Press "Enter" to skip to content

Təzyiqi endirən qidalar hansılardır

Süd məhsulları kalsium, damar sağlığı, damar tıxanıqlığının qarşısını almaq üçün gərəkli minerallara sahibdir. Bu məhsullardan istifadə edərək təzyiqinizi normada saxlaya bilərsiniz.

Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ

Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:

– Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

– Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

– Böyrəküstü vəzilərin şişləri.

– Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

– Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!

İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!

Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir – piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.

Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!

Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın – mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!

Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!

Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

Saglamolun.Az

Təzyiqi endirən qidalar hansılardır?

Yüksək təzyiq damarlardakı qan dövranını normalda yuxarı hissəsinin 120, aşağı hissəsinin isə 80 olmasıdır. Uzunmüddətli yüksək təzyiqdən əziyyət çəkənlər beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur.

İmmunitet.az təzyiqi nəzarətdə saxlayan qidaları təqdim edir:

İlk olaraq meyvə, tərəvəz və süd məhsullarına diqqət etmək vacibdir.

Tərkibindəki liflər, potasium, maqnezium və digər minerallarla səhhətinizə diqqət etməyinizə kömək edəcək. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən istifadə təzyiq xəstələrinə faydalıdır.

Brokoli, ispanaq, kartof, pomidor kimi tərəvəzləri təzyiqinizi endirmək üçün istifafə edə bilərsiniz.

Meyvələr də tərəvəzlər kimi lif, vitamin və mineral tərkibi ilə təzyiqi aşağı salmağa kömək edəcək. Təzə meyvə yerinə meyvə suyu içirsinizsə, suların yeni sıxılmış olmasına və şəkər tozu əlavə edilib-edilmədiyinə diqqət edin. Şəkər tozu tövsiyə edilmir.

Süd məhsulları kalsium, damar sağlığı, damar tıxanıqlığının qarşısını almaq üçün gərəkli minerallara sahibdir. Bu məhsullardan istifadə edərək təzyiqinizi normada saxlaya bilərsiniz.

Qeyd edək ki, istifadə edilən süd məhsullar yağsız olmalıdır.

Çiyələk, qovun, alma, banan, şaftalı, ananas yüksək təzyiqi tənzimləyən meyvələrdir.

Balıq, təzyiqi aşağı salmaq üçün proteinlə zəngin olan qidadır.

Badam, fındıq, qoz, fısdıq kimi qidalar yağ qaynağı olduğu üçün hər gün yeyə bilərsiniz.

Çoxlu duz təzyiqi yüksəldir. Duz əvəzinə qurudulmuş ədviyyatlardan istifadə edərək sodiumun zərərli təsirlərindən qoruna bilərsiniz.

Təzyiqi necə artırmaq olar?

Tez-tez daim zəiflik, başgicəllənmə və baş ağrıları hipotansiyonda simptomlardır. Hər yaşdakı insanlar, gənclərdən təqaüdçülərə təzyiq artırmağa çalışırlar. Belə bir vəziyyət bir insanın fiziki və zehni fəaliyyətinə mənfi təsir göstərir. Bu yazıda aşağı qan təzyiqinin səbəbləri, simptomları və müalicəsini nəzərdən keçirəcəyik .

Arterial təzyiq aşağıdakı amillərdən asılıdır:

  1. Damar tonu. Əslində, əzələlərin rahatlaşdığı zaman, gəmilərdə təzyiq sırasıyla bir gerilimdə azalır – artır.
  2. Qəlbin işləri. Bir insanın ciddi xəstəliklərə məruz qaldığı, ürəyin zəiflədiyi, qan təzyiqinin aşağı olması.
  3. Kardiyovaskulyar sistemin sağlamlığına və fəaliyyətinə birbaşa təsir edən digər amillər.

Aşağı təzyiq aşağıdakı səbəblərdən yarana bilər:

  • Uzadılmış stress;
  • Depressiya;
  • Meteoroloji və iqlim şəraiti. Məsələn, yüksək hava istiliyi, hava şəraitinin qəfil dəyişməsi, atmosfer təzyiqində dəyişikliklər insan sağlamlığını pis təsir edə bilər;
  • Tez-tez yüklənmə, həm də zehni və fiziki;
  • Bəzi dərmanlar həm təzyiqi artırır, həm də aşağılaya bilər.

Aşağı təzyiq əlamətləri

Uzun müddətdir bir insan tam bir həyat yaşayır və heç bir nöbet ve kiçik acıya diqqət etməz. Ancaq xəstəliklər daimi bir xarakter daşdıqda, qarışıqlıq başlayır və insanlar həkimə gedəcəklər. Aşağıdakı təzyiqin tanınması mümkün olan bir sıra xüsusiyyətləri vurğulamaq lazımdır:

  • Xəstəlik, yorğunluq;
  • Zehni bacarıqların azalması;
  • Sakitlik;
  • Bədbəxtlik;
  • Periyodik baş dönmə;
  • İsti havalarda sağlamlıq vəziyyətinin pis olması;
  • Tez-tez yawning;
  • Motion xəstəliyinə meyl;
  • Baş ağrıları;
  • Xurma və ayaqların tərləməsi;
  • Gözlərindəki qaranlıq və onlardan öncə sönən “uçur”;
  • Qəlbin ağrısı;
  • Fiziki fəaliyyətlə əlaqəli problemlər;
  • İstilik dəyişikliklərinə ağrılı bir reaksiya.

Evdəki təzyiqi necə artırmaq olar?

Bu diaqnozla, ən vacib şey düzgün rejimi müşahidə etməkdir. Hipotansif insanların çoxu yatmaq kimi, bu orqanizmi inkar edə bilməzsiniz. Sizin yuxu ən az 6-8 saat olmalıdır. Müntəzəm olaraq fiziki və zehni yüklərin dəyişən müxtəlif fəaliyyətlərlə məşğul olmaq vacibdir.

Sağ pəhriz də yaxşı olmağa kömək edəcəkdir. Yağlı ət, qəhvə, qara çay kimi qidaların bədəninə zərərli təsirlər olduğunu bilmək vacibdir. Təzyiqlər otların şişkinliyi və infuziyası ilə artırıla bilər. Su prosedurları da təzyiqi artıra bilər və bütün gün üçün ton artırır. Hipotoniklər səhər duş almalıdırlar. Suyun altında ən azı 5 dəqiqə olmalıdır.

Hamiləlikdə təzyiqi necə artırmaq olar?

Birincisi, təzyiqin azalmasının səbəbini öyrənməlisiniz. Bəlkə də, bu cür bədənin hamilə qadınların istifadə etdiyi dərmanlara və vitaminlərə reaksiya verir. Bu halda, onları qəbul etməməlisiniz. Başqa bir vəziyyətdə, xüsusilə də aşağı təzyiq qalsa, dərhal bir həkimə ehtiyacınız var.

Comments are closed, but trackbacks and pingbacks are open.