Riyaziyyat Ümumi Sınaq – 1
Riyaziyyata aid məlumatlar. Cəbr və həndəsə elminə haqda bilgilər.
Riyaziyyat
Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.
Evklid (Rafaelin “Afina məktəbi” rəsmi)
A [ redaktə ]
- Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
B [ redaktə ]
- Başqa hər şeydə olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər, lakin açıqlana bilməz. Lev Tolstoy
- Bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır. Riyaziyyat onsuz da həmişə varıydı. Cahid Arf
- Bəzən düstur onu icad edən adamdan daha müdrik görsənir. Bernard Bolzano (1781-1848) çex riyaziyatçısı
- Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir. Pifaqor
- Bir qədər şair olmadan riyaziyyatçı olmaq mümkün deyil. Karl Vilhelm Veyerştrass (1815-1897)alman riyaziyyatçısı
- Bütün elmlər riyaziyyata çevrilməlidir. Əvvəlki riyaziyyat həqiqi elmi ruhun yalnız ilk və ən asan ifadəsi və ya vəhyidir. Novalis
- Bütün ilahi elçilər riyaziyyatçı olmalıdırlar. Novalis
- Bütün sənətlər musiqiyə meyl etdiyi kimi, bütün elmlər də riyaziyyata meyl edir. Corc Santayana
C [ redaktə ]
- Cərrahyiyyə stolundan və riyaziyyatdan qorxuram. Cərrahiyyə bədən üçün, riyaziyyat baş üçün dəhşətdir. Mixail Prişvin
D [ redaktə ]
- Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır.- Mustafa Kamal Atatürk
E [ redaktə ]
- Ehtimal ki, riyaziyyatdan bixəbər olanlarla birlikdə bu mövzuda qərar verməyi öz üzərinə götürən və Müqəddəs Yazılarda onların məqsədinə uyğun kobud şəkildə təhrif olunmuş yer üzündə bu işimə qarşı çıxmağa cəsarət edən ağılsız natiqlər tapılsa, onlar mənim üçün heç bir əhəmiyyət kəsb etmir, mən onların mühakimələrini tələsik hesab edirəm. Çünki riyaziyyatdan az -çox başı çıxan Laktansius, yerin top şəklinə malik olduğunu bəyan edənlərə lağ edərkən yerin formasından bir qədər uşaqcasına danışırdı. Buna görə də tələbələrin bizə gülməsi təəccüblü deyil. Riyaziyyat riyaziyyatçılar üçün yazılmışdır və kimlərəsə bizim bu zəhmətlərimiz, səhv etmirəmsə, hətta müqəddəsinizin hazırda rəhbərlik etdiyi kilsə dövlətinin işinə də qarışmaq kimi görünür. Nikolay Kopernik
- Elə problemlər var ki, mən onların həllinə riyaziyyatdan daha çox əhəmiyyət verərdim, məsələn, etikaya, Allaha münasibətimizə, taleyimizə və gələcəyimizə aid; lakin onların həlli bizdən tamamilə kənarda və tamamilə elm əyalətindən kənardadır. Karl Qaus
- Elm yalnız ona riyaziyyat daxil olduğuna görə elmdir. İmmanuel Kant
H [ redaktə ]
- Həndəsə forma və ölçülərin nəzərə alınmasına həsr olunmuş riyaziyyat elmidir və ölçü və ya məkan ideyalarının iştirak etdiyi bütün elmlərin öyrənilməsi üçün ən yaxşı və ən etibarlı bələdçi olduğu deyilə bilər. Naviqatorların, memarların, tədqiqatçıların, mühəndislərin və optiklərin öz peşələri üzrə tələb etdiyi demək olar ki, bütün biliklər həndəsə və riyaziyyatın sahələrindən əldə edilir. Həndəsənin daxil olduğu qaydalara uyğun qurulmuş bütün sənət əsərləri; və eyni qanunları təbiət əsərlərində müşahidə edirik. Riyaziyyatın öyrənilməsi, ümumiyyətlə, dəqiq düşünmə vərdişlərinin yetişdirilməsində də böyük əhəmiyyət kəsb edir; və bu baxımdan eyni zamanda məntiqə faydalı köməklik göstərir. Robert Çembers
- Hər bir elmdə həqiqət riyaziyyat olduğu qədərdir. İmmanuel Kant
- Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə. Albert Eynşteyn
- Həyat yalnız iki şeylə gözəldir; riyaziyyata yiyələnmək və riyaziyyatı öyrənməklə. Simeon Deni Puasson
- Hökmdar siyasi elmi, kamandan ox atmağı, sevgi elmini, rəqsləri, hesabdarlığı, musiqini, riyaziyyatı, təsviri incəsənəti səylə öyrənməlidir. Çanakya/Hökmdar
İ [ redaktə ]
- İlham həndəsəyə də şeyriyyətə olduğu qədər lazımdır. Aleksandr Puşkin
- İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.Leonardo da Vinçi
- İnsanoğlu bir gün sonsuza qədər yaşamağı riyaziyyatla tapacaq. Cahid Arf
K [ redaktə ]
- Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. Qalileo Qaliley
- Kimlər ki anadan riyaziyyatçı doğulmuşlar, yüksək ağıla malik olduqlarına görə, bütün başqa elmlərə yaxşı qabiliyyətləri var. Sokrat
- Kimya – fizikanın sağ əli, riyaziyyat – onun gözləridir. Mixail Lomonosov
M [ redaktə ]
- Mexanika riyazi elmlərinin cənnətidir, çünki onunla riyaziyyatın bəhrələrinə çatmaq olar. Alfred Norz Vaythed
- Mən riyaziyyata həyatımı həsr etdim, qarşılığında mənə həyatımı geri verdi. Cahid Arf
- Mən siyasət və müharibəni öyrənməliyəm ki, oğullarımız riyaziyyat və fəlsəfəni öyrənməkdə azad olsunlar. Oğullarım riyaziyyat və fəlsəfə, coğrafiya, təbiət tarixi, gəmiqayırma, gəmiçilik, ticarət və kənd təsərrüfatı sahələrini öyrənməlidirlər ki, övladlarına rəssamlıq, şeir, musiqi, memarlıq, heykəltəraşlıq, qobelen və çini sənəti öyrənmək hüququ versinlər. Con Adams
- Müstəqil təfəkkürə gedən ən qısa yol riyaziyyatdır. V.A.Kaberin(1902) sovet yazıçısı
R [ redaktə ]
- Riyaziyyat bir dildir və əsaslandırmadır; dil üstəgəl məntiq kimidir. Riyaziyyat düşünmə vasitəsidir. Riçard Feynman
- Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir. [1][2] — Ələddin Allahverdiyev
- Riyaziyyat bizim nöqteyi-nəzərimizdən bir elm deyil, o mənada ki, təbiət elmi deyil. Onun etibarlılığının sınağı təcrübə deyil. Yeri gəlmişkən, əvvəldən aydınlaşdırmalıyıq ki, əgər bir şey elm deyilsə, o, mütləq pis deyildir. Məsələn, sevgi elm deyil. Deməli, əgər bir şeyin elm olmadığı deyilirsə, bu o demək deyil ki, onda nəsə var; sadəcə olaraq o deməkdir ki, bu elm deyil. Riçard Feynman
- Riyaziyyat-canlı orqanizmdir . . riyaziyyatı anlamaq üçün onun tarixini bilmək vacibdir. Leopold Infeld(1898-1968) polyak fiziki
- Riyaziyyat elmin, say nəzəriyyəsi riyaziyyatın kraliçasıdır; çox vaxt astronomiya və təbiət elmlərinə təvazökarlıqla xidmət edir və bütün bu əlaqələrdə aparıcı rol oynayır. Karl Qaus
- Riyaziyyat – elmlərin, hesab isə – riyaziyyatın tacıdır. Karl Qaus
- Riyaziyyat elmlərin kraliçasıdır. Karl Qaus
- Riyaziyyat ən aşkar olanı ən az aşkar olan yolla sübut etmək işidir. Corc Polya
- Riyaziyyat ən gözəl həyatdır. Novalis
- Riyaziyyat ən məqbul elmdir; o və astronomiya mənimlə rəqs məclisləri, konsertlər və digər bu kimi əyləncələri təmsil edir, mən onların ancaq adlarını bilirəm. Fridrix Bessel
- Riyaziyyat əsas olaraq səbir hadisəsidir. Bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır. Cahid Arf
- Riyaziyyat insan zehninin çata bildiyi ən mürəkkəb abstraksiyalar haqqında elmdir. Alfred Norz Vaythed
- Riyaziyyat kosmosu əks etdirən dəyərləri, o cümlədən nizam, tarazlıq, harmoniya, məntiq və mücərrəd gözəlliyi ifadə edir. Derak Çopra
- Riyaziyyat müxtəlif şeyləri eyni adla çağırmaq sənətidir. Anri Puankare
- Riyaziyyat müstəqil düşüncəyə aparan ən qısa yoldur. Veniamin Kaverin
- Riyaziyyat onsuz da həmişə varıydı. İnsanoğlu onu tapdı.Cahid Arf
- Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir. Leonardo da Vinçi
- Riyaziyyat, özünü aldatmağın ən mükəmməl üsuludur. Albert Eynşteyn
- Riyaziyyat tanrıların həyatıdır. [Novalis]]
- Riyaziyyat, təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir. Dmitri Pisarev (1840-1868) rus publisisti
- Riyaziyyata can atmaq insan ruhunun ilahi çılğınlığıdır. Alfred Norz Vaythed
- Riyaziyyatçıların yalnız müəyyən olan şeylərlə məşğul olması və şübhəli və naməlum olanların yanından səssiz keçməsi diqqət çəkir. Hər şeyi bildiklərini iddia etmirlər və hər mövzuda danışa biləcəkləri kimi davranmırlar.Doğru olduğunu bildikləri və yenilməz arqumentlərlə yaxşı nəticələr verə bildiklərini dərc edərək teoremlərinə daxil edirlər. Başqa şeylər haqqında susurlar və heç bir fikir bildirmirlər, tələsik bir şeyi qorumaqdansa, cahil olduqlarını etiraf etməyi üstün tuturlar. Mümkün olan bütün fərziyyələri və kiçik fərziyyələri rədd edərək, ən açıq şəkildə bilinməyən və son dərəcə ciddi şəkildə araşdırılmayan arqumentləri və iddiaları arasında heç bir şeyi təsdiqləmirlər. Heç vaxt hakimiyyətə itaət etməzlər, heç bir sevgi göstərməzlər, hisslərinə boyun əyməzlər, incəlikdən nifrət edərlər və duyğularını ədalət məhkəməsində olduğu kimi, ehtiras olmadan, üzr istəmədən bəyan edərlər. İsaak Barrou
- Riyaziyyatda ağıl müstəsna olaraq özünün zaman və məkan kimi dərketmə forması ilə məşğuldur. Deməli, o, öz quyruğu ilə oynayan pişik kimidir. Artur Şopenhauer
- Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan. İsaak Nyuton
- Riyaziyyatda həqiqətə nail olmaq üçün əsas yollar induksiya və oxşarlıqdır. Laplas (1749-1827) fransız riyaziyyatçısı
- Riyaziyyatdakı ən böyük irəliləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur; mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır. Oldos Haksli
- Riyaziyyatdakı gözəlliyi, ədəd və fiqurlardakı harmoniyanı, həndəsənin zərifliyini unutmaq olmaz. Bunlar insanda əsl estetik hiss oyadır. Anri Puankare (1854- 1912) fransız riyaziyyatçısı.
- Riyaziyyatdan xəbərdar olmayan şəxsin, dünyanı dərk etməsi mümkün deyil. Rocer Bekon
- Riyaziyyatın inkişaf etdirilməsi və təkmilləşdirilməsi dövlətin tərəqqisi ilə sıx bağlıdır. Napoleon Bonapart (1769-1821) fransız imperatoru
- Riyaziyyatın öyrənilməsi xəyal qırıqlığına səbəb ola bilər. Bizə deyirlər ki, ondan ulduzların kütləsini təyin etmək və ya bir damla sudakı milyardlarla molekulu saymaq olar. Bununla belə, Hamletin atasının bəhanəsi kimi, bu böyük elm bizim zehni silahlarımızın onu dərk etmək səylərindən yayınır. Alfred Norz Vaythed
- Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindəndir. Hilbert (1862-1943) alman riyaziyyatçısı
- Riyaziyyatçılar aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Nikolay Kopernik
- Riyaziyyatçılar bir-birinin çiynində dayanırlar. Karl Qaus
- Riyaziyyatçılar -fransızlar kimidir.Onlarla danışanda,sənin sözlərini öz dillərinə tərcümə edirlər və o dəqiqə tamamilə, başqa nəsə alınır. Höte (1749-1832) alman şairi
- Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır. Anri Puankare
S [ redaktə ]
- Saf riyaziyyat bütünlüklə belə fikirlərdən ibarətdir ki, əgər filan müddəa hər hansı bir şey üçün doğrudursa, filan müddəa o şey üçün də doğrudur. Birinci müddəanın həqiqətən doğru olub-olmadığını müzakirə etməmək və doğru olması lazım olan hər hansı bir şeyin nə olduğunu qeyd etməmək vacibdir. Bu nöqtələrin hər ikisi tətbiqi riyaziyyata aid olardı. Biz sırf riyaziyyatda müəyyən nəticə çıxarma qaydalarından başlayırıq ki, bu qaydalara əsasən bir müddəa doğrudursa, başqa bir müddəa da belədir. Bu nəticə çıxarma qaydaları formal məntiq prinsiplərinin əsas hissəsini təşkil edir. Sonra əyləncəli görünən hər hansı bir fərziyyə götürürük və onun nəticələrini çıxarırıq. Əgər hipotezimiz haqqındadırsa hər hansı bir və ya bir və ya bir neçə xüsusi şey haqqında deyil, o zaman ayırmalarımız riyaziyyatı təşkil edir. Beləliklə, riyaziyyat nə haqqında danışdığımızı, nə də dediklərimizin doğru olub-olmadığını heç vaxt bilmədiyimiz mövzu kimi müəyyən edilə bilər. Riyaziyyatın başlanğıcı ilə çaşqın qalan insanlar, ümid edirəm, bu tərifdən rahatlıq tapacaq və yəqin ki, onun dəqiqliyi ilə razılaşacaqlar. Bertran Rassel
- Sən, bir riyaziyyat bərabərsizliyində bilinməyənsən. Aydın oldu; tək buraxaraq həll edəcəyəm səni. Yılmaz Ərdoğan
- Sıfırlara bənzər insanlar var; həmişə onların qabağında rəqəmlərin olması zəruridir. Onore de Balzak
T [ redaktə ]
- Tez vəya gec hər bir riyazi ideya bu və ya digər işdə öz tədbiqini tapır. A.N.Krılov(1863-1945) sovet riyaziyyatçıs
- Təmiz riyaziyyat elə bir predmetdir ki, orada nə haqda danışdığımızı, danışdığımızın isə həqiqi olub-olmadığını bilmirik. Mark Tven
- Təmiz riyaziyyat elmi özünün müasir inkişafında insan ruhunun ən orijinal yaradılışı olduğunu iddia edə bilər. Alfred Norz Vaythed
U [ redaktə ]
- Uşaqlığımda mənim üçün üç şey varıydı. Riyaziyyat, tarix və siyasət. Amma riyaziyyat onsuz da hamısını izah edən şey idi. Cahid Arf
V [ redaktə ]
- Vaxtımı siyasətə və tənliklərə sərf edirəm. Zənnimcə tənliklər daha vacibdir, çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir. Pifaqor
Y [ redaktə ]
- Yukatanda, ən qədim mayyalılar – asteklərin öz yazı ideyasını onlardan aldıqları – sıfır anlayışını (yunanlar və romalılar nəzərə almadılar) və onlar tərəfindən hazırlanmış riyaziyyat və astronomiya vasitəsilə kəşf etdilər. o qədər mürəkkəb bir təqvim icad etdilər ki, onlar 144.000 günlük dövrləri düşünə bildilər. Marqaret Mid
İstinadlar [ redaktə ]
| Wikipedia logo | Riyaziyyat haqqında Vikipediyada məqalə var. |
- ↑ “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)
- ↑ “Türk dünyası ağsaqqalları” qəzeti, 30 may – 05 iyun, №11(199), 2018, səh. 4-5.
Riyaziyyat Ümumi Sınaq – 1.
Bu sınaq yalnızca ödənişli qruplar üçün təşkil olunub. Sınaq ilə bağlı hər hansısa bir sualınız yaranarsa ödənişli müzakirə qruplarınızda qeyd edə bilərsiniz.. Ümumi Sınaqlar MİQ Qəbul səviyyəsinə nisbətən çətin hazırlanır. Səbəb isə, çətin sınaqları işləyib, gözünüz alışıb, asanların öhdəsindən rahatlıqla gəlməyinizdir.
FES Tədris Mərkəzi
İmtahanı Əlavə Et – Pulsuz
İstənilən vaxt
40 dəqiqə
9 ay əvvəl
Tərkib (1)
Riyaziyyat
Həftənin Oxuyanları
Rəylər
Revan Allahverdiyev
Elisefa eliyev
çox gözəl suallardir.diqqət tələb edir!
Vahidova Aygün
Sevil Ahmedova
Cetin deyildi. Teshekkur edirem muellim. Kas ki, imtahanda da bele duserdi.
Ayşen hesenli
Təranə Ağayeva
Zibeydə Məmmədova
Maraqlı suallar idi bircə suallar ekranda tam görsənmir gərək sağa sola aparasan, onu necə etmək olar ekranda tam görsənsin
Gülnur Hüseyn
Maraqlı suallar idi ..cox sagolun
Salahova Gunel
Azer Aqayev
Chox chox chox elaa
Oxuyan platforması online sınaq imtahanları, yarışlar, müsabiqələr, online test bazası və suallar ilə hər kəs üçün bərabər təhsili hədəfləyir. Təhsil layihəmiz magistr, ibtidai sinif, orta məktəb, abituriyent, müəllim, xaricdə təhsil almaq və bir çox başqa növ sınaq imtahanında iştirak etmək istəyənlər üçündür.
Riyaziyyat
Riyaziyyata aid məlumatlar. Cəbr və həndəsə elminə haqda bilgilər.
Yaradılıb 16 mart 2011 Topik 41 Abunəçi 24 Reytinq 24.75
Administratorlar (2):
Cavid Apollon
Moderatorlar (0):
Moderator yoxdur
Pifaqor – müəmmalı riyaziyyatçı
- Riyaziyyat
- 5 may 2018, 22:56
Samoslu Pifaqor (b.e .ə. 570-490-cı iilər) – qədim yunan filosofu, riyaziyyatçısı, pifaqorlular dini-fəlsəfi məktəbinin banisidir.
Pifaqorun valideynləri Samos adasından idilər. Bir sıra mənbələrdə alimin atasının daşyonan, digər mənbələrdə isə varlı tacir olduğu qeyd edilib. Pifaqorun anası, yunan Soloma müstəmləməkəsini yaradan tanınmış Ankeya sülaləsindən olub. Əfsanələrə görə, alimin anadan olacağını Delflərdə Pifiya təxmin etmişdi. Qeyd edək ki, Pifaqor sözünün hərfi mənası «Pifiyanın elan etdiyi kəs» deməkdir. Alim Finiyalı Sidonda anadan olub.
Qədim müəlliflər Pifaqorun öz dövrünün bir çox məşhur müdrikləri ilə (yunanlar, farslar, misirlilər ilə) ünsiyyət qurduğunu iddia edirlər. Xüsusi ilə, gənc vaxtlarında alimin Misirə getdiyi və yerli kahinlərlə tanış olduğu söylənilir. Bir sıra müəlliflər onun yad ölkələrdən gələnlər üçün qadağan olunmuş sirlərə bələd olduğunu qeyd edirlər.
Davamı →
Riyaziyyatçıların fəndi
- Riyaziyyat
- 29 aprel 2018, 13:56
Üç riyaziyyatçı və üç fizik başqa bir şəhərdə konfransda iştirak etməli idilər. Onlar konfransa yollanmaq üçün vağzala gəlir və kassanın önündə qarşılaşırlar. İlk olaraq fiziklərin növbəsi yaxınlaşır və onlar adi qaydada hərəyə bir bilet əldə edirlər.
Riyaziyyatçılar isə üç nəfərə 1 bilet alırlar.
– Necə yəni? — deyə fiziklər təəccüblənir — axı qatarda konduktor var və biletsiz sizi qovacaqlar!
– Narahat olmayın, — deyə riyaziyyatçılar cavab verir — bizim “üsul”-umuz var.
Davamı →
Evklid – ilk riyaziyyat nəzəriyyəçisi
- Riyaziyyat
- 24 aprel 2018, 19:33
Evklid (b. e. ə. 300-cü il) riyaziyyatdan ilk risalənin müəllifi olan qədim yunan riyaziyyatçısıdır. Onun müəllifi olduğu risalə bizim dövrümüzə gəlib çıxa bilib.
Həyat yolu və elmi nailiyyətləri
Evklid haqqında bioqrafik məlumatlar bir o qədər də çox deyil. Bizə onun elmi fəaliyyətini İskəndəriyyədə b. e. ə. 3-cü əsrdə keçdiyi məlumdur.
Evklid İskəndəriyyə məktəbinin ilk riyaziyyatçısı olub. Alimin «Əsaslar» adlı əsas işi stereometriyaya, planimetriyaya və rəqəmlər haqqında nəzəriyyəyə həsr olunub.
Faktiki olaraq Evklid riyaziyyatın inkişaf etməsi üçün bünövrə yaradıb. Həmçinin onun «Fiqurların bölünməsi» adlı inşası, 4 «Konik kəsişmələr» və «Porizmlər» adlı kitabları bugünkü günə qədər saxlanılıblar. Bundan savayı, Evklid optikadan, astronomiyadan və musiqidən yazırdı.
Davamı →
Qızıl bölgü – Gözəlliyin riyazi formulu
- Riyaziyyat
- 18 aprel 2018, 10:57
Qızın bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır:
burada Yunan hərfi fi ( ) qızıl bölgünü bildirir və onun dəyəri:
9 ən asan riyazi fənd
- Riyaziyyat
- 10 aprel 2018, 17:13
Bir çox insanlara riyaziyyat dəhşətli dərəcədə çətin görünür və onların gözünü qorxuya salır. Bu siyahı isə sizə ümumi riyazi kələklərlə bağlı bilgi verməklə yanaşı, riyazi tapşırıqların beyində sürətli həllini asanlaşdırmağa kömək edə bilər.
1. 11-ə vurma
Hamımız bilirik ki, 10-a vurma zamanı, ədədin sonuna sadəcə bir 0 əlavə olunur, bəs siz bilirsiniz ki, 11-ə vurmaq üçün də belə sadə qayda mövcuddur. Buyurun baxın
Verilən ədədi götürüb, rəqəmlərin arasında boşluq qoyun, bu nümunədə biz 52 ədədini 11 dəfə artırırıq. 52; 5_2
İndi isə həmin iki rəqəmi toplayın və onların cəmini ortada yazın
5_(5+2)_2. Beləliklə cavab hazırdır: 572.
Davamı →
Qriqori Perelman
- Riyaziyyat
- 1 aprel 2018, 21:21
Qriqori Perelman Puankare teoreminin isbat edilməsinin müəllifi, fizika-riyaziyyat üzrə namizəddir. O Steklov adına Riyaziyyat universitetinin Leninqrad bölməsində işləmiş, ABŞ-ın bir sıra universitetlərində tədris etmişdir. Hazırda isə 2003-cü ildən etibarəndir ki, işləmir və demək olar ki, yad insanlarla ünsiyyət qurmur.
O 13 iyun 1966-cı ildə Leninqradda dünyaya gəlib. Perelman 1982-ci ildə məktəbli komandası tərkibində Budapeştdə Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Elə həmin ildə imtahansız Leninqrad dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul edilib. O riyaziyyatla bağlı təşkil edilən bütün olimpiada və müsabiqələrdən qalib olaraq ayrılırdı.
Davamı →
“Pi” sayı
- Riyaziyyat
- 30 mart 2018, 15:42
Qədim sivilizasiyalar “pi” sayını neçə almışlar?
E.ə. 2000-ci illərdə Babillilər π = 3,125; Qədim Misirlilər isə π = 256/81 yəni təxminən 3,1605 ‘i istifadə etməkdə idi. Qədim Yunanıstanda √10 ya da 3,162 ədədi istifadə edilirdi.
Arximed isə (e.ə. 287- 212) 3.10 / 71 və 3.1 / 7 ° “Pi” sayı olaraq istifadə etmişdir. E.ə. 500-ci illərdə “Pi” ədədi üçün 3, 1415929 olaraq istifadə edilirdi. 1424-ci ildə İranda vergüldən sonrakı 16 ədəd doğru olaraq bilinirdi.
1596-ci ildə Alman Ludolf Van Seylen (Ludolph van Ceulen) “Pi”nin vergüldən sonrakı 20 pilləsini hesabladı və bu rəqəm Avropa da Ludolf sabiti olaraq bilindi. O tarixdən sonra “Pi” sayının vergüldən sonrakı milyardlarla rəqəm hesablanmışdır.
Davamı →
Fibonaççi silsiləsi
- Riyaziyyat
- 23 mart 2018, 18:48
(0), 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584….
Fibonaççi İtaliyada 1170-ci ildə dünyaya gəlmiş orta əsr Avropasının ən böyük riyaziyyatçılarından olub. Əsl adı Leonardo Pizalı (Leonardo Pisanus) olan Fibonaççi əsasən “Fibonaççi ardıcıllığı” ilə tanınınır.
Leonardonun atası tacir olduğu üçün tez-tez oğlu ilə birgə Əlcəzairə səyahətlər edirdi elə orada o ərəb müəllimlərindən təhsil alırdı. Bundan sonra Fibonaççi Misirə ,Suriyaya ,Bizansa ,Sicilyaya səyahətlər etdi. O ,ərəb dilində qədim antik və hind riyaziyyatçılarının yazıları ilə tanış oldu. Bundan sonra o ilk kitabını – “Liber Abaci” yazır. Burada o romalıların çətin hesablamasının əvəzində hind rəqəmlərinin səmərəli istifadəsi və hesablanması haqda bilgilər vermişdir.
Davamı →
Alan Tyuring – Britaniya riyaziyyatının qızıl kəlləsi
- Riyaziyyat
- 5 mart 2018, 20:59
II Elizaveta Alan Tyurinqə ömürlük əfv fərmanı vermişdi.
“Tyruinq haqqda çıxarılan cəzanı biz tamamilə ədalətsiz hesab edirik və onu əfv etmək- ona verə biləcəyimiz layiqli qərardır.” Ədliyyə naziri Kris Qreylinq kraliçanın bu qərarı haqqda bu cür söyləmişdi.
Alan Tyrunqi Britaniya riyaziyyatının qızıl kəlləsi adlandırdılar. A.Tyurinq kriptoqrofiyanın atası hesab olunurdu. Alan Tyurinqin deşifrə istedadı II Dünya Müharibəsi zamanı Britaniyaya çox böyük kömək göstərmişdi. Məhz Alan Tyurinq çox çətin alman kodu olan “Enigma”nı deşifrələyə bilmişdi. Bu şifrə flotda istifadə olunurdu və uzun zaman britan kriptoqrafları bunun öhdəsindən gələ bilmirdilər. Lakin, Tyurinq bunu bacarmışdı. Onun o zaman 30dan bir qədər artıq yaşı var idi.
Müharibədən sonra Alan Tyurinq kirptoqrafiya sahəsində öz işlərini davam etdirirdi. Lakin 1952-ci ildə böyük qalmaqal baş verdi. Tyurinq cavan işçi olan Arnold Myurrer ilə tanış olmuşdu, o da gecəni Tyurinqin evində keçirmişdi. O hadisədən sonra onların hər ikisini homoseksuallıqda ittiham etmişdilər. O zaman birləşmiş krallıqda homoseksuallıq qanundan kənar idi.
Davamı →
Neymanın tapşırığı
- Riyaziyyat
- 26 fevral 2018, 11:28
Məşhur amerikalı riyaziyyatçı Con fon Neymanın (1903-1957) kolleqalarından biri ona bir qədər çətin sual ilə müraciət edir. Aralarında 100 km məsafə olan A və B məntəqələrindən eyni vaxtda iki qatar saatda 50km/saat sürətlə üz-üzə olmaqla hərəkətə başlayır.
Qatar hərəkətə gələn zaman A məntəqəsindən hərəkətə keçən qatarın ön hissəsinə qonmuş bir arı səsdən qorxaraq dəmir yolu xətti boyu irəli 90 km/saat sürətlə uçmağa başlayır. Arı B məntəqəsindən gələn qatara toxunaraq cəld dönür və həmin sürətlə geri uçmağa başlayır. Arı qatarlar toqquşana qədər bu şəkildə davam edir. Arı neçə kilometr yol qət etmişdir?
Davamı →
Comments are closed, but trackbacks and pingbacks are open.