Veb proqramlaşdırma
200₼ ödə, həftədə 3 dəfə gəl
Web Proqramlaşdırma Nədir
Proqramlaşdırmanın müxtəlif sahələri vardır. Bunlardan biri də web-layihələrin işlənməsi üçün nəzərdə tutulan web proqramlaşdırmadır. Hər gün daxil olduğumuz müxtəlif web-saytlar web proqramçılar tərəfindən işlənib hazırlanır.
WebsiteHostingRating.com saytının 1 Yanvar 2020-ci il tarixinə olan məlumatına görə dünyada 1,744,517,326 web-sayt vardır. Və bu say günbəgün deyil saatbasaat artır. Təbii ki, web-saytlara qoyulan tələblər də yüksəlir. Əgər əvvəllər istifadəçilərin ehtiyacını bəsit statik saytlar qarşılayırdısa, indi onların yerini daha mürəkkəb dinamik saytlar tutur.
Statik və dinamik saytlar
Statik saytlar dəyişməyən səhifələrdən ibarətdir. İstifadəçilər öz brauzerlərindən belə saytları tələb etdikdə server hazır HTML-sənəd təqdim edir. Adətən belə saytlar hansısa şəxsin və ya məhsulun tanıtımı, texniki dokumentasiyanın təqdimatı üçün tərtib olunurlar. Günümüzdə az da olsa statik saytlara rast gəlmək mümkündür.
Dinamik saytlar isə dəyişən səhifələrdən ibarətdir. Belə səhifələr serverdə hazır şəkildə saxlanmırlar, istifadəçilərin sorğu və tələblərinə uyğun olaraq hər dəfə yenidən tərtib olunurlar. Daha funksional olan dinamik saytlara nümunə kimi internet-mağazalar, elan saytları, forumlar, istifadəçi kontentinə əsaslanan saytları göstərə bilərik.
İstifadə olunan texnologiyalar
Web proqramlaşdırma skriptlər adlandırılan xüsusi proqram vasitələrinin hazırlanması ilə həyata keçirilir. Bu proqram vasitələri server və kliyent olmaq üzərə iki əsas növə ayrılır. Server skriptləri server tərəfində, yəni saytın yerləşdiyi kompüterdə icra olunur. Bu skriptlərin icrası sayt istifadəçinin kompüterinə yüklənmədən öncə baş verir. Kliyent skriptləri isə sayt yükləndikdən sonra istifadəçinin kompüterində icra olunur. Dinamik saytlarda həm kliyent, həm də server skriptlərindən istifadə olunur.
Skriptlərin hazırlanması üçün istifadə olunan proqramlaşdırma dilləri də skriptlərin növündən asılı olaraq dəyişir. Bəzi proqramlaşdırma dilləri server skriptləri, bəziləri də kliyent skriptlərinin hazırlanması üçün nəzərdə tutulmuşdur.
Kliyent dilləri kimi JavaScript, VBScript, SilverLight, Flash və s. kimi dillər istifadə olunur. Bunlara əlavə olaraq JavaScript dilinin freymvork, kitabxana və genişləmələrini (AngularJS, JQuery, jQuery Mobile, Node.js, Bootstrap, TypeScript, AJAX) də göstərmək olar. Server dilləri olaraq da PHP, Perl, Python, Ruby, ASP.NET, Java, Groovy, və JavaScript dilləri istifadə olunur. Server dilləriylə çalışarkən əsas məqamlardan biri də VBİS (Verilənlər Bazasının İdarəetmə Sistemi) ilə bilavasitə qarşılıqlı əlaqənin təmin edilməsidir. Web-layihələrdə ən çox istifadə olunan VBİS-lər kimi MySQL, PostgreSQL, Oracle, SQLite və Microsoft SQL Server‘i qeyd etmək olar.
Web-Proqramçılar
Sadə dildə desək web-proqramçı web proqramlaşdırma sahəsində fəaliyyət göstərən mütəxəssisdir. Onun əsas vəzifəsi keyfiyyətli və funksional saytlar hazırlamaqdan ibarətdir. Web-proqramçı həmçinin verilənlərin saxlanması və saytların təhlükəsizliyindən də məsuliyyət daşıyır.
Web-proqramçılar üç tipə bölünürlər:
- Front-End Developerlər web-layihələrin istifadəçi tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların işi web-dizaynerlərdən dizayn həllərinin təhvil alınmasıyla başlayır. Front-endçilərin vəzifəsinə saytın maketinin qurulması, interfeys elementlərinin hazırlanması kimi öhdəliklər daxildir.
- Back-End Developerlər web-layihələrin server tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların vəzifəsinə saytın ümumi iş prinsipi və məntiqinin işlənib hazırlanması, front-end developerlərin yazdıqları kodun server tərəflə inteqrasiyası, kontentin idarə olunması, saytın təhlükəsizliyin təmin edilməsi kimi öhdəliklər daxildir. Back-endçilər həmçinin front-end və mobil tətbiq developerləri tərəfindən istifadə olunan web xidmətlər və API’lərin hazırlanması ilə də məşğul olurlar.
- Full-Stack Developerlər isə həm front-endçilərin, həm də back-endçilərin gördükləri işi yerinə yetirəbilən web-proqramçılardır.
Son olaraq qeyd etmək lazımdır ki, web proqramlaşdırma daim inkişaf edən sahədir. Və burada rəqabət də olduqca güclüdür. Tələb olunan web-proqramçı olmaq üçün texnoloji yenilikləri izləməli, bilik və bacarıqlarınızı sistemli olaraq yeniləməlisiniz.
Veb-proqramlaşdırma nədir
Bir çox şirkətlər İnternet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki, onlar hesab edirlər ki, insanlar sayta daxil olmaqla zəruri informasiyanı alacaq, bundan sonra birbaşa şirkətə müraciət edərək sifarişlərini verəcəklər?
Bəzi İnternet-layihələrin yaradılmasında, ümumiyyətlə, heç bir gəlir qazanmaq məqsədi güdülmür (məsələn: hər hansı futbol klubunun fanatlarının saytı).
Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Layihə kimlər üçün nəzərdə tutulub? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda hansı materialların yerləşdirilməsi planlaşdırılır?
Sayt hansı bölmələrdən, xidmətlərdən ibarət olacaq? Bu və digər suallara texniki tapşırıqda cavab verilir. Texniki tapşırıq layihənin ətraflı təsvir olunduğu sənəddir.
Veb-səhifələrin, daha dəqiqi, veb-saytların işlənib hazırlanması ilə proqramlaşdırmanın veb-proqramlaşdırma adlanan istiqaməti məşğul olur. Veb-texnologiyalarla işləmək üçün xüsusi veb-proqramlaşdırma dilləri vardır.
Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür əks etdirmir. Onların görünüşü şriftlərə, rənglərə, ölçülərə və başqa parametrlərə görə fərqlənir. Buna görə də HTML-sənədə fiziki deyil, məntiqi sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona baxılan proqramdan və kompüterin sinfindən asılı olaraq dəyişir.
Bunları öyrən: HTML, CSS, JS, React, PHP
Cəmi 3-4 ayda Veb-proqramlaşdırmanın sirlərini öyrənmək mümkündür.
Kitab oxuyaraq yox, videolara baxaraq yox, kod yazaraq öyrən.
Kurs mövzuları
Veb-in ən əsas mövzularını əhatə edən kurslara yerlər məhduddur. Gecikməmək üçün indi qeydiyyatdan keç.
FrontEnd-ə
giriş
HTML5, CSS3 və JS ilə bütün cihazlarda açılan və işləyən veb səhifə ara üzlərinin yığılması
İrəli
FrontEnd
JavaScript, jQuery, AJAX, JSON, React ilə proqramlaşdırma və veb əsaslı tətbiqlərin hazırlanması
PHP ilə
BackEnd
PHP5 və MySQL ilə dinamik veb saytların və idarəetmə panelinin yazılması
Ətraflı
- FrontEnd-ə giriş
- İrəli FrontEnd
- PHP ilə BackEnd
HTML, CSS, JavaScript
HTML – bütün veb-layihələrinin bünövrəsi olan dildir: Adobe Photoshop kimi proqramlarda yığılmış bütün veb saytlarının interfeys dizaynları HTML-ə köçürülür. Müasir saytlara tamamlanmış görünüşü CSS texnologiyası verir. Bu ikili, veb-dizaynının əsasını təşkil edir. JavaScript veb-saytı canlandırır, interaktiv hala gətirir.
JavaScript, jQuery, AJAX, JSON, React
JavaScript – həm FrontEnd, həm BackEnd tərəfdə istifadə olunan, hal hazırda ən populyar veb proqramlaşdırma dilidir. jQuery – ara üz proqramlaşdırmada işimizi asanlaşdıran JS kitabxanasıdır. AJAX – səhifəni yeniləmədən serverə sorğuların göndərilməsini və səhifədəki məzmunun yenilənməsini təmin edir. Məlumatlar XML və JSON faylları ilə qəbul edilir. React – ən populyar JS kitabxanasıdır, veb əsaslı tətbiqlərin hazırlanması üçün istifadə olunur.
PHP, MySQL
PHP – serverdə çalışan dildir. Müxtəlif istifadəçilərə və onların sorğularına görə dinamik olaraq HTML kodunu generasiya edir. Dinamik saytların işləməsini təmin edir. Veb-resursun strukturu və ona aid məzmunun MySQL verilənlər bazasında saxlanması əlavə əsnəklik qazandırır.
Qiymətlər
Bu ildən veb dərslərini iki fərqli formatda təqdim edirik: 72 akademik saatlıq 3 aylıq kurs və 68 akademik saatlıq 4 aylıq kurs. Beləliklə artıq büdcənizə və vaxtınıza uyğun olaraq kurs müddətini və qiymətini seçə bilərsiniz.
200₼ ödə, həftədə 3 dəfə gəl
Həftədə 2 dəfə gəl 150₼ ödə
3 aylıq kurs.
- 3 ay ərzində cəmi 72 saat dərs
- Həftədə 3 dəfə: bazar ertəsi, çərşənbə və cümə günləri
- Axşam saat 19:00 – 20:30 arası bir qoşa saat dərs
- Aylıq ödəniş 200₼
4 aylıq kurs.
- 4 ay ərzində cəmi 68 saat dərs
- Həftədə 2 dəfə: şənbə və bazar
- Axşam saat 17:00 – 18:30 arası bir qoşa saat dərs
- Aylıq ödəniş 150₼
Müəllim
Salam
Mən Vahid Qasımov. 20 il QU, AU, OYU, DİA, BMU kimi universitlərində dərs demişəm, hal hazırda STEP İT, CODERS və DİV Akademiyalarının təlimçisiyəm.
Veb Dərsləri
20 illik tədris metodikama əsaslanan tamamilə praktiki olan kursda yenilənmiş proqram üzrə veb-səhifələrin müasir tələb və standartlara uyğun yığılmasını, vizual və animasiya effektləri ilə canlandırılmasını, bir neçə dildə olan məzmununun fərqli üsullarla işləyəcək şəkildə tərtib edilməsini, həmin məzmunun idarə olunması üçün idarə etmə panelinin proqramlaşdırılmasını və saytı İnternetdə yerləşdirilməsini öyrənəcəksiniz.
Maraqlanmısız ?
Sizi növbəti dəfə təşkil etdiyim Veb Dizayn və Proqramlaşdırma kursunda iştirak etməyə dəvət edirəm. Qərar verdiyiniz təqdirdə, qeydiyyatdan keçməyi unutmayın. Kursda görüşənədək 🙂
Comments are closed, but trackbacks and pingbacks are open.