Uilyam Qoldinq – Seçilmiş əsərləri
“Varislər” romanında Qoldinq neandeıtal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.
Uilyam Qoldinq
Ser Vilyam Gerald Qoldinq (1911 – 1993) — İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı (1983).
A [ redaktə ]
- Allaha inanmaq mənim üçün çətin deyil, onun mənə inanması vacibdir.
B [ redaktə ]
- Başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram. Qorxuram, acgöz oluram. Güclü oluram.
- Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq.
- Bir nəfərdən qorxursansa, ona nifrət etməyə başlayırsan və hər zaman onun haqqında düşünür, onu ağlından çıxara bilmirsən.
- Bu dağlıq diyarda, şeytanlar məskəni olan dağlarla adamlardan təcrid olunduqları və öz qəbilələrinin təhdidlərindən qorxmadıqları bir ölkədə anlaşılmazlıq hökm sürdüyü dünya üçün onlar daha neyləməli, hansı qurbanlar verməlidirlər?
- Bu gün də dünənki və sabahkı gün kimidir.
D [ redaktə ]
- Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır?
E [ redaktə ]
- Elə ifadələr var ki, az qala iri hərflər kimi adamın gözünə girir və onlardan ən böyüyü — nifrət və düşmənçilikdir.
Ə [ redaktə ]
- Əgər gün işıqlı olsaydı, onlar utanıb yerə girərdilər, amma hər tərəf qaranlıq gecə idi.
G [ redaktə ]
- Güclü, ya da zəif olmağının məsələyə dəxli yoxdur, əsas odur ki, vicdanın olsun.
X [ redaktə ]
- Xətt uzanıb sularda o tərəfə – uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi.
H [ redaktə ]
- Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur.
İ [ redaktə ]
- İlk anda sözlər onlara uyğun gələn görüntülərlə çulğalaşmadılar, amma hisslərin içində qərq olaraq onları daha da gücləndirdilər.
- İnsan ağlı istənilən qanunu dərk edir, amma buna baxmayaraq, uşaq kimi hər dəfə o qanunlara aldanır.
- İnsanın inamını onun xasiyyəti formalaşdırır, kimliyindən asılı olmayaraq, çox şey həyatda düşdüyün şəraitlə bağlıdır.
- İnsanlar bir insanın başqaları haqqında nə qədər az bildiyinə təəccüblənirlər.
- İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar.
Q [ redaktə ]
- Qadına nə verirsinizsə verin, əvəzində verdiyinizin mislini sizə qaytaracaq. Qadına nütfə verirsiz, o sizə uşaq qaytarır. Ev verirsiz, o, sizə ailə ocağı qurur. Ərzaq verirsiz, sizə yemək bişirir. Üzünə gülürsüz, qəlbini sizə açır. Bir sözlə, verdiyiniz hər şeyin əvəzini artıqalaması ilə qaytarır. Yəni, deməyim odur ki, qadının ürəyini murdarlasaz, o zaman tonlarla zibil qəbul eləməyə də hazır olun!
- – Qanun! Sən qanunu pozursan!
— O olsun ki, bizim qanundan başqa heç nəyimiz yoxdur!
- Qəflətən başa düşdü ki, bu həyatda salınmış cığırları yenidən salmaq və dayanmadan öz addımlarını izləmək nə qədər cansıxıcıdır.
- Qəhrəman olduğumu iddia etmirəm, amma sağlam, təhsilli və ağıllıyam.
- Qorxu yuxudan daha çox zərər verə bilməz/
L [ redaktə ]
- Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər görüntüsüz də olsa, olar.
M [ redaktə ]
- Məncə qadınların özlərini kişilərlə müqayisə etməyi ağılsızlıqdır. Çünki qadınlar onlardan xeyli yüksəkdədir və bu, hər zaman belə olub.
- Mənim başımı və sümüklərimi açmayın. Siz ancaq zəiflik görəcəksiniz.
- Məsul olanda gərək fikirləşəsən və müdrik olasan, bəla budur.
O [ redaktə ]
- Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir.
- Onlar qoşa addımlayırdılar — bir-birinə xəbərdarlıq edə bilməyən hiss və düşüncənin qoşa dünyası.
T [ redaktə ]
- Təfəkkür — bu, qiymətli şeydir, ondan çoxlu xeyr götürmək olar.
U [ redaktə ]
- Uzun bir ömür yaşayıbdır və çox şey bilir, qadındır deyə, az ehtimal olunan şeyləri hiss eləyirdi.
Ü [ redaktə ]
- Ümumiyyətlə, qadınların evlilik məsələsini gərək başqası həll etsin, özlərinə qalanda ancaq yoldan keçənə könül verirlər.
Y [ redaktə ]
- Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var — onların heç birini məyus etmək olmaz.
Uilyam Qoldinq – Seçilmiş əsərləri
İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, çox şeyləri öz gözləriylə görmüş Qoldinq “Milçəklər kralı” əsərində, sözün dar mənasında götürülərsə, belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyyətə malik olan qədim bir xalq (alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrilirdi və bu hadisə illər boyu davam edirdi?” Sözün geniş mənasında isə “Milçəklər kralı” pritçasında Qoldinq immanent insan bədxahlığı fenomenini tədqiq edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli və paradoksal bir varlıqdır, o həm qəhrəmandır, həm də xəstə.
İnsan bədxahlığına səbəb atavizm nəticəsində insan evol-yusiyasındakı aralıq dövrün özünü göstərməsidir, o dövrdə neandertal insanın primitiv şüuru arxada qalmışdı, altruizm erası – ictimai-individual şüur, ümumbəşəri əxlaq normaları isə hələ formalaşmamışdı. Keçid dövrü üçün xarakterik cəhət tutqun qəbilə şüurunun üstünlük təşkil etməsidir. O dövrdə insan özünü bir şəxsiyyət kimi dərk etməmişdi, əxlaq normaları haqda təsəvvürləri yox dərəcəsindəydi, o səbəbdən də onun hərəkətlərini hələ yetkinləşməmiş ağılı üstələyən instinktiv heyvani başlanğıc idarə eləyirdi.
“Milçəklər kralı” romanındakı personajların yaşca böyüyünün on iki yaşı təzəcə tamam olub, ən kiçiyi isə lap balacadır, hələ nə istədiyini bilmir, bilsə də, fikrini sözlə ifadə etməkdə acizdir, bir az bərkə düşən kimi ağlayıb: “Mən anamı istəyirəm, evimizə getmək istəyirəm”, – deyir.
Beləliklə, ən böyüyü on iki yaşında olan bir dəstə ingilis uşağı təyyarə qəzası nəticəsində okeandakı hansısa uzaq tropik adaya düşür. Uşaqlardan bir neçəsi hesab edir ki, böyüklər onları axtarıb tapacaqlar və bir müddətdən sonra evlərinə qayıda biləcəklər. Tropik adanın dörd tərəfi dənizdir, isti iqlimi, meyvəli ağacları, çimmək və əylənmək üçün əla şəraiti var. Sonra məlum olur ki, meşədə vəhşi donuzlar da var və onları ovlayıb ət əldə etmək olar. Belə bir şəraitdə bir müddət yaşayıb evə qayıdacaqları günü gözləmək məcburiyyətində qalan bu uşaqlar öz xilas günlərini yaxınlaşdırmaq üçün bir iş görməliydilər. Ocaq qalayıb onu sönməyə qoymamalıydılar ki, okean sularında üzən gəmilər onların verdiyi siqnalı – ocaq tüstüsünü görə bilsinlər. Adadakı yaşayışlarını sahmana salmaq üçün uşaqlar öz aralarından bir nəfəri – yaşca böyük olan Ralfı başçı seçirlər. Amma adaya qədərki həyatında kilsə xorunda oxumuş Cek adlı oğlan bundan narazı qalır, çünki özünü başçılığa daha layiqli namizəd hesab eləyir. Əsas ziddiyyət də bundan başlayır.
“Milçəklər kralı” romanından dərhal sonra 1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir.
“Varislər” romanında Qoldinq neandeıtal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.