Press "Enter" to skip to content

Uşaqlar üçün kurslar

Əgər internetdə İngilis dilli paylaşımlar edən dostlarınız varsa, o zaman onlardan istifadə edin. Paylaşdıqları şeylərə daimi olaraq nəzər yetirin və hər gün ən az bir-iki dənə də olsa yeni nələrsə öyrəndiyinizdən əmin olun. Bunlar xəbərlər, məqalələr, videolar, bloq paylaşımları, mahnılar və ya başqa hər hansı bir şey ola bilər. Əgər İngilis dilindədirsə və mövzusu maraq dairənizə daxildirsə, əmin olun ki, sizin üçün faydalı olacaqdır.

İngilis dilini öyrənmək üçün ən yaxşı metodlar

Öyrənmə prosesinin zövqlü olduğu dillərdən biri də İngilis dilidir. Həmçinin öyrənmə prosesinin digər dillərə görə daha asan olması geniş yayılmış bir fikir olsa da, 750.000 söz və onları tələffüz etməyə çalışmaq hətta dil öyrənmə mövzusunda bacarıqlı olan şəxsləri belə hədəfindən vaz keçirə bilər. Zaman-zaman İngilis dilini sürətli formada öyrənmək imkansız kimi görünə bilər, xüsusən də dil məktəbinə getmirsinizsə. Lakin doğru strategiyalardan istifadə etməklə hədəfinizə daha qısa müddətdə çata bilərsiniz. İngilis dilini daha sürətli öyrənmək üçün sizlərlə bir neçə tövsiyəni təqdim edəcək və elmin bu mövzudakı araşdırmalarına baxacağıq. Bu addımlarır tətbiq etməklə tezliklə bu möhtəşəm dili danışa biləcəyinizdən əmin ola bilərsiniz.

Bu günlərdə hamımız harasa tələsirik, hamımız mümkün olduğu qədər sürətli hərəkət etməyə çalışırıq. Hər şeyə daha sürətli nail olmaq istəyirik – daha sürətli mesaj göndərmək, harasa daha sürətli getmək, daha sürətli danışmaq, İngilis dilini daha sürətli öyrənmək! Ancaq bəzi şeyləri sürətli etməyimiz mümkün deyil. Məsələn, hamımız yeni bir dil öyrənməyin uzun proses olduğunu bilirik. Əzbərlənməli olan yeni qaydalar, yeni sözlər vardır. Bu qədər çox sayda şeyi öyrənmək, onlarla bağlı məşq etmək, zaman-zaman təkrar etmək – bunların hamısı vaxt alır. Buna baxmayaraq, yenə də İngilis dilini öyrənməyin asan yolu olmalıdır, elə deyilmi?
İngilis dilini sürətli öyrənmək üçün internetdə çox sayda nümunələr, mövzular vardır. Məsələn, “azeringilisce”-nin (azeringilisce.com) gündəlik məşqlər üçün nəzərdə tutulmuş 10, 20, 30 dəqiqəlik danışıq və tədris proqramları mövcuddur ki, hər gün öyrənmə prosesinə çox az bir vaxt ayıraraq xarici dil biliyinizi təkmilləşdirə bilərsiniz.
Bundan əlavə, İngilis dilini öyrənmə prosesini daha asan və sürətli vəziyyətə gətirmək üçün çox sayda ipucumuz mövcuddur ki, onlarla da bu yazımızda tanış ola bilərsiniz. Bəs yaxşı, hansı ipuclarını izləməli, hansı metodları istifadə etməli olduğunuzu haradan biləcəksiniz? Özünüzə uyğun metod mütləq ki, vardır, amma bu metodun nə olduğunu tapmaq üçün bir neçə metodu yoxlamalısınız. Sizin üçün ideal olan metodu tapana qədər digər yolları sınamaqla vaxtınızı boşa keçirmə ehtimalınız da var. Əgər daha sürətli formada İngilis dili öyrənmə mövzusunda həqiqətən də işə yarayan tövsiyələri tapmaq üçün tələsirsinizsə, o zaman bu mövzuda elmi tədqiqatların nə dediyinə də nəzər salmalısınız və bu araşdırmaları da məhz bu yazımızda tapa bilərsiniz!

Qarşınıza çıxan hər şeyi oxuyun

Dünya klassikləri, kitabların arxa qapaqları, qəzetlər, internet saytları, e-maillər, sosial mediada gördüyümüz hər şey, qida qutuları – hamısını oxuyun, təbii ki, əgər İngilis dilindədirsə. Çünki müəyyən bir təməliniz varsa, demək ki, bu mərhələyə qədər öyrəndiyiniz bir çox şey var. Bu sadalanan qaynaqları oxumaqla, bildiklərinizdən əlavə, yeni sözlər öyrənəcəksiniz. Həmçinin, bildiyiniz sözləri fərqli istifadə yerlərini də öyrənmiş olarsınız. Beləliklə, söz ehtiyatınızı artırarkən və ya təkmilləşdirərkən özünüzü də inkişaf etdirmiş olarsınız. Dolayısı ilə, sadəcə kitab oxuyub keçməyin. Oxumalı olduğunuz limitsiz sayda mənbə var.

Öyrəndiyiniz yeni sözlərin hamısını qeyd edin

Bu klassik tövsiyədir. Çünki işə yarayır. Yeni söz öyrənməkdən o qədər xoşumuz gəlir ki, o sözü heç vaxt unutmayacağımızı düşünürük. Ancaq əmin olun ki, bütün sözlər ilk dəfədən ağlımızda qalmır. Hətta qalsa belə, zaman keçdikcə mütləq şəkildə unudulur. Bunun qarşısına keçmək üçün yanınızda qeydlər apardığınız dəftər saxlayın və ya əgər dəftər gəzdirmək çox da xoşunuza gəlmirsə, o zaman Evernote kimi proqramlardan istifadə edə bilərsiniz. Yeni söz eşitdiyiniz və oxuduğunuz zaman həmin sözü, içində istifadə edildiyi cümlə ilə birlikdə qeyd edin.

İnsanlarla real həyatda ünsiyyət qurun

Əgər ünsiyyət qurmaq üçün istifadə etməyəcəksinizsə, o zaman dil nə işə yarayacaq ki? Təbii ki, WhatsApp sayəsində ağzımızı açmadan ünsiyyət qurma mövzusunda artıq mütəxəssisləşmişik. Ancaq hər hansı bir dili danışmaq, o dildə yazılmış yazıları oxumaqdan və ya həmin dildə yazılar yazmaqdan daha faydalıdır. Dil öyrənənlərin yarısından çoxu “başa düşürəm, amma danışa bilmirəm” deyənlərdir. İngilis dilində danışmaq və sürətli formada İngilis dilində öyrənmə istəyi olan çox sayda insanların çoxu ilk uğursuzluqda, öyrənməyi bir kənara qoyurlar. Onlardan biri olmayın. Ana dili İngilis dili olan və sadəcə söhbət edə biləcəyiniz insanları axtarın, bir kursa yazılın və ya internetdən dərslər alın.

İngilis dilində proqramlar yayımlayan kanallara abunə olun

Siyasət? Bloqlar? Yemək hazırlama proqramları? Xəyal edə biləcəyiniz bütün maraq dairələrini əhatə edən mövzularda mütləq şəkildə İngilis dilində yayımlar edən YouTube kanalı ya da radio proqramları mövcuddur. Bunlardan bir neçəsinə abunə olun və maşın sürdüyünüz zaman, məktəbə, işə və s. gedərkən bu proqramları dinləyin. İlk başda, yerli aksentlərin bir az çətin olduğunu düşünəcəksiniz, ancaq bir müddət izləməyə (dinləməyə) davam etdikdən sonra nə eşitdiyinizi anlamağa başlayacaqsınız. Həmçinin ana dili İngilis dili olan şəxslərin iştirak etdiyi yayımlardan da xeyli sayda yeni sözlər öyrənəcəksiniz.

Xaricə səfər edin

İngilis dilli bir ölkədə yaşayarkən dil öyrənmə prosesimiz çox sürətli formada irəliləyəcəkdir. Məlum məsələdir ki, dünyada ən çox danışılan dil İngilis dilidir. Əgər maddi vəziyyətiniz əl verirsə, o zaman getmək istədiyiniz ölkələrin siyahısını tutun və o listdəki İngilis dilli olan ölkələrdən birinə səyahət edin. Buna misal olaraq, Avstraliya, Yeni Zellandiya, İngiltərə, İrlandiya, Amerika, Kanadı, Cənubi Afrika ölkələri göstərilə bilər.

Dostlarınızdan istifadə edin

Əgər internetdə İngilis dilli paylaşımlar edən dostlarınız varsa, o zaman onlardan istifadə edin. Paylaşdıqları şeylərə daimi olaraq nəzər yetirin və hər gün ən az bir-iki dənə də olsa yeni nələrsə öyrəndiyinizdən əmin olun. Bunlar xəbərlər, məqalələr, videolar, bloq paylaşımları, mahnılar və ya başqa hər hansı bir şey ola bilər. Əgər İngilis dilindədirsə və mövzusu maraq dairənizə daxildirsə, əmin olun ki, sizin üçün faydalı olacaqdır.

Suallar verin

İnsanın başına nə gəlirsə gəlsin, maraqdan gəlir. Bu, eyni zamanda dili öyrənməyə yeni başlayan şəxslərin daha çox danışmağına şərait yaradır. İngilis dilini öyrənmə prosesində sizə maraqlı gələn bir çox suallar olacaqdır. Suallarınızı görməzdən gəlməyin, onlara cavab tapmağa çalışın. Əgər kursa gedirsinizsə, o zaman müəlliminizə bu sualları verin. Müəllimlər məhz bunun üçündürlər. Yox, əgər, tək başınıza öyrənirsinizsə, o zaman cavabları bloqlarda, xarici dil öyrənmə saytlarında axtarın, dil öyrənən digər şəxslərə sual verin. Əmin olun ki, nəticəsi sizi məmnun edəcəkdir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Sevdiyiniz məşhurlardan faydalanın

İngilis dilində danışan aktyor və ya müğənni seçərək öyrənmə prosesinizə əlavə dəyərlər qazandırmağa çalışın. İnternetə girin və onların verdikləri reportajları tapın, izləyin! Əvvəlcə, videonu ümumi mövzunu başa düşmək üçün vizləyin. Sonra isə təkrarən eşitdiyiniz və sizə maraqlı gələn nüansları və sözləri qeyd etmək üçün özünüzə vaxt ayırın. Bu reportajdan çıxan ifadələr, idiomlar, hekayə və anekdotlar sizə üzərində çalışmanız üçün kifayət qədər material verəcəkdir.

Həqiqətdə ehtiyacınız olan şey nədirsə, onunla başlayın

Əgər özünüzə daima hədəfinizi xatırlatsanız, o zaman İngilis dilini öyrənmə çalışmalarınızın çox daha sürətli irəliləməsi qaçınılmaz olacaqdır. Hər hansı bir tələbə mübadilə proqramına qatılacaqsınız? O zaman çalışmalarınızla bağlantılı olan sözləri öyrənməyə fokslanın. Başqa bir ölkədə konfransınız var? Digər iştirakçılarla danışıq zamanı istifadə etmək üçün danışıq qabiliyyətinizi artırın. Əgər səyahət edəcəksinizsə, o zaman səyahət və turizm ilə bağlı olan söz ehtiyatınızı yeniləyin. Əgər İngilis dilini öyrənməyə sehrli bir çubuqla hər şeyi bir anda öyrənəcəyinizi ümid edərək başlayırsınızsa, o zaman öyrənmə prosesi müddətində özünüzü bezmiş və yorğun hiss edəcəksiniz.

Bacarmadığınızı hiss etdiyiniz zamanlarda özünüzü incitməyin

Heç nəyi başa düşmürmüş kimi bir hissə qapıldığınız və ya problemlərlə qarşılaşdığınız zamanlarda (hansı ki, öyrənmə prosesində hamının başına gəlir) özünüzə qarşı “İngilis dilində danışmağı bacarmıram” və ya “heç vaxt bacarmayacağam” tipli ifadələr işlətməyin. Hətta bu cümlələri ağlınızdan silib atın! Bu cümlələr qət etdiyiniz yolu görmənizin qarşısında maneə olaraq dayanacaq. Həmçinin İngilis dilində öyrənmə və danışma xəyallarınızın imkansız olduğunu düşünməyinizə səbəb olacaqdır. Bu növ cümlələrin əvəzinə “İngilis dilini öyrənirəm və hər gün özümü inkişaf etdirirəm”, “çox asan olmasa da, yenə də buna dəyər”, “6 ay əvvəlki vəziyyətimdən daha yaxşıyam” kimi cümlələr qurmaq sizə fokslanmalı olduğunuz əsas hədəfi xatırladacaq və İngilis dilini sürətli formada öyrənmək yolunda stimul verəcəkdir.

Dil öyrənmə prosesi və elmi araşdırmalar

Dil öyrənmə prosesi elm insanları üçün çox vacib tədqiqat sahəsidir. Çünki dil öyrənmə qabiliyyəti insanları digər canlılardan ayıran bir davranışdır. Elm, insan beyninin necə işlədiyini bilir. Elm, necə öyrəndiyimizi və danışdığımızı da bilir. Bəs yaxşı, bu qədər araşdırma bizim nə işimizə yarayı? Biz onlardan necə istifadə edə bilərik? Bir dili müəyyən bir metodla öyrənməyin necə olduğunu anlayaraq dil öyrənmə prosesimizi daha sürətli və asan vəziyyətə gətirə bilərik.
İndi isə elmi tədqiqatlar sayəsində İngilis dilini daha sürətli öyrənməyə başlaya bilərsiniz. Bunları necə tətbiq edəcəyiniz ilə bağlı məlumatları burada veəcəyik.

Bol-bol İngilis dili dinləyin

Elm nə deyir?
Dilçi elm insanlarının dili öyrənmə metodlarımızdan biri üçün istifadə etdikləri xüsusi bir termin var: Şüursuz, fərqində olmadan (ing. unconscious) və ya səthi (ing. implicit) dil öyrənmə. Bu növ öyrənmə metodu, bizim öyrənməyə xüsusi cəhdlər etmədiyimiz zaman, yəni dili öyrənməyə çalışmadığımız zamanlarda reallaşır. Bu metod, stolun başına oturub qrammatika öyrənməyə çalışmaqla olmur. Çox da diqqət yetirmədən, bol-bol İngilis dili dinlədiyimiz zamanlarda olur. Arxa pllanda İngilis dilində olan səslər vasitəsilə, biz diqqətimii verərək dinləməsək də, qarşılıqlı olaraq danışmasaq da, ya da qeydlər aparmasaq da beynimiz avtomatik olaraq səsləri, aksentləri, sözləri və qrammatikanı özünə cəlb edir, yəni öyrənir. Bunun ən qəribə tərəfi isə odur ki, biz sözlərin hansı mənaya gəldiyini bilməsək də, qulaq asaraq öyrənirik. Tədqiqatlar göstərir ki, insanlar bu metodla müxtəlif dilləri öyrənə bilər. Çünki qulaq asdığımız zaman şablonları və frazaları da öyrənirik. Bu, öyrənmənin ən təbii yoludur, necə ki, uşaqlar bunu tətbiq edirlər. Körpə uşaqlar əvvəlcə danışa bilmirlər, sadəcə dinləməyi bacarırlar. Deyilən şeyləri tam başa düşəcək və ardından özləri də dili istifadə edəcək vəziyyətə gələnə qədər bütün zamanlarını dinləyərək keçirirlər.
Nə edə bilərsiniz?
Bacara bildiyiniz qədər çox İngilis dili dinləyin. Daima! Dayanmadan! Otağınızda, ofisinizdə və ya qulaqlığınızda – mümkün olan hər an İngilis dilində nələrsə dinləməyə çalışın. Televizoru İngilis dilində izləyin, musiqini İngilis dilində dinləyin, İngilis dilində radio proqramları və podcast-lar, İngiliscə səsli kitablar dinləyin. Ana dili İngilis dili olanların bir-biri ilə danışıqlarını dinləyə biləcəyiniz yerlərə gedin. Mümkün olduğu qədər çox dinləyin. Diqqətlə qulaq asmaq məcburiyyətində deyilsiniz, dinlədiyiniz zaman ətrafda gəzə bilər, mənzərədən zövq ala bilərsiniz. Kitab oxuyub, idman zalında idman edə bilərsiniz. Ev tapşırıqlarınızı həll edə, məqalə yaza bilər və ya gündəlik işlərinizlə məşğul ola bilərsiniz. Nə ilə məşğul olursunuzsa olun, İngilis dilli səslər qulağınıza, ordan da beyninizə girdiyi müddətdə siz fərqinə belə varmadan İngilis dilini öyrənmiş olacaqsınız.

Oxşarlıqları öyrənin

Elm nə deyir?
Yeni dil öyrənmənin ən çətin tərəfləindən biri də çox sayda yeni səsləri öyrənmək məcburiyyətində olmaqdır. İngilis dilində olub, Azərbaycan dilində olmayan çox sayda səs vardır. Ancaq gözünüz qorxmasın, bu mövzuda da yaxşı xəbərlərimiz var – tədqiqatlara görə hər birimiz hansı səsin məna ifadə etdiyini hansı səslərin anlamsız olduğunun fərqinə vara biləcək formada doğulmuşuq. Dillər bir-birindən çox fərqli olsalar da, bir çox oxşarlıqları mövcuddur. Məsələn, İngilis dilində olan bəzi sözlər “BL” hərfləri ilə başlasa da (göz vurmaq mənasına gələn “blink” sözü kimi), böyük ehtimal ki, heç vaxt “LB” ilə başlayan bir söz eşitməyəcəksiniz. Qəribədir, deyilmi? Bəzi səslərin mənası yoxdur. Hətta heç bir sözü bilməyən körpə uşaqlar üçün belə.
Nə edə bilərsiniz?
İngilis dilini öyrənərkən bu reallığı unutmayın: Əgər sizə qribəi gələn bir söz və ya səs eşitsəniz, o sözün və ya səsin həqiqətən də var olmama ehtimalı çoxdur. Əgər İngilis dilində yan-yana gəlməsi mümkün olmayan səsləri və hərfləri bilsəniz, o zaman sözləri düzgün formada yazmağı da daha rahat öyrənərsiniz. Məsələn, Azərbaycan dilində “ruh” mənasına gələn “ghost” sözünü yazmağa çalışdığınız zaman g və h hərflərinin sırasının necə olduğunu unutmusunuzsa, o zaman sözü iki formada da səsli olaraq tələffüz edin. “Hgost,” deməyə çalışarkən “HG” səsini tələffüz etmək o qədər də asan olmur. Lakin “ghost” sözündəki “GH” səsini çıxartmaq mümkündür.

Yeni səsləri ayrı-ayrılıqda öyrənin

Elm nə deyir?
İngilis dilini öyrənmək beynin işləmə prinsipini dəyişdirir. İnanılmaz olsa da, yeni bir dil öyrənmək beynin böyüməsinə səbəb olur. Araşdırmalar da göstərir ki, yeni bir dil öyrəndiyimiz zaman beynimizin bəzi hissələri böyüyür. Böyümə nə qədər çox olsa, yeni dili öyrənmək də o qədər asan olar. Bu tədqiqatın maraqlı nəticələrindən biri də o oldu ki, beynimizin fərqli səslərə fərqli reaksiyalar verdiyini göstərdi. Məsələn, L və R hərfləri dili yeni öyrənməyə başlayanların çətinliklə ayırd edə biləcəyi səslərdir.
Nə edə bilərsiniz?
İngilis dilini ana diliniz kimi başa düşməzdən və danışmağa başlamazdan əvvəl İngilis dilindəki səsləri öyrənin. Başa düşməkdə və ya tələffüz etməkdə ən çox çətinlik çəkdiyiniz səsləri tapın və onlarla bağlı əlavə məşqlər edin. Bəzi araşdırmalar, göstərir ki, səsləri yavaş sürətdə dinlədiyimiz zaman daha sürətli öyrənirik. Səsləri yavaşlatmaq üçün hər hansı bir xüsusi proqrama ehtiyacınız yoxdur, bunu sizin üçün YoutTube edə bilər. Köməyə ehtiyacınızın olduğunu düşündüyünüz səslər mövzusunda ana dili İngilis dili olan şəxslərin bu səsləri istifadə etdikləri videoları tapıb izləyin.

Sözlərin oxşarlıqların istifadə edin

Elm nə deyir?
Oxşarlıqlardan istifadə edildiyi zaman, sözlər ilə digər sözlər, səslər, hərəkətlər, fikirlər və şəkillər arasında bağlantı qurmuş olacaqsınız. Məsələn, “Woof” səsini eşitdiyiniz zaman onunla it arasında bağlılıq qura bilərsiniz. Bir Günəş şəkli gördüyünüz zaman “sun” (günəş), “warm” (ilıq) və “hot” (isti) sözləri ağlınıza gələr. Bunları fikirləşməklə bağlı zaman itirməzsiniz, çünki bu sözlər avtomatik olaraq yadınıza düşər.
Sözləri bənzərlik metod ilə öyrənmək həm əyləncəlidir, həm də İngilis dilini öyrənmə prosesini sürətləndirmək üçün də olduqca faydalı bir metoddur. Elm insanları bu araşdırmada işarə dilini, yəni eşitmə və danışma problemi olan insanlar tərəfində ünsiyyət qurmaq üçün istifadə edilən və sözləri yaratmaq üçün səslərin əvəzinə əllərdən və barmaqlardan istifadə edilən dili araşdırıblar. Araşdırmalar göstərmişdir ki, söz kimi görünən bu işarələri, yəni simvolları xatırlamaq daha asandır. Yəni, işarə dilində “yemək” sözü yemək yeyən bir insana oxşadığı üçün, bu sözü xatırlamaq daha asandır. Əl hərəkətləri təmsil etdikləri söz və ya fikirlə bağlı olmadığı zamanlarda isə onları yadda saxlamağın çətin olduğu sübut edilmişdir.
Nə etməlisiniz?
“Sun” – günəş nümunəsində olduğu kimi yeni sözləri öyrəndiyiniz zaman onları qruplar şəklində öyrənməyə çalışın. Bir sözü bir simvol ilə, hərəkətlə və ya başqa bir sözlə kombin edin. Zehninizdə güclü bir bağlantı qurduğunuz zaman o sözləri daha yaxşı xatırlayacaqsınız. Öyrənməyə çalışdığınız sözlərin mənasını göstərmək üçün əllərinizdən istifadə etməyi yoxlayın. Sözləri qeyd edərkən isə yanlarına mənasını yazmaq əvəzinə, mənaları ilə bağlı şəkillər çəkməyə çalışın. Sözləri əylənərək öyrənmə yoluna misal olaraq göstərə biləcəyimiz bir digər metod isə budur: Sözləri yazarkən Azərbaycan dilindəki qarşılığı nədirsə, sözü həmin formaya salaraq yazmağa çalışın. Google image istifadə edərək bununla bağlı yeni fikirlər əldə edə bilərsiniz. Bu metod vasitəsilə, həm sözün mənası, həm də yazılışı yadınızda qalacaqdır.

Qaydaları yox, şablonları (pattern) xatırlayın

Elm nə deyir?
Şablonları nə dərəcədə yaxşı xatırlayıb, təkrarlaya bilməyiniz, o dili hansı sürətlə və nə qədər asan öyrənə biləcəyiniz mövzusunda çox şey ifadə edir. Dillər şablonlardan ibarətdir və bu şablonları nə qədər asan formada ayırd edə bilsəniz, dili də o dərəcədə sürətli öyrənərsiniz.
Nə edə bilərsiniz?
İndiyə qədər İngilis dilinin qrammatik qaydalarını və sözlərin yazılışlarını öyrənmək üçün müəyyən müddət vaxt sərf etmisiniz. Sərf edilən bu qədər zamandan sonra artıq qaydaları deyil, şablonları düşünün və xatırlamağa çalışın. Beləliklə, İngilis dilini daha asan və sürətli öyrənə bilərsiniz. Məsələn, keçmiş zamanda (past tense) olan qaydalı felləri düşünün. Qaydalara əsasən, qaydalı felləri keçmiş zaman formasına gətirmək üçün felin sonuna -ed şəkilçisi əlavə edilir. Əgər sadəcə bu cümləni oxumaqla qaydaları xatırlaya bilirsinizsə, o zaman möhtəşəm! Lakin, əksər insanlar qaydalarla bağlı nümunələri görmədən onları xatırlaya bilmirlər. Bu qaydaya aid şablonları görmək üçün, bir neçə felin keçmiş zamanına baxaq:
Rain – Rained – yağış – yağış yağdı
Want – Wanted – istəmək – istədi
Learn – Learned – öyrənmək – öyrəndi
İndi isə bir addım daha ataq. Aşağıdakı fel qrupu ilə yuxarıdakı fel qrupu arasında bir fərq var:
Plan – Planned – plan qurmaq – plan qurdu
Rot – Rotted – çürümək – çürüdü
Stop – Stopped – dayanmaq – dayandı

Buradakı təməl şablonun nə olduğunu görə bildinizmi? Əgər ayırd edə bilmədiniszə, qeyd edək ki, bu üç feldə tətbiq edilən qayda budur: əgər felin sonu sait – samit – sait hərflərlə bitisə, o zaman fel -ed şəkilçisi qəbul etməzdən əvvəl, felin sonundakı hərf iki dəfə yazılır. Əgər gələn dəfə də qaydaları əzbərləməklə bağlı çətinlik yaşasanız, o zaman qayda ilə bağlı şablonlara nəzər salın.

Sözləri yox, sözlərin yaratdığı frazaları (phrase) öyrənin

Elm nə deyir?
Bəzi sözlər tək halda da məna ifadə edirlər, amma bəzi sözlər var ki, onlar sadəcə digər sözlərlə bir araya gəldiyi zaman tamamən fərqli məna ifadə edirlər. İngilis dilində bir cümləni oxuduğumuz zaman bu sözlərə diqqət etməliyik. Əgər siz “I ran around” tipli bir cümlə qursanız, bu cümlə hər hansı məqsədiniz olmadan qaçdığınız mənasına gələr. Əgər bu cümləyə sadəcə və sadəcə iki söz də əlavə etsəniz, o zaman cümlə “I ran around the park” formasında olar və bu da “parkda qaçdım” mənasına gələr. Yəni bu iki cümlə arasında çox böyük məna fərqi var.
Bu o qədər təəccüblü görünməsə də, yaxın zamana qədər dilçi alimlər belə hesab edirdilər ki, cümlələri bir bütün olaraq dinləyib, sonra isə parçalarına ayırırıq. Son zamanlarda edilən tədqiqatlar isə göstərdi ki, sözlərin sırası bötüv bir cümlədən daha vacibdir. Belə düşünün: “Bread and butter” və “butter and bread” eyni mənaya gəlirlər (bread – çörək, butter – yağ), ancaq bunlardan sadəcə biri doğru söz sıralamasına uyğun gəlir ki, o da “bread and butter”-dir. Bunu Azərbaycan dilindəki bal və qaymaq, Leyli və Məcnun, Leyla ile Mecnun kimi düşünə bilərsiniz. “Məcnun və Leyla” dediyimiz zaman qulağa bir az qəribə gəlir, elə deyilmi?
Nə edə bilərsiniz?
Bir çox sözün birdən çox mənası olduğu üçün sözləri tək-tək öyrənmək çətin ola bilər. Bundan əlavə, İngilis dilində olan bir sözün mənasını bilməyiniz onu istifadə edə biləcəyiniz mənasına da gəlmir. Bu səbəbdən də İngilis dilində yeni sözlər öyrəndiyiniz zaman həmin sözlərin frazalar, cümlələr və danışıq içərisində necə istifadə edildiyini də öyrənməlisiniz. Məsələn, “retrospect” sözü “geriyə, keçmişə” mənasına gəlir. Lakin böyük ehtimal ki, bu sözü heç vaxt başında “in” olmadan görə bilməyəcəksiniz. Misal üçün; In retrospect, I shouldn’t have eaten the whole cake – keçmişə baxdığım zaman, bütün tortu yeməməli olduğumu düşünürəm.
İngilis dilindəki sözlərlə bağlı frazaları və sözlərin hansı sinfə daxil olduğunu öyrənməklə, həm danışıqlarınız daha səmimi olacaq, həm də danışılanı daha rahat başa düşəcəksiniz.

Musiqi vasitəsi ilə öyrənin

Elm nə deyir?
Uşaq vaxtı öyrəndiyiniz mahnıları hələ də xatırlayırsınız, elə deyilmi? Baxmayaraq ki, o mahnıalrı çox uzun illər əvvəl öyrənmisiniz, əminik ki, ananızın və ya müəllimlərinizin sizə öyrətdiyi o şirin mahnıları hələ də oxuya bilirsiniz. Bəs necə olur ki, o mahnılar bu qədər yaxşı yadımızda qalır? Uşaqların xarici dil öyrənməyin ən vacib parçası musiqilərdir. Bu səbəbdən də uşaqların rəqəmləri və hərfləri daha asan öyrənmələrinə və yada salmalarına kömək edən, sait səslərin necə istifadə edildiyini görmələrini asanlaşdıran və yeni sözlər öyrənmələrinə şərait yaradan çoxlu mahnılar vardır. Mahnılardakı təkrarlamalaq və musiqi, uşaqların dilin ən vacib hissələrini öyrənməsini asanlaşdırır.Adətən, dil öyrənmə bacarıqları çox önəmli görülməyinə baxmayaraq, musiqi o qədər də önəmli qəbul edilmir. Lakin araşdırmalara görə, musiqi və dil öyrənmə yollarımız bir-birinə çox oxşayır və ikisi də çox vacibdir. Necə ki, pianinoda notların fərqli olduğunu ayırd edib öyrəniriksə, eləcə də dil öyrənərkən tələffüzdə yaranan fərqləri öyrənirik.
Nə edə bilərsiniz?
Dil, öz içində musiqi kimidir. Dil bacarıqlarını musiqidən faydalanaraq öyrənmək, öyrənmə prosesini daha sürətli və asan vəziyyətə gələcəkdir. İngilis dilini öyrənmək üçün çox sayda mahnı vardır ki, bunların çoxunu da YouTube-da və ya bir çox tətbiqetmələrdə tapa bilərsiniz. Təəssüf ki, İngilis dilini sürətli öyrənmək üçün asan və kəsdirmə yollar yoxdur, ancaq elm bəzi yolların digərlərinə görə daha effektiv olduğunu və daha çox işə yaradığını və prosesi daha da sürətləndirdiyini sübut edib. Bunlardan biri də yuxarıda qeyd edildiyi kimi mahnılar vasitəsi ilə dil öyrənməkdir. Elmi araşdırmalara və sınaqlara görə, yuxarıdakı ip ucları İngilis dilini daha yaxşı, daha asan və daha sürətli formada öyrənməyə kömək edəcəkdir. Bundan əlavə, siz öyrəndikcə, inkişaf etdikcə və böyüdükcə beyniniz də böyüyəcəkdir!

Uşaqlar üçün kurslar

Övladlarınızın zehni cəhətdən inkşaf etməsini və sürətli hesablama bacarığının olmasını istəyirsiniz? O zaman en doğru seçim mental arifmetika! Zehni inkşaf proqrami olan mental arifmetika uşaqların sürətli hesablama

5 13 yaş uşaqlar və Tədris etmek istəyən hərkəs müraciət ede bilər.Uşaqlarda sağ və sol beyin loblarının hər ikisini eyni anda işləməsinə kömək edir ,Surətli hesablamaqla yanaşı uşaqlarda özgüvən hissini yaradır

Hörmetli valideynler 25 illik mektebe qeder ve ibtidai sinif müəllimi eyni zamanda ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve

Salam. Dəyərli ŞAGİRDLƏR və VALİDEYNLƏR yay məktəbi qeydiyyatimiza start veririk. Sizdə bizə qoşulmaq və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə saxlaya bilərsiniz.

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

Uşaqlar və məktəblilər üçün alman dili dərsləri Uşaqlara uyğun sərbəst dərs günü və saatı seçimi. Sizə uyğun öyrənmə fotmatını seçin: qrup və ya fərdi; əyani və ya online! 3 aylıq paket ödənişi edənlərə xüsusi 15%

MENTAL ARIFMETIKA qruplari yigilir.Kursu bitirenler sertifikatla temin olunur.Dersler whatsapp ve ya zoomla kecirilir. Heftede 2 defe 20 man qrup Heftede 2 defe 55 man ferdi

Əziz valideyinlər! Əgər siz övladınızın gələcəyinin parlaq olmasını istəyirsinizsə o zaman şahmat onun üçün ən doğru seçim olacaqdır. Çünki məhz burada o təcrübəli müəllimin köməyi ilə şahmat dünyasında ilk addımlarını

Salam Abakus barmaq Toplama çıxma Paf materislları xüsusi dərslik Kompyuter telefon proqramı

Həftədə 3 dəfə qrupla 2 saat, fərdi 1,5 saat olmaqla keçirilir. Sahil metrosu yaxınlığındadır ofis, Grupla 80 man, fərdi isə 120

Dərslər fərdi şəkildə həftədə 3 dəfə,hər dərs 1 saat olmaqla keçiriləcək.Qiymət 150 azn (Fərdi şəkildə olan dərslər həm canlı,həm də online şəkildə mümkündür) Dərslər FM İlyaslı Uğur (18 yaşlı oğlanlar arasında Avropa

Eziz və hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

Eziz valideyinler övladınızın tedris bünövresini düzgün qurmaq isteyirsiniz? O zaman men pedaqoq Lamiyyə müəllimə İbtidai sinif, 5-6-cı sinif riyaziyyat və məntiq fənlərini şagirdlere eyani ve online dersleri tedris

Günümüzdə hər bir fənni daha yaxşı qavramaq üçün eyni zamanda liseylerə qəbul imtahanlarında, olimpiada və ya yarışlarda məntiqə geniş yer verilir. kurikulum tehsil sistemi uşaqlardan yalnız dərsi əzbərləməyi yox,

Mektebe qeder ve ibtidai sinif şagirdlerinin yüksek seviyyede hazirligi keçirilir. 25 illik mektebde müellimlik tecrübem var. Əlave olaraq müxtelif kurslarda mektebe qeder və ibtidai sinif hazirligi üzre çalışmışam.

Eziz ve Deyerli valideyinler övladınızın tedris bünövresini düzgün qurmaq isteyirsiniz? O zaman men PEDAQOQ Resmiyye müellime 25 illlik iş tecrübem ile Mektebeqeder ve ibtidai sinif müellimesi olaraq şagirdlere eyani

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve Elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

Приглашаю на занятия по верховой езде всадников как с нуля, так и с наличием опыта. Работаю со взрослыми и детьми от 12 лет. На тренировках вы: • освоите технику безопасности при общении и работе с лошадью; •

Deslər heftede 2 defe online olaraq kecirilir.Beyinin inkişafına cox xeyri var .Zaman kecdikce özunuzde övladinizdaki deyisikliklerin şahidi olacaqsiniz .Yazılmaq üçün whatsapa yaza bilersiniz

Mental Aritmetika proqramının övladlarınıza xeyri: Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması; Riyazi təfəkkürün inkişafı; Yaddaşın və qavramanın güclənməsinə köməklik; Beyinin sağ və sol

İbtidai sinif hazırlıq 3 fenn paketi Dərslərə daxildir: • Azərbaycan dili • Riyaziyyat • İngilis dili Ay sonu keçirilən mövzular üzrə sınaq imtahanı İstəyə uyğun digər sinif fənnlərinin keçirilməsi Sınaq

4 + yas uzeri usaqlara ingilis dili dersleri Hem online hem canli dersler Heftede 3defe 1saat

Шахматы — это бесконечные упражнения для ума, который развивают умственные способности, используемые на протяжении всей жизни, такие как: концентрация, критическое мышление, абстрактное мышление, решение проблем,

Övladınızın dersleri ile meşğul olmağa zamanınız çatmır? Sizin de övladınız ev tapşırıqlarını etmekde çetinlik çekir? O zaman doğru ünvandasiniz. Qisa zama erzinde övladinizin derslerinde yüksek neticeler elde

Eziz ve hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

Həm əyani həm online, fərdi yaxud qrupla dərslər keçirilir. Dərslər yüksək səviyyədə, son metodlara və vəsaitlərə əsasən 10 ildən artıq təcrübəli müəllim tərəfindən keçirilir. Ünvan : İnşaatçılar metrosu yaxınlığında

Добрый день, меня зовут Оксана. Обучение взрослых и детей прикладному искусству на дому. Вяжу крючком, на спицах, более 30-ти лет. Мы с вами выбираем, когда, как, в каком количестве Вам удобно обучаться.

En yeni metodlarla ve asan üsullarla mektebe qeder ve ibtidai sinif şagirdlerinə hazirliq keçirem. Her bir uşağa ferqli yanaşma terzi sayesinde uşaqlara her bir fenni effektiv şekilde tedris edirem. Bu sahede 25 il

Digər elanlar

Uşaqlar üçün kurslar

Uşaqlar üçün kurslar axtarışındasınızsa, Kurslar.az saytına daxil olun!
Usaq kursları və uşaq hazırlıq kurslarına maraq bu gün hər kəsə lazımdır. Uşaqlar üçün kurslar uşaqların savadlı və bacarıqlı olması hər bir valideyn üçün vacibdir. Uşağın gələcək inkişafı üçün uşaq kurslarına yazdırmaq , onları inkisaf etdirmək lazımdır. Ən ucuz qiymətli elanları axtar tap az pul xərcləmiş ol.
Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhatə edən mühitlə əlaqədardır. Yaxşı mühitə düşən uşaq istər -istəməz normal olaraq formalaşır.Bütün dünyada olduğu kimi ölkəmizdə də uşaqlar üçün təhsilə böyük önəm verilir.Uşaqlar üçün təhsil onların istər intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır. KURSLAR.AZ sizə uşaqlar üçün kursların müxtəlif qollarına aid sahələri təqdim edir. Uşaqlar üçü boks, futbol, karate,şahmat,üzgüçülük,məktəbə qədər hazırlıq,məktəbə hazırlıq,robototexnika,aritmetik, rus dili və digər uşaq kurslarina uşaqları yazdıra bilərsiz.

Kurslar məlumatlar

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.