Press "Enter" to skip to content

Kimyanın məktəbdə öyrənilməsi mərhələləri –

Azərbaycan Politexnik İnstitutunun rektoruna Şıxbala Əbülfəs oğlu Əliyevin işlərini həyata keçirmək üçün müvafiq şərait yaradılması haqqında göstəriş vermənizi xahiş edirəm. İndi həmin işlər SSRİ Neft İnstitutunda mənim rəhbərlik etdiyim laboratoriya ilə birgə həyata keçiriləcək”.

Ümumi kimya əliyev

Azərbaycanın ilk kimyaçı alimi

Azərbaycanda neft kimyası elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlərdən biri Şıxbala Əbülfəs oğlu Əliyevdir. Bu il respublikanın ilk kimyaçı alimi, Ş.Əliyevin anadan olmasının 100 ili tamam olur. Zəngin yaradıcılıq yolu keçən Şıxbala müəllim cəmi 50 il ömür sürmüş, elmi fəaliyyəti 1935-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur.

Görkəmli kimyaçı alimlərin səyi və tükənməz əməyi sayəsində ölkəmizdə neft-kimya sahəsi fundamental və praktiki əhəmiyyətli elmi istiqamət kimi yaranmış və inkişaf etmişdir. Alim və mütəxəssislərimizin uzun müddət qazandıqları uğurlar Azərbaycanı dünyada kimya elminin mərkəzlərindən birinə çevirmişdi. Ölkədə kimya elminin güclü inkişafı nəticəsində bu sahədə dəyərli elmi kəşflər edilmiş, alimlər ordusu yetişmişdir. O dövrdə Moskva, Sankt-Peterburq universitetlərinin məşhur elm xadimləri D.İ.Mendeleyev, V.Y.Tişşenko, A.Y.Favorski və başqaları da istedadlı gənclərin əsl kimyaçı alim kimi yetişmələrinə böyük kömək göstərmişlər.

Onlardan biri də Şıxbala Əliyev idi.

O, 1910-cu il martın 28-də Bakının Binəqədi kəndində fəhlə ailəsində dünyaya gəlmişdir. İlk təhsilini kəndin ibtidai məktəbində almış, sonra şəhərdəki 18 saylı məktəbdə oxumuşdur. 1926-cı ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1931-ci ildə universiteti bitirib Ümumi kimya kafedrasında laborant kimi işə başlamışdır. 1931-ci ildə Maarif Komissarlıgı tərəfindən Şuşa Pedaqoji Texnikumuna kimya fənni üzrə müəllim göndərilmişdir.

1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspiranturasında oxumuş, 1935-ci ildə orada akademik V.Tişşenkonun rəhbərliyi altında, akademik A.Favorskinin sədrlik etdiyi elmi şurada namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi dərəcəsini almışdır. 1934-1954-cü illərdə Azərbaycan EA-nın Kimya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, neft kimyası şöbəsinə və Yanacaq kimyası laboratoriyasına rəhbərlik etmişdir. 1934-1936-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) assistent kimi çalışmışdır. 1936-1938-ci illərdə Müəllimlərin İxtisasartırma İnstitutunda və 1938-1940-cı illərdə Azərbaycan Dövlət Universitetinin Üzvi kimya kafedrasında dosent vəzifələrində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1941-1943-cü illərdə AMEA-nın Kimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Şıxbala Əliyev 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun elmi şurasında “Buxar fazalı krekinqdə toluolun və stirolun əmələ qəlməsinin mexanizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Müharibə illərində strateji məhsul sayılan toluolun sintezi onun doktorluq dissertasiyasının yüksək əhəmiyyət kəsb etməsinə sübut idi. Ş.Əliyev SSRİ Xalq Komissarları Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə üzvi kimya ixtisası üzrə respublikada ilk professor olmuşdur.

1950-1960-cı illərdə görkəmli alim EA-nın Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda Ümumi kimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, elmi-tədqiqat işlərini xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların, yanacaq və inqibator alınması istiqamətinə yönəltmişdir. Onun rəhbərliyi ilə aşağı molekullu karbohidrogenlərin alüminium-xloridin iştirakı ilə doymamış karbohidrogenlərlə alkilləşməsi sahəsində tədqiqatlar aparılmışdır.

Ş.Əliyev neft məhsullarından polistirol lakı, neft quyularının parafinsizləşdirilməsi, yüksək effektivli yanacaq yaradılması sahəsində orijinal elmi işlərin də müəllifidir. 1957 və 1960-ci illərdə onun 13 elmi kəşfi SSRİ Nazirlər Soveti yanında İxtiralar və Kəşflər üzrə Komitə tərəfindən yüksək qiymətləndirilərək şəhadətnamələr verilmişdir.

Üzvi sintezin mühüm monomerlərindən olan allil-xloridin və onun törəmələrinin sintezi tədqiqat obyektlərindən biri olmuşdur. Onun rəhbərliyi ilə respublikamızın yabanı bitkilərindən müxtəlif alkaloidlərin alınması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Professor Şıxbala Əliyev 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ümumi kimya kafedrasında geniş elmi-tədqiqat işləri ilə məşğul olmuşdur.

Tezliklə onun şöhrəti respublikanın hüdudlarını aşmış və SSRİ Elmlər Akademiyasında da böyük maraq doğurmuşdur. Bu baxımdan təkcə bir faktı göstərmək kifayətdir ki, SSRİ EA Rəyasət Heyətinin baş elmi katibi akademik A.V.Topçiyev 1957-ci ilin dekabrında SSRİ ali təhsil naziri V.P.Yelyutinə göndərdiyi məktubda yazırdı: “Neft karbohidrogenlərinin kimyəvi emalı sahəsində elmi tədqiqatların koordinasiyası üçün Elmi-Texniki Şuranın neft karbohidrogenlərinin xlorlaşdırılması məsələlərinə həsr olunmuş konfransında aydın oldu ki, Azərbaycan Politexnik İnstitutundan kimya elmləri doktoru, professor Şıxbala Əbülfəs oğlu Əliyev tərəfindən neft karbohidrogenlərinin fotoxlorlaşdırılması; xlornitrokarbohidrogenlərin sintezi; xüsusi təyinatlı yanacağın sintezi sahəsində elmi-tədqiqat işləri aparılır.

Şıxbala Əbülfəs oğlu Əliyev tərəfindən indiyədək ədəbiyyata məlum olmayan, sənayedə çox mühüm əhəmiyyət kəsb edən məhsullar almağın orijinal və yeni metodları təklif olunub.

Azərbaycan Politexnik İnstitutunun rektoruna Şıxbala Əbülfəs oğlu Əliyevin işlərini həyata keçirmək üçün müvafiq şərait yaradılması haqqında göstəriş vermənizi xahiş edirəm. İndi həmin işlər SSRİ Neft İnstitutunda mənim rəhbərlik etdiyim laboratoriya ilə birgə həyata keçiriləcək”.

Görkəmli alim A.V.Topçiyevin xahişinə əsasən SSRİ Ali Təhsil Nazirliyinin Politexnik və Maşınqayırma Ali Məktəbləri Baş İdarəsi 1957-ci il dekabrın 27-də Azərbaycan Politexnik İnstitutunun rektorunun adına müvafiq məktub ünvanlamışdı.

Professor Şıxbala Əliyevin apardığı tədqiqatların nəticələri 70-dən çox elmi əsərdə, 13 müəllif şəhadətnaməsi və patentlərdə, 25-dən çox nəşr olunmamış tədqiqatda öz əksini tapmışdır. Onun əldə etdiyi yüksək elmi nəticələr müxtəlif yerli və ölkəmizdən kənarda xarici jurnal və kitablarda, o cümlədən “Chemıcal abstracts” (the amerıcan chemıcal socıety) və Almaniyanın nüfuzlu jurnallarında dəfələrlə çap olunmuşdur.

Professor Şıxbala Əliyev qazandığı yüksək elmi nailiyyətlərə görə və anadan olmasının 50, elmi-pedaqoji fəaliyyətinin 30 illiyi ilə əlaqadər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. SSRİ Ali Soveti tərəfindən “Şərəf nişanı” ordeni, Azərbaycan Respublikasının 25 illiyi münasibətilə “Rəşadətli əməyə görə” medalı və digər təltiflərə layiq görülmüşdür. 1945-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən müdafiə işlərinin yüksək səviyyədə icrasına görə mükafatlandırılmışdır.

Ş.Əliyev ölkənin ictimai həyatında da fəal iştirak edirdi. O, D.İ.Mendeleyev adına Ümumittifaq Cəmiyyətin Azərbaycan bölməsinin sədr müavini kimi çalışmış, müxtəlif beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur.

Amansız ölüm onun bir çox arzularını yarımçıq qoydu. Görkəmli alim yaradıcılığının ən məhsuldar çağında – 1960-cı il iyulun 9-da həyatdan köçdü. Lakin qədirbilən Azərbaycan xalqı, elmi ictimaiyyət Ş.Əliyevi unutmur, onun xatirəsi daim yad edilir.

2000-ci ilin mart ayında onun anadan olmasının 90 illiyi təntənəli şəkildə qeyd edildi, elmi və pedaqoji fəaliyyəti haqqında məruzələr və xatirələr dinlənildi.

Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr verən Şıxbala Əliyevin vəfatından 50 ilə yaxın vaxt keçsə də, yenə də unudulmur, adı daim hörmətlə çəkilir, xatirəsi hər il yad edilir.

kimya elmləri doktoru

Azərbaycan.- 2010.- 10 � aprel.- S. � 7.

Kimyanın məktəbdə öyrənilməsi mərhələləri –

Kimyanın məktəbdə öyrənilməsi mərhələləri – predmetin ən vacib öyrənilmə
hədləri. Məktəbin quruluşundan asılıdır. Hazırlıq mərhələsi, əsas məktəbdə kimyanın
tədrisi, ixtisas məktəbində kimyanın tədrisi mərhələlərindən ibarətdir.
Kimyəvi tədris dili – verilmiş tədris müəssisəsində təhsil prosesinin həyata
keçirildiyi dil (yəni dərsdə müəllimlə şagirdlərin ünsiyyət dili, təhsil proqramlarının,
dərsliklərin və b. dili).

İSTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Ə.N.Xəlilov, Ə.T.Əzizov. Kimya tədrisi üsulu praktikumu. “Bakı
Universiteti nəşriyyatı”, 2008, 184 s.
2.

C.İ.Zülfüqarlı. Qeyri-üzvi kimya praktikumu, “Maarif” nəşriyyatı, Bakı,
1979,282 s.
3.

Ə.B.Əliyev. Ümumi və qeyri-üzvi kimya praktikumu. “Maarif” nəşriyyatı,
Bakı,1989, 332 s.
4.

Ə.B.Əliyev. Ümumi kimya praktikumu. Bakı, Təhsil, 2013, 312 s.
5.

Ə.N.Qurbanov, A.Z.Məmmədova və b.Ümumi və qeyri-üzvi kimya
praktikumu, Bakı, 2010, 251 s.
6.

R.Y. Əliyev, Ə.T. Əzizov. Kimyanın tədrisi metodikası, II hissə, Bakı,
2006, 393 s.
7.

R.Y.Əliyev, Ə.T.Əzizov. Kimyanın tədrisi metodikası. “Bakı Universiteti
nəşriyyatı,” I hissə, 2005, 368 s.
8.

V.Abbasov, R. Əliyev, A. Əliyev və başqaları. Kimya, VIII-IX siniflər üçün
dərslik, Bakı, 2009, 143, 175 s.
9.

A.H. Əliyev. VIII sinifdə kimyanın tədrisi, Bakı, “Mütərcim”, 2006, 133s.
10.

A.H.Əliyev. IX sinifdə kimyanın tədrisi, Bakı, “Mütərcim”, 2009.
11.

A.H.Əliyev. X-XI siniflərdə kimyanın tədrisi, Bakı, “Mütərcim”, 2011, 264
s.
12.

M.M.Abbasov, A,H.Əliyev. Kimya. 7-ci sinif, müəlim üçün metodik vəsait,
Bakı, “Aspoliqraf”, 2014, 88 s
13.

M.M.Abbasov,
V.M.Abbasov

başqaları. Kimya. Ümumtəhsil
məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı, “Aspoliqraf”, 2014, 96 s.
14.

Azərbaycan Respublikasının təhsil sahəsində İslahat proqramı. Bakı,
Çaşıoğlu, 1999.

Azərbaycan
Respublikasının
təhsil
sahəsində
islahat
Proqramı.
Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, “Çaşıoğlu”, 2005.
16.

Ümumtəhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-
2004), II kitab. Bakı, “Təhsil”2005.
17.

Azərbaycanın kurikulumunda yeni tədris və təlim formalarına doğru.
Azərbaycan Respublikası Təhsil sektorunun inkişaf layihəsi (ingilis dilindən tərcümə)
2006.
18.

Azərbaycan Respublikası Konstitusiyası. Bakı, 1995
19.

Təhsil haqqında Azərbaycan Resbublikasının Qanunu.”Kurikulum” jurnalı,
2009,№ 4.
20.

Abbasov Ə. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. Kurikulumların
hazırlanması və tətbiqi məsələləri. “Kövsər” nəşriyatı, Bakı, 2008.
21.

M.C.Mərdanov. Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və
islahat istiqamətləri. Bakı, “Təhsil”, 2005.
22.

Ə.M.Abbasov. Təhsil islahatı və kurikulumların hazırlanması problemi.
ARTPİ-nin “Elmi əsərləri”, Bakı, 2005.
23.

A.O.Mehrabov. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, Mütərcim,
2007. 447 s.
24.

A.Əhmədov. Ümumi təhsil sistemində kurikulum islahatı: real nəticələrə
doğru. “Kurikulum” jurnalı, 2008, №1.
25.

İ.İsgəndərov. Azərbaycan umumtəhsil sahəsində islahatlar. “Kurikulum
jurnalı” 2010, №3.
26.

Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu). “Kurikulum” jurnalı, 2008 №1.
27.

Ümumi
təhsil
pilləsinin
dövlət
standartları
(kurikulumları).
“Kurikulum”jurnalı. 2010, №3.
28.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası.
“Kurikulum” jurnalı, 2013, № 4, səh. 103-113.
30.

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün kimya fənni üzrə
təhsil proqramı (kurikulumu). Bakı, 2013.
31.

A.O. Mehrabov, Ə.M. Abbasov, Z.Z. Zeynalov, R. Həsənov. Pedaqoji
texnologiyalar. Bakı, “Mütərcim”, 2006. 370 s.
32.

A.Əliyev. Müasir pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan
istifadənin metodikası. Bakı. 2009.
33.

Ə. Ağayev. Yeni təlim metod və texnologiyalardan istifadənin nəzəri və
praktik məsələləri. ARTPİ-nin elmi əsərləri, Bakı. 2006.
34.

Y. Kərimov. Təlim metodları, Bakı, 2007, 272 s.
35.

B. Əhmədov, A. Rzayev. Pedaqogikadan mühazirə konspektləri, Bakı,
“Maarif”, 1998.
36.

Z. Veysova. Fəal/interaktiv təlim. Bakı, 2007, 150 s.
37.

A.Z. Məmmədova. Kimyanın tədrisində müasir təlim texnologiyaları. Bakı,
2012.
38.

A.
Süleymanova.
Fənn
kurikulumlarında
məzmun
standartları.
Kurikulumların hazırlanması və tətbiqi məsələləri. “Kövsər” nəşriyyatı, Bakı, 2008.
39.

S. Mənsimov Dərsdə şagirdlərin idrak fəallığının yüksəldilməsi.
“Kurikulum” jurnalı, 2008, № 2.
40.

N. Mehdiyeva Yeni fənn kurikulumları və inteqrasiya. Kurikulumların
hazırlanması və tətbiqi məsələləri. Bakı, “Kövsər”, 2008.
41.

A. Əhmədov, Ə. Abbasov Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar.
“Kurikulum” jurnalı, 2013, № 2.
42.

Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə
konsepsiyası. “Kurikulum” jurnalı, 2009, № 2

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
barədə təlimat. “Kurikulum” jurnalı, 2013, №2.
45.

Q. Həsənov, S. Abbasova. Məktəb idarəçiliyində monitorinq, “Kurikulum”,
2008, №3.
46.

T. Hacıyeva. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan üsul və
vasitələr. “Kurikulum jurnalı”, 2010, № 4.
47.

T.Hacıyeva.
Məktəbdaxili
qiymətləndirmənin
aparılması
yolları,
“Kurikulum” jurnalı. 2009. № 3
48.

E. Bəylərov Şagird nailiyyətlərinin qiymətləndirilməsində yeni yanaşmalara
dair. “Kurikulum” jurnalı, 2011, № 2.
49.

T. Hacıyeva PİSA- 2009 Beynəlxalq tədqiqatının nəticələri haqqında.
“Kurikulum” jurnalı, 2011, № 1.
50.

T. Hacıyeva PİSA Beynəlxalq Qiymətləndirmə proqramı haqqında.
“Kurikulm” jurnalı, 2010, №2.
51.

A.Bədəlov. Kompüter texnologiyasının kimya tədrisində istifadəsi, Kimya
məktəbdə, № 1 (9), 2005, s. 51.
52.

В.Н. Верховский, А.Д. Смирнов. Техника химического эксперимента:
М., Просвешение т. 1, 1973, М., т. 2, 1975.
53.

А. А. Грабецки, Т.С. Назарова. Kабинет химии.М., Просвeшение, 1983.
54.

Т.С. Назарова и другие. Химический эксперимент в школе. М., 1987,
240 с.
55.

Н.А. Заграничная, Р.Г. Иванова. Современные подходы к обучению
химии. Химия в щколе , №2, стр. 10-15, 2010.
56.

В.С. Полосин, В.Г. Прокопенко. Практикум по методике преподавания
химии. М., 1989, 224 с.
57.

П.И. Беспалов, Т.А. Боровских, М.Д. Трухина, Г.М. Чернобелская.
Практикум по методике обучения химии в средней школе. М., Дрофа, 2007, 222
с.

Л.Г. Трусев. Использование алгоритмических преписаний при
составлении типових расчетных задач. “Химия в школе” №4, 1984
59.

Г.И.Штремплер, А.И.Хохлова. Методика решения расчетных задач по
химии. 8-11 кл.-М.: Просвещение, 2000.
60.

О.С.Зайцев. «Практическая методика обучения химии в средней и
высшей школе». Учебник. М. Изд. КАРТЭК. 2012-470с.
61.

Г. М. Чернобельская. Методика обучения химии в средней щколе.
М.,2000, 336c.
62.

С.С. Kосмодемьянская, С.И. Гильманшина. Методика обучения
химии. Kазан 2011 .
63.

Под. ред. В.С.Кукушина. Педагогические технологии, М. 2002.
64.

Н.С. Павлова. «Обучающие игры на уроках химии»//Химия в школе,
2000- 6-стр.35
65.

Г.К. Селевко. Технологические подход к образовании. М. 2000.
66.

Н.В.Безухова. Портфолио как система инновационной оценки.
Гимназия г. Сызрани, 2007.
67.

А.А. Журин. Работа на компьютере: Практическое руководство для
начинающих пользователей. – М.: Лист Нью, 2002
68.

Bloom B. S., Max D.Engelhart, Edvard J.Frust., Walker H.Hill., David
R.Krathwol Taxonomu of educational objectives. The classification of educational
goals. Handbook I: Cognitive domain. New York, David McKay 1956.
69.

Krathwohl David R., Benjamen S.Bloom, Brtarn B.Masia. Taxonomy of
educational objectives. The classification of educational goals. Handbook II: Afective
domain. New York, David McKay 1964.
70.

Gronland N. Writing instructional obyectives for teaching and assessment.
2004, Pearson Prentice Hall.
71.

Moore, Kenneth D. Classification teaching skills. 2-nd ed. New York,
McCraw Hill, 1992.

MÜNDƏRİCAT

ÖN SÖZ . 3
I FƏSİL . 5
KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASININ ÜMUMİ
MƏSƏLƏLƏRİ . 5
1.1.Kimya eksperimentinin texnikası və metodikası üzrə laborator kursunun vəzifələri
. 5
1.1.1. Laborator məşğələlərinin təşkili və keçirilməsi metodikası. . 6
1.1.2. Praktiki məşğələlərin təşkili və keçirilməsi metodikası . 8
1.1.3. Eksperimental məsələlərin həlli . 10
1.1.4. Kimya laboratoriyasında işləyərkən təhlükəsizlik qaydaları . 13
1.2. Məktəb kimya kabinetinin təşkili, təchizi . 15
II FƏSİL . 41
KİMYA TƏLİMİNİN PLANLAŞDIRILMASI . 41
2.1.Müasir planlaşdırma növləri və fəal dərsin planlaşdırılması . 41
2.2. Kimyadan dərslərin təhlilinin aparılması metodikası . 50
2.2.1. Kimyadan dərsin bütövlükdə təhlilinin təqribi sxemi . 50
2.2.2. Kimya dərsinin özünütəhlil sxemi . 54
2.2.3. Kimyadan praktiki məşğələnin təhlili sxemi . 56
III FƏSİL . 58
MƏKTƏB KİMYA KURSUNUN ƏSAS BÖLMƏLƏRİ VƏ MÖVZULARI
ÜZRƏ KİMYA EKSPERİMENTİ . 58
3.1. Kimyanın ilk anlayışları və qanunlarının öyrədilməsi zamanı kimya eksperimenti
. 58
3.2. Oksigen, hidrogen, su və məhlulların öyrədilməsi zamanı kimya eksperimenti .. 70
3.3. Qeyri-üzvi maddələrin öyrədilməsi zamanı kimya eksperimenti. . 88
3.4. Kimyəvi reaksiyaların sürəti, oksidləşmə-reduksiya reaksiyaları və elektrolitik
dissosiasiyanın öyrədilməsi zamanı kimya eksperimenti. . 97
3.5. Metalların öyrədilməsi zamanı kimya eksperimenti . 105
3.6. Halogenlərin öyrədilməsi zamanı kimya eksperimenti. 121
3.7. Kükürd və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti . 132

3.8. Azot, fosfor və onların birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti
. 138
3.9. Karbon, silisium və onların birləşmələrinin öyrədilməsi zamanı kimya
eksperimenti. . 149
3.10. Karbohidrogenlərin öyrədilməsi zamanı kimya eksperimenti. . 156
3.11. Oksigenli üzvi birləşmələrin öyrədilməsi zamanı kimya eksperimenti. . 159
3.12. Azotlu üzvi birləşmələr və polimerlərin öyrədilməsi zamanı kimya eksperimenti
. 166
IV FƏSİL . 172
MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ METODİKASI VƏ KOMPÜTERDƏN
İSTİFADƏ . 172
4.1. Məsələlərin qruplaşdırılması. 172
4.1.1. Məsələ həllinin müxtəlif üsulları . 173
4.1.2.Tədrisin müxtəlif mərhələlərində məsələ həllindən istifadə . 179
4.2. Məktəb kimya kabinetində kompüterdən istifadə . 188
V FƏSİL . 195
AZƏRBAYCAN TƏHSİLİ MÜASİR MƏRHƏLƏDƏ . 195
5.1. Təhsil islahatı proqramı və onun mərhələləri. . 195
5.2. Müasir təhsilin əsas prinsipləri . 199
5.3. Kurikulum islahatı. . 202
5.3.1. Kurikulum anlayışı və kurikulumların növləri. . 202
5.3.2. Fənn kurikulumlarının səciyyəvi səhətləri. . 207
5.3.3. Fənn kurikulumlarında məzmun standartları . 214
5.3.4. Biliyin kateqoriyaları və fəaliyyətin xüsusiyyələri. . 216
5.4. Kimya fənni kurikulumunun məzmunu və quruluşu . 228
5.4. 1. Kimya fənni kurikulumunun inteqrativ xarakteri . 250
5.4.2. Müasir planlaşdırma növləri . 254
5.4.3. Kimyadan dərsin planlaşdırılması və keçirilməsi metodikasi . 256
5.4.4. Kimyadan təlim nəticələrinin yoxlanılması və qiymətləndirilməsi . 260
5.4.5. Müasir qiymətləndirmə sistemi . 265
5.4.6. Pedaqoji texnologiyalar . 274
VI FƏSİL. . 283
TƏLİM STRATEGİYALARI . 283

6.1.Təlim prosesi və onun təşkili prinsipləri . 284
6.2. Fəal/interaktiv təlimin mahiyyəti . 285
6.2.1. Fəal təlimin əsas xüsusiyyətləri və mexanizmləri . 289
6.2.2. Fəal dərsin mərhələləri . 290
6.2.3. Öyrədici mühitin növləri. . 296
6.2.4. Fəal dərsin planlaşdırılması . 298
6.2.5.Təlimin təşkili formaları . 307
6.2.6. Fəal/interaktiv təlimin metod və texnikaları. . 310
6.2.7. Kimyanın tədrisində fəal təlimin üsullarının tətbiqi imkanları . 324
6.2.8. Kimyadan fəal təlim üsullarının tətbiqinə aid dərs nümunələri . 329
VII FƏSİL . 352
MÜASİR KİMYA MÜƏLLİMİNİN PEŞƏKAR HAZIRLIĞINA QOYULAN
TƏLƏBLƏR, ONUN FUNKSİYA VƏ VƏZİFƏLƏRİ . 352
7.1. Müasir kimya müəlliminin funksiya və vəzifələri . 352
7.2. Müəllimlərin etik davranış qaydaları . 356
TEZARUS. 366
İSTIFADƏ EDİLMİŞ ƏDƏBİYYAT . 379

Ümumi kimya əliyev

9 may sovet vaxtının ən nüfuzlu bayramı hesab edilirdi. Bu o gün idi ki, amansız “41-45”-in həm arxa, həm də ön cəbhə iştirakçıları medallarının tozunu alar, köhnə-təzə pencəklərinin sinəsinə taxaraq bir araya gələrdilər. O zaman 9 may Böyük Vətən Müharibəsinin qələbə günü kimi qeyd edilərdi. İndi isə həmin “Böyük vətən” tarixin lap böyük səhifələrinin arasında qərq olub. İndi 9 May sadəcə II Dünya Müharibəsinin bitdiyi bir tarix kimi xatırlansa da biz yenə də ona Qələbə günü kimi nəzər salırıq. Ən azından biz də döyüşmüşük, minlərlə insan itirmişik, minlərlə insan mənəvi və fiziki cəhətdən şikəst qalıb. Amma Azərbaycan bu itkilərə baxmayaq 1941-45-ci illərdə həqiqətən də böyük rəşadət göstərdi. Həm oğulları ilə, həm də nefti ilə.

Azərbaycan alimlərinin də bu işdə xidmətləri az olmadı. Düşünən beyin bir orduya bərabər iş gördü. Məhz həmin beyinlər Hitleri “infarkt səviyyəsi”nə çatdırdı. Axırda o, bu beyinlərin məhsulları hesabına silahlanan ordunun əlindən Reyxstaqda zəhər içərək özünü öldürdü.

AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi Zapletinin yazdığı “ Vətənə və elmə xidmət etdilər ” adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri olan “ Səməd Vurğun, Üzeyir Hacıbəyli, Ziya Bünyadov, Həsən Əliyev, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb.

Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.

AzEdu.az müharibənin taleyinə təsir göstərən, Hitleri “infarkt edən” alimlərimizdən yalnız üçünün adını çəkəcək. Bəri başdan onu deyək ki, Yusif Məmmədəliyevin bu istiqamətdəki işlərindən danışmağa o qədər də ehtiyac yoxdur. Çünki uşaqdan böyüyə hamı Yusif Məmmədəliyevin sovet ordusu, neft-kimya sənayesi üçün nə dərəcədə vacib kadr olduğunu bilir. Nobelin bir addımlığında olan böyük alim təəssüf ki, müəyyən səbəblərdən onu ala bilmədi. Amma Məmmədəliyev fenomeni bütövlükdə müharibənin taleyinə təsir etdi.

Şıxbala Əliyev – Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru olub. 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olan Əliyev karyerasının ən ağır illərinin müharibəyə düşəcəyini heç xəyal etməzdi. Müharibə başlayan zaman cəmi 32 yaşı var idi. Elə bu yaşında elmləri doktoru adını qazanır.

Alimin kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub. 1941-ci ildə Şıxbala Əliyev Kimya İnstitutuna direktor təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır.
Müharibə dövründə Şıxbala Əliyev neft kimyası sahəsində böyük müdafiə məqsədli vacib işlər görür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natriy, yod, bromun alınması, lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri. Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da nəticəsində məhsuldarlıq xeyli artır. Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilib. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılıb.
Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaradır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev “Ümumi kimya” ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülür.

Musa Əliyev- Akademiyanın sabiq prezidenti Musa Əliyev böyük geoloq olsa da, müharibə illərində əsasən yüksək vəzifələrdə fəaliyyət göstərərək qanlı “41-45”in taleyinə alimdən daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir. Onun müharibə zamanı əsas xidməti faydalı yataqların tapılması oldu. Bu əslində müharibəyə dayanmadan göndərilən Bakı neftinin üstündəki qara buludları aradan qaldırırdı. Mərkəz Musa Əliyev, Mirəli Qaşqay, Şamil Əzizbəyov kimi düşünən beyinlərə, sehrbaz geoloqlara güvənib cəbhənin yaşam mənbəyi olan neftdən istifadə edirdi. Ordu, döyüşən əsgərlər qələbənin görünən tərəfi idi. Görünməyən tərəfi isə yüksək oktanlı benzinləri, müxtəlif yanacaqları hazırlayan alimlər idi.
İkinci Dünya müharibəsi ərəfəsində, gənc yaşlarında Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi kimi çalışan Musa Əliyev sonradan indiki Azərbaycan Dövlət Neft Akademiyasında dekan və 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru vəzifəsini tutub. 1908-ci ildə Şamaxıda anadan olan Musa Əliyev yüksək rəhbər vəzifə üçün gənc sayılacaq 39 yaşında Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 40 yaşında – 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini təyin olunub. Bir müddət Dövlət Plan Komitəsinin sədri işləyən Musa Əliyev 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. 1950-ci ildə o zaman üçün çox nüfuzlu vəzifə hesab edilən Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti vəzifəsinə gətirilib. 8 il bu vəzifədə çalışan geoloq alim akademiyanın geologiya sahəsində, eləcə də bir çox istiqamətlərdə irəli getməsinə şərait yaradıb.
Azərbaycanın ilk paleontoloq alimi olan Musa Əliyevin inzibati işlərini o səbəbdən sadaladıq ki, o, II Dünya Müharibəsində elmi ilə yanaşı, həm də inzibati idarəetmə qabiliyyəti ilə xidmət edib. Təsadüfi deyildi ki, məşhur Neft daşlarının salınması ideyasını Musa Əliyev məhz müharibə illərində verib. Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi.

Mirəsədulla Mirqasımov – II Dünya Müharibəsi vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə yollanılır. Akademik həkim bu xidmətlərinə görə “Qırmızı ulduz” nişanına layiq görülür. Mirəsədulla Mirqasımov 1913-cü ildə Odessaya yollanır və orada 1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda Müalicə-proflaftika fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

Comments are closed, but trackbacks and pingbacks are open.