Press "Enter" to skip to content

Proqram təminatı

Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
TPP- lərinin aşağıdakı növləri var:
– ümumi təyinatlı (universal)
– üsulyönlü
– problemyönlü
– qlobal kompüter şəbəkələri

Tətbiqi proqram paketləri” fənninin mövzu planı və saatların bölgüsü

Tətbiqi proqram paketlərinin quruluş elementləri və xüsusiyyətləri.Tətbiqi proqram təminatı və onun inkişaf meylləri.

Bölmə:I Microsoft Word mətn redaktoru haqqında əsas məlumatlar.

Mövzu:1.1 Microsoft Word mətn redaktorunda sənədlərlə işləmək.

Microsoft Word proqram pəncərəsinin əsas hissələri. Menyu sətri . Настройка панели быстрого доступа panelinin sazlanması . Yeni sənədin yaradılması ,. Mövcud faylın açılması . Faylların yaddaşa yazılması . Bir neçə faylla işləmə. Səhifələrin formatlaşdırılması . Faylların çap edilməsi.

Mövzu:1.2 Microcoft Word mətn redaktorunda mətnin daxil edilməsi, redaktəsi və formatlaşdırılması.

Mətnin daxil edilməsi . Mətn sahələrində dolaşmaq . Mətni redaktə etmək . Mətnə əlavələr etmək . Mətni formatlaşdırmaq . Ekran gorünüşünü dəyişdirmək.

Mövzu:1.3 Microsoft Word mətn redaktorunda cədvəllərlə və şəkillərlə işləmək.

Word-də cədvəllərin hazırlanması və formatlaşdırılması . Word-də qrafika. Word-də yaraşıqlı mətnlər hazırlamaq. Word-də şəkillərlə işləmək.

Bölmə:II Microsoft Excel cədvəl redaktoru haqqında əsas məlumatlar.

Mövzu:2.1 Microsoft Excel cədvəl redaktorunda fayllarla işləmək.

Microsoft Excel cədvəl redaktorunun təyinatı və təsnifatı . Microsoft Excel pəncərəsinin elementləri . Microsoft Excel cədvəl redaktorunda Настройка панели быстрого доступа panelinin sazlanması. Yeni işçi kitabı yaratmaq. Faylları yaddaşa yazmaq. Səhifələri formatlaşdırmaq.Faylları çap etmək .

Mövzu:2.2 Microsoft Excel cədvəl redaktorunda məlumatları daxil etmək və üzərində işləmək.

Xanalarda verilənlərin daxil və redaktə edilməsi. Разделить Закрепить области rejimləri. Paste special (xüsusi yapışdırma).

Mövzu:2.3 Microsoft Excel cədvəl redaktorunda formatlaşdırma əməliyyatı.

Sətirlərin və sütunların idarə edilməsi.İşçi vərəqlərin idarə edilməsi.Xanalar üçün xətlərin və rənglərin seçilməsi.Xanalara şriftlərin tətbiqi.Xanalarda verilənlərin formatları.Şərti formatlaşdırma.

Mövzu:2.4 Microsoft Excel cədvəl redaktorunda funksiyalar.

Düsturlarda tətbiq olunan operatorlar . Riyazi və triqonometrik funksiyalar . Statistik funksiyalar . Maliyyə funksiyaları (Финансовые) . Дата və Время funksiyaları.

Mövzu:2.5 Microsoft Excel cədvəl redaktorunda siyahılarla iş.Diaqramların yaradılması.

Siyahıların yaradılması və daxil edilməsi.Siyahıların sortlaşdırılması.Siyahılarda verilənlərin qruplaşdırılması.Diaqramların yaradılması və redaktə edilməsi.İşçi kitabın çap edilməsi.

Bölmə:III Məlumat bazası haqqında anlayış. Microsoft Access – Veriılənlər bazasının idarəetmə sistemləri

Mövzu:3.1 Microsoft Access – də cədvəllərin tərtib edilməsi.

Режим таблицы. Конструктор таблицы. Мастер таблицы. Мастер импорта таблицы. Мастер связи с таблицами.

Mövzu:3.3 Microcoft Access – Sorğuların hazırlanması.

Seçim. Dəyişdirici. Parametrik. Kəsişən. SQL sorğuları

Mövzu:3.2 Microsoft Access – Formanın hazırlanması.

Мастер форм. втоформа:в столбец. Автоформа: ленточная. Автоформа: табличная . Диаграмма. Сводная таблица. Konstruktor.

Mövzu:3.4 Microsoft Access – Hesabatların hazırlanması və çapı.

Конструктор. Мастер отчета. Автоотчет :ленточный. Автоотчет: в столбец.

Почтовые наклейки . Мастер диаграмм.

Bölmə:IV Microsoft Powerpoint, əsas anlayışlar,təqdimatların hazırlanması.

Mövzu:4.1 Microsoft Powerpoint –də təqdimatların hazırlanması.

Avtoməzmun Ustası . Hazır tərtibat şablonlarından istifadə. Təqdimatda bir slayddan

digər slayda keçmənin təşkili.

Mövzu:4.2 Slaydlara baxılma rejimləri.

Adi rejim (Normal View ). Struktur rejim (Outline). Slaydları nizamlama rejimi (Slide Sorter).

Mövzu:4.3 Slaydlarla işləmək.

Slaydın əlavə edilməsi və ləğv edilməsi. Slaydın surətinin çıxarılması və yerinin dəyişdirilməsi.Tərtibat şablonları və rənglərin seçilməsi. Slayd-filmin işə salınması.

Mövzu:4.4 Obyektlərlə işləmək.

Mətn obyekti. Qrafik obyektlər.Obyektlərin formatlaşdırılması.Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi.Obyektlərin animasiyası (hərəkətə gətirilməsi).Xronometraj və səsin yazılması.

Mövzu:4.5 Səhifə parametrlərinin tənzimlənməsi və slaydların çap edilməsi.

Səhifənin parametrləri. Slaydların, qeydlərin və strukturun çap edilməsi.

Bölmə:V Microsoft Publisher proqramı haqqında əsas məlumatlar.

Mövzu:5.1 Microsoft Publisher proqramı ilə tanışlıq.

Yeni informasiya bülleteninin yaradılması. Mövcud mətn çərçivəsi ilə iş.Mətn çərçivəsinin birləşdirilməsi və ayrılması. Yeni mətn çərçivəsinin yaradılması. Mətn çərçivələrinin uzaqlaşdırılması.

Mövzu:5.2 Microsoft Publisher proqramında informasiya bukletinin və vizit kartının yaradılması.

İnformasiya bukletinin yaradılması .Brüzlü vizit kartının yaradılması.İkiüzlü vizit kartının yaradılması.

Mövzu:5.3 Microsoft Publisher proqramında veb- saytların yaradılması

Veb- saytın yaradılması. Fon görünüşünün və səsinin əlavə olunması. Hiperistinadların yaradılması.

Proqram təminatı

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Proqram – maşının addım – addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşlayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələ­lərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:

  1. Sistem proqramları — bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prose­sində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS proqramı);
  2. Qeyri-rezident (adi) proqramlar — ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proq­ram­lar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir;
  3. Rezident proqramlar- Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtar­dıq­dan sonra idarəetməni öz üzərinə götürürlər.

Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər:

  1. İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
  2. Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya instrumental sistemlər;
  3. İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.

Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem proqramları aşağıdakılardır:

  1. Əməliyyat sistemləri;
  2. Şəbəkə sistemləri;
  3. Xidməti proqramlar və s.

Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib element­lərindən biridir. Əməliyyatlar sistemi kompüter işə düşərkən yerinə yetirilməyə başlayır. Kompüterin bütün hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadə­çinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin resurslarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.
ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kom­püterin aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.

Xidməti proqramlara aşağıdakılar aiddir:
-antiviruslar;
-interfeys proqramları;
-fayl, kataloq və qovluqlarla işləmə proqramları;
— arxivləşdirmə proqramları;
— proqram örtükləri;
— qurğuların iş qabliyyətini yoxlayan proqramlar;
-qurğuları idarə edən proqramlar- drayverlər;
-köməkçi proqramlar.
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:
-kompüteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR);
-antivirus proqramlar kompüterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).

İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
-məntiqi məsələlərin həlli üçün;
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaş­dırıl­ması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Beləliklə, operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.

Tətbiqi proqramlar
Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
-tətbiqi proqramlar paketi (TPP);
-standart proqramlar kitabxanası.
TPP müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, və sair bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:

  1. mətn redaktorları- kompüterdə mətnlərin hazırlanması üçün (WordPad, Microsoft Word);
  2. cədvəl prosessorları- cədvəl verilənlərinin emalı üçün (Lotus 1-2-3, Microsoft Excel);
  3. nəşriyyat sistemləri- nəşriyyat sənədlərinin hazırlanması üçün (PageMarker, QuarkXpress);
  4. verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) (Microsoft Access);
  5. təqdimatların (prezentasiyaların) hazırlanması üçün (Microsoft Power Point);
  6. iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
  7. qrafik sistemlər- şəkillərin, animasiyaların, videofilmlərin hazırlanması üçün (Presto! Mr. Photo);
  8. verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);
  9. öyrədici proqramlar, kompüter oyunları, tərcümə proqramları və s. (Polyglot, PROMT).

TPP hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
-informasiyanın işlənməsi üsullarına görə;
-paketlərin reallaşmasına görə.
TPP tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP;
-ümumi təyinatlı TPP;
-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP.
İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər:
-üsulyönlü TPP;
-problemyönlü və ya problemlə bağlı TPP;
-texnologiyayönlü TPP.
Üsulyönlü TPP hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü TPP hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü TPP informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur.
TPP-lərini əməliyyatyönümlü və problemyönümlü proqramlara da bölmək mümkündür. Əməliyyatyönümlü TPP öz növbəsində iki yerə bölünür:
-məlumatların işlənməsini təmin edən paketlər;
-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və İnteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir.
İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı TPP-ni funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paket­lərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş TPP tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.

Tətbiqi proqram təminatı

Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
TPP- lərinin aşağıdakı növləri var:
– ümumi təyinatlı (universal)
– üsulyönlü
– problemyönlü
– qlobal kompüter şəbəkələri

1. Ümumi təyinatlı Tətbiqi proqram paketləri

Ümumi təyinatlı TTP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.
Bu tip TPP-yə aşağıdakılar aiddir:
– mətn və qrafiki redaktorlar
– elektron cədvəllər
– verilənlər bazasının idarəetmə sistemləri (VBİS)
– inteqrallaşdırılmış paketlər
– Case – texnalogiyası
– ekspert və süni intellekt sistemləri

Redaktorlar. Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Radktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
– mətnin fayla yazılması
– simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması
– orfoqrafiyanın yoxlanması
– mətnlərin müxtəlif şriftlərlə tərtibi
– mətnlərin lazımı formaya salınması
– başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi
– söz və ifadələrin axtarışı və əvəz olunması
– sadə şəkillərin mətnlərə daxil edilməsi
– mətnlərin çapı
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, LibreOffice, Multi Edit və s.
Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.
Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.
Cədvəlin emalı üçün təyin olunan TPP – lər elektron cədvəllər adlanır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir.Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir.
Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s.
İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi TPP – dən verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.

Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi) və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı VBİS – lər mövcuddur:
– iyerarxik modelli VBİS
– şəbəkə modelli VBİS
– relyasiya modelli VBİS
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə yaradılmış VBİS – lərdə məhz bu modeldən istifadə olunur. Bunlara aşağıdakıları misal göstərmək olar: dBase – in müxtəlif variantları, FoxBase+, Clipper, Dpase for Windows, FoxPro, R:base, Database, İnformix, İngers, Sybase, Progress, Paradox, Acces, Oracle və s.
İnteqrallaşdırılmış paketlər müxtəlif fuksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP –yə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport – importu, kalkulyator, təqvim, proqlamlaşdırma sistemləri də daxil edilir. Komponentlərarası informasiya əlaqəsi müxtəlif verilənlərin təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli üstünlük verir. Bu cür paketlərə misal olaraq Framework, Startnave, Microsoft Office göstərmək olar.
CASE – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında tətbiq olunur.
CASE – texnologiyası altında İS – nin hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və İS – nin istismarı daxildir.
CASE – texnologiyasının instrumental vasitələri informasiya texnoligiyasının bütün sahələrində tətbiq olunur.
Bu texnologiya informasiya sistemlərinin layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmağa imkan verir və mükəmməl proqram məhsulları alınır. Bu texnologiya İS-nin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-hazırda CASE – texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE – texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development İnformation System sistemlərini qeyd etmək olar.
Müasir CASE – texnologiyası banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün İS- nin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur. Onlar adətən olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE – texnologiyasının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnalogiyanın köməri ilə həyata keçirilir.

İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiya emalı vasitələrinə təlabat daima artır. Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur.
Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:
– obyektin vəziyyətinin interpretasiyası
– obyektin vəziyyətinin diaqnostikası
– obyektin vəziyyətinin proqnozu
– məqsədli planlaşdırma
– obyektin işinin pozulmasını aşkar etmək
– obyektin işini idarə etmək
Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq üçün ekspert sisteminin
örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi diaqnostikada istifadə olunan ES- in örtüyünə EMYCIN – ni misal göstərmək olar.

2.Üsulyönlü Tətbiqi proqram paketləri

Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP – lər aiddir:
– riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.)
– şəbəkəli planlaşdırma və idarəetmə
– kütləvi xidmət nəzəriyyəsi
– riyazi statistika
Bu paketlərə misal olaraq fərdi kompüterlərdə reallaşdırılan Math Cad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network proqramlarını göstərmək olar.

3.Problemyönlü Tətbiqi proqram paketlər

Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir TPP olmasın. Problemyönlü TPP elə proqram məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur.
Problemyönlü TPP sənaye, qeyri sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər aşağıdakı xüsusiyyətlərə malikdirlər.
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin iş planın (ehtiyatların idarə olunması,müştəri sifarişləri və s) yerinə yetirilməsinə nəzarət, texnaloji kartanın tərtibi, maliyyə və əmək ehtiyyatlarının idarə olunmasına, bir sıra “qeyri- istehsal” funksiyalarını – servis xidməti, hazır məhsulun və marktinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE- texnalogiyasından geniş istifadə olunur.
Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar.
Qeyri – istehsal sahələri üçün problemyönlü TPP – ləri material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP – də olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır.
Qeyri – istehsal sahələri üçün TPP – yə bank, maliyyə və hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.
Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur.
Müasir mühasibat uçotunun TPP – nin əksəriyyəti Windows əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından təşkil olunmuş “Ofis” mühasibat uçotu TPP yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir.
Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizinin və planlaşdırılmasının malyyəsi ilə əlaqədar olaraq yaranıb.
Hüquq sisteminin TPP böyük həcmli qanunlarla səmərəli işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var.

4. Qlobal kompüter şəbəkələri

Qlobal şəbəkələrin TPP – nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resuslarına, verilənlər bazasına müraciəti, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin təşkili üçün, müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.
Qlobal internet şəbəkəsinin standart TPP – nə aşağıdakıları misal göstərmək olar:
– naviqasiya və müraciat vasitəsi – Mozilla Firefox, Microsoft İnternet Explorer;
– Elektron poçtu (E-Mail), məsələn, Eudora, MS Outlook.
Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün standart TPP geniş yayılıb. Bunlara Swift, Sprint, Reuters – i misal göstərmək olar.

  • Teqlər:
  • proqram təminatı
  • , proqramlar
  • , informatika

Comments are closed, but trackbacks and pingbacks are open.