Neshrin redaktor hazirliqi – Bakı DövlÉt Universiteti
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son ilər Muxtar respublikada fəaliyyət göstərən kitabnxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi , elektron kitabxanaların yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətini, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, elektron kitabxa sistemi yaradılmışdır.
SON DƏQİQƏ
YUNESKO 1995-ci il noyabrn 15-də Parisdə keçirilən 28-ci sessiyasında 23 apreli Ümumdünya Kitab və Müəllif Hüquqları günü elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir. Yaradıcılıq anlayışı ilə sıx bağlı olan müəlliflik hüququ mədəniyyətin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuldur. Azərbaycanda kitab nəşri, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, mərasim nəğmələri, bayatılar, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvlər şifahi formada yayılmış, sonralar isə daş, ağac və gil üzərinə köçürülərək bu günümüzə qədər gəlib çatmışdır. Orta əsrlərdən başalayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnu ilkin səmərəli qorunma formasını yaratmışlarşlar.
Azərbaycanda kitab mədəniyyəti X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiqə aid gözəl əsərlər yaranmışdır. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər, yaşayıb yaratmışlar. Müxtəlif tarixi dövrlərin böyük ustadları olan Xətib Təbrizinin, Məhsəti Gəncəvinin , Nizami Gəncəvinin, Nəcməddin Naxçıvaninin, Hiduşah Naxçıvaninin , Nəsrəddin Tusinin, Qətran Təbrizinin, Bəhmənyarın və başqalarının müəlliflik hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Bu əlyazmalar ölkəmizdən başqa dünyanın bir sıra ölkələrində -ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Çexya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrdə qorunub saxlanılmaqdadır. Bütün bunlar Azərbaycanda kitab və müəllif hüququnun qədim tarixə malik olmasından xəbər verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə kitab mədəniyyətinə, nəşriyyat işinə, kitabların müəlliflərinə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Beləki, hələ ötən əsrin 70 illərindən başlayaraq ümumilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşri geniş vüsət almış, yaradıcı insanlar hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Müstəqillik illərində dahi şəxsiyyətin rəhbərliyi ilə kitab nəşri və müəllimlik hüququ sahəsində daha geniş və ardıcıl tədbirlər həyata keçirilmiş, 1996-cı ildə “Müəlliflik hüququ və əlavəlik hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında ”, 200-ci ildə nəşriyyat işi haqqında, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququnun qorunması haqqında ” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.
Bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, ölkəmiz tezliklə “Müəllif hüquqları haqqında Ümumdünya Konvensiyasına qoşularaq geniş Beynəlxalq əməkdaşlığa da başlanmışdır” Ulu öndər kitab nəşrinə yüksək qiymət verərək demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”
Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar görülən işlərin miqyasını daha da genişləndirmişdir.
Bu sahədə Heydər Əliyev fondu tərəfindən də mühüm tədbirlər görülür. Son illər fond tərəfindən Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, bir sözlə, mədəni irsimizlə bağlı nəşr olunan kitablar, elektron daşıyıcılar, zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçiriləm məqsədyönlü tədbirlərdir. Aparılan işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətini və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri- maddi-mənəvi irs siyahısına daxil edilmişdir. Son illər Azərbaycanda yazıçıların əsərlərinin xarici ölkələrdə nəşr olunması, beynəlxalq kitab yarmarkalarında, sərgilərində nümayiş olunması da bu sahədə əldə olunan müsbət nəticələrdən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son ilər Muxtar respublikada fəaliyyət göstərən kitabnxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi , elektron kitabxanaların yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətini, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, elektron kitabxa sistemi yaradılmışdır.
Muxtar respublikada təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Beləki, Naxçıvan Dövlət Universitetində, “Naxcıvan” universitetində, Naxçıvan Müəllimlər İnstitutunda və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bundan başqa, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində auidio və elektron kitabxana sistemi də yaradılmışdır.
Bu gün Muxtar respublika kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.”Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, Muxtar respublika kitabxanalarına 500-minə yaxın elmi və bədii ədəbiyyat paylanmışdır.
Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, ”Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan Xanlığı”, ”Naxçıvan tarixi atlası”, ”Naxçıvan folkloru”, ”Naxçıvan teatrının salnaməsi”, ”Naxçıvan milli geyimləri”, ”Gəncliyimiz-gələcəyimiz”, ”Naxçıvanda arxeoloji tədqiqatlar”, ”Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, ”Naxçıvan tikmələri”, ”Naxçıvan mətbəxi”, ”Naxçıvan tarixi” çoxcildliyi tariximizi və milli dəyərlərizi öyrənmək üçün dəyərli elmi mənbələrdir. Bu kimi tədbirlərin və işlərin ardıcıl həyata keçirilməsi dövlətin bu sahəyə xüsusi önəm verməsinin göstəricisidir. Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır.
Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. İl ərzində gənc şair və yazıçıların onlarla kitabı işıq üzü görür. Bu gün Naxçıvanın qələm sahiblərinin yaradıcılıqları ölkə və dünya miqyasında tanınır və sevilir. Bütün bunlar bir daha Muxtar respublikada müəllif hüquqlarına və kitab işinə ayrılan diqqətin ,müəlliflərə göstərilən qayğının bariz nümunəsidir.
Bəşəriyyətin elmi və mədəni intibahı insanların yaradıcı təfəkkürünün məhsuludur. Bu mənada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini kitabların və kitab hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yüsif Məmmədəliyev, Əziz Şərif, Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov və digər görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında əqli mülkiyyət yaradıcılarının hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.
Nəzakət İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
Fililogiya üzrə fəlsəfə doktoru, dosent
neshrin redaktor hazirliqi – Bakı DövlÉt Universiteti
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU BAKI DÖVLƏT UNİVERSİTETİ Bakalavr hazırlığı üçün NƏŞRİN REDAKTOR HAZIRLIĞI PROQRAM İstiqamətin şifri və adı: HS 060000 Kitabşünaslıq İxtisasın şifri və adı: HS 060100 Nəşriyyat işi və redaktəetmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik şurasının «Biblioqrafiyaşünaslıq, Kitabşünaslıq və kitabxana işi» bölməsinin qərarı ilə təsdiq edilmişdir (protokol № _). BAKI – 2008 PDF created with pdfFactory Pro trial version www.pdffactory.com
- Page 2 and 3: Proqramı tərtib edən: filologiya
- Page 4 and 5: «Nəşrin redaktor hazırlığı»
- Page 6 and 7: GİRİŞ «Nəşrin redaktor hazır
- Page 8 and 9: Elmi-kütləvi ədəbiyyatın məlu
- Page 10 and 11: İstehsalat-praktiki nəşr anlayı
- Page 12 and 13: anlayışı. İnformasiyanın xarak
- Page 14 and 15: ƏDƏBİYYAT SİYAHISI: a) Azərbay
- Page 16: PDF created with pdfFactory Pro tri
Share
Share from cover
Share from page:
Inappropriate
Flag as Inappropriate Cancel
Inappropriate
You have already flagged this document.
Thank you, for helping us keep this platform clean.
The editors will have a look at it as soon as possible.
Comments are closed, but trackbacks and pingbacks are open.