Mumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
I.Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Ümumtəhsil məktəblərinin normativ sənədləri
You are using an outdated browser.
- NAZİRLİK
- XƏBƏRLƏR
- SOSİAL MEDİA
- Virtual bələdçi
- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
Haqqımızda
Today, our catalogue contains:
Menyu Menyu
Menyu
Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər
Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.
Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.
Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar
- Ümumi məlumat
- Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Ümumi təhsil müəssisələrinin siyahısı
- Elektron dərs resursları
- Yeni dərs ili üçün nümunəvi cədvəllər
- COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
- Olimpiada və müsabiqələr
- Onlayn kalkulyator
- DİQ müsahibə nəticələri
- Ümumi məlumat
- Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Peşə liseyləri
- Peşə məktəbləri
- İxtisaslar
- Peşə təhsil mərkəzləri
- Ümumi məlumat
- Orta ixtisas təhsili müəssisələrinin siyahısı
- Hesabat formaları
- Ümumi məlumat
- Ali təhsil müəssiələri
- Tələbə köçürülməsi
- Xaricdə təhsil
- Tələbə Kredit Fondu
- Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
- Tanınan diplomların sahibləri barədə məlumat bazası
- Hesabat formaları
- Ümumi məlumat
- İnternat məktəbləri
- “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
- “STEAM” layihəsi
- “Rəqəmsal bacarıqlar” layihəsi
- “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
- “Məktəblinin dostu” layihəsi
- SABAH qrupları layihəsi
- “Study in Azerbaijan” layihəsi
- English –>
- Русский –>
Təhsil millətin gələcəyidir!
HEYDƏR ƏLİYEV
Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə
Məktəb sənədlərinin aparılması və saxlanması haqqında
TƏLİMAT
1.Ümumi qaydalar.
Ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi məktəb sənədlərinin düzgün aparılmasından, ilkin məlumatın vaxtında işlənilməsindən, uçotun sadələşdirilməsindən, uçot məlumatlarının aydınlıq və müqayisə prinsiplərinə riayət edilməsindən asılıdır. Məktəb sənədləri ümumtəhsil məktəbində həyata keçirilən təlim- tərbiyə işinin vəziyyətinin və maliyyə-təsərrüfat əməliyyatlarının kəmiyyət və keyfiyyətcə xarakteristikasıdır.
Məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi və onun fəaliyyətinin nəticələri təlim-tərbiyə işinin planlaşdırılması və təsərrüfat vəzifələrinin həyata keçirilməsi, tədris-pedaqoji uçotun aparılması, məktəb kargüzarlığının təşkili, ilkin mühasibat uçotunun təmin edilməsi, statistik hesabatların tərtibi ilə əlaqədar xüsusi sənədlərdə əks olunur.
Həmin Təlimat məktəb sənədlərinə vahid tələbləri, tədris-pedaqoji sənədlərin tərtibi və rəsmiləşdirilməsi, ilkin maliyyə və təsərrüfat uçotunun aparılması qaydasını müəyyən edir.
Ümumtəhsil məktəblərində statistik hesabatlar onlarda aparılan ilkin uçot əsasında tərtib olunur.
Məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı makinasında aparılır. Sənədin mətnində və ya rəqəmlərində buraxılmış səhv aşağıdakı qaydada düzəldilir: səhv söz və ya rəqəmin üstündən xətt elə çəkilir ki, onu oxumaq mümkün olsun, onun yanından isə düzgünü yazılır. Bütün düzəlişlər izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü ilə tısdiq edilməlidir. Sənədlərdə olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi üçün sənədə imza etmiş vəzifəli şəxs məsuliyyət daşıyır.
Saxlanma müddəti qurtarmış məktəb sənədləri aktlaşdırlır və məhv edilir.
2.Tədris-pedaqoji sənədlər.
Məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından günüuzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir.
Yuxarıda göstərilən bütün sənədlər, şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, buraxılan və əvəzedilən dərslərin uçotu kitabı istisna olmaqla, məktəbin direktoru dəyişdirilən zaman mütləq aktla təhvil verilir. Akt sabiq və yeni təyin olunan direktor və təhvil-təslim zamanı iştirak edən, TŞ müdiri və ya inspektoru tərəfindən imzalanır.
Məktəbin işlərində inspektor aktları, məruzə qeydləri və ya arayışlar saxlanmalıdır.
Məktəblərdə, habelə yoxlayan şəxslərin qeyd və təklifləri kitabı aparılır.
Buraxılış və sinifdən-sinfə keçirmə imtahanları haqqında sənədlər (imtahan protokolları, illik, imtahan və yekun qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mətnləri) məktəbdə 5 il saxlanılır.
1.Şagirdin şəxsi işi
Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır.
Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
-Şagird haqqında ümumi məlumat;
-Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona verilir.
Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.
2.Sinif jurnalı.
Dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən edilir: I-IV siniflər və V-XI siniflər üçün. Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutlur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.
Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin direktoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların miqdarına uyğun olaraq, şagirdlərin il ərzində müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyənləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur. Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymtə sinif rəhbəri tərəfindən “şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən buraxılmış dərs və günlərin miqdarı haqqında məlumat” bölməsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan gün və dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün yekunlaşdırlır.
Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə (sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər barədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərəfindən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının göstəriciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərəfindən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.
3.Maraq üzrə kurs məşğələlərinin jurnalı.
Maraq üzrə kurs məşğələlərinin uçotunun əsas sənədidir, hər bir qrup üçün ayrılıqda və sinif jurnalının aparılmasına verilən tələblərə uyğun aparılır. Saxlanılma müddəti 5 ildir.
4.Günüuzadılmış qrupun jurnalı.
Günüuzadılmış qrupu olan bütün məktəblərdə aparılır. Günüuzadılmış qrupun jurnalı bir dərs ili üçündür. Gündəlik göstərilən mövzular, saatların miqdarı, şagirdlərlə işin qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dərnək rəhbəri üçün məcburidir.
Məktəbin direktoru və direktorun təlim-tərbiyə işləri üzrə müavini günüuzadılmış qrupun jurnalının aparılmasının düzgünlüyünə müntəzəm surətdə nəzarət edirlər. Məktəbdə bir neçə qrup olarsa, hər bir qrup üçün ayrıca jurnal aparılır.
Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin soyadları yazılır. əgər şagirdin günüuzadılmış qrupa davamiyyəti kəsilmişsə və onun çıxması məktəb direktorunun əmri ilə rəsmiləşdirilmişdirsə, onun çıxması jurnalda qeyd edilir. İl ərzində qrupa qəbul edilmiş uşaqların soyadları jurnala siyahının sonunda yazılır. Məktəbdə 3 il saxlanılır.
5.Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı.
Hər bir orta məktəbdə aparılır. Kitabın birinci hissəsində alınmış və verilmiş orta təhsil haqqında adi və fərqlənmə attestatları blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz attestat blanklarının qalıqları, habelə xarab olmuş blanklar, onların nömrəli göstərilməklə rayon (şəhər) TŞ-yə təhvil verilir. Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında attestat blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır.
Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.
Ekstern yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların orta təhsil haqqında attestat blanklarının sağ küncündə “Ekstren” və ya “Dublikat” sözləri yazılır.
Orta təhsil haqqında attestatları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə attestatı barədə müvafiq qrafada qeydiyyat aparılır.
Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attetatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər. Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Saxlanma müddəti daimidir.
6.Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı.
Hər bir əsas və orta məktəbdə aparılır. Kitabın birinci hissəsində alınmış və verilmiş əsas təhsil haqqında adi və fərqlənmə şəhadətnamə blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz şəhadətnamə blanklarının qalıqları, habelə xarab olmuş blanklar, onların nömrəli göstərilməklə rayon (şəhər) TŞ-yə təhvil verilir.
Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında şəhadətnamə blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır. Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.
Ekstren yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların əsas təhsil haqqında şəhadətnamə blanklarının sağ küncündə “Ekstern” və ya “Dublikat” sözləri yazılır.
Əsas təhsil haqqında şəhadətnaməları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə şəhadətnaməı barədə müvafiq qrafada qeydiyyat aparılır.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attetatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Saxlanma müddəti daimidir.
7.Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı.
Bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır. Qeydiyyat ümumi sıra nömrəsi ilə, I nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır.
Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olnur.
Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Xidmətedici heyət haqqında bu kitabda qeyd aparılmır. Saxlanılma müddəti daimidir.
8.Məktəbin pedaqoji şurasının protokolu kitabı.
Ümumtəhsil məktəblərində pedaqoji şura protokollarının kitabı aparılır. Kitabda pedaqoji şuraya verilmiş məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Məktəbin rüb, yarlmil və ya dərs ili üçün təlim-tərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işinin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda rəsmiləşdirilir. Hər bir protokol pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır.
Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır.
9.Məktəbin şurasının protokolu kitabı.
Kitabda məktəb şurasında qoyulan məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Müzakirə edilən məsələlər üzrə qəbul edilmiş qərarlar protokolda rəsmiləşdirilir. Hər bir protokol məktəb şurasının sədri və katibi tərəfindən imzalanır.
Kitabı nömrələnir, qaytanlanır, məktəb şurasının sədrinin imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır.
10.Məktəb üzrə əmr kitabı.
Üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir: təlim-tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi (yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatlarının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər.
Məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, IX və XI(XII) sinifləri bitirmsəi və s. qərarları rəsmiləş-dirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir.
Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir.
Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır.
I.Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə müavini tərəfindən aparılır. Oraya buraxılan və əvəz edilən dərslər haqqında məlumat yazılır. Qeydlər yalnız lazımi qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır (məktəb üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s.). əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olmalıdır. Daimi saxlanılır.
II.Maliyyə-təsərrüfat sənədləri.
Maliyyə-təsərrüfat sənədlərinə aiddir: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.
Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizəsinə, onlardan düzgün istifadə olunmasınaməsul şəxslər tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s.).
Bundan əlavə, məktəbdə rayon (şəhər) təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.
1. Məktəbin texniki pasportu.
Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası verilən əsas sənəddir.
Məktəbin pasportunun forması, habelə onun doldurulması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi saxlanılır.
2.Əsas vəsaitlərin inventar siyahısı.
Əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxslərdə saxlanılır. Inventar siyahılarında uçot əsas fondların təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır, daimi saxlanılır.
3.Materaiların anbar uçotu kitabı.
Maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez işlənən əşya və materialları göstərmək üçün istifadə olunur. Daimi saxlanılır.
4.Məktəbin kitabxana fondunun inventar kitabı.
Hər bir məktəb kitabxanasında bütün mətbuat əsərləri, habelə oxuculara xidmət etmək üçün alınan digər şeylər inventar kitabında yekun və fərdi surətdə qeydə alınmalıdır. İnventar kitabının forması, həmçinin onun aparılması qaydası respublika Mədəniyyət Nazirliyinin xüsusi təlimatı ilə müəyyən edilmişdir. Hər rübdə inventar kitabında qeyd olunmuş kitabların miqdarı və dəyəri mühasibat məlumatı ilə tutuşdurulur. Kitabxana fondunun yenidən inventarlaşdırılması, habelə inventar kitabının yenidən yazılması qadağandır. Ayrı-ayrı hallarda rayon (şəhər) Təhsil Şöbəsinin xüsusi icazəsi ilə fondun yenidən inventarlaşdırlmasına və inventar kitabının yenidən yazılmasına yol verlir. Daimi saxlanılır.
5.Müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli.
Anbardan materiallrın verilməsinin rəsmiləşdirilməsi üçün tətbiq olunur. Cədvəldə qeydlərin elə qaydada aparılması tövsiyə edilir ki, hər növ materialın ay ərzində yekunu haqqında həmin cədvəldə aəlvə iş aparılmadan məlumat almaq mümkün olsun. Cədvəl məktəbin direktoru tərəfindən təsdiq olunur və sərf olunmuş materialların silinməsi üçün əsas hesab edilir.
Cədvəl mərkəzləşdirilmiş mühasibatlıq tərəfindən müəyyən olunmuş vaxtda oraya təqdim edilir. Daimi saxlanılır.
6.İstismarda olan ucuz qiymətli və tez işlənən əşyların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli.
İstifadədə olan ən ucuz inverntarların uçotu üçün maddi məsul şəxs tərəfindən tərtib olunur. Yararsız vəziyyətə düşən əşyalar tam silinmədikdə “Çıxdaş haqqında qeyd” qrafasında silinən əşyaların miqdarının göstərilməsi, sonra isə növbəti ağ sətirdə istifadədə qalan əşyaların yenidən qeyd edilməsi tövsiyə olunur.
Göstərilən ucuz qiymətli və tez işlənən əşyalar çıxdaş edildikcə onların qalığı yeni alınmış əşyalar nəzərə alınmaqla təzə cədvələ köçürülür. Daimi saxlanılır.
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
. konulu sunumlar: “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması”— Sunum transkripti:
1 Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümümi orta təhsil kurikulumu üzrə təlim kursunun proqramı Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
2 Hüquqi –normativ sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMi TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI” Azərbaycan Respublikası Təhsil Nazirliyinin ci il tarixli, 736 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi TƏHSİL MƏKTƏBLƏRİNDƏ VƏ İLK-PEŞƏ İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLALANLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YEKUN DÖVLƏT ATTESTASİYASININ APARILMASI QAYDALARI”
3 Qiymətləndirmənin istiqamətləri
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: Beynəlxalq qiymətləndirmə Milli qiymətləndirmə Məktəbdaxili qiymətləndirmə
4 Qiymətləndirmənin istiqamətləri
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir. Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə,bir təhsil səviyyəsindən digər təhsil səviyəsinə keçirilməsinə xidmət edir.
5 Qiymətləndirmənin növləri
Qiymətləndirmənin növləri dedikdə, eyni bir qiymətləndirmə istiqamətinin tərkib hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmənin növləri aşağıdakılardır: Diaqnostik qiymətləndirmə – ilkin səviyyənin qiymətləndirilməsi Formativ qiymətləndirmə – şagirdlərin irəliləmə və geriləmələrinin izlənməsi Summativ qiymətləndirmə – yekun qiymətləndirmə
6 Qiymətləndirmə formaları
Qiymətləndirmə forması dedikdə,onun keçirilmə mexanizmi nəzərdə tutulur. Məsələn,yekun qiymətləndirmə (buraxılış imtahanları) mərkəzləşdirilmiş, kiçik summativ qiymətləndirmə sinif daxilində, böyük summativ qiymətləndirmə məktəb daxilində, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim yolu ilə məktəb daxilində aparılır.
7 Qiymətləndirmənin üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə, bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətlərdir. Əgər qiymətləndirmə üsulu yoxlama yazı işi müəyyənləşdirilibsə, istifadə olunan alət-imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
8 Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
9 Diaqnostik qiymətləndirmədə fəal istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Tapşırıqvermə Çalışmalar Müsahibə (şifahi yoxlama) Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq) Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
10 Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
11 Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
12 Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Müşahidə Müşahidə vərəqləri Şifahi sual-cavab Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi Tapşırıqvermə Çalışmalar Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) Oxu Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası Şifahi və yazılı təqdimat Meyar cədvəli Test Test tapşırıqları Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri
13 Formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçası
Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur. Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.
14 Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün hər bir səhifənin sol tərəfi şaquli olaraq sütunlara bölünüb. Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı izləmək üçün müəllim tərəfindən standartlar əsasında müəyyən edilmiş meyarlar və istifadə edilən qiymətləndirmə vasitəsinin adı yazılır.
16 Qiymətləndirmə meyarlarının müəyyən olunması
Formativ qiymətləndirmə jurnalında qeyd olunan qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur. Məsələn, Azərbaycan dili üzrə müəllim mətnin düzgün oxusu ilə bağlı aşağıdakı standartı və onun əsasında hazırladığı meyarları keçilən proqrama uyğun müəyyənləşdirə bilər: Standart: Mətndəki sözləri orfoepiya qaydalarına uyğun oxuyur. Bu standart əsasında müəyyən edilmiş meyarlar: Mətndəki sözlərin vurğusunu düzgün müəyyənləşdirir. Mətndəki qoşasaitli sözləri düzgün tələffüz edir. Mətndəki qoşasamitli sözləri düzgün tələffüz edir. Fonetik qanun və hadisələri oxuda düzgün tətbiq edir.
19 Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
20 Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Yoxlama yazı işləri Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli Şifahi sorğu Şifahi sorğu üzrə qeydiyyət vərəqi Test Test tapşırıqları Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri Yaradıcılıq və əl işləri Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
21 Qeyd: Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazansa da, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir. Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini inkişaf etdirən üsullardan- layihə (qiymətləndirmə vasitəsi-şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi-şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), yoxlama yazı işlərindən ( imla, inşa, esse, məsələ və misal həlli) geniş istifadə etməlidir. Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ qiymətləndirmədə istifadə etmək tövsiyə edilir.
22 Kiçik summativ qiymətləndirmə
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.
23 Böyük summativ qiymətləndirmə
Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “0” qəbul edilir.
24 Böyük summativ qiymətləndirmə
Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməmiş və bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ qiymətləndirmədə üzrlü və ya üzrsüz səbəbdən iştirak etməyən şagird haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.
25 Summativ qiymətləndirmə nəticələrinin hesablanması
Summativ qiymətləndirmə tapşırıqları asan,orta və çətin səviyyəli olmaqla hazırlanır və qiymətlər düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır. Summativ qiymətləndirmədə sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən “2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
26 Yarımillik və illik qiymətlər
Fənn üzrə yarımillik qiymət kiçik summativ (yarımil ərzində keçirilən) qiymətləndirmə nəticələrinin ədədi ortasının 40%-i ilə böyük summativ (yarımilin sonunda keçirilən) qiymətləndirmənin nəticəsinin 60%-nin cəminin yuvarlaq qiymətinə bərabər götürülməklə çıxarılır. Fənn üzrə illik qiymətlər yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur və yuvarlaq qiymət çıxarılır.
27 Qiymətləndirmə ilə bağlı termin və ifadələr
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə verilən dövlət tələbləri; Qiymətləndirmə meyarları- şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər; Portfolio- şagirdə ald olan sənədlər və əsasən formativ qiymətləndirmə məlumatlarının qeydə alındığı xüsusu qovluq; Rubrik- şagirdlərin nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.
Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
Təranə Hacıyeva
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMi TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qayda 1
Məktəbdaxili qiymətləndirmə komponentləri
Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi)
(sinifdaxili diaqnostik, formativ və summativ qiymətləndirmələr)
Kurikulum üzrə qiymətləndirmə
(təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə )
Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə
(əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları)
Qayda 2
Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) şagirdin bilik, bacarıq və dəyərlərə yiyələnməsi haqqında məlumatların toplanması prosesidir.
diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi);
formativ (inkişafın izlənməsi)
summativ (yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır.
Qayda 3
Diaqnostik qiymətləndirmənin məqsədi şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməkdir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində aparılır.
Zərurət yarandıqda, bəhs və bölmələrin əvvəlində, başqa məktəbdən gələndə, sinfi dəyişəndə və digər hallarda şagirdin bilik və bacarıqları barədə məlumat toplamaq, təlim strategiyasını müəyyənləşdirmək və şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə müəllim tərəfindən aparılır və rəsmi sənəddə öz əksini tapmır.
Qayda 4
Formativ qiymətləndirmə dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır, şagirdin irəliləyişlərini və geriləmələrini izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq üçün şagirdə kömək etmək və onu istiqamətləndirmək məqsədi daşıyır.
Formativ qiymətləndirmə sinifdə hər bir şagirdin inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir.
Qayda 5
Formativ qiymətləndirmənin nəticələri rəsmi xarakter daşımır və jurnala qeyd olunmur. Bu nəticələr yalnız şagirdin qeyd kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.
Qayda 6
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs, bölmə, yarımil) yekun vurmaqla, şagirdin bilik və bacarıqlarının səviyyəsini ölçür.
Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir.
Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir, onun nəticələri jurnalda qeyd olunur.
Qayda 7
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir.
Kiçik summativ (s) bəhs və bölmələrin sonunda altı həftədən gec olmayaraq, böyük summativ (S) isə yarımillərin sonunda keçirilir.
Qayda 8
Kiçik summativ qiymətləndirmələr müəllim, böyük summativ qiymətləndirmə isə müəllim və ya məktəb rəhbərliyi tərəfindən keçirilir
Qayda 9
Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.
Qayda 10
Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Summativ qiymətləndirmə vasitələri növbəti summativ qiymətləndirmədə istifadə oluna bilməz.
Həmin vasitələr gələn dərs illərində istifadə edilmək üçün məktəbin test bankına daxil edilir.
Qayda 11
Sinif summativ qiymətləndirməni yerinə yetirdiyi gün üzürlü səbəbdən qiymətləndirmədə iştirak etməyən şagirdin jurnaldakı adının qarşısındakı xana diaqonal olaraq 2 yerə bölünür. Surətdə qaib yazılır, məxrəc isə boş saxlanılır.
Müəllim həmin şagirdlə 2 həftədən gec olmayaraq summativ qiymətləndirmə aparır və nəticə məxrəcdə qeyd olunur.
Qayda 12
Sinfin summativ qiymətləndirməsində istifadə olunan vasitələr üzürlü səbəbdən qiymətləndirmədə iştirak etməyən şagird üçün istifadə edilə bilməz.
Qayda 13
Böyük summativ qiymətləndirmələrdə qeyri- müvəffəq (1 və 2) qiymət alan şagird nəticəni yüksəltmək üçün iki həftə ərzində təkrar yoxlamadan keçməlidir.
Şagirdin nəticəsi yenə də eyni olarsa, ona “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında qaydalar”ın 51-ci bəndinə əsasən yay tədris tapşırıqları verilir.
Qayda 14
Yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük summativin nəticəsi 60 % olmaqla aşağıdakı düstura əsasən yekun qiymət çıxarılır.
Burada s1, s2. sn- kiçik summativlər, n– yarımildə keçirilən kiçik summativlərin sayı, S1- birinci yarımildəki böyük summativ , Y1- birinci yarımillik qiymətdir.
Qayda 14-davamı
Kiçik summativlərdən orta qiymət çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq olunur.
Məsələn, şagird 1-ci yarımildə kiçik summativlərdən 3, 3, 4 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı kimi hesablanmalıdır:
Və yaxud şagird 1-ci yarımildə kiçik summativlərdən 2, 3, 3 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı kimi hesablanmalıdır:
Qayda 15
İllik qiymət aşağıdakı düsturla müəyyən edilməlidir:
Burada İ-illik qiymət,Y1 və Y2 – yarımillik qiymətlərdir. Məsələn, şagird I yarımildə 3, ikincidə isə 4 qiymət alıbsa,
olur.
Qayda 16
Qiymətləndirmə standartlarına əsasən 4 nailiyyət səviyyəsindən heç birinə cavab verməyən şagird təlim nəticələrini yerinə yetirməmiş sayılır və qeyri-müvəffəq (1;2) qiymətləndirilir.
1-ci səviyyəni keçməyən şagird “3”,
3-cü səviyyəyə cavab verən şagird “4”,
4-cü səviyyəyə cavab verən şagird “5”
qiymətlə qiymətləndirilir.
2-ci səviyyəyə cavab verən şagird məzmundan asılı olaraq “3” və ya “4” ilə qiymətləndirilə bilər.
Qayda 17
Summativ qiymətləndirmə tapşırıqları müxtəlif çətinlik dərəcəli suallardan ibarət olur və qiymətlər düzgün cavabların əsasında müəyyənləşdirilir.
Burada asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
Qayda 17-davamı
Sualların ümumi sayının
10%-nə qədər düz cavab verən “1”;
10% daxil olmaqla 20%-ə qədər düz cavab verən “2”;
20% daxil olmaqla 50%-nə qədər düz cavab verən “3”;
50 % daxil olmaqla 80%-nə qədər düz cavab verən “4”;
80% daxil olmaqla 100%-nə düz cavab verən şagird “5”
qiymətlə qiymətləndirilir.
Qayda 18
I siniflərdə summativ qiymətləndirmənin nəticələri 5 ballıq sistemə əsasən (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.
Qayda 19
Qiymətləndirmənin nəticələri haqqında məlumatlar şagirdlərə və valideynlərə məktəbli kitabçası vasitəsilə çatdılır.
Bir il üçün nəzərdə tutulan kitabçada hər həftəyə iki səhifə yer ayrılır. Bu səhifələrdə günlər üzrə dərs cədvəli və şagirdin dərslərdəki fəaliyyəti haqqında müəllimin qeydləri yazılır.
Qayda 20
Böyük summativ qiymətləndirmələrin nəticələri və şagird haqqında məktəb psixoloqunun qeydləri şagirdin şəxsi işində öz əksini tapır.
Şəxsi iş ümumitəhsil kursu üzrə olur. Kitabçada hər sinif üçün bir səhifə ayrılır. Bu səhifədə hər sinifdə tədris olunan fənlərin siyahısı, bu fənlər üzrə böyük summativ qiymətləndirmə nəticələri, buraxılan dərslər və şagird haqqında digər qeydlər öz əksini tapır. Şəxsi iş şagird məktəbi bitirdikdən sonra 5 il məktəbdə saxlanılır.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.