Press "Enter" to skip to content

Report: Pul kütləsinin sterilizasiyasının artırılması makroiqtisadi göstəricilərə mənfi təsir edəcək

reallaşmasına dəstək verən pul-valyuta siyasəti yeritmişdir.

Valyuta əməliyyatlarına makroiqtisadi

“Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Məlum olur ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9 faiz artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Əlbəttə uzun fasilədən sonra bir ayda bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi. Xüsusən də manatın tam üzən məzənnəyə keçdiyi elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artdı. Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu”. Modern.az saytı xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Samir Əliyev açıqlayıb.

S.Əliyev bildirir ki, Mərkəzi Bankın xəsisliklə paylaşdığı məlumatlar fonunda ehtiyatlarının qısa müddətdə bu həcmdə artmasının səbəblərini müəyyənləşdirmək çətindir: “Yenə də onu tapmağa çalışaq. Qabaqcadan deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur. Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni onsuz da baş bankımız valyuta satmırdı.

Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7 faiz, funt sterlinq isə 1,9 faiz bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15 faiz civarındadır. Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb? Ehtiyatların idarə edilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7 faiz azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir.

Yeganə səbəb kimi Neft Fondunun “makroiqtisadi sabitlik” məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar. Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb.

Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək”.

Modern.az

“Report”: Pul kütləsinin sterilizasiyasının artırılması makroiqtisadi göstəricilərə mənfi təsir edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda pul kütləsinin əlavə sterilizasiyası makroiqtisadi göstəricilərə mənfi təsir edəcək. “Report”un analitik qrupu bildirir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun sözlərinə görə, 2017-ci ildə də sərt pul siyasətinin davam etdirilməsi və pul kütləsinin sterilizasiyasının artırılması barədə qərarının manatın məzənnəsinə təzyiq yaratmayacağı və inflyasiyanı tənzimləyəcəyi gözlənilir. Analitiklər qeyd edirlər ki, bu, iqtisadi artıma mənfi təsir göstərəcək, işsizliyi ciddi şəkildə artıracaq. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda pul kütləsi 50% azalıb. Sterilizasiyanın bu günə qədər ümumi həcmi isə 6 mlrd. manat təşkil edib. “Pul kütləsinin sterilizasiyası həmçinin bank sektoruna ciddi zərbə vuracaq. Kreditləşmənin daha da azalmasına səbəb olacaq bu qərar bankların mənfəətini azaldacaq. Hazırda əsasən valyuta əməliyyatlarından mənfəət əldə edən bankların 2017-ci ildə bu gəliri də xeyli azalacaq. Manat kütləsinin sterilizasiyası kiçik bankların bağlanmasına gətirib çıxara bilər. Tədiyyə balansındakı kəsir isə xarici öhdəliklərin yerinə yetirilməsi səbəbindən davam edəcək”, – deyə “Report”un ekspertləri əlavə ediblər. Analitiklər hesab edirlər ki, valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə manat kütləsinin sterilizasiyası alıcılıq qabiliyyətini aşağı salacaq. Lakin zəruri olan mallara tələbat qalmaqda davam edəcək və 2016-cı ildə 8 mlrd. ABŞ dollarından çox olan idxal ən yaxşı halda 30% azaldılaraq 6 mlrd. dollara salına bilər. Çünki, əks halda bu, idxalla bağlı iş yerlərinin kütləvi şəkildə bağlanması və işsizliyə gətirib çıxara bilər. Qeyd edək ki, bu il neftin orta qiyməti 44 dollar/barel olub. Neft gəlirlərinin azalması isə manatın sterilizasiyasını daha da genişləndirə bilər. Xatırladaq ki, 2017-ci ildə valyuta hərracları proqramı və məzənnə dəyişilməsə, hərraclara hər dəfə orta hesabla 30-35 mln. dollar vəsaitin çıxarılacağı gözlənilir.

Ræhbærlik üçün aylıq makroiqtisadi væ monetar icmal

əsasda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə hədəflənmişdir.

Yeni inkişaf prioritetlərinin reallaşmasına başlanması və dinamik iqtisadi artım

şəraitində Milli Bank 2006-cı ildə makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın

rəqabət qabiliyyətinin qorunmasına, habelə büdcə-investisiya siyasətinin

reallaşmasına dəstək verən pul-valyuta siyasəti yeritmişdir.

Cari il ərzində yüksək makroiqtisadi dinamika, ölkənin valyuta gəlirlərinin

əhəmiyyətli artması, dövlət büdcəsi üzrə irimiqyaslı investisiya və sosial

proqramların realizasiyası makroiqtisadi vəziyyəti formalaşdıran əsas amillər

olmuşdur. Ölkənin ödəmə balansının böyük həcmli profisiti və bunun nəticəsində

yaranan əlavə maliyyə imkanları hesabına mühüm inkişaf layihələrinin həyata

keçirilməsi iqtisadiyyatda pula, əmtəə və xidmtələrə tələbin əhəmiyyətli

I. 2006-cı ildə İqtisadi İnkişaf

İqtisadi artım.

2006-cı ilin on bir ayında ölkədə Ümumi Daxili Məhsul

34.4% artmış, o cümlədən neft sektorunda artım 64.8% olmuşdur. Cari ilin sonuna

adambaşına düşən Ümumi Daxili Məhsulun 2400$ (o cümlədən, qeyri-neft sektoru

üzrə 1150$) təşkil edəcəyi gözlənilir. Qeyri-neft sektorunda artım 11.2% təşkil etmiş,

o cümlədən qeyri-neft sənayesində istehsal 7,7% artmışdır.

Daxili tarazlıq.

Məcmu xərclərin (investisiya xərcləri və fərdi istehlak)

sürətlə artması iqtisadiyyatda yüksək məcmu tələb formalaşdırmışdır. Məcmu tələbin

genişlənməsi iqtisadi artımın sürətlənməsində mühüm faktor olmuşdur. Məcmu təklif

ikirəqəmli templə artsa da məcmu tələb təklifin artım parametrlərini əhəmiyyətli

Məcmu tələbin əsas kanalı olan son istehlak xərcləri qeyri-neft Ümumi Daxili

Məhsulun 85%-ni təşkil etmişdir. Əhalinin son istehlak xərcləri 34.4%, orta aylıq

əmək haqqı isə 20% artmışdır. Pul gəlirlərinin 70%-i istehlaka yönəlmişdir. İstehlak

xərclərinin təqribən ¼ hissəsi istehlak kreditləri hesabına maliyyələşmişdir.

Məcmu tələbin mühüm kanalı – daxili mənbələrdən maliyyələşən

investisiyaların həcmində artım 47,6% olmuş, onun cəmi investisiyalarda payı

42,7%-ə yüksəlmişdir. Bank kreditləri hesabına maliyyələşən investisiyaların daxili

investisiyalarda payı 15%-ə çatmışdır. Daxili investisiyaların təqribən 90%-i qeyri-

neft sektoruna yönəldilmişdir.

Dövlət büdcəsinin realizasiyası cari ildə məcmu tələbin genişlənməsində və

iqtisadi artımın sürətlənməsində mühüm faktor olmuşdur. Ötən ilin müvafiq dövrünə

nisbətən 2006-ci ilin on bir ayı ərzində büdcə xərcləri 67% artmışdır.

Xüsusilə büdcənin investisiya xərclərinin sürətlə artması ölkədə investisiya

fəallığına əhəmiyyətli təsir edən mühüm amilə çevrilmişdir. Belə ki, dövlət büdcəsi

hesabına maliyyələşən daxili investisiyaların 4.4 dəfə artması nəticəsində bu

investisiyaların ümumi həcmdə payı 11%-dən 31%-ə yüksəlmişdir.

Digər tərəfdən, dövlət büdcəsinin sosial xərclərinin realizasiyası əhalinin pul

gəlirlərinin artmasında və fərdi istehlakın genişlənməsində mühüm rol oynamışdır.

Məcmu tələbin ikirəqəmli artım tempi iqtisadiyyatda məşğulluğun artmasına

gətirib çıxarır. Fərdi istehlak və investisiya xərclərinin yüksək templə artması əmtəə

və xidmətlərə əlavə tələbat yaradır, bu tələbatı ödəmək üçün təklif genişlənir və

nəticədə əlavə iş yerləri yaranır, iqtisadiyyat tədricən tam məşğulluq həddinə

yaxınlaşır. Belə ki, il ərzində ölkədə 135 min yeni iş yeri açılmışdır ki, bunun da

56%-i daimi iş yerləridir. Açılmış yeni iş yerlərinin 83%-i regionların payına düşür.

Xarici tarazlıq.

Cari ilin doqquz ayında tədiyə balansında ötən illərdən

fərqli proseslər qeydə alınmışdır. Əgər əvvəlki illərdə cari hesabın kəsiri kapitalın

hərəkəti hesabının müsbət saldosu hesabına örtülürdüsə, 2006-cı ildə cari hesabda

böyük profisit yaranmışdır. Sürətlə artan neft ixracı ilə bağlı yaranmış profisit

hesabına ölkə iqtisadiyyatı neft sektoruna cəlb olunmuş birbaşa investisiyalar üzrə

(Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) öhdəliklərini geri ödəməyə başlamış və

yaxın bir-iki il ərzində bu öhdəliklərin tam yerinə yetirilməsi gözlənilir.

Cari ilin doqquz ayında tədiyə balansının cari hesabının profisiti 2 mlrd.$-a

çatmışdır. Bu həcmdə müsbət saldonun formalaşması əsasən neft ixracının artımı

hesabına mümkün olmuş, neft-qaz sektoru üzrə ixracın 2 dəfə artması nəticəsində

ticarət balansında 5,4 mlrd. $ müsbət saldo yaranmışdır.

Cari hesabda yaranmış böyük profisit ölkənin strateji valyuta ehtiyatlarının

əhəmiyyətli artımını təmin etmişdir. Belə ki, cari ilin on bir ayında ölkənin strateji

valyuta ehtiyatlarının həcmi 1,7 dəfə artaraq 4 mlrd. $-ı ötmüşdür.

Kapitalın hərəkəti hesabı üzrə ölkənin xalis kreditor mövqeyi əhəmiyyətli

güclənmişdir. İlin əvvəlindən ölkənin bütün kapital axınları üzrə xarici aləm

qarşısında maliyyə tələbləri (aktivlər) 2,5 mlrd.$ artdığı halda, öhdəlikləri cəmi 0.7

Kapital bazarı.

Yüksək iqtisadi artım və işgüzar fəallıq iqtisadiyyatda

kreditə olan tələbatı artırmış, artan tələbata uyğun olaraq bank sistemi kredit

resurslarının təklifini genişləndirmişdir. Kreditlər üzrə orta faiz dərəcələri ilin

əvvəlindən əhəmiyyətli dəyişməyərək sabit qalmışdır. Kreditlərin həcmi son bir il

ərzində 65% artmışdır.

Kredit bazarında uzunmüddətli resurslara artan tələbata adekvat olaraq

uzunmüddətli kreditlərin həcmi 2.3 dəfə artmış və onun cəmi kredit portfelində payı

14 faiz bəndi yüksəlmiş, kreditlərin yarıdan çoxu uzunmüddətli resursların payına

düşmüşdür. Uzunmüddətli kreditlərin yüksək templə artması neft gəlirlərinin

qeyri-neft sektorunun kapitalizasiyasına sürətlə transformasiya olunmasını nümayiş

Bankların yüksək kredit aktivliyi məcmu tələbin maliyyələşməsində bank

sisteminin iştirakının getdikcə fəallaşmasını nümayiş etdirir və bu proses bank

sisteminə inamın daha da artması şəraitində baş verir. Belə ki, əhalinin pul

gəlirlərinin ikirəqəmli artımının davamlı olması şəraitində bu gəlirlərin

istehlaka yönələn hissəsinin sabitləşməyə başlaması yığıma meylliliyin

əhəmiyyətli artması ilə müşahidə olunur. Cari ilin on bir ayında əhalinin pul

gəlirlərinin istifadəsi strukturunda yığıma sərf olunan vəsaitlərin payı 18,3%-i

ötmüşdür. Nəticədə əhalinin əmanətləri son bir ildə 55,5%, o cümlədən uzunmüddətli

əmanətləri 36,5% artmışdır.

Maliyyə vasitəçiliyinin inkişafının mühüm göstəricisi olan və bank sisteminin

pul yaratmaq qabiliyyətini xarakterizə edən pul multiplikatoru ilin əvvəli ilə

müqayisədə 12.2% artaraq 1,3-ə çatmışdır. Beləliklə, bank sistemi Milli Bankın

yaratdığı hər 1 manat pul kütləsi müqabilində 1,3 manat yeni pul yaratmışdır.

Makroiqtisadi sabitlyin qorunması məqsədilə Milli Bankın həyata keçirdiyi

sterilizasiya əməliyyatları maliyyə bazarının genişlənməsinə əhəmiyyətli təsir

göstərmiş, dövlət qiymətli kağızları bazarının ümumi həcminin 67%-i Milli Bankın

notlarının payına düşmüşdür. Cari ildə Milli Bankın dövriyyədə olan notlarının həcmi

ilin əvvəlinə nisbətən 3 dəfədən çox artmışdır.

Yüksək iqtisadi fəallıq fond bazarının durumuna da müsbət təsir etmiş, cari ilin

on bir ayında ilkin səhm bazarında buraxılmış səhmlərin həcmi ötən ilə nisbətən 29%,

korporativ istiqrazların həcmi isə 11 dəfə artmışdır. Korporativ istiqrazların

emissiyasının 84%-i kommersiya banklarının payına düşmüşdür.

Daşınmaz əmlak bazarında tələbin səviyyəsi kifayət qədər yüksək olmuşdur.

Bazarın əsas indikatoru olan Azeri-Rey indeksi

il ərzində 3.3% yüksəlmişdir.

İndeskin qalxması alternativ yığım forması kimi daşınmaz əmlaka olan tələbatın

Bu göstərici daşınmaz əmlak bazarında qiymətlərin ümumi dəyişimini əks etdirir və “Əmlak Bazarı

İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən hesablanır.

yüksək olmasını göstərir. 2006-cı ildə ipoteka kreditləşməsi mexanizminin işə

düşməsi daşınmaz əmlaka tələbin artmasına əlavə stimul vermişdir.

Ölkəyə daxil olan neft gəlirlərinin aktiv olaraq inkişaf məqsədləri

üçün istifadəsi pula tələbi əhəmiyyətli artırmışdır. Belə ki, pula tələbin göstəricisi

olan M2 pul aqreqatı cari ilin on bir ay ərzində 2,3 dəfə artmış, pul kütləsinin orta

illik artım tempi isə 58,6% olmuşdur. Nəticədə qeyri-neft iqtisadiyyatının

monetizasiya səviyyəsi ötən ilə nisbətən 10% bəndi artaraq 21%-ə çatmışdır.

II 2006-cı ildə Pul Siyasəti və Makroiqtisadi Sabitlik

Pul siyasətinin əsas hədəfləri və nəticələri.

Yüksək iqtisadi artım ilə

əlaqədar pula tələbin sürətlə genişlənməsi şəraitində 2006-cı ildə Milli Bankın

qarşısında aşağıdakı vəzifələr dayanmışdır:

Baza inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması. Cari ildə ölkədə inflyasiya

prosesləri aşağıdakı faktorların təsiri altında formalaşmışdır:

Məcmu xərclərin, o cümlədən fiskal faktorların əhəmiyyətli təsir etdiyi istehlak

və investisiyaların sürətlə artması;

Məcmu tələbin məcmu təklifi əhəmiyyətli üstələməsi;

Tədiyə balansının profisitinin artması və bu amilin pula tələbin artımının əsas

Sənaye topdansatış qiymətlərinin əhəmiyyətli artması və bunun istehlak

inflyasiyasına artırıcı təsiri;

Partnyor ölkələrdən inflyasiya idxalı.

Tələbin sürətlə ekspansiyası, valyuta təzyiqi, xarici və daxili struktur faktorların

intensivləşməsinə baxmayaraq həyata keçirilmiş pul siyasəti inflyasiyanın Milli

Bankın 2006-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında elan

edilmiş təkrəqəmli səviyyədə saxlanmasına imkan vermişdir.

Cari ilin on bir ayında makroiqtisadi siyasətin səmərəliliyinin əsas göstəricisi

sayılan orta illik inflyasiya tempi 8% təşkil etmişdir. Əhalinin pul gəlirlərinin artım

tempi orta illik inflyasiyanı 2 dəfə üstələmişdir. Milli Bankın əsas hədəfi olan baza

inflyasiya isə ilin əvvəlindən cəmi 7.5% təşkil etmişdir.

Ölkənin əlverişli xarici ticarət şəraitinin qorunması. Ölkənin ödəmə

balansında böyük profisitin yaranması nəticəsində valyuta bazarına 1 mlrd. $

həcmində əlavə valyuta təklifi manatın məzənnəsinə təsir göstərən əsas faktor

olmuşdur. Xarici valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ

dollarına qarşı məzənnəsi cari ildə 5.1% möhkəmlənmişdir. Milli Bankın valyuta

bazarına aktiv müdaxilələri manatın məzənnəsinin kəskin möhkəmlənməsinin

qarşısını almışdır.

Manatın bütün valyutalara nəzərən orta çəkili məzənnəsinin dəyişməsi nəzərə

alınmaqla son 6 il ərzində partnyor ölkələrdə orta çəkili toplam inflyasiyanın

Azərbaycandakı inflyasiyanı üstələməsi yerli məhsulların xarici bazarlar üçün bu

dövr ərzində 22,8% ucuzlaşmasını təmin etmişdir. Beləliklə, həm məzənnə, həm

də inflyasiya templərindəki fərqlər nəzərə alınmaqla daxili qiymətlər ilə xarici

qiymətlər arasında paritet milli istehsalçıların xeyrinə dəyişmişdir. Cari ilin doqquz

ay ərzində ölkənin qeyri-neft ixracı 44% artmışdır.

Manatın mövqeyinin güclənməsi milli valyutaya inamın artmasına şərait

yaradır. Belə ki, cari ildə ölkədə dollarlaşma səviyyəsi azalmış, on bir ay ərzində

cəmi depozitlərin həcmində xarici valyutada depozitlərin xüsusi çəkisi ilin əvvəli ilə

müqayisədə 17.3%, cəmi kreditlərdə isə xarici valyuta verilmiş kreditlərin payı 7.2%

İqtisadiyyatın pula olan tələbatının ödənilməsi. Sosial-iqtisadi inkişaf

proqramlarının realizasiyası, xüsusilə dövlət büdcəsinin sosial və investisiya

xərclərinin artması pula tələbin artımının əsas amili olmuşdur. Budcənin kassa

icrasını fasiləsiz təmin etmək məqsədilə Milli Bank hökumətin valyuta gəlirlərinin

manat örtüyünü mütəmadi təmin etmiş, valyuta bazarında yaranmış valyuta təklifinin

əsas hissəsini sterilizasiya etmişdir. Cari ildə Milli Bank bu məqsəd üçün valyuta

bazarından büdcəyə məxsus 900 mln.$-an çox xarici valyutanı almışdır ki, bu da

ümumi müdaxilə həcminin 100%-ni təşkil edir.

Böyük həcmli müdaxilə nəticəsində Milli Bankın valyuta ehtiyatları ilin

əvvəlindən 2 dəfə artaraq 2 mlrd.$-a yaxınlaşmışdır.

Bank-maliyyə sistemində maliyyə sabitliyinin qorunması. Yüksək

makroiqtisadi dinamika və bank sisteminin sıçrayışlı inkişafı maliyyə sabitliyinin

diqqət mərkəzində saxlanmasını daha da aktuallaşdırmışdır. Milli Bankın baza

inflyasiyanın təkrəqəmli səviyyəsinə nail olunmasına yönəlmiş pul və məzənnə

siyasəti ölkədə maliyyə sabitliyinin qorunmasına yardım etmişdir.

yanaşı, bankların kapitallaşması və aktivlərin keyfiyyətinə dair

tənzimləyici çərçivənin daha da ciddiləşdirilməsi bankların maliyyə dayanıqlığının

artırılmasında mühüm amillər olmuşdur. Eyni zamanda, banklarda səmərəli

korporativ idarəetmə standartlarının tətbiqi sistem üzrə risklərinin daha effektiv idarə

edilməsinə şərait yaratmışdır. Bank sisteminin coğrafi əhatə dairəsinin genişlənməsi

və əhalinin bank sisteminə inamının artması iqtisadiyyatın maliyyə dərinliyinin

yüksəlməsinə şərait yaratmış, cari ildə bank aktivlərinin qeyri-neft Ümumi Daxili

Məhsulunda xüsusi çəkisi 7% bəndi artaraq 39%-ə çatmışdır.

Beləliklə, cari il ərzində Milli Bank tərəfindən yeridilmiş pul siyasəti “baza

inflyasiya”nın təkrəqəmli səviyyədə saxlanmasına, iqtisadiyyatın pula olan

tələbatının ödənilməsinə, ölkənin strateji xarici ticarət şəraitinin əlverişli

qalmasına və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.

III 2007-ci il üçün pul siyasətinin məqsədləri və istiqamətləri

2007-ci il Azərbaycan Respublikası Prezidentinin ölkənin iqtisadi

modernizasiyası doktrinasının həyata keçirilməsinin mühüm mərhələsi olacaqdır.

Neft strategiyasının reallaşmasından əldə edilən gəlirlərin qeyri-neft sektorunda

dayanıqlı inkişaf potensialına transformasiyası və bu əsasda rəqabətə davamlı

alternativ iqtisadiyyatın yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu

doktrinanın əsas məqsədini təşkil edir. Milli Bank 2007-ci ildə makroiqtisadi

sabitliyin qorunub saxlanması əsasında bu məqsədin həyata keçirilməsinə dəstək

2007-ci il üçün makroiqtisadi və fiskal çərçivə.

etdiyi kimi, 2007-ci ildə ölkədə iqtisadi artım tempinin 26%, o cümlədən qeyri-neft

sektorunda 9% təşkil edəcəyi gözlənilir.

2006-cı ildə olduğu kimi, məcmu tələbin sürətlə genişlənməsi

proqnozlaşdırılır. Belə ki, daxili investisiyaların 33%, əhalinin gəlirlərinin 25%, orta

aylıq əmək haqqının isə 25% artması baş verəcəkdir.

2007-ci ildə dövlət büdcəsi məcmu tələbin genişlənməsində mühüm amil

olacaqdır. Büdcə xərclərinin 42% artımı, icmal büdcənin qeyri-neft kəsirinin qeyri-

neft Ümumi Daxili Məhsula nisbətinin isə 2006-cı ildəki 33%-dən 2007-ci ildə 37%-

dək artması proqnozlaşdırılır.

Nəticədə 2007-ci ildə də əmtəə və xidmətlərə tələbin artım tempi əmtəə və

xidmətlərin təklifinin artım tempini üstələyəcəkdir.

Proqnozlara görə 2007-ci ildə əsasən neft sektorunun ixracının artması ilə bağlı

tədiyə balansının cari hesabı üzrə profisitin 2.3 dəfə böyüyərək 9 mlrd. $-a çatması

Proqnozlaşdırılan makro-fiskal çərçivə 2007-ci ildə pula tələbin 50-60%

həddində artmasını şərtləndirir.

Beynəlxalq təşkilatlar və analitik mərkəzlər 2007-ci ildə qlobal iqtisadiyyatın

stabilliyinə təsir edə biləcək bır sıra risq faktorlarını proqnozlaşdırırlar. Dünya

iqtisadiyyatına və əmtəə bazarlarına əhəmiyyətli inteqrasiya şəraitində aşağıdakı

qlobal risq faktorları milli iqtisadiyyata və pul-kredit sferasına təsir göstərir:

Dünya iqtisadiyyatında mühüm rol oynayan əsas valyutaların məzənnələrinin

və neftin qiymətinin dəyişkənliyi;

İnkişaf etmiş ölkələrdə iqtisadi tsiklin qeyri-stabil dinamikası və enerji

daşıyıcıların bahalaşması ilə bağlı məsrəf inflyasiyası;

Aparıcı ölkələrin daşınmaz əmlak bazarlarında qeyri-sabitlik və s.

Pul siyasətinin məqsədləri.

2006-ci ildə olduğu kimi, 2007-ci il üçün də

Milli Bankın pul siyasətinin əsas məqsədini

baza inflyasiyanın birrəqəmli

9%) səviyyədə saxlanması

Bu məqsədin realizasiyası ilə yanaşı Milli Bank həm də qeyri-neft sektorunun

strateji rəqabət üstünlüklərinin və ölkədə davamlı maliyyə sabitliyinin qorunması

hədəflərini də dəstəkləyəcəkdir.

2007-ci ildə valyuta bazarında proqnozlaşdırılan iri həcmli valyuta təzyiqi

şəraitində Milli Bank manatın məzənnəsinə və ölkənin strateji xarici ticarət

şəraitinə neqativ təsirini neytrallaşdırmaq üçün valyuta bazarında aktiv

sterilizasiya siyasəti həyata keçirəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi

haqqında” fərmanından irəli gələn vəzifələrin realizasiyası pul siyasəti

hədəflərinin həyata keçirilməsində mühüm faktor olacaqdır. Belə ki, ölkədə

iqtisadiyyatda maliyyə-fiskal intizamın gücləndirilməsi, əmtəə bazarlarında rəqabət

şəraitinin yaxşılaşması, qeyri-neft ticari

sektorunun əhəmiyyətli genişlənməsi və

maliyyə-kapital bazarlarının inkişafının sürətlənməsi makroiqtisadi sabitliyin

qorunub saxlanmasında mühüm amillər olacaqdır.

2007-ci ilin makroiqtisadi perspektivləri maliyyə sabitliyinin növbəti ildə də

diqqət mərkəzində saxlanmasını zəruri edir. Bununla bağlı yüksək dinamikliyi ilə

seçilən makroiqtisadi şəraitdə bank sisteminin maliyyə sabitliyinin qorunması

məqsədilə bankların kapital bazasının möhkəmləndirilməsinin davam etdirilməsi,

bank sisteminin institusional bazasının, o cümlədən korporativ idarəetmə sisteminin,

xüsusilə risk menecmentinin daha da təkmilləşdirilməsi təmin ediləcəkdir. Əhalinin

maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə maliyyə

sisteminin institusional inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Eyni

zamanda keyfiyyətcə yeni Bazel-2 standartlarına mərhələli keçid ilə bağlı

Pul siyasətinin həyata keçirilməsi vasitələri.

Pul kütləsinin artım

tempini məqbul səviyyədə saxlamaq üçün Mili Bank özünün əsas sterilizasiya aləti

olan notların həcminin artırılmasını təmin edəcəkdir. Milli Bankın sterilizasiya

siyasətinin makroiqtisadi səmərəsinin artırılmasında dövlət qiymətli kağızlar

bazarının da genişlənməsi mühüm faktor olacaqdır.

Eyni zamanda neft gəlirlərinin artması şəraitində ölkədən kapitalın çıxması

rejiminin mərhələlər ilə sərbəstləşdirilməsi də makroiqtisadi sabitliyin qorunmasında

mühüm rol oynaya bilər.

Baza inflyasiya – mərkəzi bankın nəzarətində olmayan inzibati qaydada tənzimlənən qiymətlərin və

mövsümi məhsulların qiymətlərinin istehlak səbətindən çıxılması yolu ilə hesablanan qiymət indeksidir.

Ticari sektor – əmtəə və xidmətləri beynəlxalq ticarət obyekti olan sektor nəzərdə tutulur.

Milli Bank 2007-ci ildə beynəlxalq standartlara uyğun pul siyasətinin

formalaşması və realizasiyası mexanizmlərinin təkmilləşdirilməsini diqqətdə

saxlayacaqdır. Monetar idarəetmənin təşkilinin səmərəsinin artırılması istiqamətində

proqram tədbirlər həyata keçiriləcəkdir.

Pul siyasətinin alət arsenalının genişləndirilməsi məqsədilə qeyri-ənənəvi

sterilizasiya alətlərinin tətbiqi potensialı və zəruriliyi qiymətləndiriləcəkdir.

Pul siyasətinin həyata keçirilməsinin iqtisadi təhlil bazası genişləndiriləcək,

makro, mikro və institusional mühitin monitorinqi və risqlərin qiymətləndirilməsi

sistemi inkişaf etdiriləcək, əldə olunan nəticələr operativ monetar idaretmədə nəzərə

Milli Bank ortamüddətli pul siyasəti strategiyasının formalaşdırılması

çərçivəsində orta müddətli dövr üçün optimal makro-fiskal çərçivənin hazırlanması

məqsədilə aidiyyatı iqtisadi orqanlarda maliyyə proqramının tətbiqi işinin

koordinasiyasında yaxından iştirak edəcəkdir.

Beləliklə, 2007-ci ildə Milli Bank baza inflyasiyanın təkrəqəmli səviyyədə

saxlanmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmiş pul-valyuta siyasət

yeridəcək, eyni zamanda ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf

proqramlarının realizasiyasına dəstək verəcək və makroiqtisadi siyasətin

koordinasiyasında fəal iştirak edəcəkdir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.