Press "Enter" to skip to content

Ulu öndərin 90 illiyi ilə əlaəqdr keçirilən tədbir

Heydər Əliyev Sarayında Ulu Öndərin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

Heydər Əliyev Sarayında Ulu Öndərin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasi-iqtisadi sabitlik hökm sürməyən yerdə mədəniyyət iflasa uğrayır. Azərbaycan mədəniyyətinin tarixi köklərinin nə qədər dərinliklərə işləsə də, 1988- 1993-cü illərdə cəmiyyətimizdə hökm sürən xaos və anarxiyanın mədəniyyət və incəsənət sahələrinə təsirindən və millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən Heydər Əliyevin, həmin illərdə dərin böhran içində olan Azərbaycan mədəniyyətini yüksəklərə qaldırmaq üçün gördüyü mühüm tədbirlərdən bəhs etmişdir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Heydər Əliyev Sarayında Ulu Öndərin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə, Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açmışdır.

Siyasi-iqtisadi sabitlik hökm sürməyən yerdə mədəniyyət iflasa uğrayır. Azərbaycan mədəniyyətinin tarixi köklərinin nə qədər dərinliklərə işləsə də, 1988- 1993-cü illərdə cəmiyyətimizdə hökm sürən xaos və anarxiyanın mədəniyyət və incəsənət sahələrinə təsirindən və millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən Heydər Əliyevin, həmin illərdə dərin böhran içində olan Azərbaycan mədəniyyətini yüksəklərə qaldırmaq üçün gördüyü mühüm tədbirlərdən bəhs etmişdir.

Fərhad Babayev, Dövlət rəhbəri kimi Heydər Əliyevin daim mədəniyyət və incəsənət xadimlərinin qayğısına qalmasından, onlara himayədarlıq etməsindən, tarix boyu , Azərbaycanın şan-şöhrətini bütün ellərə yaymış, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının, çoxsaylı festival və mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi ölkə başçısının mədəniyyət adamlarına, bütün ziyalılara böyük diqqət və ehtiramından geniş nitq söyləmişdir.

Ölkə daxilində keçirilən yubiley tədbirləri Heydər Əliyevin mədəniyyətimizin tərəqqisinə göstərdiyi daimi qayğısını əks etdirirdi. Bunlar arasında Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Müslüm Maqomoyev, Səməd Vurğunun anadan olduğu tarixi günlər, rejissor və pedaqoq Tofiq Kazımovun 75 illiyi, pianoçu Vaqif Mustafazadənin 60 illiyi və öz həyatlarını milli mədəniyyətimizin inkişafına həsr etmiş adları çəkə bilmədiyimiz onlarca digər sənətkarımızın yubileyləri daxildir. Hal-hazırda bu diqqət və qayğı Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlərdə keçirilən yüksək səviyyəli yubiley tədbirləri bunun bariz nümunəsidir. Bunlardan, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov- 125 illiyi, Qara Qarayevin 95 illiyi, Fikrət Əmirovun -90 illiyi və başqaları.

Sarayın direktoru Fərhad Babayev, Ulu Öndər Heydər Əliyevin milli mənəviyyatımızın, mədəniyyətimizin qorunması və inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarınada, həmişə bu dahi İnsandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə etdi.

Fərhad Babayev həmçinin, bu yaxınlarda görkəmli alim, akademik Zərifə xanım Əliyevanında 90 illik yubileyinin yüksək səviyyədə keçirildiyini qeyd etmişdir. Görkəmli oftalmoloq, nüfuzlu ictimai xadim Zərifə xanım Əliyevanın Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən, yüksək səviyyəli tibb işçilərin hazırlanmasında, peşakar elmi kadrların yetişdirilməsindəki böyük xidmətlərindən danışmışdır.

Tədbirdə çıxış edənlər, Heydər Əliyevin Azərbaycanın mədəniyyəti,təhsili, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatındakı rolundan və onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlərdən bəhs etmişlər.

Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan daha da inkşaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.

Sonda “Heydər Əliyev -90” sənədli filmi nümayiş etdirilib.

Tədbirdən sonra, Sarayın rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşlər.

Xankəndi

AzVision.az əvəzolunmaz siyasi lider, müdrik şəxsiyyət kimi tarixə adını yazdıran Ulu Öndərin müdrik kəlamlarının bir qismini oxuculara təqdim edir:

1. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

2. Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.

3. Tarix həmişə hər şeyi öz yerinə qoyur.

4. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

5. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.

6. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

7. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

8. Heç kim əbədi qalib ola bilməz.

9. Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.

10. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.

11. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.

12. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.

13. Ağıl olan yerdə zora ehtiyac yoxdur.

14. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

15. Müstəqillik yolu qədər çətin yol yoxdur.

16. Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.

17. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.

18. Tarix heç nəyi silmir.

19. Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.

20. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

21. Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

22. Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.

23. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.

24. Tənqid həmişə işə kömək edir.

25. Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!

Comments are closed, but trackbacks and pingbacks are open.