Press "Enter" to skip to content

Vergi nömrəsinə necə müraciət edə bilərəm

Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.

1.3.2. Vergi sistemi: mahiyyət və məzmun

Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsum­ların toplusunu, onların müəyyənləşdirilmə, dəyiş­diril­mə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qayda­la­rının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanun­vericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nə­zarətinin forma və üsullarının, vergi qanunvericiliyinin po­zulmalarına görə məsuliy­yətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:

  • ədalətlilik. Bu prinsip ondan ibarətdir ki, vergi yükü­nün bölüşdürülməsi bərabər səviyyədə həyata ke­çirilir və döv­lət gəlirlərinə hər bir vergi ödəyicisindən «ədalətli payın» daxil edilməsini nəzərdə tutur;
  • neytrallıq. Bu prinsip o deməkdir ki, imkan da­xilində vergilər ayrı-ayrı şəxslər tərəfindən iqtisadi qərar­ların qəbul edilməsinə təsir etməməlidir və ya bu təsir minimal səviyyədə olmalıdır;
  • effektivlik. Bu prinsip nəzərdə tutur ki, vergilər ölkə­nin stabilləş­mə­sinə və iqtisadi yüksəlişinə kömək etməlidir.
  • anlaşıqlıq. Bu prinsip göstərir ki, vergi sistemi ver­gi ödəyicisinə aydın olmalı, verginin hesablanma və tutul­ma qaydası isə onun sərbəst təfsirinə imkan vermə­mə­lidir.
  • optimallıq. Bu prinsip nəzərdə tutur ki, vergilərin ida­rəetməsi ilə və vergi qanunvericiliyinə riayət olunması ilə bağlı xərclər minimal olmalıdır.

Federativ və unitar dövlətlərin vergi sistemləri fərq­lənir. Federativ dövlətlərin müasir vergi sistemləri üçün ver­gilərin əsas növlərinin paralel şəkildə həm federal hakimiyyət, həm də ştat hakimiyyətləri və yerli hakimiyyət orqanları tərə­fin­dən istifadə olunması xarakterikdir. Unitar dövlətlərdə mərkəzi büdcəyə daxil olan vergilər və yerli vergilər olur. Bu, yerli büdcələrin özünümaliyyələşdirmə və zərərsizlik prin­sipləri əsasında formalaşması ilə əla­qədardır.
Dövlətin vergi sisteminin əsasını və obyektini ver­gilər təşkil edir. Bunlar büdcəyə gedən məcburi fərdi- əvəzsiz pul ödənişləri və büdcədənkənar dövlət fond­la­rıdır. Onlar vergi ödəyicilərindən müəyyənləşdirilmiş qaydada və ölçüdə tutulur. Vergilərin əsas funksiyaları aşağıdakılardır:

  • fiskal. Dövlətin maliyyə vəsaitlərinin toplanması məq­sədilə dövlət büdcəsinin gəlir hissəsinin formalaşma prose­sində reallaşdırılır;
  • bölüşdürücü. Iqtisadiyyatın dövlət idarəetməsi mər­hə­ləsində təzahür olunur. Bölüşdürücü funksiyada tən­zim­lə­yici və təkrar istehsal funksiyalarını ayırmaq olar. Tən­zim­lə­yici funksiya ayrı ayrı malların istehlakını dayan­dırmaq üçün üzərlərinə vergi qoyulan bir sıra obyektlərə yüksək stav­kalı vergilərin müəyyənləşdirilməsində və təsərrüfat fəaliy­yətinin həvəs­ləndrilməsi üçün güzəşt­li­likdə büruzə olunur. Su obyektlərinin, təbii resursların istifadə haqqı kimi, mineral-xammal bazasının təkrar is­tehsalına tutulan məb­ləğlər kimi vergilər təkrar istehsal funksiyasını yerinə yetirirlər;
  • nəzarət. Bölüşdürücü funksiya ilə əlaqədardır və onun təsir şərtlərində təzahür olunur. Nəzarət funksiyası vergi daxilo­lmalarının büdcəyə kəmiyyət etibarilə əks olun­ma imka­nında, onların dövlətin maliyyə vəsaitlərinə olan tələbat­ları ilə tutuşdurulmasında və vergi sisteminə də­yişikliklərin daxil edil­mə zərurətinin təzahüründə real­laşır.

«Vergi» iqtisadi kateqoriyası özündə bir sıra ele­ment­ləri birləşdirir: vergi norması, üzərinə vergi qoyulan obyektlər və subyektlər, vergi bazası, vergi stavkası, vergi dövrü, vergi güzəşt­­ləri, vergi ödənişinin müddəti və qaydası, vergi mən­bəyi.
Vergi norması – vergi sferasında səlahiyyətli dövlət orqa­nı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qay­dasıdır.
Üzərinə vergi qoyulmuş obyekt – əmlak, gəlirlər (mənfəət), reallaşdırılan malların (iş və xidmətlərin) dəyəri, gömrük sərhədindən keçirilən mallar və üzərinə vergi qoyul­muş digər obyektlərdir.
Üzərinə vergi qoyulmuş subyekt ya vergi ödəyicisi, ya da vergi agentidir. Vergi ödəyicisi – elə şəxsdir ki, (hüquqi və ya fiziki) vergi təyin edilmiş obyektə malik oldu­ğuna görə üzərinə vergiləri və rüsumları ödəmək öhdəliyi qoyulmuş­dur. Vergi agenti – vergi ödəyicisinə gəlirlərin ödəniş mən­bəyi olan şəxs­dir. Vergi qanun­ve­ri­ci­liyinə uyğun olaraq, vergilərin və rüsum­ların hesab­lan­ma­sı, vergi ödəyisindən tutulması və büdcəyə köçürülməsi ilə bağlı öhdəliklər həmin şəxsin üzərinə qoyulmuşdur.
Vergi bazası – üzərinə vergi qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirilmə qaydası hər bir vergiyə və rüsuma uyğun olaraq təyin edilir.
Vergi stavkası – vergi bazasının vahid ölçüsünə dü­şən vergi məbləğinin ölçüsüdür.
Vergi dövrü – hər bir konkret vergiyə, rüsuma uyğun olaraq müəyyənləşdirilən elə təqvim ili və ya za­man müddətidir ki, bu müddət ərzində vergi bazası müəy­yənləşir və verginin, rüsumun məbləği hesablanır.
Vergi güzəştləri – vergi ödəyicilərinin ayrı –ayrı kate­qoriyalarına vergini, rüsumu ödəməmək və ya az miqdarda ödəməklə bağlı qanunvericiliklə təqdim olunan imkandır. Vergi güzəştləri aşağıdakı şəkildə müəyyən­ləş­dirilir:

  • vergi ödəməkdən azad olma;
  • vergi bazasını və ya vergi məbləğini azaldan əlavə çıxmalar və güzəştlər;
  • azaldılmış vergi stavkaları.

Vergi mənbəyi – gəlir mənbəyini, yəni onun yaran­dığı yeri göstərən mənbədir.
Vergi tutumlarının üsulları arasında kadastr, dek­la­rasiya və inzibati üsulları fərqləndirirlər. Kadastr üsulu üzə­rinə vergi qoyulmuş obyektin qiyməti və orta gəlirliliyi haq­qın­da məlumatların tipik siyahısını saxlayan kadastrın isti­fa­də­sini nəzərdə tutur. Deklarasiya üsulu üzərinə vergi qoyul­muş obyektin ölçüsü haqqında deklarasiyanın vergi ödəyicisi tərəfindən vergi orqanlarına təqdim edilməsini nəzərdə tutur. Inzibati üsul verginin tutulma prosesində tə­sərrüfat subyekt­lə­rinin maliyyə xidmətlərinin iştirakını nə­zərdə tutur.
Vergi tutumunun əsas metodları aşağıdakılardır: nağd ödəniş, qeyri-nağd ödəniş və gerb markaları ilə he­sablaşma. Axırıncı üsul rəsmi sənədin qanuni qüvvəyə minməsinə yalnız o halda imkan verir ki, ödəyici həmin sə­nədə xüsusi markalar yapışdırsın.
Üzərinə vergi qoyulmuş obyektə görə vergilər aşağı­dakılara bölünürlər:

  • əmlak;
  • resurs;
  • dövriyyədən tutulan;
  • istehlak vergiləri;
  • gəlirə (mənfəət) və kapitala qoyulan vergilər.

Əmlak vergiləri, demək olar ki, bütün xarici ölkə­lərdə geniş yayılmışdır. Əmlak vergilərinin aşağıdakı obyektlərini fərqləndirirlər: daşınmaz əmlak (torpaq, bi­nalar, tikililər); maddi əmlak (istifadəsi uzunmüddətli olan mallar, o cüm­lədən dəbdəbə əşyaları, gəlirin əldə edil­məsi üçün istifadə olunan avadanlıq, maşınlar, kənd təsər­rüfatı heyvanları və başqaları); qeyri-maddi aktivlər (lisenziyalar, intellektual mülkiyyət obyektlərinə olan hü­quqlar, həmçinin qiymətli kağızlar və nağd pul). Mirasa və hədiyyələrə qoyulan vergi­lər də əmlak vergisinə aid edilir. Bir çox ölkələrdə bu ver­gilər vergidən azad olan mini­mu­ma və ya miras əmlakının müəy­yən dəyəri üçün azal­dıl­mış stavkaya malik olur.
Resurs vergiləri əsasən hasilat sahələrində (neft, kömür) tətbiq olunur və təbii resursların (su, torpaq, meşə yerləri, faydalı qazıntılar) hasilatı və ya istifadəsi üçün ödənilən haqqı nəzərdə tutur. Istehsal prosesinə fiskal və tənzimləyici təsirdən başqa, ekoloji effekti də nəzərə ala bilirlər (təbii resurs istehlakının məhdudlaşdırılması və ətraf mühitin mühafizəsi).
Dövriyyədən tutulan vergilər bəzi yüksək rentabelli məh­sullara qiymətlərin dövlət tənzimlənməsi ilə tətbiq oluna bilir. Vergi stavkası ya topdan qiymətə nəzərən faiz tərtibi ilə, ya da məmulatın qiymətinin pul ifadəsi ilə əla­vəsi (güzəşti) şəklində müəyyənləşir.
Istehlak vergiləri – istehlakçıya qoyulan ümumi ver­gilər (ƏDV, satış vergisi) və mal, xidmətlərin ayrı-ayrı növlərinə qoyulan vergilərdir (aksizlər).
Gəlirlərə və kapitala qoyulan vergilər gəlirin əldə edilmə anın­da və ya mülkiyyətdən (maddiləşmiş gəlir) tu­tulur. Onla­rın istehlak vergilərindən fərqi ondan ibarətdir ki, istehlak vergiləri gəlirlərin artıq istifadə olunduğu (işlən­diyi) zaman tutulur. Bu vergilər qrupuna fiziki və hüquqi şəxslərdən tutu­lan gəlir vergisi aiddir.
Vergilər müəyyənləşdirilmə metodlarına görə bir­başa və dolayısı vergilərə ayrılırlar. Birbaşa vergilərə vergi ödəyici­lə­ri­nin əmlakı və onların gəlirləri məruz qalır. Bir­ba­şa vergilər tənzimləyici faktor kimi istifadə olunur və vergi münasi­bət­lərinin daha çox və ya daha az təmin olunmuş subyektlərinə qarşı sosial ədalət prinsipinin ria­yət olun­ma­sı­na kömək edir. Daşınmaz əmlaka, torpağa, təbii resurslara, korporasiyaların gəlirinə qoyulan vergi və gəlir vergisi birbaşa vergilərdir. Dolayı vergilər malların, iş və xidmətlərin qiymətinə əlavə şək­lində daxil edilir və alıcı tərəfindən ödəni­lir. Onların ölçüləri istehsal xərcləri və ya vergi ödəyicisinin gəliri ilə bağlı deyil və yalnız real­laş­dırmanın həcmindən və bazar qiymətlərinin səviy­yəsindən asılıdır. Bu, dövlət büd­cəsinin gəlirlərinin təmin olunma qarantıdır. Dolayı vergilərə aksizlər və əlavə dəyərə qo­yulmuş vergi daxildir.
Vergilər subyekt (vergi ödəyiciləri) etibarilə aşa­ğı­dakılara bölünürlər:

  • fiziki şəxslərdən tutulan vergilər (fiziki şəxslərdən tutulan gəlir vergisi);
  • müəssisə və təşkilatlardan tutulan vergilər (gəlirə qoyulan vergi, ƏDV);
  • həm fiziki, həm də hüquqi şəxslərin ödədiyi qarışıq vergilər (nəqliyyat vasitələri sahiblərindən tutulan ver­gilər).

Vergini müəyyənləşdirən hakimiyyət orqanına görə ver­gi­lər federativ dövlətlər üçün federal, regional və yerli, unitar dövlətlər üçün mərkəzi və yerli olur. Yerli və mər­kəzi vergi­lərin rolu mərkəzi və yerli hakimiyyət orqan­larının öz qarşı­larına qoyduqları vəzifələrlə müəyyənləşir. Yerli ver­gilər, bir qayda olaraq, reqressivliyi ilə fərqlənir. Onların stav­kaları vergi ödəyicilərinin gəlirlərinin nəzərə alınmaması şərtilə qurul­muşdur və əksər hallarda dolayı vergilərdir. Bələ­diyyə­lərin lokal məqsədləri və funksiyaları nəzərə alı­nar­sa (əhalinin su təchizatı, şəhər nəqliyyatı, ibtidai mək­təblər kimi zəruri ictimai xidmətlərlə təmin edilməsi), yerli vergi­qoy­ma­lar yalnız yerli büdcəyə da­xil­olmaların mənbəyi kimi nəzər­dən keçirilir. Mərkəzi ver­gi­lərin üzərinə isə iqtisadiyyatın tənzimlənməsi üzrə əsas funksiyalar qoyul­muşdur. Dövlətin vergi siyasətinin qiy­mət qoyması onlara uyğun olaraq həyata keçirilir.
Vergilərin hesaba yazıldıqları büdcənin səviyyəsinə görə bərkidilmiş və tənzimləyici vergiləri fərqləndirirlər. Bər­ki­dil­miş vergilər bütövlükdə konkret büdcəyə daxil olur. Tən­zim­lə­yici vergilər isə qanunvericiliklə müəyyən­ləş­dirilmiş nis­bət­lərdə müx­təlif səviyyəli büdcələrə eyni za­manda daxil olur.
Vergiqoyma mənbələrinə görə vergilər maya də­yərinə da­xil edilən vergilərə, fəaliyyətin maliyyə nəticə­lə­rinə aid edi­lən vergilərə və müəssisənin təmiz gəlirinə aid edilən vergilərə bölü­nürlər.
Təyinatına görə ümumi vergiləri, yəni ümumdövlət ehtiyacları üçün nəzərdə tutulmuş vergiləri və ciddi müəy­yən­ləş­dirilmiş məqsədləri olan xüsusi vergiləri (məqsədli vergilər və rüsumlar) fərqləndirirlər.
Əgər vergi dərəcəsi gəlirin ölçüsündən asılı deyil­sə, mütənasib vergi (möhkəm vergi) kimi nəzərdən keçi­rilir. Əgər gəlir ölçüsünün artması ilə vergi azalırsa, req­res­siv vergi kimi, gəlir ölçüsünün artımı ilə yüksəlirsə, proq­ressiv vergi kimi nəzərdən keçirilir.
Xarici ölkələrin təcrübəsində aktiv şəkildə istifadə olunan əsas vergilərdən aşağıdakıları göstərmək olar.
Gəlir vergisi – istehlakçı tələbinin dövlət kon­yuktur tənzimlənmə obyektidir. Vergi, bir qayda olaraq, təqvim ili və ya maliyyə ili ərzində, yaxud 12 aya bərabər olan digər dövr ərzində əldə edilmiş gəlirdən çıxılır. Üzə­rinə vergi qoyu­lan gəlirin tərkibinə əmək haqqı, əməyə görə mükafat­ların müxtəlif formaları, sahibkarlıq fəaliy­yə­tindən gələn gəlirlər, təqaüdlər, renta, faizlər, dividentlər və investi­si­ya­dan gələn digər gəlirlər daxildir. Bəzi hal­larda gəlir vergisi vergi ödəyi­cisinin il ərzində əldə etdiyi və ya topladığı faktiki gəlirdən çıxılır. Digər hallarda isə əvvəlki illər ərzində əldə edilmiş gəlir­lə­rin bazası əsasında he­sablanmış göz­lənilən gəlirin qiymət­lən­dirici məb­lə­ğindən çıxılır. Ailənin gəlir vergisi iki cür olur. Ər-arvadın hər biri ayrı ayrılıqda gəlir vergisi ödəyirsə, bölgülü vergi adlanır. Gəlir vergisi onların birgə gəlirindən çıxılırsa, bir­ləş­miş vergi adlanır.
Bir çox xarici ölkələrdə vergi proqressiv şkala üzrə tutu­lur. Bəzən gəlirin hissələrə bölünməsi hesabına ver­gi­qoy­ma proq­ressiyası hamarlaşır. Gəlir vergisinin dərə­cə­ləri nadir hallarda dəyişilir. Vergi alınan gəlir məbləğini təs­hih edən qay­da­lar vergi­qoy­manın operativ alətləri rolu­nu oynayırlar. Bun­lar üzərinə vergi qoyulmayan minimum ölçüsü və müxtəlif növ güzəştlərdir (yaşa görə, ailə vəziy­yətinə, gəlir mənbəyinə görə və s.). Son dövrlər inkişaf etmiş xarici ölkələrdə daha məşhur vergi gü­zəşt­ləri sığorta ilə, pensiya haqları ilə bağlı olan vergi gü­zəştləri, həm­çinin səhiyyə məq­səd­lərinə aid olan güzəştlər, faiz ödənişləri üzrə güzəştlər olmuşdur (xüsusilə evin alın­masında).
Qeyd etmək lazımdır ki, gəlir vergisi işçilərin əksə­riy­yətinin gəlir mənbəyindən tutulduğuna görə (ingilis termi­no­lo­giyasına görə «pay as you earn»), iqtisadi eniş və ya yük­sə­liş dövrlərində pul gəlirlərinin dəyişmələrini müəy­yən mənada kompensasiya etməklə bağlı stabilləş­dirici qabiliy­yətə öz-özlüyündə malik deyil. Iqtisadi eniş dövründə əhalinin qazancları və avtomatik olaraq vergi ödənişləri də azalır. Yüksəliş dövründə əksinə, gəlirlərlə birlikdə vergi daxilol­ma­ları da artır. Bu mexanizmin təsiri bir qədər məhduddur. Ona görə də onu gücləndirmək üçün gəlir vergisinə müvəqqəti əlavələr tətbiq oluna bilər.
Gəlir vergisinin ölçüsü əhalinin əmanət imkanlarına təsir göstərir, lakin pul yığımlarının istifadə olunma stimul­larına toxunmur. Ona görə də istehsalatda kapital qoyu­luş­larının tənzimlənməsi başqa vergi ilə – korporasiya gəlir­lə­rinə qoyulan vergi ilə əlaqədardır. Bu vergi ümumi məda­xil­dən bütün istehsal xərclərinin, itkilərin, borc faiz­lərinin, müvək­kil xərclərinin, reklam xərclərinin, inzibati – idarə­etmə xərc­lə­rinin və s. Çıxıl­masından sonra şirkətin qalan təmiz gəlirindən tutu­lur. Hal – hazırda müxtəlif ölkə­lərdə korporasiya gəlirlərinə qoyu­lan vergi stavkaları 30%-dən 50%-ə qədər dəyişir. Bu verginin artırılması dövlət tərə­findən həyata keçirilir və bir qayda ola­raq, in­ves­tisiya bumu iqtisadiyyatın «qızmasına», ödəniş qa­biliyyəti tələbinin istehsal gücündən ayrılmasına, ödəniş ba­lansının kəsirinə, müəyyən sahə nisbət­lə­rində pozul­ma­lara təhlükə yaratdığı dövrlərdə özünü maliy­yələşdirmə məqsədilə resursların məhdudlaşdırılma vasi­təsi kimi tətbiq olunur. Korporasiya gəlirlərinə qoyulan ver­gilər bir sıra güzəştlərin olmasını nəzərə alır. Birləşmiş Ştatlarda 20 güzəşt mövcuddur. Fransada və AFR-də onların sayı uyğun olaraq 10 və 15-dir. Güzəştlərin əsas növü vergi ödə­nişinin vaxtının uzadılmasıdır. Bəzi ölkələrdə, məsə­lən, gəlir hissəsinin yeni investisiyalara, ehtiyat fonduna ayrıl­ması üçün 3-5 il müddətində son hədd müəyyən­ləş­dirilmişdir.
Nəzərdən keçirilən birbaşa vergilərlə yanaşı, inkişaf etmiş xarici ölkələrdə dolayı vergilər də aktiv şə­kildə istifadə olunur. Daha məşhur vergilər sırasında döv­riy­yədən vergini, aksizi, gömrük rüsumlarını və başqa­la­rını göstərə bilərik. Dövriy­yədən vergi müxtəlif ölkələrdə qeyri-bərabər forma­lara malikdir. Belə ki, satış vergisi istehsalatın hər bir mər­hələsində məhsulun ümumi məb­lə­ğindən dəfələrlə tutulur. Bu vergi 1950-ci illərdən baş­la­yaraq Avropa ölkələrində geniş şəkildə tətbiq olun­muşdur. Müxtəlif mal qrupları üzrə vergi ölçüsü 2%-dən 6%-ə qədər təşkil edir. Uzun müddət Ingiltərədə mövcud olan alış vergisi şəxsi istehlak mallarının reallaş­dırıl­ma­sının topdan mərhələsində bir dəfə tutulurdu. Isveçdə analoji vergini pərakəndə ticarət müəssisələri ödəyirdi. Döv­riy­yədən verginin ən geniş yayılmış forması əlavə dəyər vergisi oldu (ƏDV). Bu verginin hesablama bazası iqtisadi cəhətdən əmək haqqı ilə mənfəətdə təcəssüm olunmuş yeni yaradılan dəyərdir. Beləliklə, ticarət döv­riyyəsinin ümumi məbləğindən maddi istehsal xərcləri çıxılır. Əlavə dəyərə olan vergi dərə­cələri bir neçə sayda ola bilər. Böyük Britaniyada və AFR-də onların sayı iki, Fransada üç, Italiyada dörddür. Adətən, ərzağa, səhiyyə və digər sosial əhəmiyyətli mal və xidmətlərə tətbiq olu­nan aşağı dərəcələrdən (2 -10%), sənaye və digər mal və xid­mət­lərə qarşı əsas dərəcələrdən (12 -23%), dəbdəbə əşyalarına qarşı yüksək dərəcələrdən (25%-dən yuxarı) istifadə olunur. ƏDV-nin əsas vergi güzəşti reallaşdırılmış məhsul dövriy­yəsinin vergidən azad minimumudur. Bun­dan başqa, ərzaq, qəzetlər, radioyayım, nəqliyyat, məktəb və poçt xidmət­ləri kimi mal və xidmətlər də vergidən azad ola bilir.
Aksiz – malın vahid növü üçün onun qiymətinə qoyulan vahid əlavəni ifadə edir. Üzərinə aksiz vergisi qoyul­muş obyekt rolunda, adətən, ən çoxişlənən mallar – duz, qənd, tütün, kibrit, şərab, benzin, oyun kartları və başqaları çıxış edir. Obyektlərin bu seçimi dövləti kiçik vergi faizində belə, əhəmiyyətli maliyyə daxilolmaları ilə təmin edir. Ona görə də aksizlər dövlət üçün əsasən fiskal funksiyanı yerinə yetirirlər. Lakin aksizlər yeyinti məh­sullarının ayrı – ayrı növlərinə və digər məhsullara olan spe­sifik tələbatı məhdu­d­laş­dıraraq baş­qa məq­səd­lərə də xidmət edə bilərlər. Çeşid etibarilə əhəmiy­yətsiz dərəcədə fərqlənən malların (duz, qənd) aksiz dərəcələri vahid, müxtəlif əla­mətlərə görə təsni­fat­lanan malların (şərablar –tündlüyünə görə) aksiz dərə­cələri diferen­sial­laşmış, çeşidləri müxtəlif qiymət səviyyəsində olan bircins malların (tütün) aksiz dərəcəsi orta olur.
Gömrük rüsumları dövlət sərhədindən keçirilən mal­lardan onların qiymətinə qoyulan faiz əlavəsi şəklində tu­tulur. Gömrük rüsumları müxtəlif əlamətlərə görə təs­ni­fatlana bilir:

  • istiqamətə görə: idxal və ixrac. Idxal rüsumları mal­­ların idxalında, ixrac rüsumları malların ixracında tətbiq olu­nur;
  • təsir müddətinə görə: əsas və mövsümi. Əsas rüsumlar elə ödənişlərdir ki, onlara qarşı gömrük tarifi ilə nəzərdə tutulmuş və daim təsir göstərən gömrük dərə­cələri müəyyənləşdirilir. Mövsümi rüsumlara qarşı müəy­yən­ləşdirilən gömrük dərəcələri 6 aya qədər olur;
  • mənşəyi xarakterinə görə: avtonom və konven­sio­nal. Avtonom rüsumlar həmin dövlətdə daha əlverişli rejim kimi istifadə olunmayan ölkə mallarına qarşı tətbiq olunur. Konvensional rüsumlar həmin dövlətdə daha əlverişli re­jim kimi istifadə olunan ölkə mallarına qarşı tətbiq olu­nur;
  • hesablanma metoduna görə: spesifik, advalor, kombinə edilmiş. Spesifik rüsumlar natural ifadədə malın avro ilə ölçü vahi­dinə qarşı müəyyənləşir. Advalor rüsum­lar gömrük dəyə­rindən faiz tərtibi ilə müəyyənləşir. Kombinə edilmiş rüsumlar özlərində spesifik və advalor üsulların əlamətlərini birləş­di­rir­lər.

Inkişaf etmiş ölkələrdə geniş istifadə olunan, nə­zər­dən keçirdiyimiz vergilərdən başqa dövlətlər kapitala və mülkiy­yə­tə qoyulan vergilərdən də aktiv şəkildə istifadə edirlər. Bu vergi qruplarına mirasa və hədiyyəyə qoyulan vergiləri, kapi­ta­lın artımına qoyulan vergiləri, ayrı – ayrı əmlak növlərinə (tor­paq, tikili ) qoyulan vergiləri, şəxsi varidata qoyulan vergiləri aid etmək olar. Bundan başqa, hakimiyyət orqanları (xüsusilə yerli idarəetmədə) əhaliyə və hüquqi şəxslərə müəyyən xidmət­lərin gös­tə­rilməsinə görə dövlət rüsumunu tətbiq edirlər.
Vergilərin sayı və onların ölçüləri ölkələrə görə fərq­lənir. Bu fərqlilik onların ənənələri və iqtisadi inkişaf xüsu­siy­yətləri ilə şərtlənir. Vergi tənzimlənməsinin mexa­niz­mi ümumi şəkildə Laffer əyrisi ilə təsvir olunur. A.Lafferin fikirlərinə görə, vergi dərəcələri gəlirin 30%-nə qə­dər artdığı halda vergi daxilolmaları artır. Vergi dərə­cələri gəlirin 30%-dən çox olduğu halda büdcəyə gedən daxilolmaların artımı yavaşıyır, sonra isə kəskin şəkildə azalır.
Vergi tənzimlənməsi vergi nəzarəti anlayışı ilə sıx əlaqədardır. Öz növbəsində, vergi nəzarəti maliyyə nəza­rətinin elementidir. Vergi və digər məcburi ödənişlərin hesab­lanması və büdcəyə, qeyri-büdcə fondlarına daxil edil­məsi məsələsində vergi ödəyicisi ilə dövlət arasında yaranan maliyyə münasi­bətləri vergi nəzarətinin obyekti rolunda çıxış edir. Xarici ölkələrdə vergi nəzarəti maliyyə na­zirliyi, xəzinədarlıq, daxili gəlirlər xidməti, icra haki­miy­yətləri nəzdində uyğun komitələr kimi xüsusiləşmiş ma­liyyə müəs­sisə­ləri tərəfindən həyata keçi­rilir.
Beləliklə, dövlətin vergi sistemi maliyyə –kredit sis­teminin kompleks elementi olub, dövlətin iqtisadi inkişafın­dan və onun quruluşundan asılıdır. Dövlətin maliyyə-kredit sis­temi maliyyə və kredit sistemlərinin elementlər toplu­sundan ibarətdir və pul sisteminin bir hissəsini təşkil edir. Büdcə sistemi maliyyə sisteminin bir hissəsidirsə, vergi sistemi büdcə sisteminin bir hissəsidir. Bu münasibətlərdə valyuta sisteminin yerini də qeyd etmək lazımdır. Valyuta sistemini dünya təsərrüfat əlaqələrinin güclənən qlo­bal­laşma, inteqrasiya və beynəlmiləlləşmə proseslərində pul sisteminin xarici ifadəsi kimi nəzərdən keçirmək olar. Sistemlərin müxtəlif növlərinin qarşılıqlı əlaqəsi şəkil 1.4.-də göstərilmişdir.

  • Teqlər:
  • vergi sistemi
  • , verginin növləri

VERGİLƏR

Mayın 12-si saat 09:00-dan etibarən Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergiödəyicilərinin qəbulu xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanacaq.

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyiciləri aşağıdakı link vasitəsilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərlər.

Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://bit.ly/2Wjtb5I

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və sair), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Tbbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmək xahiş olunur.

Həmçinin mayın 12-dən vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunduğundan yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər çərçivəsində vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığı dövründə vergi ödəyicilərinin müraciətlərinin qəbulunun həyata keçirilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş telefon nömrələri və elektron poçt ünvanları vasitəsilə müraciətlərin qəbulu dayandırılır.

İnternet Bank

PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. İnternet Bank xidməti müştərilər üçün banka gəlmədən uzaqdan bank xidməti texnologiyası əsasında bir sıra bank xidmətlərindən istifadə imkanını təmin edir.

Xidmətin üstünlükləri

– Dünyanın istənilən yerindən və hər gün 24 saat ərzində istifadə imkanı
– Səlahiyyətli əməkdaşların xüsusi açar vasitəsilə istənilən kompüterdən sistemə daxil olmaqla əməliyyat aparmaq imkanı
– Şirkət əməkdaşlarının iş yükünün azalması, banka gəlmək üçün vaxt sərfinin aradan qalxması, əməkdaşların rahatlığı və məmnunluğu
– Xidmətin istifadəsi üçün xüsusi avadanlığa və proqram təminatına ehtiyacın olmaması

Əməliyyatlar

– Yerli ödənişlər – Azərbaycan Respublikası daxilində ödənişlər
– Beynəlxalq ödənişlər – ölkə hüdudlarından kənara xarici valyuta ilə ödənişlər
– Konvertasiya – xarici valyutanın alınması və satılması
– Hesab üzrə çıxarışlar – istənilən müddət üçün çıxarışların əldə edilməsi
– Hesab üzrə qalıq – hesabda qalıq məbləği barədə məlumatın alınması
– Plastik kartlarda qalıq barədə məlumat
– Kreditlər barədə məlumat
– Depozitlər barədə məlumat
– Valyuta mübadiləsi məzənnələri barədə məlumat

Xidmətə qoşulma

İnternet Bank xidmətindən istifadə üçün PAŞA Bankın biznes mərkəzlərində müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet Bank sisteminə qoşulmaq üçün Login və Şifrə verilir. Bankın əməkdaşları İnternet Bank xidmətindən istifadə üzrə şirkətin əməkdaşlarının təlimatlandırılması işlərini və tam məsləhət dəstəyini həyata keçirirlər.

Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.

Tez-tez verilən suallar

Mən fiziki şəxs olaraq öz hesablarımı haradan görə bilərəm?

Fiziki şəxs olaraq hesablarınıza daxil olmaq üçün giriş öncəsi “Fiziki şəxslər” hissəsini seçirsiniz və korporativ istifadəçi adınızın sonuna 2 əlavə edərək (TURAL2) eyni köhnə internet bankda olan parolunuzu daxil edirsiniz.

Asan İmza ilə hardan daxil ola bilərəm?

Asan imza ilə daxil olmaq üçün giriş ekranın sağ tərəfində ASAN imza seçimini etmək lazımdır.

Asan İmza İstifadəçi İD-si nədir?

Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. İstifadəçi İD-si 6 rəqəmli koddur və PİN1/PIN2 ilə səhv salınmamalıdır.

Asan İmza PİN-yazıram amma Sistemə daxil ola bilmirəm

Ehtimal var ki, Sistemə daxil olmaq üçün telefona daxil etdiyiniz kod səhvdir. Əmin olun ki, ASAN tərəfindən telefonunuza göndərilən təsdiq xanasına PİN 1 –daxil edirsiniz.

ASAN İMZA ilə daxil ola bilmirəm

Əgər ASAN imza ilə daxil olmaq istəyirsinizsə aşağıdakıların doğruluğundan əmin olun:
– Brauzeriniz pop-up məlumatının çıxmasını blok etmir
– Siz Asan imza ilə girdiyiniz zaman brauzerdə yalnız bir pəncərə açıqdır
– Siz ASAN mobil nömrəni, 6 rəqəmli ASAN istifadəçi İDnizi və PAŞA Bank kodunu (yəni şifrənizi) düzgün daxil edirsiniz.

Məlumatınız olsun ki, internet banka yalnız öncədən təyin olunmuş ya ASAN imza, ya da SMS vasitəsi ilə daxil ola bilərsiniz. Eyni zamanda hər iki tipi istifadə etmək imkanı mövcud deyil. Əyər, Sizə öncədən SMS və istifadəçi adı vasitəsi ilə daxil olmaq imkanı verilibsə, ASAN imza ilə daxil olan zaman qeyd edilən xətanı alacaqsınız:
Authentication method is not assigned.

Siz istədiyiniz vaxt ASAN imza ilə girişi SMS girişinə dəyişə bilərsiniz və bunun üçün Müştəri Xidmətlərinə müraciət etmək lazımdır.

İstifadəçi adı və parol daxil edilməsi ilə problemlər

Müştəri:
“User authentification failed” yazısı çıxarsa, bu zaman problem nə ola bilər:
• Müştəri parol və ya istifadəçi adını kopyalayan zaman oraya boşluq (yəni probel işarəsi) düşür
• Müştəri köhnə parolunu daxil edir
• Müştəri log-in hissəsindən Korporativ deyil, Fiziki müştəri girişini seçibdir.
• İstifadəçi adını mütləq böyük hərflərlə (Caps Lock) daxil etmək lazmıdır
• İstifadəçi adının əvvəlində və sonunda boşluq buraxmaq olmaz
• Həm korporativ həm də fiziki istifadəçi adı olanlar, fiziki istifadəçi adının sonuna mütləq 2 rəqəmini əlavə etməlidir. (Misal: korporativ- AKHUNDOVZM; fiziki – AKHUNDOVZM2)
• Müştəri istifadəçi adını daxil edərkən AZE şriftdən istifadə edir. Yalnız ingilis dili şrifti qəbul ediləndir.

Hesabım bloka düşüb

Bu zaman Call center müraciət edilməlidir. Call center istifadəçini blokdan azad edə bilər.

Parolu unutmuşam

Bu zaman Call center müraciət etmək lazımdır. Call Center parolu yeniləyəcəkdir, və yeni parol SMS vasitəsilə mobil telefona göndəriləcəkdir.

Sistem işlədiyim yerdə məni atır, gərək yenidən daxil olum

Bankın təhlükəsizlik qaydalarına uyğun olaraq Qeyri aktiv sessiyanın müddəti 30 dəqiqə, aktiv sessiyanın müddəti isə 60 dəqiqə kimi təyin olunub. Bu o deməkdir ki, istifadəçi 30 dəqiqədən artıq sistemdən istifadə etməsə, avtomatik olaraq səhifə bağlanacaq. İstifadə etdiyi halda belə hər 60 dəqiqədən bir sistem bağlanır və yenidən sistemə daxil olmaq tələb olunur.

İnternet Bank daxil olduqdan sonra yalniz Hesablar və Ayarlar hissəsini görürəm. Problem nədir?

Yeni sistemə keçid vaxtı sizin hüquqlarınızın keçidi ilə çətinliklər yaranmışdır. Bu xətanı gördüyünüz zaman Call Center ilə əlaqə yaratmaq lazımdır. Çağrı mərkəzi müvafiq struktur ilə əlaqə yaradaraq Sizin hesabınızın təqdim etdiyiniz ərizəyə uyğun olaraq sazlanmasını təmin edəcəkdir.

Mənim kart hesablarım məlumatı çıxmır, səbəbi nədir?

Sizin əgər kart hesablarınız çıxmırsa, demək ki, kart hesabları internet bank sistemində görünüş və əməliyyat üçün sazlanmayıb. Əgər bu yeni kart hesabıdırsa onu İB hesabınıza qoşmaq üçün ərizə ilə müraciət etməlisiniz. Öncədən bununla bağlı müraciət etmisinizsə, çağrı mərkəzini bununla bağlı məlutmatlandırın. Yeni ərizə ilə müraciət etməyinizə ehtiyac yoxdur və Çağrı mərkəzi köhnə müraciətinizə əsasən kart hesablarınızın İnternet Bank səhifəsinə qoşulması üçün müvafiq struktura müraciət edəcəkdir.

Mən köhnə sistemdə yaratdığım müəyyən edilmiş ödənişləri görmürəm

Köhnə sistemdə yaradılan müəyyən edilmiş şablonlar (ödənişlər) sistemə şablon kimi deyil, benefisiarlar kimi çıxır. Benefisiar adı xanasının yanındakı lupa işarəsindən istifadə edərək köhnə şablonlarınızı axtarışa verə bilərsiniz. Bu barədə ətraflı məlumat əlavə edilmiş PDF fileda göstərilmişdir.

Yeni yaradılmış şablonları görmürəm

Yeni şablon yaradılan zaman iki seçim imkanı vardır: Özəl; Hər kəsə.

Yeni yaradılan şablonu görməməyinizin səbəbi, şablonu yaradan əməkdaşın Özəl seçimi edərək yadda saxlamasıdır. Bir şirkətdə çalışan bütün əməkdaşların şablonu görməsini istəyirsinizsə Hər kəsə seçimini etmək mütləqdir.

Şablon axtarışında İstifadəçinin İstinad № filtr-i nədir?

Yeni şablon yaradılan zaman həmin şablona ad verilir. Axtarış zamanı isə qeyd edilən adı İstifadəçinin İstinad № xanasına qeyd edərək axtarışa vermək olar.

Nə üçün mənim yaratdığım şablonların bəzilərində bank haqqında məlumat çıxmır?

Əgər (xüsusilə beynəlxalq ödənişlərdə) Bankın SWIFT kodu barəsində tam məlumat çıxmırsa, siz bank məlumatlar hissəsində zoom(lupa) işarəsinə basaraq yenidən həmin bank kodunu seçməlisiniz.
Axtardığınız bank kodu bir-neçə dəfə çıxarsa, bu zaman həmin SWIFT kodu sonuna XXX yazaraq yenidən axtarışı edib onu seçin.

Mən bir neçə şirkətdə mühasibəm və hesablar çox olduğundan çətinlik çəkirəm

İstifadəçi Hesab Haqqında məlumat bölməsinə daxil olaraq hesab nömrəsinin yanındakı qələm düyməsinə tıklayaraq, hesaba istənilən adı təyin edə bilər. Bu istifadəçiya hesabları daha rahat idarə etməyə kömək edəcək.

Nə üçün yaratdığım büdcə ödənişləri keçmir?

Nəzərə alın ki, əgər büdcə və vergi ödənişlərini etmək istəyirsinizsə, bu zaman Ölkə daxili deyil, büdcə ödənişlərini seçməyiniz lazmıdır. Belə ki, həmin hissə vasitəsilə siz büdcə klassifikasiya kodu və büdcə səviyyə kodunu yığmalısınız.

Yalnız ƏDV ödənişləri zamanı (klassifikasiya və büdcə koduna ehtiyac yoxdursa) Ölkədaxili ödənişləri seçə bilərsiniz.

Vergi/büdcə ödənişi etmək istəyirəm, amma İB sisteminin təqdim etdiyi rekvizitlər məndə olan rekvizitlərə uyğun deyil

Ehtimal ola bilər ki, Vergilər Nazirliyi rekvizitlərində dəyişiklik edib, sistemdə isə dəyişikliklər tətbiq edilməyib. Vergi/büdcə hesabını qeyd edən zaman avtomatik gələn Benefisiarın adı, VÖEN-i və bank kodu, manual olaraq (əl ilə) dəyişdirilə bilər. Rekvizitlərdə uyğunsuzluq varsa həmin ödəniş məlumatlarını əlinizdə olan rekvizitlərə uyğun tamamlamanız, Məlumat mərkəzinə (Call center) isə bununla bağlı məlumat verməyiniz xahiş olunur.

Ölkədaxili ödənişlərdə valyuta hesablarım çıxmır

Hal-hazırda internet bank xidməti daxilində, qanunvericiliyin tələbləri üzrə ölkədaxili ödənişlərdə bir hesabdan digərinə qeyri AZN valyutası köçürmək imkanı yoxdur.
Siz yalnız “Öz hesablarım arasında ödəniş” bölümü vasitəsilə iki qeyri-AZN hesabları arasında ödəniş edə bilərsiniz.
Ətraflı məlumat üçün müştəri menecerinə müraciət etməyiniz xahiş olunur.

Mən Beynəlxalq ödəniş etdikdən sonra onun SWİFT çıxarışını haradan ala bilərəm?

Həyata keçirdiyiniz beynəlxalq ödəniş imzalandıqdan sonra və bank tərəfdən icra olunduqdan sonra, siz onun swift formasını: Hesablar – Hesablardan çıxarış bölümündən Təsdiq edilmiş ödənişin qeydiyyat nomrəsinin (reference number) üzərinə sıxaraq yükləyə və görə bilərsiniz.

Mən internet bank vasitəsilə beynəlxalq ödənişlərdə nə zaman RUBL istifadə edə bilərəm?

Bu funksional hal hazırda hazırlanmaqdadır. İstifadəyə hazır olduğu anda müştərilər bununla bağlı məlumatlandırılacaqlar.

Şablon yaradan zaman xəta alıram

Şablon yaradan zaman aşağıda qeyd olunan xətaları almaq mümkündür:
1. Düzgün olmayan Şablona giriş növü xətası şablon növünü seçmədiyiniz zaman gələ bilər. Şablon kimi yadda saxlamadan öncə, şablonun hər kəsə (şirkətin bütün əməkdaşları görə bilər) və ya özəl (yalnız yaradan görə bilər) olaraq yaddaşda saxlanmasını seçmək lazımdır.

2. Artıq mövcud olan şablon adından bir daha istifadə etmək istədikdə aşağıdakı mesaj çıxır. Sadəcə şablon adını dəyişməklə əməliyyatı icra etmək mümkündür.

3. Əməliyyatın həyata keçiriləcəyi hesabı seçmədikdə, mənbə hesabını seç mesajı çıxır. Bunun üçün Ödəniş hesabını siyahıdan seçmək lazımdır.

Şablon yaratmışam, bir dəfə icra etmişəm amma indi həmin şablonu görmürəm

Səbəb ödənişi şablon kimi yox, Qaralama kimi yadda saxlamağınızdır. Şablonlara baxış bölməsində, yaratdığınız ödənişin şablon və ya qaralama kimi saxladığınızı görə bilərsiniz. Qaralama kimi saxladığınız əməliyyatlar bir dəfəlikdir, və icra olunduqdan sonra şablonlar bölməsindən itir.

Əməliyyatı yadda saxlayan zaman, onu şablon kimi əlavə etmək düyməsinə basaraq yadda saxladığınıza əmin olun.

Əməliyyat gününün sonu (cut-off) əməliyyat həyata keçirsəm nə olar?

Əməliyyat günün sonu icra edilmiş əməliyyatlar növbəti iş gününün tarixi ilə icra olunacaq. Belə ki, Cümə günü saat 18:00 –da həyata keçirilmiş əməliyyat, Bazar ertəsi icra ediləcəkdir. Bu əməliyyat bankın daxili sisteminə düşür və istifadəçinin əlavə bir əməliyyat etməsinə ehtiyac yoxdur.

MFO (Bank kodu) kodunu manual (əl ilə) daxil edə bilmirəm, nə üçün?

Azərbaycanda mövcud olan bütün Bank kodları sistemdə mövcud olduğundan, həmin kodu siyahıdan seçmək lazımdır. Bu Bankdın adında və ya kodunda yol verilə biləcək texniki xətaları da aradan qaldırır.

Benefisiar Bank rekvizitləri bölməsində Bank kodu xanasının üzərində Axtar ( ) düyməsini sıxaraq axtarış meyarlarına uyğun olaraq Bank məlumatlarını avtomatik seçmək mümkündür.

Axtarış meyarlarından Bankın kodu, adı və ya SWIFT kod məlumatlarından birini dolduraraq axtarış etmək və uyğun bank məlumatını tapdıqda Bankı seç düyməsini sıxmaq kifayətdir.

SWIFT çıxarışlarını hardan ala bilərəm?

İstənilən əməliyyatın (Ölkəxarici ödənişlər daxil olmaqla) ödəniş tapşırığını Hesablar -> Hesabdan çıxarış bölməsindən, vaxt aralığını və Ödəniş hesabını seçərək axtarışa verə bilərsiniz. Bu zaman, Ödənişlə bağlı məlumatın Əməliyyat Nömrəsi-ə sıxaraq Ödəniş tapşırığını yükləmək və çap etmək mümkündür.

İnternet Bankda Ölkəxarici ödənişlər SWIFT formatında deyil, bunu hardan ala bilərəm?

MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.

Müxbir bank məlumatlarını mütləq doldurmalıyam?

Müxbir Bank haqqında məlumatların doldurulması məcburi deyil. SWIFT ödənişləri üçün tələb olunan əsas bölmələr, Benefisiar haqqında məlumatlar, Alan müştərinin bank rekvizitləri, Ödəniş təyinatı və Digər məlumatlar bölmələridir.

Ödəniş yaradan zaman komissiyanı hardan görə bilərəm?

Ödənişlə bağlı komissiyanı bütün məlumatları daxil etdikdən sonra və Təqdim et düyməsini sıxdıqda, Təsdiq etmə mərhələsindən öncə ödənişin komissiya məbləğini və digər məlumatları görmək mümkündür. Qeyd edilən məlumatlarda çatışmazlıq olduqda Geri düyməsini sıxaraq yığılmış ödənişi redaktə etmək və ya Təsdiq et düyməsini sıxaraq ödənişi icra etmək mümkündür.

Ödəniş edirəm, müdürün təsdiqi olmadan keçir

Bunun səbəbi imza hüquqlarında məlumatların səhv qeyd edilməsidir. Belə bir hal baş verdikdə Əlaqə mərkəzinə (Call center) müraciət etməyiniz xahiş olunur. Müraciət zamanı hansı istifadəçinin əməliyyatı yaratmalı, hansı istifadıçilərin isə əməliyyatı imzalamalı olduğunu qeyd etməlisiniz.

Mən valyuta mübadilə kurslarını əməliyyat edərkən görmürəm!

Valyuta mübadiləsi əməliyyat etdiyiniz zaman kurslar barəsində məlumatı Paralel olaraq Ayarlar bölümü Mübadilə məzənnəsinə dair sorğu hissəsindən açıb baxa bilərsiniz.

Valyuta mübadiləsi əməliyyatı üzrə komissiyanı hesablaya bilmirəm, bunu haradan görüm?

Bütün ödənişlərdə olduğu kimi, valyuta ödənişləri üzrə də komissiyanı əməliyyatı yaradıb son olaraq təsdiq etməmişdən öncə görə bilərsiniz. Bunun üçün valyuta mübadiləsi əməliyyatına aid bütün məlumat xanalarını doldurub İcra etmək düyməsini sıxmaq kifayətdir.

Valyuta mübadiləsi üzrə limitlər mövcuddurmu?

Valyuta mübadiləsi əməliyyatlarında limit mövcud deyil. Müştərilər istənilən həcmdə valyuta alqı-satqısı həyata keçirə bilərlər.

İndividual kursla valyuta mübadiləsini necə icra edə bilərəm?

Bunun üçün müştərinin sorğusu əsasında Xəzinədarlıqdan təsdiq almaq lazımdır. Xəzinədarlıq hər hansı bir şirkətə xüsusi kursla valyuta alışı/satışı həyata keçirməyə icazə verdikdə, həmin şirkət üçün bu funksiya aktivləşdiriləcəkdir.

Müştəri hər dəfə xüsusi kursu müştəri meneceri ilə əlaqə yaradaraq ala bilər. Hər yeni individual kurs müştəriyə təqdim edildikdə, O, Valyuta mübadiləsi səhifəsində İndividual kurs seçimi edir və manual olaraq ona təqdim olunmuş kursu xanada qeyd edir.

Əməliyyat icra olunduqdan sonra Bakın sisteminə düşür və xanada qeyd olunan kurs Xəzinədarlığın təqdim etdiyi kursa uyğun olursa, əməliyyat uğurla həyata keçirilir.

Bütün xanaları doldurmuşam amma yenə xəta alıram

Xahiş edirik yalnız ödəniş hesabının məbləğini və ya təyinat hesabının məbləğini qeyd edəsiniz – qeyd edilən xətanı alırsınızsa, demək ki həm Satılacaq Valyuta məbləği həm də Alınacaq Valyuta məbləği xanalarını doldurmusunuz. Bu xanalardan yalnız biri doldurulmalıdır, çünki Alınacaq/Satılacaq məbləğ Bankın kursuna əsasən sistem tərəfindən hesablanır. Misal: 1000 USD satmaq istədiyiniz halda, Satılacaq Valyuta məbləği xanasına 1000 yazır, Alınacaq Valyuta məbləği xanasını isə boş buraxırsınız.
Təqdim et düyməsinə sıxdıqda isə Bankın həmin günə olan satış kursuna əsasən alacağınız AZN (və ya digər valyuta) ekvivalentini görəcəksiniz.

Mən öz hesabdan çıxarışım barəsində məlumatı görmürəm!

Əgər siz hesabdan çıxarış edərək orada heç bir məlumat görmürsünüzsə, bu o deməkdir ki, həmin hesab üzrə 05.01.2017 tarixdən etibarən heç bir əməliyyat olmamışdır. Məlumat verək ki, 05.01.2017 dan əvvəlki tarixə olan çıxarışlar sistemdə öz əksini tapmırlar və öncəki tarixə çıxarışları filialın müştəri xidmətləri təqdim edə bilərlər.

İnternet bankda olan çıxarışlar barəsində məlumat mənim tam ehtiyaclarımı qane etmir

Bildirmək istərdik ki, internet bank daxilində olan hesabdan çıxarış forması sizin cari gün ərzində olan hesabdaxili hərəkətləri göstərmək üçün istidadə edilməlidir. Biz bu məlumatları 24 saatlıq müddət daxilində istifadə etməyi, daha dolğun əməliyyat məlumatlarına isə növbəti gün hesabınız barəsində sizə elektron məktub formasında gələn çıxarışdan almağı tövsiyə edirik.

Mən POS terminallar barəsində məlumatları daha detallı görmək istəyirəm

Siz Hesablar –> Hesablardan çıxarış bölməsi vasitəsilə daxil olduqda POS terminal hesabları önündə (POS) yazısı olur və onu seçərək Detallı çıxarış bölümünü qeyd edirsiniz və həmin müddət üçün çıxarışı Excel və ya PDF kimi yaddaşa yükləyərək baxırsınız. Burada hər bir POSdan keçən tranzaksiyalar üzrə məlumatlar qeyd edilir. Burada həm ümumi məbləğ, həm də komissiya məbləği göstərilir.

Bəs Kart əməliyyatlarım barəsində məlumatı necə görə bilərəm?

Kartlarınızla bağlı çıxarışları Hesablar -> Hesab üzrə çıxarış bölməsindən ala bilərsiniz. Bu zaman Təsvir sütununda korporativ kartdan hansı ödənişi etdiyinizlə bağlı detallı məlumat ala bilərsiniz.

Çıxarışlarda komissiyanı harda görə bilərəm?

Çıxarışları almaq üçün hesabı və tarixi seçərək axtarış verdikdə, sistem əməliyyatın məbləğini və ondan sonrakı sütunda tutulmuş komissiyanı göstərir.

Ödəniş tapşırığı almaq üçün əməliyyat nömrəsinin üzərinə tıkladıqda, əməliyyatlar Ölkədaxili, Valyuta mübadiləsi və Vergi ödənişidirsə Ödəniş tapşırığının içərisində komissiya məbləğini görə bilərsiniz. Əməliyyat SWIFT əməliyyatıdırsa komissiya malumatı Ödəniş tapşırığında qeyd edilməyəcək. SWIFT əməliyyatlarında komissiyanı, hesab üzrə çıxarış məlumatları arasında görə bilərsiniz.

Yaratdığım ödənişin vəziyyətini necə izləyə bilərəm?

Hər bir ödəniş yarandıqdan sonra:
– Əsas Paneldə “Son əməliyyatlar” hissəsində – yalnız son 5 əməliyyatı görmək olur.
– Eləcə də Əməliyyatlar bölümündə Başlanmış əməliyyatlar və Əməliyyatlara baxış hissəsində qeyd edilir.

Ödənişin üzərinə basıb detallarını izləyəndə onun son statusu barəsində məlumat çıxır:
• Yaradılmış – ödəniş onu yaradan tərəfindən tərtib edilibdir, lakin hələ heç kim onu təsdiq etməyibdir və əməliyyat icra edilməyib.
• İcazə verilmişdir – ödənişi təsdiqləyən tərəf ona icazə vermişdir.
• Qəbul edilmişdir – ödəniş artıq internet bank vasitəsilə bütün təsdiqləri keçmişdir və bank onu icra etməyə qəbul etmişdir.
• Əməliyyat gedir – təsdiqlənmiş ödəniş hal-hazırda bank tərəfdən işlənilir
• Səlahiyyət verilmiş şəxs tərəfindən rədd edilmişdir – Yəni təsdiq sahibi olan şəxs ödənişdən imtina edib
• Rədd edilmişdir – ödəniş hansısa səbəbdən bank tərəfindən rədd edilmişdir. (Səbəbi əməliyyatın istinad nömrəsinin üzərinə basaraq görmək mümkündür.)
• Yarım-Səlahiyyətli – yaradılmış ödənişi bir-neçə istifadəçi təsdiq etməlidirsə və onların hər biri hələ də əməliyyatı təsdiqləmədiyi zaman bu status çıxır.
• Tamamlanmış – ödəniş tam təsdiqlənib və bank sistemi vasitəsilə emal edilərək icra olunubdur.
Əməliyyatlara baxış hissəsində isə tam olaraq sizin şirkətiniz daxilində olan ödənişləri izləyə bilər və statusları görə bilərsiniz (yəni burada siz yaratmayan ödənişlər də var).

Mənim imza hüququm var, əməliyyatları hardan imzalamalıyam?

Əyər əməliyyat icra olunubsa imzalayan şəxslər həmin əməliyyatı əsas səhifədə olan Təsdiq gözləyən əməliyyatlar pəncərəsindənƏməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan görə bilərlər.

Əməliyyatlar bölməsindən imzaya gələn əməliyyatları bir-bir, və ya 100-ə qədərini bir imza ilə təsdiqləmək mümkündür. Təsdiqin gözləyən əməliyyatlar pəncərəsindən isə yalnız bir-bir təsdiqləmək imkanı var.

Əgər ödənişi səhv yaratsam onu silə bilərəm?

Ödənişi yaratdıqdan sonra əgər istəyirsinizsə onu silə bilərsiniz. Lakin o internet bankdan tam olaraq silinməyəcək və silinmiş statusda göstəriləcəkdir. Bu ödənişi təsdiq edən deyil, yalnız siz görəcəksiniz.

Xətalı və rədd edilmiş əməliyyatları silə bilərəm?

Bu funksiya hal hazırda hazırlanma mərhələsindədir. Rədd edilmiş və Xətalı statusunda olan əməliyyatların silinməsin qısa zamanda təmin edəcəyik.

Hesabımda balans olduğunu görürəm amma əməliyyatlarım keçmir?

Əsas səhifədə Hesab haqqında məlumat bölməsində gördüyünüz balans Sizin Cari Balansınızdır.

Yaşıl ilə qeyd olunmuş hesabın üzərinə basdıqda Siz hesabdakı balansınızla bağlı daha detallı məlumat ala bilərsiniz. Belə ki, Cari BalansMövcud Cari balans -nız biri birindən fərqlənə bilər. Ola bilsin ki, Sizin hesabınıza mədaxil olunub, amma həmin məbləğ hələ əməliyyat tərəfindən təsdiqlənmədiyindən ondan istifadə edə bilmirsiniz. Bu zaman Sizin Cari Balansınızdakı məbləğ həmin mədaxil məbləğini də nəzərə alır, hal bu ki, Mövcud Cari Balansınızda həmin məbləğ istifadəyə verilməyib. Bu səbəbdən, əməliyyat etməmişdən öncə Mövcud Cari Balansınızı yoxlamağınız məsləhət görülür.

Ödənişlərin imzalanma mexanizmi necədir?

Ödənişi imzalamaq üçün bu qayda nəzərə alınmalıdır:
– Əgər istifadəçi hər hansı İmza hüquqlarından birindədirsə və ondan başqa imzalayan varsa, bu zaman o özünün yaratdığı ödənişləri təsdiqləyə bilməz
– İstifadəçi şirkətə aid olan hesablarda imzalayandırsa, onun səlahiyyəti hər yerdə eyni cür olmalıdır. Yəni 11111 hesabında 1ci imza, 22222 hesabında 2ci imza ola bilməz. Hər zaman eyni imza olmalıdır.

Əgər bu qayda pozulursa və müştəri həm yaradan siyahısında, həm də təsdiqləyən siyahısında olarsa, bu zaman ödəniş Yarım-səlahiyyətli statusa düşür. Belə bir hal baş verdikdə, Çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur. Müraciətdə yaşadığınız çətinliyi və Sizə uyğun hüquqların hansı formada olmasını qeyd etsəniz, bir iş günü ərzində hüquqlarla bağlı müraciətiniz cavablandırılacaq.

Önəmlə rica edirik ki, külli miqdarda ödəniş etməmişdən əvvəl bir ödənişi edib onu imzalama prosesindən keçirəsiniz və imzalanmasında əmin olasınız. Əmin olduqdan sonra digərlərini yaradasınız.

Unutmayaq ki, əgər ödəniş yarım-səlahiyyətli statusuna düşübsə və şirkətdə imza hüququ olan bütün şəxslər əməliyyatı imzalayıbsa, imza səlahiyyətlərini dəyişsən belə həmin ödənişi imzalamaq mümkün olmayacaqdır. Hüquqlar sistemdə yeniləndikdən sonra isə, yeni hüquqlar yalnız yeni yaradılmış əməliyyatlara tətbiq olunacaqdır.

Yeni ödəniş yaratmışıq amma rəhbərimiz imzalamaq üçün görnmür?

Əgər rəhbər şəxs əməliyyatları Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən imzalayırsa o zaman yeni yaradılmış əməliyyatı imzalanacaqların siyahısında gömrək üçün Yenilə ( ) düyməsini sıxmaq lazımdır. Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma imzalanacaqlar siyahısında həmin əməliyyatı görmürsə Əməliyyatlar bölməsində Başlanmış əməliyyatlar-dan ödənişin hansı statusda olmasını yoxlamaq lazımdır. Ehtimal var ki, əməliyyatı yaradan sonradan əməliyyatı silib.

Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma heç bir əməliyyat görmürsə, o zaman Müştəri xidmətlərinə müraciət edib, bunu bildirmək lazımdır. Ehtimal var ki, sizin istifadəçi əməliyyatları təsdiqləmək üçün sazlanmayıb.

Yarım-səlahiyyətli ödənişləri necə silə bilərəm?

Yuxarıda göstərilən tip ödənişləri silmək mümkün deyil. Onlar 30 günün tamamında vaxtı keçmiş ödənişlər formasında sistemdə silinəcəklər. Ümumiyyətlə isə ödənişlərin silinməsi funksiyası qısa zamanda istifadəyə veriləcəkdir.

İmza hüququ olan şəxs yaradanın əməliyyatı üzərində dəyişiklik edə bilər?

Əməliyyat yalnız onu yaradan tərəfdən dəyişdirilə bilər. İmza hüququ olan şəxs ona imzaya gəlmiş əməliyyat Rədd edə bilər, İmzalaya bilər və ya Dəyişmək üçün geri göndərə bilər. Heç bir halda imzalayan şəxs əməliyyatın üzərində dəyişiklik edə bilməz, və yalnız Dəyişmək üçün geri göndər əməliyyatını icra edərək Qeyd xanasında qeydlərini apararaq ödənişi yaradan şəxsə geri göndərə bilər. Geri gəlmiş ödənişdə yaradan şəxs müvafiq dəyişiklikləri edərək, ödənişi yenidən imzaya göndərə bilər.

Mümkündür mü müvafiq məbləğə qədər olan ödənişlər imzasız, həmin məbləğdən artıq ödənişlər isə rəhbər şəxslərin imzası ilə keçsin?

Bəli mümkündür. Sistem imkan verir ki, Misal üçün yaradan şəxs 2000 AZN ekvivalenti bütün əməliyyatları rəhbərlərin imzası olmadan keçirsin, 2000 AZN ekvivalentindən artıq olan əməliyyatları isə mütləq digər bir imza hüququ olan şəxs təsdiqləsin.

Kütləvi ödəniş və əmək haqqı faylı yükləmək istəyirəm amma belə bir menyu görmürəm.

Kütləvi ödəniş və əmək haqqı faylları yükləmək üçün istifadəçilərə hüquqlar verilməlidir. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.

Kütləvi ödəniş menyusuna daxil oluram amma BTİD not mapped xətası alıram.

Bu xəta o zaman meydana gəlir ki, Kütləvi ödəniş menyusu aktivləşdirilib amma digər hüquqlar (hesablara qoşmaq, əməliyyat hüququ vermək, kütləvi faylın şirkətə qoşulması) sazlanmayıb. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.

Əmək haqqı faylı yükləmək üçün menyuya daxil oluram, amma xəta alıram

Ehtimal var ki, əmək haqqı menyusu aktivləşdirilməsinə baxmayaraq, bu əməliyyatı həyata keçirmək üçün heç bir AZN hesabı qoşulmayıb.

Digər bir ehtimal, ümumiyyətlə hüquqların verilməməsidir. Hər iki halda Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.

Kütləvi ödəniş vasitəsi ilə hansı ödənişləri edə bilərəm?

Kütləvi ödəniş faylında Öz hesablarınız arasında, Bankdaxili, Ölkədaxili, Vergi və büdcə, Ölkəxarici ödənişləri etmək mümkündür. Bir kütləvi ödəniş faylında bütün qeyd edilən ödənişləri yığmaq və bir imza ilə əməliyyatı həyata keçirmək imkanı var.

Əmək haqqı faylını yükləmişəm amma faylın həcmi ilə bağlı xəta alıram

Əmək haqqı faylı və Kütləvi ödəniş faylları txt. (Notepad) və ya csv. Formatlarında olmalıdır. Digər bir formatda fayl yüklədikdə (word, excel və s.) aşağıda qeyd edilən xətanı almaq mümkündür. Xahiş olunur faylın formatında düzəliş edərək faylı bir daha yükləyin.

Kütləvi ödəniş faylı yükləmişəm, əməliyyatların bəzisi keçib bəzisi keçməyib

Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın istinad nömrəsinin üzərinə sonra isə Qeydin istinad nömrəsinə tıklamaqla) keçən və keçməyən əməliyyatların statusuna və səbəblərinə baxış həyata keçirə bilərsiniz.

Kütləvi ödəniş faylı yükləmişəm amma əməliyyatlar keçməyib

Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.

Kütləvi ödəniş və əmək haqqı faylında köhnə İBAN formatına uyğun hesablardan istifadə etmək olar?

Internet Bank yalnız Paşa Bankın yeni IBAN formatlı hesablarını qəbul edir. Köhnə hesablardan istifadə olunsa sistem xəta mesajı qaytaracaq.

Əmək haqqı ödənişini Ölkədaxili ödənişlərdən edə bilərəm?

Əmək-haqqı ödənişləri yalnız Əmək haqqı menyusundan csv. Və ya txt. Faylı yükləmək yolu ilə həyata keçirilə bilər. Digər Ödəniş menyularından istifadə etməklə əmək haqqı əməliyyatını həyata keçirmək mümkün deyil.

Yüklədiyim əmək haqqının detallarını hardan görə bilərəm?

Yüklədiyiniz əmək haqqı faylının detallarına Əmək-haqqı faylına baxış menyusundan həyata keçirə bilərsiniz. Bu zaman əmək-haqqı faylın nömrəsinin üzərinə tıklayaraq yüklədiyinizin faylın detallarını görə və çap edə bilərsiniz.

Bir əmək haqqı faylına neçə işçinin əmək haqqı ödənişini daxil edə bilərəm?

Bir əmək haqqı faylına maksimum 500 işçinin əmək haqqı ödənişini daxil edə bilərsiniz.
Əgər əmək haqqı ödəmək istədiyiniz işçilərin sayı 500-dən artıqdırsa hər birində 500 işçi olmaqla bir neçə fayl yaradaraq sistemə yükləməlisiniz.

Hansı Əmək haqqı tipləri var?

Əmək haqqı tipləri aşağıdakılardır:
EH – Əmək Haqqı
SHH – Son haqqı-hesab
AMH – Analıq Məzuniyyəti haqqı
AV – Avans ödənişi
BN – Bonus ödənişi
MKF – Mükafat
TQD- Təqaüd
MY – Maddi Yardım
DG – Digər
YŞH – Yaşayış haqqı
XH – Xəsarət haqqı
BP – Bayram pulu
EZM – Ezamiyyət
KMP – Kompensasiya

Əmək haqqı faylını yığarkən Azərbaycan hərflərindən istifadə edə bilərəm?

Əmək haqqı faylını yığdığınız zaman yalnız latın əlifbasının hərflərindən istifadə etməlisiniz.

Nümunə: CEYHUN MAMED OGLU KERIMOV,AZ17PAHA41010AZNFK0190000XXX,1500,31 yanvar odenishi, EH

Əmək haqqı faylını sistemə yüklədikdən sonra əməliyyatın statusuna haradan baxa bilərəm?

Yüklədiyiniz əmək haqqı faylının statusuna baxmaq üçün əsas menudan “Əmək Haqqı Ödənişləri” bölməsindən “Əmək Haqqı Yüklənməsinə Baxış” alt-bölümünü seçmək lazımdır.

Açılan pəncərədə Faylın Statusu, Əmək haqqı statusuəlavə məlumatı almaq olar. Faylın statusu “Xəta” olduqda Məlumat hissəsində xətanın səbəbi yazılmış olacaq.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Daha ətraflı

Baş ofis ilə əlaqə

Yusif Məmmədəliyev küç. 13
Bakı, AZ1005, Azərbaycan

T: (+994 12) 496 50 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az

Valyuta Məzənnələri
19.05.2023

Nağd əməliyyatlar uzrə məzənnələr

Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8010 1.8650
GBP 2.0570 2.1600
RUB 0.0148 0.0218
TRY 0.0686 0.1012

Comments are closed, but trackbacks and pingbacks are open.