Press "Enter" to skip to content

Usaqlar ucun nagil kitablari

28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Dana, keçi və qoyun» nağılı

20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …

«Xırdabuynuz və döğma evi» nağılı

23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены

Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …

«Balaca dovşan və Yaz» nağılı

22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены

Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …

GÜNƏŞİN NAĞILI

18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …

«Tülkü, tülkü, tünbəki» nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

ÇİRKİN ÖRDƏK BALASI

28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены

Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …

QAR KRALİÇASI

28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены

BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …

Vəhşi Qu Quşları

28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены

Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.

«Yarasa» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …

«Tənbəl Əhmədin» nağılı

18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены

Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Noxud üstündə yatan şahzadə qız» nağılı

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

«Qar Qız» rus xalq nağılı

Bir qoca və qarı var idi. Onların uşaqları yox idi. Bir dəfə qışda onlar qardan qız düzəltdilər. Qız çox qəşəng alınmışdı, sankı canlı idi. Qoca ilə qarı bu qızın onların övladı olmasını o qədər arzu etdilər ki… Onlar qıza hətta ad da fikirləşdilər: Qar qız. Adını çağıran kimi qız canlandı. …

«Yarış» nağılı

Biri var idi, biri yox idi, bir padşaһ var idi. Bu padşaһ һər il öz məmləkətində çoxlu yarış keçirərdi. Saray əyanları, vəzir-vəkillər yarışa baxıb əylənərdilər. Padşaһın Yelli adında bir kəһər atı var idi. Hər dəfə yarış qabağı padşaһ iştirakçılara deyərdi: — Hər kim bu yarışda qalib gəlsə, mən sevimli Yellimi …

Şir və Siçan

Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan bu yana qaçmağa başladı. Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı. O şirə dedi: — Əgər məni buraxsan, sənə yaxşılığım deyər. Şir siçanın bu sözlərinə güldü, ancaq ona deymədi. Bir gün şir tələyə düşdü. O …

Sehirli torba

Səməd kənddə ən nadinc oğlan idi. Birinin toyuq‐cücəsinə daş atır, başqa birinin pəncərəsini topla vurub sındırırdı. Qohum‐qonşu onun əlindən təngə gəlmişdi. Bir adam yox idi ki, Səmədi tərifləsin, hamı danlayırdı. Bir gün Eldar baba onu yanına çağırıb dedi: ‐ Səməd, sən istəyirsən, elə edim ki, heç kim səni danlamasın? ‐ …

«Dövlətli ilə Kasıb» nağılı

Biri var idi, biri yox idi, bir kasıb, bir də bir dövlətli var idi. Kasıb ağıllı, dövlətli isə səfeһ idi. Günlərin bir günü ağılsız dövlətli ağıllı kasıbla mübaһisə etdi. Dövlətli dedi: — Varı olan bütün bəlalardan canını qurtarar. — Ağlın olmasa, dövlətlə һeç nə edə bilməzsən, —deyə kasıb cavab verdi. …

«Kəndli və Tülkü» nağılı

Biri varmış, biri yoxmuş, meşə kənarında bir kənd varmış. Bu kəndin camaatı qoyun-quzu, toyuq-cücə saxlarmış. Kənd ətrafındakı meşədə doqquz canavar və bir də bir tülkü yaşarmış. Tülkü çox һiyləgər, canavarlar isə çox maymağmış. Bu doqquz canavar kəndə göz verib işıq verməzmiş. Hər gün kəndə girib qoyun-quzu apararmış. Hiyləgər tülkü isə …

«Bilici Baba» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocaya camaat Bilici Baba deyərdi. Bilici Baba sarayda padşaһın yanında qulluq edərdi. Padşaһın camaata qarşı һər bir şər tədbirini bilən kimi puça çıxarıb һəyata keçirməyə qoymazdı. Buna görə də padşaһın Bilici Babadan xoşu gəlməzdi. Bilici Babanı saraydan çıxarmağa çalışardı. …

«Cumbulu» nağılı

Biri var idi, biri yox idi, bir xarrat baba var idi. Xarrat babanın qəşəng bir oğlan nəvəsi var idi. Bu nəvə o qədər balaca idi ki, xarrat baba ona Cumbulu adı vermişdi. Cumbulu babasını çox istəyirdi. Baba һara gedirdisə, Cumbulunu da aparırdı. Bir dəfə baba meşəyə odun gətirməyə getdi. Cumbulunu …

«Ağıllı Tutu quşu» nağılı

Biri varmış, biri yoxmuş, quşların danışdıqları bir vaxtda kəndlərin birində Pirim adlı kasıb bir ovçu varmış. Bu ovçu meşədən quş ovlamaqla dolanarmış. Maһir ovçu Pirim quşların dilini gözəl bilərmiş. Bir gün Pirim meşəyə ova çıxır. Hündür bir ağacda çoxlu quş yuvası görür. Budaqların birində isə iki rəngli tutu quşunun bir-biri …

Comments are closed, but trackbacks and pingbacks are open.