Press "Enter" to skip to content

Uzaq şərq ədəbiyyatı kitabı

Ə lizad ə Elmira

Uzaq şərq ədəbiyyatı kitabı

1. Suriya qadın yazıçıları //Azərbaycan qadını. – 1985. – №8. –S..21

2. Suriyada roman janrının yaranması və inkişaf yolu haqqında //Xəbərlər (AEA) ƏDİ. ser. – 1986. – №2. – s.75-81

Abdullayev Abbas.

3. Ərəb hekayələri («Gənclik» nəşriyyatının nəşr etdiyi «Bir gözəlin qəlbi» hekayələr məcmuəsi haqqında) //Ədəbiyyat və incəsənt. – 1971. – 10 iyul.

Abdullayeva Xatirə

4. İmam Şafii: Həyatı və yaradıcılığı, «Divan»ı. – Bakı: Azərnəşr, 2005. – 111 s.

Araslı Həmid

5. Füzuli ərəb tədqiqatında (Doktor Hüseyn Mücib Əl-Misirinin «Qədim türk şerinin əmiri bağdadlı Füzuli» (Qahirə, 1967) kitabı haqqında) //Ədəbiyyat və incəsənət. -1971. -18 dekabr.

6. Vətən məhəbbətli şeirlər (İraq şairi Həmid Səid haqqında) //Ədəbiyyat və incəsənət. -1971. -23 oktyabr.

Atakişiyeva S.

7. «Misir novellası» (E.Əlizadənin eyniadlı kitabı haqqında) //Azərbaycan. – 1976. – №2. – S.202-205.

8. Orta əsr ərəb şairi Əbu_Tayyib Əl Mütənəbbinin dünyagörüşünə dair //Ərəb filologiyası məsələləri. – 1973. 2- ci bur .- S .95-100

Ərəb mənbəyinin tərcüməsi (Ərəb alimi və yazıçısı Cəlaləddin ər-Rəhman əs-Süyutinin «Kəşf əs-səlsələ vəsf əz zəlzələ» əsərinin Ziya Bünyadov və Cabir İsgəndərov tərəfindən tərcümə e dilməsi haqqında) //Ədəbiyyat və incəsənət. – 1983. – 14 oktyabr. .

Bayramo ğ lu A .

69. Abbas Mahmud ə l – Aqqad ( G ö rk ə mli Misir ə dibi ) // Respublika . – 2002. – 4 iyul

70. Maraqlı və faydalı tədqiqat əsəri (Misir alimi Əbd-ün Nəim Məhəmməd Həsəneyinin Nizamiyə həsr olunmuş doktorluq dissertasiyası haqqında) //Ədəbiyyat və incəsənət. – 1965. – 14 avqust.

B əş irov Y .

71. Yusif -ə s Siban ı n publisistikas ı na dair b ə zi qeydl ə r // X ə b ə rl ə r ( AEA ) Ə D İ ser . – 1974. – №3. – s .37-42

72. Zu – n – un Ə yyubun hekay ə l ə ri // X ə b ə rl ə ri . ( AEA ) Ə D İ. ser . – 1972. – №1. – S .30-38.

Bünyadov Ziya

73. Ərəb şairi əlĞazzi və Şirvanşah Birinci Fəriburz //AMEA Xəbərləri. Ədəb.dil və inc. ser. – 1979. – №4. s.43. – / Beylis V.M. /

74. Nəsiminin məhkəməsi və qətli: Orta əsr ərəb mənbələrində //Ədəbiyyat və incəsənət. – 1980. – 19 sentyabr.

75. Quranın 36-cı yasin surəsi haqqında bir neçə söz // AzSSR EA Xəbərləri. Tarix. Fəlsəfə və hüquq seriyası. – 1987. – № 4. – S. 122-127.

76. İbrahim Əfəndi Peçevi. Tarix. Azərbaycan və qonşu ölkə və vilayətlərin 1520-1640-cı illərə aid tarixindən iqtibaslar / Osmanlı türkcəsindən tərcümə. – Bakı: 1988. – 100 s.

77. 1722-1736-cı illərə aid eməni anonim səlnamə / Türk dilindən tərcümə. – Bakı: Elm, 1988. – 62 s.

78. A.A Xaçaturyanın «YIII-XYI əsrlər Ermənistanın ərəb epiqrafik yazı­larının toplusu», kitabı haqqında (Yerevan, 1987) // Azərb. EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser. – 1988. – № 3. – S. 106-113. – M. X. Neymətova ilə birlikdə.

79. Məhəmməd ibn Mahmud əl-Hələbinin «Əmir Yaşbəyin səfəri» adlı əsəri XY əsr Türkiyə tarixini öyrədən bir mənbədir // IX əsr Türkiyə tarixini öyrədən bir mənbədir // IX Türk Tarix Konqresi, Ankara, 21-25 sentyabr, 1981-ci il Kon­qres­ məruzələri. – Ankara, 1988. – 2-ci c., – S. 680-685.

80. Misirin Milli kitabxanasında saxlanılan Azərbaycan müəlliflərinin əsərləri // Azərb. EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət ser. – 1988. – № 1. – S. 151-152.

81. Taqiəddin Əhməd əl-Məğrizinin «İğasat əlumma bi-kəşf əl-umma» əsəri Məmluk Misrin sosial-iqtisadi tarixinə dair mənbə kimi // Azərb. EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser. – 1988. – № 1. – S. 151-152.

82. Xəzər dənizi ərəb mənbələrində // Azərb. EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser. – 1988. – № 2. – S. 128-138; № 3. – S. 114-127; № 4. – S. 85-96. – N. Vəlixanova ilə birlikdə.

83. Əbdürrəşid əl-Bakuvi. «Abidələrin» xülasəsi və qüdrətli hökmdarın möcüzələri / Ərəb dilindən tərcümə müqəddimə və şərhlər. – Bakı: Şur 1992. – 130 s.

84. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi (XIY əsr). Kitab əl-idrak lilisan əl-ətrak («Türk dillərini dərketmə kitabı») / Ərəb dilindən tərcümə. – Bakı: Azərnəşr, 1992. – 104 s.

85. Selaniki Mustafa Əfəndi. Tarix-i Selaniki, 1563-1600-cü illər: Azərbaycan və qonşu ölkələrin tarixinə aid iqtibaslar /Osmanlı türk dilindən tərcümə, qeyd və şərhlər. – Bakı: Elm, 1992. – 42 s.

C ə f ə rov Vilay ə t

86. Cəmil Sidqi əl-Zəhavi. – Bakı: Elm, 1984. – 60 s.

87. İran və İraq şairlərinin ürək sözləri //Azərbaycan. – 1970. – №4. – S.117-119.

88. İraq şairi Cəmil Sidqi Əz-Zəhravi // Xəbrlər (AEA) ƏDİ ser. – 1971. – №2. – S.18.

89. İraqda neoklassik poeziya. – Bakı: İrşad, 1998. – 155 s.

90. Yeni sahə, ilk qaranquş (Aida İmanquliyevanın «Cübran Xəlil Cübran» kitabı haqqında) //Ədəbiyat və incəsənət. -1975. – 20 dekabr.

Dərviş Mahmud

91. Şeirdən silah kimi istifadə edirəm (Kirill Yanevin Fələstinli şairlə müsahibəsi) //Ədəbiyyat və incəsənət. – 1978. – 26 avqust.

92. İ raq xalq ş airi M ə h ə m ə md Saleh B ə hr -ü l ü n yarad ı c ı l ığı nda monarxiya qurulu ş unun if ş as ı // X ə b ə rl ə r ( AEA . Ə D İ ser .) – 1983. №3. – S .58-62.

Ə f ə ndiyev Ə min

93. Dostluq s ə hif ə l ə rind ə n ( Az ə rbaycan -İ raq ə d ə bi – m ə d ə ni ə laq ə l ə ri ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1971. – 25 dekabr

Ə hm ə dov Q .

94. M ə sud ibn – Namdar //Ə d ə biyyat v ə inc ə s ə n ə t . -1970. – 17 oktyabr

95. Ərəb mənşəli sözlərin semantik dəyişməsi //BDU Xəbərlər. Humanitar elmlər ser. – 2007. – №2. – s.162-169.

96. Ə r ə b oxucula ı rna t ö hf ə ( S . Vur ğ unun ş eirl ə r kitab ı n ı n ə r ə b dilin ə t ə rc ü m ə si haqq ı nda ) // Bak ı. – 1976. – 7 oyktyabr .

Ə liyev Etibar

97. Nacib M ə hvuz // Nobel m ü kafa ı t laureatlar ı (Ə d ə bbiyyat ü zr ə). – Bak ı, 2004. – S .225-227

98. Elmi və bədii tərcümə tarixindən: Əbu Hilal Əl-Əsgərlinin «Əl-Furuq-fi-l-Luğat» əsəri //Elmi araşdırmalar. – 2000. – №3-4. s.123-125.

Ə lizad ə Elmira

99. Mahmud Teymurun ə d ə bi – estetik g ö r üş l ə ri // Az ə rbaycan . – 1974. – №11. – S .76-70

100.Əliyev Faiq.

101.Azərbaycan-ərəb ədəbi əlaqələri. – Bakı: Yazıçı, 1987. – 221 s.

Ə sg ə rov Ş amil

102.Ə hm ə d Xani v ə onun « M ə m v ə Zin » poemas ı // Az ə rbaycan . – 1971. – №10. – S .204-208.

Ə yyubov R .

103. Qarda ş l ı q h ə diyy ə si ( Az ə rbaycan dilind ə çı xm ış « Misir hekay ə l ə ri » kitab ı haqq ı nda ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1958. – 11 oktyabr .

104.Həccan İbn Sabitin islamla bağlı həcvləri //BDU Xəbərlər. Hum. Elm. Ser. – 2000. – s.111-119.

105.Xürrəmilər hərəkatının ərəb poeziyasında əksi //Azərbaycan EA. Məruzələr. – 1974. – №2. – s.84.

106.Klassik ərəb şerində tnbinlərin işlədilməsi //adu Elmi əsərlər. Şərqşünaslıq ser. – 1977. – №1. – s.50-54.

107.Qurani-Kərim anna dilimizdə //Mədəniyyət. – 1992. – 13 fevral – /Əliyev M./

108.İraqlı şair doktor Müzəffər arslan şeirləri ilə //Ədəbiyyat qəzeti. – 2007. – 11 may.

Hac ı yeva V ü sal ə

109. S ə udiyy ə Ə r ə bistan ı ə d ə biyyat ı nda novella janr ı / Red .: V . M ə mm ə dliyev . – Bak ı: Nurlan , 2004. – 177 s .

H ə midov İ mamverdi

110.Ə r ə b folkloru v ə Az ə rbaycan //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1970. – 13 iyun .

111. H . M . Ə l – Misri « Farslar ı n v ə t ü rkl ə rin ə d ə biyyat ı ndan » ( Eyniadl ı ə s ə r haqq ı nda ) // X ə b ə rl ə r ( AEA . Ə D İ. ser ). – 1972. – №2. – s .140-142

H ü seynov Arif

112. D ü nya elminin Şə rq ulduzlar ı – Ə l – F ə rabi v ə Ö m ə r X ə yyam // Xalq q ə zeti . – 2006. – 18 iyun

İ manquliyeva Aida

113. C ü bran X ə lil C ü bran . H ə yat v ə yarad ı c ı l ığı. – Bak ı: Elm , 1975. – 71 s .

114.Ə min ə r – Reyhani v ə din // Az ə rbaycan . – 1971. – №9. – S .194-198.

115.Ə r ə b ə d ə biyyat ı nda qad ı n azadl ığı probleml ə ri // Az ə rbaycan . – 1975. – №10. – S .191-197.

116.Ə r ə b Ə nd ə lus ə d ə biyyat ı n ı n b ə zi x ü susiyy ə tl ə ri haqq ı nda ( X – X 1 ə srl ə r ) // M ə ruz ə l ə r ( AEA ). – C .29. – 1973. – №3. – S .81-85

117.Ə r ə b yaz ıçı s ı n ı n ə s ə rl ə rind ə kapitalizm d ü nyas ı n ı n if ş as ı (Ə min -ə r Reyhani haqq ı nda ) // Az ə rbaycan . – 1973. – №6. – S .178-183.

118. Humanist yaz ıçı ( Mixail Nuaym ə haqq ı nda ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1988. – 18 mart

119.İ spaniyada ə r ə b ə d ə biyyat ı n ı n yaranmas ı v ə inki ş af tarixin ə dair // X ə b ə rl ə r ( AEA ) Ə D İ ser . – 1971. – №1. – S .48-56

120.Qorki və ərəb Şərqi //Azərbaycan. – 1968. – № 5 . – s.189-195.

121. M . Nuaym ə v ə XIX ə sr rus ə d ə biyyat ı // Az ə rbaycan . – 1964. – №12. – S .200-209

122. Müasir ərəb yazıçısı Mixail Nuaymənin novellarındakı realizm haqqında //Xəbərlər (AEA.ƏDİ) ser. – 1967. – №3-4. – S.218-225

123. Müqəddimə //İnsan və quş: Ərəb hekayələri. – Bakı: Azərnəşr, 1974. – S.3-10.

124. Mütərəqqi Livan şairi Mişel Süleymanın «Yerdən doğan günəş» kitabı Azərbaycan dilində //Xəbərlər (AEA.ƏDİ ser.). – 1979. – №№. – S.121-124

125. «Yerdən doğan günəş» (Süleyman Mişelin eyni adlı kitabı haqqında) //Ədəbiyyat və incəsənət. – 1979. – 3 mart

126.Ərəb üzri məhəbbət poeziyası və klassik ədəbiyyatımız //Ədəbiyyat və incəsənət. – 1985. – 9 avqust.

İ smay ı lov T .

127. X ə sr Misir ş airi Ə hm ə d ibn Taba – taba // Elmi ə s ə rl ə r ( ADU ) Şə rq şü nasl ı q ser . – 1972. – №1. – S .58-62.

İ smay ı lzad ə C ə f ə r ( R ə mzi ).

128. Y əğ ma C ə ndaginin h ə yat ı // X ə b ə rl ə r ( AEA )Ə D İ ser . – 1968. – №2. – S .51-58

129. Y əğ ma C ə ndaginin poeziyas ı. – Bak ı: Elm , 1976. – 138 s .

130. Y əğ ma C ə ndaginin ş eirl ə rind ə s ə n ə tkarl ı q x ü susiyy ə tl ə ri // İ ran filologyias ı m ə s ə l ə lri . Bur .2. – – 1973. – S .121-135.

Kaz ı mo ğ lu Seyran

131. Cahidinin ə d ə bi g ö r üş l ə ri (« Kitab -ə l – b ə yan v ə- t – t ə byin » ə s ə ri ə sas ı nda ) / Red .: Vilay ə t C ə f ə r . – Bak ı: Elm , 2005. – 203 s .

Kəmaluddin Cəmil

132.«Altı il Dəclə –Fərat sahillərində» kitabının izi ilə (Qəzənfər Paşayevin eyniadlı əsərinin Bağdadda ərəb dilində çıxması və əsər haqqında rəy //Ədəbiyyat qəzeti. – 1996. – 25 oktyabr.

K ə ndli Qafar

133. Az ə rbaycan klassikl ə rinin Misirin Xudiviyy ə kitabxanas ı nda saxlan ı lan ə s ə rl ə ri haqq ı nda // X ə b ə rl ə r ( MEA ) İ E ser . – 1958. – №3. – S .63-71.

Qaib Tuama Fərman

134.Günəş və həqiqət: Hekayə /T.e.: İ.İbrahimov //Azərbaycan gəncləri. – 1960. – 24 iyul.

Qas ı mov İ mran

135.Ə r ə b yaz ıçı lar ı n ı n qurutay ı nda ( D ə m əş qd ə ke ç iril ə n Ə r ə b yaz ıçı lar ı n ı n VIII qurultay ı haqq ı nda ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1972. – 8 yanvar

Qasımova Aida

136.Cahiliyyə dövrü ərəb şerində (Azərbaycan tarixi ilə bağlı bir məqam) //Elm. – 2006. – 30 noyabr.

Qasımzadə Qası m

137.Ərəblərin istiqlaliyyət uğrunda mübarizəsinin poeziyamızda əks-sədası //Azərbaycan. – 1970. – №10. – s. 185-196.

Q ə mb ə rov M ə mm ə dh ə s ə n

138.Ə r ə b ə d ə bi – b ə dii qaynaqlar ı nda t ü rk dili . – Bak ı: M ü t ə rcim , 1998. – 255 s .

139. Hafiz İbrahmin poeziyası. – Bakı: Elm, 1978. – 116 s.

140. Hafiz İbrahimin şeirlərində ictimai qüsurların ifşası və mütərəqqi islahatlara çağırış //Ərəb filologyiası məsələləri. Bur .2. – 1973. – S .74-95.

141.Müasir ərəb şerində siyasi lirika. – Bakı: Elm, 1990. – 11 1 s. -/Cəfərov V./

142. Misir ş airi Hafiz İ brahimin maarif ç ilik fikirl ə ri // X ə b ə rl ə r ( AEA ) Ə d ə b . Dil . V ə inc . Ser . – 1973. – №4. s .25-30

143. M ü t ə r ə qqi Misir ş airi Hafiz İ brahimin siyasi lirikas ı na dair // Elmi ə s ə rl ə rp ( ADU ) Şə rq ş. Ser . – 1971. – №2. – s . 34-38.

144. M ü t ə r ə qqi Misir yvaz ıçı s ı Ə bd ü rr ə hman Əş-Şə rqavinin « Bir misirli atadan Amerika prezidentin ə m ə ktub » poemas ı haqq ı nda // X ə b ə rl ə r / AEA .Ə D İ ser .). – 1984. – №2. – s .61-67

145. Yeni Misir ş erind ə antiimperialist motivl ə r //Ə r ə b filologyias ı m ə s ə l ə l ə ri . – 1971. – s .145-158g

Qonaqova R.S.

146.Ərəb tapmacaları //BDU Xəbərlər. Hum.elm.ser. 2002. – №3. s.248-254.

147.Ərəbcə-Azərbaycanca qarşılıqlı atalar sözləri //BDU Xəbərlər. Hum.elmlər ser. – 2003. – №3. – s.224-235.

148.Döyüşən poeziya (Fələstin şairlərinin döyüşkən poeziyası haqqında) //Ədəbiyyat və incəsənət. – 1976. – 24 iyul.

149.Azərbaycan ərəbşünaslığına yeni töhfə (Aida İmanquliyevanın «Qələmlər cəmiyyəti» və Mixail Nuaymə» monoqrafiyası haqqında) //Ulduz. – 1976. – №5. – s. 51-62.

150.Əbu-l-Əla yaradıcılığında Dinin və din xadimlərinin ifşası //ADU. Elmi əsərlər Şərqşünaslıq ser. – 1977. – №1. – s. 28-37.

Mehdio ğ lu Az ə r

151.İ bn Xaldun v ə onun f ə ls ə f ə si / Red .: M . Adilov .– Bak ı: Nurlan , 2006. – 70 s .

Məhəmmədi Abdulla

152.Ərəbcə-azərbaycanca qarşılıqlı atalar sözləri və zərbi-məsəllər. – Bakı: eElm, 1978. – 264 s.

M ə mm ə d ə liyev Vasim

153. Livan q ə zetl ə rind ə ( Mi ş el S ü leyman ı n Az ə rbaycan poeziyas ı haqq ı nda fikirl ə ri ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1980. – 16 may

M ə mm ə dov Eldar

154. M ü asir ə r ə b hekay ə si //Şə hidl ə r bu h ə ft ə qay ı dacaqlar : Ə r ə b yaz ıçı lar ı n ı n hekay ə l ə ri / T . e .: Eldar M ə mm ə dov . – Bak ı: Az ə rn əş r , 2004. – S .3-5.

155.Cahiz Bəyan haqqında (Ərəb ədəbi fikrinin yaradıcılarından) //Azərbaycan EA Xəbərlər. Ədəbiyyat, dil və incəsənət ser. – 1984. – №3. – s.50-57.

Mirzəzadə Ç.

156.Ömür illərlə ölçülmür: ərəbşünas Malik Qarazadə haqqında //Azərbaycan. – 2005. – 5 yanvar.

157.Ruhi Bağdadinin qəsidələri //Azərbaycan ədəbiyyatşünaslığı problemləri . – Bakı, 1993. – s.72-74.

Na ğı yeva V ü sal ə

158. S ə udiyy ə Ə r ə bistan ı ə d ə biyyat ı nda novella janr ı / Red .: V . M ə mm ə d ə liev . – Bak ı: Nurlan , 2004. – 177 s .

Nəzərov İsrafil

159.Zəmanəmizin qəhrəmanlarından biri (Məhəmməd Mehdi əl-Cəvani haqqında) //Ədəbiyyat və incəsənət. – 1969. – 18 yanvar.

Osipov Georgi

160.Əfsanəvi adam (Ərəb yazıçısı Sahib Camal haqqında) //Azərbaycan gəncləri. – 1966. – 23 sentyabr.

Pa ş ayev Q ə z ə nf ə r

161. K ə rk ü k az ə ril ə ri // Az ə rbaycan . – 1969. – №2. – S .204-26

Rza R ə sul

162.Mübariz şair (İraq şairi Əbdül Vahab əl-Bayati haqqında //Ədəbiyyat və incəsənət. – 1963. – 24 avqust

163. Uzaq ell ə rin yax ı n t ö hf ə l ə ri ( K ə rk ü k bayat ı lar ı haqq ı nda ) // Az ə rbaycan . – 1961. – №9. – S .174-182.

164. Az ə rbaycan -ə r ə b m ə d ə ni ə laq ə l ə r tarixind ə //Ə d ə biyyat v ə inc ə s ə n ə t . -1 958. – 8 mart .

S ə id Sinan

165. Az ə rbaycandan g ə l ə n qarda ş s ə si ( Az ə rbaycan -İ raq ə d ə bi ə laq ə l ə ri ) //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1969. – 19 aprel .

166. G ə nc alimin ə s ə ri ( Elman A rasl ı n ı n « C ü rci Zeydan v ə ə r ə b ə d ə biyyat ı nda tarixi roman » monoqrafiyas ı haqq ı nda //Ə d ə biyyat v ə inc ə s ə n ə t . – 1969. – 27 dekabr

167. K ə rk ü k ş airl ə rind ə n Hicri D ə d ə // Az ə rbaycan . – 1968. – №8. – S .196-199

Sultanov M ə mm ə da ğ a

168.«1001 gec ə» haqq ı nda //1001 gec ə. – Bak ı: Ç a şı o ğ lu , 2006. – S . 4-10.

Sultanova A ğ anis ə

169. Misir yaz ıçı s ı Nacib M ə hfuzun yubileyi Bak ı da qeyd olundu // Yeni AZ ə rbaycan . – 2004. – 25 dekabr

S ü leyman Mi ş el

170. Livandan m ə ktub (Ş airin N ə bi X ə zriy ə m ə ktubu ) // Kommunist . – 1984. – 3 fevral

Şəfaətddin Məhəmməd əl- Busiri

171.Qəsidətül-bürdə /T.e.: Aynur Hüseynova. – bAkı: Nurlan, 2005. – 91 s.

T ə hmasib M . H .

172. Uzaq ell ə rin yax ı n t ö hf ə l ə ri haqq ı nda (« K ə rk ü k bayat ı lar ı» kitab ı haqq ı nda // Az ə rbaycan . – 1969. – №2. – S .199-203

Ulusel Rahid

173. Ey V ə t ə n qarda ş lar ı (Ə r ə b roman çı s ı C ə branin yarad ı c ı l ığı ndan cizgil ə r ) // X ə z ə r . – 1993. – №3.- S .92-100

Ü lvi Almaz

174. C ü bran X ə lil C ü bran // Xalq q ə zeti . – 2006. – 10 iyun

Vəfalı Ayaz

175.«Hər zaman ümidi sevdim» (İraq şairi və ədəbiyyatşünası Əbdüllətif Bəndəroğlu haqqında) //Ulduz. – 1976. – №11. – s.55-57.

176. Oktyabr inqilab ı v ə İ raq m ü t ə r ə qqi poeziyas ı // Elmi ə s ə rl ə r ( ADU ) Şə rq şü nasl ı q ser . – 1971. – №2. – s .27-32

177. C ə mal ə ddin Ə fqaninin ş ifahi ə r ə b dili v ə ə d ə biyyat ı na m ü nasib ə ti // Elmi ə s ə rl ə r ( ADU ) Şə rq şü nasl ı q ser . – 1969. – №1. – S .61-70

178.İ lk ə r ə b dramaturqu M ə h ə mm ə d Bin Danyal v ə onun komediyalar ı // Elmi ə s ə rl ə r ( ADU ) Şə rq şü nasl ı q ser . – 1968. – №2. – S .39-46.

179. Oktyabr və ərəb poeziyası //ADU Elmi əsərlər. Şərqşünaslıq ser. – 1968. – 31. – s. 18-24.

180.Ş air Ə bu – N ü vas v ə «Ə bu – N ü vas meyxanada » l ö vh ə si // Elm v ə h ə yat . – 1965. – №12. – S .27.

181.Əbdülvəhab əl-Bəyati (Ərəb şairi haqqında məlumat) /\Bakı. – 1968. – 1 noyabr.

182. Ə r ə b filologiyas ı m ə s ə l ə l ə ri : M ə qal ə l ə r m ə cmu ə si . 1-ci bur.–Bakı: Elm, 1971. – 174 s.

183.Ərəb filologiyası məsələləri : Məqalələr məcmuəsi. 2-ci bur.–Bakı: Elm, 1973. – 164 s.

184.Ərəb filologiyası məsələləri : Məqalələr məcmuəsi. 3-cü bur.–Bakı: Elm, 1979. – 168 s.

Uzaq şərq ədəbiyyatı kitabı

Nə qədər çalışsam da, şeirdə uşaqlara aid kiçicik bir işarə tapa bilmədim. Şeir müəllifi sanki çoxdan yanıqlı olduğu nüansı nəzmə çəkərək onun haradasa çapına nail olmağa çalışıb və təəssüf ki, tarixi təcrübəyə malik “Günəş” öz səhifələrinə ona məmnuniyyətlə yer ayırıb. Bu şeirə də, həmin müəllifin epataj səciyyə daşıyan, uşaq dünyasına aid olmayan “Ehtiras növbəsində” şeirinə də:

Düz bir ildi Eşşəyin

Əli Atdan üzülüb.

Çağdaş uşaq nəşrlərinin əksəriyyətini vərəqləyərkən kommersiya tələblərinin öndə getdiyinin şahidi oluruq: yaz getsin, sat getsin, aldat getsin. Peşəkar müəlliflərlə işləmək istəyi nəzərə çarpmır, uşaq ədəbiyyatı bazarında daha çox profan qələmin at oynatdığı üzə çıxır.

Nəşriyyatların tez-tez nağıllar, nağıl kitabları çap eləməyi təqdirəlayiq haldır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Ona görə bu məsələdə daha həssas olmamız gərəkdir. Bu gün çox aktuallanan məsələ müasir nağıl qəhrəmanının yaranmaması məsələsidir. Hətta iki il əvvəl azadlıq saytının “oxu zalı” belə bir fikri başlığa da çıxarmışdi: “Uşağı Cırtdanla aldatmaq olmur. Yeni qəhrəmanlar yaranmalıdır”. Bugünkü uşaq ədəbiyyatının ən böyük problemini də elə bu yanaşmada axtarmaq lazımdır. Uşaq ədəbiyyatından danışanlar, sanki, uşağı aldatmağın yolunu axtarırlar. Nağıllarda uşaq sadəcə, özünü tapmalıdır, öz fantaziyasını, xəyallarını, öz dünyasını görməlidir. Bu mənada, Əşrəf Hacıyevin “Nağıl evi” nəşriyyatında 2002-ci ildə “Bir qız, bir oğlan, bir də ovçu Qurban” adlı kitabında yer alan nağılları müəllif məsuliyyətinin ən gözəl nümunəsi saya bilərik. Kitabda yer alan nağıllar həm dilinin şirinliyinə, təhkiyə mədəniyyətinə, həm də uşaq psixologiyasının ən incə xüsusiyyətlətinin nəzərə alınması, onlara həssaslıqla yanaşılması baxımından uğurlu təsir bağışlayır. Hər nağıl mətninə uyğun şəkillərin yer aldığı bu kitabın mütaliəsi sonucda bizi uşaq aləminin rəngarəngliyinə səyahətə aparır. Yaxud “Altun Kitab” nəşriyyatında Rafiq İsmayılovun tərtibçiliyi və redaktorluğu ilə “Məişət nağılları” (2011), “Şərq-Qərb” nəşriyyatında “Dünya nağılları” seriyasından olan “Daşdəmirin nağılı”, “Göyçək Fatma” (2011) kitabları çap olunub. Kitablar səliqəli, rəvan dildə, uşaqların anlayacağı səviyyədə hazırlanıb. Təəssüf ki, bu cür nümunələrin adlarını o qədər də səxavətlə sadalaya bilmirik. Bəzən məzmunu sönük olan əsərlərə zəngin tərtibat verildiyi halda, mündəricəsi maraqlı olan kitablar illüstrasiyadan məhrum edilir, hətta şriftlərin seçilməsində də diqqətsizliyə yol verilir. Bu baxımdan, bir məsələyə də diqqət çəkməyə dəyər. Mövzu ilə əlaqədar uşaq ədəbiyyatı kitabxanasında, müxtəlif kitab satışı obyektlərində oldum. Nəzər yetirdiyimiz nəşriyyat işlərinin hər birində müəyyən çatışmazlıqlarla qarşılaşdıq. Birində dediyimiz kimi, rəssamlarla işləmə istəyi görmədik, digərində daha çox klassik ədəbiyyata üstünlük verildiyini sezdik, bir qisminin isə əsasən, dünya ədəbiyyatı seriyasından kitablar nəşr etməklə məşğul olduğu məlum oldu.

Bu gün konkret olaraq sırf uşaq ədəbiyyatı nəşrləri ilə məşğul olan nəşriyyat fəaliyyət göstərməsə də, demək olar ki, bütün nəşriyyatlar uşaq ədəbiyyatı nəşr edir. “Şərq-Qərb”, “Təhsil”, “Altun-kitab”, “Bərəkət”, “Qanun”, “Hədəf”, “Üç alma” və s., və i. Amma bir çox nəşriyyatlarda imza qıtlığı var, müəlliflərlə işləmə çabası hiss olunmur. Məsələn, uşaq ədəbiyyatının təbliği yönündə sistemli iş aparan “Təhsil” nəşriyyatında (2009-dan 2013-də qədər burada 80 adda kitab hazırlanıb) bu missiya daha çox Sevinc Nuruqızının imzasına önəm verməsi ilə məhdudlaşıb. Yalnız 2010-cu ildə Aygün Bünyadzadənin üç dildə çap olunan nağıl kitablarını istisna etsək, 2009-cu ildə “Təhsil” nəşriyyatında, 2011-13-cü illər arasında isə “Aspoliqraf” nəşriyyatında görünən imza yalnız Sevinc Nuruqızıdır. Həm də bir neçə istiqamətlərdə: həm tərcümə, klassikadan sadələrdirmə, fərdi nağıl, hekayə yazmaq prosesi, qəhrəmanların tanıdılması yönündə çalışmalar və s., və.i. Bu, əlbəttə, böyük ədəbi fədakarlıq nümunəsidir. Eyni zamanda nümunələrin hamısı ilə olmasa da, müəyyən qismi ilə tanışlıq bizdə məmnunluq yaratdı, mətnlərdəki müəllif məsuliyyətini dəyərləndirməmək insafsızlıq olardı. Amma nədən imza rəngarəngliyi yoxdur, yaxşı tərcüməçilər, uşaq əsərləri müəllifləri nəşriyyatlara cəlb olunmur? Təəssüf ki, məsələyə qeyri-ciddi yanaşmanı ciddi tədris ocaqlarında da görürük. BDU-nun uşaq ədəbiyyatı dərsliyində müasir dövr uşaq ədəbiyyatı Gülzar İbrahimova, onun yaradıcılığı ilə xarakterizə olunur. Məgər çağdaş uşaq ədəbiyyatı bir nəfərinmi ümidinə qalıb? Mən bayaq bir çox müəlliflərin adlarını çəkdim. Məsələ onda deyil ki, onlardan bir qismi artıq həyatda yoxdur (M.Günər, X.Əlibəyli, A.Qəhrəman), bir qismi məsələn, İ.Tapdıq, Z.Xəlil kimi, ömrünün ahıllıq kürsüsündə əyləşib meydanı cavanlara həvalə edib. Qalan digər imzaların meydana qoyduğu mətnləri görməzdən gəlmək olarmı? Müasir uşaq ədəbiyyatının ümumi mənzərəsindən danışırıqsa bunu sistemli şəkildə həyata keçirməliyik. Problemə qalınca, bizdə peşəkar uşaq əsərləri yazan müəlliflər çoxdur, sadəcə nəşriyyatların bu əməkdaşlarla işləmə, onları əməkdaşlığa cəlb etmə çabası, həvəsi, niyyəti zəifdi. Profili sırf uşaq ədəbiyyatı olmayan “Tutu” nəşriyyatı, “Altun” nəşriyyatı (direktor Rafiq ismayılov), “Qanun” nəşriyyatı (direktor Şahbaz Xuduoğlu) işlərini ancaq tərcümə üzərində qurublar. “Qanun” nəşrlər evində əsasən, dünya ədəbiyyatı seriyasından müxtəlif əsərlər doğma dilimizə çevrilərək uşaqların anlayacağı qədər sadələşdirilərək çap olunur. Müxtəlif yaş səviyyələrinə uyğun sınaq kitabları, maarifləndirici kitablar, boya jurnalları nəfis tərtibatla təqdim olunur. Əlbəttə, bədii-estetik zövqün formalaşması üçün dünya uşaq ədəbiyyatından seçmələrin tərcüməsi, onun uşaq nəşrlərində çapı çox vacib və önəmli bir məsələdir. Eyni zamanda biz milli ədəbiyyat nümunələrimizi tərcümə edib digər xalqların dilinə çevirməliyik. Əcnəbi əsər mütaliə vərdişi yaratmaq, uşağın dünyagörüşünün genişlənməsi üçün vacib amildir, amma bu nağılların hər biri müəllifinin mənsub olduğu ölkənin genetik kodlarını, mifik şifrələrini daşıyır. Milli sabahımızın yad təsirlərə qapılmalardan qorumaq istəyiriksə, o zaman özümüzün yazdığı mətnlərə ehtiyac var.

“Hədəf” nəşrlər evində “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar və hekayələr hazırlanaraq uşaqların istifadəsinə verilib. Burada xarici ölkə ədəbiyyatının nümunələrinin sadələşdirilmiş variantları nəşr olunsa da (məsələn, E.Seton-Tompson. “Heyvanlar haqqında hekayələr“, “Dünya xalqlarının nağılları” və s.), başlıca dəyərin daha çox həm də klassik əsərlərin (Qasım bəy Zakir. “Hekayələr və təmsillər”, Nizami Gəncəvi. “Xəmsə”sinə sadil olan bütün əsərləri”, S.Ə.Şirvaninin “Rəbiül-ətfal” dərsliyi əsasında hazırlanmış “Uşaqların Baharı” nağıl kitabı), dastanların (“Tariximizi tanıyaq, tanıdaq”, “Dədə Qorqud”, “Bamsı Beyrək boyu”, “Oğuz elinin igidləri”) sadələşdirilərək balacalara təqdim olunma çabasında hiss elədik. Bu müqtədir addımı önəmsəyərək bircə məqama toxunmağı vacib bilirəm. Təəssüf ki, bu nəşrlərdə də klassika və dastan nümunələri heç də həmişə sadə və rəvan bir dildə təqdim olunmur, daha çox kiçik ixtisar təsiri bağışlayır, bu baxımdan, dastandakı ideyaların uşağa ötürülməsi prosesi baş tutmur, güclü təəssürat oyatmadığından onun estetik duyumuna təsirsiz ötüşür.

Bu gün problem yalnız uşaq ədəbiyyatı ilə bağlı məsələ deyil. Ortaya çıxan bir uğurlu əsər, maraqlı nağıl qəhrəmanı uğurlu bir cizgi filminin araya-ərsəyə gəlməsinə rəvac verir. Yaxşı cizgi filminin, uşaq kinosunun araya-ərsəyə gəlməsi üçün yaxşı ədəbiyyat faktı, material lazımdır. Yaxud yaxşı materialın ərsəyə gəlməsi işin yarısıdı, onun təbliğatına, daha geniş auditoriyaya yol açması üçün yaxşı rejissor işinə ehtiyac var, başqa ölkənin ədəbiyyatına nüfuz edirik, bəhrələniriksə, yaxşı dublyaj, peşəkar çəkiliş lazımdır. Həm də həssaslığımız. Başqa ölkə ədəbiyyatından kimi, hansı əsərə müraciətimizin, onu uşaqlara ötürməyimizin çox böyük əhəmiyyəti var. V.Hüqonun “Səfillər” kimi mürəkkəb süjetə malik şedevrinin əsasında cizgi filmi hazırlanıb. Peşəkar ssenari, canlı təsvir, uğurlu dublyaj prosesi. Məgər milli ədəbiyyatımızda bu cür cizgi filmlərinin çəkilməsinə material verən əsərlər yox dərəcəsindədirmi?! Axı bu o qədər də çətin məsələ deyil. Hər halda böyüklərə nisbətən, uşaqların qəlbini fəth etmək daha asandır. Bunun üçün ilk növbədə, uşaqlarla ünsiyyətdə olmaq lazımdır, onların dilini, qavrama səviyyələrini, maraq dairələrini öyrənmək, prixologiyalarına bələd olmaq gərəkdir. Bu günün uşağı on il əvvəlin uşağı deyil, heç beş il əvvəlin uşağı da deyil. Hər şey gözlərimız üçündə sürətlə dəyişir. Texnogen sivilizasiyanın pik həddində yaşayırıq. Bu gün uşaqlarımız gözünü açıb özünü kompüter, mobil telefon əhatəsində görür, onlarla çevrələnir, düşüncəsi, fəaliyyəti, maraqları bu istiqamətə yönəlmiş olur. İndi fantastik əsərlər sahəsində boşluqlar var. Halbuki, “bu gün uşaqlara fantastik ədəbiyyatın yaranması daha çox lazımdır. Texnika, internet əsrində, bütün əl çatmayan arzuların reallığa çevrildiyi bir əsrdə yaşayırıq və uşaqlar da bütün bu hadisələrin içərisində formalaşır, tərbiyələnir” (A.Qəhrəman). Bu mənada, “Sehrli dünya” jurnalında Gülzar İbrahimovanın zamanın nəbzini tutmağa çalışaraq daim kompüter aləminə səyahətdən bəhs edən mövzulara köklənməsi, Reyhan Yusifqızının “Yaşıl gözlü qız” kitabında kosmik fəza elementlərinə, kainatın sirrlərinə marağı önə çəkməsi çağdaşlıq baxımından təqdirəlayiq haldır.

Uşaq ədəbiyyatının təqdim və təbliğ olunması yönündə müəyyən reklam səciyyəsi daşıyan saytlar istisna olunmaqla, sırf elektron nəşr kimi bir neçəsinin fəaliyyətdə olduğunu görürük: balalar-az.com; bebe.az; sehrli dünya.com, e-eye.az və mercan.az saytları. Balalar-az.com saytı daha çox klassikaya müraciəti ilə diqqət çəkir. Belə ki, müxtəlif növ və janrlarda materialları ehtiva edən bu saytda klassik ədiblərimizin – C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, M.Ə.Sabirin və başqalarının, o cümlədən tapmaca, bayatı, nəğmələr janrında müxtəlif seçilmiş nümunələrin səliqəli tədqimatı ilə qarşılaşırıq. Təbii ki, bu klassiklər heç vaxt ölməyəcək gözəl nümunələr yaradıblar. Amma ədəbiyyat burada bitmir və XX əsrin əvvəllərində yaranmiş ədəbiyyatla XXI əsrin uşağını böyütmək, formalaşdırmaq mümkün deyil. Amma neyləməli, görünür, günün təcrübəsi yetərincə olmayanda irsə bağlılıq qaçılmaz olur. Həm də elə bununla günün təcrübəsinə çevrilir. Digər saytlar daha çox müasir və yeni yazılmış nümunələrin yerləşməsinə yer ayırır. Bu yöndə isə təbii ki, həmişə peşəkarlığı qorumaq mümkün olmasa da çağdaşlığın dövriyyədə olması baxımından müqtədir addım kimi dəyərləndirilməlidir.

Təkliflər:

1. İlk növbədə, bütün digər məsələlərdə olduğu kimi, uşaq ədəbiyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir.

2. Nəşriyyatlar idxal etdikləri məhsula kommersiya maraqları səviyyəsindən yox, gələcəyimiz üçün atılan müqtədir addımın bir nümunəsi kimi baxmalıdır. Bunun üçün: a) ciddi, peşəkar uşaq ədəbiyyatı nümunələri yaradanlarla əməkdaşlıq eləməli; b) uşaqlardakı obrazlı yaddaşın möhkəmlənməsinə xidmət edən rəssamlıq işlərinə önəm verməli, mətnlə rəsm işlərinin harmonik tamlığı bərpa olunmalıdır. V.Q.Belinski yazırdı ki, “Uşaq nəticələr, sübutlar və məntiqi ardıcıllıq tələb etmir. Onun üçün obrazlar, rənglər və səslər lazımdır”. Kitabdan alınan təəssürat nə qədər güclü, təsirli olursa, uşaq yaddaşında, poetik və estetik duyumunda, həyatı dərkində bir o qədər rol oynayır.

3. Ciddi ədəbi nümunələr daim təbliğ olunmalı, çevrilib başqa ölkələrə yayımlanmaqla bahəm, həm də alternativ olaraq uğurlu ssenari mətnlərində yaşamını, funksionallığını davam etdirməlidir. Uşaq dünyası, bu dünyanın rəngləri, onları doğru-dürüst insan kimi yetişməsini şərtləndirən amillər televiziya verilişlərinin ana xəttini təşkil etməli, xüsusilə dilin təmizliyinin, şirinliyinin qorunmasına prinsipiallıqla yanaşılmalıdır.

4. Televiziya ilə birgə əməkdaşlığa yol olmalıdır, maraqlı uşaq filmləri çəkilib təqdim olunmalıdır. Uşaqlarımız hələ də “Sehrli xalat”, “Bir qalanın sirri” və “Qaraca qız” filmlərindəki uşağı seyr edirlər. İnternet əsrinin bütün əlçatmazlığı dəf edən qabiliyyəti qarşısında “Sehrli xalat” öz gücünü itirməyibmi? Bəs yeni dövrün qəhrəmanı kimdir? Olsun, lap cırtdan da olsun, amma yeni əsr uşağını cəlb edəcək səviyyədə. Biz cırtdanı bü günün çağdaşlığına proyeksiyalasaq o, uşaqlar üçün yenə də maraqlı olacaq. Məsələ macərəların kasadlığında, süjetlərin bəsitliyindədir.

5. Yazılan mətnlərdə, çəkilən cizgi filmlərində mətnə milli, ideya baxımından sağlam düşüncənin hopmasına diqqət edilməlidir. Yalnız bu halda, yad təsirlərdən qoruna, əndişələrimizi yenə bilərik.

Zənnimcə, bu təklifləri realizə etmək o qədər də çətin deyil. Burada sadəcə, yaradıcı şəxslə bahəm dövlət marağının, sifarişinin tandemi olmalıdır. Bir də hər şeyin mayasında dayanan: işə can yanğısı, ədəbi və milli təəssübkeşliyimiz. Bir uğurlu uşaq layihəmiz, bir layiqli uşaq verilişimiz onların sabahına istiqamətlənən əhəmiyyətli addımdır. Addım atmaq isə heç vaxt gec sayılmaz.

“Ədəbiyyat qəzeti”

  • Məşhur aktyor boğularaq öldü
  • “2023 Əminə İşınsu” roman müsabiqəsinə 141 əsər qatıldı
  • Əfsanəvi rok ulduzu vəfat etdi

Comments are closed, but trackbacks and pingbacks are open.