Bayram Səfərov Şuşa xəbərinin muştuluğunu kimə verəcəyini açıqladı: “Görək, nə istəyəcək”
Cütlük Azərbaycana etdikləri səfərin məqsədini də açıqlayıb. Onlar bir şəhid ailəsinin sevinməsində rol oynadıqları haqqında çox qürur hissi ilə danışırdılar.
Şuşa həsrəti
“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!” .
Bu sözləri Modern.az-a Şuşanın icra başçısı Bayram Səfərov deyib. O, Şuşanın azad olunması barədə xəbərdən bir gün öncə saytımıza verdiyi açıqlamanı xatırlayıb:
“Elə sizə açıqlamamda demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onunçün edəcəyəm.
Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”.
Bayram Səfərov Şuşa həsrəti ilə dünyadan köçən ziyalıları, şuşalıları da xatırlayıb:
“Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki. Mərhum bəstəkarımız Süleyman Ələsgərovla sağlığında Şuşa haqqında çox söhbət edirdik. Mən bilirəm ki, o Şuşasızlığa dözə bilmədi.
Saytınız vasitəsilə, Azərbaycan xalqına müraciət etmək istəyirəm. Şuşanı, Qarabağı azad edən Ali Baş Komandanımızı ömürlük prezidentimiz seçək. Bunu seçki, referendum və ya başqa hər hansısa formada edə bilərik. Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı. Papağımızı başımıza qoya bilməyimiz üçün papağımızı bizə qaytarıb. Bunlar elə bir hissdir ki, sözlə ifadə edə bilmirəm. Mən həmişə demişəm ki, hər şeyim var, eyni zamanda heç nəyim yoxdur. İndi tamamlandı. Möhtərəm prezidentimiz, var olsun, o tamamladı. Hər yerdə bizə qaçqın, köçkün kimi baxılırdı. Ermənilər belə bizləri aşağılayırdılar. Haqq-ədalət öz yerini tapdı”.
Bayram Səfərov Şuşa xəbərinin muştuluğunu kimə verəcəyini açıqladı: “Görək, nə istəyəcək”
“Sözün düzü, bir neçə gündür cəbhədən yaxşı xəbərlər gəlir, Şuşanın azad olunduğu barədə fikirlər səsləndirilirdi. Amma cənab Prezidentimizin rəsmi şəkildə elan etməsi tamam başqa hiss oldu. Mən prezidentimizin müjdəsini eşidən kimi ağladım. Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu Allah qorusun. Bütün torpaqlarımız azad olunsun!” .
Bu sözləri Modern.az-a Şuşanın icra başçısı Bayram Səfərov deyib.
“Elə sizə açıqlamamda demişdim ki, Şuşanın azad olunduğu barədə rəsmi xəbəri mənə ilk çatdıran şəxsə muştuluğum olacaq. Düzdür, Prezidentin müraciətini özüm canlı izlədim. Amma həmin anda ilk zəng edib, təbrik edən şuşalı keçmiş döyüşçü Fəxrəddin Səfərov oldu. Elə muştuluq da ona düşür. Görək, nə istəsə, görüşəndə onun üçün edəcəyəm.
Şuşalılar dünəndən zəng edirlər ki, nə vaxt köçürük? Hamı Şuşaya köçmək istəyir. Prezidentimizin göstərişi ilə tez bir zamanda doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. İnanıram ki, möhtərəm Prezidentimiz Şuşanı abadlaşdıracaq, möhtəşəm bir şəhərə çevirəcək”, – deyə B.Səfərov bildirib.
O, Şuşa həsrəti ilə dünyadan köçən ziyalıları, şuşalıları da xatırlayıb:
“Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərdindən öldü ki. Mərhum bəstəkarımız Süleyman Ələsgərovla sağlığında Şuşa haqqında çox söhbət edirdik. Mən bilirəm ki, o Şuşasızlığa dözə bilmədi.
Saytınız vasitəsilə, Azərbaycan xalqına müraciət etmək istəyirəm. Şuşanı, Qarabağı azad edən Ali Baş Komandanımızı ömürlük prezidentimiz seçək. Bunu seçki, referendum və ya başqa hər hansısa formada edə bilərik. Prezidentimiz bizə tək torpağımızı deyil, namusumuzu da qaytardı.
Bunlar elə bir hisslərdir ki, sözlə ifadə edə bilmirəm. Mən həmişə demişəm ki, hər şeyim var, eyni zamanda heç nəyim yoxdur. İndi tamamlandı. Möhtərəm prezidentimiz, var olsun, o tamamladı. Hər yerdə bizə qaçqın, köçkün kimi baxılırdı. Ermənilər belə bizi aşağılayırdılar. Haqq-ədalət öz yerini tapdı”.
Şuşa həsrəti ilə yaşayan qərib azərbaycanlılar – “Sevgimiz Şuşadan başladı” – FOTOLAR – VİDEO – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
25 Mart, Şənbə
Günün xəbərləri
Xəbər xətti
25.03.2023
24.03.2023
Ən çox oxunan xəbərlər
Şuşa həsrəti ilə yaşayan qərib azərbaycanlılar – “Sevgimiz Şuşadan başladı” – FOTOLAR – VİDEO
14.01.2022 12:00 Фото: 9 Канал–> Müsahibələr A- A A+
Arzu və Çingiz cütlüyünün sevgi hekayəsi Şuşadan başlayıb.
Uzun bir yol gələn məhəbbət əfsanəsi 35 il keçməsinə baxmayaraq, bir az belə solmadan uzun-uzadı yol gəlir. Bəlkə də bunun əsas səbəbi təməlinin Şuşada qoyulmasıdır.
Bu gün Nəbiyevlər cütlüyü EDNews.net-in qonağıdır. Öz sevgi tarixçələrindən elə özləri danışır.
Bizim sevgimiz alma hekayəsindən başladı.
Haşiyə: Arzu və Çingizin sevgisi 1980-ci ildə Şuşada 2 ay yarım davam edən qış düşərgəsi zamanı başlayıb. Oğuz rayonunun sakinləri olmalarına baxmayaraq, tale onları ilk dəfə Şuşada görüşdürüb və elə sevgiləri də orada yaranıb.
Əvvəl məsum uşaq sevgisi daha sonra şaxələnərək iki gənci qovuşdurub.
Arzu xanım danışır:
“Bir ay idi ki, Şuşada düşərgədə idik. Biz orada həm səhərlər məktəbə gedirdik, sonra da müxtəlif aktivlərdə iştirak edirdik. Ayda bir-iki dəfə ailələrimiz bizi ziyarətə gəlirdi. Deyəsən, həmin günü onlar gəlmişdi, Çingizə də alma gətirmişdilər. O zamanlar mən 5-ci, Çingiz isə 7-ci sinifdə oxuyurdu. (gülür) Bir rəfiqəm var idi Çimnaz, Çingizin əvvəl ondan xoşu gəlirdi. Bir də gördüm Çingiz əlində bir iri alma ilə gəlir. Təsəvvür edin, almanı o qədər köynəyinə sürtmüşdü ki, meyvə par-par parıldayırdı. (gülür).
Mənə yaxınlaşıb almanı uzatdı, mən də düşündüm ki, mənim üçün gətirib, amma sən demə alma Çimnaz üçün pay idi. Çingiz dedi ki, get o qıza de ki, mənim ondan xoşum gəlir və bu almanı ona ver. Mən də onun dediyi kimi etdim. Çimnaz almanı əvvəl yemək istədi, lakin sevgi etirafı olduğunu anlayanda mənə dedi ki, apar meyvəni vur o oğlanın başına. Dedim yaxşı, getdim çəkildim qırağa almanı yaxşıca yedim və Çingizə dedim ki, hədiyyən qıza çatıb. Səhəri Çingiz sevinə-sevinə qıza yaxınlaşanda isə qız bunu acılayıb. (gülür) Mən də cavabında ona dedim ki, mən almanı verdim, gerisi öz işinizdir”.
Bu yerdə əsərin baş qəhrəmanı Çingiz bəy də söhbətə qoşulur.
“Şuşa bizim üçün müqəddəs bir yerdir. Bizim sevgimiz orada başlayıb. 1980-ci ildə axırıncı dəfə Şuşadan çıxdıq və bir daha ora qayıtmaq nəsibimiz olmadı. Neçə illərdir biz Şuşanın həsrətindəyik. Bu gün Ali Baş Komandan İlham Əliyev və Müzəffər ordumuz sayəsində bizim Şuşamız azaddır. Biz evləndik və 35 ildir Rusiyanın Udmurtiya vilayətində yaşayırıq. Ancaq hər zaman Vətən – Şuşa həsrəti ilə yaşamışıq”.
Hazırda ən böyük arzuları Şuşanı görmək, onun qoxusunu yenidən ciyərlərinə çəkmək istəyir Arzu xanım və Çingiz bəy. Çingiz bəy deyir ki, qismət olsa Şuşaya səfər etsələr ilk olaraq, əyilib torpağı öpəcək.
“Şuşa uşaqlıq xatirələrimdən yadigardır. Təsəvvür edin, hər bir təsvir bütün xırda detalları ilə yadımdadır. Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, bazar. İlk olaraq o torpağa ayaq basanda onu öpəcəyəm. Həsrətim bəlkə sona çatdı”.
Arzu xanım da Şuşa ilə qovuşacağı günü gözləyir. O deyir ki, Şuşanın azad olunduğu gün Çingiz bəy ona şad xəbəri verəndə uşaq tək hönkür-hönkür ağlayıb.
“Qulaqlarıma inana bilmirdim, Şuşa azad idi. Bu bizim üçün ikiqat bayram idi, çünki həm Vətən, həm də sevgi şəhərimiz azad olmuşdu. İnanırsız, həmin gün biz şəhərdə böyük bir atəşfəşanlıq etdik, ermənilər isə pərtliklərindən qaçıb öz çuxurlarına girmişdilər”.
Cütlük Azərbaycana etdikləri səfərin məqsədini də açıqlayıb. Onlar bir şəhid ailəsinin sevinməsində rol oynadıqları haqqında çox qürur hissi ilə danışırdılar.
““Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb. Biz də gəldik ki, evi öz əllərimizlə şəhid ailəsinə təhvil verək”.
İndi Arzu və Çingiz cütlüyü sevgilərinin şəhəri Şuşanı görmək arzusu ilə yaşayır. Onların hazırda bir duası, bir arzusu var Şuşaya qovuşmaq.
Comments are closed, but trackbacks and pingbacks are open.