Press "Enter" to skip to content

Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərin nəzərinə

10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq

Buraxılış və qəbul imtahanlarının yeni modeli – TƏFƏRRÜATLAR

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti – 3 saat)

Fənnin adı

Maksimal bal

Tapşırıqların sayı

Tədris dili
(Azərbaycan dili, rus dili)

2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq

10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)

Fənnin adı

Maksimal
bal

Tapşırıqların
sayı

Tədris dili (Azərbaycan dili, rus dili)

Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)

Fənnin adı

Maksimal
bal

Tapşırıqların sayı

Tədris dili (Azərbaycan dili, rus dili)

Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq

7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq

Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq

Maksimal bal: 300

Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5

Riyaziyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5

Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5

Biologiya – 30 tapşırıq
(22 qapalı +5 açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5

Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5

Coğrafiya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5

Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5

Kimya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5

Kimya – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1

Tarix – 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1

Ədəbiyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1

Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1

Maksimal bal: 400

Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

  • buraxılış imtahanları
  • ali məktəblərə qəbul imtahanı

Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərin nəzərinə!

Məlum olduğu kimi, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, 2020-ci ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.

Bəzi abituriyentlər və orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edən müəllimlər tərəfindən bu iki fənn üzrə proqramdan çıxarılan mövzuların mart-iyun aylarında tədris edilən mövzuları tam əhatə etmədiyinə dair DİM-ə müraciətlər daxil olmuşdur.

Dövlət İmtahan Mərkəzi bu müraciətlərlə əlaqədar olaraq bildirir ki, hazırda qüvvədə olan təhsil proqramına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə IX sinifdə tədris olunmuş mövzuların XI sinifdə genişləndirilərək mənimsənilməsi nəzərdə tutulur. Buna görə də cari ildə keçiriləcək qəbul imtahanlarında Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə mart ayından etibarən keçirilməli olan mövzulara aid test tapşırıqları həmin mövzular üzrə IX sinif dərsliklərində yer almış biliklərə əsaslanacaq.

Digər bütün mövzular üzrə test tapşırıqlarında isə VI-XI sinif dərsliklərinə istinad ediləcək. Mart ayından etibarən XI sinifdə tədris olunmayan bəzi mövzuların adlarının qəbul proqramından çıxarılan mövzular arasında göstərilməməsi bununla bağlıdır.

Ümumi tarix dövlət imtahan mərkəzi yüklə

2018-02-24 18:48:04

Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir. Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir.

Direktorlar Şurası

Direktorlar Şurası (bundan sonra – Şura) sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2016-cı il tarixli 1950 nömrəli sərəncamı ilə Namiq Əsgər oğlu Babayev və 15 aprel 2016-cı il tarixli 1951 nömrəli sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar. Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli 1959 nömrəli sərəncamı ilə Ayda-zadə Kamil Rəcəb oğlu, Bayramov Ceyhun Əziz oğlu, Hacıyev Niyazi Xanbaba oğlu və İsmayılzadə Fariz Akif oğlu Direktorlar Şurasının üzvü təyin olunublar. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

  • Direktorlar Şurasının sədri
  • Direktorlar Şurası sədrinin müavini
  • Direktorlar Şurası sədrinin müavini
  • İcraçı direktor

Comments are closed, but trackbacks and pingbacks are open.