Zaqatala sakininin İXTİRASI: Uzaqdan idarə olunan istilik sistemi – FOTO
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Zamanı Yox, Özünüzü İdarə Etməlisiniz! – 2023 Təhsildə Motivasiya
“Zamanın idarəsi yoxdur, özünü idarə vardır.” deyib yazıçı Rory Vaden TedX çıxışında. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı həqiqətən yanlışdır” deyə düşündüm, çünki biz zamanı necə idarə edə bilərik ki, saatın əqrəblərini tutub saxlamaq imkanımız olmadığına görə biz zamanı deyildə, özümüzü idarə etməyə çalışmalıyıq. “Zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və produktiv keçsin?” sualı ilə əvəz etməliyik.
Bəs Özümüzü Necə İdarə Etməliyik?
İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar ele tez keçir ki, heç fərqində olmuram”, “Heçnəyə vaxtım çatmır” bəhanələrindən əl çəkməlisiniz. Çünki hər dəfə zamanım yoxdur dedikcə hər dəfə mövcud olan zamanıda yox etmiş olursunuz. Hərkəs üçün 24 saat vardır və bu zaman müddətində özünüzü elə idarə etməlisiniz ki, günün sonunda nələr etmiş olduğunuzun hesabatını etdikdə üzülməyəsiniz. “Bu günüm çox boş keçdi” deyə pis olmaq yerinə “bu gün nə qədər iş çatdıra bildim, günüm çox produktiv keçdi” deyə hüzurlu və xoşbəxt olmalısınız. Bəs bunun üçün nə etməli?
Aşağıdakı metodlardan istifadə edərək gününüzü daha səmərəli və produktiv keçirə bilərsiniz:
1.Vərdişlər Qazanın!
Hər gün edə biləcəyiniz və sizə faydalı olan, produktivliyinizi artıracaq vərdişlər qazanın. Bütün uğurlu insanların həyat hekayələrinə nəzər yetirsək, həmin insanların hər gün etdiyi və dəyişilməyən vərdişləri olduğunun fərqində olarıq. Əsas 3 vərdişləri olur və həmin vərdişlər isə əsasən bunlar olur:
-Hər sabah erkən saatlarda 5-6 arasında oyanarlar;
-Hər gün idmanla məşğul olarlar;
-Və hər gün meditasiya edərlər;
Daha sonra isə onlar üçün vacib olan işlərlə davamlı və uzunmüddətli məşğul olarlar. Beləliklə uğur qazanmanın tək sirrinin bu kiçik detaylarda və vərdişlərdə gizli olduğunun müşahidə edə bilərik. Hər gün eyni saatlarda oyanmalı və eyni saatlarda sizin üçün vacib olan işləri görməlisiniz.
2.Planla Hərəkət Edin!
İkinci ən vacib məqam isə günü planlamaqdan keçir. Oyandıqdan sonra ilk işiniz günüzü planlamaq olsun. Yəni To Do List hazırlamalısınız, gün ərzində etməli olduğunuz işlərin siyahısını tərtib edin. Məsələn, 13:00-da dərs çalışacam, 15:00-da yürüyüşə çıxacam və s. bu tipli siyahı hazırlayın ki, gününüz daha səmərəli keçsin. İlk sıralara isə gün ərzində etməli olduğunuz ən vacib işləri daxil edin, çünki bəzən fors-major halları olur və vacib işlərə zaman ayırmaq alınmır.
3.Sosial Mediada Keçirdiyiniz Zamanı Azaldın!
Çünki zamanımızın bəlkədə çox bir hissəsini sosial medialarda sərf edə bilirik. Telefonu əlimizə alıb “5 dəqiqə baxıb çıxacam” deyərkən belə, bir anda saatlarımızı keçirdiyimizin fərqinə vara bilirik. Buna görədə bu kimi halları yaşamaqdan ötrü, sosial medialara gün sonunda və ya işlərinizi bitirdikdən sonra daxil olun. Hətta sosial medialarda keçirdiyiniz zamanı minumuma endirin, çünki bunun sizə təsir edən həm fiziki, həm də mənəvi faydalarını görmüş olacaqsınız.
4.Evinizi Səliqəli Saxlayın!
Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Hər zaman evinizi ya da çalışma otağınızı səliqəli saxlayın. Hər bir əşyanızın bir yeri olmalı və səliqəli olmalısınız.
Son olaraq isə sizinlə bəlkədə bir yerlərdə görmüşsünüz amma yenədə o möhtəşəm cümlələri paylaşmaq istəyirəm: “Bir ilin dəyərini yekun imtahanlardan keçə bilməmiş bir tələbədən soruş. Bir anın dəyərini isə bir qəzadan sağ çıxan birindən soruş.” Hər bir saatımızın və anımızın dəyərini bilmək ümidi ilə hər birimizə uğurlar arzu edirəm!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Zaqatala sakininin İXTİRASI: Uzaqdan idarə olunan istilik sistemi – FOTO
48 yaşlı Zaqatala sakini Sahib Şahmalıyev Azərbaycanda ilk dəfə uzaqdan idarə olunan istilik sistemi hazırlayıb.
Bizim.Media-nın yerli bürosu ilə söhbətində o, uzaqdan idarə olunan istilik sisteminin hazırlanmasına bir ildən artıq vaxt sərf etdiyini bildirib.
Sahibin bu ideyası insanların xüsusən evini tərk edib gedənlərin marağına səbəb olur.
Belə ki, yeni cihaz vasitəsi ilə onu dünyanın istənilən yerindən işə salmaq yaxud söndürmək mümkündür. Sahib Şahmalıyev ilk ixtirasını öz mənzilində tətbiq edib və onu qonşu rayonlardan işə salıb.
Növbəti mərhələdə isə o kombi aparatına yeni idarəetmə funksiyaları əlavə edib. Belə ki, mənzilində bu sistemi tətbiq edən şəxs telefonla dünyanın istənilən nöqtəsindən evində quraşdırdığı kombini asanlıqla işə salır ya da söndürə bilir. Sahib kombinin funksiyalarını telefona köçürməklə bütün iş rejiminə nəzarəti imkanı qazanıb.
Kombinin işə salınması, söndürülməsi, suyunun doldurulub-boşaldılması və digər bütün funksiyalar uzaqdan idarə oluna bilir.
Layihənin adı “Smartfon Kombi Virtual İdarəetmə və Nəzarət Sistemi” adlanır. Şahib Şahmalıyev bildirib ki, internet şəbəkəsi mövcud olan yerdə kombinin bütün funksiyalarını həm idarə, həm də onun işinə nəzarət etmək mümkündür.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Comments are closed, but trackbacks and pingbacks are open.