Ülkr liyeva abş-çin münasibtlri
ABŞ-ın Çinə qarşı hədə-qorxuları həm də Çinlə ticarət əlaqələri olan digər Asiya ölkələrinə, eləcə də Yaponiya, Cənubi Koreya və İrana da aiddir. Son vaxtlar Asiya ölkələri arasındakı əməkdaşlığın gücləndiyi, bir “yaxınlığın” baş qaldırdığı hiss olunur. ABŞ prezidentinin hədə-qorxularına münasibətdə isə “pərişanlıq”dan əsər əlamət yoxdur. Çinlilər getdikcə daha çox Şərq ölkələrinin iqtisadiyyatına üz tutur ki, bu da hansısa formada ABŞ-ın hədələrinə cavabdır. Avropanın qarşısında isə iki yol var: bu vəziyyədən öz mənafeyi üçün bəhrələnmək və yaxud ABŞ-ın mövqeyini müdafiə etmək. Hələ ki, avropalılar bir sıra məhsullara, xüsusilə aliminium və poladın idxalına gömrük rüsumlarını 25% artırıblar, Çini isə oxşar tədbirlərlə hədələyib ki, bu da üçtərəfli gərginlik yaradıb. Lakin Aİ ABŞ-dan fərqli olaraq Çinlə birbaşa qarşıdurmaya girməkdən çəkinir. Rəsmi Brüssel Vaşinqtonu vergiləri artırmaqda dəstəkləyə də bilmir, çünki, o, özü bu artımın qurbanıdır. ABŞ-Çin ticarət müharibəsində 3-cü mərhələ ABŞ-ın bəyan etdiyi kimi Çindən idxal olunan 200 mlrd. dollarlıq müxtəlif mallara qarşı yeni rüsumlar tətbiq etməsi ola bilər. İlkin mərhələdə 10% həddində nəzərdə tutulmuş rüsumların gələn il əvvəlindən 25%-ə çatdırılacağı bildirilir. Bu baş verərsə, ticarət müharibəsi təhlükəli həddə çatmış olacaq və artıq ikitərəfli deyil, çoxtərəfli xarakter daşıyacaq. Dünya ölkələri iki tərəfdən birinin mövqeyini dəstəkləməli, ABŞ və Çin arasında seçim etməli olacaq.
Ukraynalı deputat: “Çin Rusiyaya dəstək verib-verməyəcəyini hələ də müəyyənləşdirməyib”
“Rusiya və Çin liderlərinin görüşməsi ondan xəbər verir ki, Pekin Moskvanın Ukraynada apardığı müharibəni dəstəkləyib-dəstəkləməyəcəyini hələ də müəyyənləşdirməyib”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuriy Kamelçuk deyib.
Onun fikrincə, Çin Rusiyanı iqtisadi cəhətdən dəstəkləməyə davam edir. Çünki Pekin Moskvadan enerji daşıyıcıları – neft, qaz və s. alır, əvəzində isə Rusiyaya hələ Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl imzalanmış müqavilələr üzrə elektrotexniki və s. avadanlıqların təchizatı ilə bağlı öhdəliklərini yerinə yetirir.
“Digər tərəfdən Çin nə Avropa, nə də ABŞ sanksiyalarına qoşulur. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək deməkdir. Gələcəkdə nə olacağını görəcəyik. Amma indi Çinin irəli sürdüyü “sülh” təklifi qəbuledilməzdir. Çünki Rusiya tərəfdən heç bir konkret addım görmürük”, – Ali Radanın deputatı vurğulayıb.
Y.Kamelçuk söyləyib ki, Ukrayna üçün bir sıra məsələlər vacibdir:
“Bura Rusiya qoşunlarının Ukrayna ərazisindən, o cümlədən Krım və Donbasdan tam çıxarılması, bütün hərbi əsirlərin təhvil verilməsi, ölkədən qaçırılmış mülki şəxslərin, uşaqların qaytarılması, reparasiya ödənişinin həyata keçirilməsi daxildir. Yalnız bundan sonra nədənsə danışmaq olar. Amma danışılası da yalnız bir məsələ var: hərbi cinayətkar Vladimir Putinin beynəlxalq tribunala, cinayət məhkəməsinə cəlb olunması”.
Ülkr liyeva abş-çin münasibtlri
Yüz əlli milyondan çox amerikalı istifadəçisi olan Çinə məxsus sosial şəbəkə – “TikTok” ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və paylaşmayacaq.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bunu “TikTok” sosial şəbəkəsinin baş icraçı direktoru Shou Zi Chew açıqlayıb.
“TikTok” heç vaxt ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və ya paylaşmaq üçün sorğu almayıb. Əgər belə bir tələb olsaydı belə, bu, yerinə yetirilməzdi”, – deyə o bildirib.
Shou Zi Chew əlavə edib ki, “TikTok”un sahibi “ByteDance” şirkəti heç bir hökumətə və ya dövlət qurumuna məxsus deyil: “Birmənalı şəkildə qeyd edirəm ki, “ByteDance” Çinin və ya başqa bir ölkənin agenti deyil”.
Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər və bu, ABŞ qanunvericiləri tərəfindən tətbiqin qadağan edilməsi çağırışlarının artmasına səbəb olur.
Ağ ev administrasiyası “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.
Ötən ilin sonlarında ABŞ Konqresi federal hökumətin elektron qurğularında və telefonlarında “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanunu təsdiqləyib. Amerikalı qanunvericilər, həmçinin ölkə prezidentinə tətbiqi ümumiyyətlə qadağan etməyə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.
İndiyədək ABŞ-nin 13 ştatı mənzil-qərargahı Çində yerləşən “ByteDance” kompaniyasına məxsus “TikTok” tətbiqinə qarşı tədbirlər görüb. Hakimiyyət orqanları hesab edir ki, “TikTok” Çin hökuməti tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə oluna bilər.
Ekspert: “ABŞ-Çin ticarət müharibəsi dünya ölkələrini seçim qarşısında qoya bilər”
Ekspert: “ABŞ-Çin ticarət müharibəsi dünya ölkələrini seçim qarşısında qoya bilər” Paris. 24 sentyabr. REPORT.AZ/ ABŞ-la Çin arasında ticarət müharibəsinin kökü bir neçə il əvvələ gedib çıxır.
24 Sentyabr , 2018 15:11
https://static.report.az/photo/6b6beb1c-4af6-4fed-b817-121ca3332eda.jpg
Paris. 24 sentyabr. REPORT.AZ/ ABŞ-la Çin arasında ticarət müharibəsinin kökü bir neçə il əvvələ gedib çıxır. ABŞ-ın əvvəlki prezidentlərinin qəbul etdiyi bır sıra qərarlardan sonra indiki dövlət başçısı Donald Trampın səsləndirdiyi bəyanatlar və ölkənin ötən ilin yanvar ayında Çinlə münasibətlərdə balansı qoruyan Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən (Trans-Pacific Partnership) çıxması sonda iki ölkə arasında müharibəyə səbəb oldu. Bu baxımdan, ABŞ prezidentinin keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq edilməsinə dair ilk bəyanatı çox önəmlidir. Bununla D.Tramp təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanı, eləcə də digər Latın Amerikası ölkələrini hədələdi. Son bəyanatlara gəldikdə isə, onların artıq iqtisadi nəticələri var, üstəlik, diplomatik nəticələri də olacaq. Qeyd edək ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə azdır. Beləliklə hazırda ABŞ-ın xarici ticarət dövriyyəsində 800 mlrd. dollarlıq mənfi saldo var ki, bunun da 375 mlrd. dolları Çinlə idxal-ixrac əməliyyatlarının hesabına formalaşıb. ABŞ Çin istehsalı olan 1 300 adda məhsulun idxalına 10% gömrük rüsumu tətbiq etməklə xarici ticarət balansındakı kəsiri aradan qaldırmağa çalışır. Amma Çin də “yerində saymır”. Bir neçə gün bundan əvvəl Şərqi Asiya ölkəsi bəyan edib ki, ABŞ-dan idxal 60 mlrd. dollarlıq olunan məhsula ilk öncə 5%, daha sonra isə 10% vergi tətbiq ediləcək. Bununla da tərəflər arasında gərginlik daha da artıb və ticarət müharibəsi 2-ci mərhələyə qədəm qoyub. Bu müharibə daha çox siyasi xarakter daşıyır, yəni “rəqəm müharibəsi”dən çox “söz müharibəsi”dir. Amma onun amerikalıların həyat tərzinə ciddi mənfi təsiri gözlənilmir. Sadəcə, ABŞ yerli şirkətləri Çin mallarından qorumaq istəyir və onların mövqeyinin dünya bazarında olduğu kimi, yerli bazarda da zəifləməsini istəmir. ABŞ-ın vergi tətbiq etmək istədiyi məhsullara nəzər yetirsək, görərik ki, bura elektrik malları (soyuducu, tozsoran, paltaryuyan və s.) ilə yanaşı, geyim malları, o cümlədən ayaqqabılar daxildir. Həmin ayaqqabılar isə Çində istehsal olunsa da, Amerika brendləridir.
ABŞ-ın Çinə qarşı hədə-qorxuları həm də Çinlə ticarət əlaqələri olan digər Asiya ölkələrinə, eləcə də Yaponiya, Cənubi Koreya və İrana da aiddir. Son vaxtlar Asiya ölkələri arasındakı əməkdaşlığın gücləndiyi, bir “yaxınlığın” baş qaldırdığı hiss olunur. ABŞ prezidentinin hədə-qorxularına münasibətdə isə “pərişanlıq”dan əsər əlamət yoxdur. Çinlilər getdikcə daha çox Şərq ölkələrinin iqtisadiyyatına üz tutur ki, bu da hansısa formada ABŞ-ın hədələrinə cavabdır. Avropanın qarşısında isə iki yol var: bu vəziyyədən öz mənafeyi üçün bəhrələnmək və yaxud ABŞ-ın mövqeyini müdafiə etmək. Hələ ki, avropalılar bir sıra məhsullara, xüsusilə aliminium və poladın idxalına gömrük rüsumlarını 25% artırıblar, Çini isə oxşar tədbirlərlə hədələyib ki, bu da üçtərəfli gərginlik yaradıb. Lakin Aİ ABŞ-dan fərqli olaraq Çinlə birbaşa qarşıdurmaya girməkdən çəkinir. Rəsmi Brüssel Vaşinqtonu vergiləri artırmaqda dəstəkləyə də bilmir, çünki, o, özü bu artımın qurbanıdır. ABŞ-Çin ticarət müharibəsində 3-cü mərhələ ABŞ-ın bəyan etdiyi kimi Çindən idxal olunan 200 mlrd. dollarlıq müxtəlif mallara qarşı yeni rüsumlar tətbiq etməsi ola bilər. İlkin mərhələdə 10% həddində nəzərdə tutulmuş rüsumların gələn il əvvəlindən 25%-ə çatdırılacağı bildirilir. Bu baş verərsə, ticarət müharibəsi təhlükəli həddə çatmış olacaq və artıq ikitərəfli deyil, çoxtərəfli xarakter daşıyacaq. Dünya ölkələri iki tərəfdən birinin mövqeyini dəstəkləməli, ABŞ və Çin arasında seçim etməli olacaq.
Emmanuel Dupuy Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy
Link kopyalandı
Vüsalə İsmətqızı
https://static.report.az/photo/c9d2bb41-695e-3c4f-966d-a397c9c262b3_50.jpg
Rus versiyası Эксперт: Торговая война между США и Китаем может поставить другие страны перед выбором
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.