdı.
Üçboyalı bayrağın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım» – deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideyasının təməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünki Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü. Bunu, Ə.Hüseynzadə belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq müsəlman türklər həm islam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar. O yazır: «Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz». Beləliklə, Ə.Hüseynzadənin türk xalqlarına çatdırmaq istədiyi fikir ondan ibarət idi ki, milli ruhlu ziyalılar islamçılıq və türkçülüklə yanaşı, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Avropanın müsbət dəyərlərini də təbliğ edəcəkdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!».
Tanınmış türkçü Yusif Akçuraoğluna görə, Ə.Hüseynzadənin bu «üçlü» düsturu çox keçmədən türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir. Belə ki, Z.Gökalp 1910-cu illərdə Ə.Hüseynzadənin yolunu davam etdirərək onun «türkləşmək, islamlaşmaq və avropalaqmaq» ideyasını «Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm» kimi formulə etmişdi. 1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc etdirdiyi silsilə məqalələrində Z.Gökalp yazırdı: «Türkləşmək, islamlaşmaq məfkurələri arasında bir çatışma olmadığı kimi, bunlarla müasirləşmək ehtiyacı arasında da bir çəkişmə mövcud deyildir… O halda hər birinin nüfuz dairəsini təyin edərək bu üç cərəyanın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunları bir ehtiyacın üç müxtəlif nöqtədən götürülmüş səhifələri olduğunu anlayaraq müasir bir islam türklüyü ibda etməliyiz».
Türkiyədə olduğu dövrdə (1911-1913) Z.Gökalp, Y.Akçuraoğlu, Ə.Hüseynzadə və başqa türkçülərdən bu «üçlü» düsturu mənimsəyən və onu Azərbaycan türkçülüyünün məfkurəsi halına gətirən M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə 1918-ci ildə milli bayrağın simvolarına çevrilən türkçülüyü, islamçılığı və müasirliyi ardıcıl olaraq belə ifadə etmişdi: «Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz – məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızmızdır… Dincə – müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (yeniləşmə) vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, mühtərək bir yazıya, xülasə ortaq bir mədəniyyətə malikiz… Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zamanə adamı olmalıyız… Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqə üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin ictimai həyatının islahı üçün üzərinə dayandığımız üç payeyi-mədəniyyət!»
M.Ə.Rəsulzadə bu üç prinsipə sadiq qalaraq, onları Azərbaycan-türk bayrağında ifadə etmiş və Parlamentin ilk iclasındakı çıxışında onun siyasi-ideoloji mənasını belə izah etmişdi: «Müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir!». M.Ə.Rəsulzadə parlamentin növbəti iclasında isə milli bayrağın mənəvi-ideoloji mənasını bir qədər də açmışdı: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (Allah eləməsin)- islama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».
M.Ə.Rəsulzadənin bu sözlərində inkarolunmaz elə bir həqiqət var idi ki, 70 illik SSRİ imperiyası belə milli bayraq fəlsəfəsini Azərbaycan-türk insanının şüurunda silə bilməmişdi. Əksinə, milli bayraqdakı üçboya və səkkizguşəli aypara onların ruhuna və mənəviyyatın əbədi həkk olunmuşdu. Hətta bu boyalar insanlar üçün o qədər doğmalaşmışdı ki, bəzən onlardan birinin digərini ifadə etməsi halları belə olmuşdu. Məsələn, 1919-cu ilin 28 mayında «Bir yaş» məqaləsində tanınmış ziyalımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir. Deməli, Ü.Hacıbəyli qırmızı boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında qəbul etmişdir. Biz burada Ü.Hacıbəylinin nədən bayrağmızın boyalarına fərqli şəkildə yozmasını geniş izah etmədən, burada mavi rəngin mədəniyyət kimi yozulmasına diqqəti cəlb etmək istərdik. Fikrimizcə, mədəniyyət və müasirlik anlayışları heç də bir-birinə tamamilə yaxın istilahlar deyildir. Əgər «müasirlik» dar məna daşıyıb özündə yalnız bu günün dəyərlərini və tələblərini əks etdirsirə, «mədəniyyət» anlayış daha geniş məna kəsb edərək nəinki bu günün, həm də keçmişin və gələcəyin nişanəsidir. Eyni zamanda «mədəniyyət» anlayışında milli və dini dəyrlərlə yanaşı, Qərb-Avropa mədəniyyətinin mütərəqqi cəhətlərinin də öz əksini tapması mümkündür: demokratiya və mədəniyyət.
Bizə elə gəlir ki, bu baxımdan milli bayraqdakı boyaların fəlsəfi-ideoloji mənasını M.Ə.Rəsulzadə daha aydın ifadə etmişdi. Onun fikrincə, milli bayrağın məzmun və mənası «müasir bir türk və islam siyasi mövcudluğu» ilə bağlıdır. Burada qeyd edilən «müasir bir türk və islam» kəlməsi göstərir ki, «müasirlik» dedikdə, ilk növbədə milli və dini sahədə, yəni islamda və türklükdə yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü – dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, M.Ə.Rəsulzadənin bayrağın mənası ilə bağlı, kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir. O yazır: «Azərbaycan bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüd (yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» – düsturunu ifadə etmiş olur». Deməli, Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını yeniləşmə və inqilab kimi başa düşmüşdür. Bu baxımdan «yeniləşmə və inqilab» dünyəvilik (layiqlik) məfhumu ilə bağlıdır.
Bizə elə gəlir ki, Azərbaycan türk bayrağında öz əksini tapmış göy rəngin türklüyü ifadə etməsinin də böyük mənəvi-ideoloji anlamı var. Bu boya ilk növbədə, qədim türklərdə mövcud olmuş dini inanc – Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklər Tanrıya «Göy Tanrı» deyə müraciət edirdilər. Türklərdə «göy» səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy boya müqəddəs göyün olduğu kimi, həm də Tanrının simvolu idi. Bir sözlə, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaşmaq» ideoloji modelinin bir istiqamətini simvollaşdırmışdır. Bu baxımdan türkçülüyün simvolu olan göy boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy boya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – təkallahlılığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tanrıçılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tanrıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.
Milli bayrağımızdakı boyaların mənəvi-ideoloji mənası ilə bağlı Əhməd Cavad, Cəfər Cabbarlı və b. şair-mütəfəkkirlərmiz də dəyərli fikirlər irəli sürmüşdü. Bu baxımdan Əhməd Cavadın yazdığı «Azərbaycan bayrağına» şeiri dövrünün ən gözəl incilərindən biri hesab oluna bilər. O, bu şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliyindən və s. bəhs edir:
«Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!».
Başqa tanınmış Azərbaycan türk ziyalısı Cəfər Cabbarlı 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycan bayrağına» şeirində isə üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının fəlsəfi-ideoloji izahını belə verir:
«Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmyan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın».
Bizə elə gəlir ki, Azərbaycan təhsilində və tədrisində yuxarıda qeyd etdiyimiz bilgilər öz doğru əksini taparsa, Azərbaycan-türk insan milli bayraq məfkurəsini daha yaxından mənimsəyər və ona mənən də sahib çıxar. Bunun üçün, bu gün yeni nəslə Hüseynzadələrin, Rəsulzadələrin, Cavadların, Cabbarlıların və başqalarının milli ruhlu ideyaları aşılanmalı və onlarda milli bayraq sevgisi yaradılmalıdır.
Faiq Ələkbərov (Qəzənfəroğlu)
Ziya Göyalpın müəllimi Əli bəy Hüseynzadə.
Uzun illərdir müxtəlif səviyyələrdə türkdilli xalqların vahid dil, vahid əlifba və vahid himnə əsaslanan bir birliyinin yaradılması haqqında müzakirələr gedir. Əslində, bu birlik ideyasının kökləri çox qədimlərə söykənir. Elə Türk dünyasının böyük aydınları Ziya Göyalp və Əli bəy Hüseynzadənin düşüncələri də bu istiqamətə yönəlmişdi. Indi Türk xalqlarının Avropa Ittifaqı kimi bir birlik qurmasını zəruri hesab edənlər həmin qurumun ideologiyasının da Ziya Göyalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər millətçi ziyalıların düşüncələri üzərində formalaşmasını dönə-dönə vurğulayırlar. Zaman keçir, dünya dəyişir və tarix göstərir ki, bu dəyərli aydınların təxminən yüz il əvvəl irəli sürdükləri ideyalara bu gün də böyük ehtiyac var.
Çox zaman bir sıra araşdırmaçıların qarışıq saldığı, dolaşdırdığı bu fikir daşıyıcılarının kimliyi, əslində, mənbələrdə tam aydın ifadə olunub. “Bildiyiniz kimi, 1880-ci illərdə Ismayıl bəy Qaspiralının “Işdə, fikirdə, dildə birlik” şüarı səsləndirilirdi. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. Atatürk deyirdi ki, mənim iki atam var. Biri cismani atam Əli, biri də mənəvi atam Ziya Göyalpdır. Ziya Göyalp isə deyirdi ki, mənim müəllimim Əli bəy Hüseynzadədir. Əhməd Cəfəroğlu deyirdi ki, Əli bəy Hüseynzadə Türklüyün imamıdır. Bir qrup gənc 1890-cı illərdə Türkiyədə cəmləşirlər.
Orada Türkiyədən Ziya Göyalp, Uraldan Yusuf Akçura, Orta Asiyadan, Türküstandan müxtəlif böyük təşkilatçılar, ziyalılar bir araya gəlirlər. “Ittihadi Türk Cəmiyyət”ini yaradırlar ki, gələcəkdə bu “Ittihad və Tərəqqi” adlı böyük bir siyasi təşkilata çevriləcəkdir. Həmin şəxslər türk dövlətlərinə dağılışırlar ki, Türk Dünyası üçün vacib olan ideyanı həyata keçirsinlər. Həmin vaxt da Əli bəy Hüseynzadə Azərbaycana gəlir. Belə işlərin də reallaşdırılması üçün müəyyən maliyyə imkanları olmalıdır. Bu işdə də Əli bəyə Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev yardımçı olur və o, Əhməd bəy Ağaoğlu ilə bir yerdə 1905-ci ildə “Həyat” qəzetini çıxarırlar. Bundan az sonra “Füyuzat” jurnalı işıq üzü görür. “Həyat” qəzetində Əli bəy Hüseynzadə türklüyün məqsədini, türk birliyini nə demək olduğunu əminliklə yazırdı. Əli bəyin şüarı beləydi. “Türkləşmək, islamlaşmaq, müasirləşmək”. Bu gün səslənən qloballaşma məsələsini Ziya Göyalpla Əli Bəy Hüseynzadə XX əsrin əvvəllərində gündəmə gətirmişdilər” (Tofiq Hacıyev-akademik).
“Əli bəyin üçlü düsturu”.
1928-ci ildə də Yusuf Akçura həmin fikrində israrlıydı: “Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas, türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra Istanbulda çox işlənmişdir. Məsələn, Göyalp Ziya bəy “türkləşmək, islamlaşmaq, müasirləşmək” məsələsi haqqında bir çox yazılar yazmışdır”. Nəzəriyyə iyirminci yüzilin əvvəllərinə aiddir və onu türk cəmiyyətinə, türk ictimai fikrinə aşılayanlar isə bütün hallarda Əli bəyin çevrəsində hərəkət edirlər. “Yaradılış etibarilə filosof təbiətli, dərvişməşrəb” olan Əli bəy Hüseynzadə gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı çırağın işığında çözülür.
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə “Iqbal” qəzetində dərc etdirdiyi “Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri” məqaləsində yazırdı: “Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə “Füyuzat” məcmuəsinin fazil mühərriri “Türk qanlı, islam imanlı və firəng fikirli olalım” demişdi; sonra türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla qullanmış və eyni şüar sonra “Açıq söz” qəzetinin başlığı altında bulunmuşdur”. “Qafqaz türkləri” əsərində də M.Ə. Rəsulzadə mövcud qənaətini təsbit edərək yazırdı: “Gərçi “Füyuzat” məcmuəsi. türkçülük mövzusunu daha əvvəl tərvic eyləmiş, hətta mərhum Ziya bəyin sonralar “türk millətindənəm, islam ümmətindənəm və Qərb mədəniyyətindənəm” şüarı ilə ifadə etdiyi mənanı, Hüseynzadə Əli bəy “türk qanlı, islam imanlı və firəng qiyafəli olalım” formulu ilə bəyan etmişdi”.
Qərbli türkoloqlar da “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanmasının Əli bəy Hüseynzadə ilə başlaması qənaətində yekdildirlər. François Georgieon Yusuf Akçuradan bəhs edən məşhur “Türk milliyyətçiliyinin kökənləri” kitabında yazırdı: “Əslində bu formulu kəşf edən Azərbaycan kökənli başqa bir Rusiya türkü olan Hüseynzadə Əli idi və bunu 1907-ci ildə, Bakıda yayımlanan “Füyuzat” dərgisindəki bir məqaləsində ortaya atmışdı”. Yakob M.Landau da “Pantürkizm” əsərində eyni fikri davam etdirirdi: “Qafqazlı. Əli Hüseynzadə 1907-ci ildə “Füyuzat” dərgisində türk milliyyətçiliyinin amacını türkçülük, islamçılıq, avropaçılıq olarak bəlikliyordu. Onun yaklaşımı kəndi xalqı arasında milliyətçiliyin nətliyə qovuşmasında üç aşamayı yansıtdı. Bu üç aşama içində türkçülük ən zor və anlamlı ünsür oluyordu”.
Azərbaycan bayrağının rənglərində əksini tapan ideologiya
Yusuf Akçura “Türkləşmək, islamlaşmaq, müasirləşmək formulu əsasında Hüseynzadə Əli bəyə aiddir”, Ziya Göyalp isə “Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı” – deyir
Ziya Göyalpın Əli bəy Hüseynzadə haqqında qənaətlərinə gəlincə, Bay Mehmet Tevfiqin Əli bəy tərəfindən də dəyərləndirilən yazısında bildirdiyi kimi, “. Ziya Göyalp ilk şüurlu milliyyət fikrini Hüseynzadədən iqtibas edən zümrə içində idi. Mərhumun farikaları arasında qədirşünaslıq da vardı. Hüseynzadənin fəzli-təqəddümünü elan etməkdən çəkinməz və haqqında çox dərin bir hörmət göstərərdi. Hüseynzadəyə “yalavac” ləqəbini verən Ziya Göyalpdır”.
Əli bəyə qədər “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu meydanda yoxdur. Heç bir halda yoxdur. Ayrılıqda Mirzə Fətəli Axundovun avropalaşmaq, Seyid Cəmaləddin Əfqaninin islamlaşmaq təlimləri meydanda olsa da, yaxud Əli Suavinin irəli sürülən bütün məsələlər barədə aydın və prinsipial fikirləri olsa da, məlum məfkurə üçlüsü bütövlükdə Azərbaycanın və Türkiyənin dövlət düşüncəsinin təməlinə Əli bəy Hüseynzadənin fəlsəfəsindən miras qalır. Təməl prinsipi şəkilləndirən, ona nəzəri biçim verib türk fikir həyatına aşılayan Əli bəy Hüseynzadədir. Bu barədə hətta mübahisə açmaq belə yersizdir. “Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədir” məqaləsində Ildəniz Qurtulan yazırdı: “Bu məsələni mən uzun illər tələbəsi olduğum Mirzə Baladan öyrənmişdim. Bəllidir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran “türkləşmə, islamlaşma, müasirləşmə” prinsiplərinin ilk dəfə Ziya Göyalp tərəfindən irəli sürüldüyü sanılır. Bu, yanlış fikirdir, çünki həmin üç amili bir prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir.
Azərbaycan türklüyü artıq bu tarixdən sonra qəti olaraq icma dövrünü başa vurdu və milliyyət dövrünə qədəm qoydu. Böyük alim, türkçülüyün ilk mütəfəkkiri Əli bəy Hüseynzadəyə türklük, islamiyyət və müasir Avropa mədəniyyətinə bir tezis, antitezis və sintez şəklində prinsip olaraq müəyyənləşdirmək şərəfi nəsib olmuşdur”. Əli bəy Hüseynzadənin belə bir təşəbbüsdə olduğunu hələ 1928-ci ildə “Məktubi-məxsus”u incələyən Yusuf Akçura görüb dəyərləndirmişdi: “. Əli bəy. müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir”.
Əslində, birlik ideyasının reallaşması kontekstindən yanaşsaq, belə mübahisələrin aparılması belə yersizdir. Önəmli olan bir əsrdən bəri ideya olaraq qalan Türk birliyi ideyası istiqamətində real addımlar atmaqdır. O birlik ki, onu Əli bəy Hüseynzadə də, Ziya Göyalp da, Yusuf Akçura da eyni dərcədə arzulayırdı.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Türkləşmək islamlaşmaq müasirləşmək
Затрагивая различные идеологические аспекты, мы несправедливо обошли вниманием тему государства. А если быть точнее, тему идеального тюркского государства нынешнего времени. Каким оно должно быть с нашей точки зрения? Какую идею нести в себе? На кого равняться и с кого брать пример? Пришло время расставить все точки над “i”.
Для начала сделаю отступление. Совершенно очевидно, что “идеал” является чем-то абстрактным, тем, что в нашем понимании является совершенным, безупречным, лишенным изъяна. Точно также, совершенно ясно, что достичь абсолютного идеала не является возможным. Однако, можно максимально приблизиться к этому идеалу, и примеров из мировой истории тут полным-полно.
В последнее время, говоря о азербайджанских националистах, те или иные люди (будь они из нас или нет) делают странные, порой удивительнейшие выводы. Одни считают нашим идеалом единую тюркскую страну Туран, другие считают нас сторонниками национал-социалистического государства, третьи представляют нас сторонниками возрождения тюрко-азербайджанской империи (а-ля неосефевизм), а четвертые и вовсе лепят нам клише либерастов, толерастов и мильтукультуралистов.
Все эти обвинения лишены какого-либо разумного основания и в своей основе строятся на личных догадках этих людей. Людям свойственно додумывать за других, не спрашивая своего вопроса открыто, напрямую. Видя у нас материалы, охватывающие разные периоды истории Азербайджана, упоминания как АДР, так и АзССР; как Азербайджанского легиона, так и участие азербайджанцев в рядах Красной Армии; наконец, наш антиисламизм и одновременное освещение колоссального вклада азербайджанцев в исламские науки, у них, как говорят ныне, происходит “разрыв шаблона”.
Было бы странно, если было бы иначе. Зависимое и стереотипное мышление присуще людскому роду. Если ты сторонник Расулзаде, то какого черта смеешь писать про период Азербайджана в составе СССР?! Если поминаешь Абдулрахмана Фаталибейли, то как можешь ты поминать и Ази Асланова?! Коли ты против исламистов, которых в последнее время пруд-пруди, от саудо-саляфитских проповедников до хомейнистов-иранофилов, то какого черта ты пишешь про выдающихся суннитских и шиитских ученых азербайджанского происхождения?!
Таково мышление живущих по шаблонам. Им невдомек, что презрение к СССР и рабам погибшей Империи не означает плевка на свою историю, даже на ее самые черные страницы. Они не понимают и не поймут смысла простых пяти слов “это была не наша война” и находясь в своем блаженном заблуждении, будут клеймить нас либо “фашистами” (деды-то воевали, ага), либо “совками” (это националистов, ага). И точно так же, им кажется чем-то фантасмагорическим убежденный мусульманин, который почитает великих просветителей в истории ислама, но презирает неучей, фанатиков и лицемеров наподобие хомейнистов.
Без сомнения, эта их стереотипность распространяется и на наше видение государственного строя. Выше я уже изложил несколько вариаций того, какой тип государства мы, как полагают они, считаем идеальным. Но это их видение, взгляд со стороны. Теперь же настало время нашего ответа.
Азербайджанские националисты в лице Azeri nationalist 1/7 убеждены, что выбор того или иного государственного строя в разные периоды истории всецело зависит от реалий времени. Так, в Средние века тюркские государства в абсолютном большинстве основывались на феодально-теократическом строе. Проще говоря, в основе строили религиозные государства. Можно долго писать, рассуждать об этом, излагать сотни и тысячи, я уверен, обоснованных доводов того, что это было неправильно и государство, всецело основанное на религиозном мышлении – это не наш путь. Но мы не можем отрицать исторические факты. А они таковы, что в те времена точно такая же ситуация была, думаю не ошибусь если скажу, что во всем мире. В том числе и в Европе, так как монополия и радикально-агрессивная политика Римско-Католической церкви, Инквизиция, массовые гонения на “нехристей”, многочисленные христианские военные ордена, фанатичные орды крестоносцев – все это из реалий того времени.
По этой причине, мы можем только принять данный исторический факт и, оплакивая жертв Чалдыранской битвы с обеих сторон, только признать, что таково было время и другого пути в те далекие времена попросту не было. Действительно, думаю каждому здравомыслящему человеку было бы абсурдно и комично представлять существование в те темные периоды истории демократическую Сефевидскую республику во главе с президентом Исмаилом Сефеви. Однако, времена меняются, приходит весна. И эта прекрасная долгожданная весна приносит с собой появление на мировой арене нового, независимого и, что очень важно, прогрессивного тюркского государства под названием “Азербайджанская Демократическая Республика”, которая на своем флаге отразила короткую, но универсальную формулу, тот самый несломленный идеал государства азербайджанских тюрков, который пережил кровавого левацко-большевистского монстра.
Звучит эта формула, этот идеал просто: Türkləşmək, islamlaşmaq, müasirləşmək ( “Тюркизироваться, исламизироваться, модернизироваться”). Абсурдным было бы считать, что под “исламизированием” идеологи АДР понимали параноидальные разговоры о мировых заговорах, возвеличивание иранских мулл или соблюдение желательных молитв в повседневной жизни каждого азери тюрка. Не для этого они пролили столько пота и извергали тысячи слов против теократического невежества и отсталости, чтобы получив независимость, тут же вновь в него пасть. Речь о более глобальных вещах – исламском самосознании, истинном (а не ложном и двуличном) сотрудничестве и взаимопомощи между исповедующими ислам народами, НО сохраняя при этом свое “Я” и ни перед кем его не унижая. Как говорил Расулзаде, “. не существует христианской национальности и точно так же не существует и исламской. В этом большом мусульманском доме должны иметься отдельные комнаты для тюрков, персов и арабов”.
Мы, не являясь адептами культа какого-то отдельного человека или идеолога, при этом отдаем предпочтение взглядам Мамед Эмина и Абульфаза Эльчибея. Что это значит? Мы свободны в выборе разных аспектов идеологии. Нам чуждо слепое следование за кем-то. Мы можем быть несогласными с “антиазерийской” (т.е. направленной против называния нашего народа “азери”; “азери тюрками”) позицией Эльчибея и с считать маловероятной его теорию о изначальном тюркском населении Азербайджана, но это вовсе не означает, что мы ставим под сомнение его антикоммунистические взгляды или созданный во многом благодаря ему идеал национал-демократического Единого Азербайджана. Точно также, мы можем восхищаться политической отвагой Расулзаде, без конца внимать его провидческим словам “Придет день, и солнце 28 мая вновь взойдет над Родиной”, но это не означает нашего согласия с Мамед Эмин-беком абсолютно во всем, пусть даже мы и считаем его истинным лидером нашего народа. Однако, из идеологов тюркского национализма и тюркизма мы отдаем предпочтение двум вышеназванным.
Это означает, что наш идеал тюркского государства XXI века – это прогрессивное демократическое государство, которая выбирает прозападный путь развития, при этом заявляя открыто и без какой-либо фальши: “Нация первична!”, этим заявляя приверженность идеям азербайджанского национализма (кроме собственно идеи воссоединения территориального единства азери тюрков, речь о первостепенной роли изучении родного языка, культуры, воздаяние должного родной истории, национальным героям, переосмыслении нашего исторического пути и т.д.) и здравого, основанного на равных правах и возможностях политического тюркизма, реального единства и взаимовыручки между независимыми тюркскими государствами. Твердо стоять на ногах и рука об руку идти к прогрессивному будущему, к новым достижениям и победам совместно с тюркскими братьями – вот наше стремление. Видеть Азербайджан и другие тюркские страны, объединенные в крепкий военный и экономический союз, и вместе сотрудничающие (или, что лучше, сами вступившие) с НАТО и ЕС – вот наша мечта.
Поэтому, наш идеал тюркского государства XXI века – это не “новый каганат”, не единая страна Туран, не национал-социалистический Азербайджан, презираемый всеми, не либералистский, тонущий в грязи толерастии и безличия край, не провинция в составе России, Турции или Ирана, не пешка в руках фанатичных орд скрывающихся под маской “истинного ислама” арабофилов, а национал-демократический Азербайджан, близкий по типу нынешним странам Прибалтики или Польши, который, отдавая должное техническому прогрессу и развитию, не терял бы своего лица. Не Марксом и Энгельсом мы восхищаемся. Не Гитлером, Муссолини и Эволой. Но Пилсудским, Маннергеймом, Ататюрком и Расулзаде.
Comments are closed, but trackbacks and pingbacks are open.