Valyuta əməliyyatlarına nəzarət gücləndirilir
Əgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu demək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə «axması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.
Xarici valyuta əməliyyatlarına da limit tətbiq olundu – Yeni QAYDALAR
Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10 min ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10 min ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb.
Milli.Az xəbər verir ki, eyni zamanda yeni Qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilib.
Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanıb.
Qaydalar 2016-cı il dekabrın 8-dən qüvvəyə minir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Valyuta əməliyyatlarına nəzarət gücləndirilir
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 7.1-ci maddəsinə müvafiq olaraq, 20 000 manat və yaxud ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur.
Məlumata görə, Vergi Məcəlləsinə uyğun olaraq, müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs qanunla müəyyən olunmuş vergiləri, habelə digər icbari ödənişləri tam həcmdə və vaxtında ödəməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır.
Vergi orqanları ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq və vergilərin tam həcmdə və vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi nəzarəti tədbirləri keçirmək hüququna malikdir.
Vergi orqanları digər dövlət orqanları və banklarla birlikdə öz səlahiyyətləri daxilində nağd qaydada valyuta mübadiləsi əməliyyatı aparan şəxslərin iştirakı ilə müvafiq araşdırmalar həyata keçirərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların vergiyə cəlb olunmasını təmin edir, valyuta mübadiləsi əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyi və vergilənməsi barədə müvafiq məlumatların əldə edilməsi mümkün olmadığı halda, əməliyyatda cinayət əlamətlərinin olması hallarının araşdırılması üçün aidiyyəti orqanlara müraciət edir.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur.
Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi
Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.
Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.
Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiyyatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, məsələn, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur. Qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.
Əgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu demək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə «axması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.
Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud olduğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı ba-zarların mövcudluğu şəraitində qiymətlərin əmələ gəlməsi-nin qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olunmur. Burada istehsal amilləri də mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar ba-zardakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.
Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, istehsal amillərinin kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin isteh-saletmə imkanları ilə bağlıdır.
Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar:
1) Tarazlıq qarşıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır
2) Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur.;
3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaş-dırılması deməkdir
4) Iqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.
- Teqlər:
- makroiqtisaiyyat
- , makroiqtisadi tarazlıq
Comments are closed, but trackbacks and pingbacks are open.