Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ
Unutmayın ki, bunu hər uşağın yaşaması və öyrənməsi lazımdır. 2-3 yaş uşaqlara gəldikdə biraz daha yetkin olurlar, onların qorxuları artıq qaranlıq, yüksək səs, heyvanlar, daha əvvəl heç tanımadığı insanlar və çimməkdir. (Bu ərəfədə ayrılıq narahatlığı davam edə bilər.) Xüsusilə, bu ərəfələrdə uşağı “məni əsəbləşdirərsən çıxıb gedərəm!” deyə qorxutmamaq çox vacibdir. Bu ərəfədə onsuzda uşağın ən böyük qorxusu ana və atanı itirməkdir. Bunun üzərinə gələn bu qədər şiddətli qorxu üsulu çox təsirli olmaqla bərabər və irəlidə bağlanmayacaq problemlər aça bilər.
Uşaq qorxularını necə çözməli?
Uşaqlarımızın qorxuları bizi narahat edən problemlərdən biridir.
Çox vaxt biz nə edəcəyimizi bilmirik və bir adət halı olaraq “Qorxma, balam”, “Ağlama, qorxulu heç nə yoxdur” ifadələrini istifadə edirik. Özünüzü uşağınızın yerinə təsəvvür edin. Siz həyəcan və qorxu hisslərini keçirdirsiniz və anlayış əvəzinə sizə hisslərinizi göstərməmək və dəf etmək tövsiyə olunur. Əgər uşaq bunu bacarsa idi, o, sizə müraciət etməzdi. “Qorxma!” sözünü deyərək siz uşağın hisslərinə əhəmiyyət vermirsiz. Qorxular müxtəlif əsaslı ola bilər. Ola bilsin ki, uşaq dənizdə batmaq qorxusu yaşayıb və bundan sonra onda suya girmək qorxusu yaranıb. Bəli, burda biz bu qorxunun səbəbini anlaya bilərik. Elə hallar da olur ki, uşaqların qorxuları əsassız olur və biz bu halda nə edəcəyimizi bilmirik. Bu halda qorxu bir aysberqə bənzəyir . Biz onun su üzərində olan hissəsini görüb, altındakı səbəbyaradan hissə isə gözdən qaçırılır.
Uşaqlarımızın səbəbsiz qorxuları nədən yaranır?
Uşaqlarınıza diqqət verin, qorxuları haqqında onlar nə zaman danışırlar? Adətən, ailədə ikinci uşağın doğulması ilə bağlı birinci uşaqlar çətin günlər keçirir. Ananın diqqətini və sevgisini balaca körpə alır. Uşaqlar diqqət verir ki, körpə həmən ağlayan kimi, ana onun yanına qaçır. Onlar bu adəti ananın diqqətini və sevgisini qaytarmaq üçün istifadə etməyə başlayırlar. Ona görə, əksər hallarda, analar böyük uşaqların özlərini körpə kimi apardığını müşahidə edir. Amma, çox təəssüflər olsun ki, uşaqların bu hərəkətləri anaları oyatmır və uşağın davranışının səbəbləri başa düşülmür.
Hər bir uşaq üçün ana ilə qarşılıqlı münasibət, sevgi, istilik bağları, ülfət çox vacibdir, sanki bir körpü kimidir. Necə ki, hamiləlik zamanı ananı övladı ilə birləşdirən göbək bağı var idisə, doğuşdan sonra onu əvəz edən ana qayğısı olur və əgər uşaq bu ülfəti, yəni qarşılıqlı münasibəti itirirsə, bu o deməkdir ki, o qayğısız qalıb və onun həyatı üçün təhlükə yaranıbdır. Bu ülfətin itirilməsi onlarda qorxu hisslərinin yaranmasına səbəb olur. Çünki bu vaxta qədər, hər şey yaxşı idi, ana uşağa qayğı göstərirdi, uşaq özünü əmin-amanlıqda hiss edirdi. İndi isə ana onu sanki unudub. Sevgi əvəzinə o danlanır, anlayış əvəzinə “qorxma!”, “hər şey yaxşıdı!”, “bəsdir ağladın!”, “özünü uşaq kimi aparma”, “sən artıq böyümüsən” və s. ifadələri eşidilir.
6-7 yaşına kimi uşaqların iradəsi çox zəif olur, eyni zamanda rasional düşüncəyə malik olmayan uşaqlar öz hisslərinin, emosiyalarının təsiri altına çox düşürlər. Təsəvvür edin, siz liftdə tək qalmısız və ya meşədə. İndi isə, təsəvvür edinki, siz tək deyilsiz, yanınızda sizə yaxın, doğma olan kimsə var. Təbii ki, tək qalmaq daha qorxuludur. Ona görə biz axşamlar uşaqları yatızdırmaqda çətinlik çəkirik. Yuxu onlar üçün ayrılıqdır. Biz yuxunu başqa cür görürük. Bizim üçün yuxu çətin gündən sonra bir istirahətdir. Amma uşaqlar bunu elə görmür. Ona görə yuxu zamanı gələn kimi gah su istəyirəm, gah acmışam (baxmayaraq ki, təzəlikcə yemək yemişdilər), gah “mən rəsmimi bitirmədim” kimi bəhanələr gətirilir. Bəli, bu hərəkətlər bizi qıcıqlandırsada, onların əsas səbəbini anlayıb, uşaqlara “indi yatmasan qonşunu çağıracam”, “yatmasan sabah parka aparmayacam” və ya “tez gözlərini yum, yoxsa indi səni döyəcəm” ifadələrinin yerinə, səbr ilə “sən tək yatmaqdan qorxursan?”, “mən sənin yanındayam”, “mən səni çox sevirəm”, “sən mənim üçün çox dəyərlisən” və digər bu cür ifadələrdən istifadə etmək gərəkdir.
Qorxu “aysberqinin” altındakı olan hissəni görməsəzdə, duymağa çalışın. Böyük uşaq, balaca uşaq anlayışı yoxdur. Onlar hamısı uşaqdır. Ülfət yalnız qarşılıqlı olmalıdır. Əgər münasibətlərdə boşlıqlar varsa, orda əminlik itir və həyəcan hissi yaranır. Maraqlısı budur ki, siz unutsaz da, uşaqlar unutmur. Onlar gəlib sizə “Ana, mən səni sevirəm”, “Ana, sən məni sevirsən?” (ülfəti təsdiqləmək üçün), “Ana, sən mənim canımsan” və s. kimi eyni müraciətlər ataya qarşıda ola bilər. Bu uşağa doğma olan inlanların münasibətlərindən asılıdır.
Xatirimə bir uşaq gəldi, onun atası müvəqqəti olaraq səfərdə idi. Atasına telefon vasitəsi ilə belə bir sevgi məktubu ünvanlamışdı: “Sən mənim canımsan, sən mənim çikolatımsan, sən mənim ürəyimsən….”. Bu uşağın atasına olan bağlılığı göstərir və uşaqlar üçün bu nə qədər əhəmiyyətli olduğunu sübut edir. Bəli, siz uşağa əminli bir şərait yaratsaz, ona həqiqətən “mən sənin valideynin, mən sənə görə məsuliyyət daşıyıram, sən mənə əmanət olaraq verilmisən və sən sevgi və qayğı almağa haqqın var” mesajını gün ərzində öz davranış və xoş rəftarınızla göstərsəz, o sizə öz qəlbini verəcək, böyüyəndən sonra isə qəlbini açıb sizinlə dost olmağa da çalışacaq.
Uşaqların qorxularını və həyacanlarını boş verməyin. Hər bir həyacan və qorxu sizə bir mesajdır. Onlara diqqətlə yanaşın. Uşaqlıqda onlara rəhmli olun ki, böyüyəndə sizə rəhimli olsunlar. Çünki qəlb həssasdır, xoş bir söz onu yumşaldır, kobud bir söz isə onun daşlaşmasına səbəb ola bilir. Yalnız sevən, qəlbi həlim uşağı tərbiyə etmək olar. Qorxuları dəf etmək istəyirsizsə, ilk növbədə münasibətlərinizi düzəldin, uşağa anlayış göstərin, onun əminlik hissini bərpa edin.
Müəllif: Gülarə Rüstəmova
Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi.
Vib.az
Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ
Uşaqlıq qorxuları çox müxtəlifdir, bunlar uşağın yaşından asılı olaraq deyişir. İlk növbədə, bu qorxuları uşaqlarda çox ciddi problemlər kimi görmemek və yaşanması lazım olan bir müddət kimi mənimsəməkdir. Lakin qorxuların səbəbləri araşdırılmalıdır. 24 aya qədər uşaqlar üçün ayırma narahatlığı (ayrı-ayrı narahatlıq) yaşamaq normaldır və biz uşaqın inkişafı üçün zəruri olduğunu bilməliyik. Uşaq anasına bir müddət ayrıldıqda və anasına qayıtdıqda anasının ölmədiyini və bunun müvəqqəti olduğunu öyrənir. Bu mərhələni uşaqlıq qorxuları prosesində keçmək üçün bir az vaxt tələb oluna bilər. Bu ərafədə, uşağınız arxanızca ağladığı zaman onu arxanızda qoyub gedərkən, özünüzü pis ana və ya ata kimi qiymətləndirməməlisiniz.
Unutmayın ki, bunu hər uşağın yaşaması və öyrənməsi lazımdır. 2-3 yaş uşaqlara gəldikdə biraz daha yetkin olurlar, onların qorxuları artıq qaranlıq, yüksək səs, heyvanlar, daha əvvəl heç tanımadığı insanlar və çimməkdir. (Bu ərəfədə ayrılıq narahatlığı davam edə bilər.) Xüsusilə, bu ərəfələrdə uşağı “məni əsəbləşdirərsən çıxıb gedərəm!” deyə qorxutmamaq çox vacibdir. Bu ərəfədə onsuzda uşağın ən böyük qorxusu ana və atanı itirməkdir. Bunun üzərinə gələn bu qədər şiddətli qorxu üsulu çox təsirli olmaqla bərabər və irəlidə bağlanmayacaq problemlər aça bilər.
Uşaqlıq qorxularının səbəbləri:
Qorxu istifadə olunmayan ailələrin uşaqlarında da qorxu ola bilər. Məsələn, “Sən edə bilməzsən! Mən sənin yerinə edərəm deyib uşağı qorumaq məqsədi ilə davranan ana və ataların uşaqları özlərinə güvənməzlər. İrəlidə ana və atalarının olmadığı mühitdə, bacarıqları qeyri-adekvatdır, hər şeydən qorxur və özlərini qoruya bilmirlər. Əlbəttə, uşaqlar müəyyən dərəcədə qorunub saxlanılmalıdırlar, amma onların dərəcəsini yaxşı tənzimləmək lazımdır. 4-5 yaş uşaqlarda ana və atanı itirmək qorxusundan əlavə, yıxılmaq və bədənin zərər görməsi (real təhlükələrdən qorxmağa başlayarlar bir itin hücum etməsi, bir yerdən yıxılmaq və s.) qarşılaşan qorxular içərisindədir. 6 yaşlı uşaqlar indi daha çox intellektual səviyyəyə gəlmiş və bu ölçülərdə qorxuları dəyişmişdir. Artıq onların qorxularını həll etmək bacarığını inkişaf etdirməyə imkan vermək üçün biraz dəstəklənmələri lazımdır. Beləliklə, gələcəkdə qarşılaşa biləcək təhlükələrdən özlərini müdafiə edə bilərlər.
Gecə qorxuları:
Məktəbəqədər yaş dövrü uşaqlarda tez-tez görülən qorxulardan biridir. Uşaq qorxduğunu söylüyərək ana və atalarının yanına gedərək onlarla yatmaq istəyər. Bunun səbəbi ərköyünlük və ya ciddi bir problemin nəticəsi ola bilər. Məsələn, Ana və atanın dalaşdığını görən uşaq (ata anaya qışqırmış və ya şiddət göstərmiş ola bilir) ananı itirmək qorxusu səbəbi ilə yata bilməz. Oyaq qalaraq və anasının yanında qalaraq onun getməsinə özlüyündə əngəl olmaqdadır. Ananın bir müddət evi tərk etməsi kimi bir hadisəni yaşadıqdan sonra evə geri gəldiğində eyni itirmək qorxusu davam edəcəkdir. Ana və ata arasında “Belə davranarsan çıxıb gedərəm!” və buna bənzər təhditlər uşağa çox təsir edir. Son olaraq məsləhətimiz, uşağınızın qorxularını öyrənməyi və onlara müvafiq davranmanızı məsləhət görürük.
Comments are closed, but trackbacks and pingbacks are open.