Üzdəniraq ada kitabı
Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.
“Üzdəniraq ada” romanından parça
Həbsxana həyatından bəhs edən “Üzdəniraq ada” adlı əsərimdən bir parçanı sizin ixtiyarınıza buraxıram. Bildirmək istəyirəm ki, bu roman əvvəllər iki dəfə kitab halında çap olunub. Çap olunan 400 nüsxədən satışda qalmadığı üçün üçüncü dəfə nəşr olunmasını məqsədəuyğun hesab edirəm. Bu işdə məhkum hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların dəstəyinə ehtiyacım var.
Müəllif
Bir axşam, günün sonuna yaxın Əliməmməd Şəfini kabinetinə çağırdı. Adəti üzrə əhvalı kök olan rəisin geniş masasının üstünü Quran kitabından başqa (o, bütün əməllərini Quranın “şahidliyi” ilə edirdi) büllur qablarda cürbəcür desert təamlar: ləbləbi, meyvələr, şirniyyatlar bəzəyirdi.
-Səndən qulağıma xoşagəlməz söhbətlər gəlir.
-Nə barədə, cənab polkovnik?
-Zabitə yaraşmayan sözlər danışıbsan. Guya, burada işçini paqonlu məhkum hesab edirlər. Şənbə günləri qeyri-qanuni işlədirlər. Bayram günləri ikiqat zəhməthaqqı ödənilməlidir…
Şəfi ötən dəfəki məsul növbətçılık zamanı əməliyyatçı Gərayla etmişdi bu söhbəti. Şübhəsiz, rəisə də, o, çatdırmışdı.
-Cənab polkovnik, mən qanunda yazılanlardan danışmışam…
-Elə bilirsən o qanunu bircə sən bilirsən, bizim xəbərimiz yoxdur? Yoxsa demək istəyirsən ki, biz qanunsuz işləyirik? Hələ bu azmış Baş idarənin işlərinə qarışırsan. Yenə guya, məhkumların cəzasının yüngülləşdirilməsi zamanı, məhkəməyə təqdim olunmadan əvvəl razılıq alınması üçün siyahıların Baş idarəyə göndərilməsi qanuna müvafiq deyil. Sən nə etmək istəyirsən? Məhkumları üstümüzə qaldırmaqmı istəyirsən? Çox bilirsən, az danış. Bunları Baş idarədə bilsələr sənin də başın ağrıyar, mənim də. Bildin? Biz dövlətin kəbin- li arvadıyıq. Öl desələr ölməliyik, qal desələr qalmalıyıq. Yox, əgər elə olmayacaqsan, atacaqlar işdən kənara… Başa düşdün? Bilirəm, cavan oğlansan, görüşə getməyə vaxt tapmırsan. Vacib olanda gəl mənə de, ayda bir, ya iki şənbə mən sənə icazə verərəm. Daha demaqoqluq etmək lazım deyil. Oldu? Gedə bilərsən.
Əliməmməd onu eşitmək istəməyib əli ilə də getmək işarəsi verdi. Nəsə deməyin, mübahisə etməyin mənasız olduğunu düşünən Şəfi durduğu yerdən dönüb, bir söz demədən kabinetdən çıxdı.
Növbəti həftənin birinci iş günü kədərli hadisə ilə başlamışdı. Hava işıqlaşana yaxın sançastda yatan vərəmli xəstələrdən biri keçinmişdi. Səhər iclasında rəis həkimə qəzəblənmişdi:
– Sən necə həkim, necə insansan? Görürsən ki, bu adam öləsidir, niyə saxlayırsan, xəstəxanaya göndərmirsən? Ölür, qoy gedib xəstəxanada ölsün, gərək burada ölüb işimizi, xərcimizi artırsın? Hər həftə on adamdan haqq alıb göndərirsən, bir yiyəsiz yetimi də öz hesabına göndər də. Dünya dağılmaz ki. İclasdan sonra gedib zonda nə qədər xəstə var, siyahısını tutub yanıma gəlirsən. Qarnını kəsən gədə vardı ha, öz zibilinin üstünü ört-basdır etmək üçün qardaşının xəstəliyini bəhanə etmişdi, onu da yaz. Çıxdaş edək, ağırlarını göndərək xəstəxanaya, eybi yox, xərcini özüm çəkərəm. Qalan əməkdaşlar bir nəfər də olsun istisna olmamaqla, – ani baxışla kabinetdəki bütün əməkdaşlara nəzər yetirdi, – buradan çıxan kimi Rasimin böldüyü qruplar üzrə eyni vaxtda yataqxanalarda axtarış aparırsınız. Yalnız qadağan olunmuş əşyaları – kəsici, deşici alətləri, şüşə qabları, yaşayış sahəsinə aid olmayan əşyaları yığışdırırsınız. Sonda hər qrup akt tərtib edərək aşkar olunan əşyaları təhvil verir. Daha gedib qaşınmayan yerdən qan çıxarıb camaatın qab-qacağına, paltarına zərər vurub, narazılıq yaratmayın. Qərəzkarlıq edən əməkdaş sonra məndən inciməsin. Bu bizim plan üzrə keçirilməli tədbir olmaqla yanaşı, həm də nazirlik tərəfindən müəssisədə keçiriləcək yoxlamaya hazırlıqdır.
– Rəis, sex rəisləri də iştirak edəcək? Bəs sex necə olsun, nəzarətsiz qalsın? – yoldaşları tərəfindən “Bozdar” ayaması ilə tanınan sex rəisi Aqil oturduğu yerdən soruşduğu yersiz sualı ilə ətrafdakıların istehzalı gülüşünə səbəb oldu. Onun “Bozdar” çağırılmasına səbəb özü cavabdeh olan sexə aid söhbətlərdə kiməsə güzəştə getməməsinə və sexdən qeyri, zonun hər yerinə laqeyd qalması ilə bağlı idi.
– Sex rəisləri göydən zənbillə düşməyiblər ki, – rəis gülmək istədisə də özünü saxladı, – mənim göstərişim hamıya aiddir. Sən sexin dərdini çəkmə. Yataqxanalardan sonra sexlər yoxlanılacaq. Nəhayət, bu gün sizə hörmətli nazirimizin əmri ilə müəssisəmizdə əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş mayor Nüsrət müəllimi təqdim edəcəyəm, – səhərdən hamının nazirlikdən gələn nümayəndə olduğunu güman etdiyi kök, tosqun, sınayıcı baxışlarla hər şeyə göz qoyan, sıranın başlanğıcında oturmuş mayor ayağa durdu, – tanış olun, hörmət edin, əməliyyat baxımından kömək edin və göstərişlərini yerinə yetirin. Əyləşin, Nüsrət müəllim! Nüsrət müəllim uzun illər əməliyyat işində çalışıb, təcrübəli işçidir. Yaxın günlərdə onun qabiliyyətini özünüz görəcəksiniz. Qaldı Əhməd müəllimə, məzuniyyətdən vəzifəyə – qonşu rayondakı islah əmək müəssisəsində əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə yüksəlmişdir. Fəxrimizdir, gün o gün olsun ki, rəis təyin edilsin. Rasim, ləngimədən Nüsrətlə bir yerdə qrupları müəyyənləşdirib axtarış tədbirini iki saat ərzində həyata keçirib mənə məruzə edərsiz. Başlayın!
Hər dəstəyə dörd zabit və üç nəzarətçidən ibarət bir qrup ayrıldı. Dəstə rəisləri hərə öz dəstəsinə cavab verməli idi. Şəfinin dəstəsini yoxlayacaq qrupa əməliyyatçılardan Fazili qoşmuşdular.
Əvvəlcə elan olunmadan bütün yataqxanalardan məhkumlar həyətə çıxarıldı. Axtarış qurtaranadək məhkumları içəri buraxmamaq üçün hər korpusun giriş qapısında nəzarətçi saxladılar. Korpusun başından başlayıb, o biri başınadək çarpayıların altını, yorğan-döşəyin içərisini, dolabları, içəridə qalan paltarları, gözlərinə dəyən hər şeyi diqqətlə yoxladılar. Qadağan olunmuş və kəsici, deşici əşyalar yox dərəcəsində olsa da, rəhbərlik tərəfindən icazə verilməyənləri tapıldı. Xeyli olmasa da şüşə qablar, qış geyimləri, bir qol saatı, iki kiçik ölçülü radio aparatı, müəssisənin sexlərində hazırlanmış çoxlu sayda təsbehlər, artist qadın şəkilləri, cib kitabçaları, kitab şəkilli dəftərlər, cürbəcür qutular, mücrülər aşkarlandı. Saat və radiolar tapılanda Fazilin çiçəyi çırtladı, sevincək yanındakı rejim Zakirin başı qatışıqlığından istifadə edib onları özünə götürdü. Yəqin ki, o, həmin əşyaları yiyələrinə qaytaracaqdı, əlbəttə elə belə yox. Saat və radioların Fazilin götürdüyünü görən kimi, axtarış qurtaranadək kortəbii bölgü getdi. Nəzarətçilər təsbehləri, rejim Zakir şəkilləri, cib kitabçalarını, sex rəisi qutu və mücrüləri götürdü. Yerdə dörd-beş kitab şəkilli dəftər qalmışdı. Nəzarətçi İlham Şəfiyə yaxınlaşıb dəftərləri götürməyi təkid edirdi:
– Sən niyə götürmürsən?
– Yaxşı, götürərəm, onda zəhmət olmasa apar otağıma, – Şəfi razılaşmalı oldu.
Şüşə qablar, qış geyimləri, bir neçə qayçı, cib bıçağı, dırnaqtutan akta yazıldı. Fazil xasiyyətinə uyğun halda Şəfini məzəmmətlədi:
– Korpus pis gündədir. Bütün tapılanları akta yazsaq, rəis səni töhmətləndirəcək. Ona görə çox şeyin üstündən keçirik. Daha nələr yoxdu burda? Barakda da bu qədər əşya olar? Yataqxanadı bura, yoxsa anbardı? Sən buranın dəstə rəisisən, hara baxırsan? Niyə arada tumbaları, çarpayıların altını axtarış edib yoxlamırsan? Tez-tez yoxlasan, nəzarət etsən, saat, radio, bu qədər artıq əşya yığılmaz. İşləmirsən, ya da lazımı qaydada işləməyi bacarmırsan!
Əslində Şəfinin qol saatı və radio cihazlarından xəbəri vardı. Bilirdi ki, bu əşyalar göydən düşməyib. Görüşdən keçəndə haqqını alıblar. Üstəlik Fazilin həmkarları, rejim və əməliyyatçılar iki-üç dəfə tutub, cərimələyib, qaytarıblar. İndi onları açıb-ağartmağın xeyrindən çox ziyanı olardı. Odur ki, Fazilin sözünü mənalı tərzdə təsdiq etdi:
– Düz deyirsən. Mən sizin kimi işləməyi bacarmıram.
Barakı silib-süpürən üzdəniraq Hüseyn, atılmalı əşyaları zibilxanaya atdı, aktla təhvil verilənləri isə belinə şələləyib idarənin həyətinə apardı. Korpusda yarım saat çəkən yoxlamadan sonra baraklar yenidən məhkumların ixtiyarına verildi.
Rəhbərliyə aid əməkdaşların əhval-ruhiyyəsindən tədbirin qaneedici formada başa çatdığı hiss edilirdi. Şəfi otağına qayıdıb, öz işləri ilə məşğul olmaq istəyirdi ki, qapının ağzını iki məhkumun kəsdiyini gördü. Şikayətə gəlmişdilər. Axtarış vaxtı birinin balışında gizlətdiyi az miqdarda pulunu, digərinin isə dolabda saxladığı bir blok siqaretini götürmüşdülər.
– Əvvəla, başınız sağ olsun. Axtarmağına dəyməz, – Şəfi güldü, – yox inad edirsinizsə, burada olan nəzarətçilərdən soruşun, bilsələr onlar bilər. Mən görməmişəm.
– Bilməsələr, biz rəisə şikayət edəcəyik.
– Öz işinizdir. İstəyirsiniz gedin şikayət edin.
Şəfi onları yola salmışdı ki, daha bir məhkum gəldi.
– Şəfi müəllim, eşitdim mənim dəftərlərimi siz götürmüsünüz. Yaxınlarda görüşə çıxacağam, ailə üzvlərimə hədiyyə hazırlamışdım. Nə olar, qaytarın, mən sizin üçün təzələrini hazırlaram. Şəxsən hədiyyə edərəm.
– Heç baxmamışam, görüm? – Şəfi kənarda qoyulmuş dolabın üstündəki dörd kitab formalı dəftəri vərəqlədi. Üçünə hədiyyə olunmalı adamın adı yazılmışdı, biri təmiz idi.
– Ad yazılanları götür, o birisi mənim.
– Çox sağ ol. Heyf, bilsəydim ona da ad yazardım.
– Get Allahına şükr elə, naşükür olma. Mənə hədiyyə edənə bax, neçə vaxtdır yadına düşmürdüm, indi dil-dil ötürsən. Pisliyə o qədər vərdiş etmisiz ki, onu görməmiş yaxşılıq əlinizdən gəlmir. Xoş getdin…
Şəfi qapını örtüb dincini almaq üçün çarpayıya uzandı. Nə qədər əhəmiyyət vermək istəməsə də, Fazilin kinayəli sözləri fikrindən çıxmırdı: “…işləməyi bacarmırsan. ”
163-167-ci səhifələr
Üzdəniraq ada
“Üzdəniraq ada” — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır.
Kitab cildinin üz qabığı.
Mündəricat
- 1 Əsər haqqında
- 2 Qısa məzmunu
- 3 Çapı
- 4 Xarici keçidlər
- 5 Həmçinin bax
Əsər haqqında
Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.
Qısa məzmunu
Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə “cəzalandırılan” məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir.
Roman üç dəfə: 2004, 2009, 2012-ci illərdə çap olunub.
Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır.
Xarici keçidlər
- “Üzdəniraq ada” kitabı təqdim olundu 2016-09-10 at the Wayback Machine
- “Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir” (Müsahibə)
- Rövşən Yerfi. Üzdəniraq ada (əsərdən parçalar)
- Rövşən Yerfinin “Üzdəniraq ada” kitabının təqdimat mərasimi (Video)
- Rövşən Yerfinin “Üzdəniraq ada” – ilk kitabının təqdimatı. 05.12.2004 (Video)
- Rövşən Yerfi. Üzdəniraq ada :: Virtual Kitabxana :: ebooks.azlibnet.az (yüklə)
Həmçinin bax
September 15, 2021
Ən son məqalələr
Marat Allahverdiyev
Marat Haqverdiyev
Marat Manafov
Marat İzmaylov
Maratha İmperiyası
Marathi dili
Marau Saund
Marauder
Maravi döyüşü (2017)
Marağa
Ən çox oxunan
Andraşi Universiteti
Andraşi prospekti
Andre-Minyo xəstəxanası
Andreu Manqo
Andrey
üzdəniraq, yazıçı, rövşən, yerfinin, geniş, oxucu, kütləsinin, rəğbətini, qazanmış, əsəri, azərbaycanın, müstəqillik, illərinin, başlanğıc, dövründə, cəzaçəkmə, müəssisələrinin, həyatından, bəhs, edən, xidmət, əməkdaşı, tərəfindən, yazılan, romandır, kitab, ci. Uzdeniraq ada yazici Rovsen Yerfinin genis oxucu kutlesinin regbetini qazanmis bu eseri Azerbaycanin musteqillik illerinin baslangic dovrunde cezacekme muessiselerinin heyatindan behs eden ve xidmet emekdasi terefinden yazilan ilk romandir Kitab cildinin uz qabigi Mundericat 1 Eser haqqinda 2 Qisa mezmunu 3 Capi 4 Xarici kecidler 5 Hemcinin baxEser haqqinda RedakteEserde cezacekme muessiselerinde yasanan hadiseler realistcesine tesvir edilir Azerbaycanin roman edebiyyatinda detektiv janrinin esasini yaradan yazici Cemsid Emirovun oglu edliyye polkovniki Cingiz Emirovun xatiresine ithaf olunmusdur Qisa mezmunu RedakteHadiseler cezacekme muessiselerinden birinde bas verir Eserde iki bas qehreman var ceza evine islemeye gonderilen genc leytenant Sefi ve sevgisine gore cezalandirilan mehkum Eziz Roman reis Elimemmed reis muavinleri Rasim Behram deste reisi Cebrayil mehkum Iltifat Topus Candriko kimi maraqli suretler ve onlarla mehkumun cinayet tarixceleri ile zengindir Capi RedakteRoman uc defe 2004 2009 2012 ci illerde cap olunub Kitabxana net ve Milli Kitabxana Informasiya Merkezinin elektron kitabxanasinda yayimlanir Xarici kecidler Redakte Uzdeniraq ada kitabi teqdim olundu Arxivlesdirilib 2016 09 10 at the Wayback Machine Cibe eve narkotik atmaqla hebs etmek menevi iflasdan xeber verir Musahibe Rovsen Yerfi Uzdeniraq ada eserden parcalar Rovsen Yerfinin Uzdeniraq ada kitabinin teqdimat merasimi Video Rovsen Yerfinin Uzdeniraq ada ilk kitabinin teqdimati 05 12 2004 Video Rovsen Yerfi Uzdeniraq ada Virtual Kitabxana ebooks azlibnet az yukle Hemcinin bax RedakteRovsen Yerfi Cingiz EmirovMenbe https az wikipedia org w index php title Uzdeniraq ada amp oldid 5711227, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
DİRİLİ QURBANİ MƏCLİSİ
TANINMIŞ YAZIÇI RÖVŞƏN YERFİNİN BEŞİNCİ KİTABI ÇIXDI
YUSİF DİRİLİ, Dirili Qurbani Məclisinin sədri
“Üzdəniraq ada” romanının ilk nəşri Dirili Qurbani Məclisində (2004) , təkrar nəşri isə Kitab Klubda (2012) təqdim olunub
Dirili Qurbani Məclisinin qurucularından olan, yazıçı Rövşən Yerfinin sayca beşinci – “Üzdəniraq ada” kitabı “Kitab Klub”un himayəsilə nəşr olunub. Qeyd edək ki, müəllifin sonuncu kitabı, əslində onun əlavələrlə yenidən işlənmiş təkrar çap variantıdır. Cəmiyyətin içindən gələn oxucu tələbatı bu kitabın təkrar nəşrinə maraq yaradıb. Hazırda təqaüddə olan ədliyyə mayoru-yazıçı R. Yerfi 20 ilə yaxın bir müddətdə Penitensiar Xidmət sahəsində çalışmışdır. Onun əsərləri əsasən həbsxana həyatı və müxtəlif səbəblərdən onu yaşamağa məhkum olunmuş insanların acı taleyindən bəhs edir. Müəllif təqaüdə çıxdıqdan sonra əvvəllər qələmə ala bilmədiyi nüansları işləyərək yeni nəşrə daxil edib. Kitabın adı onun məzmunundan doğur: “Üzdəniraq” – şəhərin içində “təkcə fiziki baxımdan yox, mənəvi üzdəniraqlarla dopdolu dünya”, mücərrəd, yad ada” … Oxucu kitabı vərəqlədikcə cəzaçəkmə müəssisəsinə göndərilmiş gənc zabit Şəfi ilə birgə hündür hasarlar, qəfəslər arxasındakı həyatın yeknəsəq, cansıxıcı anlarını yaşayır. Qatilə çevrilən insanların hekayətlərilə, onlar arasındakı təbqələşmə ilə tanış olur… Həbsxana mühitini uzun illər içəridən müşahidə etmiş penitensiar xidmət əməkdaşının – yazıçı Rövşən Yerfinin “Üzdəniraq ada” romanı həyatın qədrini bilməyən yeniyetmə və gənclər üçün nəzərdə tutulsa da mahiyyətcə hər kəsdə maraq yarada biləcək bir əsərdir. Müəllifin Azərbaycan ədəbiyatında dedektiv janrın əsasını qoymuş Cəmşid Əmirovun oğlu, ədliyyə polkovniki Cingiz Əmirovun xatirəsinə həsr etdiyi bu roman onun əvvəlki kitablarının başlanğıcı və hələlik sonu kimi də qiymətləndirilə bilər: “Üzdəniraq ada” (2004), “Residivist” (2009), “Günahsız” Qatil” (2010) , “Qadın düşərgəsi” (2010), “Üdəniraq ada” (2012)…
Rövşən bəyin qələmə aldığı əsərlərin fərqli və orjinal cəhəti ondadır ki, onu həyatdan müvəqqəti mərum edilmiş məhkum yox, eyni zamanda azadlıqdakı gerçək həyatı və həbsxana həyatını paralel yaşayan, eyni vaxtda hər iki həyatı müqayisə edərək, paralellər apararaq inandırıcı nəticə ortaya qoyan müəllif qələmə alıb. Ona görə də R.Yerfinin cəzaçəkmə müəssisəsindən yazdığı hər bir əsər oxucuda daha dolğun təsəvvür yaradır: “Üzdəniraq ada” da olduğu kimi R.Yerfi, həm də qadın həbsxanasından (“Qadın düşərgəsi” romanı ) yazmış ilk və hələlik yeganə yazıçıdır. Onun 3 ilə yaxın müddətdə bu cəzaçəkmə müəssisəsində çalışması zərif cinsin nümyəndələrinin burada keçirdikləri məşəqqətli həyat tərzini (onların bir qadın kimi xarakterinə yaraşmasa da) olduğu kimi verib. Çağdaş dövrümüzün detektiv janr yazarları arasında Rövşən Yerfinin əsərlərinin daha oxunaqlı, canlı və yaddaqalan olmasının başlıca səbəbi hadisələrin birbaşa içindənyazmaısdır. Onun ustalığı, peşəkarlığı istedadı və təcrübəsi ilə həmahəng olduğuna görə əsərləri də boyaqsızdır və oxucusunu yazdıqlarına inadıra bilir.
Rövşən Yerfinin “Üzdəniraq ada” romanı təkrar nəşr edilsə də, bu, eyni adla müəllifin birinci kitabı kimi ortaya qoyulub. Şəxsi vəsaiti hesabına Rövşən bəy onu ilk dəfə 2004-cü ildə məhdud nüsxə ilə çap etdirib. Kitabın təqdimatı elə həmin ilin dekabrında müəllifin üzv olduğu Dirili Qurban Məclisinin təşəbbüsü ilə Nizami rayon Mərkəzi Kitabxanasının 4 saylı filalında böyük oxucu dairəsində keçirilib və bu barədə mətbuatda məclisin xəttillə məqalə dərc olunub.
Rövşən Yerfinin Kitab Klubun “Ən yaxşı müəllif” müsabiqəsi layihəsi çərsivəsində uğurla iştirak edərək üstünlük qazanması layihə müəlliflərinin diqqətini çəkib, nəticədə əsərlərinin çapına maraq artıb. Beləliklə, indi o, tək-tək müəlliflərdəndir ki, yazdığı əsərlər geniş oxucu kütləsi marağında olduğundan nəşriyyatlar onunla əməkdaşlığa maraqlıdır. Bu, Azərbaycan ədəbiyyatında çox az yazara nəsib olan qismətdir.
Hörmətli və sevilən yazıçımız Rövşən Bəyə – Rövşən Yerfiyə bundan sonra da kütləvi oxucu sevgisi və daha artıq yaradıcılıq uğurları diləyirəm!
Bunu paylaş:
- Facebook’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Twitter üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Reddit üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Arkadaşınıza e-posta ile bağlantı göndermek için tıklayın (Yeni pencerede açılır)
- Pocket’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Pinterest’te paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Linkedln üzerinden paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Tumblr’da paylaşmak için tıklayın (Yeni pencerede açılır)
- Yazdırmak için tıklayın (Yeni pencerede açılır)
Comments are closed, but trackbacks and pingbacks are open.