Hamam lavabosundan bir drenaj tıxacını necə çıxarmaq olar
İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:
Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ
Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.
Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.
İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:
– Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).
– Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).
– Böyrəküstü vəzilərin şişləri.
– Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).
– Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.
Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.
Həkimlərin tövsiyələrini sizə təqdim edirik:
1. Duzun qəbulunu azaldın!
Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.
Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.
Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.
2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!
İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).
Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.
3. Daha çox hərəkət edin!
Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.
Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir – piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.
Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.
4. Kifayət qədər yatın və dincəlin!
Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.
Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.
Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın – mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.
5. Neqativ xəbərlərdən uzaq olun!
Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.
6. Düzgün qidalanın, artıq çəki yığmayın!
Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.
Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.
Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.
Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.
Saglamolun.Az
Hamam lavabosundan bir drenaj tıxacını necə çıxarmaq olar
Hamam yuyucusu şampun, sabun, saç, diş pastası və onları bağlaya biləcək digər materialları boşalda bilər. Ayrıca, boşaltma tapası bəzən korroziyaya uğrayır və düzgün işləməyini dayandırır. Kimyəvi drenaj açacaqlarının tez-tez istifadəsi drenaj tapasına və borulara zərər verə bilər. Drenaj tapasının banyonun lavabosundan çıxarılması təcrübə və az alət tələb edən sadə bir prosesdir. Layihə ümumiyyətlə təxminən 15 dəqiqə ərzində tamamlana bilər.
- Drenaj tapasını açıb bağlayan qolu qaldıraraq lavabonun boşaltma deliyini tamamilə bağlayın.
- Lavabonun ətrafına bükülmədən və divarın içərisinə keçmədən əvvəl lavabonun dibindən aşağıya doğru uzanan düz P-tələsinin uzunluğuna baxın.
- P-tələsinin yuxarı hissəsindən çıxan və lavabonun altından da uzanan düz metal hissədəki deliklərdən birinə uzanan metal pivot çubuğunu tapın.
- Metal dönmə çubuğunun daha qısa ucunu P-tələsinə qarşı yerində saxlayan tutma qozunu – lazım olduqda kəlbətinlərlə tutun və saat əqrəbinin əksinə bir hərəkətlə açın.
İpucu
Yerdə oturan və işlədiyiniz şüanı istiqamətləndirən bir fənər hazırlayın. Drenaj tapasını təmizləyin və lazım olduqda dəyişdirin.
Xəbərdarlıq
Drenajı təmizləmək üçün kimyəvi maddələrdən istifadə edildikdə yanmalardan qorunmaq üçün qoruyucu gözlük və möhkəm plastik əlcəklərdən istifadə edin. Lavaboda işləyərkən heç vaxt həddindən artıq güc istifadə etməyin.
Comments are closed, but trackbacks and pingbacks are open.