Cəmiyyətdə ədəb qaydaları
Sual: Cəmiyyət həyatında ədəb qaydaları olaraq nələrə diqqət etməyimiz lazımdır?
Məktəbdə əxlaq və davranış qaydaları
1. Sinfə müəllimdən əvvəl gəlməliyik.Zəng çalınan kimi kitabı,dəftəri və dərs ləvazimatlarını partanın üstünə qoyub,öz yerimizdə əyləşməliyik.
2. Müəllim sinfə daxil olanda hamımız ayağa qalxmalıyıq.Belə davranmaq müəllimimizə qarşı dərin hörmət əlamətidir.
3. Dərsdə sakitcə müəllimi dinləməli,öyrənməyə həvəs göstərməliyik.Müəllimin tapşırıqlarına əməl etməliyik.
4. Dərsdə yersiz danışmaqdan,başqalarının diqqətini dağıdan hərəkətlər etməkdən çəkinməli və dərsi pozmamalıyıq.
5. Sinfin pəncərəsindən boylanmaq,bu cür hərəkət edən yoldaşlarla zarafatlaşmaq həyat üçün çox təhlükəlidir.
6. Dəhlizdə,həyətdə və ya küçədə müəllimlərimizlə rastlaşarkən,onlara salam verməliyik
7. Məktəbdə bizə xidmət edənlərə (qapçılara, fəhlələrə,xidmətçilərə) həmişə hörmət göstərməliyik.
8. Müəllimlərimizin hamısı hörmətə layiqdir. Bütün müəllimlərə eyni münasibət göstərməliyik.
9. Sinifdə dəhlizdə və məktəbin həyətində saqqız çeynəmək mədəni davranış deyildir.
10. Bufetdən bir şey alarkən növbəyə durmalı, səbirlə növbəmizin çatmasını gözləməliyik.
11. Bufetdə xidmət edənlərlə mülayim rəftar etməli,mədəni davranmalıyıq.
12. İsrafçılıq etməməyə,yəni yerli-yersiz pul xərcləməməyə çalışmalıyıq.
13. Aldığımız yeməklərin kağızlarını və hər cür tullantıları zilib qutusuna atmalıyıq.
14. Əl-üz yuyarkən yoldaşlarımızla zarafatlaşmamalıyıq.
15. Dırnaqlarımızı hər həftə tutmalı,dişlərimizi müntəzəm olaraq təmizləməli,qulaqlar və burunun təmizliyinə,paltarın səliqəsinə diqqət yetirməliyik.Həftədə ən az iki dəfə çimməliyik.
16. Saçlarımız hər zaman təmiz,daranmış və səliqəli olmalıdır.
17. Dərslərimizdə müvəffəqiyyət qazanmaq üçün səylə çalışmalıyıq.
18. Ev tapşırıqlarını vaxtında yerinə yetirməliyik.
19. Hər zaman dərsə hazır gəlməliyik.Ev tapşırığı verilməsə belə,həmin günkü dərsləri təkrar etməyimiz dərsdə fəal iştirak etməyə kömək edəcək,üstəlik yoldaşlarımıza da köməyimiz dəyəcəkdir.
20. Partalarımızın üstünə,divarlara ya da məktəbimizin hər hansı bir yerinə yazı yazmaq səhv davranışdır.
21. Yığıncaq və tədbirlərdə səs salmamalıyıq. yanımızdakılarla danışmaq sağa-sola baxmaq,ayağa qalxmaq səhnədəkilərin diqqətini dağıdar,tamaşaçıları narahat edər.
22. Dövlət Bayrağımıza həmişə hörmətlə yanaşmalıyıq.Bayrağımızı aşağı salmamalı,endirməməliyik.
23. Dövlət himnimizi ayaq üstə dayanaraq sağ əli ürəyin üstünə qoyaraq ucadan oxumalıyıq
24. Yoldaşların xətalarından müəllimə şikayət etməyə xəbərçilik deyilir.Əgər yoldaşlarımızın davranışı onun özünə və başqalarına zərər ve- rirsə,bu barədə müəllimi xəbərdar etmək lazımdır.
25. Yalan danışmaq çox pis adətdir.Çox çətin vəziyyətə düşsək də doğru danışmaqdan əl çəkməməli,sözün düzünü deməliyik.
26. Yardımsevər olmaq çox gözəl davranışdır.Məşğələlərdə,birgə işlərimizdə yoldaşlarımıza kömək etməliyik.
27. Kobud danışmaq və davranmaqdan uzaq durmalıyıq.
28. Yoldaşlarımızın sevinclərinə də,kədərlərinədə şərik olmalıyıq.
29. Biri bizə yaxşılıq etmiş,bizi tərifləmişsə,ona təşəkkür etmək nəcib davranışdır.
30. Yoldaşlarımızla dalaşmamalı,onlardan küsməməli,heç vaxt başqasının arxasınca danışmamalıyıq.
31. Bütün ictimai yerlərdə olduğu kimi,avtobusda da ucadan danışmaq,yersiz zarafatlar etmək olmaz.Bununla siz başqasını narahat etmiş olarsınız.
32. Maşına minərkən və düşərkən özümüzdən kiçiklərə və böyüklərə yol verməliyik.Kiçiklərə və qocalara kömək etməliyik.
33. Məktəbə çatıb maşından enərkən,yaxud dərsdən sonra maşına minərkən növbəni gözləməliyik.Maşına minməyə və maşından düşməyə tələsənlər qəzaya səbəb ola bilərlər.
34. Məktəb avadanlıqlarını qorumalı,onlara zərər yetirməməliyik.Bilmədən vurduğumuz zərəri valideynlərimizin yardımı ilə ödəməliyik.
35. Məktəbdə özümüzdən kiçiklərə yardım etməli,onları qorumalıyıq.Onlara qarşı mərhəmətli olmalıyıq.Özümüzdən böyüklərə hörmət etmə- liyik.
36. Məktəbə cib telefonu gətirməməliyik.Dərsdən sonrakı məşğələlər zamanı evə gecikdiyimiz hallarda ailəmizə xəbər vermək üçün telefən gətirmişiksə,onu müəllimimizə verməliyik.Dərs və ya məşğələ başa çatandan sonra onu geri ala bilərik.
37. Məktəb həyətində özümüz və başqaları üçün zərərli olan davranışlardan çəkinməliyik.
38. Pilləkənin tutacaqlarından sürüşmək çox təhlükəlidir.
39. Məktəbə yalnız məktəbli formasında gəlməliyik.
40. Məktəbdə əldə edilən ən böyük qazanclardan biri kitab oxumaq vərdişidir.Əgər hələlik bu vərdişi qazana bilməmişiksə,bunun üçün səy göstərməliyik.
Cəmiyyətdə ədəb qaydaları
Sual: Cəmiyyət həyatında ədəb qaydaları olaraq nələrə diqqət etməyimiz lazımdır?
CAVAB
Müsəlman, ədəbli, mədəni, zərif, nəzakətli, gülər üzlü olmalıdır! Ədəb, gözəl tərbiyə, yaxşı davranış, gözəl əxlaq, həya, nəzakət, zəriflik deməkdir. Ədəb, heç bir oğrunun oğurlaya bilmədiyi gözəl bir zinətdir. Ədəb, insanla heyvanı ayıran fərqdir.
Həzrəti Ömər, “Ədəb, elmdən əvvəl gəlir” buyurdu. İbni Mübarək həzrətləri isə, “Hər elmi bilən bir alimin ədəbində nöqsanlıq varsa, onunla görüşməmək itki sayılmaz. Fəqət, ədəbli biri ilə görüşə bilməzsəm, kədərlənərəm” buyurdu.
Ədəbli şəxslərin ədəblərindən bəziləri belədir:
Küçədə:
Küçəyə tüpürmək, zibil atmaq, gəliş-gedişə mane olmaq, iyrənc, pis şeylər atmaq ədəbsizlikdir. Qoca, qadın, xəstələrə hər zaman güzəşt edilir. Ehtiyacları varsa yardım edilir.
Gedərkən:
Çox yavaş və ya çox sürətli və təkəbbürlə getməmək lazımdır! Qurani-kərimdə məalən, “Təkəbbürlə getmə” buyuruldu. (Loğman 18)
Yolda böyük bir şəxs və ya bir alim ilə birlikdə gedən onun önündən və solundan deyil, sağından gedər.
Nəqliyyatda:
Minib-düşərkən itələşmək, sıra olan yerlərdə sırasını gözləməmək pis davranışdır. Gənclər qocalara və xəstələrə yer verər. Peyğəmbər əfəndimiz, “Böyüklərini saymayan bizdən deyildir” buyurur. (Tirmizi)
İndiki zamanda bəzi gənclər yer verməmək üçün özünü yuxuluğa vurur, qulaqcıqla bir şeylər dinləyir. Əcdada layiq nəvələr olmağa çalışmağımız lazımdır.
Alış-verişdə:
İcazə almadan satıcının malına toxunmaq olmaz. Malın görünüşünü, keyfiyyətini pozacaq şəkildə əlləşdirmək və baxmaq olmaz. Qiymət mövzusunda çox israr edilməz. Alınsa da alınmasa da təşəkkür edilər. Satıcı müştərisinin məmnun olacağı hal və hərəkətdə olar. Malını almayanlara hirslənməz, küsməs, əleyhinə olacaq bir sözü arxalarından da söyləməz. Alış-verişdə hər iki tərəf bir-birlərini aldatmaqdan çəkinməlidir.
Sıx olan yerlərdə:
Toy, cənazə və bayramda daha həssas, zərif və nəzakətli olunar. Yerə və zamana görə uyğun rəftar edilər. Cənazədə, cənazə sahiblərinin kədəri paylaşılar, maddi və mənəvi üzərinə düşən kömək edilər, təsəlli edici söz və davranışlardan istifadə edər. Yaxınlarını itirənlərə daha yaxın davranmaq lazımdır.
Toy və bayramlarda hər zamankından daha çox gülər üzlü, şən, zərif, ikram edici olmaq, böyüklərə və kiçiklərə uyğun hədiyyələr vermək, könüllərini və dualarını almaq ədəblərimiz arasındadır. Ədəbdə, əliylə və diliylə başqasını incitməmək əsasdır.
Qonşuluqda:
Gözəl rəftar, qarşılıqlı köməkləşmə, dərd və sevinclərində iştirak, hər qarşılaşdıqlarında salamlaşma, hal-xətir xəbər alma, bir-birindən istəklərini imkan daxilində təmin etmə mühüm ədəb qaydalarındandır. Səs-küy, zibil, tullantı, narahat edici qoxu və bənzəri şeylərlə qonşuları narahat etmək heç xoş qarşılanmaz. Qonşu qadın və uşaqlarına ayrı bir etina, hörmət və şəfqət göstərilər.
Qonaqlıqda:
Qonağa ikram etmək lazımdır! Peyğəmbər əfəndimiz, “Allaha və qiyamətə inanan qonağına ikram etsin” buyurdu. (Buxari)
Qonağa ikram, ona qarşı gülər üzlü və şirin dilli olmaqdır. Yemək üçün əziyyətə girməmək lazımdır, hazır nə varsa, onu ikram etmək lazımdır. “Qonaq üçün külfətə (əziyyətə) girməyin, qonaq bundan narahat olar. Qonağını kədərləndirən Allahu təalanı kədərləndirmiş olar” buyurdu. (İbni Lal)
Həzrəti Əli, “Dostların pisi sənin üçün külfətə girən, səni üzr istəməyə məcbur buraxandır” buyurur.
Qonaqdan xidmət gözləməmək lazımdır! Peyğəmbər əfəndimiz, “Qonaqdan xidmət gözləmək, ağlın nöqsanlığına əlamətdir” buyurdu. (Deyləmi)
Bir nəfər demişdir ki: “Bir həftədir evimizdə qonaq qalan səmimi dostuma, “Bizim xanım, bir iş üçün çölə çıxıb. Mən namaz qılana qədər sizin xanım süfrəni hazırlayarsa, çox yaxşı olar” dedim. Daha sonra bu sözümə çox incidiklərini öyrəndim. Bu təcrübə qonaqdan xidmət gözləməyin doğru olmadığını göstərir.”
Qonaq ev sahibinin göstərdiyi yerə oturması, ona etiraz etməməsi lazımdır. Peyğəmbər əfəndimiz, “Bir dostun yanına gedincə, oradan ayrılana qədər, o dost sənin əmrindədir” buyurur. (İbni Adiy)
Xəstə ziyarətində:
Ziyarətə yeni paltar ilə deyil, hər gün geydiyi paltar ilə getmək lazımdır! Gedərkən meyvə və ya çiçək kimi bir hədiyyə götürmək yaxşı olar. Xəstəyə baxmayıb, sağa-sola və ya önünə baxmaq uyğun olmadığı kimi, davamlı olaraq xəstənin üzünə baxmaq da uyğun deyildir. Xəstənin yanında qaş-qabaqlı olmamaq, gözəl şeylərdən bəhs etmək, yaxşılaşması üçün dua etmək lazımdır!
Məktəbdə:
Elmə son dərəcə böyük əhəmiyyət verən Müsəlman elm qaynağı olan məktəblərdəki ədəb qaydalarına da çox əhəmiyyət vermişdir. Çox qiymətli bir varlıq olan müəllimin sözləri diqqətlə dinlənilir və bir şey istədiyində, “Baş üstə müəllim” kimi sözlərlə cavab verilər. Tələbələr arasında bir-birinə hörmətsizlik edilməz. Çirkin hərəkət edilməz. Taxta, parta, xəritə kimi dərs alətləri məhv edilməz. Kimsənin bədəni və ruhi qüsurları ilə lağ edilməz, kiçik görülməz, təhqir edilməz. Dərs içində və xaricində müəllimlə söhbətdə hörmətli hərəkət edilər. Dinimizdə müəllim [xoca] haqqı, ana-ata haqqından əvvəl gəlir.
Telefonda:
Zəng edən əvvəlcə özünü tanıtması, qısa və dolğun danışması, dəqiqələrlə söhbət etməməsi və müəllim (bəy) kimi xitab edici sözlərdən istifadə etməklə danışması lazımdır! Hər yerdə, hər vaxt, həmişə zərif və nəzakətli olmaq lazımdır. Argo və naxoş danışmamaq lazımdır. Bəzi iş yerlərində, müəyyən şəxslə danışa bilərəmmi deyə soruşanda, Yaxşı müəllim, deyilmir, “xətdən ayrılmayın” deyilir. Zəng edən nə üçün ayrılsın ki? Bir də hı hı deyirlər. Yad bir insana qarşı bu uyğun deyildir. İş yerlərində çalışan bu işçilərə bu etik davranışlara riayət olunması üçün əvvəlcədən məlumat vermək lazımdır.
Danışarkən:
Danışanın sözünü kəsmək nəzakətsizlikdir. Hədisi-şərifdə, “Yoldaşı danışarkən susmaq mürüvvətdəndir” buyuruldu. Mürüvvət, insanlıq, igidlik, yaxşılıq, comərdlik faydalı olmaq kimi mənalara gəlir ki, halların ən gözəlinə riayət etmək deməkdir.
Məktub yazarkən:
Məktub, qısa və dəqiq olması, məqsədi yaxşı anlatması lazımdır. Böyüklərə, elm sahiblərinə, məktub yazarkən daha ədəbli olmaq lazımdır.
Evə girərkən:
Evimizə Bəsmələ ilə və İxlas surəsini oxuyaraq girməyimiz lazımdır! Sağ ayaqla içəriyə girib, salam verməyimiz lazımdır! Hər işə Bəsmələ ilə başlamağa alışmağımız lazımdır!
Birinin evinə girərkən icazə istəmək lazımdır. Qapının zəngini çalaraq və ya səslənərək icazə istəmək lazımdır! İcazə üç dəfə olur. Birincisində səs verilməzsə, bir dəqiqə qədər sonra, ikinci dəfədə səs çıxmazsa, üçüncü dəfə zəngə basmalı, yenə səs yoxsa, dörd rükət namaz qılacaq qədər gözlədikdən sonra getmək lazımdır! Qapı aralanarsa, axtardığını soruşmadan əvvəl, özünü tanıtması lazımdır!
Sual: Bir böyüyün yanında danışılan mövzuyla əlaqədar ağlımızda olan bir söz və ya hədisi-şərif nəql etmək ədəbə ziddirmi?
CAVAB
Bəli. Yalnız dinləmək lazımdır. Bilinən şeylər anladılmaz. Əlbəttə ki, bu da böyüyünə görədir. Özünü böyük zənn edilənlərə görə deyil.
Zəng edərkən
Sual: Zəng edərkən qarşımızdakına, “Narahat edirəm, üzr istəyirəm. Bir şey soruşa bilərəm?” kimi sözlərdən istifadə etməmək lazımdır. Çünki vaxt qiymətlidir. Elə söyləmək vaxtı boşa sərf etmək olar. Bizə də telefon edəndə, uyğun olub olmadığımız soruşulur. Biz də, “Uyğun olmasaydıq, telefonu açmazdıq” deyirik. Tanımadığı halda hal-xətir soruşanlar da olur. Bəzən də, “Bir şey soruşa bilərəm?” deyilir. Uzun bir şey anladılmayacaqsa, belə söyləməyə, giriş etməyə ehtiyac yoxdur. Söyləyəcəyimizi sözü uzatmadan dərhal söyləmək lazımdır.
Zəli qoydurmaq – Kimlər bu prosedurdan qaçmalıdır?/ FAYDALI MƏSLƏHƏTÖLÜMƏ SƏBƏB OLA BİLƏR
Son zamanlar zəli ilə müalicə üsuluna müraciət edənlərin sayı artıb. Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə (məs: başağrısı, təzyiq oynaması və s.) bu üsula müraciət edirlər.
Bəs zəli qoydurmaq təhlükəlidirmi?
Yaxud zəlini özbaşına, həkim göstərişi olmadan, ev şəraitində qoydurmaq düzgündürmü?
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən manualist və fitoterapevt Ramiz Cəllulayev bildirib ki, zəli insan orqanizmi üçün çox faydalıdır. Onun sözlərinə görə, zəli qoydurduqdan sonra qan durulur, maddələr mübadiləsi yaxşılaşır. Lakin mütəxəssis özbaşına qoyulan zəlilərin fəsadlara yol aça biləcəyini xüsusi vurğulayıb:
“Zəli faydalıdır. Lakin özbaşına qoydurmaq fəsadlar törədə bilər. Məsələn, bəzi pasiyentlər tromblarda istədikləri ağrı olan nahiyəyə zəli qoyurlar, amma düşünmürlər ki, digər yerlərdəki tromblar qopub gedib fəsad verə bilər. Bəziləri deyir ki, zəlinin yerindən qan axmalıdır, özü dayanmalıdır. Bu, absurd bir şeydir. Düzgün deyil. Bir sutkaya əgər 2 litr qan itirilirsə, bu, bilirsinizmi nə deməkdir!? Bunun axırı ölüm də ola bilər. Bunların hamısını nəzərə almaq lazımdır. Zəli qoyarkən ehtiyatlı olmaq lazımdır. Nəyə görə zəli qoyulur, hansı nahiyəyə qoyulmalıdır – bunları bilmək vacibdir.
Adətən tibb bacıları, masajçılar zəli qoyurlar, amma yenə də həkim rəyi olmalıdır. Həkim rəyi olmadan bu, çətin məsələdir. Vücudda zəli qoyulacaq nöqtələri bilmək mütləqdir. Zəlidən sonra diqqət edilməlidir. Pasiyent gözləməlidir ki qanaxması olmasın. Qan dayandıqdan sonra pasiyent yola salınmalıdır”.
Mütəxəssis zəlidən istifadədən öncə mütləq müəyyən analizlərin verilməli olduğunu deyib:
“Ən azından şəkər, laxtalanma və qanın ümumi analizi mütləq verilməlidir ki, biz bilək bu xəstəyə zəli qoymaq olar, ya olmaz. Çünki elə xəstəlik ortaya çıxa bilər ki, həmin xəstəyə zəli qoymaq düzgün olmaz. Bu zaman xəstə aidiyyəti üzrə mütəxəssisə yönləndirilməlidir ki, xəstəliyi ilə bağlı rəy versin”.
R. Cəlullayev əlavə edib ki, qanazlığı olan adama da zəli qoydurmaq olmaz: “Belələri üçün zəli əks göstərişdir. Çünki xəstənin halı pisləşəcək.
Bundan başqa, zəlinin yerindən qan axdıqdan sonra bağlanmalıdır ki, qanaxma verməsin. Eyni zamanda bəzi hallarda zəliyə qarşı allergiyalı insanlar olur. Birinci seansda bu, özünü biruzə verir. Bədən zəli qoyduqdan sonra səpməyə başlayır.
Bədxassəli şişlərdə, şəkərli diabet olan insanlara da zəli qoymaq olmaz”.
Həkim zəlidən istifadə zamanı diqqət yetiriləcək məqamlara da toxunub:
“Zəlini götürdükdən sonra bəziləri həmin nahiyəni qaşıyır. Qaşımaq olmaz. Sakitləşmək lazımdır. Bunun üçün sakitləşdirici dərman da içmək mümkündür. Daxilən insanın özünü sakitləşdirməyi daha məsləhət olunur”.
Zəlinin növlərinin çox olduğunu deyən fitoterapevt, bir zəlidən ikinci dəfə istifadə etməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, zəli yalnız bircə dəfə istifadə edilməlidir.
Bəs pasiyent üçün bu prosedura kim qərar verməlidir?
“Buna bütün həkimlər qərar verə bilər. Ginekoloji problemlərdə ginekoloq, ürək, qan-damar xəstəliklərində kardioloq, nevropotoloq, uroloq və s. Yenə də zəli qoyan şəxs xəstəyə baxaraq qərar verməlidir. Mütəxəssilər və həkimlərlə kompleks şəkildə zəliyə qərar vermək mütləqdir”,-deyə mütəxəssis vurğulayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.