Press "Enter" to skip to content

My World

COX GOZEL KITABDI HER OXUDUQCA NAILENIN ILQARA OLAN SEVGISIN OXUDUQCA GOZ YAWLARIMI TUTA BILMIREM.MENIM SIZDEN XAIWIM VAR.XAIWIMI YERINE YETIRSENIZ HEDDINDEN COX SEVINEREM.MEN NAILE ADLI QEHREMANLA GORUWMEK ISTEYIREM BIZI GORUWDURSENIZ OLENE QEDER SIZE MINNETDAR OLARAQM.CUNKI NAILENIN HEYATI MENIM HEYATIMA OXWARDI.MINNETDARAM INDIDEN SIZE.

Kitablarin Elektron Versiyasi

Varis-Sonuncu olen umidlerdir
————————–​——-
«Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

Redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olan kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 10 000 tirajla çap olunub.

Varis Yolçiyev vaxtilə AzTV-də yayımlanan «Gecə kanalı» verilişinin həmmüəllifi olub. 1997-2001-ci illərdə «168 saat» qəzetinə rəhbərlik edib, «Azərbaycan» nəşriyyatının baş redaktoru işləyib. 2006-cı ilin sonlarında AzTV-yə qayıdıb.
————————–​——-
Kitabi yukle :
Azerbaycan dilinde : Bu linke klikle

Gonderdi Unknown on 08 Temmuz 2012

43 yorum:

Adsız dedi ki.

super kitabdi..oxuduqca aglamiwam..inanin oxumaga pewman olmazsiz

Adsız dedi ki.

Chox gozel kitabdi..oxudugum en menali kitab..sehv elemiremse bunun davami ‘mektub’adli kitab newr olunmaliydi..ama tapa bilmirem o kitabi..satiwda yoxdu..(

Adsız dedi ki.

COX GOZEL KITABDI HER OXUDUQCA NAILENIN ILQARA OLAN SEVGISIN OXUDUQCA GOZ YAWLARIMI TUTA BILMIREM.MENIM SIZDEN XAIWIM VAR.XAIWIMI YERINE YETIRSENIZ HEDDINDEN COX SEVINEREM.MEN NAILE ADLI QEHREMANLA GORUWMEK ISTEYIREM BIZI GORUWDURSENIZ OLENE QEDER SIZE MINNETDAR OLARAQM.CUNKI NAILENIN HEYATI MENIM HEYATIMA OXWARDI.MINNETDARAM INDIDEN SIZE.

Adsız dedi ki.

EGER NAILE ADLI QEHREMANI MENI GOZRUWDURMEK ISTESENIZ tehmine_eliyarova@box.az-A YAZASINIZ.XAIW OLUNUR BAWQA NIYYETLE YSAZMAYIN.MENIM MEQSEDIM NAILE ADLI QEHEREMANLA GORUWMEKDI BAWQA HEC NE.

Adsız dedi ki.

Cox gozel kitabdi.. Boyuk maragla oxumuwam.

Super kitabdi. meim kitab oxumagiumumiyyetce cox sevirem. Ama Oxudugum kitablarin icinde belkede en maraqlisi bu kitabdi. Naile adli qehramanla o qeder goruwmek isterdim ki bir Allah bilir birde men 🙂

Adsız dedi ki.

BILMIREM NAILE KIMDI ..BELE DEDIZ MENDE HEVESLENDIME LAP . mendeeeeee ISTEYIREMMMM

Adsız dedi ki.

inanilmaz maraqli menali dusundurucu bir romandi oxuduqca honkurub agladigimi hec unutmaram hami ele bilmisdi mene nese olum menim de heyatimda nailenin heyatina oxsar hisseler var men bu mehebbeti cox sevmisdim

Adsız dedi ki.

Men hele bu kitabi oxumamisam..ama yaxin zamanda oxuyacam.Umumiyetce bu yazicinin butun romanlari bir birinden maraglidir.Bir ovuc torpaq eseri ise meni ayri bir dunyaya goturdu.super eserdir.tesekkurler Varis Yolcuyeve

Adsız dedi ki.

cox tesirli eserdi.pis oldum oxuduqca meni agladan yegane eserdi

Adsız dedi ki.

mende oxumaq isteyirem tessuf hele kitap menim elime gelib cixmayib.ama ewitdiyme cox gozel kitabdi

Adsız dedi ki.

Salam bu kitab cox maraqlidi. Umumiyyetle menim kitab oxumaga hevesim yoxdu ama bu kitabi oxudaynda maragim arti. oxumayanlarada oxumagi meslehet gorerdim. Inanin pewman olmazsiniz. Bu kitabin ardi son mektubdur.

Adsız dedi ki.

reylerden oxudum maraqli geldi Varis Yolcuyevin romanlardindan oxumuwam amma bu eserini oxumamiwam oxumaq isterdim.satiwda var yeqinki alib oxuyacam cox tewekkurler

NaiLe oLub ee hardan goruwsun sizinle ?? 😀 Kitabi oxumuwam super roman di !

Adsız dedi ki.

Super bir eserdi cox tesirlidi deyer

Super kitabdi Mende naile obrazindaki qadinla goruwmek isderdim belkede en boyuk arzum budur

Adsız dedi ki.

men de by kitabi coxdan oxumusam., coxaraqli idi.

Adsız dedi ki.

Oxumuwam oxuduqca honkurtuyle aglamiwam tesirlidi.Nailenin heyatinda baw verenler eynile menim heyatim idi sanki.. (((

Adsız dedi ki.

Cox xosuma geldi.oxumusam tam heyatdan goturulmus kimi yazilib.oxuduqca oxumaq istiyirsen

Adsız dedi ki.

Bu eseri cox boyuk hevesle oxumuwam ve coxda aglamiwam.duzunu desem hardasa ozumu eserin baw qehremani kimi hiss etmiwem.bele bir esere gore twk.size

Adsız dedi ki.

eynile bele bir sevgi men de yasamisam.eseri oxuduqca cox aglamisam.ele bilirdim menim heyatimdi menim yasadigim sevgidir.naileden ferqli olaraq menim heyatimda 2 ci insan olmayib olmayacaq da.ne o ne de men aile qurmayacayiq

Adsız dedi ki.

eynile bele bir sevgi men de yasamisam.eseri oxuduqca cox aglamisam.ele bilirdim menim heyatimdi menim yasadigim sevgidir.naileden ferqli olaraq menim heyatimda 2 ci insan olmayib olmayacaq da.ne o ne de men aile qurmayacayiq

Adsız dedi ki.

Oxumaga deyer
Ama cox heyifki coxlarinda o sevgi yoxdu.bu kitabi menede oxumaga meni oz dilinde desek seven biri teklif etdi. Ozu ise erdedi.

COX maragli romandi, ama bununa adi varmi? Bunu bilmek isteyirem. Naile getdi, sevdiyi insan tutuldu ve her wey bitdimi?

Adsız dedi ki.

cox maragli kitabdi tovsiye edirem

Adsız dedi ki.
Adsız dedi ki.

salam cox xozel romandi men 6 il bundan evvel oxumusam ama indide xatirlayanda meni aglamaq tutur. cox tesekkurler..insallah hami oxuyar ve ders goturer,,

Heqiqeten Naile xanim yawasa onunla taniw olmaq isderdim 2 gecedir yatmiram bu kitabi oxuyuram

Adsız dedi ki.

kitabi oxudum oxuduqca maraqli gelirdi 3gune bitirdim.Ele biliremki Naile ve ILqar dogurdanda var ve men nevaxtsa seherde onlarla tanis olacam.

Unknown dedi ki. Bu yorum yazar tarafından silindi. 1 Mayıs 2016 00:26
Unknown dedi ki. Bu yorum yazar tarafından silindi. 1 Mayıs 2016 00:39

Salam adim tural bu eseri sevdiyim daniwib mene bir il evvel onan bir nece ay Sora ayrilmiwiq menim ucbatmnan ve nehayetki indce sesini ewitdim wukur yaxwidi onsuz olene kimi onu sevecem bu eseride oxuyabda ele blremki yene o daniwir oncun bide dalawrdiq men deyirdmki qiz sefdi o deyirdi oglan .kitabin Adi aonsa oleb umudlerdi ama men olsemde umudlerim olmez .neyse bele getse oxumun heyatimda bir eserdi yazicisi olmuyan eser .qedrini bilmedim nunuw bagiwda ( gedirem eser tapib oxuyam

kitabın 66cı seyfesinin ilk cümlesi ‘düz peyserinecen qızarmışdı’ ay ble cırıldım gülmeyden

kitabın 66cı seyfesinin ilk cümlesi ‘düz peyserinecen qızarmışdı’ ay ble cırıldım gülmeyden

Adsız dedi ki.

Eser superdi.Kitabin ozunden oxumag daha tesirlidi.Mutleq oxuyun.Yorumlar ucun tewekkurler.

Adsız dedi ki.

Super eserdi.Varis-in eserlerinin hamisi gozeldi ama bu daha tesirli oldu menim ucun.Kitabdan oxumag daha tesirlidi.Mutleq yoxlayin.

Heyatimda oxudugum ilk romandi.. 2008 ci ilde oxudugum bu kitabdan sonra hec bir roman bele tesirli olmadi nede bu roman kimi xowuma gelen ikinci kitab olmadi. He Albatros dukanlari var ve o hakdada maraqlanmiwam dogrudu.

Adsız dedi ki.

Salam!Men onu deye bileremki,omrum boyunca bele menali kitap oxumamisam.Bu gun seher yuxudan oyananda gozume satawdi bu kitab,bir iki cumle oxudum,gordum,bu nese basqa birseydi.Oxudum oxudum,ve ozumu saxlaya bilmedim qacdim hamama,honkurtunen agladim.Ve sonra istediyim oglani yigib dedim,meni hec vaxt bawsiz qoyma.Bu gun butun gunu,gorduyum herkese bu kitab haqda danishmisam.Bir sozle oxumaga deyer.

Eser cox mukemmeldi oxumaga deyer cox beyendm ama heckime ele bir heyat arzulamiram yazici goresen bu eseri oz fantazyasindanmi yoxsa heqiqi bir naile den yazib

Adsız dedi ki.

Bu eseri çoxdan birr 10 il olarki oxumuşam ve beyenerek oxuduğum eserlerden biri olub. Ellerinize sağlıq. Mükemmel bir eserdir

Varisin butun eserlerini oxumusam. Sadece mohtesemdir ❤️Naileni gormek isterdim(

My World

B u kitab oxumağa başlamadan məni maqnit kimi çəkirdi, amma hər dəfə nə isə rəfdən onu seçməyimə mane olurdu. Nədənsə uzun müddətdir sahib olduğum bu kitaba hər dəfə gözüm sataşanda “Dayan, hələ həmin vaxt deyil!” cümləsi səslənirdi qulaqlarımda. Qəribə olsa da, bəlkə də kitab ona olan marağımı hiss etmişdi 🙂 Ona görə də sadəcə oxumaq həvəsi ilə başladığım kitablar sırasına daxil olmaq istəməyərək səbrlə oxunacağı günü gözləyirdi rəfin bir küncündə.. Və nəhayət o an gəldi. Bütün problemlərdən – imtahan həyəcanı, semestr balları, günlük streslərdən qurtulub kitabımı əlimə aldım. Bu sadəcə tətildə vaxtımı dəyərləndirmək, əsər haqqında məlumat qazanmaq üçün atılmış addım deyildi. Bəlkə də, ədəbiyyata olan vurğunluğumdan yaranmış bir hiss idi. Düşünürdüm, hətta əmin idim ki, bu, indiyə qədər oxuduğum fərqli dillərdə, fərqli üz qabıqlarına malik olan kitablardan fərqlənəcək. Elə buna görə də ona sərf etmək üçün ideal vaxtı gözləmişdim. Oxumağa başlamadan ətrafımdakı insanların nə düşündüklərini öyrənmək mənim üçün hər zaman maraqlı olur. Bir dostumun “ 2 saata bitirdim, elə də maraqlı deyil.”, digərinin “Əvvəli gözəl başlamışdı, amma sonluğu xəyal qırıqlığı oldu.” kimi fikirləri belə kitabın sehrinə inamımı azalda bilmədi.

İlk öncə, İsmayıl Şıxlının müəllif haqqında dediyi sözlər. Görəsən bitirəndə mən də onunla razılaşa biləcəyəm mi? deyə düşündüm. Və budur 13.07.2012 saat 1:27 a.m. bitirdim.. Varislə tanışlığım elə onun ilk kitabı ilə oldu. Doğrudan da kitab inanılmaz sehrə malik idi, altıncı hissim bu dəfə də məni yanıltmadı. Ən sevdiyim kitablar sırasında yerini aldı. Varis Yolçiyev kimi bir ədəbiyyatçıya sahib olduğumuz üçün fəxr edirəm. Deməli, ədəbiyyatımız yaxşı əllərdədir.

Film sahəsində çalışanlar duyğuları çatdırmaqda yazıçılardan daha şanslıdır deyə düşünürəm. İzləyiciyə təsir etmək üçün tək silahları söz deyil; jest, mimika və mühit vasitəsilə bu təsiri gücləndirə bilərlər, alternativləri çoxdur. Amma yazıçının əlində tək variant – söz var. O, sözdən maksimum dərəcədə istifadə etməli, əlində olan tək silahla daha güclü rəqiblə mübarizə aparmalıdır. Bunu yalnızca öz gücünə inananlar edir, Varisin isə belə sənətkarlardan olduğuna şübhə yoxdur. Bu müəllif əlindəki silahın hər sirrini o qədər gözəl bilir ki, tərəddüd etmədən mübarizəyə qoşulur. Nəticə də məlumdur. Film izləyərkən aldığım həzzi, keçirdiyim hissləri oxuyarkən yaşadığım ən gözəl kitablardan biri oldu. Oxunduğu zaman film effekti yaradan əsərlər azdır. Onlardan biri olaraq “Sonuncu Ölən Ümidlərdir” mütaliə zamanı hadisələri canlandırma bacarığından asılı olmayaraq hər oxuyuca dərindən təsir edir. “Kitab oxumağın vaxtı yetişdi.” şüarı ilə işıq üzü görən bu kitab son illərin kitab göstəricilərindən də aydın olduğu kimi bir çoxlarında mütaliəyə maraq oyadıb.

Əsər təkcə sadə anlaşıqlı dili ilə deyil, hər hissənin əvvəlində verilən kitaba ayrı bir rəng qatan şeir parçaları ilə də məni valeh etdi. Bir çox oxucu sonunu bəyənməsə belə mənə görə yazıla biləcək ən gözəl sonluqdur. Bəlkə də hər kəsin gözlədiyi kimi bitsəydi, o da adi kitablar sırasına daxil olardı. Əsərdə yaşadıqları hər şeyə rəğmən bir-birini sevməkdən vazkeçməyən iki sevgilinin ayrılma anı iki dəfə təkrarlanır, sadəcə baş qəhrəman dəyişir. Həm sevdiyinin, həm də özünün həyatını vaxtında verilməyən qərarla məhv edən İlqar üçün ən ideal sonluq seçilib. Əminəm ki, əsəri oxuyarkən Nailəyə nifrət edənlər çox olub, rəğbət bəsləməsəm belə onun yerində olmadan, qərarlarını mühakimə etmədən mənfi adlandırmaq düzgün deyil deyə düşünürəm. İnsan oxuyarkən özünü onun yerində təsəvvür etməkdən belə çəkinir, amma Nailə bütün bunları yaşayıb dözəcək və sonda qələbə qazanacaq qədər güclü xarakterə malik idi. Hər yolu ağılla düşünərək intiqamını alsa da, sonda öz hisslərinə məğlub olub. Və bunda yenə də İlqarın rolu böyük idi. Həyatında qərar qəbul etməkdə daim gecikən bu oğlan sonda həbsə gedib gərçəkləri öyrənsəydi, bəlkə də, ilk düzgün addımını atmış olacaqdı. Ancaq bu, zəif xarakterli, ətrafındakıların sözlərini daha əhəmiyyətli sayan biri üçün xoşbəxt sonluq ola bilərdi, əsər üçün yox.
Müəllifin verdiyi mesaj oxucunu gələcəyə inamla baxmağa səsləyir: “Edilən hər pisliyin cəzası gec də olsa verilir, sadəcə ümidin sizi tərk etməsinə əsla izn verməyin.” Nailə gənc yaşlarından əzab dolu həyat yaşasa belə ürəyindəki ümid hər zaman onun yeganə dayağı idi. Əsərdə bəyəndiyim nüanslardan biri də “son” və “ümid”lə bağlı Varisin düşüncələri oldu. ‘Sonun sonu’ və ‘sonun başlanğıcı’ bu iki sevgilinin vəziyyəti üçün seçilmiş ideal ifadələrdir. Eləcə də ‘ümid’ və ‘ümidciklər’.. Oxuyarkən öz həyatımıza nəzər yetiririk; görəsən bizim həyatımızda hansı daha çoxdur: ümidlər yoxsa ümidciklər? Ümidlər inamdan, ümidciklər isə arzudan doğur..
Yəqin ki, ümidlər. Bu da son. Sonuncu ölən ümidlərdir. Tətilin ilk kitabını bitirməyin sevincini yaşayıram. İndi isə Varisin digər əsərlərini oxumaq haqda düşünürəm.. Görəsən hansı biri bu kitabı oxuduğum zaman yaranan duyğuları yenidən hiss etdirəcək mənə??
“Sonuncu Ölən Ümidlərdir” hiss etdirdiyi duyğular sayəsində 5 bal alır məndən.
Hələ də oxumayanlar buraya —–> Sonuncu Ölən Ümidlərdir.
Bir Ovuc Torpaq, Yetmiş Yeddinci Gün haqqında fikirlərimi oxumaq istəyənlər buyursun 😉

Varis “Sonuncu ölən ümidlərdir” PDF

«Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

1966 – Həyatdadır

Varis Yolçuyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Varis “Sonuncu ölən ümidlərdir” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

sonuncu-olen-umidlerdir-varis.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.