Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb – FOTO
İşığa doğru yol maarifçilikdən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı həyata keçirdiyi tədbirlər də məhz bu yolun müqəddəs olduğunu göstərən amillərdəndir.
Bilik Fondu ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edib (FOTO)
Bu ad Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bəşər tarixində bütün xalqların yaşadığı məmləkəti müstəqil dövlətə çevirən liderləri olub. Heydər Əliyev dünya liderləri arasında müqayisə olunmaz fədakarlıq göstərərək, məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı fırtınalı ümmandan sağ-salamat çıxardı.
1993-cü il ölkə tarixində ən ağır il oldu. Hakimiyyət böhranı hələ yaradılmaqda olan ordunu sarsıtdı. Bundan istifadə edən düşmən əzəli torpaqlarımıza hücum etdi. Ölkəni uçurma aparan siyasi qüvvələr, qanuni hakimiyyət acizliyini etiraf edərək, dahi insana müraciət ünvanladılar. Heydər Əliyev vəziyyətin gərgin olduğunu bilirdi. Belə durumda bir kimsə məsuliyyəti üzərinə götürmək istəmirdi. Heydər Əliyev Azərbaycanın taleyini düşünərək, dəvəti qəbul etdi və həmin gündən ölkənin üzünə gün doğmuş oldu.
Faktiki bütün resursları dağıdılan, əraziləri hər gün işğal olunan, əsgərləri güllələrə tuş gələn Azərbaycan matəm içində idi. Xalqı bu matəmdən xilaskar missiyası ilə Heydər Əliyev qurtardı.
Hələ 1969-cu ildən Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsi xalqın taleyinə Tanrı tərəfindən verilən mükafat idi. Heydər Əliyev bütün fəaliyyətini məhz ölkəsinin çiçəklənməsinə həsr etdi. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam!”. Bu amalın daşıyıcısı olan şəxs SSRİ rəhbərliyində təmsil olunanda da vətəninin çiçəklənməsi naminə çalışdı. O dövrdə “mən azərbaycanlıyam” deməyi yalnız fenomen şəxs bacarardı. Heydər Əliyev bütün təlatümlərdən, siyasi manelərdən alnıaçıq, üzüağ, vüqarla çıxaraq, ölkəsini bir an da olsun unutmadı və təəssübünü heç nəyə, heç kimə qurban vermədi.
22 yanvar 1990-cı ildə Heydər Əliyevin SSRİ-nin rəhbəri M.Qorbaçova etiraz müraciəti ünvanlaması ən böyük cəsarət nümayişi idi. O mətni bu gün də əzbər bilirik. Məhz Heydər Əliyevin müraciətindən sonra informasiya blokadası yarıldı və dünya Azərbaycanda yaşanan qətliamlardan xəbər tutdu.
Biz Ümummilli lider adını qazanmış, xalqın Ulu Öndəri olan Heydər Əliyevi unutmuruq, onun əməllərini, ideyalarını, şəxsiyyətini öyrənir, öyrənir, öyrənirik. Hər ötən dövrdə Heydər Əliyev adlı düha bizim üçün daha da işıqlanır.
İşığa doğru yol maarifçilikdən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı həyata keçirdiyi tədbirlər də məhz bu yolun müqəddəs olduğunu göstərən amillərdəndir.
Bilik Fondu tək yubiley tarixlərində, doğum günlərində deyil, bütün fəaliyyəti boyu Ulu öndərin adının əbədiləşdirilməsi missiyasını yerinə yetirir.
Bu il başlayandan tədbirlərimizin intensivliyi daha da artıb. Heydər Əliyev şəxsiyyətinə həsr olunan mühazirələr, yerli və beynəlxlaq konfranslar, kollokviumlar, müsabiəqlər, kitab təqdimatları, film və tamaşa nümayişləri dinləyicilərin və iştirakçıların böyük marağına səbəb olub.
Bilik Fondunun İdarə Heyətinin qərarı ilə Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı həyata keçiriləcək tədbirlərin planı hazırlanıb və ardıcıl icra olunur.
Bilik Fondu və digər dövlət qurumlarının – Təhsil Nazirliyi, icra hakimiyyəti orqanları, Heydər Əliyev Mərkəzləri, Bilk evlərinin birgə təşkilatçlığı ilə bölgələrdə, paytaxtda və xaricdə keçirilən tədbirlərdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, xarici vətəndaşlar iştirak ediblər.
21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa Ağdaşda keçiriilib. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb – FOTO
AZƏRTAC-ın binası qarşısında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, agentliyin İdarə Heyətinin təşəbbüsü, fotoinformasiya baş redaksiyasının və Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə hazırlanmış sərgidə AZƏRTAC-ın arxivində qorunub saxlanılan nadir fotoşəkillər nümayiş olunur. Bu fotolarda Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrləri əksini tapıb.
Ümummilli Liderin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə gül dəstələri düzülməsi ilə başlanıb.
Açıq səma altında qurulmuş stendlərin qarşısında davam edən mərasimdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sərginin açılışında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, dünya miqyaslı siyasətçi və dövlət xadimidir. Bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Onun xatirəsi daim ürəklərdə yaşayır, onu hər gün dərin minnətdarlıq hissi ilə yad edirik”.
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hələ respublikaya rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə gördüyü nəhəng işlərlə, çox böyük uzaqgörənliklə bugünkü müstəqil Azərbaycan üçün iqtisadi və intellektual zəmin hazırlayıb, milli dirçəlişin, azərbaycançılıq ideologiyasının təməlini qoyub.
“1993-cü ilin böhranlı günlərində, Azərbaycanın “olum ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı müasir tariximizdə yeni səhifə açdı. Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ölkə həyatının bütün sahələrində – ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu”, – deyə İdarə Heyətinin sədri diqqəti Ulu Öndərin xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə yönəldib.
Qeyd olunub ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edirdi. Ulu Öndərin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından müstəsna rol oynayırdı. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana və respublikamızın Ermənistan tərəfindən zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.
Heydər Əliyev KİV-in inkişafına xüsusi diqqət yetirirdi. İstəyirdi ki, Azərbaycan mətbuatı dünya arenasına çıxsın, beynəlxalq informasiya məkanında layiqli yer tutsun. Ulu Öndər hesab edirdi ki, bu, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün son dərəcə vacibdir.
Mərasimdə Ulu Öndərin mətbuata diqqət və qayğısı, həmçinin AZƏRTAC haqqında dediyi bu fikirlər xatırlanıb: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.
Fəxrlə qeyd olunub ki, agentliyin kollektivi ötən müddətdə öz qüvvəsini bu vəzifələrin reallaşdırılmasına səfərbər edərək, bir çox uğurlara imza atıb. AZƏRTAC hazırda iki mötəbər beynəlxalq media qurumuna – Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edir. Bu təşkilatlar öz sıralarında ümumilikdə 170-dək ölkənin aparıcı informasiya agentliklərini birləşdirir. Əlbəttə, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycanın dinamik və hərtərəfli inkişafı, dünyada getdikcə artan nüfuzu sayəsində mümkün olub.
Tədbirdə çıxış edənlər – baş redaktor Cavid Bədəlov, redaksiya müdiri Suvar İbadov, bölmə müdiri Gözəl Ağayeva, aparıcı müxbir Samirə Allahverdiyeva Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar. Onun xilaskarlıq missiyasından, Azərbaycan mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açılıb. Bununla bağlı heç vaxt unudulmayacaq təəssüratlar dilə gətirilib.
Sonra fotosərgiyə baxış keçirilib. Ayrı-ayrı stendlərdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini – Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtları, müstəqil Azərbaycanın Prezidentliyi dövrünü əhatə edən fotolar yerləşdirilib. Tədbir iştirakçıları bu tarixi fotoşəkillərə böyük maraqla baxıblar. Azərbaycan tarixinin Ulu Öndərlə bağlı parlaq anlarını özündə yaşadan sərgi hamıda dərin təəssürat doğurub.
Tədbirdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş stolüstü oyunlar üzrə yarışların qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.
Fotosərgi paytaxt sakinlərinin də diqqətini cəlb edib. AZƏRTAC-ın binasının qarşısından keçən insanlar stendlərin önündə ayaq saxlayır, bu nadir fotolara diqqətlə baxırlar. Yaşlı nəslin nümayəndələri ötən günləri xatırlayır, gənclər isə bəlkə də ilk dəfə gördükləri bu fotolarla yaxın keçmişə ekskurs edirlər.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.