Veb Sayt Nədir
Növbəti addımda siz, məlumatları yaratmaq üçün MySQL database və MySQL istifadəçisi yaratmalısınız. Siz hostinqin təqdim etdiyi admin paneldə bir MySQL database yaradın sonra isə bir MySQL istifadəçi adını yaradıb şifrələyin. Yaradılan istifadəçi adını admin panelinizdən həmin məlumat bazasının (MySQL database) içərisinə daxil edib, yadda saxlayın.
Pulsuz veb sayt yaratmaq
İnternetdə pulsuz sayt açmaq haqqında müxtəlif yollar mövcuddur. Bəzi saytlarda siz heç bir proqramlaşdırma biliyi olmadan qeydiyyatdan keçməklə hazır veb sayt şablonlardan birini seçərək, saytınızı qura bilərsiniz və sizə təqdim olunan admin paneldən həmin tema içərisindəki kontentləri asanlıqda dəyişdirə bilərsiniz.
Lakin, bu bloqumuzda biz wordpress, joomla opencart, datalife engine və s. kimi CMS-lərdən istifadə edərək, pulsuz sayt hazırlamaqdan danışacağıq.
Veb sayt hazırlamaq üçün ilk növbədə domen və hostinq lazımdır. İnternetdə kifayət qədər pulsuz birinci səviyyə və ikinci səviyyə domenlər və hostinqlər tapa bilərsiniz. Bunun üçün axtarış sistemlərində “free domains” və ya “free hosting” yazaraq bunların hər ikisini ayrı-ayrılıqda əldə edib birləşdirə və ya pulsuz hostinq təklif edən şirkətlərin üçüncü ikinci səviyyəli domenlərindən istifadə edə bilərsiniz.
Pulsuz hostinq alan zaman nəyə fikir verməli?
Adətən pulsuz hostinq təklif edən şirkətlər həmin hostinqlərdə sayt yaradan zaman sizin saytın hər hansısa bölməsində reklam yerləşdirə bilərlər. Bundan əlavə, hostinqinizdə MySQL dəstəyinin olmasına diqqət yetirin. Pulsuz hostinq alarkən, hostinq haqqında məlumatları diqqətli şəkildə oxumağınızı tövsiyyə edirik.
Domen və hostinqi aldıqdan sonra saytı necə qurmalı?
Bir çox hostinq satışı ilə məşğul olan şirkətlərin admin panelində (cPanel, DirectAdmin və s.) bir kliklə CMS-ləri quraşdırmaq olur. Əgər bu mümkün deyilsə, siz yuxarıda adlarını çəkdiyimiz CMS-lərin rəsmi saytlarına daxil olub, onların arxiv formada (zip,rar,tar və s.) yükləməlisiniz. Sonra həmin arxiv faylı hostinqinizin əsas qovluğuna (Bu, adətən, pulblic_html və ya root şəklində olur.) yükləməlisiniz. Yüklədikdəns sonra, həmin arxivi seçib, “faylları arxivdən çıxarmaq” əmrini verməlisiniz. Fayllar arxivdən çıxarıldıqdan sonra siz CMS fayllarının bir qovluqda cəmləndiyini görəcəksiniz.
Faylları qovluqda hazırladım, sonrakı mərhələ nədir?
Növbəti addımda siz, məlumatları yaratmaq üçün MySQL database və MySQL istifadəçisi yaratmalısınız. Siz hostinqin təqdim etdiyi admin paneldə bir MySQL database yaradın sonra isə bir MySQL istifadəçi adını yaradıb şifrələyin. Yaradılan istifadəçi adını admin panelinizdən həmin məlumat bazasının (MySQL database) içərisinə daxil edib, yadda saxlayın.
MySQL məlumatları hazırladım, indi nə etməliyəm?
İndi isə siz CMS-i yerləşdirdiyiniz qovluğu veb brauzerinizdə açmalısınız. Bəzi CMS-lərdə onları qurmaq üçün sadəcə həmin qovluğu açmaq, bəzilərində isə qovluqdan sonra “/install” əlavəsini yazmaq tələb olunur.
Həmin qovluq açıldıqdan sonra sizə şəxsi məlumatlarınızı, bəzi digər xırda məlumatları daxil etmək, hər hansısa şablonu anında quraşdırmaq, MySQL məlumatları daxil etmək, admin panel üçün istifadəçi adı, şifrə təyin etmək və s. kimi ardıcıl pillələr təqdim olunur. Addım-addım bu pillələri tamamladıqdan sonra, CMS-in quraşdırılması tamamlanır və öz saytınızın domen adını veb brauzerinizdə yazdıqda, həmin CMS-in ilkin (default) şablonunu görürsünüz. Bu, o deməkdir ki, siz artıq pulsuz olaraq öz veb saytınızı hazırladınız.
Veb saytımı yaratdım, indi necə dəyişikliklər etməliyəm?
Veb saytınız hazır olduqdan sonra siz, CMS üçün təqdim olunan admin panelə həmin CMS-i quraşdırarkən təyin etdiyiniz istifadəçi adını və şifrəni daxil edərək, daxil ola bilərsiniz. Admin panelə adxil olmaq üçün hər CMS-in özünün xüsusi əlavəsi(Məsələn, wordpressdə siz CMS-in yerləşdiyi qovluğun sonuna “”/wp-admin” yazaraq daxil ola bilərsiniz) vardır.
Admin panelə daxil olaraq, proqramlaşdırma biliyiniz olmadan belə həmin CMS-in hazır şablonlarından istifadə edərək, veb saytın dizaynlarını dəyişə, menyular yarada, səhifələrdəki məlumatları öz istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.
Veb Sayt Nədir
Veb sayt müxtəlif xidmətlər və mənbələrin çox səviyyəli sistem inteqrasiyasıdır. Veb sayt brauzerə məlumat verir, axtarış sistemlərinə, elektron poçtlara, reklamlara və s. Veb sayt nədir Başlanğıcda bütün veb saytlar müxtəlif statik sənədlər toplusu idi. Bizim dövrümüzdə demək olar ki, hamısı interaktivlik və dinamizm ilə xarakterizə olunur. Belə hallarda mütəxəssislər hər hansı bir veb saytın xüsusi tapşırıqlarını həll etmək üçün hazır bir proqram paketi – “veb tətbiqetmə” ifadəsini istifadə edirlər. Veb tətbiq veb saytın bir hissəsidir, lakin daxil edilmiş məlumatlar olmadan veb tətbiq yalnız texniki bir veb saytdır. Çox vaxt İnternetdə eyni veb sayta yalnız bir domen adı cavab verir. Dünyadakı vebdə saytlar müəyyənləşdirilən domen adıdır. Ancaq başqa seçimlər də var: eyni sayt bir neçə domendə qeydiyyatdan keçib və ya eyni domen altında bir neçə veb sayt mövcuddur. Əsasən, böyük saytlar və ya necə deyərlər, veb portallar tərəfindən birdən çox etki istifadə olunur. Bu, göstərilən fərqli xidmət növlərini məntiqi olaraq ayırmaq üçün edilir. Tez-tez saytları fərqli ölkələrdən və ya dillərdən ayırmaq üçün ayrı domenlərdən istifadə edildikdə baş verir. Bir çox pulsuz hosting xidməti üçün bir neçə saytın bir domen altında birləşdirilməsi adi haldır. Veb saytları saxlamaq üçün veb serverlər adlanan və server xidmətinin özünə veb hosting deyilən hardware serverlərindən istifadə olunur. Əvvəllər hər bir sayt öz serverində saxlanılırdı, ancaq İnternetin inkişafı və böyüməsi, serverlərin texnoloji cəhətdən yaxşılaşması ilə bir çox sayta virtual hosting deyilən bir kompüterdə yerləşdirmək mümkündür. Eyni sayta müxtəlif ünvanlarda daxil olmaq və fərqli serverlərdə saxlamaq olar. Bu vəziyyətdə, orijinal saytdan çıxan nüsxə güzgü adlanır. Saytların oflayn versiyaları da var, yəni. saytın bir nüsxəsi, şəbəkəyə qoşulmadan və server proqramından istifadə etmədən bütün kompüterlərdə izləmək mümkündür. Müxtəlif parametrlərə və xüsusiyyətlərə əsaslanan veb saytların çox sayda fərqli təsnifatı var. Saytın məqsədi onun görünüşünü, məlumat məzmununu və bir sıra digər parametrləri müəyyənləşdirir.
Niyə Veb Saytınız Olmalıdır?
Bu mövzuda çox videolar çəkmişəm, çox suallara cavab vermişəm. Həmin danışıqlarımı qaçıranlar üçün bir daha blog yazmaq qərarına gəldim. Vebsayt hər biznes üçün müasir dövrün tələbidir. Bəli, təssəvür edin şəxsiyyət vəsiqəniz olmadan indiki dövrdə nə qədər şey edə bilərsiniz? Mən də elə düşünürəm. Çünki veb sayt sizə daha doğrusu biznesinizə çox üstünlüklər qatır. İlk növbədə müştəriləriniz sizin nə qədər ciddi bir marka olduğunuzu başa düşür. Saytınızda yerləşdirdiyiniz məlumatlar müştərilərinizə rahat istədiklərini tapmağa hətta sizinlə ünsiyyət qurmadan alış-veriş etməyə imkan yaradır. Qısaca şirkətlər üçün veb sayt rəqəmsal mühitdə onların vizit kartıdır. İnternetdə yaradacağınız korporativ şəxsiyyətiniz biznesinizin görünən siması olacaq. Buna görə nə qədər funksional və estetik cəhətdən yaxşı saytınız olsa insanları bir o qədər təsirləndirəcək və bazar dəyərinizi artıracaqsınız. Bir sözlə şirkətinizin gələcəyini düşünürüsünüzsə, rəqiblərinizdən öndə olmağı planlayırsınızsa bunun üçün keyfiyyətli veb sayt sahibi olmaq mütləqdir. Lakin veb sayt sahibi olmağın üstünlükləri bununla bitmir.
Veb Sayt Sahibi Olmağın Üstünlükləri
İlk növbədə veb sayt şirkətləri 7/24 gəlirlə təmin edir. Yuxarıda dediyim kimi müştəri alış-veriş etmək üçün həmişə sizinlə əlaqə saxlamaq məcburiyyəti hiss etmir. Hətta siz yatanda belə veb sayt vasitəsilə satışlarınız gedə və pul qazana bilirsiniz. Gözəl səslənir elə deyilmi? Amma bununlada bitmir. Siz müxtəlif kampaniyalar təşkil edə və reklamlar aça bilərsiniz. Belə olan halda müasir digital reklam alətləri sizin veb sayt datalarını analiz edərək bir başa şərait yaradır ki, məhz reklamınız sizə lazım olan kütlənin qarşısına çıxsın. Bir sözlə veb sayt sahibi olmaq sizə qazanc və rahatlıqdan başqa heç nə gətirməyəcək. Veb sayt hazırlanmasına xərclədiyniz məbləğ isə bir neçə ay ərzində öz-özünə geri qazanılacaqdır. Yetərki Yaxşı və istifadəsi rahat veb saytınız olsun. Yaxşı, bəs belə veb sayt necə əldə etmək olar?
Necə Veb Sayt Sahibi Olmaq Olar?
Bax bu ən vacib məsələdir mən 12 il əvvəl ilk dəfə öz vebsaytımı qurdum. Yaxşı idimi? Yox təbii ki, amma veb sayt vacibliyinin fərqində olduğum üçün bu işin izini buraxmadım. 12 illik veb sayt təcrübəmə əsəslanaraq deyə bilərəm ki, veb saytınzın olması üçün bir çox üsul var. Mən sizə ikisindən danışacam İlk növbədə bunu özünüz edə bilərsiniz. İnternetdəki məlumatlar ilə 4-5 aylıq özünüz bu işin üstünə düşsəniz. ilkin səviyyədə bir veb sayt yarada bilərsiniz. Bunu daha sürətli və yaxşı etmək üçün 2-3 aylıq wordpress kurslarına qatıla bilərsiniz. Kurs haqqında daha ətraflı məlumat almaq üçün link yerləşdirirəm.
İkinci üsul isə peşəkar komandalara müraciət etməkdir. Əslində mən məsləhət görürəm ki, siz kursa yazılasınız və eyni anda peşəkar komandaya müraciət edəsiniz. Çünki saytınız 3-4 həftəyə hazır olacaq və siz 1 ay sonra özünüz sayt yaratma və idarəsi haqqında məlumatlı olacaqsınız və gələcəkdə rahatlıqla müstəqil şəkildə saytınızın hazır və istifadəyə yararlı paneli üzərində istədiyiniz kimi dəyişiklik edə bilərsiniz. Peşəkarlar isə uzaqda deyil aşağıdakı linkə daxil olaraq Fuad Aghayev Team-ə veb sayt hazıralanması üçün müraciət edə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.