Uşağı ana südündən ayırma qaydası
Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Uşağı ana südündən necə ayırmaq olar
Uşağa hansı müddətə qədər süd verməyin lazım olduğu hər bir ananı düşündürən sualdır. Bununla bağlı mütəxəssis rəyi daha vacibdir.
AİA.Az e-tibb.az-a istinadən pediatr, uzman həkim Ülvi Əliyevin uşağı süddən nə zaman və necə kəsmək lazım olması barədə rəyini təqdim edir:
6-cı aydan sonra uşağın ana südünə tələbatı azalır. Çünki əlavə qidalar yeməyə başlayır. Amma bununla belə heç olmasa 12-ci ayadək əmizdirmək yaxşıdır.
Əslində Dünya Səhiyyə Təşkilatı ana südünü 2 yaşadək tövsiyyə edir (Bu, müqəddəs “Qurani- Kərim”in Bəqərə surəsi-233-önərisi ilə də üst-üstə düşür).
Uşağı birdən-birə süddən kəsmək olmaz. Bu, həm anaya ziyandır (mastit ola bilər), ən çox da uşağa psixoloji travmadır. Bu, tədricən 2-3 ay ərzində olmalıdır. Məsələn, 2-3 gündən bir əmizdirmə seansından birini ixtisar edərək.
Səhər tezdən və axşam olan əsas qidalanma saatları kəsilməli, axıra saxlanmalıdır.
Mövsümün məsələyə dəxli yoxdur, südü istədiyiniz fəsildə kəsə bilərsiniz.
Bəzi analar döşə limon, sarımsaq, tomat, qəhvə kimi kəskin iyli vasitələr sürtürlər. Bunlar çox məsləhət edilən vasitələr deyil.
Adaçayı, çobanyastığı, kərəviz, nanə dəmləmələrinin südü azaltdığı deyilir.
Südü 2 yaş civarında kəsmək məsləhət deyil. Çünki “2 yaş sindromu” dönəmi ilə üst-üstə düşərək əlavə çətinliklər yaradır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Uşağı ana südündən ayırma qaydası
Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.
Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək).
Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin.
Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır.
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər.
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin.
Bəzən ana ağır xəstəliyə düçar olması və ya təcili olaraq uzaq səfərə getməsi səbəbindən körpəni tez bir zamanda süddən ayırmağa məcbur olur. Anada süd azdırsa, yuxarıda qeyd olunan məsləhətlərimizdən istifadə edin.
Lakin süd çoxdursa (bu, adətən, uşaq balaca olduqda baş verir), bu halda mütləq həkimlə məsləhətləşin. Lazım olduqda həkim sizə prolaktin hormonunun ifrazını dayandıran (prolaktin hormonu laktasiyanı stimullaşdırır) xüsusi dərman preparatları təyin edə bilər.
Saglamolun.Az
Uşağı ana südündən nə zaman və necə ayırmaq olar? – Pediatr izah edir
Milli.Az e-tibb.az-a istinadən pediatr, uzman həkim Ülvi Əliyevin uşağı süddən nə zaman və necə kəsmək lazım olması barədə rəyini təqdim edir:
6-cı aydan sonra uşağın ana südünə tələbatı azalır. Çünki əlavə qidalar yeməyə başlayır. Amma bununla belə heç olmasa 12-ci ayadək əmizdirmək yaxşıdır.
Əslində Dünya Səhiyyə Təşkilatı ana südünü 2 yaşadək tövsiyyə edir (Bu, müqəddəs “Qurani- Kərim”in Bəqərə surəsi-233-önərisi ilə də üst-üstə düşür).
Uşağı birdən-birə süddən kəsmək olmaz. Bu, həm anaya ziyandır (mastit ola bilər), ən çox da uşağa psixoloji travmadır. Bu, tədricən 2-3 ay ərzində olmalıdır. Məsələn, 2-3 gündən bir əmizdirmə seansından birini ixtisar edərək.
Səhər tezdən və axşam olan əsas qidalanma saatları kəsilməli, axıra saxlanmalıdır.
Mövsümün məsələyə dəxli yoxdur, südü istədiyiniz fəsildə kəsə bilərsiniz.
Bəzi analar döşə limon, sarımsaq, tomat, qəhvə kimi kəskin iyli vasitələr sürtürlər. Bunlar çox məsləhət edilən vasitələr deyil.
Adaçayı, çobanyastığı, kərəviz, nanə dəmləmələrinin südü azaltdığı deyilir.
Südü 2 yaş civarında kəsmək məsləhət deyil. Çünki “2 yaş sindromu” dönəmi ilə üst-üstə düşərək əlavə çətinliklər yaradır.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.