Vaqif şadlinski insan anatomiyası
Evin yeganə oğul payı Ceyhun isə Tibb Universitetində təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini də bitirib. Yaxşı mütəxəssis və idmançı olmaqla yanaşı, bir neçə dil bilir. Ailəlidir, üç övladı var. Bu ocağın, bu evin süfrəsi başında bu şöhrətli nəslin davamçıları – nəvə Vaqif və nəvə Abasqulubəy böyüyür. Vaqifin üç, Abasqulubəyin iki yaşı var. İki qardaşın bir bacısı Cəmilə isə məktəblidir, birinci sinifdə oxuyur.
Səksən ilə doğru
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və terminologiya kafedrası: Yer üzündə ən ali varlıq hesab edilən insanı öyrənən ilk elm kimi anatomiyanın tarixi bizim eradan min il əvvəllərə təsadüf edir. Belə ki, İnsan özünü dərk edən gündən anatomiyanı öyrənməyə başlayıb. Bu mənada Anatomiya tələbələrə ilk tibbi bilik verən ən əsaslı bünövrə və tibbin əlifbasıdır. Bu təməl fənnin dərinliklərinə baş vurmaq üçün Anatomiya elminin tədris edildiyi Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və terminologiya kafedrası haqqında yazmağı qərara aldıq.
İnsan Anatomiyası və terminologiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor Vaqif Bilas oğlu Şadlinski kafedra haqqında bizə geniş məlumat verdi.
Vaqif Şadlinski: “Diri ikən öyrənirik, ölü ikən öyrədirik!”
Ə.e.x., prоfessоr Vaqif Bilas oğlu Şadlinski 1940-cı il, 24 yanvarda Vedibasarda anadan оlub. 1970-ci ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun İnsan anatоmiyası kafedrasında çalışır. 1982-ci ildə namizədlik, 1999-cu ildə isə dоktоrluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Tibb İnstitutunda I müalicə-profilaktika fakültəsinin dekan müavini, Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin ümumi işlər üzrə prorektoru vəzifələrində çalışıb. 1995-ci ildən isə İnsan anatоmiyası kafedrasına rəhbərlik edir. V.B.Şadlinski uzun illər ATU-nun tədris və müalicə işləri üzrə prоrektоru оlmuşdur. Akademik Y.Məmmədəliyev adına və H.Z.Tağıyev adına mükafatlara layiq görülmüşdür. О, Avrоpa Patоlоqlar, Qaradəniz və Baltikyanı ölkələrin, anatоmlar cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Mоrfоlоqlar (AHE) cəmiyyətinin sədri, Beynəlxalq Mоrfоlоqlar Assоsiasiyasının Kооrdinasiya Şurasının üzvüdür. V.B.Şadlinski «Mоrfоlоgiya» (Rusiya Federasiyası), «Klinik və eksperimental təbabət» (Gürcüstan), «Sağlamlıq» (Azərbaycan) jurnallarının redaksiya heyətinin üzvüdür.
2010-cu ildə Elmi-pedaqоji nailiyyətlərinə görə əməkdar elm xadimi adına layiq görülmüşdür. V.B.Şadlinski YUNESKО nəzdində Beynəlxalq Kadrlar Akademiyası tərəfindən anatоmiya prоfessоru adı və təhsildə uğurlarına görə xüsusi qızıl medalla təltif edilib. 2000-ci ildə «Respublikanın Əməkdar həkimi» adına layiq görülüb. 2004-cü ildə Rusiya alimlərinin təqdimatı ilə V.B.Şadlinski Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.
V.B.Şadlinski 19 mоnоqrafiyanın, Azərbaycan və rus dillərində olan insan anatоmiyası atlasının, 25 dərsliyin, 28 dərs və tədris-metоdik vəsaitin, 413 elmi məqalənin, o cümlədən 29 ictimai və publisistik məqalənin müəllifidir.
V.B.Şadlinskinin rəhbərliyi altında 15 elmlər namizədi və 7 dоktоrluq dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmiş, hal-hazırda daha 2 namizədlik və 1 dоktоrluq işinə rəhbərlik edir. O, ABŞ, Almaniya, Türkiyə, İran, İsrail, İspaniya, Özbəkistan, Moskvada keçirilən elmi konfranslarda və konqreslərdə müxtəlif mövzularda çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” jurnalının, Rusiya Federasiyasında “Morfologiya”, “Allergologiya və immunologiya”, “Anatomiya və histopatologiya jurnalı”, Gürcüstanın “Eksperimental və klinik tibb”, “Tibbi jurnal”, həmçinin dünyada bir çox məşhur jurnalların, o cümlədən “Journal of Neuroendocrinology Research”, “Archive Euromedica”, “Mедицинский вестник Башкортостана” jurnallarının Redaksiya Heyətinin üzvü, Yaponiyada “Neurology and Neuroscience Reports” adlı nüfuzlu beynəlxalq elmi jurnalın şef-redaktoru, Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti İctimai Birliyinin Sədridir. 2009-cu ildə Türk Dünyası Uluslararası Araşdırmaları Beynəlxalq Akademiyasının üzvü seçilib və Akademiyanın “Qızıl Medalı” ilə mükafatlandırılmışdır.
– Vaqif müəllim, uşaqlıq illərindən daha cox yadınızda qalan xatirə hansıdır?
Mən uşaq idim. Biz Qərbi Azərbaycanın Vedibasar bölgəsindən Şəmkir rayonunun Çinarlı kəndinə yenicə köçmüşdük. Həyətimizdə hündür, qocaman bir çinar ağacı var idi. Hər axşam hamı onun ətrafına yığışıb, söhbətləşirdi. Yenə belə axşamlardan biri idi. Çinarın hündürlüyünə baxıb, onun zirvəsinə qalxmaq istədim və heç kimin xəbəri olmadan ağacın başına çıxıb, birdən “ata, bax gör hara çıxmışam” deyə atamı səslədim. Atam isə yıxılmağımdan ehtiyat edib, həm həyəcan, həm də qurur dolu səslə astadan “oğlum aşağı düş” deyə məni çağırdı. Ağacın zirvəsindən bütün kənd yaxşı görünürdü. Bu an dağların arasından, lap uzaqlardan, doğma kəndimizi də görmüş kimi oldum və sevindim. Bir uşaq təxəyyülü ilə özümü sanki orada hiss edib, bir anlıq rahat olsam da atamın təkidi ilə ağacdan düşdüm. Atam başımı sığallayaraq, dedi. “O gün gələcək oğlum, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq” Həmin gün atamın mənə inamla söylədiyi bu sözlər sevincimə sevinc qatmışdı.
– Keçmişə tez –tez səyahət edirsiniz?
Mənə elə gəlir heç bir insan öz keçmişini unutmamalıdır. Mən də öz nəslimin keçmişini bilmək istəyirəm və bu təbiidir.
– Bu mənada Henri Luis Menkenin “Keçmiş qarşısında baş əy, gələcək üçün qollarını çırmala”ifadəsinə münasibətiniz
Keçmişimiz yaddaşımızdır. Ona nəzər saldıqda tarixi keçmişə malik Şadlinskilər nəslinin bir nümayəndəsi olmağım, tələbələrim, aspirant və dissertantlarım, minlərlə həkim-tələbələrim və verdiyimiz təhsilə görə onların ürəklə söylədikləri “Çox sağ olun” kəlməsi mənim üçün çox dəyərlidir. Hesab edirəm ki, keçmiş gələcəyə açılan bir gündür, gərək onu elə yaşayasan ki, gələcəyin işığı keçmişdəki qaranlıqları yarıb, nura qərq etsin. Çünki gələcək gün ümidimiz, inamımızdır.
– Mütaliə etdiyiniz kitablar:
Mütaliə etdiyim kitablar çoxdur, həm yerli, həm xarici. Amma həyatım boyunca mən təkcə dərslik və digər kitablarla kifayətlənməmişəm. Çünki həyatın tərs üzünü görüb, ondan sərt həyat dərsi almışam.
– Vaqif müəllim, Respublikamızda çox saylı tibbi kadrların yetişməsində böyük rolunuz vardır. Anatomiya sahəsində nə kimi yenilikləriniz var?
– Bilirsiniz, anatomiya sahəsində yenilik etmək çox çətindir. Çünki qeyd etdiyimiz kimi, tibb elmi, o cümlədən onun ən vacib hissəsi olan anatomiya indiyədək öyrənilmə mərhələsindədir. Bəzi alimlər belə hesab edir ki, guya anatomiya daha öz öyrənilmə imkanlarını qurtarıb. Lakin hesab edirəm ki, anatomiyada hələ öyrənilməli cox şeylər var. İnsan bədəninin quruluşunu öyrəndiyi üçün anatomiya həmişə öyrənilməli, tədqiq edilməlidir .
– Hörmətli professor, bu il Sizin 80, rəhbərlik etdiyiniz insan anatomiyası və terminologiya kafedrasının 100 illik yubileyi olacaq. Tibb fakültəsinin yaranmasının da 100 illiyi bunlarla üst-üstə düşür. Bununla bağlı hansı tədbirlər həyata keçirməyi nəzərdə tutmusunuz?
-Kafedranın 100 illiyini keçirmək üçün məqalələr toplusu hazırlamışıq. Kafedranın 100 illiyi ilə bərabər Tibb fakültəsinin də 100 illiyi qeyd ediləcək. Bununla əlaqədar Dünyanın demək olar ki, əksər ölkələrindən bir qrup alimlər məmnuniyyətlə öz məqalələrinin Azərbaycanda dərc edilən jurnalda görmək istəyirlər. Bu bizim uğurumuzdur.
Qeyd etmək istərdik ki, ə.e.x., professor Vaqif Şadlinskinin təşəbbüsü və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində beynəlxalq aləmdə tanınan İnsan anatomiyası və terminologiya kafedrasının Tədris muzeyi yenidən qurulmuş, tarixi ənənələr saxlanılmaqla yeni şöbələr yaradılmış, sahəsi genişləndirilmiş, çox qiymətli eksponatlar və təbii preparatlarla zənginləşdirilmişdir.
Bu mənada Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və terminologiya kafedrasında yerləşən Tədris Muzeyi sanki əsrarəngiz bir aləmi xatırladır. Bu məkanı böyük bir anatomiya teatrının səhnəsinə bənzətmək olar. Burada insanın yaranması və inkişafını əks etdirən müxtəlif orijinal preparatlar, mulyajlar, orqanizmi təşkil edən üzv və üzvlər sistemi, damar və sinirləri təsvir edən təbii muzey preparatları olduqca çoxdur.
Müxtəlif vaxtlarda həm yerli, həm də müxtəlif ölkələrdən Respublikamıza, eləcə də Azərbaycan Tibb Universitetinə gələn xarici qonaqlar çox böyük maraq və həvəslə anatomiya muzeyinə gəlir, orada olan eksponatları seyr edib, öz ürək sözlərini rəy kitabına yazaraq, çox böyük təəssüratlarla buradan ayrılırlar.
Elmi rəhbərim
Ə.e.x., professor Vaqif Bilas oğlu Şadlinskinin rəhbərliyi altında bir sıra namizədlik və doktorluq işləri müvəffəqiyyətlə müdafiə edilmişdir.
Hörmətli professor, bir aspirantınız olaraq Sizə – Elmi rəhbərimə həsr etdiyim şerin bir bəndinin bura daxil edilməsi bir ustadın hər zaman öz tələbələri, aspirantları və yetirmələrinə göstərdiyi diqqət və qayğının gözəl nümunəsidir.
****
İstər həkim, istərsə də tələbə,
Tədqiqatçı alim olsaq da yenə
Ehtiyac duyuruq müəllimimizə
Ey bizə bilik verən, həm yol göstərən
Uca Tanrı hər zaman yar olsun Sizə!
*****
Əziz müəllimimiz! Yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə bol-bol uğurlar diləyirik
SƏDAQƏT RÜSTƏMOVA
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və
Terminologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru
Vaqif şadlinski insan anatomiyası
Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, ziyalılara, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun ömür yoluna nəzər salanda bir üzü ailəsinə bağlı qayğılı günlərlə, bir üzü özünü həmişəlik həsr etdiyi tibb sahəsi, fəal pedaqoji fəaliyyəti, cəfakeş ziyalı qayğıkeşliyi, ən nəhayət, əsl müəllim-alim ömrü ilə tanış oluruq.
Vaqif müəllim Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı Abasqulu bəy Şadlinskinin yaxın qohumu Bilas Şadlinskinin oğludur. Respublikamızın ən ucqar yerlərində belə Şadlinskilər nəslini yaxşı tanıyırlar. Bu nəslin ləyaqətli nümayəndəsi və dəyərli davamçısı kimi Vaqif Şadlinskiyə də ehtiram göstərir, rəğbət bəsləyir və sevirlər.
Vaqif Şadlinski 1940-cı il yanvarın 24-də Böyük Vedi rayonunun Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub. Sovet hakimiyyətinin deportasiya siyasəti nəticəsində 1948-ci ildə erməni daşnakları tərəfindən dədə-baba yurdlarından didərgin salınan Vaqif Şadlinskinin ailəsi Şəmkirə gəlib, Leninkənddə (indiki Çinarlı qəsəbəsi) məskunlaşıb. Atası, təcrübəli pedaqoq Bilas Şadlinski Leninkənd qəsəbə və Seyfəli kənd orta məktəblərində uzun müddət müəllimlik edib. 1949-cu ildə “Qırmızı əmək bayrağı”, 1954-cü ildə isə Lenin ordeni ilə təltif olunub. Əsl müəllim ömrü yaşayan əməkdar müəllim Bilas Şadlinski Leninkənddə binə olandan mənzilinin bir otağında kitabxana yaratmışdı. Qəsəbə ziyalıları və məktəblilər buradakı nadir kitablardan bəhrələnirdilər. Kitabxanada daha çox ermənilərin qonşu ölkələrdən Azərbaycana nə vaxt, necə və nə səbəbə köçürülməsindən, terrorçu “Daşnaksütyun” partiyasının düşmənçilik fəaliyyətindən, erməni-müsəlman qırğınlarından, ermənilərin torpaq iddialarından bəhs edən qəzet-jurnal məqalələri, broşüralar, kitablar və digər sənədlər toplanmışdı. Elə gün olmazdı ki, məktəbli gənclərdən, bədii qiraət həvəskarlarından, qəsəbəyə yolu düşən qonaqlardan kitabxanaya baş çəkən olmasın.
Vaqif Şadlinskinin uşaqlıq illəri 1948-1950-ci illərin məşəqqətli köçkünlük dövrünə təsadüf edir. Orta məktəbin 8-ci sinfinəcən Aşağı Seyfəli kənd orta məktəbində, yuxarı sinifləri isə Leninkənd qəsəbə orta məktəbində oxuyub. Dərs əlaçısı olmaqla yanaşı, yaxşı idmançı kimi də tanınırdı.
1958-ci ildə orta məktəbi bitirən Vaqif Şadlinski “bir-iki il işləyim, evin müəyyən ehtiyaclarını ödəyim, sonra ali məktəbə gedərəm, onsuz da oxumaq istədiyim ali məktəbə iki il iş stajı tələb olunur”, – deyə sovxoza üz tutdu. Bir ildən artıq təsərrüfat işlərində çalışdı. 1959-cu ilin noyabrında hərbi xidmətə yollandı. Üçillik hərbi xidmətdən Şəmkirə baş çavuş rütbəsində, neçə-neçə fəxri fərman, “Əlaçı əsgər” döş nişanı və sürücülük vəsiqəsi ilə qayıtdı. Qərara aldı ki, bacıları ali məktəbi bitirənə kimi sovxozda işləsin. Elə də etdi. Bu dəfə fəhlə yox, köhnə “ZİS” markalı yük maşınının sürücüsü kimi.
Vaqif Şadlinskinin həyatında əsl dönüş elə bu vaxtlar başladı. 1963-cü ilin yayında Bakıya gəlib, sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə verib qəbul imtahanlarından yüksək qiymət alaraq halal tələbə adını qazandı. Vaqif müəllimin tərcümeyi-halına yaxından bələd olduğumdan bilirəm ki, həkim olmaq arzusu onda lap kiçik yaşlarında, hələ Vedidə ikən, böyük qardaşı Heydərin 15 yaşında adi soyuqdəymədən bircə günün içində dünyasını dəyişməsindən sonra baş qaldırmışdı. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi və Elmi Şuranın qərarı ilə oxuduğu ali təhsil ocağında saxlandı. Bununla da onun həyatında böyük bir yolun başlanğıcı qoyuldu.
Vaqif müəllimin fəhlə və sürücü işlədiyi illəri (özü də həmişə, hər yerdə, tərcümeyi-halında bunu qürurla bildirir) təsadüfən xatırlatmadım. O, ömürlük bağlandığı həkimlik peşəsinin də ağ xalatlı, boğazı qalstuklu fəhləsi olub. Vaqif Şadlinski məhz fəhləlikdən, adi laborantlıqdan akademikliyə qədər əziyyətli, məsuliyyətli, şərəfli bir yol keçmiş, adi insan ömründən fərqli, adi müəllim ömründən işıqlı bir ömür yaşyıb və yaşayır. Yeri gəlmişkən, Vaqif müəllimin haqqında 10 il bundan öncə qəzetlərin birində çap olunmuş “Özü üçün yaşamayan insan” sərlövhəli xatirə-oçerkdə yazılmış fikirlərə diqqətinizi cəlb etmək istəyirəm: “O, görkəmli pedaqoq Bilas Şadlinskinin vaxtilə vəsiyyət etdiyi amallara sadiq qalaraq Vətəni, xalqı üçün yaşayan, özünü elmə həsr edən, kimsəsizə, qəlbi sınığa məlhəm olan təvazökar insandır. Elmə, alimə verdiyi qiymət qocaman akademiklərimizin xatirəsini əbədiləşdirmək üçün monoqrafiyaların yazılması təşəbbüsü ilə çıxış etməsində özünü daha qabarıq büruzə verir. “Hansı sahədə mütəxəssis olmağın əhəmiyyəti yoxdur. Əsl alim tanınmalıdır, bunu ilk növbədə biz ziyalılar etməliyik. Gələcək nəsillər öz sələflərini hərtərəfli tanımalıdırlar” deyən Vaqif Şadlinskinin təşəbbüsü akademik Hacıbəy Sultanovdan başladı və bu gün də davam etməkdədir”.
Vaqif müəllim xarakter etibarilə ciddi, tələbkar, prinsipial, qayğıkeş insandır. Müəllimin tələbkarlığı, obyektivliyi və şəxsiyyət bütövlüyü bir-birini tamamlayanda eşidilən, sayılan insan kimi hörmət və ehtiram sahibi olmaqla ucalardan uca görünür. Bu isə ali məktəb müəllimləri üçün ən vacib şərtlərdəndir. Çünki gənclər həyatda və sənətdə kiməsə oxşamağa çalışır, kimi isə özlərinə ideal hesab edirlər. Cəmiyyətdə yüksək səviyyədə qəbul olunan şəxsiyyətlər ideala çevrilirlər. Bu mənada tərəddüd etmədən deyə bilərik ki, akademik Vaqif Şadlinski həmin şəxsiyyətlərdəndir, düşünən və düşündürən alimdir. İndiyədək 350 elmi işin, o cümlədən 11 monoqrafiya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, yüzlərlə elmi-kütləvi məqalənin müəllifidir. Bu əsərlərin bir qismi xarici ölkələrdə də nəşr olunub. Vaqif müəllimin rəhbərliyi altında onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.
Bu günlər Azərbaycan Tibb Universitetində yubiley yubileyə qarışıb. Universitet rəhbərliyi, ictimai təşkilatlar, professor-müəllim heyəti və tələbələr akademik Vaqif Şadlinskinin rəhbərlik etdiyi İnsan anatomiyası kafedrasının, eləcə də MDB və Şərq ölkələrində analoqu olmayan İnsan anatomiyası muzeyi yaradılmasının 90 illiyini qeyd edirlər. Akademik Vaqif Şadlinski İnsan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışdığı son 15 ildə tədrisin dünyanın inkişaf etmiş ali məktəblərinin kəmiyyət və keyfiyyət göstəriciləri səviyyəsində qurulması üçün universitet rəhbərliyi tərəfindən aparılan islahatlarda, tədbirlərdə yaxından iştirak edir. Təhsil, təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə ATU-nun rektorluğu və respublika Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülmüşdür.
Akademik Vaqif Şadlinskinin elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti bunlarla məhdudlaşmır. O, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri olmaqla yanaşı, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Əlaqələndirmə Şurasının üzvü, Avropa Patoloqlar Cəmiyyəti idarə heyətinin üzvü, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. O, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülməsini əməyinə verilən mükafatların ən dəyərlisi hesab edir.
Vaqif Şadlinski həyatda və elmdə uğurlarını ilk növbədə ailəsi ilə bağlayır. Hələ tələbə olanda ictimai işlərdən baş açan kimi Azərbaycan Xarici Dillər İnstitutunun qabağına gedər, əsgərlikdən qayıdandan sonra gözaltı etdiyi qonşu qızı görməyə tələsərdi. Solmaz xanım o vaxt Azərbaycan Xarici Dillər İnstitutunda oxuyurdu. 1971-ci ildə Vaqif müəllim Tibb İnstitutunun axırıncı kursunda idi, həm də anatomiya kafedrasında assistent işləyirdi. Elə həmin ilin oktyabrında Solmaz xanımla ailə qurdu.
İllər bir-birini əvəzlədikcə sevgidən, sədaqətdən, qarşılıqlı hörmətdən və zəhmətdən yoğrulmuş bu ailədə üç qız, bir oğlan uşağı dünyaya göz açdı, böyüyüb boya-başa çatdı. Bu zaman qayğılar öz-özünə gəlib evin xanımı Solmaz müəllimənin əl-ayağına dolaşırdı. Çox gecələri Solmaz xanım uşaqlarının beşiyi başında, Vaqif müəllim isə iş stolunun arxasında kitabxanalardan, arxivlərdən gətirdiyi materialları araşdıra-araşdıra səhər etmişdilər. Solmaz xanım Vaqif müəllimin elmi-tədqiqat işlərinə mane olmamaq, fikrindən-zikrindən ayırmamaq üçün nəinki gecələr, heç gündüzlər də ona qıymırdı, evin qayğılarını çox qabartmırdı, çalışırdı ki, hər şeyin öhdəsindən özü gəlsin.
Ailədə böyüyən uşaqlar valideynlərinə layiq övlad olublar. Böyük qız Ramidə Tibb İnstitutunu bitirib, ailəlidir, bir oğlu, iki qızı var, tibb elmləri namizədi, stomatoloqdur. İkinci qız Səidə də Tibb İnstitutunu bitirib, ailəlidir, bir oğul, bir qız anasıdır, 1 saylı Bakı şəhər xəstəxanasında fizioterapevt-həkim işləyir. Bacıların kiçiyi Səbinə də Ramidə və Səidənin təhsil aldığı ali məktəbdə oxuyub, müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, ailələdir, iki uşağı var. Tələbəlik illərindən üzərində çalışdığı dissertasiya işini ötən il müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.
Evin yeganə oğul payı Ceyhun isə Tibb Universitetində təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini də bitirib. Yaxşı mütəxəssis və idmançı olmaqla yanaşı, bir neçə dil bilir. Ailəlidir, üç övladı var. Bu ocağın, bu evin süfrəsi başında bu şöhrətli nəslin davamçıları – nəvə Vaqif və nəvə Abasqulubəy böyüyür. Vaqifin üç, Abasqulubəyin iki yaşı var. İki qardaşın bir bacısı Cəmilə isə məktəblidir, birinci sinifdə oxuyur.
Vaqif Şadlinski həmişə özündən çox haqqın-ədalətin, xalqının, Vətəninin, yaxşı insanların tərəfindədir. Yaxşı oxuyan hər tələbəsini, müəllifi olduğu hər kitabını, xalqına gərək olan kiçik bir elmi əsərini də öz övladı hesab edir. Ömrünün 70 ilinin 40 ilini elmi-pedaqoji fəaliyyətə həsr etmiş yubilyar-akademik yazıb-yaratdığı əsərləri, cismani yadigarlarını həyatının çırağı sayır. Qoy bu çırağın işığı daha gur, ömrü daha uzun olsun!
filologiya elmləri namizədi
Azərbaycan.- 2010.- 23 yanvar.- S. 7.
Vaqif şadlinski insan anatomiyası
Vaqif Şadlinskinin Doğum Günüdür. Tibb E.D., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiri. Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan Vedi rayonunda ziyalı ailəsində anadan olub. 1948-50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdundan deportasiyaya uğradılan zaman V.B.Şadlinski ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşmışdır. Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir
Комментарии 1
12 июн 2022
var olsun irəvanlilar.
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 7 ноября 2016 в 21:07
QƏRBİ AZƏRBAYCANIN HANSI MAHALINDAN, BÖLGƏSİNDƏNSİNİZ? Həmişəki Kimi Yazsın Və ƏLinizde KəndLərinizin ŞəkiLLəri Varsa Comentdə Yazıb Göndərin Bizdə PayLaşaq..
добавлена 24 октября 2016 в 19:42
QƏRBİ AZƏRBAYCANIN HANSI MAHALINDAN, BÖLGƏSİNDƏNSİNİZ?
789 участников
Результаты после участия
CERMUK RAYONU
VEDİ RAYONU
MASİS RAYONU
QAFAN RAYONU
GÖYÇƏ MAHALI
добавлена 13 сентября 2022 в 18:51
Cermuk Səhər Saatlarında.
185 просмотров
Cermuk səhər saatlarında Atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan SQ-i təxribatlarını davam edir.
добавлена 9 апреля 2019 в 03:09
300 il əvvəl 20 milyonluq xalq idik. Güneyli, Kuzeyli, Borçalılı, Dərbəndli, Kərküklü, İranlı, Orta Asiyalı böyük imperiya idik. Nadir şah hakimiyyəti ilə qarşımıza kim çıxsa əzib keçirdik. Avropalılar bizlə iqtisadi-siyasi əlaqələr qurmaq üçün sarayımızda növbə tuturdular. Dünyanın hər yerindən tacirlər Təbriz, Gəncə, Şamaxı, Tehran, Dərbənd, Ordubad bazarlarımıza axışıb yerli mal almaq üçün aylarla yol qətt edirdilər.
добавлена 7 апреля 2019 в 23:48
добавлена 4 апреля 2019 в 23:05
PAYLAŞIN HAMI BU ŞƏRƏFSİZİ TANISIN! Bu “adam”ın adı Ağadadaş Kərimovdur. Azərbaycanlıdır. Rusiyada diaspor təşkilatımızın Moskva regional bölməsinin sədridir. Bir müddət əvvəl qızını erməniyə ərə verdi, arvadı da ermənidir. İndi isə. O, 2016-cı ilin aprel döyüşlərində ölən erməni əsgərləri ilə bağlı erməni diaspor təşkilatlarına, erməni xalqına bu gün başsağlığı verib. Görün, bizi xaricdə kimlər təmsil edir?
добавлена 1 апреля 2019 в 00:15
“Azərbaycanda 31 mart soyqırımı günlərində erməni ordusunu silahla təmin edən Nobel qardaşları və Rotşild ailəsi idi. Şaumyana isə 500 min qızıl pul verən Lenin idi.” Cəbi Bəhramov, tarixçi alim.
добавлена 22 марта 2019 в 00:11
ABBAS VƏFADAĞLI – 90 19.03.2019-cu il tarixində Göyçə mahalının tanınmış şəxsiyyəti, el ağsaqqalı, ziyalı, şair Abbas Əli oğlu Mazanovun (Abbas Vəfadağlı) 90 illik yubileyi keçirilmişdir. Təntənəli yubiley tədbirində Göyçə mahalının, Qərbi Azərbaycanın və Cənubi Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, ziyalıları iştirak etmişdir. Tədbirdə çıxış edənlər Abbas müəllimin həyat yolundan, xatirələrdən, yaradıcılığından söz açmışlar, Cənubi Azərbaycandan gəlmiş saz-söz ustadları şairin sözlərindən ibarət aşıq havaları ifa etmişlər. Bütün Qərbi Azərbaycanlılar adından Abbas müəllimi 90 illik yubileyi münasibətilə təbrik edirik, can sağlığı, həyatında xoşbəxtlik, yaradıcılığında uğurlar, 100 i
Comments are closed, but trackbacks and pingbacks are open.