Press "Enter" to skip to content

Təhsil Nazirliyi: Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb – EKSKLÜZİV

https://static.report.az/photo/eeaa1530-baa8-4892-8d11-5c5b3fa822cc.jpg

Ümumi təhsil müəssisəsinin kitabxanasının nümunəvi əsasnaməsi

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Tədbirlər

Faydalı

Media

Tədris resursları
mərkəzi
  • Afiyəddin Cəlilov 86
  • +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
  • Fətəli Xan Xoyski 109
  • +994 12 599 08 08
    daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
  • Zərifə Əliyeva 96
  • +994 12 599 08 08
İnsan resursları
mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08

© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.

Təhsil Nazirliyi: Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb – EKSKLÜZİV

Təhsil Nazirliyi: Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb – EKSKLÜZİV Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb.

4 İyul , 2019 12:36

https://static.report.az/photo/eeaa1530-baa8-4892-8d11-5c5b3fa822cc.jpg

Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb. “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyi ndən bildirilib ki, 2018/2019-cu tədris ilinin sonunda 827548 dərslik yararsız hala düşüb. Qeyd olunub ki, dərsliklərin şagirdlərdən geri yığılması hər tədris ilinin sonunda həyata keçirilir: “İstifadəyə yararsız dərsliklərin sayı müəyyənləşdirilir, aktlaşdırılır və onlar tədrisdən çıxarılaraq yeniləri ilə əvəz edilir. Təcrübə göstərir ki, hər tədris ili yararsız hala düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15%-ini aşmır. Məsələn, 2018/2019-cu tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan dərsliklərin ümumi sayı 17831548, tədris ilinin sonunda yararsız hala düşən dərsliklərin ümumi sayı isə 827548 olub ki, burada korlanma əmsalı təxminən 4,6%-ə bərabərdir”. Nazirlikdən bildirilib ki, dərsliklərlə səliqəli davranma, onları zədələnmələrdən qoruma vərdişlərinin şagirdlərdə formalaşdırılmasında məktəb və valideynlərin rolu böyükdür: “Bu istiqamətdə Nazirlik tərəfindən də yerlərlə mütəmadi maarifləndirmə işləri aparılır və hər bir dərsliyin cildinin arxa hissəsində bu barədə şagirdlər üçün xatırlatma yerləşdirilib”. Ən çox hansı dərsliklərin zədələnməsi və ya cırılmasına gəlincə, sorğunun cavabında vurğulanıb ki, ötən illərin statistikası istifadəyə yararsız olan və ya ən çox zədələnməyə məruz qalan dərsliklərin əsasən I sinif dərslikləri, digər siniflər üçün isə həftəlik dərs saatı daha çox olan fənlər üzrə dərsliklərə aid olduğunu göstərir: “Elə 2018/2019-cu tədris ilinin sonunda da bənzər tendensiya müşahidə edilib. Belə ki, yenicə tamamlamış tədris ilinin sonunda ən çox yararsız hala düşən və ilk 10-luqda olan dərsliklərin hamısı I siniflərə aid olmuşdur. Onlar Azərbaycan və rus bölmələrini əhatə etməklə Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), İngilis dili, Həyat bilgisi, İnformatika, Riyaziyyat, Rus dili (tədris dili) fənləri üzrə dərsliklərdir”. Təhsil Nazirliyi həmçinin, zədələnən və ya cırılan dərsliklərə görə kompensasiyanın qaydalarını da açıqlayıb. Belə ki, “Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na əsasən hər bir dərslik 4 il müddətinə çap olunur. Yəni, hər bir dərslik buraxıldığı vaxtdan etibarən 4 nəfər şagirdin istifadəsində olur. Dərsliklərin vaxtından əvvəl yararsız hala düşməsi və ya itirilməsi halları “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” ilə tənzimlənir. Belə ki, müvafiq qaydalara görə əgər dərsliklərin itirilməsinə və ya yararsız vəziyyətə düşməsinə istifadəçi səbəb olubsa, onlar istifadəçi tərəfindən əvəzlənir. Əks halda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Orta məktəb kitabxanalarına dair tələblər müəyyənləşib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

APA-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir.

Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb.

Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

– dərslik, dərs vəsaiti – bir tədris ili;

-elmi-populyar və bədii ədəbiyyat – bir ay;

– dövri və çox istifadə olunan nəşrlər – 15 gün;

Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.