Press "Enter" to skip to content

Üslublar haqda

3) очень суровый, без снисхождения. Ciddi qanun строгий закон, ciddi nəzarət строгий контроль, строгий надзор, ciddi tədbirlər строгие меры, ciddi xəbərdarlıq строгое предупреждение; ciddi töhmət строгий выговор

Brutalizm

20-ci əsr memarlıq üslublarından ən kobud və ən xoşuma gələn üslub- Brutalizm.

Sözün mənası ingilis dilindən tərcümədə “kobud” deməkdir. 1950-ci illərin ortalarında yaranıb. Bu üslubda kobud ağır formalar ön plana çəkilir. Aşkar konstruksiyalar və ya mühəndis qurğularına rast gəlinir. Dekor isə digər əksər 20-ci əsr üslubları kimi bu üslubda da imtina edilmişdi. Səbəb isə konstruksiya və materialların təbii formasını itirməsi idi. Forma olaraq düzbucaqlı daha çox istifadə edilirdi. Bu üslub Qərbi avropada, ABŞ-da, və Yaponiyada daha çox istifadə edilirdi. Bakıda da bu üslubda tikililərə rast gəlinir (Bakıdakı nümunələrə aid xüsusi məqalədə ətraflı məlumat verməyi planlaşdırıram).

Dünya üzrə ən yaxşı nümunələri:

Hans Rentonda məktəb (1949-1954)

Londonda “Economist” jurnalı redaksiyasının binası (1964. memarı Elison və Piter smitsonlar)

Berlin yaxınlığında Halle qəsəbəsi (1961)

QEYD: köməyə görə İlham Əliməmmədova təşəkkür edirəm. Rəsmləri isə Google vasitəsilə tapmişam

üslub

1. совокупность признаков, характеризующих искусство определённого времени и направления или индивидуальную манеру художника. Romantik üslub романтический стиль, milli üslub национальный стиль, ədəbi üslub литературный стиль, klassik üslub классический стиль, şərq üslubu восточный стиль, memarlıq üslubu архитектурный стиль

2. совокупность приёмов использования языковых средств, характерных для какого-л. писателя или литературного произведения, направления, жанра. Felyeton üslubunda в стиле фельетона, nağıl üslubu стиль сказки, romanın üslubu стиль романа, yazıçının üslubu стиль писателя, Sabirin üslubu стиль Сабира

3. функциональная разновидность литературного языка. Elmi üslub научный стиль, qəzet üslubu газетный стиль, epistolyar üslub эпистолярный стиль, danışıq üslubu разговорный стиль

4. построение речи в соответствии с нормами синтаксиса и словоупотребления. Məqalənin üslubu üzərində işləmək работать над стилем статьи

1. стилевой. Üslub düzəlişləri стилевые поправки

2. стилистический. Üslub xüsusiyyətləri стилистические особенности, üslub xətaları стилистические погрешности

1) стиль; 2) слог.
1
сущ. академик:
1. звание учёного, художника, скульптора и т.п. , избранного в соответствующую академию
2. действительный член академии наук
2
прил. академический:

1. относящийся к академии (учреждению). Akademik nəşr академическое издание, akademik lüğətlər академические словари

2. следующий принципам академизма. Akademik üslub академический стиль
3. учебный. Akademik saat академический час, akademik il академический год

4. почётное звание, присваимое образцовым государственным театрам. Akademik teatr академический театр

прил. бюрократический, бюрократичный. Bürokratik üslub бюрократический стиль, bürokratik quruluş бюрократический строй, bürokratik əngəllər (maneələr) бюрократические преграды (барьеры), bürokratik aparat бюрократический аппарат

1. серьёзный:

1) отличающийся вдумчивостью, строгостью и положительностью своих мыслей. Ciddi adam серьезный человек

2) вдумчивый, рассудительный, не легкомысленный. Ciddi qız серьёзная девушка, ciddi oğlan серьёзный юноша

3) отличающийся строгим отношением к своему делу, хорошо знающий своё дело. Ciddi alim серьёзный ученый, ciddi işçi серьёзный работник, ciddi tələbə серьёзный студент

4) разг. отличающийся основательными, солидными намерениями. Ciddi alıcı серьёзный покупатель, ciddi elçi серьёзный сват

5) проникнутый вдумчивостью, основательностью. Ciddi diqqət серьёзное внимание, ciddi münəsibət nəyə серьезное отношение к чему

6) данный ответственно, не шутя. Ciddi vəd серьёзное обещание, ciddi söz серьезное слово

7) значительный по теме, жанру, содержанию; не легковесный. Ciddi söhbət серьёзный разговор, ciddi əsər серьёзное произведение (сочинение), ciddi musiqi серьёзная музыка (обычно о симфонической музыке), ciddi repertuar серьёзный репертуар, ciddi rol серьёзная роль

8) настоящий, подлинный. Ciddi niyyət серьёзное намерение, ciddi məhəbbət серьёзная любовь

9) заслуживающий особого внимания в силу своей важности, значительности или опасности. Ciddi vəziyyət серьёзное положение, ciddi vəzifələr серьёзные задачи, ciddi əngəl (manea) серьёзное препятствие, серьезная помеха, ciddi sınaq (imtahan) серьёзное испытание (серьёзный экзамен), ciddi yara (zədə) серьёзное ранение (повреждение), серьёзная травма; ciddi ittiham серьёзное обвинение, ciddi məqam серьёзный момент, ciddi nöqsanlar (qüsurlar) серьёзные недостатки, ciddi rəqib серьёзный соперник, ciddi təhlükə:

1) серьёзная опасность

2) серьёзная угроза; ciddi təşviş doğurur вызывает серьёзную тревогу (озабоченность), ciddi xəstəlik серьёзная болезнь (заболевание), mübarizə ciddi xarakter alır борьба приобретает серьёзный характер

10) большой, важный, существенный, значительный, основополагающий. Ciddi addım серьёзный шаг, ciddi dəyişikliklər серьёзные изменения, ciddi irəliləyiş серьёзный сдвиг, ciddi dəlillər серьезные доводы (аргументы), ciddi əsas серьёзное основание, ciddi yardım серьёзная помощь (поддержка), ciddi müalicə серьёзное лечение, ciddi məsələ серьёзный вопрос, ciddi problem серьёзная проблема, ciddi çətinliklər серьёзные трудности

11) сосредоточенный, занятый какими-л. мыслями, заботами, задумчивый, невеселый (о человеке)

12) выражающий сосредоточенность, задумчивость, озабоченность. Ciddi görkəm серьёзный вид, ciddi sifət серьёзное лицо

13) сильный, ожесточённый, отчаянный. Ciddi müqavimət серьёзное сопротивление, ciddi mübarizə серьёзная борьба

14) сокрушительный, сильный. Ciddi zərbə серьёзный удар, ciddi məğlubiyyət серьёзное поражение

1) очень требовательный, взыскательный. Ciddi valideynlər строгие родители, ciddi müəllim строгий учитель, ciddi tərbiyəçi строгий воспитатель, ciddi hakim строгий судья, ciddi rəhbərlik строгое руководство

2) выражающий требовательность. Ciddi baxış строгий взгляд, ciddi səslə строгим голосом; özünə qarşı ciddi строгий к себе, tabeliyində olanlara qarşı ciddi строгий к подчинённым, с подчинёнными

3) очень суровый, без снисхождения. Ciddi qanun строгий закон, ciddi nəzarət строгий контроль, строгий надзор, ciddi tədbirlər строгие меры, ciddi xəbərdarlıq строгое предупреждение; ciddi töhmət строгий выговор

4) не допускающий отклонений, выполняемый, соблюдаемый неукоснительно. Ciddi nizamintizam строгая дисциплина, ciddi rejim строгий режим, ciddi uçot строгий учет, ciddi pəhriz строгая диета

5) не допускающий отклонений от правил поведения, от общепринятых моральных норм. Ciddi adətlər (qaydalar) строгие правила

6) такой, который соответствует требованиям классического стиля; правильный. Ciddi forma строгая форма, ciddi üslub строгий стиль

1. серьёзно. Ciddi danışmaq kimlə серьёзно поговорить с кем, ciddi işləmək серьёзно работать, ciddi yanaşmaq nəyə серьёзно подойти к чему, ciddi xəstələnmək серьёзно заболеть

2. строго. Ciddi tələb etmək (soruşmaq) строго спрашивать, ciddi xəbərdarlıq etmək kimə строго предупредить кого, ciddi surətdə cəzalandırmaq строго наказать, ciddi əməl etmək nəyə строго соблюдать что; özünü ciddi göstərməyə çalışmaq серьёзничать (стараться быть серьёзным, напускать на себя серьёзность)

1. глянцованный

2. полированный, отполированный. Cilalanmış səth отполированная поверхность, cilalanmış şüşə полированное стекло

3. шлифованный, отшлифованный, вышлифованный. Cilalanmış polad hissələr отшлифованные стальные детали (части), cilalanmış güzgü отшлифованное зеркало; перен. cilalanmış üslub отшлифованный стиль

4. гранёный. Cilalanmış büllur граненый хрусталь
5. перен. отточенный (четкий, совершенный). Cilalanmış oyun texnikası отточенная техника игры

прил. дорический, дорийский. Dorik üslub архит. дорический стиль (древнейший архитектурный стиль Греции); dorik lad муз. дорийский лад

1. пышность, яркость, помпа, помпезность (расчёт на внешний эффект). Otaqların bəzəyində dəbdəbə пышность в убранстве комнат, yeni geyimin dəbdəbəsi пышность нового наряда

2. роскошь (излишества в жизненных удобствах, удовольствиях)
3. торжественность

4. витиеватость (о речи, письме, почерке и т.п. ). Üslub dəbdəbəsi витиеватость стиля; dəbdəbə ilə təzim etmək торжественно поклониться; dəbdəbəyə yol vermək позволить себе роскошь (не воздержаться от чего-л. дорогого, трудно достающегося, позволить себе что-л. обычно невозможное, недоступное); dəbdəbə ilə yola salmaq проводить торжественно

1. роскошный. Dəbdəbəli otaq роскошная комната, dəbdəbəli şərait роскошная обстановка, dəbdəbəli həyat tərzi роскошный образ жизни, dəbdəbəli geyim роскошный наряд

Üslub və üslubiyyat

Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir,

Stil termini yunan dilindən latın dilinə keçmiş “Stilus” sözündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası “Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir.

Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.

Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubundan danışmaq olarmı?

Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.

Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa duşmələri idi.

Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti onun aydınlığındadır,… Əgər nitq aydin deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəlməldir”.

Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli siyasi xadimi Mark Tuli Siseron (e.ə. 106 — 43) natiqlik sənəti haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bilməyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın».

Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiymətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir.

Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə va başqa görkəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii üslublar içərisində qəzələ üstünlük verirdi.

M.F.Axundov bədii üslubların bir çox məsələlərinə toxunmuşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: —Şeir gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir”.

Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid edərək yazır: —. və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəy-yəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii teşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfən-giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola”.

M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii personajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: —bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik… Bu cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin”.

Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün ana dili»ndə yazmış və bunu öz həmfikirlərindən tələb etmişdir. —Molla Nəsrəddin” və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əvvəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsələsi qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin anladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında birinci səhifədə «Hirs və tənə» ünvanlı yazılmış məqalənin ilk sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz. Hər bir qövümün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləşdirilmiş dil o qövmün ədəbi dilidir». Buraya qədər deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.

Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.

«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin ictimai vəzifəsini yerinə yetirərkən onda iki mikro üslubu meydana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı – ana nəvazişi, ata məsləhətı — ana nəsihəti üçün ədəbi səciyyəli söz və ifadələr — dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur.

Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu fəaliyyət göstərmişdir».

İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.

Üslubiyyatin yaranmasi və formalaşmasi

Üslubların özü kimi onları bütöv halda öyrənən üslubiyyat haqqında hamının eyni cür, birmənalı şəkildə qəbul edə biləcəyi fikir yoxdur.

Bizi maraqlandıran dilçilikdəki üslub məsələsidir.

Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dildə ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir».

Bu tərifi ideal adlandırmaq mümkün olmasa da, hələlik dillə bağlı üslubiyyata verilən ən mükəmməl tərifdir. M.K.Moren və N.N.Teterevinikova isə üslubiyyata belə bir tərif verirlər: «Üslu-biyyat — ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir».

Bu tərif də əsasən, üslubiyyati düzgün səciyyələndirmir. Amma üslubiyyatı «müstəqil filoloji elm» kimi qəbul etmək, ona dilçilik və ədəbiyyatşünaslıq səviyyəsində müstəqillik statusu vermək demək olardı.

Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatın tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatın bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Ska-liçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.

“Praqa dilçilik dərnəyinin tezislərində dilin üslubi cəhətlərindən danışılır. Burada ədəbi dil, şeir dili və onların xüsusiyyətlərindən bəhs edilir ki, bu bilgiləri üslubiyyat elminin ilkin qaynaqlarından hesab etmək olar.

—Funksional dilçilik məktəbinə görə, insan fəaliyyətinin məhsul olmaqla dilin, eyni zamanda məqsəd istiqaməti vardır. Nitq fəaliyyətinin ünsiyyət vasitəsi kiıni təhlili göstərir ki, danışanın daha aydın nəzərə çarpan məqsədi ifadədir. Odur ki, linq-vistik təhlilə funksional baxımdan yanaşmaq lazımdır. Bu baxımdan, dil də hər hansı bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir». Praqa funksional dilçiləri əslində üslubla funksional dil anlayışlarını eyniləşdirirlər. Onlar ədəbi dilin funksiyaları ilə funksional dillər (üslublar — A.B.) arasındakı münasibətləri aşağıdakı kimi qəbul edirlər. Ədəbi dilin funksiyaları: a) kommunikativ dil ifadəsi, b) praktik xüsusi dil ifadəsi, c) nəzəri xüsusi dil vahidləri, ç) estetik dil ifadəsi.; Funksional dillər: a) danışıq, b) kargüzarlıq, c) elmi, ç) poetik.

Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Bu sahələri şərh etmək bizim məqsədimizə daxil deyil.

M.Mikayılov da üslubiyyatı maraqlı şəkildə təsnif edir. Onun fikrincə, dilçilik parametri ilə üslubiyyatı aşağıdakı qruplara ayırmaq mümkündür: 1) ümumi üslubiyyat; 2)xüsusi üslubiyyat; 3) dilin üslubiyyatı; 4)nitqin üslubiyyatı və 5) praktik üslubiyyat.

«Ümumi üslubiyyat — ümumiyyətlə, nitq mədəniyyətidir, bütün və ya əksər dillərə aid olan, universal məsələləri, xüsusi üslubiyyat isə bu və ya digər konkret dilin üslubu quruluşunu öyrənir.

Dilin üslubiyyatı dilin üslubu quruluşunu — yəni üslublar sistemini həm sinxron, həm də diaxron planda, nitq üslubiyyatı isə nitq üslublarını, yəni əsas janrlar çərçivəsində kompozisiya sistemini, yaxud ictimai nitqin konstruktiv növlərini öyrənir.

Praktik üslubiyyat, şəraitindən, məzmun və məqsəddən asılı olaraq nitqin müxtəlif imkanlarını, nitqin keyfiyyətini öyrənir. O, nitqdə nəyin yaxşı və ya pis olduğunu müəyyən edir.

Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqda hegemonluğu ələ alan akademik V.V.Vinoqradov üslubiyyatın müstəqil dil sahəsi olduğunu qətiyyətlə sübut etdi. Alim haqlı olaraq göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o dilçilik sahəsi olmalıdır. Amma alim bədii ədəbiyyatın üslubiy-yatı adı ilə xüsusi üslubiyyat da göstərir. Beləliklə, V.V.Vinoqradov üslubiyyatın 3 növünü göstərirdi:

  1. —Sistemlər sistemi” olan dilin üslubiyyatı. Bunu o, eyni zamanda —struktur üslubiyyat” da adlandırır. Struktur üslubiyyat —sistemlər sistemi” kimi dilin vahid daxili quruluşunu, sözlərin, söz sırasının, sistem şəklində olan müxtəlif xüsusi, fornaların əlaqələrini, qarşılıqlı təsirini öyrənir, aydınlaşdırır və təsnif edir. Eyni zamanda tarixən dəyişkən meylləri, dil üslublarının qarşılıqlı növlərini — funksional üslubları öyrənir. Bundan başqa, sözlərin, söz birləşmələrinin semantik quruluşunda, leksik və qrammatik sinonimlərdə əks olunan incə məna fərqlərini — ekspressivliyi, intonasiyanın keyfiyyətini, sözlərin cümlədə öz yeırinə görə işlənmə variasiyalarını öyrənmək də dil üslubiyyatının vəzifəsidir.
  2. Nitq üslubiyyatı. Nitq üslubiyyatı şifahi və yazılı nitqin ictimai cəhətdən şərtlənmiş növlərin, janrlar arasında olan ən incə semantik, ekspressiv üslubi fərqləri, geniş mənada nitqin melodiyasını, intonasiyasını və s. öyrənir.
  3. Bədii ədəbiyyatın üslubiyyatı. Bu da bədii əsərlərin dilini öyrənir.

Üslublar, onların növləri Azərbaycanda hələ qədimdən bəlli idi… Bu haqda prof. H.Ə.Həsənovun fikri maraqlıdır: «Azərbaycan ədəbi (yazılı ədəbi) dilin fəal təşəkkülü prosesinda ikən, ümumən, ədəbi dilin funksional üslublar bölgüsü mütəfəkkir yazıçılarımıza da bəlli idi. Görkəmli Azərbaycan şairi Ə.Xaqaninin hələ 800 il əvvəl gəlmə ədəbi dil materiallarna əsaslanaraq verdiyi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin formalaşma mərhələsnə də şamil edilə bilər. Ə.Xaqani alim dostu Qutbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub xüsusiyyətlərindən bəhs edərək demişdir; «Katiblik (nəsrlə yazmaq) üç növdən artıq deyil: dəbiranə, vaizanə və mühəqqiqanə. Lakin «ibarə/lər» və sözlə ifadə oynamaq üslubları çoxdur. Y.Seyidov qeyd edir ki, Xaqaninin bu bölgüsündə 1) «dəbiranə» bədii və rəsmi-kargüzarlıq üslubuna, 2) «vaizanə» dini-didaktik üslüba, 3) «mühəqqiqanə» elmi-tədqiqat üslubuna uyğun gəlir.

Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninm bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növü onun bir qoludur. Rəsmi — kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».

Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatın bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənməsində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.

Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya vəs.vasitəsi ilə fonetik üslub yarada bilər.

Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır. Məsələn, S.Rüstəmin «Çapayev» şeirin-dəki kimi (Ç samiti orada müəyyən ahəng yaradır). Uşaqlar üçün olan yanıltmacların hamısında səslərin təkrarı məqsədyönlü şəkildə ifadəni çətinləşdirir.

S.Rüstəmin «Bahar rəqsi» şeirində iki misrada 3 sait — a, ə, ı təkrarlanır; 20 sait-heca 3 sait hesabına yaranır.

Lənkərandayıq, Lənkərandayıq, Həyəcandayıq, həyəcandayıq.

Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.

Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn, . Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir. və habelə nə kafir var, nə iman əhli var var, və sünni, na şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə, nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi. nə həmbəli hənəfi, babi, malakan, pirigün, şeyx, dərviş,… (üzr istəyirik).

Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir. Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılıması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə, müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (ya uydurmadır).

Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa səviyyə üslüblarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı; Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır, cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır.
(—Molla Nəsrəddin” jurnalı. 14 noyabr 1925-ci il. səh. 46)

Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:

  1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik — obrazlılıqdır. Növləri — qəzəl, qəsidə, şeir, nəsr, dram və s, üslubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.
  2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.
  3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi şəkildə olmalıdır.
  4. Rəsmi-kargüzarlıq üslubu — Dəftərxana sənədləri üslubudur,
  5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış.
  6. Məişət üslubu. Ailə-məişət üslubu,
  7. Epistolyar üslüb — Məktublar, intim məktublar, rəsmi məktublar və ədəbi məktublar.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

Comments are closed, but trackbacks and pingbacks are open.