Vergi Məcəlləsinə dəyişikliklərin üstünlükləri haqqında – MÜSAHİBƏ
Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
VERGİLƏR
2019-cu ilin I rübünün nəticələrinin təhlili onu deməyə əsas verir ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər uğurla həyata keçirilib. Bu fikir “Vergilər” qəzetinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada vurğulanıb. “Vergi Məcəlləsinə edilən dəyişikliklər: ilkin nəticələr” mövzusunda keçirilən müzakirələrdə vergi ödəyicilərinə yeni iqtisadi yanaşmalar, onların qeydiyyatı və uçotunun dəqiqləşdirilməsi, kölgə iqtisadiyyatının həcminin azaldılması, eləcə də məcburi sosail sığorta haqlarının toplanmasında yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Dəyirmi masada vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov, Nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov və iqtisadçı ekspertlər iştirak edib. Tədbiri giriş sözü ilə açan “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev Vergilər Nazirliyinin yeni strateji inkişaf istiqamətləri formalaşdırdığını vurğulayıb. Bildirib ki, vergi daxilolmalarının həcminin artırılması üçün inzibati resurslardan daha çox vergi ödəyicilərinin maarifləndiriıməsinə, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə üstünlük verilir. Bunun üçün medianın gücündən istifadə olunması priaritet istiqamətlərdən biridir: “Biz vergi ödəyicilərinin qarşılaşdıqları çətinlikləri səsləndirməklə onların aradan qaldırılmasına dəstək ola bilərik”.
Sonra söz Vergilər Nazirliyinin nümayəndələrinə verilib. Onlar Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mahiyyəti və ilkin nəticələri barədə danışıblar. 2019-cu ilin I rübündə həm vergi daxilolmalarında, həm vergi ödəyicilərinin qeydiyyatında, əmək müqavilələrini sayında ciddi artımların olduğu vurğulanıb. Vergi Məcəlləsinə edilmiş son dəyişiklərin ilkin nəticələri haqda fikir mübadiləsi aparılıb.
Sonda ekspertlər vergi ödəyicilərinin və biznes strukturlarının üzləşdiyi çətinliklər barədə məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı ekspertlər tərəfindən qaldırılan suallar nazirliyin rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.
Vergi Məcəlləsinə dəyişikliklərin üstünlükləri haqqında – MÜSAHİBƏ
1 yanvar 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib.
Bu dəyişikliklər nədən ibarətdir və sahibkarlara hansı üstünlükləri qazandırır?
Bu barədə Oxu.Az-a müsahibəsində vergi məsələləri sahəsində tanınmış ekspert Emin Səttarov məlumat verib.
– Yeni Vergi Məcəlləsinə düzəlişlər daha çox hansı kateqoriyaya təsir edir?
– Təsir dairəsinə düşənlər daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və muzdlu işçilərdir, deyə bilərik. Düzdür, Vergi Məcəlləsi birbaşa sahibkarlıq fəaliyyətini tənzimləyir, amma eyni zamanda, sahibkarlıq fəaliyyəti olmayıb, gəlir əldə edən şəxslər var ki, bunlara icarə, dividend, əməkhaqqı aid edilə bilər, ümumilikdə Azərbaycan dövlətinin hüdudları daxilində azadolmalar istisna edilməklə, əldə olunan gəlirlər üzrə vəziyyəti nizamlayır.
2019-cu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklər də daxil olmaqla, bir çox müddəalar işlək vəziyyətdədir, ancaq elə keçid müddəalar var ki, onlar üç aydan və ya bir ildən sonra qüvvəyə minəcək. “Bu məcəllə daha çox kimlərə təsir etdi?” deyə soruşdunuz, sahibkarları götürsək, daha çox mikro və kiçik sahibkarlara hədəfləndi, orta və iri sahibkarlıq isə vergi münasibətləri baxımından əvvəlki vəziyyətində qaldı.
– Niyə dövlət bu dəyişikliyi daha çox mikro və kiçik sahibkara tətbiq etdi?
– Çünki onlar sənədləşmədən tam kənarda idi, uçotu sadələşmiş qaydada aparırdı, gəlir və xərc prinsipi ilə işləmirdi. Buna görə də iri ödəyicilərdən aldıqları malları sənədsiz almağa meyilli idi. Ümumi dövriyyədən vergi verdiyinə görə, eyni zamanda, özünün uçotunu aparmamaqla yanaşı, qarşı tərəfin – iri vergi ödəyicisinin satdığı məhsulların uçotunu aparmamasına da şərait yaratmış olurdu.
Yeni məcəllə kiçik vergi ödəyicisini tənzimləməklə, əslində, artıq böyük sahibkarın da işini tam nəzarətdə saxlamağa imkan yaradır. Artıq iri sahibkarlar sənəd əsasında malını satmaqda əziyyət çəkməyəcəklər, çünki əgər indi, əvvəlki kimi, qeyri-rəsmi mal almaq istəsəniz, alış sənədi olmadığına görə 10 faiz sanksiya tətbiq ediləcək, odur ki, rəsmi qaydada almağa məcbursunuz.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırıldığı üçün gəlir-xərc prinsipi ilə işlədiyinizə görə uçot aparmaqda da daha çox maraqlı olacaqsınız. Unutmayın, bir ölkədə ki sadələşdirilmiş verginin tətbiq sahəsi genişdir, burada uçot çox çətin bir vəziyyətə düşür.
– Sual yaranır: niyə?
– Çünki həm 20 faiz vergi ödəyicisi, həm də dörd faiz ödəyicisi vardı, bu da neqativ hallara imkan yaradırdı. 20 faizin ödəyicisi qəsdən dörd faiz ödəyicisindən xidmət qəbul edirdi ki, mənfəətdə və ya gəlirdə 16 faiz qabağa düşsün. Ona görə də bu neqativ halların aradan qaldırılması üçün dövlət qərar verdi ki, artıq sadələşmiş qaydada uçot aparanların əhatə dairəsini daraltsın.
Oxu: Mühasibat uçotunu elektron formada aparanlar güzəştlər alacaq – AÇIQLAMA
Gəlir-xərc prinsipi ilə işləyən vergi ödəyicilərinin əhatə dairəsini isə genişləndirsin. Məhz bu səbəbdən bu məcəllənin daha çox 10 nəfərədək işçisi və 200 min manatadək dövriyyəsi olan sahibkarlara təsir imkanları daha böyükdür.
– Belə fikirlər var ki, bu rəsmiləşdirmə qaydaları qiymət artımına təsir edəcək.
– Bunun baş verməməsi üçün kiçik və mikro sahibkarlara 75 faiz vergidən azadolma güzəşti verilib. Əvvəlki xərcləri çəkməyib, indi çəksəniz belə, dövlət bunun 75 faizini kompensasiya edəcək. Ona görə də qiymət artımına səbəb yoxdur. Təbii ki, aksiz markası tətbiq edilən enerji içkiləri, tütün məmulatları, avtomobilləri və s. nəzərdə tutmuram.
– Mikro və kiçik sahibkarlara verilən güzəştlər hansılardır?
– Sahibkar gəlir-xərc prinsipi ilə işləyirsə və qanunvericiliyə uyğun, düzgün hesabatlılıq aparırsa, dövriyyəsi 200 min manatdan aşağıdırsa, ƏDV ödəyicisi deyilsə, dividenddən də azaddır. Eyni zamanda, əmlak vergisindən belə azad olunur. Mikrosahibkarlıq subyekti iki əmsalla amortizasiya hesablayıb xərclərini artırmaqla daha az mənfəət vergisi ödəyəcək, əmlak vergisindən azaddır, nəticədə, daha çox dividend götürəcək və ondan da vergi verməyəcək. Bu məcəllə davamlı iş qurmaq, inkişaf etmək istəyən sahibkar üçün faydalı bir məcəllədir.
– Əməkhaqlarının ağarmasına yönələn vergi güzəştlərinin müsbət təsirləri barədə proqnozunuz necədir?
– Əməkhaqlarının ağarmasına gəlincə, dövlət tələb edir ki, əməkhaqlarını rəsmiləşdir, bu halda vergi yükün azalır, DSMF yükün azalır, üstəlik, bu, işçinin də xeyrinədir. İslah olmayan sahibkarlar üçün cəza tədbirləri isə çox ağır olacaq, açığı, bilmirəm, həmin cəza tədbirlərindən sonra onlar ayaqda qala biləcəklərmi? Amma normal sahibkar bunu edəcək və əksinə, əldə etdiyi “net”gəlirlər daha da artmış olacaq və şəffaf vergi ödəyicisi kimi üstünlüklərdən istifadə edəcək.
Oxu: Kimlər vergidən azad ediləcək? – ŞƏRH
– Topdan və pərakəndə ticarətdə dəyişikliklər var. Topdansatışla məşğul olanlar 2019-cu ildən hüquqi şəxslər mənfəət+ƏDV, fiziki şəxslər gəlir+ƏDV, pərakəndə ticarətçilər isə dövriyyədən asılı olaraq, 200 minə qədər dövriyyəsi olanlar 2 faiz, bundan çox olarsa, yenə də hüquqi formasından asılı olaraq, mənfəət və ya gəlir+ƏDV ödəyicisi olacaqlar. Sizcə, bu, ƏDV bazasını genişləndirməyə xidmət edir?
– Sizi əmin edirəm ki, dövriyyəsi 200 mindən artıq olan topdan ticarət və pərakəndə ticarətçilər əgər uçotu düzgün aparsa, ƏDV ödəyicisi olmaq onlara sərf edir. Çünki aldıqları malların hamısı ƏDV ilədir və bu halda daha az vergi yükü yaranmış olacaq. ƏDV olmadan sadələşdirilmiş və ya mənfəət şəklində uçotu aparsalar, həmin ƏDV-lər böyük bir yükə çevriləcək və maya dəyərini artırmaqla geri qayıdacaq.
– Yeni məcəllənin əsas hədəfləri hansılardır?
– Mikro, kiçik sahibkarlıq subyekti, uçot, hesabatlılıq, kölgə iqtisadiyyatının ləğvi, işçilərin əməkhaqlarının rəsmiləşdirilməsi, şəffaflaşdırma. Bu hədəflər təkcə sahibkarlar üçün deyil, hər bir vətəndaşımız üçün müsbət nəticələr verəcək. Çünki vətəndaş olaraq, rəsmi maaşla bankdan daha rahat kredit götürəcəksiniz, daha rahat viza əldə edəcəksiniz.
– İşçinin əməkhaqqını rəsmiləşdirmək tələbi ilə çıxış etməsi əmək bazarının indiki vəziyyətində nə qədər realdır?
– Hər şey yenidir, dəyişikliklər sürətlədir və çoxhəcmlidir. Dövlət tərəfindən sosial şəbəkələr, mətbuat üzərindən maarifləndirici tədbirlər aparılsa, insanlar bunun sonunda nə əldə edib, nə itirdiklərini bilsə, hüququnu tələb edəcək. Bazar reallığı da var, iş tapmaq imkanları aşağı olanda çətinliklər yaranır, amma uçot inkişaf etdikcə tələbat artdıqca, diktə edən işəgötürən deyil, işçi ola biləcək. Zamanla bu tendensiya gedəcək və 2019-cu ildə əməkhaqqı ilə bağlı nəzarət tədbirləri artacaq.
İlhamə Abdullayeva
2019-cu ildə bizi hansı vergi dəyişiklikləri gözləyir?
2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalarda dəyişikliklər qüvvəyə minib.
Milli.Az teleqraf.com-a istinadən bu dəyişiklərin bəziləri ilə tanış edir.
1. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.
8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.
Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.
Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının “ağardılması”na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, “kölgə iqtisadiyyatı”nın payının azalmasına səbəb olacaq.
2. Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.
Yeni ildən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
3. 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır.
Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asıl olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb.
Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.
4. Sadələşdirilmiş vergi ödəyiciləri artıq 2019-cu ildən 2 faizlə vergi ödəyəcəklər.
2018-ci ilə kimi bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan MR-da 2 faiz olub.
Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.
Vergilər Məcəlləsinin 218.1.2 və 218.4 maddəsinin şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.
Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.