Press "Enter" to skip to content

Ümumdünya ticart tşkilatı

Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.

Umumdunya Ticaret Teskilati – Wikipedia

Ümumdünya Ticarət Təşkilatı (ÜTT, ing. World Trade Organization , fr. Organisation mondiale du commerce , isp. Organización Mundial del Comercio ) — 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. [2] . Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır.

ÜTT-nin əsasını qoyanlar
ÜTT-yə sonradan qoşulanlar

Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.

ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 160 üzvü var, müşahidəçi ölkələrin sayı 24-dür. [3] Vatikan istisna olmaqla qalan 23 ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir. [3] Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur.

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Əmtəə
  • 3 Xidmətlər
  • 4 İntellektual mülkiyyət
  • 5 Mübahisələrin həlli
  • 6 Siyasətin nəzərdən keçirilməsi
  • 7 İnkişaf edən ölkələr
    • 7.1 İnkişaf və ticarət
    • 7.2 Texniki yardım və treninqlər
    • 8.1 Funksiyalar
    • 8.2 Struktur
    • 8.3 Katiblik

    Fəaliyyəti

    Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi. Danışıqların son mərhələsi olan 1986-1994-cü illərdə baş tutmuş Uruqvay Raundu ÜTT-nin yaradılmasını qabaqlayır.

    Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə razılaşma əldə olunur.

    Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları məhsulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır, 70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası sektorlarında ticarətin 95%-ni əhatə edən maliyyə sektoru üzrə razılaşmanı əldə ediblər.

    2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA – Doha Development Agenda).

    Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət, habelə ÜTT-nin hazırkı razılaşmalarının tətbiqi zamanı ölkələrin üzləşdikləri çətinliklər kimi onların inkişafına istiqamətlənmiş bir sıra digər məsələlər.

    Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir. ÜTT Sazişləri Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik? Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə. ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-1994 Uruqvay Danışıqlar Raundundan irəli gəlir.

    GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş qrafikləri) ibarət 30 min səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər tərəfindən hazırlanmışdır.

    Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl şəkildə çərçivələyən diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir.

    Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu forum idi. Ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya əleyhinə olan qaydaları müəyyənləşdirir.

    1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş standartlar, subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr və düzəlişlər qəbul edilib.

    Xaricdə biznes qurmağı planlaşdıran banklar, sığorta və telekommunikasiya şirkətləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən yararlana bilərlər. Bu prinsiplər Xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATSGeneral Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici iştirakçılar üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu bəyan edirlər.

    İntellektual mülkiyyət

    ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları, patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirləri kimi açıqlanması mümkün olmayan informasiyanı – əqli mülkiyyəti ticarət prosesində necə qorumağı müəyyənləşdirir.

    Mübahisələrin həlli

    ÜTT-nin ticarət mübahisələrinin “Mübahisələrin Həlli üzrə Anlaşma” çərçivəsində çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən öhdəliklərin təfsiri əsasında çıxarılır. Bu sistem ölkələri aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan qaldırmağa ruhlandırır. Bu sistemin effektivliyinə nümunə olaraq ÜTT-nin 1995-2003-cü illər ərzində və GATT-ın 1947-1994-cü illər ərzində həll etdiyi mübahisələrin sayına baxmaq kifayətdir. Fəaliyyət müddətlərindəki böyük fərqə baxmayaraq, qeyd olunan dövrlər ərzində hər iki təşkilat 300 mübahisənin həllinə nail olub.

    Siyasətin nəzərdən keçirilməsi

    Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığı artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər nəzərdən keçirməni onların siyasətinə konstruktiv cavab reaksiyası kimi görürlər. ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını cəmləşdirməlidir.

    İnkişaf edən ölkələr

    İnkişaf və ticarət

    ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər, o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər, bütün ÜTT üzvlərini onların ticarət maraqlarını müdafiə etməyə məcbur edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına, mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək. 2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur. Bu danışıqlar Doha İnkişaf Raundu da adlandırılır. 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş 6 hökumətlərarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən “inteqrə olunmuş çərçivə”, habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə sazişlərlə nəticələnmişdir.

    ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr üzrə alt komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının artırılmasıdır.

    Texniki yardım və treninqlər

    ÜTT inkişaf edən ölkələr üçün ildə 100-ə qədər texniki əməkdaşlıq missiyası təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın bütün regionlarında təşkil olunur. Bununla yanaşı, treninqlər mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə təmin etmişdir.

    Funksiyalar

    ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur:

    • Ticarət sazişlərinin idarə olunması;
    • Ticarət danışıqları üçün forum kimi çıxış olunması;
    • Ticarət mübahisələrinin həlli;
    • Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi;
    • Texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət siyasətə məsələlərində dəstək;
    • Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq.

    Struktur

    ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı 2 ildə bir dəfə yığışan Nazirlər Konfransıdır.

    Təşkilatın digər ali orqanı iclasları ildə bir neçə dəfə Cenevrədə təşkil olunan Əsas Şuradır. Adətən bura Cenevrədəki səfirlər və missiyaların rəhbərləri daxildir, lakin bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir. Bununla yanaşı, Əsas Şura Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi də yığışır.

    Növbəti səviyyə Əsas Şuraya hesabat verən Əmtəə Şurası, Xidmətlər Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasını əhatə edir.

    Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.

    Katiblik

    ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş direktor tərəfindən idarə olunur. O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil. Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki dəstək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya çatdırmaqdır. Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir.

    İstinadlar

    Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.

    1. ↑İsmət Abasov, “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri”, Bakı, “Elm və təhsil”, 2011.
    2. ↑”ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI” (PDF) . 2022-03-05 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2011-06-24 .
    3. 12Yəmən ÜTT-nin tamhüquqlu üzvü olduArxivləşdirilib 2022-03-21 at the Wayback Machine. wto.az, 26.06.2014 (az.)

    Ümumdünya ticarət təşkilatı

    Tariflər və ticarət üzrə Baş müqaviləni əvəz edən (QATT, GATT — General Argement on Tariffs and Trade-dən ixtisarla. — Red.qeydi) Ümumdünya ticarət təşkilatı (ÜTT) 1 yanvar 1995-ci ildə yaradılmışdır, qurum çoxtərəfli ticarət sisteminin qanunverici və təşkilati bazasıdır. O, hökumətin, bazasında öz daxili ticarət qanunvericiliyini formalaşdırdığı və reallaşdırdığı əsas müqavilə qanunlarını hazırlayır habelə kollektiv mübahisələr şəraitində, danışıqlarda və qarşılıqlı iddialar zamanı ölkələr arasında ticarət münasibətlərinin qurulması üzrə platformadır. ÜTT-nin əsas funksiyaları bunlardır: ÜTT-nin əsasını təşkil edən çoxtərəfli və müxtəliftərəfli ticarət müqavilələrinin hazırlanması və reallaşdırılması; ticarət sahəsində çoxtərəfli danışıqlar üçün şəraitin yaradılması; ticarət sahəsində mübahisələrin həll edilməsi; dövlətlər tərəfindən aparılan ticarət siyasəti və dünya iqtisadiyyatının problemlərinin həlli ilə məşğul olan digər beynəlxalq institutlarla əməkdaşlıq üzərində nəzarətin həyata keçirilməsi.
    Dövlətə “ən əlverişli şərait yaratma” rejimi vermək haqqında qanuna müvafiq olaraq, ÜTT-yə daxil olan dövlətlər ÜTT xətti üzrə müqavilələrlə əlaqəli ölkələrdə istehsal edilən mallara da hər hansı digər ölkənin mallarına tətbiq edilən standartları tətbiq etməlidirlər. Həmin qanun başqa ölkələrdən bazara gətirilmiş mallara da həmin ölkədə istehsal olunmuş mallar kimi münasibət göstərilməsini tələb edir. ÜTT çərçivəsində adətən normalar ləğv edilir, bu zaman gömrük tarifləri və rüsumlar saxlanılır. ÜTT-nin işləmələrinin bir hissəsi olan, tarif dərəcələri üzrə milli sənədlərdə qeyd olunan, QATT xətti üzrə Uruqvay raundu danışıqlarında iştirak edən 120 ölkə tarif dərəcələrinin aşağı salınmasını qəbul etmişdir. Beş illik müddət ərzində demək olar ki, hər yerdə qüvvəyə minən tarif dərəcələrinin aşağı salınması, inkişaf etmiş sənaye ölkələrinə idxal edilmiş sənaye mallarında tariflərin 40 faizlik azalmasına səbəb olmuşdur. Tariflər orta hesabla 6,3%-dən 3,8%-ə qədər aşağı düşür.
    ÜTT-nin üzvləri həm də xidmət sahəsində fəaliyyəti nizamlayan, milli normativ aktlardan irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Bu öhdəliklər tarif dərəcələri kimi müvafiq milli sənədlərə qeyd edilmişdir, bununla belə ÜTT hökumətin «yalançı» rəqabət qabiliyyətli kimi adlandırılan kateqoriyaya aid olan iki növ mallara kompensasiya rüsumu tətbiq edə bildiyi QATT-nin bu qanunlarının genişləndirilməsi və dəqiqləşdirilməsi işlərini aparır. ÜTT çərçivəsində bağlanmış kənd təsərrüfatı məhsulları üzrə müqavilə bu sahədə ticarət əlaqələrinə daha ədalətlə yanaşılmasına yönəldilmişdir. Əqli mülkiyyət sahəsində müqavilə elm və ixtira sahəsində müsabiqə şəraitinin təşkil edilməsinə yönəldilmişdir. Oxşar müqavilə xidmət göstərmə sahəsində də fəaliyyət göstərir. QATT çərçivəsində fəaliyyətdə olan, inkişaf etməkdə olan ölkələrdə əlverişli şəraitin yaradılmasına yönəldilmiş bütün qanunlar ÜTT çərçivəsində saxlanmışdır və əsas diqqət bu qanunlara ayrılmışdır, hansı ki, inkişaf etmiş ölkələrə göstəriş verilmişdir ki, ticarət əlaqələrini qurmaqda inkişaf etməkdə olan ölkələrə kömək etsinlər. İnkişaf etməkdə olan ölkələrə müəyyən vaxt verilmişdir ki, ÜTT-nin daha ciddi tələblərinə uyğunlaşsınlar. Ən az inkişaf etmiş ölkələrə tez uyğunlaşan yaxınlaşma tətbiq olunur və onlar qazanclarını mallarının kapitalist ölkələrinin bazarlarına ən asan daxil olması ilə təminatından götürmək imkanına malikdirlər.
    ÜTT-nin ali orqanı iki ildən bir çağırılan nazirlər Konfransıdır, o zaman bir sıra işçi orqanların, əsas etibarilə arbitraj komitə kimi və ticarət qanunvericiliyinin reallaşdırılmasına müşahidə üzrə komitə kimi Ümumi şuranın yalnız gündəlik fəaliyyəti həyata keçirilir. Ümumi şura səlahiyyətlərini digər üç baş orqana verir: əmtəə ilə ticarət üzrə Şura, xidmətlə ticarət üzrə Şura və müəllif hüquqlarının müdafiəsi üzrə Şura. Ümumi şuranın tabeçiliyində nazirlər Konfransı tərəfindən yaradılmış daha dörd orqan vardır: İnkişaf və ticarət üzrə Komitə, ödəmə üzrə Komitə, ekologiya və ticarət üzrə komitə və büdcə, maliyyə və inzibatçılıq üzrə Komitə. Mülki aviasiya sahəsində, hökumət təchizatlarında, süd məhsulları və mal əti ilə ticarətdə, ÜTT çərçivəsində çoxtərəfli sazişlərin icra edilməsində Ümumi şuraya hesabat verməli olan başqa strukturlar nəzarət edirlər.
    ÜTT-nin rəhbəri dörd müavini olan baş direktordur. Katibliyə danışıqların aparılması və müqavilələrin reallaşdırılması üçün lazım olan hər şeylə ÜTT orqanlarını təmin etmək tapşırığı verilir. Onun əsas vəzifələrindən biri inkişaf etməkdə olan ölkələrə — xüsusən də ən az inkişaf etmiş ölkələrə ekspert köməyi göstərməkdir. ÜTT-nin iqtisadiyyatçıları və statistikləri ticarət əlaqələri və ticarət siyasəti üzrə analitik materialları hazırlayırlar, bu zaman təşkilatın hüquqşünaslarının üzərilərinə izah edilməsi tələb olunan ÜTT qanunlarının və presendenti olan ticarət mübahisələrinin həll edilməsi məsuliyyəti qoyulur. Bundan başqa katiblik yeni üzvlərin qəbul edilməsi məsələləri ilə məşğul olur və təşkilata daxil olmaq istəyən hökumətlərə ekspert xidmətləri göstərir. ÜTT-nin büdcəsi təxminən 83 milyon ABŞ dollarıdır, fərdi üzvlük haqları isə hər bir üzvün bütün tərəfdaşlar ilə apardığı ümumi ticarətin maraq payı əsasında hesablanır.
    Büdcənin bir hissəsi Beynəlxalq ticarət mərkəzinə köçürülür. Katiblik Cenevrədə yerləşir.

    Müəllif Ralf Corc Felthem
    Mənbə Diplomatın stolüstü kitabı

    • Teqlər:
    • Ümumdünya Ticarət Təşkilatı

    Ümumdünya ticart tşkilatı

    Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yoxsul ölkələrin təminatı üçün koronavirusa qarşı peyvənd patentlərinə dair mübahisələrə son qoyulacağına ümid edir.

    AZƏRTAC xəbər verir ki, gələn həftə tərəfləri qane edən güzəştli həll variantı qəbul edilə bilər. Bu barədə təşkilatın rəhbəri Nqozi Okonyo-İveala danışıb. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə texnologiyaların transferi və əqli mülkiyyət məhsullarına çıxış imkanı asanlaşdırılacaq. Bu addımla bərabər innovasiya və tədqiqatlara dair müəllif hüquqlarının qorunması təmin olunacaq.

    Qeyd edilib ki, əqli mülkiyyətin qorunmasının prioritet olması ehtiyacı olan ölkələrin peyvənd maddələrinə çıxış qarşısında sədd olmamalıdır. Ötən ilin oktyabr ayında ÜTT çərçivəsində Hindistan və Cənubi Afrika Respublikası koronavirusa qarşı peyvənd maddələri üzərində patent hüququnun müvəqqəti ləğv edilməsini, bu yolla inkişaf etməkdə olan ölkələrdə peyvənd istehsalını artırmağı və peyvəndlərin dünyada qeyri-ədalətli paylanmasını aradan qaldırmağı təklif etmişdilər. Həmin vaxtdan ÜTT üzv ölkələri arasında bu mövzuda müzakirələr aparılır. Əczaçılıq konsernləri və onların yerləşdiyi ölkələr müzakirələrdə iddia edirlər ki, patentlərin qorunması peyvənd istehsalının artırılması üçün əsas maneə deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.