Vaterdən aldığım malın pulunu necə ödəyə bilərəm
“Qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu “satıcıda zəruri malın olmaması” kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytanla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır”.
Azərbaycanda alıcı aldığı malı qaytara və ya dəyişdirə bilərmi?
Bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” yazılmış lövhələr və satıcıların xəbərdarlıqları ilə rastlaşırıq. Bununla bağlı oxucular Trend-ə müraciət edərək belə elanların qanuna nə dərəcədə uyğun olub-olmadığı ilə maraqlanırlar.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İzzət/
Bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” yazılmış lövhələr və satıcıların xəbərdarlıqları ilə rastlaşırıq. Bununla bağlı oxucular Trend-ə müraciət edərək belə elanların qanuna nə dərəcədə uyğun olub-olmadığı ilə maraqlanırlar.
Trend-in sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirən Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov bildirib ki, alıcının əldə etdiyi malı dəyişdirmək və ya qaytarmaq hüququ var. Bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 623-cü və “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrində nəzərdə tutulub. Həmin maddələrin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir:
“Alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. Mülki Məcəllənin 623.1-ci maddəsinə görə malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır.”
Vəkilin sözlərinə görə, Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə görə malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.
Vəkil bildirib ki, satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz:
“Qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu “satıcıda zəruri malın olmaması” kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytanla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır”.
Hüquqşünas onu da bildirib ki, bəzi mallar var ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 114 saylı, 21 may 1998-ci il tarixli Qərarı ilə təsdiq edilib:
“Bunlara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), ətriyyat-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.”
Ukrayna
AzVision.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazıb:
“Yəni, əgər siz mağazadan hər hansı mal, məsələn köynək almısınız və evə döndükdən və ya bir neçə gün sonra o xoşunuza gəlmirsə və hətta istifadə etməmisinizsə belə onu geri qaytarmaq haqda düşünməyin. Çünki mövcud qanunvericilik malın geri qaytarılıb pulunun ödənilməsini deyil, yalnız dəyişdirilə bilməsinə icazə verir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçının aldığı malı 14 gün ərzində qaytarmaq deyil, yalnız dəyişdirmək hüququna malikdir. Alınan məhsul sadəcə başqası ilə əvəz edilə bilər. Yəni, alıcının birbaşa malı geri qaytarmaq hüququ yoxdur və bu satıcılar üçün qanunla məcburi xarakter daşımır. Alıcı aldığı malın ölçüsünə və ya üzərində tapdığı qüsura görə malı dəyişdirmək istəyirsə və satışda eyni məhsuldan başqası yoxdursa o zaman qanunvericiliyə əsas mal geri götürülə bilər”.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 1995-ci il 19 sentyabr tarixli qanuna əsasən alıcıya aldığı malı qaytarıb pulunu geri almaq imkanı tanınırdısa, sonradan sözügedən sənədə edilən dəyişiklik ilə bu hüquq istehlakçılardan alındı:
“Halbuki, qanunun təkmilləşdirilməsinə daha çox istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində ehtiyac var idi. Amma əksinə satış mərkəzlərinin dominatlığını gücləndirən dəyişikliklər ötən müddətdə reallaşdırıldı”.
İqtisadçının sözlərinə görə, malı geri qaytara bilməmək Avropa İstehlakçılarının Hüquqlarının Qorunması Konvensiyasının əsas prinsiplərinə ziddir:
“Əslində, Azərbaycanda istehlakçıların aldıqları malı müəyyən müddət ərzində geri qayatara bilməmələri Avropa İstehlakçılarının Hüquqlarının Qorunması Konvensiyasının əsas prinsiplərinə ziddir. Beynəlxalq konvensiyalara görə, hər bir dövlət vətəndaş-istehlakçılarına malları geri qaytarmaq hüququ verilməlidir. Başqa tərəfdən, bu müddətin də 2 həftə deyil, beynəlxalq standartlara uyğun olaraq ən azı 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bəzi inkişaf etmiş ölkələrdə bu müddət hətta 2 ay belə müəyyənləşdirilir. Əgər alınan maldan istifadə edilməyibsə qanunla müəyyənləşdirilmiş müddətdə həmin məhsulun alınmasını təsdiq edən çek və ya qəbzi təqdim etməklə sözügedən məhsulun geri qaytarılmasını və pulunun alınmasını alıcı təmin etməlidir. Bu baxımdan, Azərbaycanda da beynəlxalq standartlara uyğun olaraq istehklakçılara əsas hüquqlarından biri olan aldıqları malları geri qaytararaq pulunu alması hüququnun verilməsi və müddətin 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bunu yerinə yetirməkdən imtina edən satış məntəqlərinə isə ABŞ da olduğu ciddi maliyyə cərimələrinin tətbiq edilməsi və bu təkrarlandığı halda isə biznesin bağlanması haqda qərarın verilməsinin qanunvericilikdə əks etdirilməsi vacibdir”.
Comments are closed, but trackbacks and pingbacks are open.