Ofis proqramları
Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.
Üsulyönlü ttbiqi proqram paketlri
Tətbiqi proqram təminatı sistem, xüsusən ƏS-nin idarəsi altında işləyir. Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və istifadəçini informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurların necə yerinə yetirildiyini bilməkdən azad edir. TPP – müəyyən sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
Tətbiqi proqram təminatının tərkibinə aşağıdakı tətbiqi proqram paketləri daxildir:
§ Ümumi təyinatlı (Universal);
§ Üsulyönlü;
§ Problemyönlü;
§ Qlobal kompüter şəbəkələri üçün.
Ümumi təyinatı (universal) TPP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan proqram məhsuludur. Bu TPP-yə aşağıdakılar aiddir:
§ Mətn redaktorları (Notepad, AkelPad) və prosessorları (Microsoft Word, Word perfect, Word Pad, Lexicon, Ami Pro, ChiWriter, MultiEdit);
§ Elektron cədvəl prosessorları (Microsoft Excel, Lotus, Quattro Pro, SuperCalc);
§ Qrafiki redaktorlar (Paint, Boeing graph, Fanvision, Corel Draw, Adobe Photoshop, Adobe Illustrator);
§ Nəşriyyat sistemləri (Adobe Page Maker, Adobe Indesign, Corel Ventura Publisher, QuarkXpress);
§ Tərcümə (Dilmanc, Promt, Socrat, Babylon, Intelsoft, Translate) və lüğət (Poliqlot, ABBY Lingvo, Oxford, Style) proqramları;
§ Mühasibat proqramları (1C, Smart, Uyum);
§ Verilənlər bazası idarəetmə sistemləri (VBİS) (FoxBase+, Clipper, Dbase for Windows , FoxPro, R:base, Database, Informix, Ingres, Sybase, Progress, Paradox, Access, Oracle, SQL Server, MySQL);
§ İnteqrallaşdırılmış paketlər – özündə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və s. modulları birləşdirir. (Frame work, Startnave, Microsoft Works, Microsoft Office)
§ Ekspert sistemləri (iqtisadiyyatda – Expert-Ease, tibbdə – EMYCİN)
Üsulyönlü TPP (MathCAD, MathLAB, Derive, TKSolver, Mathematica, Maple, Simplex, Stats Network) – riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aiddir:
§ Şəbəkəli planlaşdırma və idarəetmə
§ Kütləvi xidmət nəzəriyyəsi
Problemyönlü TPP konkret bir sahənin hər hansı bir məsələsinin həllini nəzərdə tutur. Bura aşağıdakı proqram paketləri daxildir:
§ xüsusi sahələrdə tətbiq üçün.
Qlobal şəbəkələrin TPP -nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər bazasına müraciətini, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Qlobal Internet şəbəkəsinin standart TPP-nə aşağıdakılar daxildir:
§ Veb brauzerlər (Netscape Navigator, Internet Explorer, Opera, Google Chrome, Mozilla FireFox, Yandex və s.)
§ Elektron poçt proqramları (Eudora, MS Outlook)
Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün standart TPP geniş yayılıb. Bunlara Swift, Sprint, Reuters-i misal göstərmək olar. Hesablama prosesinin təşkili üçün lokal və qlobal şəbəkələrdə əsasən BayNetworks firmasının TPP-dən istifadə olunur.
Ofis proqramları
Bütün ofis proqramları, onlayn formada yükləmə və aktiv etmək üçün. Yalnız sizə lazım olan word, excel və digərlərini seçib yükləyə bilərsiniz. Bunun vasitəsilə kompüterinizdə xeyli boş sahəyə qənaət etmiş olacaqsınız
- Mətn proqramları / Ofis proqramları
- 2023-01-15
- 1 573
562 MB Arxivdə açar var
ABBYY FineReader 14.0.105.234 Standart + Corporate + Enterprise
ABBYY FineReader, sənədləri, rəqəmsal kamera görünüşlərini və PDF sənədlərini, istifadəyə hazır və dəyişdirilə bilər sənədlərə çevirən, iş professionalları üçün yaradılmış, ağıllı PDF çevirici və sənəd tətbiqidir. Uyğun gələ bilən Sənəd Tanıma Texnologiyası (Adaptive Document Recognition Technology)”nin yaratdığı inqilab sayəsində, FineReader, sənədin formatını, məntiqi quruluşunu, səhifə nizamını tamamilə qoruyan və yüksək düzgünlük təmin edən ilk OCR tətbiqidir. Bu yüksək texnologiya, nəticə mərkəzli yeni axtar üzü sayəsində hər zamankindən daha asan və sürətli, elektronik sənəd çıxarar.
- Mətn proqramları / Ofis proqramları
- 2018-12-11
- 4 852
2 MB Pulsuz
MSAct ++ 2.07 / 1.0.8 b3
MSAct, Windows 7, 8, – 10 əməliyyat sistemi ilə yanaşı, Office 2010 – 2013, 2016, 2019 proqram paketini də aktivləşdirməyə imkan verən bir proqramdır. Sadə və intuitiv interfeys, eləcə də ƏS və Office ilə tez bir şəkildə kömək etməyə imkan verən optimal həll vasitəsidir.
- Əməliyyat sistemləri / Ofis proqramları
- 2018-11-05
- 3 595
860 MB Pullu [Açar mövcuddur]
iSpring Suite 9 v9.0.0 Build 24913 Final
iSpring Suite – PowerPoint proqramına əlavə olduğundan istifadəsi çox asantdır. Slaydşouları proqram vasitəsi ilə daha da professional hala gətirə bilərsiniz. Bir çox məşhur şirkətlər (Oracle, Sony, P&G, IBM, adidas, AMD) öz slaydşoularının hazırlanmasında bu proqramdan istifadə etməkdədirlər.
- Ofis proqramları / Digər mətn proqramları
- 2018-10-25
- 3 036
250 MB Pulsuz
LibreOffice 6.1.2 Fresh + x64
Pulsuz Microsoft Office-yə alternativ olan ofis paketidir. Calc – bir elektron cədvəl; Impress – multimedia təqdimatlar yaradılması və məlumat səhifəsi; Draw – bir vektor qrafik redaktoru; Math – riyazi düsturlar üçün redaktor: Çox müsbət keyfiyyətləri biri – müvafiq sənədlər formatlar MS Office bütün bu tətbiqlərinə iş imkanı vardir.
- Mətn proqramları / Ofis proqramları
- 2018-10-22
- 2 601
Microsoft Office Professional 2003 SP3 (2018.10)
Microsoft Office, fərdi məhsuldarlıq məhsullarından ibarət olan bir məhsul qrupundan daha əhatəli və inteqrasiya olunmuş bir sistemə təkamülləşdi. Bir çox adamın onsuz da bildiyi tanış vasitələri təməl sahə və birlikdə çalışmaq üçün hazırlanmış serverləri, xidmətləri və masaüstü proqramlarını ehtiva edən Microsoft Office Sistemi, çox geniş bir miqyasda iş problemlərini həll etməkdədir.
- Mətn proqramları / Ofis proqramları
- 2018-10-11
- 10 581
2.10 GB / 2.39 GB / 962 MB / 1.13 GB
Microsoft Office 2010 SP2 Standard / Professional Plus + Visio Premium + Project Pro 14.0.7214.5000 (2018.10)
Microsoft Office 2010-un distributivini nəşr edən Microsoft iş həyatında ən çox seçilən proqramını daha sadə, təsirli və sürətli iddialarıyla istifadəçilərlə görüşdürdü. Əvvəlki distributivlərə görə çox əhatəli dəyişiklikləri və əlavə imkanları saxlayan bu distributiv, uzun bir test müddətini geridə buraxdı.PowerPoint istifadəçiləri üçün Microsoft bəzi inanılmaz gözəl slayd keçidlər əlavə etdi. Windows 7 istifadəçiləri üçün, Office 2010 üçün JumpLists xüsusiyyətini dəstəklər. Microsoft Office 2010-un ən əhəmiyyətliyi xüsusiyyəti fikirlərinizi ifadə edə biləcəyiniz və problemləri təhlil edə biləcəyiniz digər insanlarla ünsiyyətə keçə bilməniz. Proqram PC, Veb və ya ağıllı telefonlar üzərindən Office sənədlərinizə istədiyiniz yerdən çatmanızı təmin edir.
- Mətn proqramları / Ofis proqramları
- 2018-10-11
- 16 654
2.6 GB / 2.9 GB / 1.03 GB
Microsoft Office 2013 SP1 Standard / Professional Plus + Visio Pro + Project Pro 15.0.5075.1001 (2018.10)
Microsoft Office 2013-ün proqram paketi. Qurmaq yalnız Windows 7 və 8 kompüterlərin sahibləri bacaracaqlar amma Windows XP-də və Vista da Office 2013 işləmir. Office 2013 ofis əlavələrinin qəti emal edilmiş ənənəvi paketi təşkil edir. Bu qayda ilə vaxtında kökündən Microsoft Office 2007-də istifadəçi interfeysi emal edilmişdi. Məlum olduğu kimi, Windows 8 həmçinin planşet kompüterləri üçün hazırlanmışdır. Buna görə Microsoft bu halda ofis paketinin lokal versiyasını saxlayıb diqqəti buludlu anbarlar vasitəsilə məlumatların mübadiləsinə maksimal ayırdı.Office 2013-də “buludda” ofis sənədlərini saxlamaq olar: proqram paketi SkyDrive-in və SharePoint-in məlum buludlu anbarlarını dəstəkləyir. Microsoft Office 2013 dizaynı Metro Windows 8 stilinə üzrə maksimuma yaxınlaşıb əhəmiyyətli dərəcədə dəyişdi.
- Mətn proqramları / Ofis proqramları
- 2018-10-11
- 10 003
Yerli Təqaüd Proqramları
Ölkəmizdə tələbələrə dəstək çərçivəsində bəzi şirkətlər tərəfindən təqaüd proqramları təşkil edilir. Bu təqaüdlərin məqsədi perspektivli və istedadlı gənclərə dəstək olmaqdır. Bu proqram daxilində tələbələr müəyyən şans və güzəştlər də əldə edirlər.
Azercell təqaüd proqramı 2022
Azercell şirkəti gənclərin inkişafına dəstək üçün Tələbə Təqaüdü və Təcrübə Proqramlarını uğurla bölüşür. Bu proqram 2009-cu ildən təşkil olunur. Proqram çərçivəsində əsasən informasiya texnologiyaları üzrə təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu tələbələrə hər ay 200 manat məbləğində təqaüd verilir.
Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram çərçivəsində 231 tələbə təcrübədən keçib və onlardan 31-i işlə təmin olunub. Əlavə olaraq, proqram çərçivəsində müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edə bilərsiniz.
Təqaüd proqramında göstəriciləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilər. Proqrama müraciət etmək üçün:
Müvafiq bölüm seçilir: Bakı, Sabah və Bölgə təqaüd proqramı
Elektron müraciət ərizəsi doldurulur.
Elektron müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının skan versiyalarını [email protected] mail unvanına göndərmək lazımdır.
Proqram barədə əlavə məlumat əldə etmək və elektron müraciət ərizəsinə baxmaq üçün klik edin.
Məlumat üçün şirkətin Facebook səhifəsinə də daxil ola bilərsiniz.
Socar təqaüd proqramı
Socar təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrindəki tələbələrə müvafiq qaydalarda verilir. Bu proqramın təşkil olunmasında məqsəd tələbələrin bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirməkdir.
Bu təqaüd müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları ərzində verilir. Təqaüd tələbələrə plastik kart vasitəsilə verilir və bu bank kartının açılması Socarın hesabına təmin edilir. Təqaüdün aylıq məbləği 100 manatdır.
Bu proqramda iştirak etmək üçün qoyulan əsas tələblər bunlardır:
Proqramda iştirak etmək üçün Bakı Ali Neft Məktəbi istisna olmaqla digər ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilər. İxtisasların siyahısı üçün linkə keçid edin.
Əlavə olaraq Təqaüd almağa iddialı tələbə Azərbaycan Respublikası vətəndaşı olmalıdır.
Tələb olunan ixtisaslar üzrə 2-ci, 3-cü və ya 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabı şöbələrində təhsil almalıdır.
Başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır.
Son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır
Təqaüd almaq istəyənlər elektron qeydiyyatdan keçməlidir.
Müsabiqənin keçirilmə qaydaları
Müsabiqə 2 turda – məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.
1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.
Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və trankriptin əslini götürməlidirlər.
2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.
Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.
Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.
Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.
Proqram barədə son məlumatlara baxmaq və şərtlərlə ətraflı tanış olmaq üçün klik edin.
Universitetlərdə təhsil alan tələbələrə, onların akademik göstəricilərinə əsasən təqaüdlər verilir. Burada məqsəd həm tələbələrə dəstək vermək, həm də onları təhsil istiqamətində həvəsləndirməkdir. Təqaüdlər belədir:
-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat
-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat
-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat
-Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat
-Akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat
-Akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat
- İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
- IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
- Rus dili öyrənməyin 6 qısa yolu
- Sözləri şəkillər vasitəsilə öyrənin
- Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
- İngilis dilində mətnlər
- Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
- Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
- İngiliscə lüğəti genişləndirmək
- İngiliscə danışığı öyrənməyin 10 yolu
- İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
- İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
- IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
- İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
- Rus dilini öyrənmək üçün sözlər və ifadələr
- İngilis dilini niyə öyrənə bilmirik?
- Rus dilində frazeoloji birləşmələr
- İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
- 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
- TOEFL nədir?
- GMAT və GRE nədir?
- Liderlik haqqında sitatlar (RUS-AZE)
- SAT nədir?
- İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
- İngilis dilini evdə öyrən
- Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
- 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
- İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
- İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
- CV hazırlamaq
- İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
- HR Nədir?
- İmtahana hazırlaşmağın 4 effektiv yolu
- HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
- Tələbə Krediti
- IELTS nədir və nə üçün lazımdır?
- İngilis dilində necə Esse yazmaq lazımdır?
- Ən Yaxşı Təqaüd Veb saytları
- ACCA nədir?
- Yös nədir?
- İngilis Dili Səviyyələri
- Rus Dilində Mətnlər
- İngilis dilinin tarixi
Comments are closed, but trackbacks and pingbacks are open.