Press "Enter" to skip to content

Sahmar Haciyev

Tibb Universiteti tələbələrinin etik normaları. Cərrahlıqda etik normalar barədə ətraflı söhbət açdığımızdan qısaca da olsa tələbə və xəstə münasibətləri barədə məlumat verməyi faydalı hesab edirik. Ümumi cərrahlıq fənninin tədrisi zamanı tələbələr xəstələrlə qarşılıqlı münasibətlərdə olduqlarından gələcək həkimlərin müəyyən vərdişlərə yiyələnmələri və bir sıra şərtlərə əməl etmələri vacibdir. Tələbələr geyimləri və davranışları ilə xəstədə rəğbət oyatmalıdırlar, müəyyən nəzəri hazırlığa malik olmalıdırlar, deontologiyanın əsaslarını bilməlidirlər, praktik vərdişləri mulyajda öyrənməlidirlər, həkimlik sirrini qorumalıdırlar, xəstənin müayinəsində və müalicəsində iştirak üçün xəstənin razılığını almalıdırlar, müayinə və müalicə prosesində tələbələrin iştirakı kafedranın təcrübəli əməkdaşının və həkimin nəzarəti altında olmalıdır və bu zaman tələbələr etik normalara tam riayət etməlidirlər.

Cərrahlıq haqqında anlayış. Dünya və Azərbaycan cərrahlıgının inkişaf tarixi. Cərrahi deontologiya

Xəstəliklərin və travmatik zədələnmələrin diaqnostika və müalicəsini toxuma və üzvləri yarmaqla – müdaxilə yolu ilə aparan təbabət elminə cərrahlıq deyilir. İnsanın xəstəliyini və zədələnmələrini cərrahi müdaxilə aparmaqla müalicə edən həkim isə cərrah adlanır. Başqa sözlə desək, cərrahlıq xəstəlikləri öyrənərək onların diaqnostikası və müalicəsini qanlı və qansız operativ müdaxilə üsulları ilə  orqanizmin anatomik strukturlarına  zədələnmiş, patoloji prosesə məruz qalmış üzv və toxumalara fiziki  mexaniki təsir göstərməklə aparan klinik təbabətin bir sahəsidir.

Cərrahlığa əcnəbi dillərdə xirurgiya deyilir. Yunan sözü olan xirurgiya dilimizə tərcümədə əl işi, peşə, sənət (chier- əl, ergon- hərəkət) mənasını verir. Tarixi kökə malik olsa da, bu söz cərrahlığın məğzini tam aça bilmir. Müasir cərrahlıq əl işi olmayıb, təbabətin ən inkişaf etmiş bir elm sahəsidir. Cərrah bu gün adi bir sənətkar yox, çox yüksək və fundamental biliklərə malik bir həkimdir. Müasir cərrahlıq fundamental təbabət elmlərinə əsaslanan həm tətbiqi elm, həm də incəsənətdir. Bir tərəfdən müasir elm sahələrində olan yeniliklər diaqnostika və cərrahi müdaxilə zamanı tətbiq edilir, digər tərəfdən isə cərrahi müdaxilədə cərrah əlləri zərgər dəqiqliyilə incə bir iş görür.

Cərrahlıq təbabətin ən dəqiq və məsuliyyətli bir sahəsidir. Böyük fransız cərrahı R.Lerişin sözlərilə desək “cərrahi əməliyyat insanı, onu öldürə bilən yollarla xilas edir”.

Cərrah hərtərəfli biliyə malik olmalıdır ki, xəstəni müayinə edərkən qarşıya çıxan bütün suallara tam düzgün cavab verə bilsin. Əksər hallarda xəstənin taleyi bu sualların düzgün cavabından asılı olur. Belə ki, əgər xəstəyə səhv diaqnoz qoyularsa, cərrahi müdaxiləyə göstəriş və əks-göstərişlər də düzgün təyin edilməyəcəkdir. Belə bir şəraitdə aparılan cərrahi müdaxilənin xəstəyə heç bir xeyri olmayacaq, hətta, bir sıra fəsadlar baş verə və ölüm də ola bilər.

Məhz bu səbəblərdən də, təbabətin digər sahələrindəki mütəxəssislərlə müqayisədə yetkin cərrahın hazırlanmasına daha çox vaxt tələb olunur. Bu mənada hələ vaxtilə Hippokrat deyirdi: “Bizim sənətimizi öyrənməyə çox vaxt lazımdır, ömür isə çox qısadır”.

Bütün xəstəliklərin 25%-i cərrahi xəstəliklər – cərrahi müdaxilə yolu ilə müalicə olunan patologiyalar təşkil edir. Cərrahi xəstəliklərin aşağıdakı növləri ayırd edilir.

* Mərkəzi sinir sisteminin, daxili üzvlərin, damarların, sümük-dayaq aparatının bütün açıq və qapalı zədələnmələri.

* Yumşaq toxumaların və daxili üzvlərin irinli-iltihabi xəstəlikləri.

* Praktik olaraq bütün üzv və sistemlərin inkişaf qüsurları və anomaliyaları.

* Xoş və bədxassəli şişlər.

* Cərrahi müdaxilə tələb edən parazitar xəstəliklər (exinokokkoz, opistorxoz və s.).

*Damar xəstəlikləri (obliterasiyaedən ateroskleroz və endarteriit, tromboz və emboliya, venaların varikoz genəlmə xəstəliyi və s.).

* Gedişi ağır fəsadlarla sonuclanan və mexaniki korreksiya tələb edən qazanılma xəstəliklər (sümük-oynaq vərəmi və s.).

Bütün həkimlər ixtisasından asılı olmayaraq cərrahlıq sahəsində müəyyən biliklərə və praktik vərdişlərə malik olmalıdırlar. Bu cərrahlığın təbabətdə özünəməxsus aparıcı rolu ilə əlaqədardır:

– Bütün həkimlər travmatik zədələnmələr, bədbəxt hadisələr, qanaxmalar və klinik ölüm hallarında təxirəsalınmaz ilkin həkim yardımı göstərməyi mütləq bacarmalıdır.

– Hər bir həkim təcili yardım tələb edən cərrahi xəstəliklərin klinik əlamətlərini (qarın boşluğunun kəskin cərrahi xəstəlikləri, daxili qanaxma, irinli xəstəliklər) bilməlidir ki, kobud diaqnostik səhvlər nəticəsində ağır fəsadlar baş verməsin.

– Hərb və sülh dövrünün fövqəladə hallarında (müharibə, təbii fəlakətlər-zəlzələ, daşqın, torpaq sürüşmələri və s. əvi nəqliyyat və istehsalat qəzaları) ixtisasından asılı olmayaraq bütün həkimlər səfərbərliyə alına bilər.

– Gündəlik həyatda təcili yardım tələb edən xəstəliklərin əksəriyyətini cərrahi xəstəliklər təşkil edir.

Bütün bu yuxarıda sadaladığımız hallar gələcək həkimlərdən cərrahlığı, ilk növbədə isə ümumi cərrahlığı mükəmməl öyrənməyi tələb edir.

Ümümi cərrahlıq tələbələrə aşağıdakı məsələləri öyrədir:

– Cərrahlıqda diaqnostika və müalicənin ümumi prinsipləri: aseptika və antiseptika, ağrısızlaşdırma, cərrahi xəstənin müasir müayinəsi və diaqnostikası üsulları, xəstənin əməliyyata hazırlanması və əməliyyatdan sonrakı d övrdə q ulluq, s arğılar, q anaxma v ə o nun saxlanılma üsulları, qan və qanəvəzedicilərin köçürülməsi, kritik hallar və bu zaman aparılan reanimasiya tədbirləri.

– Cərrahlıqda çox təsadüf edilən bir sıra xəstəliklərin və halların semiotika və propedevtikası: travmatik zədələnmələr, irinli xəstəliklər, şişlər, cərrahi parazitar xəstəliklər, yanıqlar və donmalar, nekroz və trofik xoralar, periferik damarların xəstəlikləri, inkişaf qüsurları, transplantasiya və plastik cərrahlığın əsas prinsipləri.

– Spesifik cərrahi infeksiya.

CƏRRAHLIĞIN TARİXİ. CƏRRAHLIQDA ETİK VƏ HÜQUQİ NORMALAR.

Dünya cərrahlığının tarixi. Qədim təbabət elmlərindən biri olan cərrahlıq çoxəsrlik tarixə malikdir. Mübaliğəsiz demək olar ki, cərrahlığın yaşı elə bəşər cəmiyyətinin yaşı qədərdir. Cərrahlığın keçdiyi tarixi yolu şərti olaraq 5 dövrə bölmək olar: Qədim (emprik) dövr, Orta əsrlər dövrü VIII –XIV əsrlər, Anatomik dövr XV – XVIII əsrlər, Fizioloji dövr XIX – XX əsrlər, Müasir dövr XXI əsr.

Qədim (emprik) dövr cərrahlığı. Cərrahlığın ilk elementləri qədim insanla bir zamanda meydana çıxmışdır. Ov, qəbilələrarası müharibələr, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı ibtidai insanlar özü-özünə və biri-digərinə (yoldaşa) ilk

yardım göstərməklə bir sıra vərdişlərə y iyələnmişdilər. Belə ki, yaranı əllə sıxmaqla, sıxıcı sarğılar qoymaqla, yaraya dağ olmuş qaynar yağ və kültökməklə qanaxmanı saxlaya, bədəndəki yad cisimləri çıxara bilirdilər. Sarğı materialı kimi yarpaqdan və quru mamırdan istifadə edirdilər.

Qədim Misirdə hələ eramızdan 6000 il əvvəl ətrafların amputasiyası, axtalama, kəllənin trepanasiyası və sidik kisəsindən daş çıxarma əməliyyatları aparılır, sınıqların müalicəsində bərk sarğılardan, yaraların müalicəsində isə bal, yağ və çaxırdan istifadə edilirdi. Ağrısızlaşdırma xüsusi hazırlanmış tiryək və hind çətənəsi ilə aparılırdı.

Qədim Hindistanda cərrahi məktəb çox məşhur olmuşdur. Bizə gəlib çatmış qədim manuskriptalarda çiçək, vərəm, qızılyel, sibir yarası və s. xəstəliklərin klinik mənzərəsi təsvir edilmişdir. Qədim hind cərrahları müdaxilə zamanı 120 alətdən istifadə edirdilər skalpel, pinset, güzgü, şpris və s.. Bu dövrdə hind cərrahları Kesar kəsiyi, burun defektinin alın dərisilə plastikası hind üsulu kimi cərrahi müdaxilələr aparırdılar. Qədim Babilistanda da təbabət, o cümlədən, cərrahlıq yüksək səviyyədə inkişaf etmişdi və cərrahlığın nailiyyətləri heç də Hindistandan geri qalmırdı. Babilistanda yalnız cərrahlar həkim sayılırdı. Qədim Çində də təbabət öz dövrünə görə yüksək inkişaf mərhələsinə çatmışdı. B.e.ə V əsrdə böyük çin alimi Byan Suao bir sıra terapevtik və cərrahi xəstəlikləri təsvir edərək müalicə etmişdir. Məşhur cərrah Xua To 141 – 208 hind çətənəsi və tiryəkdən istifadə edərək ağrısızlaşdırma altında qarın boşluğunda bir sıra cərrahi müdaxilələr o cümlədən, dölün xaric edilməsi aparmışdır.

Qədim Yunanıstanda da təbabətin və o cümlədən, cərrahlığın yüksək inkişaf etdiyi müəyyən edilmişdir. Həkimlər böyük hörmətə malik idilər və Homerin bu sözləri də dediklərimizi bir daha təsdiqləyir – «Bir bacarıqlı həkim çoxlu döyüşçüyə dəyər». Təbabətin atası sayılan Hippokrat (e.ə. 460-377-ci illər) Kos adasında xəstəxana açaraq sınıqları, çıxıqları və yaraları müalicə edir, xəstələrə masaj və müalicəvi bədən tərbiyəsi təyin edirdi. İlk dəfə tetanusu təsvir edən Hippokrat yaraların yoluxma mənbəyini havada görürdü. O, sarğılar zamanı təmizliyə riayət etməyi, yaraların müalicəsində çaxırdan və qaynanmış yağış suyundan istifadə etməyi məsləhət görürdü. Sınıqların müalicəsində şinalardan, dartmadan, gimnastikadan istifadə edən Hippokrat, bazu çıxığını yerinə salmaq üçün yeni üsul (Hippokrat üsulu) işlətmişdir. Hippokrat yaraların birincili və ikincili sağalması barədə ilk dəfə məlumat vermiş, irinli yaraların müalicəsini hipertonik məhlul – dəniz suyu və metal drenajlar vasitəsilə aparmışdır. İrinli prosesləri, sepsisi və plevranın empiemasını öyrənən və onları təsvir edən Hippokrat «Ubi Pus ibi evacue» («Harada irinlik varsa, o yarılmalıdır») prinsipini irəli sürərək plevranın drenajlanmasını aparmışdır. Həmçinin, o, qanaxmalarda ətrafa yuxarı qaldırılmış vəziyyət verməyi təklif edirdi. İlk dəfə olaraq ağır xəstələrin ölümqabağı sifətini təsvir etmişdir ki, hazırda bu «Hippokrat sifəti», yaxud «Ölüm sifəti» adlanır. İlk dəfə həkimlik şərəfi kodeksi hazırlayan Hippokratın şərəfinə bu kodeks sonralar «Hippokrat andı» adlandırılmışdır. Bu kodeks indiki «həkim andı»nın əsasını təşkil edir.

Qədim Yunanıstanın süqutundan sonra cərrahlığın sonrakı inkişafı Qədim Romada olmuşdur. Bu sahədə Sels və Qalenin xüsusi xidmətləri qeyd edilməlidir. Karneli Sels b.e.ə. I əsrdə (b.e.ə. 30-cu – b.e.38-ci illəri) yaşamışdır.

Selsin iki böyük xidməti olmuşdur:

– ilk dəfə yaranı tamponada etməklə və damara liqatura qoymaqla (sapla bağlamaqla) qanaxmanı saxlamaq üsullarını təklif etmişdir;

– Avropada ilk dəfə iltihabın klassik yerli əlamətlərini təsvir etmişdir:

calor (hərarət), timor (ödem, şişkinlik), dolor (ağrı) və rubor (qızartıhiperemiya).

II əsrdə Antillus damarlarda anevrizmalara görə cərrahi əməliyyatlar aparırdı.

Klavdi Qalen (b.e. 130-200-ci illəri) böyük nüfuza malik olduğundan onun irəli sürdüyü prinsiplər 1000 ildən çox öz qüvvəsini saxlamışdı. O, anatomiya və fiziologiya sahəsində böyük tədqiqatlar aparmış, təbabətə eksperimental metodu gətirmişdir. Qalen ilk dəfə cərrahlıqda ipək sapdan istifadə etmiş, qanaxmanı damarı burmaqla saxlamağı təklif etmiş və «dovşan dodaqlıq»da plastik əməliyyat aparmışdır. Roma imperiyası süquta uğrayandan sonra təbabət, o cümlədən, cərrahlıq öz inkişafını Vizantiyada davam etdirmişdir. Hippokratın, Selsin və Qalenin təliminə əsaslanan Pavel Yeginski (VII əsr) qan damarlarını ipək sapla bağlayaraq mürəkkəb cərrahi əməliyyatlar (amputasiya, şişlərin kəsilib götürülməsi, anevrizmanın xaric edilməsi) aparırdı.

Orta əsrlər (VIII-XIV) dövrü cərrahlığı. «Bimarstan» adlanan ilk xəstəxana 800-cü ildə xəlifə Harun Ər-Rəşidin dövründə yaradılıb. İndiki istirahət evlərini xatırladan bir şəraitə malik olub, dərmanlar pulsuz verilib. Sonralar – 829-cu ildə Parisdə (Hotel Dieu), 1091-ci ildə Pereyaslavlda (Kiyev Rus dövləti), 1102-ci ildə Londonda (Müqəddəs Vorfolomey evi) və 1204-cü ildə Romada (San-Spirito) da müalicəxanalar açılmışdır.

Dünya təbabətinin, o cümlədən, cərrahlığın inkişafında ensiklopedik biliyə malik böyük alim, həkim, şair, filosof, təbiət elmlərinin bilicisi Əbu Əli İbn Sinanın (980-1037) çox böyük xidmətləri olmuşdur. Şərqin bu böyük mütəfəkkiri və dahisi – İbn Sina (o, Avropada Avisenna adı ilə tanınmışdır) çox bacarıqlı həkim olduğundan dünyanın hər yerindən xəstələr onun yanına axışırdı. Bu böyük insanın həkimliyi barədə çoxlu tarixi hekayətlər bu günümüzə də gəlib çatmışdır. İlk kitabını 21 yaşında yazan İbn Sina 250-dən artıq əsərin müəllifi olmuşdur. Onun 5 cilddən ibarət «Əl qanuni – Əl Tibbi» («Tibb elminin qanunu») adlı əsəri latın və digər Avropa dillərinə tərcümə olunaraq XVII əsrə qədər təbabətdə əsas rəhbər kitab – həkimlərin stolüstü kitabı olmuşdur. Bu kitabda cərrahlığa həsr edilmiş çoxlu fəsillər vardır. O, ilk dəfə olaraq yaraların müalicəsində dezinfeksiya məqsədilə çaxırdan və sınıqların müalicəsində dartma və gipsdən istifadə etmiş, sinirə tikiş qoymuş, dəridən kateter hazırlamaqla sidik kisəsinin kateterizasiyasını aparmış, barmaqla basmaqla bazu çıxığını yerinə salınması üsulunu və bədxassəli şişlərin sağlam toxumalara qədər qızmar metal parçası ilə kəsilib götürülməsini təklif etmiş, yaraların, əzilmələrin, yanıqların və xoraların müalicəsinə dair yeni fikirlər irəli sürmüş, ağrısızlaşdırma məqsədilə narkotik maddələr (tiryək, mandraqor, bəngotu) işlətmiş, traxeotomiya, böyrəkdən daşın çıxarılması və sidik

kisəsində daşın əzilməsi kimi müdaxilələrin gedişini təsvir etməklə praktikada tətbiq etmişdir. Mübaliğəsiz demək olar ki, əslində təbabətin atası İbn Sinadır. Fikrimizcə, bir çox müəlliflərin qeyd etdikləri kimi Əbu Əli İbn Sina Hippokrat və Qalenlə bir sırada yox, onlardan çox-çox yüksəklərdə durur.

Dünya təbabətinin, o cümlədən, cərrahlığın inkişafında Əbu-Bəkr Ər-Razi (850-923), Əbu-Səid Koneyi (809-873) və Əli-İbn Abbas (930-994) kimi böyük təbiblərin də xüsusi xidmətləri olmuşdur. Şərqin o dövrdə digər məşhur təbibi və alimi Əbul-Qasım Əzzəhrəvi (936-1013) olmuşdur (Avropada Əbulkasis və Əlbikasis kimi tanınmışdır).

Məhəmməd Peyğəmbərin (s.a.s.) sülaləsindən olan bu böyük alimin ərəb dilindən latıncaya 30 traktatı tərcümə olunaraq bütün Avropada yayılmışdır. 30-cu traktatda «Operativ cərrahlıq və cərrahi alətlər haqqında» bəhs edilir. Əzzəhrəvi 200 cərrahi alətin hazırlanması və işlədilmə qaydasını şəkillərlə əyani surətdə vermişdir. İndi Avropa cərrahlarının adı ilə adlandırılan bu alətlərin (sıxıcılar, troakar, uşaqlıq yolunu və yaraları genişləndiricilər və s.) hamısı əslində Əzzəhrəviyə məxsusdur. Lakin orta əsrlərdə Şərqdə, xüsusi ilə də Qərbdə dinin və kilsənin hökmranlığı, xürafat elmin inkişafına ciddi mane olurdu. Cəmiyyətin bütün sahələrində bir durğunluq hökm sürürdü. Bu dövr tarixə böyük şairimiz Nəsiminin dərisinin diri – diri soyulması, Cordano Brunonun diri – diri tonqalda yandırılması dövrü kimi daxil olmuşdur. Avropada «inkivizisiya məhkəmələri» hökmranlıq edir, Qalenin görüşləri kilsə tərəfindən qanuniləşdirilir və bu görüşlərdən cüzi kənara çıxmalar isə küfr adlandırılırdı. Kilsə meyit yarmağı, qan tökməyi və 1215-ci ildə isə cərrahi əməliyyatlar aparmağı qadağan etmişdi. Cərrahları təbabətdən xaric edərək dəlləklər sırasına daxil etmişdilər.

Qeyd etmək lazımdır ki, orta əsrlərdə cərrahlığın əsas prinsipləri bunlar idi:

«Xətər yetirmə» (Hippokrat).

«Ən yaxşı müalicə – sakitlikdir» (Sels).

«Medicus curat, deus sanat» («həkim qayğı göstərir, Allah müalicə edir»).

«Yaraları təbiətin özü sağaldır» (Parasels).

Cərrahlıqda anatomik dövr. L. Botallo (1530-1600) və G.Fallopi (1523-1562) həm anatomiya, həm də cərrahlıqla məşğul olduqlarından hər iki elmin inkişafında mühüm xidmətlər göstərmişlər.

Həkim və təbiətşünas olan Paraselsin (Teofast Bombast fon Hohenheym) cərrahlığın inkişafında mühüm xidmətləri olmuşdur. T.Parasels (1493-1541) təcrübəli hərbi həkim kimi çoxlu müharibələrin iştirakçısı olduğundan yaraların müalicəsini təkmilləşdirmiş, bu məqsədlə bürüyücü maddələrdən istifadə etmiş və yaralıların vəziyyətini yaxşılaşdıran müxtəlif dərmanlı məhlullar hazırlamışdır. Parasels «Yaraları təbiətin özü sağaldır» fikrini irəli sürərək, həkimin vəzifəsini

təbiətə kömək etməkdə görürdü. Böyük fransız cərrahı Ambruaz Pare (1517-1590; bəzi müəlliflər onun 1510-cu ildə doğulduğunu qeyd edirlər) həm hərbi həkim, həm də mamaginekoloq kimi böyük şöhrət qazanmışdı. Yaralar haqqında bütöv bir təlim yaradan A.Pare odlu silah yaralarına zəhərlənmiş yara kimi baxan o dövrdəki görüşləri inkar edərək, yaralara qaynar yağ tökməkdən imtina etdi. I əsrdə O, Selsin təklif etdiyi və sonralar yaddan çıxmış üsulu – qanaxmanı dayandırmaq üçün damarın bağlanmasını yenidən cərrahlığa gətirdi. A.Parenin bu işləri sayəsində cərrahlıq yeni bir elmi istiqamət aldı və cərrah tam hüquqlu həkim oldu.

Uilyam Harvey (1578-1657) 1628-ci ildə qan dövranını kəşf edərək (ondan əvvəl qan dövranını İbn-ən-Nəfis (1208-1288) və Migel Servet (1511-1553) kəşf etmişlər) Qalenin tibbdə hakim olan görüşlərini – ağ ciyər damarlarında havanın dövr etməsini alt-üst etməklə müasir fiziologiyanın əsasını qoydu. A.Vezalinin təliminə əsaslanaraq sübut etdi ki, ürək, arteriya və venalar vahid bir sistemdir və ürək bu sistemdə nasos rolunu oynayır. Bu dövrdə cərrahlığın inkişafına anatomiya, fiziologiya, biologiya və kimya sahəsindəki yeniliklər də böy k kömək göstərmişdir. Niderland təbiətşünası Antoni Levenhuk (1632-1723) tərəfindən 270 dəfə böyüdən lupanın kəşfi və birhüceyrəli canlıların öyrənilməsi, italyan həkimi Malpigi tərəfindən 1661-ci ildə kapillyar qan dövranının öyrənilməsi və 1663-cü ildə qan cisimlərinin kəşfi belə qəbildən olan yeniliklərdəndir. Fransız anatomu və fizioloqu M.Bişa (1771-1802) insan orqanizmindəki toxumaların quruluşunu öyrənməklə histologiya elminin əsasını qoyur.

O dövrün mühüm hadisələrindən biri də Jan Deni tərəfindən 1667-ci ildə insana ilk dəfə qanın köçürülməsidir. Cərrahlığın belə yüksək inkişafı o dövrdə tibbi təhsildə islahatlar aparmaq zərurətini doğurmuşdu. 1719-cu ildə fransız cərrahı Lafranşi Sorbanno universitetinin tibb fakültəsində cərrahlıqdan mühazirə oxumağa dəvət edilir və elə o vaxtdan da cərrahlığın elmi tarixi başlayır. Artıq cərrahlara da həkimlik diplomu verilməyə başlanılır.

Cərrahlardan Peyroni və Mareşalın gərgin əməkləri sayəsində 1731-ci ildə Parisdə Cərrahlıq Akademiyası yaradıldı və Fransanın bütün cərrahlarını birləşdirdi. Akademiyanın ilk rəhbəri isə məşhur cərrah J.Pti seçilir.

Rusiyada 1654-cü ildə ilk dəfə sınıqçı məktəbləri açılır. 1707-ci ildə açılmış lekar məktəbləri 1733-cü ildə tibbi – cərrahlıq məktəblərinə çevrilir və 1798-cı ildə Moskva və Peterburqda Tibbi – Cərrahlıq Akademiyaları açılır. 1755-ci ildə açılmış Moskva universiteti nəzdində isə 1765-ci ildə tibb fakültəsi təşkil olunur.

XIX – XX əsrlərdə cərrahlığın inkişafı (cərrahlığın fizioloji dövrü). Bu dövrlərdə cərrahlığın inkişafında 3 böyük kəşfin rolu olmuşdur: aseptika və antiseptikanın; ağrısızlaşdırmanın; qan qruplarının və insana qanın köçürülməsinin.

1846-cı ildə U.T. Mortonun və C. Uorrenin ağrısızlaşdırma məqsədilə təklif etdikləri efir narkozu cərrahlıqda böyük dönüş yaratdı. Bundan bir qədər sonra isə yerli ağrısızlaşdırma işlədilməyə başladı. 1867-ci ildə ingilis cərrahı C. Listerin antiseptikanı, 1890-cı ildə isə alman alimi Berqmanın aseptikanı kəşf etməsi cərrahlığın inkişafına böyük təkan verdi. Bu üsulları öz praktik işlərində tətbiq edən cərrahlar misli görünməmiş nəticələr əldə etdilər.

1873-cü ildə F. Esmarx qanaxmanı müvəqqəti saxlamaq üçün kəmər işlətməyi təklif edir. XIX əsrin 80-ci illərində T. Koxer, İ. Mikuliç və J. Pean tərəfindən xüsusi qansaxlayıcı alətlər yaradılır. Cərrahlığın inkişafında həmçinin, B. Langenbek (1810-1877), T. Bilrot (1829-1894) kimi alman, J. Pean (1830-1898) və L. Şampionyer (1843-1913) kimi fransız cərrahlarının xüsusi əməyi qeyd edilməlidir. Bu dövrdə T. Koxer, İ. Mikuliç, B. Çerni, A. Velfler, F. Esmarx, H. Kümmel, A. Bir, V. Hakker, Meyo qardaşları kimi cərrah alimlərin də cərrahlıqda böyük rolu olmuşdur.

L. Landşteyner (1901) və Y. Yanski (1907) tərəfindən qan qruplarının kəşfi xəstə və yaralılara qan köçürməyə və iri həcmli cərrahi əməliyyatlar aparmağa imkan vermiş olur. Topoqrafik anatomiyanın əsasını qoyan Rus cərrahı H.İ. Piroqov (1810-1881) rus cərrahlığının inkişafında xüsusi bir yer tutur. Rus cərrahlığının bünövrəsi isə milliyyətcə alman olan İvan Buşdan (1771-1843) başlayır.

1895-ci ildə alman fiziki V.K. Rentgenin kəşf etdiyi rentgen şüalarından istifadə edilməyə başlanılması cərrahi xəstəliklərin diaqnostikasında bir dönüş yaratmış oldu.

Artıq bu dövrdə cərrahlar orqanizmdə gedən patoloji proseslərin mahiyyətini öyrənməklə, ayrı-ayrı üzv və sistemlərin pozulmuş funksiyalarının bərpası məqsədilə müxtəlif cərrahi müdaxilələr aparmağa başladılar. Beləliklə də, cərrahlıqda fizioloji istiqamət yaranır. Bu sahədə F. Tredelenburq, A. Bir, T. Ru, R. Leriş, U. Meyo kimi cərrahların xidmətləri böyük olmuşdur. Cərrah A. Karrel 1912-ci ildə damar cərrahlığı sahəsindəki işlərinə görə Nobel mükafatına layiq görülür. Həmçinin, dünya cərrahlığının inkişafında M. M. Mirqasımov, M. A. Topçubaşov, Z. M. Məmmədov, B. A. Ağayev, M. M. Cavadzadə, B. X. Abasov kimi Vətən alimlərimizin də danılmaz xidmətləri vardır.

Müasir dövr cərrahlığı. Müasir dövr cərrahlığı XXI əsrin başlanması ilə dünya cərrahlığı tarixində yeni bir səhifədir. Müasir dövr cərrahlığına üç xüsusiyyət xasdır: Yüksək texnologiyalılıq, Güclü farmakoloji dərmanların işlədilməsi, Anatomo-fizioloji biliklərin dərinliyi. Müasir cərrahlığın inkişafda olan bir neçə perspektivli sahələri vardır.

Kardiocərrahlıq. Hazırda ürəyin bir sıra kəskin və xroniki xəstəliklərində yüksək texniki təchizat şəraitində («süni ürək» aparatı xüsusi alətlər, monitorlar, süni ventilyasiya aparatı, xüsusi farmakoloji preparatlar və s.) bir sıra çox mürəkkəb, əvvəllər ağla sığmayan cərrahi əməliyyatlar aparılır: klapanın dəyişdirilməsi, mədəciklərarası çəpərin defektinin tikilməsi, aorto – koronar şuntlama və s.

Transplantologiya. Hazırda dünyada yüzlərlə ürək, ağciyərlər, qaraciyər və böyrək köçürülmüş xəstələr yaşayır.

Damar cərrahlığı və mikrocərrahlıq. Müasir optiki cihazların və xüsusi mikrocərrahi alətlərin köməyi ilə çox xırda qan və limfa damarlarının, sinir liflərinin tamlığının bərpası tamamilə kəsilmiş ətrafların, yaxud onun ayrı-ayrı hissələrinin əl, ayaq barmaqları yenidən öz yerinə calanması-reimplantasiyası kimi əməliyyatların aparılmasına rəvac vermişdir.

Endovideocərrahlıq. Hazırda xüsusi texnikanın, videokameranın köməyi ilə dəri və dərindəki toxumaları ənənəvi kəsməmək şərtilə bir sıra mürəkkəb cərrahi əməliyyatlar aparılır. Endovideocərrahlığın köməyilə hazırda qarın boşluğunda appendektomiya, xolesistektomiya, mədə rezeksiyası və s. və borulu üzvlərdə polipin, daşların çıxarılması bir sıra cərrahi əməliyyatlar aparılır.

Azinvaziv cərrahlıq. XX əsrin sonlarında kompakt videokameraların köməyilə endoskopik müayinələr aparmaq mümkün olmuşdur. Həmən dövrdən endoskopik, elektro – və termocərrahlıq sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Hazırda ultrasəs nəzarəti altında müxtəlif sistlərin, abses və boşluqların drenajlanması kimi müdaxilələr geniş yayılmaqdadır. Yeni sahələrdən biri də rentgen-endovaskulyar cərrahlıqdır, yəni damar mənfəzinə xüsusi ensiz kateter yeritməklə damarın daralmış yerini genəltməklə, angioplastika aparmaqla və stent qoymaqla onun keçiriciliyinin bərpasıdır. Azinvaziv cərrahlıqda əməliyyatlar daha az travmatik olur, xəstələr öz sağlamlıqlarını daha qısa müddətdə bərpa edirlər.

Son illər estetik cərrahlıq öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Müasir cərrahlığın hələ neçə-neçə möcuzələri irəlidədir. Yaxın zamanlarda biz bunların canlı şahidi olacağıq. Bunun bariz nümunəsi robot cərrahlığıdır.

Аzərbaycan cərrahlığının tarixi. Qədim dövrlər və orta əsrlərdə Azərbaycanda təbabətin və cərrahlığın inkişafı.

Bir əsrdə üç dəfə əlifbanın dəyişməsi, Azərbaycanın iki yerə bölünməsi və rus istilası Azərbaycan təbabəti və o cümlədən, cərrahlığı tarixinin dərindən tədqiq edilməsinə böyük əngəllər törətmişdir. Qədim insan məskənlərindən olan Azərbaycanda, sözsüz ki, təbabətin səviyyəsi hələ qədim zamanlarda yüksək olmuşdur. Tarixi məxəzlərdə hələ b.e.ə. IV əsrdə yunan həkimi Alkemeonun tələbələri olan həmvətənlərimiz barədə məlumatlar verilir. Lap qədim zamanlardan el arasında böyük hörmət və nüfuz qazanmış belə həkimləri «Loğman» çağırırdlılar. E.ə. III-I minilliklərdə Azərbaycanın döyüşkən Quti tayfaları Şumer

ərazisini 100 il işğal altında saxladıqları dövrlərdə dərman bitkilərinin (zəfəran, küncüt, xurma, dəlibəng və. s.) müalicəvi keyfiyyətləri barədə mətnlər gil lövhəciklərə mixi yazıları ilə həkk edilmişdi. Həmçinin, b.e.ə. IX-VII əsrlərdə Azərbaycanın Manna dövlətində mixi yazıları ilə yazılmış Assuriya və Babilistanın tibbi bilikləri oxunaraq işlədilirdi. Çalağantəpədə aparılmış arxeoloji qazıntılar zamanı tapılmış insan kəlləsi Azərbaycanda e.ə. VI-V minilliklərdə cərrahiyyə əməliyyatının aparılmasını sübut edir. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə aparılmışdı.

E.ə. I minillikdə Azərbaycan təbabətinə qədim Avestanın da ciddi təsiri olmuşdur. Atəşpərəstliyin dini kitabında tibbi mövzulara, anatomiya və fiziologiyaya aid biliklər də verilmişdir. Bu dini kitaba görə dünyada ilk həkim Trita adlı şəxs olmuşdur və o, 9999 dərman bitkisi barədə məlumat vermişdir.

Qədim yunan filosofu Empedokl (təxminən b.e.ə. 484-424) tibb elmində hökm sürmüş «dörd ünsür» nəzəriyyəsini (su, hava, od, torpaq) zərdüştlərdən götürmüşdü. Qafqaz Albaniyası dövründə Şimali Azərbaycanda Hippokratın və

Qalenin əsərləri geniş yayılmışdı. Qədim Azərbaycanda şəfaverici bitkilərdən və süd məhsullarından (qımız, qatıq, ayran) xalq təbabətində geniş istifadə edilirdi. Sonralar türk xalq təbabətinə «türkəçarə» adı verilir.

X-XIV əsrlərdə bəşəriyyət sivilizasiyanın zirvəsi olan islam dünyasında məscidlərdə fəaliyyət göstərən mədrəsələrdə mükəmməl təhsil verilirdi. Bu mədrəsələrdə həm də təbabət tədris edilirdi. X əsrdə Heratda yaşayıb yaratmış Əbu Osman Müvəffəq əl – Hərəvinin farmakoloji ensiklopediyası Azərbaycanda məşhur idi. Dövrünün tibbi biliklərini yekunlaşdıraraq məşhur həkim İsa ər – Raqi

Tiflisi XI əsrdə «Tibb qanunları» adlı kitab yazmışdır. Öz dövrü üçün qiymətli elmi əsər olan bu kitabda məşhur həkim İsa ər-Raqi Tiflisi mövcud elmi fikirlərə öz münasibətini də bildirmişdi. XI əsrdə Şamaxının Məlhəm kəndində böyük şairimiz Əfzələddin Xəaqaninin əmisi – dövrünün məşhur həkimi, farmasepti və alimi Kafiyyəddin Ömər İbn Osman Tibb Elmləri Akademiyası açmış və çoxsaylı

həkimlər yetişdirmişdi. Burada xəstələrin müalicəsi otlardan hazırlanmış dərmanlarla aparılırdı. Materialist dünyagörüşlü bu böyük alim Əbu Əli İbn Sina ilə elmi müzakirə və mübahisələr də aparmışdı. Sonrakı dövrlərdə (XII-XIII əsrlərdə) tibb elmi Cəlaləddin Təbib, Fəxrəddin Əbu-Abdulla ən-Naxçıvani, Əkmələddin ən-Naxçıvani, Əhməd Naxçıvani, Əbu Əbdulla Məhəmməd İbn Nəmvar, Yusif İbn İsmayıl Xoyi (İbn Kəbir), Murtuza Qulu Şamlu kimi görkəmli təbiblərin fəaliyyəti sayəsində inkişaf etdirilmişdir. Müasirləri böyük nüfuz sahibi olan Əkmələddin ən-Naxçıvanini «Müdriklərin ağası, dünya həkimlərinin rəisi»

Yuxarıda sadaladığımız böyük həkimlərin müasiri olan Mahmud İbn İlyas özünün «Tibb elmi kitabı» adlı 4 hissədən ibarət əsərində tibb elminin nəzəri-praktik məsələlərindən bəhs etmişdir. Həmçinin, məşhur həkim Əbdül Məcid Təbib «Kitabül tibb» adlı əsərində bir çox xəstəliklərin klinik gedişini, diaqnozunu və müalicəsini şərh etmiş və Azərbaycanda tibb elminin inkişafı barədə məlumatlar vermişdir. XII-XIV əsrlərdə Elxanilər dövlətində elm çox inkişaf etmişdi və Azərbaycanda tibbin ən yüksək zirvəyə çatması da məhz bu dövrdə olmuşdur. Azərbaycanda bu dövrdə refleksoterapiyadan (iynəbatırma, dağlama) geniş istifadə edilirdi (el arasında bu «çıldaq» adı ilə bu gün də işlədilir). XIII əsrdə Elxanilər dövründə Qazan xanın göstərişilə Təbrizdə xəstəxana – «Dərül-Şəfa» («Şəfa evi») tikilmiş, observatoriya və universitet tipli tədris mərkəzi yaradılmışdı. 450-ə qədər müəllimin çalışdığı bu tədris ocağında Azərbaycandan, Türkiyədən, İrandan, Çindən, Misirdən, Hindistandan və digər uzaq ölkələrdən gəlmiş 7000 tələbə təhsil almışdı. Təhsil müddəti 5 il olan bu təhsil ocağında 1000 nəfər təbabəti öyrənmiş və imtahan verərək həkim adı almışdı. Burada Yusif Hərəvi kimi məşhur həkim çalışırdı. Cərrahlara və göz həkimlərinə öz qohumlarından 5 həkim hazırlamağa icazə verilirdi.

Qeyd etmək lazımdır ki, XIII-XIV əsrlərdə təkcə Cənubi Azərbaycanda 67 xəstəxana var idi. Orta əsrlərdə Şeyx Əli Lənkərani «Fərruxnameyi Camali» – (1409), Mənsur İbn Məhəmməd «Tibb» (1436), Yusifi Məhəmməd İbn Yusif Təbib «Came ül – Fevaid», «Fevaid – ül – Mevad» (XV əsrin əvvəlləri) adlı əsərləri

ilə tibb elmini daha da zənginləşdirmişlər. XVIII əsrdə Şamaxıda yaşamış Həsən İbn Rza Şirvani («Siracüt-tibb» kitabı), Hacı Süleyman Qacar İrəvani («Fəvaidül-hikmət» kitabı) və Əbul Həsən Mərağayi («Müalicəti-münfəridə» kitabı) öz əsərlərində dərman bitkilərindən, dərmanlardan və müxtəlif xəstəliklərin müalicəsindən bəhs edirdilər.

Məhəmməd Yusif Şirvani məşhur həkim və alim olmuşdur. 1711-1712-ci illərdə müəllifi məlum olmayan «Tibbnamə» əsərinin üzünü köçürmüş, ona şərh və izahatlar yazmışdır (əsər 1990-cı ildə Bakıda və sonra isə rus dilində Sankt-Peterburqda çap edildi). Azərbaycan iki yerə bölündükdən sonra da tibbi yardımın səviyyəsində heç bir dönüş olmamışdı. 1911-ci ildə Azərbaycanda əhalinin hər 55716 nəfərinə bir həkim və hər 18446 nəfərinə isə bir feldşer düşürdü. 1913-cü ildə isə Azərbaycanda cəmi 353 həkim bütün ölkə əhalisinə tibbi yardım göstərirdi

və 1918-ci ilin mayına qədər həkimlərin sayı 270-ə enmişdi. Çar Rusiyası dövründə Azərbaycanda səhiyyənin vəziyyəti ağır və ölkədə epidemioloji şərait qeyri-qənaətbəxş olmuşdur. Əhaliyə ambulator yardımın göstərilməsində M. Vəkilovun, M. Qayıbovun və N. Nərimanovun böyük əməyi olmuşdur.

XIX əsrin ikinci yarısında Azərbaycanda cərrahlığın inkişafında İsfahanda tibbi təhsil alaraq Qarabağda əhaliyə cərrahi və tibbi yardım göstərmiş Mirzə Məhəmmədqulu oğlu Qayıbovun (1818-1879) çox böyük əməyi olmuşdur. Onun Mirzə Cavad və Mirzə Hüseyn adlı oğlanları atalarının yolunu davam etdirmişlər. Bu nəslin nümayəndələri indi də babalarının sənətini yaşadırlar. Ə.B. Mehmandarov, X. Rəfibəyov, N. Nərimanov, B.B. Həsənbəyov, C.N. Ləmbəranski, T. Şahbazı, M.A. Axundov, M.P. Sultanov, M.M. Mirqasımov, M. İsrafilbəyov, S.M. Ağamirzəyev, A. Səfikürdski kimi ilk milli kadrlar əhaliyə tibbi, o cümlədən cərrahi yardım göstərmişlər.

XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda 25 çarpayılıq Mixaylov xəstəxanası (1875), Maştağada, Lənkəranda, Prişibdə, Kürdəmirdə, Şamaxıda və Noraşendə xəstəxanalar açılır.

XX əsr və müasir Azərbaycan cərrahlığı. Rus imperiyası dağıldıqdan sonra 1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Demokratik Cümhuriyyəti ölkədə səhiyyənin problemlərinə böyük diqqət ayırır. Səhiyyə naziri vəzifəsinə təyin edilən, 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyovun göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz xidmətin

göstərilməsinə başlanılmış, yeni xəstəxanalar və tibb məntəqələri açılmışdır. Ölkədə elmin və təhsilin inkişafına böyük önəm verən Cümhuriyyət rəhbərliyinin təşəbbüsü ilə 1919-cu ildə Bakı Dövlət Universiteti (BDU) və onun tərkibində tibb fakültəsi yaradılır. 1919-cu ilin noyabr ayının 15-də fəaliyyətə başlayan BDU-nun ilk rektoru görkəmli anatom və cərrah V.İ. Razumovski (1857-1935) olmuşdur. Universitetdə dərslər 1919-cu ilin noyabr ayının 20-də professor V.İ. Razumovskinin «Tibb və anatomiyaya giriş» mövzusundakı mühazirəsi ilə başlamışdır. Tibb fakültəsinin dekanı vəzifəsinə isə ixtisasca patoloq – anatom olan professor İ.İ. Şirokoqorov təyin edilmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanda tibbi təhsilin təşkilində V.İ. Razumovski, İ.İ. Şirokoqorov, Y.Y. Gindes, V.K. Finkelşteyn, A.M. Levin, A.A. Oşman, A.İ. Okinşeviç, F.N. İlyin, M.M. Ammosov və digər rus alimlərinin böyük xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı heç bir zaman onları unutmayaraq, xatirələrini həmişə əziz tutur. 1922-ci ildə tibb fakültəsinin ilk buraxılışı olmuşdu və ilk 30 məzundan yalnız 3 nəfəri azərbaycanlı idi. Tibb fakültəsinin 20-ci illərdəki məzunları olan azərbaycanlılar (C.M. Abdullayev, K.A. Balakişiyev, G.R. Qurbanov, M.B. Əbiyev, B.M. Mahmudbəyov, M.M. Əfəndiyev, M.M. Hüseynov, U.S. Musabəyova, C.Y. Hüseynov, A. Şahtaxtinskaya, M.M. Mirsəlimov, İ.M. Orucov, A.Z. Feyzullayev, Ə.A. Sultanov, M.M. Nəzirov, Q.B. Ələkbərov, A.N. Tahirov, M. Səfərəlibəyov, A.S. Həsənov, A.T. Sadıqov, E.M. Əfəndiyev, K. Qambay və Z.M. Məmmədov) müxtəlif kafedralarda saxlanılaraq elmi-praktik işə cəlb edildilər. 1930-cu ildə tibb fakültəsi BDU-dan ayrılaraq müstəqil Azərbaycan Tibb İnstitutuna çevrilir və həmən tədris ilindən rus bölməsilə bərabər azərbaycan bölməsi də yaradılır. Azərbaycan Tibb İnstitutunun maddi – texniki bazasının yaxşılaşdırılmasında, milli elmi-pedaqoji kadrların hazırlanmasında və təhsilin keyfiyyətinin daha da yüksəldilməsində müxtəlif illərdə institutun rektoru olmuş görkəmli dövlət və ictimai xadim, böyük

alim və təşkilatçı, Azərbaycan səhiyyəsinin ən görkəmli nümayəndələrindən olan gözəl insan, professor, əməkdar həkim Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) əvəzsiz xidmətləri olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda müasir səhiyyə sisteminin yüksəkixtisaslı həkim kadrları ilə təmin edilməsi, tibb elminin inkişafı birbaşa Azərbaycan Tibb Universitetinin adı ilə bağlıdır.

Ümumi cərrahlıq. XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə sisteminin yaradılmasında Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun (1878-1920) böyük xidməti olmuşdur. Azərbaycan Demokratik Cümhuriyyətinin Səhiyyə Naziri kimi çox işlər görmüşdür. Azərbaycanın rus-bolşevik işğalından sonra görkəmli dövlət

və ictimai xadim, cərrah, xalqını böyük məhəbbətlə sevən X. Rəfibəyov bolşeviklər tərəfindən 1920-ci ildə qətlə yetirilmişdir. Azərbaycanda XX əsrdə tibbi təhsilin banilərindən biri olan V.İ. Razumovski (1857-1935)Bakı Dövlət Darülfünunun ilk rektoru olmuş V.İ. Razumovski normal anatomiya kafedrasını təşkil etmiş, operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri olmuşdur.

B.K. Finkelşteyn (1871-1931) cərrahlıq üzrə tibb doktoru olduğundan o, 1920-ci ildən ümumi cərrahlıq, 1921-ci ilin payızından isə eyni zamanda hospital cərrahlıq kafedrasına rəhbərlik etmişdir.

A.İ. Okinşeviçə (1868-1938)əvvəlcə operativ cərrahlıq və topoqrafik anatomiya, 1926-cı ildən isə ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Elmi tədqiqatlarının əksəriyyəti qalxanabənzər vəzin xəstəliklərinə həsr edilmişdir. Azərbaycan cərrahlığının görkəmli simalarından olan Z.M. Məmmədov, F.Ə. Əfəndiyev, G.R. Qurbanov və A. Sultanov onun məktəbinin yetirmələridir.

A. A. Oşman (1896-1930) qısa müddətdə ümumi cərrahlıq və sonra isə ömrünün sonuna qədər fakültə cərrahlığı kafedrasına rəhbərlik etmişdir. Cərrahlıq və ortopediya sahəsində bacarıqlı mütəxəssis kimi o, çoxsahəli fəaliyyət göstərmiş, cərrahlıq üzrə milli kadrların yetişməsində (M.A. Topçubaşov, M.B. Əbiyev, K.Q. Tağıbəyov, A.A. Hacıyev) böyük əmək sərf etmişdir.

M. M. Mirqasımov (1883-1958) Azərbaycan təbabəti və cərrahlığı tarixində böyük rol oynamış görkəmli alim, təşkilatçı, ictimai xadim və geniş diapazonlu cərrah kimi elmi-pedaqoji kardların və praktik cərrahların yetişməsində əvəzsiz xidmətlər göstərmişdir. 1923-cü ildən elmi-pedaqoji işlə də məşğul olan M.M. Mirqasımov 1927-ci ildə azərbaycanlılar içində ilk dəfə olaraq doktorluq dissertasiyası müdafiə edir. 1931-ci ildən 1958-ci ilə qədər 27 il müddətində hospital cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ana dilində «Qısa ümumi cərrahlıq kursu» adlı ilk dərsliyi də 1932-ci ildə o, çap etdirmişdir. Azərbaycanda urologiya elminin əsasını qoymuş akademik M.M. Mirqasımov, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının (o vaxtlar Azərbaycan Elmlər Akademiyası adlanırdı) təşkilatçısı və ilk prezidenti olmuşdur. M.M. Mirqasımovun rəhbərliyi altında 6 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə edilmişdir.

M.A. Topçubaşov (1895-1981) Kiyev Universitetinin tibb fakültəsini 1919-cu ildə bitirmişdir. Bütün 62 illik cərrahlıq fəaliyyətini Azərbaycanda tibb elminin və cərrahlığın inkişafına, həkim kadrlarının yetişməsinə həsr etmiş bu böyük insan, alim, pedaqoq və cərrah 51 il fakültə cərrahlığı kafedrasına rəhbərlik etmişdir. SSRİ TEA-nın və Azərbaycan EA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, böyük ictimai xadim, dünya şöhrətli akademik M.A.Topçubaşovun rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun ana dilində nəşr etdirdiyi 5 cildlik «Xüsusi cərrahlıq» kitabı indi də öz əhəmiyyətini saxlayır. Onun qələmindən 200-dən artıq elmi əsər, o cümlədən 7 monoqrafiya çıxmışdır. Respublika Elmi Cərrahlıq Mərkəzi onun adını daşıyır.

Ə.R. Talışinski (1885-1949) 1936-cı ildə doktorluq dissertasiyası müdafiə edərək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya, ortopediya və hərbi – səhra cərrahlığı kafedrasına, sonralar isə travmatologiya və

ortorpediya elmi-tədqiqat institutunun travmatologiya – ortopediya şöbəsinə rəhbərlik etmişdir. O, bir sıra orijinal plastik əməliyyatların müəllifidir və Azərbaycan dilində ilk dəfə «Travmatologiya» dərsliyini yazmışdır.

C.N. Ləmbəranski (1885-1959) travmatologiya və ortopediya sahəsini seçmiş, Caparidze adına xəstəxananın travmatologiya şöbəsinin, Ə.M. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının müdiri işləmişdir.

Z.M. Məmmədov (1903-1971) 1931-1936-cı illərdə operativ cərrahlıq və topoqrafik anatomiya kursunun rəhbəri, 1938-ci ildən etibarən ömrünün sonuna qədər isə ümumi cərrahlıq kafedrasının müdiri olmuşdur. Gəncədəki xəstəxanalardan biri Azərbaycanda cərrahlığın inkişafında böyük əməyi olmuş

Z.M. Məmmədovun adını daşıyır.

G.R. Qurbanov (1896-1972) 1938-1964-cü illərdə operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının, 1956-cı ildən etibarən isə eyni zamanda cərrahi stomatologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1964-cü ildən sonra isə ömrünün axırına qədər cərrahi stomatologiya kafedrasına rəhbərlik etmişdir. Professor G.R. Qurbanov Azərbaycanda cərrahi stomatologiyanın banisi kimi çox iş görmüşdür.

H.K. Əliyev (1897-1972) 1937-ci ildə doktorluq dissertasiyası müdafiə edərək 28 il Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasına rəhbərlik etmiş, 1947-1955-ci illərdə həmən institutun prorektoru olmuşdur. 1955-ci ildən ömrünün sonuna qədər «Azərbaycan Tibb Jurnalı»nın baş redaktoru olmuşdur.

F. Ə. Əfəndiyev (1909-1963) 1944-cü ildən ömrünün sonunadək pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmişdir. Azərbaycan EA-nın müxbir üzvü, əməkdar həkim və əməkdar elm xadimi, prof. F. Ə. Əfəndiyev Azərbaycanda döş qəfəsi cərrahlığının əsasını qoymuş və respublikada qanköçürmə institutunu yaradaraq onun ilk direktoru olmuşdur.

A.N. Tahirov (1898-1972) 1954-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-1971-ci illərdə pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmişdir.

B.M. Mahmudbəyov (1902-1988) Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsinin baş cərrahı olmuşdur. Bakıya qayıtdıqdan sonra M.M. Mirqasımovun rəhbərlik etdiyi hospital cərrahlıq kafedrasında professor, akad. M.M. Mirqasımovun vəfatından sonra isə 1958-1977-ci illərdə kafedra müdiri vəzifəsində çalışmışdır.

X.C. Hacıyev (1903-1969) 1936-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1940-45-ci illərdə müxtəlif cəbhələrdə baş cərrah olmuş, 1960 – 64-cü

illərdə Şimali Osetiya Tibb İnstitutunun hospital cərrahlıq kafedrasına, 1964– 67-ci illərdə ATU-nun operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına rəhbərlik etmişdir. 1967-ci ildən ömrünün sonuna qədər Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Ə.M. Əliyev (1909-1991) 1943-cü ildən ömrünün sonuna qədər fakültə cərrahlığı kafedrasında çalışmışdır. Akademik M.A. Topçubaşovun tələbəsi olan professor Ə.M. Əliyev onun işinin davamçısı kimi 1981 – 1983-cü illərdə həmən kafedraya rəhbərlik etmişdir.

B.A. Ağayev (1928) 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1972-ci ildən hal-hazıradək ATU-nun II cərrahi xəstəliklər kafedrasına rəhbərlik edir. Əməkdar elm xadimi, Azərbaycan MEA-nın akademiki olan professor B.A.

Ağayev 1988-ci ildə Elmi – Tədqiqat Qastroenterologiya İnstitutunu yaradaraq

onun direktoru olmuşdur. 1999-cu ildən o, həm də akad. M. A. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktorudur. Bu görkəmli alim, istedadlı cərrah və pedaqoq 320-dən çox elmi əsərin, 9 monoqrafiyanın və 3 ixtiranın müəllifidir. Rəhbərliyi altında 3 doktorluq və 27 namizədlik dissertasiyası müdafiə edilmişdir.

İ.M. Topçubaşov (1924-1970) 1951-ci ildə namizədlik və 1961-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. İstedadlı alim, cərrah və bəstəkar olan professor İ.M. Topçubaşovun rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir.

B.X. Abasov (1923-2012) 1968-ci ildə S.M. Kirov adına Leninqrad Hərbi – Tibb Akademiyasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1973 – 1989-cu

illərdə ATİ-nin ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Azərbaycanda ilk dəfə reanimasiya şöbəsi yaratmış və 1957-ci ildə respublikada ilk dəfə amputasiya olunmuş yuxarı ətrafın reimplantasiyasını aparmışdır. Respublikada damar cərrahlığının əsasını qoyanlardan biridir. Əməkdar elm xadimi, əməkdar həkim fəxri adlarına layiqli görülmüş və «Şöhrət» ordeni ilə təltif edilmiş prof. B.X. Abasovun cərrahlıq üzrə elmi-pedaqoji kadrların yetişməsində böyük xidmətləri olmuşdur.

İ.M. Məmmədov (1919-2006) 1977-1990-cı illərdə I cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmiş və sonra isə ömrünün sonuna qədər həmən kafedranın professoru vəzifəsində çalışmışdır. 1974-1990-cı illərdə ATİ-nin elmi işlər üzrə prorektoru olmuşdur.

H.M. Kərimov (1928-1997) 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1973-1983-cü illərdə respublika Elmi-Tədqiqat Eksperimental və Klinik Cərrahlıq İnstitutunda qastroenteroloji şöbənin rəhbəri, 1994-cü ildən ömrünün sonuna qədər ATİ-nin III cərrahi xəstəliklər kafedrasının müdiri olmuşdur.

N.M. Rzayev (1929-2011) 1958-ci ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964 – 1994-cü illərdə Elmi – Tədqiqat Eksperimental və Klinik Cərrahlıq İnstitutunun direktoru, eyni zamanda 1978 – 1992-ci illərdə isə ATİ-nin II ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ömrünün sonuna qədər ATU-nun ümumi cərrahlıq kafedrasında professor vəzifəsində çalışmışdır.

Ş.B. Quliyev (1931-2014) 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1981-1992-ci illərdə pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmişdir.

F.M. Mirsəlimov (1929-2016) 1968-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1961-ci ildən respublika Elmi – Tədqiqat Eksperimental və Klinik Cərrahlıq İnstitutunun endokrin cərrahlıq şöbəsinin baş elmi işçisi, 1970-ci ildən isə 25 il müddətində həmən şöbənin rəhbəri işləmişdir.

V.M. Əliyev (1929-2007) 1952-1986-cı illərdə Qazaxıstanda cərrah, 32 il Çimkənt vilayət xəstəxanasının baş həkimi və Almatı Tibb İnstitutunun hospital cərrahlıq kafedrasının professoru vəzifəsində işləmişdir. 1989-cu ildə Vətənə qayıdaraq ömrünün sonuna qədər ATU-nun II cərrahi xəstəliklər kafedrasının professoru vəzifəsində çalışmışdır. O, 1990-cı ildə Qazaxıstan Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və «Qazaxıstanın əməkdar həkimi» fəxri adına layiq görülmüşdür.

İ.Q. Qurbanəliyev (1929–2000) 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 il respublika Elmi Cərrahlıq Mərkəzinin torakal cərrahlıq şöbəsinə rəhbərlik etmişdir.

B.M. Aşurov (1943-1994) 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən ömrünün sonuna qədər ATU-nun ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir. Respublikada damar cərrahlığının inkişafına böyük əmək sərf etmişdir.

F.M. İsmayılov (1923-2005) 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1969–1976-cı illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrasının müdiri, 1976-1992-ci illərdə ATU-nun ftiziopulmonologiya kafedrasının müdiri, sonra isə ömrünün sonunadək həmən kafedranın professoru vəzifəsində işləmişdir. Respublikada ağciyər cərrahlığının inkişafında xidmətləri vardır.

C.C. Zəkircayev (1925-1997) Elmi Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 200-ə qədər elmi əsərin müəllifi olan C.C. Zəkircayevin rəhbərliyi altında 1 doktorluq və 5 namizədlik dissertasiyası müdafiə edilmişdir. Azərbaycanda damar cərrahlığının inkişafında böyük əməyi olmuşdur.

H. A. Sultanov (1932-2014) 1986-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990–2012-ci illərdə I cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmişdir.

M.Y. Nəsirov (1939) 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-2017-ci illərdə ATU-nun cərrahi xəstəliklər kafedrasının müdiri olmuşdur. Onun rəhbərliyi altında 6 doktorluq və 14 namizədlik dissertasiyası yerinə yetirilmişdir.

Ç.M. Cəfərov (1942) 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-2017-ci illərdə ATU-nun ümumi cərrahlıq və anesteziologiya kafedrasına rəhbərlik etmişdir.

Onkologiya. İlk dəfə 1924-cü ildə prof. İ. S. Ginzburq Bakıda əvvəlcə onkoloji kabinet təşkil edir. Sonra isə Bakı onkoloji dispanseri və 1941-ci ildə respublika Elmi – Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutu yaradılır.

Ə.Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda onkologiya kafedrası 1946-cı ildə yaradılmışdır. 1946-1954-cü illərdə kafedraya İ.S. Ginzburq, 1967-1974-cü illərdə prof. A.T. Abbasov, 1974-1989-cu illərdə prof. M.D. Axundova və 1990-1994-cü illərdə prof. A.X. Kərimov rəhbərlik etmişlər. 1994-cü ildən həmən kafedranın müdiri akademik C.Ə. Əliyevdir. ATU-nun onkologiya kafedrası 1974-cü ildə yaradılmışdır və kafedraya prof. M.D. Abdullayev rəhbərlik etmişdir. 1993-ci ildən bu kafedranın müdiri akademik Ə.T.Əmiraslanovdur.

C.Ə. Əliyev (1946) 1978-ci ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1978-ci ildən Respublika Elmi – Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda ümumi onkologiya şöbənin rəhbəri, eyni zamanda 1980-1990-cı illərdə həmən institutun elmi işlər üzrə direktor müavini

işləmişdir. 1990-cı ildən Milli Onkoloji Mərkəzin direktorudur. Həm də 1994-cü ildən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir. Elmi nailiyyətlərinə görə MEA-nın akad.Y. Məmmədəliyev adına, SSRİ TEA-nın N.N. Petrov adına və M.A. Topçubaşov adına mükafatlara layiq görülmüş, Rusiya TEA-nın, Azərbaycan MEA-nın, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.

Ə.T. Əmiraslanov (1947) 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Əməkdar elm xadimi Ə.T.Əmiraslanov 1992-2016-ci illərdə ATU-nun rektoru vəzifəsində çalışmışdır.

Travmatologiya və ortopediya. 1939-cu ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda travmatologiya və ortopediya kafedrası yaradılmışdır. 1945-ci ildə isə indiki Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu fəaliyyətə başlamışdır. ATU-da 1968-ci ildə travmatologiya, ortopediya və Hərbi –

səhra cərrahlığı kafedrasının yaradılmasında dosent Musa Mirqasımovun böyük əməyi olmuşdur.

N.N. Bünyadov (1917-1980) 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1946-1959-cu illərdə ET Travmatologiya və Ortopediya İnstitutunda. N.N. Bünyadov 1969-cu ildən ömrünün sonuna qədər ATU-nun Travmatologiya, Ortopediya və Hərbi-Səhra cərrahlığı kafedrasına rəhbərlik etmişdir. N.N. Bünyadovun vəfatından sonra 1998-ci ilə qədər kafedraya prof. Ə.Ə. Axundov (1928-1998) rəhbərlik etmişdir. Hazırda həmən kafedraya Ə.Y. Əhmədzadə rəhbərlik edir. Əməkdar elm xadimi, tibb elmləri doktoru, prof. V.Q. Verdiyevin

rəhbərlik etdiyi ET Travmatologiya və Ortopediya İnstitutu yenidən qurulmuş

və müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda travmatologiyanın inkişafında prof. A.A. İsmayılov (1920-1990), prof. K.Q. Məhərrəmov (1929), dosent A.A. Talışınski (1922-1974) və prof. R.R. Talışınski (1928-1988) də böyük əmək sərf etmişlər. Ölkəmizdə cərrahi artrologiya sahəsi prof. E.Ş. Abbasovun əməyi sayəsində yüksək səviyyəyə çatmışdır.

Urologiya. M.B. Əbiyev (1896-1975) 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1962- ci ildən ömrünün sonuna qədər fakültə cərrahlığı kafedrasının professoru olmuşdur.

M.M. Cavadzadə (1927-2008) 1963-cü ildən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına, 1974-cü ildən isə ömrünün sonuna qədər eyni zamanda həmin instituta rəhbərlik etmişdir.

N.N. Əfəndiyev (1924-2010) 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. ATU-nun 1975-ci ildə yaradılmış urologiya kafedrasının müdiri vəzifəsinə seçilmiş və 1991-ci ilə qədər həmən kafedraya rəhbərlik etmişdir. Ömrünün sonuna qədər həmən kafedranın professoru vəzifəsində çalışmışdır. 1991-ci ildən ATU-nun urologiya kafedrasına AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, prof. S.B.İmamverdiyev rəhbərlik edir.

Uşaq cərrahlığı. ATU-nun uşaq cərrahlığı kafedrası 1938-ci ildə yaradılmışdır. Kafedraya prof. İ.S. Ginzburq rəhbərlik etmişdir. İ.S.Ginzburq (1898-1974).

Ə.M. Əlizadə (1915-1976) 1970–1976-cı illərdə ATU-nun uşaq cərrahlığı kafedrasına rəhbərlik etmiş və tədris işləri üzrə prorektor vəzifəsində işləmişdir.

B.S. Babaşov (1929-2003) 1977–1995-ci illərdə ATU-nun uşaq cərrahlığı kafedrasının müdiri olmuşdur. Prof. Ç.B. Quliyev 1995-ci ildən ATU-nun uşaq cərrahlığı kafedrasına rəhbərlik edir.

Neyrocərrahlıq. Azərbaycanda neyrocərrahiyyənin əsası 1920-ci ildə qoyulmuşdur. Bu sahə 1950-ci illərdən başlayaraq görkəmli neyrocərrah S.Q. Axundov tərəfindən inkişaf etdirilmişdir. 1968-ci ildə ATU-da neyrocərrahlıq kursu yaradılmış və ona 1981-ci ilədək prof. Ə.B. Ağalarov (1920-1981) rəhbərlik etmişdir. Onun vəfatından sonra kursa rəhbərlik etmiş dosent R.S. Həsənovun (1938-2001) Azərbaycanda neyrocərrahiyyənin inkişafında böyük əməyi olmuşdur. Hazırda kursun rəhbəri prof.S.A. Etibarlıdır.

Anesteziologiya və reanimatologiya. 1960-cı ildə Bakı şəhəri 1 saylı kliniki xəstəxanada ilk anestezioloq-reanimatoloq ştatları açılmış və bir neçə il sonra anesteziologiya və reanimasiya şöbəsi yaradılmışdır. M.A. Topçubaşov 1936-cı ildə analgezin narkozunu kəşf edərək, cərrahi əməliyyatları narkozun analgeziya dövründə aparmağı təklif etmişdir. Ə.e.x., prof. A.Ə. Axundbəyli ölkəmizdə anesteziologiya və reanimatologiya üzrə ilk elmlər doktoru olaraq bu elmin inkişafında əhəmiyyətli işlər görmüşdür. 2010-cu ildən etibarən kafedraya prof. A.Ə. Axundbəylinin tələbəsi prof. İ.S. İsmayılov rəhbərlik edir.

Cərrahlıqda etik və hüquqi normalar. Cərrahi deontologiya

Hər bir peşənin özünəməxsus mənəvi və etik problemləri vardır. Bu təbabətə də xas olan bir cəhətdir. İlk dəfə Aristotel tərəfindən işlədilən «etika» sözünün mənası adət, xasiyyət demək olsa da etika mənəviyyat məsələlərini öyrənən bir elmdir.

Həkimlik etikası həkimin peşə fəaliyyəti zamanı onun hərəkətlərinin

mənəvi dəyərini öyrənir.

Deontologiya yunanca deon-borc, logos-elm, təlimborc, davranış haqqında təlim deməkdir. Bu termini ilk dəfə XVIII əsrdə ingilis filosofu keşiş İ.Bentam işlədərək, bu anlayışa dini – mənəvi bir məzmun vermişdir.

Cərrahi deontologiya həkimlik etikasının bir tərkib hissəsidir. Cərrahi deontologiya cərrahın peşə borcu və peşə əxlaqı, mənəvi – etik prinsipləri, normaları haqqında olan elmdir.

Cərrahi deontologiya bir sıra fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən ən əsası isə cərrahın cərrahi müdaxilə zamanı xəstə ilə olan

qarşılıqlı münasibətidir. Heç kəs anadan əsgər doğulmadığı kimi həkim də doğulmur. Hər bir şəxs buna sonradan nail olur.

Həkim olmaq üçün şərti olaraq üç amil tələb olunur:

– təbabət sahəsi üzrə biliklərə yiyələnmək;

– çoxsaylı müayinə və müalicə üsullarını mənimsəmək və

– xüsusi tibbi xarakterə, təfəkkürə, davranış qabiliyyətinə, mənəvi –etik potensiala və deontoloji komplekslərə malik olmaq.

Cərrahi deontologiya da həkimlik deontologiyası kimi 5 əsas münasibəti əhatə edir: Xəstə və cərrah arasında olan münasibətləri, Cərrah və cəmiyyət münasibətlərini, Cərrah və iş yoldaşları digər həkimlər, orta və kiçik tibbi heyət

arasında olan münasibətləri, Cərrah və xəstənin mikrososial mühiti qohumları, iş yoldaşları, qonşuları və.s arasındakı münasibətləri, Cərrahın özünün-özünə olan münasibəti-özünənəzarət və özünü qiymətləndirmə.

Cərrah və xəstə münasibətləri. Göekəmli pedaqoq, alim və həkim Hacıbala Bədəlov haqlı olaraq göstərir ki: «həkim – xəstə münasibətləri həddən artıq çoxsahəli və çoxcəhətlidir. Həkim nə qədər xəstə ilə görüşürsə, bir o qədər də psixoloji mühit və həkim – xəstə münasibətləri mövcuddur».

Ən humanist peşə olan həkimlik sənətinin əsasında insana məhəbbət durur.

Belə ki, «insana məhəbbət olan yerdə sənətə də məhəbbət vardır» (Hippokrat) və «həkimin gücü onun ürəyindədir, dərmanın ən böyük əsası məhəbbətdir» (Parasels).

Həkimlik sənətinin emblemi piyalədən içən müdriklik və sağlamlıq rəmzi olan ilan sayılır. Amsterdam şəhərinin burqomistri, məşhur Holland həkimi Nikolas van Tulp hələ XVII əsrdə yeni bir simvol – yanar şam təklif etmişdi. Şölə saçan şamın ətrafında isə «Allis inserviendo ipse consumor» («Özüm yanıram, başqalarına işıq saçıram») sözləri yazılmışdı. Burada ixtisasca həkim olan rus yazıçısı A.P. Çexovun sözləri lap yerinə düşür: «Həkimlik sənəti qəhrəmanlıqdır, bu peşə fədakarlıq və pak niyyət tələb edir. Həkimin fikri aydın, qəlbi təmiz, zahiri səliqəli olmalıdır». Bu sətirlərin müəllifinə görə isə cərrahlıq ikiqat qəhrəmanlıqdır. Cərrah öz işində «hər şeydən əvvəl xətər yetirmə» prinsipini rəhbər tutmalı və «xəstəni sənin özün necə müalicə olunmaq istədiyin kimi müalicə

et» qaydasına əməl etməlidir. Bu mənada məşhur amerikan cərrahı Meyo yazırdı ki, mən xəstəni öz yaxın adamım kimi hiss edəndə əməliyyat stoluna götürürəm.

Cərrahlıq sənəti cərrahdan yüksək fədakarlıq, məsuliyyət, insana məhəbbət, əqli, psixi və fiziki gərginlik, yuxusuz gecələr, kamil peşəkarlıq, bilik, incə duyğular, ziyalılıq, mərhəmətlilik, sadəlik və yanar ürək tələb edir.

Cərrah və xəstənin mikrososial mühiti. Cərrah təkcə xəstə ilə söhbətində deyil, həmçinin, xəstənin qohumları ilə ünsiyyətdə olarkən nəzakətli davranışı, sadəliyi və səmimiyyəti ilə seçilməlidir. Yaddan çıxarmaq olmaz ki, həkim söz, ot və bıçaqla müalicə edir. Həkimin bir ehtiyatsız sözü, hətta, sağlam insanı belə xəstələndirə bilər (belə xəstəliyə yatrogen xəstəlik deyilir). Bizim məşhur atalar sözündə deyildiyi kimi: «Xəncər yarası sağalar, söz yarası yox». Cərrah xəstənin qohumlarının suallarını cavablandırarkən ehtiyatla, elmi dəlillərlə əsaslandırılmış diaqnozu onlara bildirməlidir.

Cərrah mütləq nəzərə almalıdır ki, sağalmasına çarə olmayan xəstələrin belə ümidini onların əlindən almaq olmaz. Xəstənin içindəki ümid çırağını söndürmək olmaz. Axı, insan ümidlə yaşayır. Əksinə, belə insanlarda həyat eşqini alovlandırmaqla onların əzablarını bir qədər yüngülləşdirmək olur.

Cərrah və cəmiyyət. Cərrahın fəaliyyəti böyük sosial əhəmiyyət daşıyır. İnsanı böyük Allahın köməyilə ölümün pəncəsindən xilas edən cərrahın cəmiyyətə verdiyi iqtisadi səmərəni manatla hesablamaq mümkün deyil. Həkim, o cümlədən, cərrah yaşadığı cəmiyyətin bir sıravi üzvü kimi ölkədə bərqərar olan bütün qanunlara, o cümlədən, həkimlik fəaliyyəti barədə olan qanunlara hörmətlə yanaşmalı və onlara əməl etməlidir.

Cərrah və iş yoldaşları. Cərrah çalışdığı kollektivə qaynayıb – qarışmalıdır. Bu kollektiv vahid bir ailə kimi olmalıdır. Bu ailədə qarşılıqlı hörmət, subordinasiya, lazımi hallarda bir-birinin köməyinə gəlmək və xeyirxahlıq hökm sürməlidir. Kobudluq, lovğalıq, yalançılıq və digər mənfi cəhətlər heç bir insana şərəf gətirmədiyi kimi, cərraha da başucalığı gətirmir.

Cərrah və özünətənqid. Sağlam tənqid və özünətənqid insanı mənfi cəhətlərdən xilas edən ən təsirli müalicə vasitəsidir. Həkim, o cümlədən, cərrah həmişə öz işinə vicdanının hökmü ilə qiymət verməli, “özünün və Allahın bildiyi” buraxdığı səhvləri etiraf və analiz etməli, onlardan ciddi nəticə çıxarmalıdır. Həkimlik etikasının tərkib hissəsi olan cərrahi deontologiyanın bütün məsələlərini əhatə etməyərək onun əsas tərkib hissələri barədə verdiyimiz qısa məlumatı akademik B.A.Ağayevin sözlərilə yekunlaşdırırıq: “Elə sənət sahələri var ki, onları ədəbiyyatsız, incəsənətsiz və bizi əhatə edən təbiətin insanlara bəxş etdiyi gözəlliklərini anmadan təsəvvür etmək çətindir. Cərrahlıq məhz belə peşələrdəndir”. Bizim fikrimizcə də, cərrahlıq incəsənətdir – burada təbabət elmilə

incəsənət – cərrahın əl işi bir-birinə qovuşur, bir-birini tamamlayır və vəhdətləşir. Cərrahi əməliyyatın gedişində cərrahın barmaqlarının zərgər dəqiqliyilə gördüyü iş insanı həyata, cəmiyyətə, təbiətə, ailəyə, ədəbiyyata və bir sözlə dünyanın gözəlliklərinə qaytarır.

Cərrahın şəxsi keyfiyyətləri. Cərrah peşəsinin romantikası çoxlarını özünə cəlb edir. Lakin cərrahlıq gərgin əqli, psioxoloji və fiziki əmək tələb edən bir sahədir. Özünü cərrahlığa həsr edənlərin heç də hamısı cərrah ola bilmir. Bunun üçün bu yuxarıda sadalanan və sadalanmayan keyfiyyətlərdən başqa bir də anadangəlmə bir qabiliyyət, necə deyərlər “Allah vergisi” də olmalıdır. Məşhur cərrah Kuper deyirdi ki, müasir cərrah «qadın əlinə, qartal gözünə və şir ürəyinə» malik olmalıdır. Əlbəttə, bu sözlərdə müəyyən qədər həqiqət və müəyyən qədər də bənzətmə var.

Məşhur cərrah professor S.S. Yudin cərrah üçün aşağıdakı keyfiyyətlərin olmasını vacib saymışdır: dərin müşahidə qabiliyyəti; aydın təfəkkür; düşünüb tez nəticə çıxarmaq; cəld və cəsarətli fəaliyyət.

Cərrah necə olmalıdır və hansı keyfiyyətlərə malik olmalıdır sualına qısa cavab verməyə çalışaq. Fikrimizcə, cərrahda peşə və insani keyfiyyətləri formalaşdıran parametrlər aşağıdakılardır.

İradə. Cərrah xəstənin həyatını xilas etmək üçün ölümlə, əzabla mübarizə apardığından o, iradəli, təmkinli və hünərli olmalıdır.

Qətiyyət və cürət. Lakin cürətlilik məsələsində düşünülmədən tələskənliyə və avanturaya yol vermək olmaz. Akademik N.N. Bloxinin təbirincə desək «əsgərin və cərrahın cürətliliyi olduqca ayrı-ayrı hallardır». «Xəstəyə cürətli cərrah yox, ağıllı cərrah lazımdır».

Məsuliyyət hissi. Cərrah xəstənin həyatı üçün tam məsuliyyət daşıdığını dərk və hiss etməlidir.

Səbirlilik, dözümlülük və səliqəlilik. Səbirlilik və dözümlülük çox zaman insana fayda gətirir. Atalar sözünü yada salaq: «səbr eylə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından». Öz gündəlik işində cərrah səbrli və dözümlü olmalı, hər xırda və qan qaraldan şeylərə fikir verməməlidir. Cərrahi

əməliyyatı texniki cəhətdən düzgün və səliqəli aparmaq, bu zaman əsl pedantizm nümayiş etdirmək müalicə prosesinin salamat gedişinə zəmanət verən şərtlərdəndir. Bu mənada alman həkimlərindən birinin dediyi sözlər öz yerinə düşür: «Dahi həkimdə müalicə olunmaqdansa, səliqəli həkimdə müalicə olunmaq qat-qat yaxşıdır».

İnam. Cərrah özünə inamlı olanda peşəkarcasına hərəkət edə bilər. İnam mürəkkəb psixoloji bir haldır.

Təkəbbürlülük. Cərrah özünə tənqidi yanaşmayaraq öz imkanlarını, biliyini, bacarığını düzgün qiymətləndirmədikdə təkəbbürlülük, özünəvurğunluq və lovğalıq baş verir. Yalnız məhdud dünyagörüşlü, özünəvurğun, özünüreklam iddialı və heç kəsi bəyənməyən şəxslər lovğa ola bilir. Cərrahın lovğalığı heç vaxt xəstəyə xeyir gətirmir.

Klinik təfəkkür. Cərrah yaxşı klinik təfəkkürə malik olmalıdır.

İntuisiya fəhm, duyum. Fəhm cərrah üçün olduqca vacibdir. Fəhm-həqiqəti dərk etmək, aydınlığı daxilən hiss etmək bacarığı təcrübə və bilik əsasında mümkün olur. Təcrübəli cərrah fəhm ilə «ilk baxışdan» düzgün diaqnoz qoya, «bunu belə etmək lazımdır» kimi düzgün qərar qəbul edə bilir.

Əhvali-ruhiyyə. Əhvali-ruhiyyə emosional bir hal olub, müsbət və mənfi çalarda özünü biruzə verir. Əlbəttə, pis əhvali-ruhiyyə cərrahın normal işinə mane olur. Yüksək əhvali-ruhiyyə ilə cərrah işə başlamalı, bütün hər şey xəstənin mənafeyinə qurban verilməlidir.

Şübhə. Ekstremal hallarda həmişə şübhələr olur. Şübhələnmək cərrahın bütün qüvvələrini, bilik və təcrübəsini səfərbərliyə alaraq ayıq olmağa, düzgün qərarlar qəbul etməyə məcbur edir. Şübhə cərraha çətin anlarda öz mövqeyini düzgün aydınlaşdırmağa imkan verir.

Qorxu və nigarançılıq. Təcrübəsiz cərrah müalicə prosesində teztez qorxu və nigarançılıq hissi keçirir, bu isə işə olduqca mənfi təsir göstərir. Lakin cərrahi müdaxilənin gedişində qəflətən meydana çıxan təhlükəli hallar məs. təhlükəli qanaxma hətta, təcrübəli cərrahda da qorxu halı yaradır və cərrah özünü itirir. Belə şəraitdə özünü ələ alan cərrah öz biliyinə və təcrübəsinə əsaslanaraq qətiyyətlə düzgün qərar qəbul edərək vəziyyətdən çıxır. İ.İ. Qrekovun təbirincə desək «cərrah cürətli olmalı, lakin qəddar olmamalıdır».

Müşahidəçilik qabiliyyəti. Müşahidəçilik qabiliyyətinə malik olmaq cərrahın vacib keyfiyyətlərindəndir. Cərrah isə daha mərhəmətli, xeyirxah, səmimi və sadə olmalıdır.

Özünə tənqidi yanaşmaq. Hər bir cərrahın, xüsusilə də gənc cərrahın özünə – biliyinə, bacarığına, buraxdığı səhvlərə və öz peşəkarlığına tənqidi yanaşmaq qabiliyyəti onun daha da kamilləşməsinə və bir mütəxəssis kimi formalaşmasına çox ciddi müsbət təsir göstərir.

Ziyalılıq. Müəllimimiz, məşhur filosof, rəhmətlik Adil Nəcəfovun dediyi kimi «ziyalı olmaq həkim üçün hava, su kimi lazımdır. İnsanpərvərlik qabiliyyəti, hissi də bu ziyalılıq xüsusiyyətlərindəndir. Həkim üçün ən vaciblərindəndir». Lakin təhsil almış insanların hamısı, çox təəssüf ki, ziyalı və mədəni olmur. Təəssüflər ki, ali məktəblərdə «insanlıq dərsi» keçilmir.

Affekt halı. Bəzən cərrahda psixoloji olaraq qısamüddətli, kəskin emosional çılğınlıq halı-affekt halı ola bilir. Belə bir hal kritik durumlarda sinir sisteminin həddən artıq gərginliyi fonunda orqanizmin özünü tənzimlənməsinin pozulması nəticəsində baş verir. Belə bir hal düşünülməmiş hərəkətlərə gətirib çıxara və xəstəyə düzəldilməsi qeyri-mümkün olan xətər yetirə bilər.

Stress halı. Belə hal cərrahi müdaxilə zamanı fövqəladə hallar yarandıqda, cərrahın fiziki gərginliyi və həddən artıq məsuliyyəti fonunda baş verir. Stress halları səfərbəredici və əksinə, dağıdıcı təsir göstərə bilir.

Temperament. Temperament insanın iradi fəaliyyəti və fərdi emosional reaksiyalarının məcmusudur. Sakit və tarazlı temperament həmişə işə fayda gətirir. Əksinə, temperament «çoxluğu» işə ciddi zərər vurur, cərrah öz üzərində nəzarəti itirir, öz imkanlarını həddən çox qiymətləndirir və özünətənqid olmur. Cərrah həmişə «sakitlik güclülərin müdrikliyidir» sözünə əməl etməlidir. Bəzi cərrahlar cərrahi müdaxilə zamanı yersiz hay-küy salır, ətrafdakıların, köməkçilərinin, tibb bacısının və əməliyyata baxan tələbələrin üstünə qışqıraraq özlərinin «böyük cərrah» olmaları barədə təsəvvür yaratmağa çalışırlar. Bu olduqca zərərli və pis

nümunədir. Belələri yaddan çıxarırlar ki, ağac bar verəndə başını aşağı əyir. Başqa bir atalar sözü ilə desək boş qazanın səsi həmişə uca çıxır.

Xarakter. İnsanın davranışını, məzmununu və hərəkətlərini təyin edən hər bir fərdin xüsusiyyətləri olan xarakterin də cərrahın fəaliyyətində böyük əhəmiyyəti vardır. Eqoizm, lovğalıq, təkəbbürlülük, tənbəllik və s. mənfi çalarlar işə çox pis təsir göstərir.

Maraqlar. Hər bir insanın həyatında, fəaliyyətində müəyyən maraqların olması təbiidir və insan bu maraqların həyata keçməsinə çalışır. Bu maraqların kökündə xeyirxahlıq, təmənnasız olaraq xəstənin həyatını xilas etmək əməli durmalıdır. Siseron demişkən «hər bir insana səhv etmək xasdır». Lakin cərrahlar

çalışırlar ki, səhvləri olmasın. Çünki cərrahların da minaaxtaranlar kimi səhv etməyə ixtiyarı yoxdur. Cərrahın səhvi, təəssüf ki, böyük fəlakətlərlə nəticələnə bilir. Əlbəttə, biz cərraha lazım olan bütün şəxsi keyfiyyətlər barədə qısaca söhbət açdıq. Bütün bu keyfiyyətlərin əsasında isə insana məhəbbət və yanar ürək durur. Yaxın gələcəkdə «robot-cərrahlar» xəstəni biz cərrahlardan da daha yaxşı əməliyyat edəcəklər. Lakin bu cansız «robot-cərrahlar» xəstənin ruhi sarsıntılarını duya bilməyərək şəxsiyyətini kölgədə qoyacaq və xəstənin mənəvi dünyası kənarda qalacaqdır. Biz yeni texnologiyaların tətbiqini alqışlamaqla bərabər, bir daha vurğulayırıq ki, elmi – texniki tərəqqi müdrikliyi və insani hissləri cərrahlıqdan yox etməməlidir. Müasir aparatlardan və müalicə üsullarından istifadə

edərkən fərdi xüsusiyyətləri və şəxsiyyəti olan canlı insan unudulmamalıdır. Çünki xəstəni yalnız ürəklə müalicə etmək olar və «ruhu müalicə etmədən bədəni müalicə etmək olmaz» (Sokrat). Bu mənada fransız filosofu və yazıçısı Antuan de Sent-Ekzüperinin sözləri lap yerinə düşür: «Əgər mən xəstələnsəm, köhnə kənd həkiminə müraciət etməyi üstün tutaram, o, gözünün ucu ilə mənə baxacaq, nəbzimi tutacaq, qarnıma baxacaq və mənə qulaq asacaq, sonra öskürə-öskürə qəlyanını çəkərək çənəsini siləcək və güləcək ki, mənim ağrım azalsın. Heç şübhə yoxdur ki, mən elmə heyranam, ancaq müdrikliyə də heyranam».

Tibb Universiteti tələbələrinin etik normaları. Cərrahlıqda etik normalar barədə ətraflı söhbət açdığımızdan qısaca da olsa tələbə və xəstə münasibətləri barədə məlumat verməyi faydalı hesab edirik. Ümumi cərrahlıq fənninin tədrisi zamanı tələbələr xəstələrlə qarşılıqlı münasibətlərdə olduqlarından gələcək həkimlərin müəyyən vərdişlərə yiyələnmələri və bir sıra şərtlərə əməl etmələri vacibdir. Tələbələr geyimləri və davranışları ilə xəstədə rəğbət oyatmalıdırlar, müəyyən nəzəri hazırlığa malik olmalıdırlar, deontologiyanın əsaslarını bilməlidirlər, praktik vərdişləri mulyajda öyrənməlidirlər, həkimlik sirrini qorumalıdırlar, xəstənin müayinəsində və müalicəsində iştirak üçün xəstənin razılığını almalıdırlar, müayinə və müalicə prosesində tələbələrin iştirakı kafedranın təcrübəli əməkdaşının və həkimin nəzarəti altında olmalıdır və bu zaman tələbələr etik normalara tam riayət etməlidirlər.

Sahmar Haciyev

ahmar Hac yev – irvan ik st si

Sahmar Haciyev and Ulker Mirzezade – O Yar Gelir 2022 vk.com/aymusic az

Sa a – Sahmar Haciyev – Le Le Le Neylersin

Sahmar Haciyev – Yuregin Yansin 2022

Sahmar Haciyev – Sona Bulbuler

Sahmar Haciyev and Ulker Mirzezade – Zaman 2022

Sahmar Haciyev – Ulker Mirzezade Qayit Ne Olar 2023

O yar gelir – Sahmar Haciyev and lker Nurzade ( Remix elsen pro ) Tik tokda axtarilan Yeni 2022

Mehemmed – Sahmar Haciyev – Ulker Mirzezade O Yar Gelir

ahmar Hac yev – ur ahnaz

m – men seni seven gunden

ahmar Hac yev ft lk r Mirz zad – O Yar Gelir (L miR)

Sahmar Haciyev, Ulker Mirzezade – O Yar Gelir (Fatih Karaytu Remix)

Sahmar Haciyev and Ulker Mirzezade – O Yar Gelir Remix

Sahmar Haciyev – Sirin Yuxu Olaydim

ahmar Hac yev feat. lk r Mirz zad – Sen Bir Ays n

undefined – Sahmar Haciyev and Ulker Mirzezade O Yar Gelir

Sahmar Haciyev and Ulker Mirzezade – Zaman 2022

Sahmar Haciyev – Kulek

ahmar Hac yev Official – ahmar and lker – Sen Bir Ays n

ahmar Hac yev – Bayat iraz

Mehemmed – Sahmar Haciyev and Ulker Mirzezade O Yar Gelir

Sahmar Haciyev – Ele Baxma

Sahmar Haciyev – Qal Sene Qurban

ahmar Hac yev – Dilke ahnaz

Sahmar Haciyev and Ulker Mirzezade – O Yar Gelir

Almazxan Agdamli and Sahmar Haciyev – Sehidler 2022 vk.com/cavid masalli

ahmar Hac yev – Mahur hindi

ahmar Hac yev – hid Oldum

ahmar Hac yev feat. lk r Mirz zad – Qay t G l / Ayr lmar q Biz

NT QAM – Sahmar Hac yev Ulker Mirz zad o yar gelir

Sahmar Haciyev ft Ulker Mirzezade – O Yar Gelir 2022 vk.com/cavid masalli

Sahmar Haciyev слушать музыку онлайн или скачать все песни на телефон, компьютер Вы можете на сайте AudioHunter.ru

TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE

Abdullayev İ.Ə. Fokuslaşdırılmış hipertenzion hidropressiv lavaj // Cərrahiyyə. – 2009. – № 4.
s. 12 – 14.
2.

Абдуллайев И.Я. Аппендектомийадан сонра сохулжанабянзяр чыхынтынын эцдцлцнцн
ишлянмясинин йени методу. Саьламлыг, 2009, №7, с.170-172.
3.

Abdullayev İ.Ə. Fasiləsiz saçaqlı drenajın hazırlanması qaydası, cərrahi prakrikada tətbiqi və
üstünlükləri // Sağlamlıq. – 2009. – №9. – s. 176 – 178.
4.

Abdullayev
İ.Ə.
Peritonitlər
(etiologiyası,
patogenezi,
modelləşdirilməsi,
klinikası,
diaqnostikası və müalicə taktikası). Bakı – 2010. – 487 s.
5.

Abdullayev
İ.Ə.
Техники
чятин
ижра
олунан
аппендектомийалар
заманы
аьырлашмаларын сябябляри, характери вя мцалижя тактикасы. Azяrbaycan Respublikasы
Tяhsil Nazirliyi, Naxчыvan Dюvlяt Universiteti. Elmi яsяrlяr, Tяbiяt elmlяri vя tibb seriyasы,
2011, № 1 (36) c.82-87.
6.

Abdullayev İ.Ə. Peritonitlər zamanı qarın boşluğunun adekvat drenajlanmasında müxtəlif
modifikasiyalı drenaj borularının tətbiqi // Cərrahiyyə. – 2012. – № 3. – s. 60 – 64.
7.

Abdullayev İ.Ə., Hüseynəliyev A.H. Yayılmış peritonitlərdə lipidlərin peroksidləşməsi prosesi
pozğunluqları və endogen intoksikasiyanın vəziyyəti. – Sağlamlıq. – 2013. – № 4. – s. 47 – 51.
8.

Abdullayev İ.Ə., Мяммядов А.Г., Щцсейнов Б.Щ.Тякмилляшдирилмиш дренаъ вя
дренаълама цсулларынын клиник еффектлийинин тящлили. Жярращиййя, 2005, №3, с.79-83.
9.

Hacıyev C.N. Ümumi cərrahlıq. II cild. Bakı, Turxan NPB. – 2013. – 640 s.
10.

Qarayev Q.Ş., Əliyev Ş.X., Əliyev Y.Q., Həsənov M.J. Peritoneal intoksikasiya. – Bakı. –
2008. – 184 s.
11.

Сейидов М.М., Abdullayev İ.Ə., Абдуллаева М.И. Идаря олунан, харижи, локал
щипотермийанын тибби практикада ящямиййяти. Саьламлыг, 2002, №4, с.16-18.
12.

Tağıyev E.Q. Peritonitlər zamanı paralitik bağırsaq keçməzliyinin məhəlli intraabdominal
endolimfatik müalicəsi: Tibb elm. nam. . diss. avtoreferati. – Bakı. – 2007. – 21 s.
13.

Tarverdiyev M.N. Peritonitlərin kompleks müalicəsi zamanı ozonlu məhlullarla peritondaxili
və enteral sanasiya: Tibb elm. nam. . diss. avtoreferatı. –Bakı. – 2009. – 21 s.
14.

Абдуллаев
И.А.
Сравнительная
оценка
влияния
сочетанного
применения
озонированного перфторана и глутоксима на процессы перекисного окисления липидов и
эндогенной интоксикации при распространенных перитонитах // Украинский Журнал
Хирургии 2013. – №4. – с. 25 – 28.
15.

Абдуллаев И.А. Влияние озонированного перфторана на показатели цитокинового
профиля при распространенных перитонитах // Хирургия. – 2014. – № 9. с. 30 – 33.
16.

Абдуллаев И.А. Влияние озонированного перфторана на показатели цитокинового
профиля при распространенных перитонитах // Хирургия. – 2014. – № 9. с. 30 – 33.
17.

Абдуллаев И.А., Мамедов А.Г., Абдуллаева М.И. Рациональный метод дренирования ран
и полостей. Здоровье, 2000, №4, с.54-55.

Абдуллаев И.А., Мамедов А.Г., Абдуллаева М.И. Пассивное дренирование ран и
полостей модифицированными дренажными трубками. Материалы научно-практической
конференции посвященной к 70 летию профессора Ф.И.Зергерли. Баку – 2000, с.184-186.
19.

Абдуллаев И.А., Мамедов А.Г., Абдуллаева М.И. Модифицированный вариант трубки
для дренирования брющной и гнойно-раневых полостей. Здоровье, 2000, №7, с.30-31.
20.

Абдуллаев И.А., Сеидов М.М., Абдуллаева М.И. Патогенетическое значение
эндолимфатической терапии при разлитом гнойном перитоните. Здоровье, 2001, № 4, с.65-
69.
21.

Ахундов И.Т., Джамалов Ф.Г., Абдуллаев И.А., Мамедова С.К., Танрывердиев М.Н.
Лимфологические подходы к антимикробной стратегии в современной абдоминальной
хирургии. Азербайджанский медицинский журнал. 2007, №1, с.140-143.
22.

Бойко В.В., Гаджиев Н.Дж., Насиров М.Я., Гаджиев Н.Дж. и др Прогностическая роль
интерлейкина-6, среднемолекулярных пептидов, малонового диальдегида и ферропротеинов
в перитонеальном экссудате у больных с распространенным перитонитом // Azərbaycan Tibb
Jurnalı. – 2012. – № 3. – с. 19 – 26.
23.

Винник Ю.С., Якимов С.В., Теплякова О.В и др. Возможности дренирования брюшной
полости при перитоните // Вестник экспериментальной и клинической хирургии. – 2012. – №
3. – с. 114 – 117.
24.

Гаджиев Н.Дж. Прогностическое значение интерлейкина-6 в различных биологических
средах при распространенном перитоните // Вестник хирургии. – 2013. – № 1. – с. 25 – 29.
25.

Гасанова
Л.В.
Влияние
некоторых
анестезиологических
препаратов
и
иммуномодулирующей терапии на апоптоз лимфоцитов у больных с перитонитом: Автореф.
дисс. … докт. фил. по медицине. – Баку. – 2011. – 23 с.
26.

Горячковский А.М. Клиническая биохимия. Одесса: Астропринт. – 1998. – 608 с.
27.

Джафаров Ч.М., Абдуллаев И.А. Влияние озонированного перфторана на показатели
иммунного статуса и цитокинового профиля при распространенных перитонитах //
Цитокины и воспаление. – 2013. – №4. – с. 87 – 91.
28.

Джафаров Ч.М., Абдуллаев И.А. Оценка эффективности применения озонированного
перфторана и глутоксима в лечении распространенного перитонита // Вестник
экспериментальной и клинической хирургии. – 2013. – № 4. – с. 460 – 463.
29.

Джафаров Ч.М., Абдуллаев И.А. Влияние озонированного перфторана на показатели
иммунного статуса и цитокинового профиля при распространенных перитонитах //
Цитокины и воспаление. – 2013. – №4. – с. 87 – 91.
30.

Джафаров Ч.М., Абдуллаев И.А. Оценка эффективности применения озонированного
перфторана и глутоксима в лечении распространенного перитонита // Вестник
экспериментальной и клинической хирургии. – 2013. – № 4. – с. 460 – 463.
31.

Джафаров Ч.М., Абдуллаев И.А. Оценка эффективности применения озонированного
перфторана и глутоксима в лечении распространенного перитонита // Вестник
экспериментальной и клинической хирургии. – 2013. – № 4. – с. 460 – 463.
32.

Николайчик В.В., Моин В.М., Кирковский В.В. и др. Способ определения «средних
молекул» // Лабораторное дело. – 1991. – № 10. – с. 13 – 18.
33.

Alissa L., Navdeep T., Leigh A. et al. The risk of peritonitis after an exit site infection: a time-
matched, case-control study // Nephrol. Dial. Transplant. – 2013. – v. 28. – No 7. – p. 1915 – 1921.
34.

Gomez-Lopez N., Guilbert L. Invasion of the leukocytes into the fetal-maternal interface
pregnancy // J. Leukocyte Biol. – 2010. – v. 80. – p. 1 – 9.

ABSTRACT
Abdullayev I.A.
Importance of correction of immune status and cytokines profile, with modernization of the
surgery intervention for improvement of the results of the treatment of the diffuse peritonitis.
In this article, the results of the surgical treatment of diffuse peritonitis (DP) were investigated
in 348 patients. The complexity of the DP was evaluated by Mangeym’s peritoneal index (MPI).

– 121 –
234 patients were included to the group of comparison, which were treated by the generally
accepted methods without immune correction. The main group was divided in two separate groups.
53 patients from the first subgroup of main group in the background of the complex treating
measures in pre and post operation period was used local and system ozone therapy (OT) by the
ozone perforator. The second group of patients (61) in the background of systematic and local OT
by the OP as like as the first subgroup, were used metabolic immune modulator and detoxicator
glutoxim. The results of immune indicator (CD3+, CD4+, CD8+, CD4+/CD8+, CD19+, Ig A, M,
G, FI, CEC), the products of lip peroxidation (DK, MDA, CAT), Average Molecular Peptide, rest
nitrogen, creatinine, urea, total protein, albumin and electrolytes, and ALT, AST, ALP, Total
Bilirubin, in the blood of all the patient before and after surgical intervention. TNFα, İL-4 and İL-8
were identified in the blood of patients from the both groups in the progress before surgical
treatment and 3-7 days after treatment.
At the entry in the all patients of the both groups were appeared violation in the cell and
humoral level of immune and balance between pro and anti-inflammatory cytokines, where the deep
was depended on the complexity of the DP by MPI. The results for treatment of the DP were
justified the higher efficiency of the modernization of the surgical intervention by the systematically
and locally use of OP with local and systematic immune correction by the glutoxim.

РЕЗЮМЕ
Абдуллаев И.А.
Значение коррекции иммунного статуса и цитокинового профиля, совместно с
усовершенствованием хирургических манипуляций в улучшении результатов лечения
распространенных перитонитов
В статье анализируются результаты хирургического лечения 348 больных с
распространенным перитонитом (РП). Тяжесть РП оценивали по Мангеймскому
перитонеальному индексу (МПИ). В группу сравнения включены 234 больных, которые
получали общепринятую комплексную терапию без иммунокоррекции. Основная группа
(114 больных) была разделена на две подгруппы. У первой подгруппы (53 больных)
основной группы на фоне комплексных лечебных мероприятий в пред- и
послеоперационном периоде дополнительно применяли сочетанную местную и системную
озонотерапию (ОТ) с озонированным перфтораном (ОП). Вторая подгруппа больных (61) на
фоне системной и местной ОТ с ОП как и в 1-й подгруппе, дополнительно получали
метаболический иммуномодулятор и детоксикатор глутоксим. У всех больных в крови до
операции и после операции определяли показатели иммунитета (CD3+, CD4+, CD8+,
CD4+/CD8+, CD19+, Ig A, M, G, ФИ, ЦИК), продукты липопероксидации (ДК, МДА, КАТ),
СМП, остаточный азот, креатинин, мочевину, общий белок, альбумин и электролиты, а
также АЛТ, АСТ, ЩФ, общий билирубин. У больных обеих групп в крови в динамике до
операции, на 3 и 7-е сутки после операции определяли TNFα, İL-4 и İL-8.
В целом у больных обеих групп при поступлении было выявлено нарушение в
клеточном и гуморальном звене иммунитета, а также балансе между про- и
противовоспалительными цитокинами, глубина которого зависела от тяжести РП по МПИ.
Полученные
результаты
показали
высокую
эффективность
усовершенствования
хирургических манипуляций, системного и местного применения ОП в сочетании с местной
и системной иммунокоррекцией с глутоксимом в комплексе лечения РП.

NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov

НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)

– 122 –

NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)

НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)

CƏBİ İSMAYILOV
Naxçıvan Dövlət Universiteti
AZƏR İSMAYILOV
Ege Universiteti, İzmir
UOT: 616/618

BİTİŞMƏ XƏSTƏLİYİNİN ƏMƏLƏ GƏLMƏSİNDƏ ANATOMİK FAKTORUN ROLU

Açar sözlər: Bitişmə xəstəliyi, peritonun anatomik gedişi, peritonit, bağırsaq keçməzliyi.

Key words: Peritonitis, Peritoneal adhesions, bowel obstructions, the anatomy of
peritoneum.

Ключевые слова: Спаечная болезнь, анатомия перитона, перитониты,
непроходимости кищечника.

Giriş: Periton seroz qişa olub, qarın boşluğu divarı və orqanlarının üzərini örtür və müxtəlif
funksional, morfoloji qatlardan ibarətdir. Periton mezotel, lifli kollagen, səthi elastiki, dərin
boylama elastikitor, dərin-kollagen qatlardan ibarətdir. Periton təbəqəsinin qarın boşluğunda
örtdüyü nahiyələrdən asılı olaraq transdudasiya və eksudasiya prosesləri növbələşə bilər. Fövqəladə
hallarda peritonun plastik xarakteri xüsusi əhəmiyyət kəsb edir. Mexaniki, kimyəvi, fiziki
zədələnmələrdən sonra, cinsi yolla yoluxmuş infeksiyalar, endometriozlar, uzun müddətli uşaqlıq
daxili spiral daşıma, kəskin appendisit, müxtəlif mənşəli peritonitlər, qarın boşluğu orqanlarının
travmatik zədələnmələri, peritonitlər, vərəm xəstəliyi, müalicəvi preparatların tətbiqi, tamponların
istifadəsi, iltihab və infeksiyon proseslərdə periton təbəqəsinin üzərimdə fibrinoz eksudatın
yığılması baş verir, daxili qanaxmalar, qan dövranında olan infeksiyalar, yad cisimlər, bağırsaq
sistemində olan parezlər bağırsaq səthlərinin sərbəst təmasına şərait yaradaraq 2-3 sutka
müddətində sakit şəraitdə bitişmələrin əmələ gəlməsinə şərait yaradır.3-cü sutkadan sonra isə
peristaltikanın bərpasına baxmayaraq əmələ gəlmiş bitişmələrin bir-birindən ayıra bilmir və
dayanıqlı yapışıqlıqların inkişafına səbəb olurlar. Bu isə öz növbəsində peritonun bir-birilə toxunan
səthlərində, zədələnmiş nahiyələrdə bitişməsi, yapışmasına səbəb olur. Bəzi hallarda bu bitişmələr (
tikişlər qoyulan zaman) xeyir gətirir, yəni qoruyucu vəzifə daşıyır, məsələn drenajların,
tamponların, yad cisimlərin, iltihabi proses olan nahiyələrin ətrafında bitişmələr əmələ gətirir. İrinli
proseslərin ətrafında bitişmələrin əmələ gəlməsi iltihabi prosesin başqa nahiyələrə yayılmasının
qarşısını alır, yəni orqanizm öz qoruyucu funksiyasını yerinə yetirir. Peritonun bu xüsusiyyəti
qarın boşluğu cərrahiyyəsində geniş istifadə olunur. Ancaq çox hllarda cərrahi əməliyyatlardan
sonra qarın boşluğunda bitişmələrin əmələ gəlməsi və xüsusilə yayılmış formada olması
arzuolunmazdır. Bir sıra hallarda bitişmələrin əmələ gəlməsinə yüksək meyllilik olur (bitişmə
xəstəliyi) və orqanların bir-biri, qarın divarı ilə geniş məsafədə bitişməsi qarın boşluğu orqanların
funksiyası, hərəkətlərində arzu olumayan pozğunluq yaradır. Periton təbəqəsi yüksək antibakterial
xüsusiyyətə malikdir, xarici mühitlə uzun müddət kontakda olması onun qurumasına və mezotel
qişasının zədələnməsi və hüceyrələrin məhvinə gətirib çıxarır. Ona görə də cərrahi əməliyyatlar
zamanı onun qurumasının qarşısı alınmalı yəni ilıq fizioloji məhlulla isadılmalı, evertasiya etmiş
orqanların nəm salfetlərlə örtülməsi vacib şərtlərdən biridir. Mexaniki zədələnmə, onun quru
salfetlərlə silinməsi, pinsetlərlə tutulması zamanı da baş verir. Əldə olunan ədəbiyyat məlumatlarına
görə bitişmə xəstəliyi adətən çox faiz hallarda qarın boşluğunda orta xəttdən sağda baş verir, bu
proses təkrar əməliyyatlar zamanı praktiki olaraq öz təsdiqini tapır. Bitişmə, yapışma xəstəliyinin
əmələ gəlməsində bir sıra faktorların olması müxtəlif ədəbiyyatlarda göstərilmışdir. Rasgəlmə
tezliyinə görə bitişmə xəstəliyi appendektomiyadan sonra 30%, bağırsaq keçməzliyindən sonra
30%, cərrahi əməliyyatlardan sonra 20-80% rast gəlir və əməliyyatlardan sonra isə 50% residiv

– 123 –
verir. İstənilən iltihabi proseslər zamanı qarın boşluğunun müəyyən nahiyələrinə irinli
möhtəviyyatın yığılması, boşluqlu orqanların parezi yəni hərəkətlərinin ləngiməsi həmin
nahiyələrdə infiltratların, abseslərin, konqlomeratların daha sonra isə bitişmələrin əmələ gəlməsinə
səbəb olurlar. İltihabi proseslərin lokallaşmasında təkcə piyliyin, peritonun plastik qabiliyyətinin
olması rol oynaması ilə bərabər qarın boşluğu orqanlarının, xüsusilə mobil boşluqlu orqanların
anatomik
yerləşməsinin
rolu da az deyildir. Ədəbiyyat məlumatlarına əsasən klinisistlər
bitişmələrin, abseslərin, infiltratların ən çox orta xəttən sağda yerləşməsi haqqında məlumatlar
verirlər. Bu prosesin də əsas səbəbi peritonun gedişi zamanı yəni orqanları örtərkən əmələ gətirdiyi
müsariqənin fiksasiya istiqaməti, asma qabiliyyəti və əmələ gətirdiyi sinusların, büküşlərin və
patoloji boşluqların əmələ gəlməsindən asılıdır. Qarın boşluğu iltihabi proseslərində əvvəlcə
boşluqlu orqanların peristaltikası sürətlənir (reflektoru olaraq) sonradan isə iltihabi prosesi
məhdudlaşdırmaq üşün peristaltika zəifləyir, bitişmələr hesabına iltihabı proses məhdudlaşdırılır.
Anatomik olaraq bu bitişmələrin orta xəttən sağda əmələ gəlməsində peritonun nazik bağırsaqları
soldan sağa, yuxarıdan aşağıya asaraq saxlaması, yəni müsariqə kökünün bu formada yerləşməsi,
peristaltikanın zəifləməsi, bağırsaqlrın bir müddət belə vəziyyətdə sabit saxlanılması bitişmələrin
orta xəttən sağda və çanaq nahiyəsində daha çox əmələ gəlməsinə səbəb olur. Məsələn Villiamsin
qinekoloji kitabında təkrar cərrahi əməliyyatlar zamanı laparoskopik troakarların qarnın ön
divarında sol qabırğaaltı nahiyədən qarın boşluğuna Palmer nöqtəsindən yeridilməsini məsləhət
görülür, çünki, həmin nahiyədə bağırsaq bitişmələri az rast gəlir. Bütün bu göstərilənləri nəzərə
alaraq periton gedişi zamanı əmələ gələn sinusların bitişmələrin və bitişmə xəstəliyinin əmələ
gəlməsindəki rolunu isbat etmək üçün qarın boşluğunun orta nahiyəsində peritonun əmələ gətirdiyi
məhdud boşluqları təsvir etməyi məsləhət görürük. Nazik bağırsağın müsariqəsi və qalxan çənbər
bağırsaq qarın boşluğunun aşağı mərtəbəsini dörd ( 4 ) şöbəyə bölür: sağ və sol yan kanallar, sağ və
sol sinuslar. Qarın boşluğunun orta mərtəbəsi köndələn çənbər bağırsaqla kiçik çanaq arasında
yerləşir. Köndələn çənbər bağırsağın müsariqəsindən nazik bağırsağın periton səhvələri qarın
boşluğunun arxa divarına keçən və qalça bağırsağı asılı saxlayaraq ( mezenterium) əmələ gətirir.
Müsariqə kökü 18-20 sm uzunluğunda olub qarnın arxa divarında sol tərəfdə fiksə olur. Soldan
sağa, yuxarıdan aşağıya doğru davam edərək aorta, açağı boş vena, sidik axarını kəsərək sağ tərəfdə
qalça-oma birləşməsi səviyyəsində qurtarır.
Müsariqə əsası orta qarın boşluğunu sağ və sol müsariqə sinuslarına bölür. Sağ müsariqə sinusu
(sinus mezentericus dexster) müsariqə kökündən sağda yerləşir və medial və aşağıdan nazik
bağırsaq müsariqəsinin əsası, yuxarıdan köndələn çənbər bağırsaq müsariqəsi, sağdan qalxan çənbər
bağırsaqla məhdudlaşır.
Sol müsariqə sinusu (sinus mezentericus sinister) sağdan geniş olur, onun sərhədləri yuxarıdan
köndələn çənər bağırsagın müsariqəsi, ( 2 ci bel fəqərəsi , bel fəqərəsi səviyyəsi) lateral tərəfdən
yoğun bağırsağın enən hissəsi və S-varı bağırsaqla, medial isə nazik bağırsaq müsariqəsi ilə əhatə
olunur. Sol sinusun aşağı kənarı olmur və sərbəst sürətdə kiçik çanağa davam edir və həmin
nahiyədə iltihabi proseslər zamanı möhtəviyyarın həmin nahiyədə yığılmasına, qalmasına səbəb
olmur, yəni möhtəviyyatın çanağa axması, beləliklə solda bitişmələrin əmələ gəlməsinə şərait
yaradılmır.
Əksinə sağ sinusda məhdud olraq qapalı boşluq əmələ gəldiyi üçün irinliyin yığılmasına,
məhdudlaşmasına, şərait yaranır sonradan möhtəviyyatın maye hissəsi sorulur və beləliklə
bitışmələrin əməıə gəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məqsəd: Qarın boşluğunda bitişmə xəstəliyinin orta xəttin sağ hissəsində daha çox faiz hallarda
əmələ gəlməsində anatomik faktorun rolunu nəzəri cəhətcə əsaslandırmaqdan ibarət olmuşdur. Yəni
nə üçün bitişmələrin ən çox qarın boşluğunun sağ hissəsində təsadüf etməsinin nəzəri
əsaslandırılmasına çalışılmış və cəhd göstərilmişdir.
Material və metod: Tədqiqat işinə 2008-2014-ci ildə Naxçıvan Respublika Xəstəxanasının cərrahi
şöbəsinə daxil olan 30 nəfər xəstə üzərində aparılmışdır. Xəstələrin 22 nəfəri qadın, 8 nəfəri isə
kişilərdən ibarət olmuşdur. Xəstələrin yaşı 18-76 yaş arasında tərəddüd etmişdir. Daxil olan xəstələr
əvvəllər qarın boşluğunda müxtəlif əməliyyatlar keçirmişlər. Xəstələrdən 10 nəfəri kəskin
appendisitlə, 8 nəfəri müxtəlif qadın xəstəlikləri, 4 nəfəri mexaniki bağırsaq keçməzliyinə, 8 nəfəri

– 124 –
isə qarın boşluğunun başqa xəstəliklərinə görə cərrahi əməliyyatlara ugramış xəstələr olmuşlar.
Cərrahi əməliyyatlardan sonra təkrar daxil olma vaxtı arasındakı zaman 1- 4 il arasında
dəyişilmişdir. Xəstələr birinci operasiyadan sonrakı müxtəlif dövrlərdə qarın nahiyəsində olan
diskomfortdan, müxtəlif xarakterli ağrilardan, qəbizlik, köp, nəcis aktının pozulması və
ürəkbulanmadan şikayət etmişlər. Xəstələr daxl olarkən USM, qarın bolşuğunun ümumi
Rentgenoskopiyası, qanın ümumi analizi, şəkərin təyini, lazım gəldikdə KT və başqa
müayinələrdən keçirilmişdir. Xəstələrə konservativ müalicələr təyin edilmiş, əgər vəziyyətləri
yaxşılaşmadıqda cərrahi əməliyyata məruz qalmışlar. Onlardan 28 nəfəri cərrahi əməliyyat
olmuşdur. 2 nəfər xəstədə isə bağırsaq keçməzliyi əlamətləri yaxılaşdığı üçün operasiya
olunmamışlar. Əməliyyatlar müxtəlif həcmdə yerinə yetirilmişdir, yəni laparotomiya, bitişmələrin
kəsilməsi, bağırsaqların rezeksiyası, anastomozlar, və. s. ibarət olmuşdur. Xəstələr arasında ölüm
baş verməmişdir. Xəstələrdəd 4 nəfərində cərrahi əməliyyat laparoskopik üsulla yerinə yetirilmişdir,
ağırlaşmalar baş verməmişdir. İki nəfər xəstədə yaraların suprasiyası baş vermişdir ki, onlar da
konservativ üsulla müalicə olmuşdur.
Beləliklə yuxarıda göstərilən nəzəri və praktiki ədəbiyyat göstəricilərinə əsaslanaraq belə nəticəyə
gəlməyə olur ki, bitişmə xəstəliyinin qarın boşluğunun orta xəttdən sağ tərəfdə daha çox əmələ
gəlməsinə səbəb qarın boşluğunda anatomik periton gedişi zamanı əmələ gələn müsariqə kökünün
soldan sağa, yuxarıdan aşağı istiqamətdə arxa divara fiksə olunması və nazik bağırsaqları bu
vəziyyətdə asılı saxlaması, yəni bağırsaqların yerdəyişməsinin məhdudlaşdırılması, əmələ gəlmiş,
sinuslar, periton cibləri, məhdudlaşmış patoloji periton boşluqları, başqa faktorlarla bərabər qarın
boşluğunda bitişmələrin əsasən orta xəttən sağda əmələ gəlməsində əsas rollardan birini oynayır. Və
belə qərara gəlirik ki, qarın boşluğunun iltihabi prosesləri zamanı, onun sanasiyası, effektli və
adekvat drenajlanması, bağırsaq hərəkətinin vaxtında bərpa olunması, bitişmə xəstəliyinin əmələ
gəlməsinindəki anatomik etioloji faktorun aradan götürülməsinə səbəb olar.

Comments are closed, but trackbacks and pingbacks are open.