T xalları. Səbəblər və müalicəsi – FOTO
Xüsusiyyətləri – Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.
QATIQ HAQQINDA BİLMƏDİKLƏRİMİZ
Qatığı südün mayalanmasından alırlar. Qatıqyağlı və yarımyağlı olmaqla iki qrupa ayrılır. Ən yaxşı qatıq qoyun və camış südündən alınan qatıqdır.
Xüsusiyyətləri – Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.
Tarixi – Qatığın ilk dəfə necə hazırlanması ilə bağlı kifayət qədər məlumat olmasa da, qədim türk dilində “qatıq” sözünə ancaq VIII əsrdən sonrakı mənbələrdə rast gəlinir. Qatığın Avropada yayılması ilə bağlı ilk məlumatı isə fransız tibb tarixində rast gəlmək olar. Avropada, xüsusilə də, Amerikada qatığa “bolqar südü” adı verilmişdir. Buna səbəb isə M. Qriqorov adlı bir bolqar həkiminin XIX əsrin sonunda İsveçrənin Cenevrə şəhərində apardığı araşdırmalarda qatıqdakı “laktobacillus bulgaricus” mikrobunu kəşf etməsidir. Qatığın Avropada geniş yayılmasında rus bakterioloqu Metçnekovun irəli sürdüyü tezislərdə az rol oynamamışdır. Çünki Metçnekov qatığın ömrü uzatdığını irəli sürür, buna misal olaraq Qafqaz və Balkan ölkələrindəki uzunömürlüləri göstərirdi. Qatıq Avrovada sürətlə yayıldıqdan sonra Amerikaya aparılmışdır. Asiya və Afrikada qatığın yayılması türklərin adı ilə bağlıdır. Çində qatığın mövcudluğunu isə Marko Palonun yazılarından görmək olar.
Qatığın tərkibi – Qatıq tərkib baxımından südə çox yaxındır. Digər süd məhsullarında südün tərkibinə qatılan maddələrin miqdarından asılı olaraq dəyişiklik daha çoxdur. Südlə qatıq arasındakı fərq özünü daha çox quru maddədə və süd şəkərində (laktoza) göstərir. Bu dəyişikliklər isə əsasən südün emalı zamanı baş verir. Qatığın ümumi tərkib cədvəli belədir: Su 80-86%, quru maddə 14-20%, yağ 2-8%, protein 4-8%, süd şəkəri 2-5%, mineral maddə 0.8-1.2%, turşuluq 0.9%.
Qatiq və sağlamlığımız – Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır.
Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır.
Səhərlər səhər yeməyindən sonra yeyilən qatıq həzmi asanlaşdırır, bağırsaqların fəaliyyətinə kömək edir. Qatıq bütün yaşlara uyğundur. Ancaq mədəsində və onikibarmaq bağırsağında yara olanlar üçün təhlükəli ola bilər. Qatıq xəstələr və xəstəlik nəticəsində zəifləmiş orqanizmlər üçün də faydalıdır. Eyni zamanda qatıq bağırsaqlarda olan təhlükəli mikrobların çoxalmalarına mane olur. Tif və islah zamanı qatıq dərman kimi tövsiyə olunur. Qatıq tuberkulozlu xəstələrə antibiotik təsiri göstərir. Eyni zamanda yoluxucu xəstəliklərin mualicəsində də olduqca əhəmiyyətlidir. Yoluxucu qara ciyər iltihabında (hepatit) və dietik müalicələrdə istifadə olunur. Bundan başqa, üzə və boyuna sürtdükdə dərini canlandırır.
Süzmə qatıq – Qatığı uzun müddət saxlamaq üçün xüsusi torbalarda süzürlər ki, bu cür qatıqlara da süzmə qatıq deyilir. Süzmə qatığı hazırlamaq üçün əvvəlcə qatığın qaymağını alır, qalan hissəsini isə torbalara dolduraraq süzmək üçün asırlar. Bir qədər sonra qatılaşır. Alınan qatığı dəmir qablara dolduraraq saxlayırlar. Lazım olduqda isə su ilə qarışdıraraq adi qatıq kimi istifadə edirlər.
Ət xalları. Səbəblər və müalicəsi – FOTO
Ət xalları (papillomalar) əsasən 35-40 yaşından sonra əmələ gəlir. Cavan insanlarda və uşaqlarda ət xallarına çox nadir hallarda təsadüf edilir.
Ət xalları dərinin müxtəlif yerlərində, xüsusilə boyunda, qöz qapaqlarının üzərində, qasıq və qoltuğaltı nahiyəsində, qadınlarda süd vəzilərinin altında inkişaf edir. Ət xalları adətən müxtəlif səbəblərə görə immun sisteminin zəiflənməsi fonunda (stress, hər hansı xəstəlik, qadınlarda hamiləlik və klimaks dövrü, yaşla bağlı) əmələ gəlirlər.
Bu kiçik şişlərin yeganə əmələ gəlmə səbəbi insan papilloması virusudur (İPV). Bu virus insanların arasında herpes virusundan sonra ən yayımış virus sayılır. Belə hesab olunur ki, insanların təxminən 70%-i bu virusa yoluxur. Virus cinsi və məişət yolu ilə keçir.
Təəssüf ki, orqanizmə düşdükdən sonra virus burada həmişəlik qalır. Hal hazırda bu virusu tam müalicə edən tibbi vasitələr yoxdur. Virus əleyhinə və immuniteti möhkəmləndirən preparatların köməyi ilə yalnız bu virusun aktivliyini azaltmaq mümkündür.
Həkimlər dərinin üzərində olan papillomaları xaric etməyi tövsiyə edirlər, xüsusilə şişlərin travmaya məruz qalması riski yüksəkdirsə (paltarlara sürtünmə, qırxma zamanı və s.). Tez-tez zədələnən papillomanın xərçəngə çevrilə bilər.
Müasir tibdə papillomalar əsasən lazer, radiodalğa, maye azotla xaric olunur. Bütün bu vasitələr təhlükəsiz və, demək olar, ağrısızdır. Papillomaları dermatoloqlar müalicə edir. Papillomanı xaric etdikdən sonra xəstəyə həmçinin viris əleyhinə və immuniteti möhkəmləndirən preparatlar da təyin oluna bilər.
Həkimlər papillomaları ev şəraitində xaric etməyi tövsiyə etmir. Bu həm lazım olan effekt verməyəcək (bir müddətdən sonra papilloma bu yerdə yenidən əmələ gələcək), həm də təhlükəlidir ki, papillomanın xərçəngə çevrilməsi riski artır.
Bileti necə qaytara bilərəm? — Bloq aviasales.az
biletin tarifindən və aviaşirkətin qaydalarından asılıdır. Bəzi tariflərdə bileti yalnız əlavə ödənişlə qaytara bilərsiniz, bəzilərində isə ödənişsiz.
Əgər reysiniz təxirə düşübsə, satıcı onu vauçerlə də əvəzləyə bilər. Bu o deməkdir ki, digər uçuşlara vauçer dəyərində bilet seçə bilərsiniz. Qaydaları öyrənmək üçün və ya biletinizi qaytarmaq üçün satıcı ilə əlaqə saxlamalısınız. Satıcının adı və əlaqə məlumatı sizə biletlə bir yerdə göndərilir.
Reysə gecikmişəm
- Hava limanında aviaşirkətin nümayəndələrinə yaxınlaşın və gecikmə nişanını xahiş edin.
- Satıcı ilə əlaqə saxlayın, biletinizi və gecikmə nişanını göndərin. Satıcının adı və əlaqə məlumatı sizə biletlə bir yerdə göndərilir.
- Vəziyyəti onlara izah edin və biletin qaytarılması və ya əlavə ödənişlə dəyişdirilməsi haqqında məlumat alın
Xəstələnmişəm, uça bilməyəcəyəm
- Satıcı ilə əlaqə saxlayın və xəstəlik ucbatından uça bilməyəcəyiniz haqqında məlumatlandırın. Bileti xəstəliyə görə qaytarmaq istədiyinizi deyin. Satıcının adı və əlaqə məlumata sizə biletlə bir yerdə göndərilir.
- Satıcı sizə hansı sənədlərin tələb olunacağı və qaytarılacaq məbləğ haqqında məlumat verəcək.
Aviasales niyə özü biletləri qaytarmır?
Çünki Aviasales axtarış sistemidir. Biz bilet satmırıq, sizə ən rahatını tapmaqda köməklik göstəririk.
Sistemimiz belə işləyir:
- Siz aviasales saytına daxil olursunuz, uçuş istiqamətini və tarixini seçirsiniz, “bilet tapmaq” düyməsini basırsınız.
- Mövcud biletlər siyahısından sizə lazım olan bileti seçirsiniz və “almaq” düyməsini basırsınız.
- Sizi satıcının saytına yönəldirik, orada məlumatınızı daxil edirsiniz və bileti alırsınız.
- Elektron bilet alış zamanı qeyd etdiyiniz e-mail ünvanına göndərilir
Ümumiləşdirsək, aviasales bilet axtarışında “google” kimidir. Bizim saytımızda axtarış edirsiniz, alış üçün isə satıcının saytına keçirsiniz.
Bizim saytımızın üstünlüyü nədən ibarətdir?
- Bir neçə saniyə ərzində bir pəncərədə 750+ şirkətin biletlərinin qiymətlərinə və detallarına baxıb müqayisə edirsiniz.
- Filtrlərdən istifadə edərək istəyinizə tam uyğun biletləri tapırsınız.
- Heç bir əlavə və ya gizli ödəniş olmadan keçirsiniz birbaşa satıcının saytına.
Ətraflı istifadə qaydalarımızı bu məqalədə oxuya bilərsiniz: Aviasales.az saytından istifadə qaydaları
Comments are closed, but trackbacks and pingbacks are open.