Press "Enter" to skip to content

Yeni Vergi Məcəlləsi barədə bilmədiklərimiz

JW Library Jehovah’s Witnesses · Книги и справочники

VERGİLƏR

İqtisadçı Anar Bayramovun “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı nəşr olunub. “mks.az” saytının “Öyrətmək savab, öyrənmək qazanc” seriyasından nəşr etdiyi kitabda Vergi Məcəlləsinin 96 maddəlik ümumi hissəsində göstərilən vergi sistemi, vergitutmanın formaları, vergilərin müəyyən edilməsinin əsas şərtləri və Məcəllədə istifadə olunan əsas anlayışlar, eləcə də vergi ödəyicisi, vergi agenti, dövlət vergi orqanları, vergi nəzarəti kimi məsələlər şərh olunub.

Kitabda vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi və vergilərin ödənilməsi ilə bağlı ümumi qaydalar əhatə olunub.

Vergi Məcəlləsinin ümumi hissəsində təsbit olunan müddəaların izahında praktiki misal və nümunələrdən geniş istifadə olunub, mürəkkəb məsələlər sadələşdirilərək anlaşıqlı dildə şərh edilib. Bununla yanaşı, izahların dərinləşdirilməsi üçün Mülki Məcəllədən, Mülki Prosessual Məcəllədən, Cinayət Məcəlləsindən, İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunmuş qayda, əsasnamə və digər normativ hüquqi aktlardan, mərkəzi icra hakimiyyətlərinin, o cümlədən Azərbaycan Rerspublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin normativ sənədlərindən istifadə olunub.

Kitabı əldə etmək üçün 050-368-12-72, 012-564-86-85 nömrəli telefonlara zəng edə və ya office@mks.az ünvanına yazıb sifariş verə bilərsiniz.

Yeni Vergi Məcəlləsi barədə bilmədiklərimiz.

Bunu Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində bir sıra jurnalistlər üçün “Vergi Məcəlləsi-2017: yeniliklərin hüquqi təhlili” mövzusunda təşkil etdiyi seminarda Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, adi vətəndaşlar üçün bu dəyişikliklərin bir o qədər əhəmiyyəti yoxdur: “Ancaq sahibkarlar və investorlar üçün bu məsələ olduqca əhəmiyyətlidir. İstər yerli, istərsə də xarici investorlar üçün bir növ ildə bir dəfə biznesin oyun qaydalarını dəyişmək deməkdir. İstənilən halda, investor hər hansı bir biznesi və yatırımları planlaşdıranda, çəkiləcək vergi xərclərini də hesablayır”.

İqtisadi tərəfdən heç bir əsası olmayan maddə

Bu il Vergi Məcəlləsinə edilən bu qədər sayda dəyişikliklərə gəldikdə isə Ə. Həsənov bildirib ki, bu il edilən dəyişikliklər konkret olaraq büdcəyə vergi yığımlarının artırılmasına hesablanıb: “Təbii ki, dövlətin neft gəlirləri azaldıqca, vergi toplamaq ehtiyacı artıb. Bütün bunlara baxmayaraq, vergi ödəyicilərini xeyrinə işləyən məqamlar da var. Bu dəyişikliklərdə sahibkarların da xeyrinə bəzi vergidən azad olmalar var. Digər tərəfdən bu Vergi Məcəlləsinə edilən dəyişikliklərdən cəmiyyətimizdə Vergi Amnistiyası kimi qəbul edilən ayrıca qanun da qəbul edilib ki, həmin qanuna görə, bəzi vergi borcları tam, bəziləri isə qismən ödənildikdə silinir. Əslində bu da vergi qanunvericiliyinə edilən dəyişikliklərin tərkib hissəsidir”. Ekspert qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas tərkib hissəsi nağdsız hesablaşmaların daha çox artırılması və nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı olan dəyişikliklərdir.

Ə. Həsənov seminar iştirakçılarına Azərbaycan Vergi Məcəlləsinin 220,12 maddəsində nəzərdə tutulan nağdsız əməliyyatlar zamanı 1 faizlik tutulmadan da danışıb. O bildirib ki, bu maddənin iqtisadi tərəfdən heç bir əsası yoxdur. Ekspert deyir ki, vətəndaşdan vergi tutulması üçün 3 əsas olmalıdır: “Vergi əsasən vətəndaşın gəlirindən tutula bilər. Yəni vətəndaş nəyisə qazanıb və bu qazancından vergi ödəyir. Vergi ödəyicisinin xərcindən də vergi tutula bilər. Bura aksiz, əlavə dəyər vergisindən tutula bilər ki, vətəndaş mal alarkən ondan o vergi tutulsun. Digər vergi isə əmlak vergisidir. Yəni evi olan şəxslər sahib olduğu əmlaka görə dövlətə vergi ödəyirlər. Ancaq nağdsız vəsaitin nağdlaşdırılması zamanı verginin tutulmasının heç bir iqtisadi əsası yoxdur. Çünki bu vergi növü xərc, gəlir və əmlak gəliri deyil. Bu, sahibkarın özünə məxsus pulu nağdlaşdıran zaman tutulan vergidir ki, onun da iqtisadi əsası yoxdur”. Hüquqşünas deyir ki, bu maddə həmçinin Azərbaycan Konstitusiyasının 73-cü maddəsinə ziddir: “Çünki bu maddədə birbaşa qeyd olunub ki, vergi ödəyicilərindən ancaq qanunla nəzərdə tutulan vergilər tutmaq olar və heç kəs qanunda nəzərdə tutulmayan verginin ödənilməsinə məcbur edilə bilməz. Deməli, bank hesabından nağd qaydada çıxarılan 1 faiz vergi tutulması Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən hesab edilməlidir ki, bu vergi ümumiyyətlə yoxdur. Yəni qanunla müəyyən edilməyən vergi və ümumiyyətlə konstitusiyamıza əsasən belə vergi tutula bilməz”.

Dünya vergi praktikasından geniş danışan hüquqşünas vergitutma sisteminin ilk olaraq ABŞ-da yaradıldığını bildirib. O, Avropa və qonşu ölkələrin vergi sistemindən seminar iştirakçılarına geniş və ətraflı məlumatlar verib. Bildirib ki, Vergi Məcəlləsinə son edilən dəyişikliklər zamanı Məcəllənin 150-ci maddəsinə də dəyişiklik olunub. Onun sözlərinə görə, həmin maddədə deyilir ki, həmin vəsait nağdlaşdırarkən bank tərəfindən tutulur. Ancaq yenə də həmin maddədə göstərilir ki, vergi ödəmə mənbəyindən yalnız gəlir və mənfəət vergisi tutula bilər: “Sadələşdirilmiş vergi ödəyicilərinin ödəmə mənbəyində vergi tutulması qanunla nəzərdə tutulmayıb. Deməli, bu öhdəlik də bankların üzərinə qoyulur ki, bu da Vergi Məcəlləsinin özünə ziddir. Vergi Məcəlləsi hazırlanarkən müvafiq müzakirələr aparılmayıb. İctimaiyyətlə müzakirə edilməyən qanunu yaxşı qanun adlandırmaq olmaz”.

Banklar pulu vətəndaşa pulla satır?

Azərbaycanda nağd pulu dövriyyəyə buraxan Mərkəzi Bankdır. Ə. Həsənov deyir ki, Mərkəzi Bank nağd pulu banklara verir: “Ancaq ölkənin əsas bankı bu pulu da onlara əvəzsiz vermir. Banklara verdiyi nağd pula görə haqq tutur. Hazırda Mərkəzi Bankın kommersiya banklarına hər verdiyi pula görə 1 faiz pul tutur. Banklar da öz növbəsində o pulu öz müştərilərindən tutur. İstənilən şəxs bankdan nağd pul çıxaranda komisyon ödəyir. Deməli, son nəticədə ödədiyimiz yenə də dövlətə çatır”.

Mütəxəssis deyir ki, istənilən halda dövlət bir dəfə bu pulu Mərkəzi Bank vasitəsilə tutur: “İkinci dəfə isə həmin pula görə bizdən artıq kommersiya bankları tərəfindən tutur. Əhalidən eyni ödəniş iki dəfə tutulur. Belə çıxır ki, dövlət öz milli valyutasını, milli dövlət atributunu bizə pulla satır. Bu da ən azından qeyri-etik hesab oluna bilər”.

Biz niyə nağd ödəməliyik?

Nağdsız hesablaşmalardan seminar iştirakçılarına geniş məlumat verən ekspert xüsusi vurğulayıb ki, nağdsız hesablaşmalara keçid Azərbaycanda cəmiyyət və iqtisadiyyat üçün yaxşı hal olacaq. Onun sözlərinə görə, bu, korrupsiyanın qarşısını alacaq, qeyri-şəffaflığı aradan qaldıracaq: “Həmçinin, nağdsız hesablaşmalara keçid vergilərin yığılmasına kömək edəcək”. Ancaq burada da bir amma var. Ekspert deyir ki, ancaq bu bugünkü kimi məhdudiyyət yolu ilə olmamalıdır: “Bu gün sahibkarların və biznesin nağdsız hesablaşmalara keçməsi üçün heç bir stimullaşdırıcı hal yoxdur. Stimullaşdırıcı hal yoxdur ki, sahibkar və ya vergi ödəyicisi özü vergini nağdsız ödəməkdə maraqlı olsun”.

Qeyd edək ki, Xaçmazın Nabran qəsəbəsində jurnalistlər üçün təşkil edilən və iki gün davam edən seminarda “Vergi qanunvericiliyindəki yeniliklərin icmalı və vergi siyasəti”, “Gəlir vergisi, mənfəət vergisi və sadələşdirilmiş vergi”, “Əlavə dəyər vergisi”, “Vergi optimizasiyası, ofşorlar və vergidən yayınma”, “Hesablaşma formaları: Vergi Məcəlləsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun”, “Vergi amnistiyası”, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunla bağlı mövzularda seminar əsas prioritet mövzularından olub.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

Vergi Məcəlləsi

Azərbaycan Respublikası Vergilər Məcəlləsi tam variantını sizlərə təqdim edirik. Layihəyə dəstək olmaq üçün səs verin.

Популярные запросы

LD Player – #1 Android Emulator

Лучший Эмулятор Андроида для ПК

Приложения · Hot

Google Play Маркет Google LLC · Инструменты

自由浏览 Greatfire.org · Связь

ICQ LLC Mail.Ru · Связь

VK VK.com · Социальные

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Популярные

MangaLib Malo Boucé · Книги и справочники

Cool Reader Vadim Lopatin · Книги и справочники

Когда намаз Kogdanamaz · Книги и справочники

Brawl Stars Wiki Fernas Techno · Книги и справочники

Русско-Узбекский Разговорник GK Apps · Книги и справочники

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Super PDF Drive Reallyloaded Inc. · Книги и справочники

MangaHub HippoAD · Книги и справочники

Генератор гемов для бравл старс Banza-Dating · Книги и справочники

JW Library Jehovah’s Witnesses · Книги и справочники

APKCombo Installer

Порядок установки XAPK, APKS, OBB?

Comments are closed, but trackbacks and pingbacks are open.