Uşağı nece vere bilerem
– qəhvə və tünd çay. Bunların tərkibində olan maddələr uşağı qıcıqlandırır, hətta uşaqda baş ağrısına səbəb ola bilər.
Uşaqlarda baş verən çıxıq zamanı nə etməli
Uşaqlar böyüdükçə valideynlərin onlar üzərində məsuliyyəti və diqqəti ikiqat artır. Yıxılıb əziləcəyindən bixəbər dəcəl uşaqları qorumaq valideynin ümdə məsələsinə çevrilir. Çünki uşaqlar hər dəqiqə yıxılaraq müxtəlif zədələrlə üzləşə bilərlər.
Üç istiqamətli çıxıq
Həkimin dediyinə görə, uşaqlar arasında ən çox təsadüf olunan said sümüklərinin birgə çıxıqıdır. Bu zaman sümük ucları üç istiqamətdə önə, arxaya və yana doğru dəyişir. Said sümüklərinin çıxıqlarının daha çox rast gəlinən fəsadlarından biri sümükləşmə nüvəsinin, yəni daxili burmaüstünün qopmasıdır. Bunu rentgenoqrammada aydın görmək olur. Said sümüklərinin çıxıqları qan damarı və sinirlərin zədələnməsinə səbəb ola bilər: “Said sümüklərinin çıxığını vaxtında yerinə salmaq lazımdır. Belə ki, gecikmiş halda, xüsusən də 2-3 həftə keçdikdən sonra tez inkişaf edən birləşmələr və çapıqlar nəticəsində çıxığı yerinə salmaq mümkün olmur. Çıxıq nə qədər tez yerinə salınarsa, ətrafın funksiyası da bir o qədər tez bərpa olunar”.
Həkim-pediatr Elza Abbasova deyir ki, travmatik çıxıqlara uşaqlar arasında tez-tez təsadüf olunur. Çıxıq zamanı oynaq başı oynaq çuxurundan çıxır və bu zaman oynaq kapsulu da zədələnir. Çıxıq üçün xarakterik olan said sümüklərin dirsək oynağından çıxmaları və mil sümüyü başının yarımçıxığı sayılır. Tam çıxıqlar, əsasən, 8-12 yaşlarda, yarım çıxıqlar isə 5 yaşa kimi uşaqlar arasında müşahidə olunur: “Dirsək oynağı çıxığı uşaqlar arasında təsadüf olunan çıxıqlar arasında birinci yeri tutur. Bu hal uşağın qolu açıq vəziyyətdə yıxıldıqda baş verir. Dirsək oynağı anatomik quruluşuna görə ən mürəkkəb oynaqlar sırasındadır. Dirsək 3 sümüyün – bazu, mil və dirsək sümüklərinin birləşməsindən əmələ gəlir. Uşaqlarda dirsək oynağında müxtəlif formalı çıxıqlar baş verir. Bunlardan ən əsasları said sümüklərin hər ikisinin çıxığı, mil sümüyünün tamam və ya natamam çıxığı, dirsək sümüyünün tamam çıxığı və sınıqla müşayiət olunan çıxıq”.
Tibb elmləri doktoru, uşaq cərrahı Çingiz Quliyev deyir ki, çıxığın yerinə salınması qısa müddətli narkoz altında aparılır. Bu zaman köməkçi həkim bazunun aşağı hissəsindən tutaraq saidi əks tərəfə, həkim isə xəstənin əlindən tutaraq özünə tərəf çəkir. Elə bir güc tətbiq etmədən çıxıq xarakterik səslə yerinə düşür. Bu zaman saidi dirsək oynağında nə bükmək, nə də açmaq lazım deyil. Çıxıq düzəldikdən sonra açma və bükmə hərəkətləri tam bərpa olunur. Əgər çıxıq yerinə düşməyibsə və ya natamam çıxıq qalıbsa, onda saidi dirsək oynağında bükmək və ya açmaq istədikdə müqavimət hiss ediləcək. Çıxıq düzəldikdən sonra gips qoyulmazdan öncə həmin nahiyyə rentgen edilməlidir. Bundan sonra dirsək oynağına gips qoyula bilər. Gips 7 gündən sonra çıxarılır və müalicə gimnastikasına başlanılır. Yadda saxlamaq lazımdır ki, said sümüklərinin çıxıqları zamanı oynaq kapsulu və bağ zədələnir. Ona görə də hərəkətin tam bərpa olunması üzun sürə bilər.
5-12 yaşda təhlükə
Pediatr bildirib ki, mil sümüyü başının tam çıxığı ən çox 5-12 yaşlar üçün xarakterikdir. Əsasən, mil sümüyü başının ön və yan çıxıqlarına təsadüf edilir. Klinik mənzərə mil sümüyü başının hansı tərəfə yerdəyişməsindən asılıdır. Mil sümüyü başının önə çıxığı zamanı ətraf dirsək oynağında açılmış halda mil tərəfə meylli vəziyyətdə olur. Dirsək büküşündə aydın şişkinlik nəzərə çarpır. Əllədikdə mil sümüyünün hamar oynaq səthi aşkar edilir. Oynaqda fəal hərəkət məhdudlaşmış olur. Diaqnoz rentgeoqrafiya vasitəsilə qoyulur. Mil sümüyü başının çıxığı zamanı mil sinirinin sıxılması nəticəsində mil-bilək oynağının və baş barmaqda parez (əzələ zəifləməsi) əlamətləri baş verə bilər.
İlk günlərdə müdaxilə
Cərrah qeyd edib ki, çıxığın düzəldilməsi birinci 2-4 gün müddətində aparılması, sonradan kapsulun və üskükvarı bağın büzüşməsi, çapıqlaşması nəticəsində çıxığı cərrahi müdaxiləsiz düzəltmək mümkün olmur. Çıxığın yerinə salınması qısa müddətli narkoz altında aparılır. Köməkçi həkim bazu nahiyyəsindən tutur, cərrah uşağın əlindən yapışaraq onu özünə tərəf dartır və dirsək oynağında bükür. Baş barmaqla mil sümüyü başına təzyiq edərək onu yerinə salmaq mümkündür. Oynağın rentgeoqrafiyası edilir və sonra arxa gips langeti qoyularaq 5-7 gün müddətə fiksasiya edilir.
E.Abbasovanın sözlərinə görə, mil sümüyü başının natamam çıxığı 5 yaşa kimi uşaqlar üçün xas olan çıxıqdır. Ən çox 1-3 yaşda təsadüf edilir. 6 yaşdan yuxarı demək olar ki, heç təsadüf edilmir. Çünki 5 yaşdan sonra dirsək oynağının kapsula və bağ aparatı möhkəmlənir. Qızlar arasında oğlanlara nisbətən 2 dəfə çox rast gəlinir. Sol tərəfli çıxma daha çox müşahidə edilir. Çox vaxt valideyn uşaqla gəzərkən onun sol əlindən tutur. Uşağın diqqətini yerə düşmüş əşya cəlb edir və onu sağ əli ilə götürməyə çalışır. Bu zaman valideyn onu yıxılmaqdan qorumaq üçün əlini möhkəm tutur və dartır ki, bu vaxt mil sümüyü başı halqavari bağ arasından çıxır. Çox vaxt valideyn çıxığım xarakterik səsini eşidir. Klinika həmişə tipik olur. Qol sallanmış şəkildə hərəkətsiz, azacıq bükülmüş. Ç.Quliyev bildirib ki, mil sümüyü başının natamam, çıxığını yerinə salmaq çox vaxt elə bir çətinlik törətmir: “Cərrah sol əli dirsək oynağı nahiyyəsində bazunun aşağı hissəsindən tutur və onu fiksə edir. Sağ əli ilə uşağın əlindən və mil-bilək oynağından tutaraq saidi özü istiqamətində dartır. Çıxıq yerinə düşən kimi uşaq sakitləşir və oynaqda hərəkət bərpa olur. Ancaq 2-3 gün ərzində qol boyundan asılı saxlanılmalıdır”.
Həkim-pediatr vurğulayıb ki, əlin baş barmağının çıxığı isə barmağın həddindən çox açılması nəticəsində baş verir. Bu hala daha çox 2-3 yaşlı uşaqlarda daha çox təsadüf olunur. Ancaq elə də ciddi ağrı törətmir. Bunun nəticəsində uşağın barmağı hərəkətdən qalır, deformasiyaya uğrayır. Diaqnoz isə rentgen əsasında qoyulur. İlkin müalicəyə əsasən, barmağı dartmaqla onu yerinə salmaq olur. Bəzən barmağı hərəkətə gətirən vətərdə gərilmə baş verdiyi üçün cərrahi müdaxilə lazım gəlir.
E.Abbasova deyir ki, budun travmatik çıxığı daha çox böyüklər arasında rast gəlinir. Bud sümüyü başının sirkə kəsasından çıxığı 4 cür olur: arxa-yuxarı, arxa-aşağı, ön aşağı, ön yuxarı. Çıxıq bud-çanaq oynağında kəskin ağrıya səbəb olur. Aktiv hərəkət mümkünsüz olur. Passiv hərəkət isə çox ağrılı olur. Ən çox arxa-yuxarı (qılça) çıxığa rast gəlinir. Bu zaman bud-çanaq və diz oynağında azacıq bükülmə və içəriyə doğru əyilmə olur. Xəstə dabanını yerdən üzə bilmir və ayaqda qısalma baş verir. Arxa- aşağı formalı çıxıqda da əlamətlər, demək olar ki, eyni olur. Ancaq ayağın nisbi uzunluğu dəyişmir. Ön aşağı çıxıqda xəstə arxası üstə uzanır ayağı çölə doğru aralanır və bud-çanaq oynağı düzbucaq vəziyyətini alır. Ayaqda nisbi qısalma olmur. Ön yuxarı çıxıqda isə ayaq düz vəziyyətdə olur, xəstə dabanını yerdən üzə bilmir. Bu zaman ayaq damarlarında bud başının təzyiqi nəticəsində qan dövranının pozulması baş verə bilər. Yeganə müayinə üsulu rentgendir.
Cərrahın sözlərinə görə, çııxığın yerinə salınması narkoz altında həyata keçirilir. İlk gündə bu daha asan olur. Ancaq sonrakı günlərdə çətinləşir. Xəstə arxası üstə masada uzanır köməkci həkim çıxıq olan tərəfdən tutaraq onu dartır. Cərrah isə barmaqları vasitəsilə bud başını sirkə kəsasına doğru itələyir. Çıxıq düzələndə xarakterik səs eşidilir. Bundan sonra həmin yer gipsə qoyulur.
Tibbi metodla yanaşı, el arasında sınıqçı-çıxıqçı kimi tanınan insanlara da tez-tez müraciət olunur. Bu işlə məşğul olan Fatma İbrahimova ona belə problemlə müraciət edənlərin çox olduğunu bildirir: “Mən çoxdandır ki, bu işlə məşğulam. Demək olar ki, hər gün yanıma adam gəlir. Onlar arasında ən çox barmaq, bilək və ayaq barmağı çıxanlar olur. Ayağın üstündəki xırdalıqların çıxığı, əsasən, böyüklər arasında baş verir. Buna səbəb isə ağır bir şeyin ayağın üstünə düşməsidir. Ayağın burxulması nəticəsində topuq çıxıqları da çox olur. Çıxığı yerinə saldıqdan sonra yumurta sarısı ilə unu qarışdırıb zamas düzəldib ayağı onunla sarıyıram və 4-5 günə xəstə sağalır”
Uşağı nece vere bilerem
Doğuşdan sonra hamiləlik zamanı aldığınız çəkilərdən azad olmaq üçün sağlam iradənizin olması vacibdir. Süd vermə səbəbi ilə bu müddət biraz uzana bilər.
Bəs südünüzü artırmaqla yanaşı eyni zamanda arıqlamaq da mümkündürmü?
Süd vermə müddətində südünüzü artıraraq artıq çəkilərinizdən də azad ola bilməyiniz üçün bu müddətdə diqqət etməli olduğunuz məqamları sizin üçün araşdırdıq.
Ana südü körpələrin ilk 6 ay ərzində mütləq qəbul etməli olduqları çox əhəmiyyətli bir qidadır. Südün keyfiyyəti nə qədər yaxşı olarsa, uşağın inkişafı da bir o qədər yaxşı olar. Bundan əlavə ana südü immun sistemini gücləndirdiyi üçün uşağı bir çox infeksiyon xəstəliklərdən də qoruyur.
Bu müddət ərzində ana arıqlamaq üçün ana südünü azaldacaq pəhrizlərdən uzaq olmalıdır. Əgər ana hamiləlik zamanı normal çəki sərhədini keçməyibsə, təxminən 6. ayın sonunda hamiləlik zamanı aldığı çəkilərdən azad olması mümkündür.
Süd verən analara 30 gün ərzində 2 kilodan artıq arıqlamağa çalışmaq tövsiyə olunmur.
Çəkilərinizdən yavaş-yavaş azad olmaq üçün balanslaşdırılmış və nizamlı şəkildə qidalanmaqla yanaşı, kifayət qədər maye qəbul etmək də tövsiyə olunur.
Nizamsız qidalanma nəticəsində həm ananın sağlamlığı pozular, həm də süd verimliliyi azalar. Bununla yanaşı, süd veren analar bunu bəhanə gətirərək iki nəfərlik yemək də yeməməlidir. Süd vermə müddətində olan bir ana nə həddindən artıq yemək yeməlidir, nə də artıq çəkilərindən azad olmaq üçün pəhriz saxlamalıdır. Normal qidalanıb, bol maye qəbul edərək və gün ərzində 1 saat idmanla məşğul olmaqla hamiləlikdə aldığınız artıq çəkilərdən yavaş-yavaş azad ola bilərsiniz.
Süd verən ananın pəhrizi
Laktasiya zamanı qadın çoxlu enerji sərf etməli olur. Bu səbəbdən süd verən ana istədiyi qədər yeməli və kifayyət qədər maye qəbul etməlidir (8-10 stəkandan az olmayaraq).
Ananın qidalanması mütləq sağlam və çeşidli olmalıdır: ət/balıq, meyvə-tərəvəz, müxtəlif yarmalar, süd məhsulları (xama, qatıq, kefir və s.). Gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etmək lazımdır.
Əvvəllər pediatrlar süd verən analara bir çox qidalardan imtina etməyi tövsiyə edirdilər. Lakin hal hazırda pediatrlar uşağın həyatının yalnız birinci 3 ayında bu kimi qidaları qadağan edirlər:
– yumurta, toyuq əti, tərkibində yumurta olan souslar (ilk növbədə – mayonez).
Tərkibində yumurta olan un məmulatlarının qəbuluna icazə verilir – uzun vaxt ərzində yüksək dərəcədə emalından sonra zülal tam dağılır.
– şokolad və kakao.
– dəniz məhsulları (kürü, kalmar, midi və s.). Bu qadağan balığa aid deyil. Süd verən ana həftə ərzində 2-3 dəfə balıq yeyə bilər.
– sitrus meyvələri (limon, portağal, mandarin və s.).
Nəzərinizə çatdıraq ki, südverən ana bu məhsulları uşağın həyatının yalnız ilk 3 aylığında qəbul etməməlidir. Daha sonra bu məhsulları pəhrizə tədricən, bir-bir daxil etmək olar. Bu zaman mütləq uşağın reaksiyasına fikir vermək lazımdır. Əgər uşağın səhhətində heç bir dəyişiklik yoxdursa, məhsul pəhrizinizdə qala bilər. Əksinə isə uşaq səpib, nəcisi dəyişilib, baş nahiyyəsində qabıqvermə baş veribsə, “əmmalı” məhsul yenə də 3-4 ay ərzində pəhrizdən çıxarılır.
Aşağıdakı məhsulların qəbulu isə südverən ananın pəhrizində məhdudlaşdırılmalıdır:
– süd – gündə 1 stəkan, qatılaşdırılmış şirin süd – gündə 1-2 çay qaşığı. Süd uşaqda sancılara və allergik reaksiyalara səbəb ola bilər.
– inək südündən hazırlanmış pendir (xüsusən sarı növlər). Gün ərzində 1-2 tikə.
– şor. Şorda inək südü zülalları çoxdur. Tərkibində şor olan un məmulatlarına icazə verilir.
– çiyələk, moruq, qara qarağat, böyürtkən, şaftalı, ərik, gilas, pomidor allergik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən gün ərzində 1-2 ovuc giləmeyvə, 1-2 şaftalı, pomidor, əriyin qəbluna icazə verilə bilər.
– banan – gündə 2 dənədən artıq olmayaraq.
– qəhvə və tünd çay. Bunların tərkibində olan maddələr uşağı qıcıqlandırır, hətta uşaqda baş ağrısına səbəb ola bilər.
– konserv, sosiska, kolbasa, hisə verilmiş balıq. Bu qidaların tərkibində külli miqdarda aromatlaşdırıcılar, konservantlar və s. kimyəvi maddələr var ki, onlar həm ananın həm, təbii ki, körpənin səhhəti üçün ziyanlıdır.
– dükanlarda satılan hazır tortlar, pirojnalar, vaflilər və s. şirniyyatlar. Bu qidalarda da müxtəlif kimyəvi əlavələrlə “zəngindir”. Evdə bişirilən şirniyyatlara icazə verilir (az miqdarda!).
– ağ çörək və un məmulatları (bulka, piroqlar və s.). Gün ərzində 3-4 tikə ağ çörək və ya 1 dənə bulka yemək olar.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.