Kidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib (FOTO)
“Bu il biz Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini qeyd edəcəyik. Bu münasibətlə yerlərdə bir sıra tədbirlər təşkil olunur. Şəhərimizdə keçirilən tədbir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinin öyrənilməsinə həsr olunub.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib – FOTO
Bu gün Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xəzər rayon İcra Hakimiyyəti və “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli liderin büstü önünə əklil qoyub, İcra Hakimiyyətində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.
Sonra “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov tədbiri giriş sözü ilə açıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasıdır.
Ş.Süleymanov deyib ki, Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu var:
“Heydər Əliyev Azərbaycanın təhlüləsizlik orqanlarının milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi üçün əlindən gələni edib. Heydər Əliyev hər bir kiçik məsələni dərindən araşdıran, obyektiv faktları ortaya çıxaran şəxsiyyət idi. 1960-cı ildən sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş oldu. Heydər Əliyev daim çalışırdı ki, təhlükəsizlik orqanlarında milli kadrlar tez yetişsin, xüsusi əməliyyatlarda iştirak etsinlər. Mən təhlükəsizlik orqanlarına gəldiyim vaxtdan Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Ulu öndərin səyi nəticəsində 3 ay müddətində peşəkar oldum. Bundan sonra 35 il təhlükəsizlik orqanlarında çalışdım. Fəaliyyət müddətimdə mürəkkəb əməliyyatlarda iştirak etmişəm. Bu sahədə təcrübə qazanmağımın səbəbkarı Heydər Əliyev olub. 1961-ci ildən 1992-ci ilə qədər 10 rəhbərlə işləmişəm. Onlardan 6-sı rus olub. Həmin şəxslər azərbaycanlı kadrların vəzifəyə gəlməsinə imkan vermirdi. Onlar rəhbər vəzifələrə rus və erməniləri təyin edirdilər. 1961-ci ildə isə Heydər Əliyev ilk azərbaycanlı olaraq təhlükəsizlik orqanına rəhbər təyin olundu. Ümummilli lider təhlükəsizlik orqanlarına rəhbər təyin olunandan sonra bu sistemdəki azərbaycanlı kadrların sayı sürətlə artdı”.
Ş.Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarında fədakarlıq məktəbi yaratdı: “Bu gün bu fədakarlıq məktəbinin yetirmələri kifayət qədər tanınmış simalardır”.
İctimai Birliyin sədri həmçinin Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.
Daha sonra “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi tərəfindən tədbirin təşkilatçıları fəxri fərman və diplomlarla təltif edilib. Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş sənədli film nümayiş olunub.
Milli.Az
Şəkidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib (FOTO)
Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib.
Trend-i buradan izləyin
Bakı. Samir Əli – Trend:
Bu gün Şəkidə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib.
Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Şəki Rayon İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin büstü önünə əklil qoyub, mərkəzdə Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.
Daha sonra tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan xüsusi xidmət orqanlarının yaranması barədə danışıb. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığını deyən E.Usubov bildirib ki, bununla da Azərbaycan təhlükəsizlik orqanlarının əsası qoyulub:
“Bu il biz Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini qeyd edəcəyik. Bu münasibətlə yerlərdə bir sıra tədbirlər təşkil olunur. Şəhərimizdə keçirilən tədbir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinin öyrənilməsinə həsr olunub.
Ümummilli lider Heydər Əliyevin yaratdığı dövlət idarəçilik məktəbinin əsas məqsədi müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etməksir. Vətənpərvərlik və dövlətçilik Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli ideologiya kimi formalaşdı.
Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər nümunəvi ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. O qətiyyəti və cəsarəti sayəsində respublikanın təhlükəsizlik orqanında tədricən azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirib, çoxsaylı ziyalı və ictimai xadimləri həbsdən və təzyiqlərdən xilas edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamış, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanın formalaşmasına böyük əmək sərf etmişdi.
Sədaqətli və vətənpərvər ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının yaradılması da bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
E.Usubov deyib ki, bu gün Prezident İlham Əliyev ulu öndərin bu siyasətini yeni tələblərə uyğun şəkildə uğurla davam etdirir:
“Prezident İlham Əliyevin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir.
Hesab edirəm ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Şəki Şəhər İcra Hakimiyyəti və “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin təşkil etdiyi bu tədbir gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, ulu öndərimizin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinin öyrənilməsində xüsusi rol oynayacaq”.
Comments are closed, but trackbacks and pingbacks are open.