Press "Enter" to skip to content

5 ci Sinif Ingilis Dili Testleri |

Xüsusi isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır:

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb Baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb.

20 Aprel , 2019 09:31

https://static.report.az/photo/08479aa6-fc40-4458-b239-a528518b21e2.jpg

Baş nazir Novruz Məmmədov un imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb. “Report” Orfoqrafiya Normalarını təqdim edir: Azərbaycan dilinin Orfoqrafiya Normaları 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s. 1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s. 1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim, üzüyün və s. Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s. 1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s. 1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s. 2. Alınma sözlərdə saitlərin yazılışı 2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, prfes­sor, solist, velosiped və s. 2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Qeyd. Mühüm, müşkülüfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır. 2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s. 2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır: 2.4.1. aksiom, anket, ap­tek, atmosfer, diaqram, diaspor, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, ma­şın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır; Mənbə dildə tərkibində qoşa b, p, nm samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s. 2.4.2. botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır. 2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır: 2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.; 2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s. 3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır. 3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır. 3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.; 3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s. 3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s. 3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s. 3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s. 3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s. 3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s. 3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s. 3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s. 3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s. 4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı 4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s. 4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s. 4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s. 4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s. 4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s. 4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. 4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd. Hissküll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur. 4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s. 4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose. 4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres. Qeyd. Press (mətbuat) sözü istisnadır. 5. Şəkilçilərin yazılışı 5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s. 5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır: 5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər: -i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.; -vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s.; -keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş; -daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş; -stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan; -gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.; -zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.; 5.2.2. iki cür yazılan şəkilçilər: kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s.; -ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.; 5.2.3. dörd cür yazılan şəkilçilər: -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s.; sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.; saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s. 5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər: 5.3.1. kar samitlə bitən sözlərdə: -qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.; -qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ; 5.3.2. cingiltili samitlə bitən sözlərdə: -ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.; -ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s. 5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu. 5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s. 6. Mürəkkəb sözlərin yazılışı 6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır: 6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, dilucu, əmioğlu, bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s.; 6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.; Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır. 6.1.3. eyni sözün təkrarı və ba, bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s. 6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümum- morfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s. Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s. 6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır: 6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sür-sümük və s.; 6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral; 6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.; 6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq və s.; 6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.; 6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.; 6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıqtünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək və s. Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s. 7. Köməkçi sözlərin yazılışı 7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi və s. Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitiş­diri­cisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s. 7.2. Qoşmalar iki cür yazılır: 7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.; 7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s. Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələm və s. 2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır. 7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki və s. 7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s. 7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s. -mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndi gəlmişik və s. 7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s. 7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. 8. Birinci hərfi böyük yazılan sözlər 8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğluqızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Mehdi Hüseynzadə, Sə­məd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s. Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s. 8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s. 8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s. 8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s. 8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s. 2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır. 3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s. 5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu. 8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır. 8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azər­bay­can” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mi­ne­ral suyu və s. Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s. 8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəbtitul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s. 9. İxtisar və qısaltmalar 9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır: 9.1.1. tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası – AR, Birləşmiş Millətlər Təşkilatı – BMT, Milli Məclis – MM və s.; 9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr – m, cild – c, və sairə – və s., və başqaları – və b.; 9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent – dos., professor – prof., Azərbaycan Nəşriyyatı – Azərnəşr və s. 9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s. 10. Sözün sətirdən sətrə keçirilməsi 10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s. Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s. 10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s. 10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir. 10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir.

5 ci Sinif Ingilis Dili Testleri | Alan.az

5 ci sinif ingilis dili testleri hər bir şagirdin ehtiyacı olduğu şeydir. Siz də 5 ci sinif ingilis dili testleri almaq üçün alan.az-dan axtarış edə bilərsiniz. İndiki dövr üçün ingilis dili hər yaşdan insana vacib lazımlıdır. Siz də övladınızın savadlı kadr olmağını və ingilis dilini bilməyini istəyirsinizsə pul xərcləməkdən çəkinməyin.

Ingilis dili kursu

İngilis dili kurs Dərslərimiz ənənəvi yeni canlı və ya Online keçirilir. Dərslər yüksək ixtisaslı müəllimlər tərəfindən xüsusi dərs metodika ilə keçirilir ki,bu da keçirilən dərslərin daha qısa zamanda sizi yormadan öyrənməyiniz üçün hazırlanmış dərs.

75 AZN

Bütün xarici dil kurslarının tək bir ünvanda

Bütün xarici dil kurslarının tək bir ünvanda Ingilis –Rus dili Alman – Fransiz dili Italyan – Ispan dili Koreya – Çin – Yapon dili Gürcü – Türk dili Ərəb Ereb – Fras dili kursu #Xarici dil kursu, #ingilis dili kursu, #italyan dili kursu, #ispan dili .

  • Xidmətlər
  • Hazırlıq kursları
  • Şəxsi
  • 09.09.2022

Göstərilməyib

Xarici dillər kursunu

Xarici dillər kursunu tək ünvanda cəmlədik Bütün xarici dil kurslarının tək bir ünvanda Ingilis –Rus dili , Alman – Fransiz dili ,Italyan – Ispan dili ,Koreya – Çin – Yapon dili, Gürcü – Türk dili , Ərəb Ereb – Fras dili kursu Dərslər həm fərdi həm d.

  • Xidmətlər
  • Hazırlıq kursları
  • Şəxsi
  • 28.04.2022

Göstərilməyib

Kurs, tədris mərkəzi

İnter School Company Tədris Mərkəzi 1-11 siniflər üçün hazırlıq proqramı ilə dərslər keçirilir. Dərslər Azərbaycan və Rus bölmələri üçün nəzərdə tutulur. Azərbaycan bölməsi üzrə fənlər: Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, İngilis dili, Rus di.

  • Xidmətlər
  • Hazırlıq kursları
  • Şəxsi
  • 08.12.2022

Göstərilməyib

Mühasibat kursu 1C Praktika (051)9081440

MÜHASİBAT 1C 7.7, 8.2, 8.3, 9.2 PROQRAMLARI İNGİLİS DİLİ RUS DİLİ KURS MUHASIBATLIQI 0-DAN B ALANSADEK OYREDIR, KASSA, BANK, ANBAR, VERGI, EDV, STATISTIKA HESABATLARININ DOLDURULMASI, GONDERILMESI, FIRMALARDA MUHASIBATLIQIN QURULMASI, MAYA DEYERI, KA.

Göstərilməyib

Mühasibat kursu 1C ( Praktika)

MÜHASİBAT 1C 7.7, 8.2, 8.3, 9.2 PROQRAMLARI İNGİLİS DİLİ RUS DİLİ KURS MUHASIBATLIQI 0-DAN B ALANSADEK OYREDIR, KASSA, BANK, ANBAR, VERGI, EDV, STATISTIKA HESABATLARININ DOLDURULMASI, GONDERILMESI, FIRMALARDA MUHASIBATLIQIN QURULMASI, MAYA DEYERI, KA.

80 AZN

Türkiyəyə bilet

Türkiyəyə aviabiletlər, gediş – dönüş biletləri , birbaşa biletlər, türkiyəyə aviabilet satışı , türkiyəyə biletlərin satışı , türkiyəyə təyyarə biletləri , xaricə biletlər , türkiyəyə aviabilet , türkiyəyə bilet , türkiyəyə təyyarə bileti , türkiyəy.

  • Hobbi və Asudə
  • Biletlər və səyahət
  • Şəxsi
  • 04.03.2023

200 AZN

İbtidai sinif hazırlığı

İbtidai Sinif Hazırlığı kurslarında kurikulum proqramına uyğun tədris aparılır. Məktəb tapşırıqlarının həllində köməkliklə yanaşı şagirdlərə Riyaziyyat, Azərbaycan dili və İngilis dili dərsləri də keçilir. Eyni zamanda keçirilən dərslərin daimi təkra.

60 AZN

Mehmanxana işi üzrə İngilis dili kursu

MEHMANXANA İŞİ ÜZRƏ İNGİLİS DİLİ KURSLARI Siz mehmanxana sahəsində çalışmaq istəyirsiniz? Lakin ingilis dilini lazımı səviyyədə bilməməyiniz buna mane olur? Artıq narahatçılığa heç bir əsas yoxdur. Məhz sizin üçün “Mehmanxana işi” üzrə “Piramida Təhs.

80 AZN

İngilis dili mərkəzi

Kursda və online ingilis dili dərsləri Qrup və ya Fərdi şəkildə keçirilir. İngilis dili hazırlığı: 1)Abituriyent 2)Ümumi ingilis dili —Danışıq dərsləri 3) Asağı sinif şagirdlərinə 4) MİQ hazırlığı.

50 AZN

İbtidai sinif fənn hazirligi

Eziz ve deyerli valideynler men Resmiyye müellime size övladlarinizin mükemmel seviyyede mektebe qeder ve ibtidai sinif fenlerinden hazirlig teklif edirem. Bu sahede 25 il tecrübem var. 25 il ibtidai sinif müellimi işlemekle yanaşi hemde mektebe qede.

45 AZN

Evinizdə Məktəbəqədər və İbtidai sinif hazılığı. Подготовка к школе. ПОДГОТОВКА НАЧАЛЬНЫХ КЛАССОВ

Canlı və Online Məktəbəqədər və İbtidai sinif hazılığı Подготовка к школе. ПОДГОТОВКА НАЧАЛЬНЫХ КЛАССОВ ?Наши занятия проходят 5 раза в неделю по 2 часа. Программа дошкольного образования: Обучение грамоте. Развитие речи. Математика. Развитие логичес.

200 AZN

İbtidai sinif şagirdləri və mektebeqeder sagirdler üçün onlayn ve və fərdi şəkildə hazirliq

İbtidai sinif şagirdləri ve mektebeqeder sagirdler üçün onlayn və fərdi şəkildə hazirliq dərsləri.İbtidai sinif şagirdlərinin dersleri daha da mükemmel şekilde qavramagina ve onlarda derse aid zəif tereflerinin aşkarlayıb derslere yüksək səviyyədə ha.

70 AZN

İbtidai sinif hazırlığı

İbtidai sinif şagirdlərine dərslərində kömək İbtidai Sinif Hazırlığı kurslarında kurikulum proqramına uyğun tədris aparılır. Məktəb tapşırıqlarının həllində köməkliklə yanaşı şagirdlərə Riyaziyyat, Azərbaycan dili və İngilis dili dərsləri də keçilir.

50 AZN

“Restoran Biznesi Üçün İngilis Dili kursu”

“Restoran Biznesi Üçün İngilis Dili kursu” Müasir dövrdə yüksək səviyyədə xidmət təklif etmək üçün peşəkar personala ehtiyac var. Heç kim üçün sirr deyil ki, restoran biznesi sahibləri də xarici dildə danışa bilən peşəkar işçi heyətinə üstünlük verir.

80 AZN

5 ci sinif ingilis dili testleri qiymət və vacibliyi

5 ci sinif ingilis dili testleri – yenisini almaq bəzən hərkəs üçün münasib olmayan test və kitablar üçün haqlı olaraq valideyin və uşaqlar ikinci əl və ya işlənmiş versiyaları axtarırlar. Yüksək səviyyədə təhsil almaq üçün hər şeyin yeni və modern olması önəmli deyil. Əsas məsələ təhsil almaq istəyidir. Təhsil səviyyənizi yüksəltmək üçün yalnız əzmlə çalışmalı və səbrli olmalısınız.

ingilis dili muellimi teleb olunur ibtidai sinif muellimi teleb olunur ereb dili muellimi teleb olunur ispan dili kurslari

V sinif azrbaycan dili testleri orfoqrafiya

Azərbaycan dilinin orfoqrafiya qaydaları

Sözlərin deyilişi və yazılışı

Yazıda orfoqrafiya normalarının pozulması çox zaman deyilişi və yazılışı fərqlənən sözlərdə müşahidə edilir. Bir sıra orfoqrafiya və orfoepiya normaları var ki, onları bilməklə sözlərin orfoqrafiyasında yol verilən tipik xətaların qarşısını almaq mümkündür. Aşağıda həmin qaydalar və bu qaydalarda mövcud olan istisnalar verilir. Bu qaydaların bir çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” sənədində öz əksini tapmışdır.

Sözlərdə saitlərin yazılışı

1.1 “O”, yoxsa “a”

Bir sıra alınma sözlərin tərkibindəki “o” saiti vurğulu hecadan əvvəl işlənəndə bəzən səhv olaraq “a” kimi yazılır:

1.2 “Ü”, yoxsa “yu”

Avropa mənşəli alınma sözlərdə “ü” saiti bəzən səhv olaraq “yu” kimi yazılır:

1.3. “Ü”, yoxsa “u”

Ərəb-fars mənşəli sözlərin birinci hecasındakı “ü” saiti bəzən səhv olaraq “u” kimi yazılır.

1.4. “İ”, yoxsa “ü”

Ərəb-fars mənşəli sözlərin sonuncu hecasındakı “i” saiti bəzən səhv olaraq “ü” kimi yazılır.

1.5. “Ə”, yoxsa “a”

Çoxhecalı ərəb-fars mənşəli sözlərdə bəzən “ə” və “a” hərfləri səhv s alınır.

1.6. Qoşasaitli sözlər

Bəzi qoşasaitli sözlərdə səhv olaraq saitlərdən yalnız biri yazılır:

Bir çox qoşasaitli sözlərin yazılışında bəzən yanaşı gələn saitlər arasına səhv olaraq “y” samiti əlavə olunur:

Bəzi qoşasaitli mürəkkəb sözlərdə bəzən səhv olaraq birinci sözün son saiti yazılmır.

1.7. “Ov”, “öv” hərf birləşmələri

Tərkibində “ov” , “öv” hərf birləşmələri olan çoxhecalı sözlərdə bəzən bu hərf birləşmələri səhv olaraq “o”, “ö” və ya “ou”, “öü” kimi yazılır.

Rus dilində sonu “a” ilə bitən alınma sözlərdən aşağıdakılar “a”-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir, feil.

“Şeir” və “feil” istisna olmaqla bu sözlər saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə söz kökündəki sonuncu sait düşür: ömür – ömrün, fikir – fikrə və s.

Qeyd : “əsl”, “əsil” sözü paronim sayılır: əsl – xalis, həqiqi, orijinal; əsil – nəsil, nəcabət, soy.

Sözlərdə samitlərin yazılışı

2.1. Cingiltili samitlə bitən sözlərin yazılışı

Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitləri bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır.

2.2. Qoşasamitli sözlərin yazılışı

Yanaşı gələn kar samitlərdən ikincisi bəzən səhv olaraq özünün cingiltili qarşılığı kimi yazılır:

Qoşa “q” ilə yazılan sözlərdə bəzən bu samitlərdən birincisi səhv olaraq özünün kar qarşılığı (k) kimi yazılır:

Qoşa “y” ilə yazılan sözlərin bir çoxu bəzən səhv olaraq bir “y” ilə yazılır:

Bəzən isə, əksinə, bir “y” ilə yazılan sözlər səhv olaraq iki “y” ilə yazılır:

Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə bəzən səhv olaraq “m” ilə yazılır:

Kombayn, kombinat, kömbə, pambıq sözlərində “m” samiti deyildiyi kimi yazılır.

2.3. Qoşa samitlə bitən sözlərin yazılışı

Qoşa samitlə bitən təkhecalı sözlərdə bəzən səhv olaraq qoşa samitlər arasında sait səsi bildirən hərf yazılır:

Eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür:

Bir sıra dillərdə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər Azərbaycan dilində bir samitlə yazılır:

Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı “y” yazılmır:

Rus dilində tərkibində “ц” (ts) olan ümumi isimlər “s” ilə yazılır:

Qeyd: Vitse sözü istisnadır.

Xüsusi isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır:

Rus dilində tərkibində “щ” (şş) olan alınma sözlərin əvvəlində və axırında bir “ş”, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.

Rus dilində “г” (q) ilə yazılan əsli “h” samitli alınma sözlər “h” ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.

D oğru

Rus dilində “г” (q) ilə yazılan bir çox alınma sözlər incə saitli hecalarda “g” ilə yazılır: biologiya, dialektologiya, genezis, agent, general, geologiya, gigiyena, gimnastika, gitara.

Bitişik, ayrı, yoxsa defislə

3.1. Aşağıdakı hallarda mürəkkəb sözlər bitişik yazılır:

1) müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə və bir vurğu ilə deyildikdə: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.

2) eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda: addımbaaddım, vurhavur, qaçaqaç.

3.2. Aşağıdakı hallarda mürəkkəb sözlər defislə yazılır:

1) yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: dost-tanış, qohum-qardaş, adət-ənənə, gec-tez, böyük-kiçik, az-çox, ölüm-itim, kafe-restoran, ölüm-itim, kafe-restoran, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, gedər-gəlməz, bitməz-tükənməz, dinməz-söyləməz.

Qeyd: Bu kateqoriyaya –ar, -maz şəkilçiləri ilə düzələn fei bağlamalar da daxildir: yazar-yazmaz, gələr-gəlməz.

2) Sözlərin təkrarından yarandıqda: qaça-qaça, az-az, aşıq-aşıq, top-top.

3) Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: tör-töküntü, kağız-kuğuz, kələ-kötür, adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük,

4) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant.

5) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal.

6) eyni leksik kateqoriyaya aid müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə: kilovat-saat, cənub-qərb, şimal-şərq, ədəbiyyatçı-alim, ədəbi-tənqidi, əfsanəvi-alleqorik.

3.3. Azaltma və çoxaltma dərəcəli sifətlərin yazılışı

1. Azaltma və ya çoxaltma dərəcəsi tünd, ala, açıq sözlərinin köməyi ilə yarandıqda sifətlər defislə yazılır: ala-çiy, tünd-qırmızı, açıq-sarı.

2. Azaltma dərəcəsi düzəldən kəm, təhər sözləri qoşulduğu sifətə bitişik yazılır: kəmşirin, turştəhər.

3. Çoxaltma dərəcəsi düzəldən zil sözü qoşulduğu sifətdən ayrı yazılır: zil qara.

4. Çoxaltma dərəcəsi m, p, r, s samitlərinin köməyi ilə düzələn sifətlər bitişik yazılır: dümdüz, qapqara, tərtəmiz, masmavi.

3.4. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.

2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.

Köməkçi sözlərin yazılışı

İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.

Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.

Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.

İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.

Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.

Qeyd: – mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana?
Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?

Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.

Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Şəkilçilərin yazılışı

“L” samiti ilə başlanan şəkilçilərin (-lı, -lıq, -lar, feil düzəldən -la, -lan, -laş və s.) qoşulduğu sözün son samitindən asılı olaraq şəkilçidəki “l” samiti tələffüzdə “d”, “r” və ya “n” samiti ilə əvəz olunur.

Zərf düzəldən “-la” şəkilçisi, “ilə” bağlayıcısı və qoşması (eləcə də onların ixtisar forması olan -la, -lə) “-nan” kimi tələffüz olunur:

İsmin çıxışlıq hal şəkilçisi (-dan, -dən) “m”, “n” samiti ilə bitən sözlərə qoşulduqda “nan” kimi tələffüz olunur:

“A”, “ə” saiti ilə bitən sözlərə ismin yönlük hal şəkilçisi (-a, -ə, -ya, -yə) həmin saitlər “ı”, “i” kimi tələffüz olunur:

II şəxsdə olan feillərə keçmiş zaman şəkilçisi (-mış) artırıldıqda şəkilçinin son samiti (ş) düşə bilər: qaç-mı(ş)-san, gəl-mi(ş)-siniz.

Keçmiş zaman (-ıb), gələcək zaman (-acaq) şəkilçisi qəbul etmiş feillər III şəxsin təkinə aid olanda çox zaman “–dır” şəkilçisiz işlənir: qaçıb( dır ), gələcək( dir ).

İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə saitləri ı, i, u, ü kimi tələffüz olunur:

III şəxsin cəmində işləndikdə -ır4 indiki zaman şəkilçisinin və -ar gələcək zaman şəkilçisinin samiti [l] kimi tələffüz olunur:

II şəxsin cəmində feillərin yazılışı ilə tələffüzü fərqlənir:

-varı şəkilçisi bəzən səhv olaraq “vari” kimi yazılır.

Mürəkkəb adların yazılışı

Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.

Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.

Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası.
Qeyd: Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.

Yüksək dövlət vəzifələri ( Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi.

Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları.
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.

Mirzə, hacı, şeyx, seyid, şah, soltan , ağa, bəy, bəyim, xan, xanımvə s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.

İxtisarlar (abreviaturlar) üç cür yazılır:
a. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır:
AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild);

  • Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi);
  • sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):

İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin.

Comments are closed, but trackbacks and pingbacks are open.