Ugyelkaup universitetinə necə müraciət edə bilərəm?
Dövlət universitetləri aşağıdakılardır :
Boğaziçi Universitetində necə təhsil ala bilərəm?
Türkiyənin ən güclü dövlət universitetlərindən olan Boğaziçi Universitetinə qəbul şərtləri və illik təhsil haqqılar barəsində sizə məlumat vermək istərdik. Boğaziçi Universiteti qəbul şərtləri ən sərt olan universitetlərdən biridir. Çünki Boğaziçi tələbəsi olmaq hər tələbəyə nəsib olmur. Beynəlxalq standartlarda təhsil verən bu universitetin təhsil dili ingiliscədir. Universitetdə 60 dan çox bakalavr və magistratura ixtisasları mövcuddur.
Boğaziçi Universiteti hər ixtisas üzrə 3-5 xarici tələbə qəbul etməkdədir. Nəzərə alsaq ki buraya bütün dünyadan tələbələr müraciət edir o zaman siz düşünün rəqabət qabiliyyəti nə qədər çox olacaq və minlərlər müraciət edən tələbə arasından seçilməklə universitetə qəbul olmaq nə qədər mümkündür. İlk öncə bakalavr təhsili necə almaq olar? qəbul şərtləri necədir? illik təhsil haqqı? qəbul tarixləri? bunlar haqqında sual tələbələrdə çox rast gəlinir.
Boğaziçi Universitetində təhsil almaq istəyən tələbələr məqsədlərini öncədən müəyyən edib bura hazırlaşmalıdırlar. Bəzi tələbələr Türkiyənin universitetlərinin YÖS (yabancı öğrenci sınavı) ilə qəbulunu düşünürsə burada yanlışlıq edirlər. Çünki Boğaziçi Universiteti YÖS imtahanı ilə deyil SAT imtahanı ilə qəbul aparır. SAT imtahanından 1600 ballıq sistemdən 1300 dən çox bal toplasanız və riyaziyyat balınız yüksəkdirsə sizin universitetə qəbul olma şansınız var deməkdir.
Əgər sizin SAT balınız yüksəkdirsə bu sizin qəbul olmanıza zəmanət verməz çünki rəqabət güclüdür və universitetə yüksək nailiyyətləri olan tələbələr müraciət edir. Sizin imtahanlardan əlavə digər göstəriciləriniz də universitet üçün vacibdir Məsələn sizin olimpiada nəticələriniz, xarici tədbirlərdə iştiraktınız, sosial fəaliyyətdə aktivliyiniz, GPA balınız da burada böyük rol oynayır. Müraciət edərkən özünüzə aid nə ki yüksək göstəriciləriniz varsa onu universitetə qeyd etməniz sizin seçim şansınızı artıra bilər.
Bundan əlavə universitet sizi ya Türkiyəyə yada skype vasitəsi ilə müsahibəyə dəvət edə bilərlər. Bu müsahibə nəticənizdə böyük rol oynayacaq. Sizin əlavə olaraq referans məktubuna və motivasiya məktubunuza baxılacaq. Bundan əlavə 9-10-11 ci sinif qiymət cədvəlinizdəki balınız da çox önəmlidir.
Bəs siz seçildiniz qazandınız universiteti. Bu halda birinci kursdanmı başlayacaqsınız yoxsa hazırlıqmı oxuyacaqsınız? bu sualda tələbələrdə çox maraq doğurur. Qeyd etmək istəyirik ki, Boğaziçi Universitetində təhsil dili ingiliscədir. Əgər sizin ingilis dilini sübut edən beynəlxalq imtahan nəticəniz (TOEFL, IELTS və s) varsa bu halda siz birinci kursdan təhsilinizə başlaya bilərsiniz. Yox əgər sertifikatınız yoxdursa o zaman universitet sizə 2 seçim şansı verir: ya siz universitetin daxili imtahanına girərək ingilis dilindən imtahan verirsiniz əgər imtahanı keçsəniz birinci kursdan başlayırsınız yox imtahandan keçməsəniz siz bir illik universitet nəzdində hazırlıq oxuduqdan sonra ikinci il təhsilinizin birinci kursuna başlaya bilərsiniz.
Boğaziçi Universitetində təhsil haqqı nə qədərdir? Boğaziçi universiteti dövlət universiteti olduğu üçün burada təhsil haqqı yoxdur, lakin tələbələr yanlış anlamasın təhsil haqqı yoxdursa bu o demək deyilki heçnə ödəməyəcəksiniz. Universitetin adminstrativ xərcləri üçün sizdən ödəniş tələb edir. Bu ödəniş isə 5000-9000 TL arası dəyişir.
Boğaziçi Universitetinin qəbul tarixləri nə zamandır? Boğaziçi Universiteti hər il iyun-iyul aylarında qeydiyyatı açıq elan edir. Bu qeydiyyat müddəti çox qısa (7-8 gün) olur. Bu haqqda universitet əvvəlcədən məlumat verir.
Ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz: (012) 492 68 53, 055 503 59 39
Elektron poçt: turkiye@celt.az
Ugyelkaup universitetinə necə müraciət edə bilərəm?
Türkiyə universitetləri hər gün daha çox xarici vətəndaşın seçimi olmaqdadır. Türkiyədə təhsil almaq artıq prestij məsələsidir. Gənclərin Türkiyədə oxumaq istəyi bu ölkənin təklif etdiyi təhsil proqramları, fərqli tədris metodikaları, tələbələrə yaratdığı şərait sayəsində yaranır.
Dünya universitetlərinin reytinq cədvəlində ilk 1000 arasında Türkiyənin 13 universiteti yer alır. Türkiyə həm də universitet tələbələrinin sayına görə Avropada birinci yeri tutur. Ölkənin 207 universitetində 8 milyona yaxın tələbə oxuyur. Onlara 60 minə yaxın fərqli proqram təklif edilir. Bütün universitetlərin yüksək səviyyədə təchiz olunmuş kampusları mövcuddur. Siz də xarici tələbə olaraq bu qədər böyük seçim içində özünüzə uyğun proqram və universitet tapmaqda çətinlik çəkməyəcəksiniz. Qeyd edək ki, Türkiyə universitetlərinin diplomları Avropa tanınan diplomlar arasındadır.
1. Türkiyə universitetlərinə necə müraciət etməli?
Türkiyədə bakalaviatura təhsili almaq istəyən əcnəbi tələbələr öz ölkələrində əldə etdikləri tam orta təhsil attestatına malik olmalıdırlar. Onlar bu sənədlə istədikləri universitetə birbaşa müraciət edə bilərlər. Təhsilini magistratura və ya doktoranturanda davam etdirmək istəyən xarici vətəndaşlar da qəbul şərtlərini özləri müəyyən edən universitetlərə birbaşa müraciət edirlər. Türkiyə hökuməti sadəcə “Türkiye Bursları” təqaüd proqramı vasitəsilə xarici tələbələrin universitetlərə yerləşdirməsini həyata keçirir.
2. Türkiyədə attestatla təhsil almağın şərtləri nələrdir?
Türkiyədə attestatla oxumaq mümkündür. Bir çox dövlət və özəl universitetlər lisey diplomu, yəni attestatla da xarici tələbə qəbulu həyata keçirir. Əlbəttə ki, burada attestat qiymətlərinin rolu böyükdür. Nə qədər yüksək bal toplasanız, nüfuzlu universitetlərin birindən müsbət cavab almaq şansınız da bir o qədər yüksək olur.
3. “Türkiye Bursları” təqaüd proqramı
Unikal “Türkiye Bursları” təqaüd proqramında tələbələrə pulsuz təhsil, yataqxana, qidalanma, tibbi sığorta, təyyarə bileti və üstəlik, təqaüd təklif edilir. Təhsildə yüksək nəticə göstərən tələbələrə əlavə təqaüd almaq imkanı verilir.
“Türkiye Bursları” sayəsində siz Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və arzuladığınız digər ixtisaslar üzrə təqaüdlə təhsil ala bilərsiz. Bakalaviatura, magistratura və doktorantura təhsili ilə yanaşı, siz türkiyəli mütəxəssislərlə birgə tədqiqat aparmaq üçün xüsusi araşdırma təqaüdü üçün də müraciət edə bilərsiz.
Təqaüd proqramı haqqında ətraflı məlumat: https://www.turkiyeburslari.gov.tr/
4. Türkiyədə xarici tələbələrin hüquqi öhdəlikləri hansılardır?
Tələbə vizası
Xarici dil imtahanı və YÖS imtahanını uğurla verən tələbələrə universitet tərəfindən “Tələbə qəbul arayışı” göndərilir. Bu arayışı alan tələbələrə öz ölkələrindəki Türkiyə Konsulluğundan viza almalıdırlar. Tələbə vizası ala bilməyən tələbələr universitetdə qeydiyyatdan keçə bilməzlər.
Xarici tələbələrin Türkiyədə təhsilə başlamaları üçün həll etməli olduqları başqa bir hüquqi prosedur yaşamaq icazəsi almaqdır. Onlar yaşadıqları şəhərdə Miqrasiya İdarəsinə müraciət etməlidirlər. Bu müraciət 1 ay içində edilməlidir. İcazələr hər il yenilənməlidir.
Səhhətində yarana biləcək problemlərlə bağlı müraciət edə bilmək üçün xarici tələbələr Türkiyədə tibbi sığorta paketi almalıdırlar. Əks halda sağlamlıqla bağlı problemləri tələbələr özləri həll etməli olacaqlar.
5. Türkiyə universitetlərində təhsil haqqı nə qədərdir?
Türkiyədə universitet qiymətləri onların məxsus olduğu kateqoriyaya görə müəyyənləşdirilir. Dövlət və gəliri hədəfləməyən vəqf universitetlərində təhsil haqqı məsələsinə fərqli münasibət var. Vəqf universitetlərində bu məbləğə Himayəçilər Şurası qərar verir. Dövlət universitetlərində isə təhsil haqqının müəyyənləşdirilməsi fəaliyyətin növünə və müddətinə əsasən Nazirlər Kabineti tərəfindən aparılır.
Xarici tələbələr hər semestrin ödənişini dərsə başlamadan öncə etməlidir. İstər dövlət, istərsə də gəliri hədəfləməyən vəqf universitetləri qəbul etdikləri tələbələrin bir qisminə təqaüd verməkdədir. Müxtəlif səbəblərdən verilən bu təqaüdləri tələbələr akademik materialın alınmasına və gündəlik xərclərinə sərf edə bilirlər.
Şirkət haqqında
“ARI” xaricdə təhsil mərkəzi xaricdə təhsil almaq istəyən tələbələrə təhsil və karyera hədəflərinə uyğun etibarlı və peşəkar xidmət göstərən bir mərkəzdir. Başda Almaniya, Türkiyə, ABŞ, İngiltərə olmaqla dünyanın bir çox prestijli ali təhsil müəssisələrinə bütün təhsil mərhələləri üzrə qəbul prosesini həyata keçirir, dil kursları, orta məktəb təhsili, sertifikat proqramları, yay məktəbləri üzrə konsultasiya xidməti göstərir.
Əlaqə
Lətif İmanov küçəsi, 35, AZ1141, Bakı, Azərbaycan
Azerbaycan Universitetləri Siyahısı. Ən Yaxşı Universitetlər ✅
Qəbul imtahanını uğurla verdikdən sonra abituriyentlərin və valideyinləri narahat edən bir məsələ də doğru universitet seçimidir. Hər kəs ən yaxşı, öndə olan universitetdə təhsil almaq istəyər. Amma ki, Azerbaycan universitetlerinin hər birinin keçid balı, müsabiqə şərti demək olarkı eyni olmur. Həm universitet və o, universitetdə fakultə seçərkən universitetin keçen ilki müsabiqə şərtlərinə fikir verməlisiniz. Çünki çox universitetlərdə hər il fakultələrə keçid balında dəyişiklik olur.
Azerbaycan universitetleri hansılardır?
Azerbaycan universitetləri Dövlət, Özəl, və Xüsusi təyinatlı olmaqla bir neçə yerə ayrılır
Dövlət universitetləri aşağıdakılardır :
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Bakı Musiqi Akademiyası
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Ağcabədi filialı
- Şamaxı filialı
- Şəki filialı
- Quba filialı
- Cəlilabad filialı
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan Tibb Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Zaqatala filialı
- Dərbənd filialı
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- Gəncə Dövlət Universiteti
- Bakı Slavyan Universiteti
- Azərbaycan Texniki Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Azərbaycan Dillər Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Lənkəran Dövlət Universiteti
- Milli Aviasiya Akademiyası
- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- Azərbaycan Milli Akademiyası
- Naxçıvan Müəllimlər İnustutu
- ADA Universiteti
- Azərbaycan Turizm və Menecment Universiteti
- M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
- Bakı Ali Neft Məktəbi
- Bakı Xoreoqrafiya Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Bakı Mühəndislik Universiteti
- İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
- Azərbaycan İlahiyyat İnustutu
Azərbaycanda olan Xüsusi Təyinatlı Universitetlər
- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Ədliyyə Akademiyası
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
- Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbi
Azərbaycanda olan Özəl Universitetlər
- Qərbi Kaspi Universiteti
- Azərbaycan Universiteti
- Xəzər Universiteti
- Bakı Biznes Universiteti
- Bakı Avrasiya Universiteti
- Bakı Qızlar Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- Odlar Yurdu Universiteti
- Təfəkkür Universiteti
- Naxçıvan Universiteti
- ” Naxçıvan” Universiteti
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Son illərdə müəyyən səbəblərdən bəzi universitetlər bağlanmışdır. Aşağıdakl siyahıda bağlanan universitetlər və onların bağlanma səbəblərini qeyd olunub.
Azərbaycanda bağlanan Universitetlər siyahısı
- Müstəqil Azərbaycan Universiteti – 2005-ci ildə fəaliyyəti dayandırılıb
- Azərbaycan Beynəlxalq Universiteti – 2010 cu ildə fəaliyyəti dayandırılıb. Səbəbi isə lizensiyanın müddətinin uzadılmaması
- Azərbaycan İctimai – Siyasi Universiteti – 2014 cü ildə fəaliyyəti dayandırılıb. Səbəbi isə lizensiyanın müddətinin uzadılmaması
- Azərbaycan Müəllimlər İnustutu – 2015ci ildə ləğv edilib ADPU-ya birləşdi
- Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi – 2015ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşuldu
- Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi- 2015 ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşuldu
- Bakı fs Universiteti – 2015-ci ildə müvəqqəti fəaliyyətini dayandırdı
- Mingəçevir Politexnik İnustutu – 2015ci ildə bazasında Mingəçevir Dövlət Universiteti yaradıldı
9Qafqaz Universiteti – 2017ci ildə ildə fəaliyyəti dayandırılıb. Bazasında Bakı Mühəndislik Universiteti yaradılıb.
- Bakı İslam Universiteti – 2018 ci ildə Azərbaycan İlahiyyat İnustutu yaradıldıqdan sonra fəaliyyətini dayandırdı.
Azərbaycanın dünya reytinqində 2 universiteti:
Dünyada nüfuzlu reytinq təşkilatlarından olan ” Times Higher Education” (THE) 2020 ci il üçün BMT-nin ” Dayanıqlı İnkişaf Məqsədləri” nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Bunlar Azərbaycan Dövlət İqtisad Universiteti ( UNEC) və Xəzər Universiteti 601+ aralığında yerləşiblər.
Comments are closed, but trackbacks and pingbacks are open.