Press "Enter" to skip to content

MUMİ FİZİKA KURSU FİZİKA -1

Müəlliflər ümid edirlər ki, bu vəsaitdən istifadə etməklə tələbələr müasir fizikanın əsasları, onun nailiyyətləri və problemləri ilə yaxından tanış olacaqlar. Müəlliflər əmindirlər ki, müasir fizikanın əsaslarını öyrənmək tələbələrə gələcəkdə, yuxarı kurslarda bir çox xüsusi texniki fənnləri daha müvəffəqiyyətlə mənimsəməyə imkan verəcəkdir.

əyləncəli FİZİKA kurikulumu

Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işlərini aktiv olaraq davam etdirirlər. 2005-ci ildə yaradılan “eTwinning Plus” layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu “eTwinning Plus” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Hal-hazırda Respublika üzrə 129 məktəb bu layihəyə qoşulub. Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. “eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Azərbaycan məktəblərinin “eTwinning Plus” layihəsinindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.

Sevindirici haldır ki, Sumqayıt şəhərinin İ. Qayibov adına 1 nömrəli məktəbi də, 5 aktiv layihə ilə bu məktəblər sırasındadır. 25 oktyabr, 2017-ci il tarixində məktəbin fizika müəllimi Aliyə Əhmədova və şagirdlərinin aktiv iştirakçısı olduğu “Home Sweet Home” layihəsi “eTwinning Plus” çərçivəsində təltif edilən”Avropa Keyfiyyət Nişanı”na layiq görülmüşdür. Adı cəkilən layihədə Ukrayna, Gürcüstan , Almanya, İtaliya,Yunanıstan və Azərbaycandan olan tərəfdaş məktəblər birgə çalışmışlar. Eyni zamanda Respublika üzrə müxtəlif müəllimlərin icra etdiyi daha 24 layihə bu mükafata layiq görülüb.

Beynəlxalq layihəsinin “Avropa Keyfiyyət Nişanı” ilə mükafatladırılması münasibəti ilə Sumqayıt şəhəri, İ. Qayibov adına 1 nömrəli məktəbini təbrik edirik. Qeyd edək ki, Aliyə Əhmədova eyni zamanda Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş, təhsil mediasının diqqət mərkəzində olan “STEM Azərbaycanda” onlayn layihəsini də idarə edir.

ÜMUMİ FİZİKA KURSU FİZİKA -1

Ali məktəbdə fizikanın tədrisinin əsas vəzifələrindən biri təbiətin əsas qanunlarını tələbəyə izah etmək, alınmış biliklərdən istifadə edilməsi vərdişlərini inkişaf etdirmək, həmçinin, əsas xüsusiyyəti yalnız öyrənilən hadisənin ideal modeli ilə işləmək bacarığı deyil, bu modeli real gerçəkliklə əlaqələndirən fiziki düşüncə məntiqini təkmilləşdirməkdir. Fizikanın öyrənilməsi mütəxəssisin elmi dünyagörüşünün formalaşması üçün böyük əhəmiyyət daşıyır. Fizika fənni, riyaziyyat və nəzəri mexanika ilə yanaşı bütün mühəndis və xüsusi kurslar üçün əsas baza fənni hesab edilir.

Fizika sürətlə inkişaf edən elmdir. Əvvəllər yeni nailiyyət hesab olunanlar müəyyən müddətdən sonra ya köhnəlir, ya da ümumi qəbul edilmiş təsəvvürlərə çevrilir. Bu zaman köhnə nailiyyətlər yanlış hesab olunmur, fizikanın inkişafı yalnız onun tətbiq edilmə sərhədlərini müəyyən edir.

Bu vəsait Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kursunda oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumi fizika kursu Fizika-1 və Fizika-2 olmaqla iki mərhələdə tədris edilir. Fizika-1 mərhələsində mexanikanın fiziki əsasları, statistik fizika və termodinamika, elektrik və maqnetizm bölmələri, Fizika-2 mərhələsində isə rəqslər və dalğalar fizikası, həndəsi optika, kvant fizikası bölmələri tədris edilir.

Bu materialların həmçinin, veb səhifə formatında hazırlanması və universitetin elektron ünvanında yerləşdirilməsi tələbələrin mühazirəni yazmadan, informasiya texnologiyalarından istifadə etməklə mühazirələrin tam mətnlərini əldə etmələrinə imkan verir. Bu da tədrisin keyfiyyətini yüksəltməklə yanaşı vəsaitdən elektron dərslik kimi digər tələbə və müəllimlərin də istifadə etməsinə imkan verir.

Üç bölmədən ibarət olan dərs vəsaitinin 1-ci bölməsi kinematikanın elementləri, maddi nöqtə dinamikasının elementləri, mexanikada saxlanma qanunları, nisbilik prinsipi, bərk cisimlər mexanikasının elementləri, relyativist dinamikanın elementləri və səlt mühit mexanikasının elementlərinə həsr edilmişdir.

Ikinci bölmədə dinamik və statik qanunauyğunluqlar, molekulyar-kinetik nəzəriyyənin elementləri, termodinamikanın elementləri haqqında məlumatlar verilmişdir.

Üçüncü bölmə elektrostatika, sabit elektrik cərəyanı, vakuumda statik maqnit sahəsi, maddə daxilində statik elektrik və maqnit sahələri, Maksvell tənlikləri, elektrodinamikada nisbilik prinsipi, kvazistasionar elektromaqnit sahəsi mövzularına həsr edilmişdir.

Dərs vəsaitinin əsasını müəlliflərin uzun illər boyu AzMİU-da oxuduqları mühazirələr təşkil edir. Mühazirələrin şərhi zamanı 1-ci kurs tələbələri üçün əlverişli riyazi aparatdan istifadə edilməsinə cəhd edilmişdir.

Müəlliflər ümid edirlər ki, bu vəsaitdən istifadə etməklə tələbələr müasir fizikanın əsasları, onun nailiyyətləri və problemləri ilə yaxından tanış olacaqlar. Müəlliflər əmindirlər ki, müasir fizikanın əsaslarını öyrənmək tələbələrə gələcəkdə, yuxarı kurslarda bir çox xüsusi texniki fənnləri daha müvəffəqiyyətlə mənimsəməyə imkan verəcəkdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİZİKA FAKÜLTƏSİ « Ümumi fizika və Fizikanın tədrisi metodikası » kafedrası IV kurs FzM-60. – презентация

Презентация на тему: ” AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİZİKA FAKÜLTƏSİ « Ümumi fizika və Fizikanın tədrisi metodikası » kafedrası IV kurs FzM-60.” — Транскрипт:

1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİZİKA FAKÜLTƏSİ « Ümumi fizika və Fizikanın tədrisi metodikası » kafedrası IV kurs FzM-60 -cı qrup tələbəsi Kərimova Rahilə Abduləli qızının «Fizika müəllimi» ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün «MƏKTƏB FİZİKA KURSUNDA MEXANİKAYA AİD FUNDAMENTAL TƏCRÜBƏLƏRİN TƏDRİSİ METODİKASI » mövzusunda BURAXILIŞ İŞİ Kafedra müdiri: prof. M. M. PƏNAHOV Elmi rəhbər: dos. E. S. QARAYEV Bakı – 2017

2 Metodlar: Riyazi modelin qurulması, müşahidə edilən hadisələrin kəmiyyət baxımından eksperimental tədqiqatı. Əsas öyrənilən prinsiplər: Nyuton mexanikasının əsas qanunu (sadələşdirilmiş formada). Qalileo Qaliley ( )

3 Qaliley Aristotelin ağır cismin yüngül cisimdən daha tez düşdüyü fikrinin ədalətli olmasına şübhə etmişdi. Bu fikri təcrübəni 1589-cu ildə Piza qülləsində keçirilmiş təcrübələr sübut etdi. Qaliley Piza qülləsindən çəkisi 80 kq olan top gülləsi və 200 q-lıq muşket gülləsi atdı. Cismin düşmə sürətinin onun çəkisindən asılı olmadığını keyfiyyətcə sübut edən Qaliley, cismin düşməsini kəmiyyətcə yoxlamaq üçün sürətli düşməni onun xüsusiyyətlərini daşıyacaq daha yavaş hərəkətlə əvəz edir.

4 Təcrübədə yavaş hərəkət növü kimi Qaliley hamar topun mail səthdə diyirlənməsini seçmişdi. Nəticə Mail səth üzrə kürənin diyirlənməsi bərabərtəcilli olur.

5 Metodlar: fikri təcrübə Əsas öyrənilən prinsiplər: ətalət prinsipi və Qalileyin nisbilik prinsipi. Ə g ə r cisim altındakı s ə th üfüq ə maili olduqda b ə rab ə rt ə cilli h ə r ə k ə t edirs ə, özü d ə meyli az olduqda daha kiçik t ə cill ə h ə r ə k ə t edirs ə, bu s ə th d ə qiq üfüqi olduqda o nec ə h ə r ə k ə t ed ə r? Sıfır t ə cill ə – Qalileyin cavabı budur.

6 Qalileyin ətalət prinsipi onun adını daşıyan, eyni zamanda Nyuton mexanikasının birinci qanunu olan nisbilik prinsipi ilə qırılmaz bağlıdır: bütün mexaniki hadisələr ixtiyari başlanğıc şərtlərdə bütün hesablama ətalət sistemlərində eyni cür baş verirlər. Elektrik və maqnetizm haqqında elmin inkişaf prosesində Qalileyin nisbilik prinsipinin yolunda problem yarandı: hərəkət edən hesablama sistemlərində elektrik yükü cərəyan yaratmalı idi, ona görə də sonuncuda onların elektrostatik (kulon) qarşılıqlı təsirinə maqnitostatik (amper) qarşılıqlı təsir əlavə olunmalıdır.

7 Bütün fiziki proseslər başlanğıc şəraitindən asılı olmayaraq bütün ətalət hesablama sistemlərində eyni cür baş verir. «Bütün fiziki» deyəndə «həm mexaniki, həm də elektromaqnit proseslər» nəzərdə tutulur.

8 Metodlar: empirik veril ə nl ə rin riyazi işl ə nm ə si Ə sas öyr ə nil ə n prinsipl ə r: bucaq momentinin saxlanması, ekvivalentlik prinsipi. Dəqiq astronomik müşahidələrin əsasını danimarkalı alim Tixo Braqe ( ) qoymuşdur. O sübut etdi ki, kometa əvvəllərdə hesab olunduğu kimi atmosfer hadisəsi deyil və güclü şəkildə dartılmış orbit üzrə hərəkət edir.

9 1. (1609) bütün planetlər elliptik orbit üzrə dövr edir, Günəş ellipsin fokusunda yerləşir (bax. şək. 1). 2. (1609) Günəşi və planeti birləşdirən vektor, bərabər zaman aralığında eyni sahəli eliptik sektoru örtür (şəkil 1 də kodlaşdırılan). 3. (1619) Planetlərin dövr etmə müddəti və onların elliptik orbitlərinin böyük oxları a-nın qiymətləri elədir ki, a 3 /T 2 nisbəti bütün planetlər üçün eynidir.

10 İ.Nyuton 1687-ci ildə işıq üzü görən «Natural fəlsəfənin riyazi əsasları» əsərinin birinci cildində ümumdünya cazibə qanunu verilmişdir. Bu qüvv ə nin ikinci cismin ç ə kisin ə proporsional olması faktı bu n ə tic ə y ə g ə tirir ki, verilmiş nöqt ə d ə yerl ə şdirilmiş bütün cisiml ə r qravitasiya sah ə sind ə eyni t ə cili alırlar. Nyuton Ayin m ə rk ə z ə qaçma t ə cilini hesabladı. Üumudünya cazib ə qanuna gör ə qravitasiya qarşılıqlı t ə siri m ə kanın ist ə nil ə n nöqt ə sin ə ani olaraq ötürül ə bilir.

Comments are closed, but trackbacks and pingbacks are open.