Uzaq şərq mədəniyyətləri və inancları hansılardır
Hinduizmin Qaranlıq Dünyası Şərq Dinləri deyildiyi zaman ilk ağla gələn çox vaxt Hinduizmdir. Çünki Hinduizm təxminən 900 milyon təqibçisiylə, İslam dini və Xristianlıqdan sonra dünya üzərində ən çox adam tərəfindən qəbul görən üçüncü dindir. Hindistan, Nepal və İndoneziyadakı əhalinin əhəmiyyətli bir hissəsi başda olmaq üzrə, Hinduizmi dünya əhalisinin təxminən yüzdə 15i qəbul etməkdədir. Hindistan əhalisinin təxminən yüzdə 90-nı meydana gətirən 700 milyon adam Hindidir. Əslində Hinduizmi bir din olaraq təyin etmək doğru deyil. Çünki İslam dini, Xristianlıq və Yəhudilik Allahın vəhyinə dayanan haqq dinlərkən (Yəhudilik və Xristianlıq vəhy edilmələrindən sonra təhrif edilmişlər), Hinduizm bir fəlsəfə, yaşayış şəkli, əsrlərdir davam edən batil ənənələrdən ibarət olan bir mədəniyyətdir. Hinduizm Bütpərəst Bir Dindir Hinduizmin öz içində bir çox fərqli törəməsi olduğu üçün, bu batil inancın təlimlərini qəti xəttlərlə təsbit etmək, inanışlarını təsnif edə bilmək və bunun ardından bütün azğın istiqamətlərini tək-tək ortaya qoymaq mümkün deyil. Ancaq Hindi dini haqqında bilinən ən fundamental həqiqət, bu dinin insanları bütlərə ibadət etməyə təşviq edən, paqan bir inanc olduğudur. Hindilərin necə bir Allah inancına sahib olduqlarını anlamaq olduqca çətindir. Çünki hər fərqli Hindi birliyinin, qəsəbənin, kəndin, hətta eyni ailə içində yaşayan fərdlərin də bir-birlərindən fərqli inancları ola bilməkdədir. Ancaq bu din üzərinə araşdırma edildiyində Hinduizmin bütpərəst bir din olduğu nəticəsinə çatılar. Bu həqiqətə baxmayaraq, Hindilər əsrlərdir davam edən bütpərəst ənənələrini çox fərqli şəkillərdə şərh etməkdədirlər.
SİBİR VƏ UZAQ ŞƏRQ XALQLARI
SİBİR VƏ UZAQ ŞƏRQ XALQLARI
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir.
Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22
milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə
ukraynalılar təşkil edir.
Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır.
Müasir Sibirdə 30-a qədər yerli xalq yaşayır. Onların
bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir
çoxunun ərazisindən böyükdür. Məsələn, Saxa (Yakutiya)
Respublikasının ərazisi Fransanın ərazisindən 6 dəfə,
buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından
1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa
ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar,
sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab
_______________Milli Kitabxana______________
54
olunurlar. Qalan xalqların hamısı “Sibirin kiçik xalqları”
sayılırlar.
Sibir xalqları müxtəlif dil ailələri və dil qruplarına
bölünürlər. Ən çox qohum dilli xalqlar Altay dil ailəsinə
mənsub olan xalqlardır. Altay dil ailəsi 3 qrupa ayrılır: 1) Türk;
2) Monqol; 3) Mancur. Türk qrupu daha genişdir. Sibirdəki
Altay Sayan xalqları (altaylılar 75 min) da bu qrupa daxildir.
Türk qrupuna daxil olan Sibir xalqları aşağıdakılardır:
Tuvalılar, xakaslar, Qərbi Sibir tatarları, qaraqaslar, şorlar və
dolqanlar, yakutlar. Bunların içərisində daha çox yakutlar
üstünlük təşkil edir (360 min).
Sibirdəki monqol qrupu xalqlarından yalnız Baykal gölü
ətrafında yaşayan buryatları (380 min) göstərmək olar.
Bu baxımdan tunqus-macur qrupuna daxil olan xalqların
sayı daha çoxdur. Bu qrupa tunquslar, lamutlar, nanaylar,
ulçlar, negidallar, oroçlar, udegeylər, oroklar və mancurlar
daxildir.
Qərbi Sibirdə bəzi xırda xalqlar da yaşayır ki, bunlar da
Ural dil ailəsinə mənsubdurlar.
Sibirin bəzi xırda xalqları paleoasiyalılаr adlandırılır. Bu
dil qrupuna Şimal-Şərqi Asiyanın bir çox xırda xalqları
daxildir. Bunlar itelmenlər, çukçalar, koryaklar, yukagirlər və
çuvanlardır.
Sibirin şimal-şərqində bir qrup eskimos (1500) və aleutlar
(500) da yaşayır. Tundra ərazisində maralçılıq geniş
yayılmışdır. Buryatlar daha çox əkinçiliklə məşğul olurlar.
Cənubi Altayın və Sayanın türk xalqları (xakaslar və tuvalılar),
əsasən, iri buynuzlu heyvanlar saxlayırdılar. Şimali Altayın
türk əhalisi isə ovçuluqla məşğul olur. Əkinçilik təsərrüfatı
Altaydan qərbə doğru yerləşən ərazilərdə Tomsk, İşim, Barabin
və Tobol tatarları arasında yayılmışdı. Hazırda Sibir tatarları öz
məişət və mədəniyyətlərinə görə qonşu ruslardan o qədər də
fərqlənmirlər.
_______________Milli Kitabxana______________
55
Şimalın maldar tayfaları, əsasən, yakutlardır. Rusların
gəlişinə qədər onlar at və iri buynuzlu heyvanlar saxlayırdılar.
Atlar ən şaxtalı günlərdə belə tövlədə saxlanılmırdı. Yakutlar
balıqçılıqla da məşğul olurlar.
Köçəri buryatlar və altaylılar isə əvvəllər daha çox
alaçıqlarda yaşayırdılar. Altayların, buryatların, xakasların və
yakutların başlıca yaşayış evi tipi altıbucaq evlər idi. Oturaq
yakutlar və buryatlar isə ağac evlərdə yaşayırdılar. Cənubi
Sibirin maldar əhalisinin geyimləri monqol geyimlərinə
bənzəyirdi. Cənubi Altay maldarları isə uzun ətəkli kürklər
geyinirdilər. Yakutların qadın bayram libası “sanqıyax”
adlanan uzun ətəkli qollu xəz koftalardan ibarətdir.
Nivxlərin, nanayların, ulçların, koryakların, itelmenlərin,
selkupların və xantların təsərrüfatı oturaq balıqçı təsərrüfat idi.
Balıqçılıq bütün il boyu əhalinin ehtiyacını təmin edən yeganə
həyat sahəsi idi. Oturaq balıqçılar itlərdən nəqliyyat vasitəsi
kimi istifadə edirdilər. Onlar mürəkkəb qoşqu üsulu ilə
xizəklərə qoşulurdu. Amur və Ob balıqçıları balıq dərisindən
şalvar və xalat tikir, qış paltarlarını isə xəz dəridən tikirdilər.
Ovçu və ya maralçı tayfalar Yenisey çayı ilə Oxot dənizi
arasında məskunlaşmışlar. Onlar evenglər, evenlər, dolqanlar,
selkunlar və ketlərin bir hissəsidir. Geyimləri “mamitsa”
adlanan xəz dəridən ibarətdir və bu başdan ayağa qədər
geyinilir.
Arktika dəniz ovçuları adlanan və Çukot yarımadası
sahillərində yaşayan eskimoslar, çukçalar və aleutlar, əsasən,
suiti və morj ovlayırdılar. Primorsk əhalisi keçmişdə yalnız
tüstü çıxmaq üçün bacası olan qapısız qazmalarda yaşayırdılar.
Oraya nərdivanla çıxıb-düşürdülər. XIX əsrdə onlar maralçı
qəbilələr sayağı yaranqalar tikməyi öyrənmişdilər. Onlar da iki
qatlı xəz kisələrə bənzər paltar geyirdilər.
Bir-birindən təcrid edilmiş vəziyyətdə yaşayan Sibir
xalqları arasında nəsli qəbilə münasibətlərinin qalıqları çox
güclü idi. Məsələn, yukagirlərdə belə bir qayda var idi ki,
_______________Milli Kitabxana______________
56
gənclər gələcək qaynatasının evində bir müddət işləyərək onun
qızı ilə evlənmək hüququ qazanırdı. Evlənən gənclər elə orada
da yaşayırdılar. Bu tərzdə “işləyib ödəmə əsasında nigah”
çukça və koryaklarda da qeydə alınmışdır. Ərin arvad tərəfə
getməsi adəti XVII əsrdə itelmenlər arasında da vardı. Lakin
Sibir xalqlarının əksəriyyətində patriarxal nəsli quruluş hökm
sürürdü. Məsələn, nivxlərdə nəsil ata xətti üzrə hesablanırdı.
Qədim Sibir xalqları arasında quldarlıq münasibətləri də
saxlanılırdı. Qul edilmiş kişilər qadın kimi ev işlərində
çalışırdılar. Lakin bеşinci nəsildə qul artıq azad edilirdi.
Keçmişdə Sibir xalqları arasında ən çox şamanizm dini
yayılmışdı. Şamanlıq XVII əsrdə buryatlar arasında buddizm
ilə əvəz olunmuşdu. Buddizm tuvalılar arasında, xristianlıq
xakas və altaylarda əsas din sayılır. Qərbi Sibir tatarları XVI
əsrdə müsəlmanlığı qəbul etmişlər.
MƏRKƏZİ ASİYA, QAZAXISTAN VƏ QAFQAZ
XALQLARI
MƏRKƏZİ ASİYA VƏ QAZAXISTAN XALQLARI:
Uzun sürən etnik inkişaf prosesində Mərkəzi Asiya və
Qazaxıstanda yaşayan bir çox etnoslar artıq XX əsrin
əvvəllərində burjua milləti şəklində formalaşmışdır. Mərkəzi
Asiya və Qazaxıstanda yaşayan əhalinin 3/5 hissəsini türk
dillərində danışan əhali təşkil edir. Bunlara misal olaraq
özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları,
tatarları, uyğurları və azərbaycanlıları göstərmək olar. Türkdilli
xalqlar arasında əhalisinin sayına görə özbəklər birinci yerdə
dururlar. Hind-Avropa dil ailəsinin İran qrupuna aid olan
xalqlar ümumi əhalinin 7%-ni (50 milyon) təşkil edir. Bunlar
taciklər, farslar, bəluclar və kürdlərdir. Slavyan mənşəli xalqlar
27% təşkil edir. Dunqanların dili Çin-Tibet dil ailəsinə daxil
olan Çin dilidir.
Hal-hazırda Mərkəzi Asiya və Qazaxıstanda 5 müstəqil
_______________Milli Kitabxana______________
57
dövlət: Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və
Qazaxıstan, habelə, Özbəkistanın tərkibinə daxil olan
Qaraqalpaq Respublikası yerləşir.
Özbəkistan Respublikası əhalisinin 77,5 %-ni özbəklər
təşkil edir. Burada ruslar, tatarlar, qazaxlar, taciklər,
koreyalılar, qaraqalpaqlar, ukraynаlılаr, qırğızlar, yəhudilər,
türkmənlər və azərbaycanlılar da yaşayırlar.
Qazaxıstan əhalisinin 40 %-ni qazaxlar təşkil edir.
Qazaxlardan sonra ruslar üstünlük təşkil edirlər. Qazaxıstanda
ukraynаlılаr, almanlar, tatarlar, özbəklər, belaruslar, uyğurlar,
koreyalılar, azərbaycanlılar və dunqanlar da yaşayırlar.
Tacikistanda, əsasən, taciklər üstünlük təşkil etməklə
yanaşı burada özbəklər, ruslar, tatarlar, qırğızlar, ukraynаlılаr
dа yaşayırlar.
Qırğızıstan Respublikasının əhalisinin 56 %-ni qırğızlar
təşkil edir. Burada, həmçinin, ruslar (1,1 milyon), özbəklər,
ukraynаlılаr, tatarlar, uyğurlar, almanlar, qaraqalpaqlar,
dunqanlar və qazaxlar yaşayır. Rusların çoxluğu ilə əlaqədar
olaraq Qırğızıstan Respublikasının dövlət dilləri qırğız və rus
dilləridir.
Türkmənistanda əhalinin 80,5 %-ni türkmənlət təşkil edir.
Türkmənistanda ruslar, qazaxlar, azərbaycanlılar, ermənilər,
ukrainlər, bəluclar da yaşayırlar.
Mərkəzi Asiya və Qazaxıstanın maddi-mədəniyyəti etnik
mənsubiyyətdən daha çox təsərrüfat və regional xüsusiyyətləri
özündə əks etdirir. Şəhər yaşayış məntəqələrindən fərqli olaraq
aul və qışlaq kimi məskənlər etnik xüsusiyyətlərə malikdir.
Mərkəzi Asiya və Qazaxıstanda Alma-ata, Astana, Daşkənd,
Səmərqənd, Bişkek kimi iri şəhərlər vardır. Regionda ən böyük
şəhər Daşkənddir. Mərkəzi Asiyada yaşayış evləri 2 tipdir:
Oturaq əkinçilərə məxsus bir mərtəbəli evlər və Köçəri
maldarlara məxsus mövsümi xarakterli evlər. Mərkəzi Asiya
xalqlarının ənənəvi geyimləri bir çox ümumi spesifik cəhətlərə
malikdir. Kişi geyimlərinin əsasını tuniki formalı biçim
_______________Milli Kitabxana______________
58
üsulunda hazırlanan köynəklər və enli şalvarlar təşkil edir. Üst
paltarı kimi hər yerdə yaxası başdan ayağa qədər açıq, uzun
qolları aşağıya doğru nazikləşən xalatlar geyirlər. Xalatın
biçimi və onun rəngi milli mənsubiyyəti ayırd etməkdən daha
çox onlar ayrı-ayrı vilayətlər üzrə fərqlənirdi. Məsələn, xarəzm
özbəkləri, türkmən və qaraqalpaqlar qırmızı rəngli, Fərqanə
özbəkləri və taciklər isə yaşıl-göy rəngli xalatlar geyirlər.
Ənənəvi qadın geyimləri XX əsrin əvvəllərinədək öz
milli xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Onlar tuniki
biçimli uzun köynək və şalvar geyirdilər. Paltarlar açıq rəngli
parçalardan tikilirdi. Üst paltarları kişi geyimlərindən o qədər
də fərqlənməyən xalatlardan ibarət idi. Mərkəzi Asiya ənənəvi
qadın geyimlərinin əsasını xalat örtük təşkil edir. Qadınlar onu
başlarına salırlar.
Mərkəzi Asiya və Qazaxıstan xalqlarının əksəriyyəti
müsəlmandır. Qazaxıstanın şimalında xristianlar da yaşayırlar
ki, bu da ərazidə rusların çoxluq təşkil etməsi ilə əlaqədardır.
QAFQAZ XALQLARI: Xüsusi tarixi-etnoqrafik vilayət
olan Qafqazın etnik tərkibi olduqca rəngarəngdir. Hal-hazırda
Qafqazda 3 müstəqil ölkə: Azərbaycan, Gürcüstan (tərkibində
Abxaziya, cənubi Osetiya və Acarıstan vilayətləri yerləşir) və
Ermənistan Respublikaları, o cümlədən, Rusiya Federasiyası
tərkibində olan Şimali Qafqazda muxtar qurumlar və
respublikalar vardır: Dağıstan, Kabarda-Balkar, Şimali Osetiya
(Alaniya), Çeçenistan, İnquşetiya muxtar respublikaları,
Krasnodar ölkəsində Adıgey muxtar vilayəti, Stavropol
ölkəsində Qaraçay-Çərkəz muxtar vilayəti və Xəzərin şimal-
qərb sahillərində Kalmıkiya muxtar respublikası yerləşir.
Qafqazda 50-yə qədər xalq yaşayır. Onların ən böyüklərinin
statistik cədvəlinə baxaq:
Azərbaycanlılar 8
milyon
Gürcülər 4
milyon
Ermənilər 4,3
milyon
Abxazlar 100
min
_______________Milli Kitabxana______________
59
Acarlar 300
min
Osetinlər 600
min
Dağıstan xalqları:
Avarlar
550 min
Darginlər 320
min
Kumıklar
260 min
Ləzgilər 450
min
Laklar
120 min
Tabasaranlar
85 min
Noqaylar
70 min
Rutullar
17 min
Aqullar
13 min
Saxurlar
15 min
Kabardinlər 350
min
Balkarlar
75 min
Çeçenlər 1
milyon
Çərkəzlər 55
min
İnquşlar 200min
Adıgeylər 120
min
Qaraçaylar
150 min
Abazinlər 36
min
Ruslar
12 milyon
Ümumi əhali: 32,5
milyon
Linqvistik baxımdan Qafqaz əhalisi 3 böyük dil ailəsinə
mənsubdur: Qafqaz, Hind-Avropa, Altay dil ailələri. Lakin
ərazidə azsaylı xalqlar da yaşayır ki, bunlar daha çox
Dağıstanda məskunlaşmışlar.
Antropoloji cəhətdən Qafqaz əhalisi yekcinsdir.
Monqoloid əlamətli noqaylar və kalmıkların əksəriyyəti istisna
edilməklə bütün digər xalqlar böyük Avropa irqini təmsil
edirlər. Ruslar istisna edilməklə Qafqazın bütün əhalisi Avropa
irqinin cənub budağına daxildirlər. Əhali başlıca olaraq üç
əlamətlərinə görə fərqlənir:
_______________Milli Kitabxana______________
60
1) Saçın və gözlərin rənginə görə;
2) Sifətin enliliyinə görə;
3) Baş indeksinə görə.
Qafqaz əhalisini aşağıdakı antropoloji tiplərə ayırmaq
olar:
1) Böyük Qafqaz tipi;
2) Xəzər tipi;
3) Kuban və ya Pont tipi;
4) Kartvel və erməni tipləri.
Qafqaz əhalisinin müasir antropoloji tərkibi hələ Son
Tunc və İlk Dəmir dövründə formalaşmışdır. Qafqazda ən
geniş yayılmış dil ailəsi Qafqaz və ya İber-Qafqaz dil ailəsidir.
Hazırda bu dil ailəsi 4 budağa ayrılır: 1) Cənub (Kartvel); 2)
Şimal-Qərb (Abxaz-adıgey); 3) Mərkəz (Nax); 4) Dağıstan
budaqları.
Kartvel dillərində gürcülər danışır.
Abxaz-adıgey dillərində abxazlar, abazinlər, adıgeylər,
çərkəzlər və kabardinlər danışırlar.
Çeçenlərin və inquşların dilləri Nax budağına daxildir.
Dağıstan budağına avarların, darginlərin, lakların,
ləzgilərin, tabasaranların, o cümlədən, Dağıstanda və
Azərbaycanda yaşayan bir neçə xalqın dili daxildir.
Dağıstan və Azərbaycanda yaşayan Dağıstan dilli xalqlar
ləzgilər, aqullar, rutullar, avarlar, tabasaranlar, saxurlar,
udinlər, buduqlar, qrızlar və xınalıqlardır. Ləzgilər ləzgi, rus və
Azərbaycan dillərində, aqullar ləzgi və rus dillərində, rutullar
və saxurlar Azərbaycan və rus dillərində, tabasaranlılar öz
müstəqil ədəbi dillərində, udinlər Azərbaycan və udin
dillərində danışırlar.
Qafqazda Hind-Avropa dillərini təmsil edən xalqlar
ruslar, ermənilər, osetinlər, ukraynаlılаr, tatlar, talışlar, kürdlər,
yunanlar və başqalarıdır. İran dilli əhali osetinlər, talışlar,
kürdlər və tatlardır. Qafqazda moldovanlara, qaraçılara, alman-
lara da rast gəlinir.
_______________Milli Kitabxana______________
61
Altay dil ailəsinə mənsub olan xalqlar türk dilli
xalqlardır. Bunlara azərbaycanlılar, noqaylar, kumıklar,
balkarlar, qaraçaylar daxildir.
Qafqaz xalqlarının geyimləri bəzi əlamətlərinə görə
ümumi xarakter daşısa da burada yaşayan xalqların
geyimlərində də fərqlər vardır. Adıgeylərin, osetinlərin,
qaraçayların, balkarların, abxazların geyimləri oxşardır. Bu
xalqların geyim tipləri: beşmet, dar şalvar, papaq və yapıncı,
ensiz toqqa və çəkmədən ibarətdir. Qadın geyimləri
köynəkdən, uzun şalvardan, enli biçimli tumandan və hündür
baş geyimindən ibarətdir. Dağıstan xalqlarının kişi geyimləri
bir çox əlamətlərinə görə adıgey geyimlərinə bənzəyir.
Dini etiqadlarına görə Qafqaz xalqları 2 hissəyə:
müsəlmanlara və xristianlara ayrılır. Xristianlıq Qafqazda
eramızın ilk əsrlərində yayılmışdır. IV əsrdə bu din Qafqaz
Albaniyasında (İndiki Azərbaycan və Cənubi Dağıstan) və
Gürcüstanda qəbul edilmişdir.
Xristianlıq gürcülərdən abxazlara və adıgeylərə (VI-VII
əsrlər) keçmişdir. Bu dini sonralar çeçenlər (VIII əsrdə),
inquşlar, osetinlər və başqa dağlılar da qəbul etmişdilər.
Qafqazda İslam dininin yayılması bilavasitə Ərəb dövrü
ilə (VII-VIII əsrlər) əlaqədardır. Bu din monqol yürüşləri
dövründə, xüsusilə, Teymurun yürüşləri zamanı daha da
möhkəmləndi. Abxazlar İslami XV əsrdə, türk işğalları
dövründə qəbul etdilər.
Şimali Qafqaz xalqları arasında İslam dinini XV-XVII
əsrlərdə türk sultanları və Krım xanları yayırdılar. İslam dinini
XVII-XVIII əsrlərdə osetinlər Kabardadan qəbul etmişdilər.
XVI əsrdə İslam Dağıstandan Çeçenistana da keçmişdir.
İnquşlar isə İslam dinini XIX əsrdə çeçenlərdən qəbul etmişlər.
İslam dini Şamilin başçılığı altında milli azadlıq hərəkatı
dövründə dağlılar arasında daha da möhkəmləndi.
Azərbaycanlılar Cənubi Qafqazda yaşamaqla Qafqazın ən
böyük yerli xalqıdır. Kökləri yerli Qafqaz Albaniyasına gedib
_______________Milli Kitabxana______________
62
çıxan Azərbaycan xalqı öz milli adətlərinə, məişətinə və
mədəniyyətinə görə digər Qafqaz xalqları ilə həm oxşar, həm
də fərqli xüsusiyyətlərə malikdir. Albanların xarici antropoloji
görünüşü haqqında məlumatlardan aydın olur ki, onlar
Dağıstan və Azərbaycanda yaşayan, keçmiş albanların qalıqları
olan xalqlara çox oxşar olmuşlar.
Cənubi Qafqazda ikinci böyük yerli xalq gürcülərdir.
Gürcüstanda gürcülərlə yanaşı azərbaycanlılar, ruslar,
ermənilər, abxazlar, osetinlər, acarlar və başqa xalqlar da
yaşayırlar. Antropoloji cəhətdən gürcülər Pont-Zaqros tipinə
aiddir. Gürcülərin arasında bir çox etnik qruplar da vardır.
Hazırda onlar gürcü etnosunun tərkibinə daxil olaraq öz
əvvəlki etnik xüsusiyyətlərini itirmişlər. Bunlar, əsasən, kartli,
kaxet, tuşin, xevsur, pşav, moxev, mtiul, inqiloy, mesxi, cavax,
imeret, raçin, leçxum, qori, acar, meqrel, laz (çan) və
svanlardır. Gürcülər daha çox əkinçilik, maldarlıq, üzümçülük
və şərabçılıq, o cümlədən, sənətkarlıqla məşğul olmuşlar.
Gürcü yaşayış evləri 3 tipdir. Svanlar, xevsurlar və tuşinlər 3-4
mərtəbəli evlərdə yaşayırlar. Gürcü xalq nəqliyyat vasitələri 2
qrupdur: sürütmələr və xizəklər. Gürcü geyimləri
özünəməxsusluğu ilə seçilir. Kişi geyimləri çoxa-axalexi
adlanır. Gürcü adətinə görə endoqamiyaya yol verilmir.
Elçiliyə gedənlər, adətən, qızın dayısının razılığını alırdılar. Bu
adətə dasacerisi – razılıq deyirlər. Sonra patara nişani, yəni
kiçik nişan taxılırdı. Bu mərhələdən sonra nişanlı qız artıq başı
açıq evdən bayıra çıxa bilməzdi. Daha sonra böyük nişan
olurdu. Bir qədər sonra toy şənliyi başlayırdı.
Ermənilər Cənubi Qafqazda gəlmə xalq olmaqla Hind-
Avropa dil ailəsinin ayrıca bir qrupunu təşkil edirlər. Qədim
erməni dili qrabar XIX əsrə qədər danışıq dili kimi istifadə
olunmuşdur. Son orta əsrlər dövründən başlayaraq yeni ədəbi
erməni dili – aşxarabar dili təşəkkül taparaq XIX əsrdə tam
erməni dilinə çevrilmişdir. Ermənistan hal-hazırda monoetnik
respublikadır. Ermənistanın qədim yerli əhalisi azərbaycanlılar
_______________Milli Kitabxana______________
63
olmuşdur. Qafqazа XIX əsrdə gələn ermənilər sonralar yerli
əhalinin məişət və mədəniyyətini mənimsəmişlər və bunları
özününküləşdirməyə cəhd göstərmişlər.
AVROPA XALQIARI
Avropanın yer üzünün ayrıca bir hissəsi kimi qəbul
edilməsi ilk növbədə orada yaşayan xalqların dünya tarixinin
bəzi dövrlərində böyük rolu ilə əlaqədardır. Etimoloji cəhətdən
Avropa adı yalnız coğrafi məna daşıyır: yunan sözü “Europa”
(“Ereb” Assuriya sözündən) “Qərb ölkəsi” adlanır; o, konkret
halda Avrasiyanın qərbi deməkdir. Ərazidə avropoid irqinə
mənsub olan insanlar daha çox yayılmışdır. Qitədə avropoid
irqi öz xüsusiyyətlərinə görə şimali avropoid və cənubi
avropoid irqlərinə də ayrılır. Şimali avropoid irqinə daha çox
Skandinaviya ölkələrinin əhalisi aiddir. Cənubi avropoid irqinə
mənsub insanlar daha çox Cənubi İtaliyadа yayılmışlar.
Avropada Hind-Avropa dil ailəsinə məxsus 4 böyük qrup
yayılmışdır: Slavyan; Alman; Roman; Kelt dil qrupları. Bu dul
qrupları ilə yanaşı kiçik qruplar da vardır: Yunan, erməni və
alban dilləri ayrıca dil qrupları kimi çıxış edirlər. Avropada
Ural, Altay və Semit-Hamit dil ailəsinə məxsus dil qruplarının
insanları da məskunlaşmışdır.
SLAVYANLAR: Avropanın ən böyük və ən geniş
məskunlaşmış xalqlar qrupundan biri slavyanlardır. Slavyanlar
3 qrupa bölünür: 1) Cənub slavyanları: Bura Balkan
slavyanları, yəni bolqarlar, makedoniyalılar və keçmiş
Yuqoslaviya xalqları daxildir; 2) Qərb slavyanları: Bura
polyaklar, çexlər, slovaklar və Luqovitsa serbləri daxildir.; 3)
Şərq slavyanları: Bura ruslar, ukraynalılar və beloruslar
daxildir.
Qərb slavyanlarının mənəvi mədəniyyəti ənənəvi
mərasimlərlə zəngindir. Belə ki, polyaklarda, slovak və
lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir
_______________Milli Kitabxana______________
64
(lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan
əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və
keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət
edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün
növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə
aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na
troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı”
(bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla,
açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar.
Polyakların, çexlərin və slovakların böyük bir hissəsi
katoliklərdir.
Cənub slavyanları qrupu xalqlarına bolqarlar, serblər,
xorvatlar, makedoniyalılar, çernoqoriyalılar, müsəlman
slavyanlar daxildirlər. Bu xalqlar, əsasən, Balkan
yarımadasında məskunlaşmışlar. Cənub slavyanları qədim
əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub
slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal
olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar
torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”-
qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s.
göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub
slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə
gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd
edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim
bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə
qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü
(6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına
çıxarılmasını və s. göstərmək olar.
Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə
bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan
çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox
ukraynalı və 10 milyondan çox belorus yaşayır. Bu xalqların
böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq
slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və
_______________Milli Kitabxana______________
65
meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Mal-
qaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil
edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində
tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar
хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir,
yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim
tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun
ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli
biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə
yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha
çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş
örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli
qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın
baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə
olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və
beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox
mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi
xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu
mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə
çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav
kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola
bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd
olunur.
ALMAN XALQLARI QRUPU: Bu qrupa aid olan xalqlar
Şimali Atlantika adaları daxil olmaqla, Qərbi, Mərkəzi və
Şimali Avropada yaşayırlar. Dil və mədəniyyətin bəzi
xüsusiyyətlərinə görə bu xalqları iki böyük qrupa bölürlər:
Şimali Alman (Skandinaviya) xalqları və Qərbi Alman xalqları.
Skandinaviya xalqları qrupuna isveçlər, norveçlilər,
danimarkalılar, islandiyalılar və fоrerlilər daxildirlər.
Təsərrüfatda meşə sahəsi daha çox inkişaf etmişdir ki, bu da
təbii-coğrafi şəraitlə əlaqədardır. İsveç xalqı öz milli kostyum-
larını müasir dövrdə yalnız toylarda geyir. Norveçlilərin milli
geyimi “bunad” adlanır. Digər Skandinaviya xalqlarında
_______________Milli Kitabxana______________
66
olduğu kimi danimarkalılarda da yun məmulatları geniş
yayılmışdır. İslandiyalıların və farerlilərin ənənəvi mədəniyyəti
Norveç mədəniyyətinə çox yaxındır.
Qərbi Alman xalqları qrupuna almanlar, avstriyalılar,
ingilislər,
şotlandiyalılar, oleterlilər, alman-isveçrəlilər,
lüksemburqlular, elzaslılar, lotaringiyalılar, flamandlar,
hollandiyalılar və frizlər daxildir. Bu xalqlar arasında daha
geniş yayılmış dillər alman və ingilis dilləridir. Bütün alman
xalqının özünü adlandırdığı ad – Döyç (Döyçlənd – Döyç
torpağı) ölkənin şimalında yaşayan tevton tayfasının adı ilə
əlaqədardır. Qədimdə ölkənin cənubunda yaşayan aleman
tayfasının adı ilə bir çox roman xalqları almanları Aleman
adlandırır. İngilislər isə onları germanlar adlandırırlar. German
xalqlarının ənənəvi məşğuliyyəti heyvandarlıq, əsasən, iri
buynuzlu mal-qaranın saxlanması və əkinçilikdir. İngilislərin
milli mətbəxi və milli bayramları daha maraqlıdır. İngilislərin
milli xörəkləri rostbif və bifşteks bir çox ölkələrdə məşhurdur.
Ənənəvi yaz bayramları, xüsusən, indi İngiltərədə yalnız bir
gün qeyd olunan maslenitsa böyük rəngarəngliyi ilə seçilir.
Həmin gün səhər saat 11-də kilsə zəngləri kəndin bütün
əhalisinə blinaların bişirilməsinin başlanmasını xəbər verir.
Niderland əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Almanlarda
da təqvim bayramları böyük təntənə ilə qeyd edilir.
ROMAN XALQLARI QRUPU: Bu qrupa italyanlar,
italyan-isveçrəlilər, ispanlar, fransızlar, portuqaliyalılar,
friullar, romaneşlər, ladinlər, korsikanlar, katalonlar,
qalisiyalılar, rumınlar və moldovanlar daxildir. İtalyanların
mənəvi həyatı müxtəlif ənənəvi bayramlarla zəngindir. Milad
günü və yeni il bayramı geniş miqyasda keçirilir. İtalyanlar
Yeni il günü evdə lazım olmayan çini və şüşə qabları, sınıq
mebeli tullayırlar. İtaliyada ən böyük yaz bayramı karnaval
hesab edilir. Karnaval gəzintiləri, adətən, fevral-mart aylarında
keçirilir. Pasxa italyanların ikinci böyük yaz bayramıdır.
İtalyanlarda ən məşhur yay bayramı San Covanni günüdür (24
_______________Milli Kitabxana______________
67
iyun). İspanlarda ən çox sevilən təqvim bayramı Milad
günüdür. İspaniyada katolok təqvimi ilə bütün müqəddəslərin
günü hesab edilən 1 Noyabr günü böyük əhəmiyyətə malik
bayramdır. İspanlar da ənənəvi olaraq çoxlu karnavallar
keçirirlər. İspan bayramlarında hər zaman koorido (öküzlər
döyüşü) keçirilir.
KELT XALQLARI QRUPU: Bu qrupa irdandiyalılar
(Şimali və Cənubi İrlandiyada), valliyalılar (Uelsdə), gellər
(Şotlandiyada və Gebrid adalarında) və bretanlar (Fransada
Bretan yarımadasında) daxildir. Keltlər Avropanın ən qədim
sakinlərindən biridir. Keltlərdə daha çox nəzərə çarpan Laten
mədəniyyətidir. Bu ad müasir İsveçrədə La Ten adlanan yerin
adı ilə belə adlandırılır. E.ə. V-I əsrlərə aid edilən mədəniyyət
Qərbi və Mərkəzi Avropada yayılmışdı. Bu mədəniyyət oturaq
əhalinin mədəniyyəti idi ki, bunlarda da sinfi quldarlıq
cəmiyyəti yaranırdı, sənətkarlıq və ticarət inkişaf edirdi,
şəhərlər böyüyürdü. Dağlı gellər dizlərə qədər uzanan damalı
yubka – kilt geyinirdilər. Hazırda bunlar şotland ənənəvi
mədəniyyətinin simvolu olmuşdur.
Yuxarıda qeyd olunan 4 böyük dil qruplarından başqa
Avropada aşağıdakı xalqlar da yaşayır:
BALTİK XALQLARI: Bu qrupa latışlar və litvalılar
daxildir. Bu xalqlar, əsasən, Latviya və Litvada yaşayırlar.
Qədim məşğuliyyətləri əkinçilik və heyvandarlıq olmuşdur.
Latışların və litvalıların milli və mədəni həyatları çox oxşardır.
Ənənəvi mədəniyyətin bir çox cəhətləri kimi latışlarda və
litvalılarda xalq kostyumları çox oxşardılar.
YUNANLAR: Balkan yarımadasının cənubunda və Egey,
Aralıq, İoniya dənizlərinin adalarında, habelə, Kipr adasında
Hind-Avropa dillərində danışan yunanlar yaşayırlar. Yunanlar
qədim yüksək antik svilizasiyanın yaradıcıları hesab olunurlar.
Ənənəvi yunan yaşayış evi tipləri müxtəlifdir. Əksər evlər
birmərtəbəlidir. Evlərin pəncərə və aynabəndi, adətən, şərqə
doğru yönəlmişdir. Ənənəvi xristian bayramları Milad günü,
_______________Milli Kitabxana______________
68
Yeni il, pasxa ilə yanaşı yunanlar bütün Avropa xalqlarına
məlum olan “may bayramı”, təbiətin yaz oyanışı ilə əlaqədar
bayramlar da keçirirlər.
ALBANLAR: Hind-Avropa dil ailəsinə daxil olan
xalqlardan biri də albanlardır. Onlar özlərini “Şgiptor”
adlandırırlar. Alban dili Hin-Avropa dil ailəsinə daxil olan,
İlliriya və Frakiyalılara aid edilən yeganə dil olaraq qalmışdır.
XII əsrdə müstəqil Alban dövləti olan Ayberlər dövləti
yaranmışdı. Alban kəndlilərinin ənənəvi məşğuliyyəti köçmə
qoyunçuluqdur. Əkinçilikdə taxılçılıq əsas yer tutur. Albanların
kənd məskənləri 3 tiplidir: dağınıq, yığcam və müasir küçəvari
poan quruluşlu evlər. Albaniyada əhalinin əksəriyyəti
müsəlmandır. Albaniyada Milad günü (25 dekabr), “Yaz günü”
(1 və 14 mart) və Müqəddəs Georgi günü (23 aprel) təntənəli
surətdə keçirilir. Albaniyada Müqəddəs Georgi günü (23 aprel)
həm xristianlar, həm də müsəlmanlar tərəfindən qeyd edilir.
MALTALILAR: Maltalılar Avropada yeganə Semit dilli
xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında
məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların
azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3
dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi
həyatında katolosizm çox böyük rol oynayır.
FİN-UQOR XALQLARI: Avropa qitəsindəki xalqların
bir hissəsi Fin-Uqor qrupuna daxildir. Bu xalqlar Avropaya
Ural dağı ətrafından gəlmişlər. Avropanın Fin-Uqor qrupu
xalqlarına finlər, saamlar, estonlar, mordvalar, udmurtlar,
marilər, komilər, karellər, vepslər və macarlar daxildir. Finlər
Finlandiyada, estonlar Estoniyada, macarlar isə Macarıstanda
məskunlaşmışlar. Digər xalqlar: saamlar Finlandiya və
Norveçin şimal vilayətlərində, mordva, udmurt, marilər,
komilər, karellər və vepslər Rusiyanın şimal və Volqayanı
rayonlarında məskunlaşmışlar. Macarlar katolikdirlər. Fin
tayfalarının birləşməsi XIV əsrdə başa çatmışdır. Estonların
ənənəvi mədəniyyəti digər Pribaltika xalqlarınınıı
_______________Milli Kitabxana______________
69
mədəniyyətinə
bənzəyir. Saamlar monqoloid irqinə
mənsubdurlar. Dini əqidəyə görə Volqayanı ərazinin fin dilli
xalqları pravoslav xristianlardır.
Uzaq şərq mədəniyyətləri və inancları hansılardır?
Şərq dinləri xeyli çox insan üçün böyük bir naməlumdur. Hinduizm, Caynizm, Budizm, Sihizm, Şintoizm, Konfutsiçilik və Taoculuk kimi dinlərin adları sayıldığında ümumiyyətlə insanların ağıllarına daşdan ya da taxtadan heykəllərə ibadət edən, bu heykəllərə əhdlər təqdim edib hörmət nümayişlərində olan, loş məbədlərdə maraqlı ayinlər təşkil edən birliklər gəlir. Asiya xalqlarının böyük bir hissəsinin inandıqları Hinduizm, Budizm kimi dinlər, pagan (bütpərəst) inanclardır.
Buddistlər Buda heykəlləri qarşısında əyilər, onlara əhdlər təqdim edərlərkən, Hindilər milyonlarla fərqli bütə ibadət edirlər. Bir insanın daşdan edilmiş bir heykəlin güc sahibi olduğuna, insanlara kömək etmə ya da cəza vermə qüdrətini əlində tutduğuna inanmasının, bu daş yığınına hörmət etməsinin ya da ondan qorxmasının nə qədər böyük bir azğınlıq və ağılsızlıq olduğu açıqdır. Üstəlik Hinduizm kimi inəklərə, meymunlara, siçanlara, ağaclara və çaylara ibadət etməyi əmr edən batil dinlər insanları çox daha böyük bir mənəvi azğınlığın, cahilliyin və qaranlığın içinə sürüməkdədirlər. Ancaq bu kimi bütpərəst inanclara sahib birliklər tarixin hər dövründə var olmuşlar. Allahın Quranda hekayələrini xəbər verdiyi bir çox mübarək elçisi bənzər birliklərlə qarşılaşmış, onları Allahdan başqa varlıqlara səcdə etməkdən imtina edib, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə iman etməyə dəvət etmişlər. Allahın Özünə dost etdiyi, hənif qulu Hz. İbrahimin, bütpərəst qövmünə çağrışı Ənkəbut Surəsində bu şəkildə xəbər verilməkdədir: Siz yalnız Allahdan başqa bəzi bütlərə ibadət edir və bəzi yalanlar söyləyirsiniz. Həqiqət budur ki, sizin Allahdan başqa ibadət etdikləriniz, sizə ruzi verməyə güc çatdıra bilməzlər; elə isə ruzini Allahın Qatında axtarın, Ona qulluq edin və Ona şükr edin. Siz Ona çeviriləcəksiniz. (Ənkəbut Surəsi, 17)
Hinduizmin Qaranlıq Dünyası Şərq Dinləri deyildiyi zaman ilk ağla gələn çox vaxt Hinduizmdir. Çünki Hinduizm təxminən 900 milyon təqibçisiylə, İslam dini və Xristianlıqdan sonra dünya üzərində ən çox adam tərəfindən qəbul görən üçüncü dindir. Hindistan, Nepal və İndoneziyadakı əhalinin əhəmiyyətli bir hissəsi başda olmaq üzrə, Hinduizmi dünya əhalisinin təxminən yüzdə 15i qəbul etməkdədir. Hindistan əhalisinin təxminən yüzdə 90-nı meydana gətirən 700 milyon adam Hindidir. Əslində Hinduizmi bir din olaraq təyin etmək doğru deyil. Çünki İslam dini, Xristianlıq və Yəhudilik Allahın vəhyinə dayanan haqq dinlərkən (Yəhudilik və Xristianlıq vəhy edilmələrindən sonra təhrif edilmişlər), Hinduizm bir fəlsəfə, yaşayış şəkli, əsrlərdir davam edən batil ənənələrdən ibarət olan bir mədəniyyətdir. Hinduizm Bütpərəst Bir Dindir Hinduizmin öz içində bir çox fərqli törəməsi olduğu üçün, bu batil inancın təlimlərini qəti xəttlərlə təsbit etmək, inanışlarını təsnif edə bilmək və bunun ardından bütün azğın istiqamətlərini tək-tək ortaya qoymaq mümkün deyil. Ancaq Hindi dini haqqında bilinən ən fundamental həqiqət, bu dinin insanları bütlərə ibadət etməyə təşviq edən, paqan bir inanc olduğudur. Hindilərin necə bir Allah inancına sahib olduqlarını anlamaq olduqca çətindir. Çünki hər fərqli Hindi birliyinin, qəsəbənin, kəndin, hətta eyni ailə içində yaşayan fərdlərin də bir-birlərindən fərqli inancları ola bilməkdədir. Ancaq bu din üzərinə araşdırma edildiyində Hinduizmin bütpərəst bir din olduğu nəticəsinə çatılar. Bu həqiqətə baxmayaraq, Hindilər əsrlərdir davam edən bütpərəst ənənələrini çox fərqli şəkillərdə şərh etməkdədirlər.
Milyonlarla fərqli bütə ibadət etmələrinə, bu bütlərin cəzalandırma və mükafatlandırma kimi bir çox sözdə üstün gücə sahib olduqlarına inanmalarına baxmayaraq, Hindilər ümumiyyətlə bütpərəst olduqlarını qəbul etməzlər. “Brahma” adını verdikləri “universal bir ruha” inandıqlarını, digər bütləri Brahmanın əks olunmaları olaraq gördüklərini, bu səbəbdən Hinduizmin tək tanrılı bir inanc olduğunu söyləyərlər. Halbuki bu, İslam dini ilə heç bir şəkildə uyğun gəlməyən azğın bir anlayışdır və onsuz da bütpərəstlik də budur.
Üstəlik Hinduizmin bütpərəst bir din olduğunu anlamaq üçün hər hansı bir araşdırmaya ya da uzun müddət müşahidələr etməyə də ehtiyac yoxdur. Hindistanın dörd bir tərəfini qucaqlayan milyardlarla büt bu həqiqəti bütün açıqlığı ilə gözlər önünə sərməkdədir. Hinduizmin Ölüm və Axirət Həyatına Dair Batil İnancları Bütpərəst Şərq dinlərinin ən fundamental xüsusiyyətlərindən biri axirət inancını inkar etmələri, canlıların həyatlarının isə reinkarnasiya və qarışıq olaraq adlandırılan xəyali bir sistemə görə işlədiyini iddia etmələridir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.