Press "Enter" to skip to content

Vergi bəyannaməsini necə doldura bilərəm

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Vergi bəyannaməsini necə doldura bilərəm?

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I).

Hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII) bəyannamə isə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq (20/IV, 20/VII, 20/X və 20/I).

Hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII) İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I).

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).

Hüquqi şəxslər üçün il üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III).

Rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq (15/II, 15/V, 15/VIII və 15/XI).

Fiziki şəxslər üçün il üzrə yekun ödəmələr

Cari il üçün bərabər hissələrlə həmin ilin avqustun 15-dək və noyabrın 15-dək (15/VIII və 15/XI).

Hüquqi şəxslər üçün bəyannamələrin təqdim olunması

Həmin ilin may ayının 15-dən gec olmayaraq (15/V).

Hüquqi və fiziki şəxslər üçün il üzrə yekun ödəmələr

Bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq (15/VIII və 15/XI).

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən verginin tutulması

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən bəyannamənin verilməsi və verginin ödənilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20/I-XII).

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I).

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi bəyannamənin təqdim edilməsi

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməlidir.

İdman mərc oyunlarının həyata keçirilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi

Hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I).

Respublika daxilində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları üzrə sadələşdirilmiş verginin ödənilməsi

Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün hər bir avtomobil nəqliyyatı vasitəsinə görə “Fərqlənmə nişanı” alınarkən dövlət büdcəsinə ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur.

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi

Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxslər tərəfindən hər bir fəaliyyət üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alarkən ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur.

Bina tikintisi fəaliyyəti üzrə bəyannamənin təqdim edilməsi və verginin ödənilməsi

Tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan olunmuş vergi məbləği bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək.

Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergi vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək müvafiq bəyannamə vergi orqanına təqdim edilir.

Fiziki şəxslərə muzdlu işlə əlaqədar gəlir, habelə sığorta haqları (sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə) ödənilərkən, hesablanmış aylıq gəlirdən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Qeyri-dövlət pensiyaları və Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmalı olan digər ödəmələr verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

Rüsumun dövlət büdcəsinə köçürülməsi və hesabatın verilməsi

• notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində,
• Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində,
• digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür və hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I tarixlərinədək) hesabat vergi orqanına təqdim edilir.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

VERGİLƏR

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də fiziki şəxs kimi icarəyəverənlər tərəfindən alınan icarə haqlarına görə vergi hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Həmin fiziki şəxslər icarəyəverən kimi hansı vergi bəyannamələri və necə təqdim etməlidirlər? Sərbəst auditor Altay Cəfərov bu məsələdə vergi ödəyicilərinin Məcəllənin bir neçə maddəsinə nəzər yetirməli olduqlarını vurğulayıb.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Məcəllənin 149.1.4-cü maddəsində isə göstərilir ki, xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər.

Misal 1: Tutaq ki, fiziki şəxs ona məxsus daşınmaz əmlakı “AA” MMC-yə 2000 manata icarəyə verib. Fiziki şəxsin VÖEN-i yoxdur.

Sual: Bu halda, fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

Vergi Məcəlləsinin 124-cü maddəsinə görə “AA” MMC ödədiyi 2000 manatdan 14 faiz məbləğində vergini tutub, qalanını həmin fiziki şəxsə ödəməlidir:

2000×14% = 280 manat
2000-280 = 1720 manat.

Hesabatlılıq baxımından fiziki şəxsin vergi ödəyicisi kimi vergi uçotuna alınmasına ehtiyac yoxdur və fiziki şəxs heç bir bəyannamə təqdim etmir. “AA” MMC fiziki şəxs vətəndaşın vergi agenti kimi çıxış edir, tutduğu 280 manata görə ödəmə mənbəyində vergi bəyənnaməsini təqdim edir.

Misal 2: Tutaq ki, vətəndaş vergi ödəyicisi kimi uçotdadır, VÖEN-i vardır və özünə məxsus daşınmaz əmlakı “BB” MMC-yə 2000 manata icarəyə verib. Bu halda, həmin fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

İlkin olaraq, belə təəssürat yaranır ki, fiziki şəxsin VÖEN-i olduğuna görə o, icarədən gəlirləri barəsində illik gəlir vergisi bəyannaməsi verməlidir. Amma, bu belə deyildir. Vergi Məcəllənin 149.1.4-cü maddəsinə görə, ödəmə mənbəyində vergi tutulmayan hallarda fiziki şəxslər gəlirləri barədə bəyannamə verməlidirlər. Əgər ödəmə mənbəyində vergi tutulmuşdursa, fiziki şəxsin vergi bəyannaməsinin təqdim edilməsi öhdəliyi yaranmır. Yəni, bizim misalımızda “BB” MMC VÖEN-i olan fiziki şəxsin icarə haqqından 14 faiz vergi tutulmuşdursa, artıq həmin fiziki şəxsin bu gəlirinə görə gəlir vergisi və ya başqa bir bəyannamənin təqdim edilməsi öhdəliyi yoxdur. Amma başqa gəlirlərinə görə vergi orqanlarına bəyannamə verməlidir. Odur ki, bu halda da fiziki şəxs yox, “BB” MMC onun vergi agenti kimi ödəmə mənbəyində vergi bəyannaməsini təqdim etməlidir.

Misal 3: Tutaq ki, bir vətəndaş digər vətəndaşa evini kirayəyə verib və kirayə haqqı 1000 manat müəyyən olunub. Hər ikisinin VÖEN-i yoxdur, yəni vergi ödəyicisi kimi vergi uçotunda deyillər. Bəs bu halda fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

Artq belə hallarda yuxarıdakı misallarda olan qaydaları tədbiq etmək olmur. Bu zaman Vergi Məcəlləsinin 124.1-ci maddəsinin ikinci abzası tətbiq edilir. Çünki icarəyəgötürənin VÖEN-i olmadığından ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır. 1000 manat icarə haqqı tam olaraq icarəyəverənə ödəyir. Bu zaman icarəyəverən artıq özü vergi ödəyicisi kimi vergi uçotuna durmalı, VÖEN almalıdır. Ona çatan məbləğin 14 faizi həcmində (140 manat) vəsaiti isə büdcəyə ödəməlidir. Bundan başqa, vergi orqanına illik gəlir vergisinin bəyannaməsini göndərməlidir.

Fərqanə ALLAHVERDİQIZI

Vergi Bəyannamələrinin Doldurulması Təlimi

Bir çox mühasib BTP proqramında Vergi Bəyannamələrini doldurarkən çətinliklərlə üzləşir. Baçlıca səbəb isə bəyannamənin doldurulma qaydası ilə bağlı praktiki biliklərin tam olaraq formalaşmamasıdır. Bu isə sektorda bir mühasibin fəaliyyətinin davamlı olmaması üçün əsas səbəblərdən biridir. Şübhəsiz ki, heç bir müəssisə Vergi Bəyannaməsini yanlış göndərən bir əməkdaşla fəaliyyətini uzunmüddətli düşünməz.

Aşağıda qeyd edilən problemlərlə isə artıq bir çoxunuz qarşılaşmısınız:

  • Mənfəət Vergisi bəyannaməsinin doldurulması;
  • Gələn kameral uyğunsuzluq məktublarının cavablandırılması;
  • ƏDV-də qeyri-rezident şəxslər ilə bağlı aparılan əməliyyatların göstərilməsi;
  • Ödəmə Mənbəyindən tutulan Vergi (ÖMV) məbləğlərinin daxili və xarici göstərilməsi.

Elə buna görə də, Bəyannamələrin Hazırlanması Təlimi (BHT) proqramını tədris etməkdə əsas məqsədimiz mühasiblərin Vergi Bəyannamələrini doldurarkən qarşılaşdığı problemlərin aradan qaldırılmasında yardımçı olmaqdır.

Bəs Bəyannamələrin Doldurulması Təlimi necə keçirilir?

Təlimi fərqləndirən əsas xüsusiyyət sırf praktiki əsaslarla keçiriləcək olmasıdır. Necə? belə ki, təlim boyu iştirakçılara BTP proqramı nədir? Nə işə yarıyır? Hansı əməliyyatlar aparılır? kimi suallar barədə başlanğıc səviyyə biliklərdən bəhs edilməyəcəkdir. Bunun yerinə isə təlimçimiz Vergi Bəyannamələri istiqamətində:

  • mühasiblərin tez-tez qarşılaşdığı problemlərin həlli yollarını göstərəcək;
  • iştirakçıların hər bir (mühasib yoldaşların) suallarını cavablandıracaq;
  • və ən önəmlisi təlim və təlimdən sonrakı bir ay ərzində iştirakçılara Konsultasiya verəcəkdir.

Konsultasiya necə olacaq? Təlimin daha da effektiv təşkili üçün iştirakçılara təlim və təlimdən sonrakı 1 ay ərzində Vergi Bəyannamələrini doldurarkən qarşılaşdığı problemlərin həlli istiqamətində dəstək göstəriləcək!

Bəs təlimçimiz kimdir?

Təlimçimiz “Veysəloğlu Şirkətlər Qrupu (VŞQ)” MMC-də çalışmış və hal-hazırda “Abacus Audit And Consulting” MMC-də Audit və Beynəlxalq hesabatlılıq bölməsi meneceri kimi fəaliyyətini davam etdirən Asif Zeynalovdur. O, həm də İATM-də Mütəxəssis Mühasib Yetişdirmə Proqramı üzrə təlimlər həyata keçirir.

Təlimin faydaları nə olacaq?

Təlimi bitirən iştirakçılar:

  • sektorun tələblərinə uyğun biliklərini özündə formalaşdıracaq:
  • və sərbəst olaraq bir müəssisənin vergi məsələlərini apararaq əlavə gəlir qazanma şansı əldə edəcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.