Vergi nömrəsinə necə müraciət edə bilərəm
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.
1.3.2. Vergi sistemi: mahiyyət və məzmun
Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsumların toplusunu, onların müəyyənləşdirilmə, dəyişdirilmə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qaydalarının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nəzarətinin forma və üsullarının, vergi qanunvericiliyinin pozulmalarına görə məsuliyyətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:
- ədalətlilik. Bu prinsip ondan ibarətdir ki, vergi yükünün bölüşdürülməsi bərabər səviyyədə həyata keçirilir və dövlət gəlirlərinə hər bir vergi ödəyicisindən «ədalətli payın» daxil edilməsini nəzərdə tutur;
- neytrallıq. Bu prinsip o deməkdir ki, imkan daxilində vergilər ayrı-ayrı şəxslər tərəfindən iqtisadi qərarların qəbul edilməsinə təsir etməməlidir və ya bu təsir minimal səviyyədə olmalıdır;
- effektivlik. Bu prinsip nəzərdə tutur ki, vergilər ölkənin stabilləşməsinə və iqtisadi yüksəlişinə kömək etməlidir.
- anlaşıqlıq. Bu prinsip göstərir ki, vergi sistemi vergi ödəyicisinə aydın olmalı, verginin hesablanma və tutulma qaydası isə onun sərbəst təfsirinə imkan verməməlidir.
- optimallıq. Bu prinsip nəzərdə tutur ki, vergilərin idarəetməsi ilə və vergi qanunvericiliyinə riayət olunması ilə bağlı xərclər minimal olmalıdır.
Federativ və unitar dövlətlərin vergi sistemləri fərqlənir. Federativ dövlətlərin müasir vergi sistemləri üçün vergilərin əsas növlərinin paralel şəkildə həm federal hakimiyyət, həm də ştat hakimiyyətləri və yerli hakimiyyət orqanları tərəfindən istifadə olunması xarakterikdir. Unitar dövlətlərdə mərkəzi büdcəyə daxil olan vergilər və yerli vergilər olur. Bu, yerli büdcələrin özünümaliyyələşdirmə və zərərsizlik prinsipləri əsasında formalaşması ilə əlaqədardır.
Dövlətin vergi sisteminin əsasını və obyektini vergilər təşkil edir. Bunlar büdcəyə gedən məcburi fərdi- əvəzsiz pul ödənişləri və büdcədənkənar dövlət fondlarıdır. Onlar vergi ödəyicilərindən müəyyənləşdirilmiş qaydada və ölçüdə tutulur. Vergilərin əsas funksiyaları aşağıdakılardır:
- fiskal. Dövlətin maliyyə vəsaitlərinin toplanması məqsədilə dövlət büdcəsinin gəlir hissəsinin formalaşma prosesində reallaşdırılır;
- bölüşdürücü. Iqtisadiyyatın dövlət idarəetməsi mərhələsində təzahür olunur. Bölüşdürücü funksiyada tənzimləyici və təkrar istehsal funksiyalarını ayırmaq olar. Tənzimləyici funksiya ayrı ayrı malların istehlakını dayandırmaq üçün üzərlərinə vergi qoyulan bir sıra obyektlərə yüksək stavkalı vergilərin müəyyənləşdirilməsində və təsərrüfat fəaliyyətinin həvəsləndrilməsi üçün güzəştlilikdə büruzə olunur. Su obyektlərinin, təbii resursların istifadə haqqı kimi, mineral-xammal bazasının təkrar istehsalına tutulan məbləğlər kimi vergilər təkrar istehsal funksiyasını yerinə yetirirlər;
- nəzarət. Bölüşdürücü funksiya ilə əlaqədardır və onun təsir şərtlərində təzahür olunur. Nəzarət funksiyası vergi daxilolmalarının büdcəyə kəmiyyət etibarilə əks olunma imkanında, onların dövlətin maliyyə vəsaitlərinə olan tələbatları ilə tutuşdurulmasında və vergi sisteminə dəyişikliklərin daxil edilmə zərurətinin təzahüründə reallaşır.
«Vergi» iqtisadi kateqoriyası özündə bir sıra elementləri birləşdirir: vergi norması, üzərinə vergi qoyulan obyektlər və subyektlər, vergi bazası, vergi stavkası, vergi dövrü, vergi güzəştləri, vergi ödənişinin müddəti və qaydası, vergi mənbəyi.
Vergi norması – vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır.
Üzərinə vergi qoyulmuş obyekt – əmlak, gəlirlər (mənfəət), reallaşdırılan malların (iş və xidmətlərin) dəyəri, gömrük sərhədindən keçirilən mallar və üzərinə vergi qoyulmuş digər obyektlərdir.
Üzərinə vergi qoyulmuş subyekt ya vergi ödəyicisi, ya da vergi agentidir. Vergi ödəyicisi – elə şəxsdir ki, (hüquqi və ya fiziki) vergi təyin edilmiş obyektə malik olduğuna görə üzərinə vergiləri və rüsumları ödəmək öhdəliyi qoyulmuşdur. Vergi agenti – vergi ödəyicisinə gəlirlərin ödəniş mənbəyi olan şəxsdir. Vergi qanunvericiliyinə uyğun olaraq, vergilərin və rüsumların hesablanması, vergi ödəyisindən tutulması və büdcəyə köçürülməsi ilə bağlı öhdəliklər həmin şəxsin üzərinə qoyulmuşdur.
Vergi bazası – üzərinə vergi qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirilmə qaydası hər bir vergiyə və rüsuma uyğun olaraq təyin edilir.
Vergi stavkası – vergi bazasının vahid ölçüsünə düşən vergi məbləğinin ölçüsüdür.
Vergi dövrü – hər bir konkret vergiyə, rüsuma uyğun olaraq müəyyənləşdirilən elə təqvim ili və ya zaman müddətidir ki, bu müddət ərzində vergi bazası müəyyənləşir və verginin, rüsumun məbləği hesablanır.
Vergi güzəştləri – vergi ödəyicilərinin ayrı –ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az miqdarda ödəməklə bağlı qanunvericiliklə təqdim olunan imkandır. Vergi güzəştləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
- vergi ödəməkdən azad olma;
- vergi bazasını və ya vergi məbləğini azaldan əlavə çıxmalar və güzəştlər;
- azaldılmış vergi stavkaları.
Vergi mənbəyi – gəlir mənbəyini, yəni onun yarandığı yeri göstərən mənbədir.
Vergi tutumlarının üsulları arasında kadastr, deklarasiya və inzibati üsulları fərqləndirirlər. Kadastr üsulu üzərinə vergi qoyulmuş obyektin qiyməti və orta gəlirliliyi haqqında məlumatların tipik siyahısını saxlayan kadastrın istifadəsini nəzərdə tutur. Deklarasiya üsulu üzərinə vergi qoyulmuş obyektin ölçüsü haqqında deklarasiyanın vergi ödəyicisi tərəfindən vergi orqanlarına təqdim edilməsini nəzərdə tutur. Inzibati üsul verginin tutulma prosesində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinin iştirakını nəzərdə tutur.
Vergi tutumunun əsas metodları aşağıdakılardır: nağd ödəniş, qeyri-nağd ödəniş və gerb markaları ilə hesablaşma. Axırıncı üsul rəsmi sənədin qanuni qüvvəyə minməsinə yalnız o halda imkan verir ki, ödəyici həmin sənədə xüsusi markalar yapışdırsın.
Üzərinə vergi qoyulmuş obyektə görə vergilər aşağıdakılara bölünürlər:
- əmlak;
- resurs;
- dövriyyədən tutulan;
- istehlak vergiləri;
- gəlirə (mənfəət) və kapitala qoyulan vergilər.
Əmlak vergiləri, demək olar ki, bütün xarici ölkələrdə geniş yayılmışdır. Əmlak vergilərinin aşağıdakı obyektlərini fərqləndirirlər: daşınmaz əmlak (torpaq, binalar, tikililər); maddi əmlak (istifadəsi uzunmüddətli olan mallar, o cümlədən dəbdəbə əşyaları, gəlirin əldə edilməsi üçün istifadə olunan avadanlıq, maşınlar, kənd təsərrüfatı heyvanları və başqaları); qeyri-maddi aktivlər (lisenziyalar, intellektual mülkiyyət obyektlərinə olan hüquqlar, həmçinin qiymətli kağızlar və nağd pul). Mirasa və hədiyyələrə qoyulan vergilər də əmlak vergisinə aid edilir. Bir çox ölkələrdə bu vergilər vergidən azad olan minimuma və ya miras əmlakının müəyyən dəyəri üçün azaldılmış stavkaya malik olur.
Resurs vergiləri əsasən hasilat sahələrində (neft, kömür) tətbiq olunur və təbii resursların (su, torpaq, meşə yerləri, faydalı qazıntılar) hasilatı və ya istifadəsi üçün ödənilən haqqı nəzərdə tutur. Istehsal prosesinə fiskal və tənzimləyici təsirdən başqa, ekoloji effekti də nəzərə ala bilirlər (təbii resurs istehlakının məhdudlaşdırılması və ətraf mühitin mühafizəsi).
Dövriyyədən tutulan vergilər bəzi yüksək rentabelli məhsullara qiymətlərin dövlət tənzimlənməsi ilə tətbiq oluna bilir. Vergi stavkası ya topdan qiymətə nəzərən faiz tərtibi ilə, ya da məmulatın qiymətinin pul ifadəsi ilə əlavəsi (güzəşti) şəklində müəyyənləşir.
Istehlak vergiləri – istehlakçıya qoyulan ümumi vergilər (ƏDV, satış vergisi) və mal, xidmətlərin ayrı-ayrı növlərinə qoyulan vergilərdir (aksizlər).
Gəlirlərə və kapitala qoyulan vergilər gəlirin əldə edilmə anında və ya mülkiyyətdən (maddiləşmiş gəlir) tutulur. Onların istehlak vergilərindən fərqi ondan ibarətdir ki, istehlak vergiləri gəlirlərin artıq istifadə olunduğu (işləndiyi) zaman tutulur. Bu vergilər qrupuna fiziki və hüquqi şəxslərdən tutulan gəlir vergisi aiddir.
Vergilər müəyyənləşdirilmə metodlarına görə birbaşa və dolayısı vergilərə ayrılırlar. Birbaşa vergilərə vergi ödəyicilərinin əmlakı və onların gəlirləri məruz qalır. Birbaşa vergilər tənzimləyici faktor kimi istifadə olunur və vergi münasibətlərinin daha çox və ya daha az təmin olunmuş subyektlərinə qarşı sosial ədalət prinsipinin riayət olunmasına kömək edir. Daşınmaz əmlaka, torpağa, təbii resurslara, korporasiyaların gəlirinə qoyulan vergi və gəlir vergisi birbaşa vergilərdir. Dolayı vergilər malların, iş və xidmətlərin qiymətinə əlavə şəklində daxil edilir və alıcı tərəfindən ödənilir. Onların ölçüləri istehsal xərcləri və ya vergi ödəyicisinin gəliri ilə bağlı deyil və yalnız reallaşdırmanın həcmindən və bazar qiymətlərinin səviyyəsindən asılıdır. Bu, dövlət büdcəsinin gəlirlərinin təmin olunma qarantıdır. Dolayı vergilərə aksizlər və əlavə dəyərə qoyulmuş vergi daxildir.
Vergilər subyekt (vergi ödəyiciləri) etibarilə aşağıdakılara bölünürlər:
- fiziki şəxslərdən tutulan vergilər (fiziki şəxslərdən tutulan gəlir vergisi);
- müəssisə və təşkilatlardan tutulan vergilər (gəlirə qoyulan vergi, ƏDV);
- həm fiziki, həm də hüquqi şəxslərin ödədiyi qarışıq vergilər (nəqliyyat vasitələri sahiblərindən tutulan vergilər).
Vergini müəyyənləşdirən hakimiyyət orqanına görə vergilər federativ dövlətlər üçün federal, regional və yerli, unitar dövlətlər üçün mərkəzi və yerli olur. Yerli və mərkəzi vergilərin rolu mərkəzi və yerli hakimiyyət orqanlarının öz qarşılarına qoyduqları vəzifələrlə müəyyənləşir. Yerli vergilər, bir qayda olaraq, reqressivliyi ilə fərqlənir. Onların stavkaları vergi ödəyicilərinin gəlirlərinin nəzərə alınmaması şərtilə qurulmuşdur və əksər hallarda dolayı vergilərdir. Bələdiyyələrin lokal məqsədləri və funksiyaları nəzərə alınarsa (əhalinin su təchizatı, şəhər nəqliyyatı, ibtidai məktəblər kimi zəruri ictimai xidmətlərlə təmin edilməsi), yerli vergiqoymalar yalnız yerli büdcəyə daxilolmaların mənbəyi kimi nəzərdən keçirilir. Mərkəzi vergilərin üzərinə isə iqtisadiyyatın tənzimlənməsi üzrə əsas funksiyalar qoyulmuşdur. Dövlətin vergi siyasətinin qiymət qoyması onlara uyğun olaraq həyata keçirilir.
Vergilərin hesaba yazıldıqları büdcənin səviyyəsinə görə bərkidilmiş və tənzimləyici vergiləri fərqləndirirlər. Bərkidilmiş vergilər bütövlükdə konkret büdcəyə daxil olur. Tənzimləyici vergilər isə qanunvericiliklə müəyyənləşdirilmiş nisbətlərdə müxtəlif səviyyəli büdcələrə eyni zamanda daxil olur.
Vergiqoyma mənbələrinə görə vergilər maya dəyərinə daxil edilən vergilərə, fəaliyyətin maliyyə nəticələrinə aid edilən vergilərə və müəssisənin təmiz gəlirinə aid edilən vergilərə bölünürlər.
Təyinatına görə ümumi vergiləri, yəni ümumdövlət ehtiyacları üçün nəzərdə tutulmuş vergiləri və ciddi müəyyənləşdirilmiş məqsədləri olan xüsusi vergiləri (məqsədli vergilər və rüsumlar) fərqləndirirlər.
Əgər vergi dərəcəsi gəlirin ölçüsündən asılı deyilsə, mütənasib vergi (möhkəm vergi) kimi nəzərdən keçirilir. Əgər gəlir ölçüsünün artması ilə vergi azalırsa, reqressiv vergi kimi, gəlir ölçüsünün artımı ilə yüksəlirsə, proqressiv vergi kimi nəzərdən keçirilir.
Xarici ölkələrin təcrübəsində aktiv şəkildə istifadə olunan əsas vergilərdən aşağıdakıları göstərmək olar.
Gəlir vergisi – istehlakçı tələbinin dövlət konyuktur tənzimlənmə obyektidir. Vergi, bir qayda olaraq, təqvim ili və ya maliyyə ili ərzində, yaxud 12 aya bərabər olan digər dövr ərzində əldə edilmiş gəlirdən çıxılır. Üzərinə vergi qoyulan gəlirin tərkibinə əmək haqqı, əməyə görə mükafatların müxtəlif formaları, sahibkarlıq fəaliyyətindən gələn gəlirlər, təqaüdlər, renta, faizlər, dividentlər və investisiyadan gələn digər gəlirlər daxildir. Bəzi hallarda gəlir vergisi vergi ödəyicisinin il ərzində əldə etdiyi və ya topladığı faktiki gəlirdən çıxılır. Digər hallarda isə əvvəlki illər ərzində əldə edilmiş gəlirlərin bazası əsasında hesablanmış gözlənilən gəlirin qiymətləndirici məbləğindən çıxılır. Ailənin gəlir vergisi iki cür olur. Ər-arvadın hər biri ayrı ayrılıqda gəlir vergisi ödəyirsə, bölgülü vergi adlanır. Gəlir vergisi onların birgə gəlirindən çıxılırsa, birləşmiş vergi adlanır.
Bir çox xarici ölkələrdə vergi proqressiv şkala üzrə tutulur. Bəzən gəlirin hissələrə bölünməsi hesabına vergiqoyma proqressiyası hamarlaşır. Gəlir vergisinin dərəcələri nadir hallarda dəyişilir. Vergi alınan gəlir məbləğini təshih edən qaydalar vergiqoymanın operativ alətləri rolunu oynayırlar. Bunlar üzərinə vergi qoyulmayan minimum ölçüsü və müxtəlif növ güzəştlərdir (yaşa görə, ailə vəziyyətinə, gəlir mənbəyinə görə və s.). Son dövrlər inkişaf etmiş xarici ölkələrdə daha məşhur vergi güzəştləri sığorta ilə, pensiya haqları ilə bağlı olan vergi güzəştləri, həmçinin səhiyyə məqsədlərinə aid olan güzəştlər, faiz ödənişləri üzrə güzəştlər olmuşdur (xüsusilə evin alınmasında).
Qeyd etmək lazımdır ki, gəlir vergisi işçilərin əksəriyyətinin gəlir mənbəyindən tutulduğuna görə (ingilis terminologiyasına görə «pay as you earn»), iqtisadi eniş və ya yüksəliş dövrlərində pul gəlirlərinin dəyişmələrini müəyyən mənada kompensasiya etməklə bağlı stabilləşdirici qabiliyyətə öz-özlüyündə malik deyil. Iqtisadi eniş dövründə əhalinin qazancları və avtomatik olaraq vergi ödənişləri də azalır. Yüksəliş dövründə əksinə, gəlirlərlə birlikdə vergi daxilolmaları da artır. Bu mexanizmin təsiri bir qədər məhduddur. Ona görə də onu gücləndirmək üçün gəlir vergisinə müvəqqəti əlavələr tətbiq oluna bilər.
Gəlir vergisinin ölçüsü əhalinin əmanət imkanlarına təsir göstərir, lakin pul yığımlarının istifadə olunma stimullarına toxunmur. Ona görə də istehsalatda kapital qoyuluşlarının tənzimlənməsi başqa vergi ilə – korporasiya gəlirlərinə qoyulan vergi ilə əlaqədardır. Bu vergi ümumi mədaxildən bütün istehsal xərclərinin, itkilərin, borc faizlərinin, müvəkkil xərclərinin, reklam xərclərinin, inzibati – idarəetmə xərclərinin və s. Çıxılmasından sonra şirkətin qalan təmiz gəlirindən tutulur. Hal – hazırda müxtəlif ölkələrdə korporasiya gəlirlərinə qoyulan vergi stavkaları 30%-dən 50%-ə qədər dəyişir. Bu verginin artırılması dövlət tərəfindən həyata keçirilir və bir qayda olaraq, investisiya bumu iqtisadiyyatın «qızmasına», ödəniş qabiliyyəti tələbinin istehsal gücündən ayrılmasına, ödəniş balansının kəsirinə, müəyyən sahə nisbətlərində pozulmalara təhlükə yaratdığı dövrlərdə özünü maliyyələşdirmə məqsədilə resursların məhdudlaşdırılma vasitəsi kimi tətbiq olunur. Korporasiya gəlirlərinə qoyulan vergilər bir sıra güzəştlərin olmasını nəzərə alır. Birləşmiş Ştatlarda 20 güzəşt mövcuddur. Fransada və AFR-də onların sayı uyğun olaraq 10 və 15-dir. Güzəştlərin əsas növü vergi ödənişinin vaxtının uzadılmasıdır. Bəzi ölkələrdə, məsələn, gəlir hissəsinin yeni investisiyalara, ehtiyat fonduna ayrılması üçün 3-5 il müddətində son hədd müəyyənləşdirilmişdir.
Nəzərdən keçirilən birbaşa vergilərlə yanaşı, inkişaf etmiş xarici ölkələrdə dolayı vergilər də aktiv şəkildə istifadə olunur. Daha məşhur vergilər sırasında dövriyyədən vergini, aksizi, gömrük rüsumlarını və başqalarını göstərə bilərik. Dövriyyədən vergi müxtəlif ölkələrdə qeyri-bərabər formalara malikdir. Belə ki, satış vergisi istehsalatın hər bir mərhələsində məhsulun ümumi məbləğindən dəfələrlə tutulur. Bu vergi 1950-ci illərdən başlayaraq Avropa ölkələrində geniş şəkildə tətbiq olunmuşdur. Müxtəlif mal qrupları üzrə vergi ölçüsü 2%-dən 6%-ə qədər təşkil edir. Uzun müddət Ingiltərədə mövcud olan alış vergisi şəxsi istehlak mallarının reallaşdırılmasının topdan mərhələsində bir dəfə tutulurdu. Isveçdə analoji vergini pərakəndə ticarət müəssisələri ödəyirdi. Dövriyyədən verginin ən geniş yayılmış forması əlavə dəyər vergisi oldu (ƏDV). Bu verginin hesablama bazası iqtisadi cəhətdən əmək haqqı ilə mənfəətdə təcəssüm olunmuş yeni yaradılan dəyərdir. Beləliklə, ticarət dövriyyəsinin ümumi məbləğindən maddi istehsal xərcləri çıxılır. Əlavə dəyərə olan vergi dərəcələri bir neçə sayda ola bilər. Böyük Britaniyada və AFR-də onların sayı iki, Fransada üç, Italiyada dörddür. Adətən, ərzağa, səhiyyə və digər sosial əhəmiyyətli mal və xidmətlərə tətbiq olunan aşağı dərəcələrdən (2 -10%), sənaye və digər mal və xidmətlərə qarşı əsas dərəcələrdən (12 -23%), dəbdəbə əşyalarına qarşı yüksək dərəcələrdən (25%-dən yuxarı) istifadə olunur. ƏDV-nin əsas vergi güzəşti reallaşdırılmış məhsul dövriyyəsinin vergidən azad minimumudur. Bundan başqa, ərzaq, qəzetlər, radioyayım, nəqliyyat, məktəb və poçt xidmətləri kimi mal və xidmətlər də vergidən azad ola bilir.
Aksiz – malın vahid növü üçün onun qiymətinə qoyulan vahid əlavəni ifadə edir. Üzərinə aksiz vergisi qoyulmuş obyekt rolunda, adətən, ən çoxişlənən mallar – duz, qənd, tütün, kibrit, şərab, benzin, oyun kartları və başqaları çıxış edir. Obyektlərin bu seçimi dövləti kiçik vergi faizində belə, əhəmiyyətli maliyyə daxilolmaları ilə təmin edir. Ona görə də aksizlər dövlət üçün əsasən fiskal funksiyanı yerinə yetirirlər. Lakin aksizlər yeyinti məhsullarının ayrı – ayrı növlərinə və digər məhsullara olan spesifik tələbatı məhdudlaşdıraraq başqa məqsədlərə də xidmət edə bilərlər. Çeşid etibarilə əhəmiyyətsiz dərəcədə fərqlənən malların (duz, qənd) aksiz dərəcələri vahid, müxtəlif əlamətlərə görə təsnifatlanan malların (şərablar –tündlüyünə görə) aksiz dərəcələri diferensiallaşmış, çeşidləri müxtəlif qiymət səviyyəsində olan bircins malların (tütün) aksiz dərəcəsi orta olur.
Gömrük rüsumları dövlət sərhədindən keçirilən mallardan onların qiymətinə qoyulan faiz əlavəsi şəklində tutulur. Gömrük rüsumları müxtəlif əlamətlərə görə təsnifatlana bilir:
- istiqamətə görə: idxal və ixrac. Idxal rüsumları malların idxalında, ixrac rüsumları malların ixracında tətbiq olunur;
- təsir müddətinə görə: əsas və mövsümi. Əsas rüsumlar elə ödənişlərdir ki, onlara qarşı gömrük tarifi ilə nəzərdə tutulmuş və daim təsir göstərən gömrük dərəcələri müəyyənləşdirilir. Mövsümi rüsumlara qarşı müəyyənləşdirilən gömrük dərəcələri 6 aya qədər olur;
- mənşəyi xarakterinə görə: avtonom və konvensional. Avtonom rüsumlar həmin dövlətdə daha əlverişli rejim kimi istifadə olunmayan ölkə mallarına qarşı tətbiq olunur. Konvensional rüsumlar həmin dövlətdə daha əlverişli rejim kimi istifadə olunan ölkə mallarına qarşı tətbiq olunur;
- hesablanma metoduna görə: spesifik, advalor, kombinə edilmiş. Spesifik rüsumlar natural ifadədə malın avro ilə ölçü vahidinə qarşı müəyyənləşir. Advalor rüsumlar gömrük dəyərindən faiz tərtibi ilə müəyyənləşir. Kombinə edilmiş rüsumlar özlərində spesifik və advalor üsulların əlamətlərini birləşdirirlər.
Inkişaf etmiş ölkələrdə geniş istifadə olunan, nəzərdən keçirdiyimiz vergilərdən başqa dövlətlər kapitala və mülkiyyətə qoyulan vergilərdən də aktiv şəkildə istifadə edirlər. Bu vergi qruplarına mirasa və hədiyyəyə qoyulan vergiləri, kapitalın artımına qoyulan vergiləri, ayrı – ayrı əmlak növlərinə (torpaq, tikili ) qoyulan vergiləri, şəxsi varidata qoyulan vergiləri aid etmək olar. Bundan başqa, hakimiyyət orqanları (xüsusilə yerli idarəetmədə) əhaliyə və hüquqi şəxslərə müəyyən xidmətlərin göstərilməsinə görə dövlət rüsumunu tətbiq edirlər.
Vergilərin sayı və onların ölçüləri ölkələrə görə fərqlənir. Bu fərqlilik onların ənənələri və iqtisadi inkişaf xüsusiyyətləri ilə şərtlənir. Vergi tənzimlənməsinin mexanizmi ümumi şəkildə Laffer əyrisi ilə təsvir olunur. A.Lafferin fikirlərinə görə, vergi dərəcələri gəlirin 30%-nə qədər artdığı halda vergi daxilolmaları artır. Vergi dərəcələri gəlirin 30%-dən çox olduğu halda büdcəyə gedən daxilolmaların artımı yavaşıyır, sonra isə kəskin şəkildə azalır.
Vergi tənzimlənməsi vergi nəzarəti anlayışı ilə sıx əlaqədardır. Öz növbəsində, vergi nəzarəti maliyyə nəzarətinin elementidir. Vergi və digər məcburi ödənişlərin hesablanması və büdcəyə, qeyri-büdcə fondlarına daxil edilməsi məsələsində vergi ödəyicisi ilə dövlət arasında yaranan maliyyə münasibətləri vergi nəzarətinin obyekti rolunda çıxış edir. Xarici ölkələrdə vergi nəzarəti maliyyə nazirliyi, xəzinədarlıq, daxili gəlirlər xidməti, icra hakimiyyətləri nəzdində uyğun komitələr kimi xüsusiləşmiş maliyyə müəssisələri tərəfindən həyata keçirilir.
Beləliklə, dövlətin vergi sistemi maliyyə –kredit sisteminin kompleks elementi olub, dövlətin iqtisadi inkişafından və onun quruluşundan asılıdır. Dövlətin maliyyə-kredit sistemi maliyyə və kredit sistemlərinin elementlər toplusundan ibarətdir və pul sisteminin bir hissəsini təşkil edir. Büdcə sistemi maliyyə sisteminin bir hissəsidirsə, vergi sistemi büdcə sisteminin bir hissəsidir. Bu münasibətlərdə valyuta sisteminin yerini də qeyd etmək lazımdır. Valyuta sistemini dünya təsərrüfat əlaqələrinin güclənən qloballaşma, inteqrasiya və beynəlmiləlləşmə proseslərində pul sisteminin xarici ifadəsi kimi nəzərdən keçirmək olar. Sistemlərin müxtəlif növlərinin qarşılıqlı əlaqəsi şəkil 1.4.-də göstərilmişdir.
- Teqlər:
- vergi sistemi
- , verginin növləri
VERGİLƏR
Mayın 12-si saat 09:00-dan etibarən Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergiödəyicilərinin qəbulu xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanacaq.
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyiciləri aşağıdakı link vasitəsilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərlər.
Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://bit.ly/2Wjtb5I
Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və sair), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.
Tbbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmək xahiş olunur.
Həmçinin mayın 12-dən vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunduğundan yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər çərçivəsində vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığı dövründə vergi ödəyicilərinin müraciətlərinin qəbulunun həyata keçirilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş telefon nömrələri və elektron poçt ünvanları vasitəsilə müraciətlərin qəbulu dayandırılır.
İnternet Bank
PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. İnternet Bank xidməti müştərilər üçün banka gəlmədən uzaqdan bank xidməti texnologiyası əsasında bir sıra bank xidmətlərindən istifadə imkanını təmin edir.
Xidmətin üstünlükləri
– Dünyanın istənilən yerindən və hər gün 24 saat ərzində istifadə imkanı
– Səlahiyyətli əməkdaşların xüsusi açar vasitəsilə istənilən kompüterdən sistemə daxil olmaqla əməliyyat aparmaq imkanı
– Şirkət əməkdaşlarının iş yükünün azalması, banka gəlmək üçün vaxt sərfinin aradan qalxması, əməkdaşların rahatlığı və məmnunluğu
– Xidmətin istifadəsi üçün xüsusi avadanlığa və proqram təminatına ehtiyacın olmaması
Əməliyyatlar
– Yerli ödənişlər – Azərbaycan Respublikası daxilində ödənişlər
– Beynəlxalq ödənişlər – ölkə hüdudlarından kənara xarici valyuta ilə ödənişlər
– Konvertasiya – xarici valyutanın alınması və satılması
– Hesab üzrə çıxarışlar – istənilən müddət üçün çıxarışların əldə edilməsi
– Hesab üzrə qalıq – hesabda qalıq məbləği barədə məlumatın alınması
– Plastik kartlarda qalıq barədə məlumat
– Kreditlər barədə məlumat
– Depozitlər barədə məlumat
– Valyuta mübadiləsi məzənnələri barədə məlumat
Xidmətə qoşulma
İnternet Bank xidmətindən istifadə üçün PAŞA Bankın biznes mərkəzlərində müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet Bank sisteminə qoşulmaq üçün Login və Şifrə verilir. Bankın əməkdaşları İnternet Bank xidmətindən istifadə üzrə şirkətin əməkdaşlarının təlimatlandırılması işlərini və tam məsləhət dəstəyini həyata keçirirlər.
Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.
Tez-tez verilən suallar
Mən fiziki şəxs olaraq öz hesablarımı haradan görə bilərəm?
Fiziki şəxs olaraq hesablarınıza daxil olmaq üçün giriş öncəsi “Fiziki şəxslər” hissəsini seçirsiniz və korporativ istifadəçi adınızın sonuna 2 əlavə edərək (TURAL2) eyni köhnə internet bankda olan parolunuzu daxil edirsiniz.
Asan İmza ilə hardan daxil ola bilərəm?
Asan imza ilə daxil olmaq üçün giriş ekranın sağ tərəfində ASAN imza seçimini etmək lazımdır.
Asan İmza İstifadəçi İD-si nədir?
Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. İstifadəçi İD-si 6 rəqəmli koddur və PİN1/PIN2 ilə səhv salınmamalıdır.
Asan İmza PİN-yazıram amma Sistemə daxil ola bilmirəm
Ehtimal var ki, Sistemə daxil olmaq üçün telefona daxil etdiyiniz kod səhvdir. Əmin olun ki, ASAN tərəfindən telefonunuza göndərilən təsdiq xanasına PİN 1 –daxil edirsiniz.
ASAN İMZA ilə daxil ola bilmirəm
Əgər ASAN imza ilə daxil olmaq istəyirsinizsə aşağıdakıların doğruluğundan əmin olun:
– Brauzeriniz pop-up məlumatının çıxmasını blok etmir
– Siz Asan imza ilə girdiyiniz zaman brauzerdə yalnız bir pəncərə açıqdır
– Siz ASAN mobil nömrəni, 6 rəqəmli ASAN istifadəçi İDnizi və PAŞA Bank kodunu (yəni şifrənizi) düzgün daxil edirsiniz.
Məlumatınız olsun ki, internet banka yalnız öncədən təyin olunmuş ya ASAN imza, ya da SMS vasitəsi ilə daxil ola bilərsiniz. Eyni zamanda hər iki tipi istifadə etmək imkanı mövcud deyil. Əyər, Sizə öncədən SMS və istifadəçi adı vasitəsi ilə daxil olmaq imkanı verilibsə, ASAN imza ilə daxil olan zaman qeyd edilən xətanı alacaqsınız:
Authentication method is not assigned.
Siz istədiyiniz vaxt ASAN imza ilə girişi SMS girişinə dəyişə bilərsiniz və bunun üçün Müştəri Xidmətlərinə müraciət etmək lazımdır.
İstifadəçi adı və parol daxil edilməsi ilə problemlər
Müştəri:
“User authentification failed” yazısı çıxarsa, bu zaman problem nə ola bilər:
• Müştəri parol və ya istifadəçi adını kopyalayan zaman oraya boşluq (yəni probel işarəsi) düşür
• Müştəri köhnə parolunu daxil edir
• Müştəri log-in hissəsindən Korporativ deyil, Fiziki müştəri girişini seçibdir.
• İstifadəçi adını mütləq böyük hərflərlə (Caps Lock) daxil etmək lazmıdır
• İstifadəçi adının əvvəlində və sonunda boşluq buraxmaq olmaz
• Həm korporativ həm də fiziki istifadəçi adı olanlar, fiziki istifadəçi adının sonuna mütləq 2 rəqəmini əlavə etməlidir. (Misal: korporativ- AKHUNDOVZM; fiziki – AKHUNDOVZM2)
• Müştəri istifadəçi adını daxil edərkən AZE şriftdən istifadə edir. Yalnız ingilis dili şrifti qəbul ediləndir.
Hesabım bloka düşüb
Bu zaman Call center müraciət edilməlidir. Call center istifadəçini blokdan azad edə bilər.
Parolu unutmuşam
Bu zaman Call center müraciət etmək lazımdır. Call Center parolu yeniləyəcəkdir, və yeni parol SMS vasitəsilə mobil telefona göndəriləcəkdir.
Sistem işlədiyim yerdə məni atır, gərək yenidən daxil olum
Bankın təhlükəsizlik qaydalarına uyğun olaraq Qeyri aktiv sessiyanın müddəti 30 dəqiqə, aktiv sessiyanın müddəti isə 60 dəqiqə kimi təyin olunub. Bu o deməkdir ki, istifadəçi 30 dəqiqədən artıq sistemdən istifadə etməsə, avtomatik olaraq səhifə bağlanacaq. İstifadə etdiyi halda belə hər 60 dəqiqədən bir sistem bağlanır və yenidən sistemə daxil olmaq tələb olunur.
İnternet Bank daxil olduqdan sonra yalniz Hesablar və Ayarlar hissəsini görürəm. Problem nədir?
Yeni sistemə keçid vaxtı sizin hüquqlarınızın keçidi ilə çətinliklər yaranmışdır. Bu xətanı gördüyünüz zaman Call Center ilə əlaqə yaratmaq lazımdır. Çağrı mərkəzi müvafiq struktur ilə əlaqə yaradaraq Sizin hesabınızın təqdim etdiyiniz ərizəyə uyğun olaraq sazlanmasını təmin edəcəkdir.
Mənim kart hesablarım məlumatı çıxmır, səbəbi nədir?
Sizin əgər kart hesablarınız çıxmırsa, demək ki, kart hesabları internet bank sistemində görünüş və əməliyyat üçün sazlanmayıb. Əgər bu yeni kart hesabıdırsa onu İB hesabınıza qoşmaq üçün ərizə ilə müraciət etməlisiniz. Öncədən bununla bağlı müraciət etmisinizsə, çağrı mərkəzini bununla bağlı məlutmatlandırın. Yeni ərizə ilə müraciət etməyinizə ehtiyac yoxdur və Çağrı mərkəzi köhnə müraciətinizə əsasən kart hesablarınızın İnternet Bank səhifəsinə qoşulması üçün müvafiq struktura müraciət edəcəkdir.
Mən köhnə sistemdə yaratdığım müəyyən edilmiş ödənişləri görmürəm
Köhnə sistemdə yaradılan müəyyən edilmiş şablonlar (ödənişlər) sistemə şablon kimi deyil, benefisiarlar kimi çıxır. Benefisiar adı xanasının yanındakı lupa işarəsindən istifadə edərək köhnə şablonlarınızı axtarışa verə bilərsiniz. Bu barədə ətraflı məlumat əlavə edilmiş PDF fileda göstərilmişdir.
Yeni yaradılmış şablonları görmürəm
Yeni şablon yaradılan zaman iki seçim imkanı vardır: Özəl; Hər kəsə.
Yeni yaradılan şablonu görməməyinizin səbəbi, şablonu yaradan əməkdaşın Özəl seçimi edərək yadda saxlamasıdır. Bir şirkətdə çalışan bütün əməkdaşların şablonu görməsini istəyirsinizsə Hər kəsə seçimini etmək mütləqdir.
Şablon axtarışında İstifadəçinin İstinad № filtr-i nədir?
Yeni şablon yaradılan zaman həmin şablona ad verilir. Axtarış zamanı isə qeyd edilən adı İstifadəçinin İstinad № xanasına qeyd edərək axtarışa vermək olar.
Nə üçün mənim yaratdığım şablonların bəzilərində bank haqqında məlumat çıxmır?
Əgər (xüsusilə beynəlxalq ödənişlərdə) Bankın SWIFT kodu barəsində tam məlumat çıxmırsa, siz bank məlumatlar hissəsində zoom(lupa) işarəsinə basaraq yenidən həmin bank kodunu seçməlisiniz.
Axtardığınız bank kodu bir-neçə dəfə çıxarsa, bu zaman həmin SWIFT kodu sonuna XXX yazaraq yenidən axtarışı edib onu seçin.
Mən bir neçə şirkətdə mühasibəm və hesablar çox olduğundan çətinlik çəkirəm
İstifadəçi Hesab Haqqında məlumat bölməsinə daxil olaraq hesab nömrəsinin yanındakı qələm düyməsinə tıklayaraq, hesaba istənilən adı təyin edə bilər. Bu istifadəçiya hesabları daha rahat idarə etməyə kömək edəcək.
Nə üçün yaratdığım büdcə ödənişləri keçmir?
Nəzərə alın ki, əgər büdcə və vergi ödənişlərini etmək istəyirsinizsə, bu zaman Ölkə daxili deyil, büdcə ödənişlərini seçməyiniz lazmıdır. Belə ki, həmin hissə vasitəsilə siz büdcə klassifikasiya kodu və büdcə səviyyə kodunu yığmalısınız.
Yalnız ƏDV ödənişləri zamanı (klassifikasiya və büdcə koduna ehtiyac yoxdursa) Ölkədaxili ödənişləri seçə bilərsiniz.
Vergi/büdcə ödənişi etmək istəyirəm, amma İB sisteminin təqdim etdiyi rekvizitlər məndə olan rekvizitlərə uyğun deyil
Ehtimal ola bilər ki, Vergilər Nazirliyi rekvizitlərində dəyişiklik edib, sistemdə isə dəyişikliklər tətbiq edilməyib. Vergi/büdcə hesabını qeyd edən zaman avtomatik gələn Benefisiarın adı, VÖEN-i və bank kodu, manual olaraq (əl ilə) dəyişdirilə bilər. Rekvizitlərdə uyğunsuzluq varsa həmin ödəniş məlumatlarını əlinizdə olan rekvizitlərə uyğun tamamlamanız, Məlumat mərkəzinə (Call center) isə bununla bağlı məlumat verməyiniz xahiş olunur.
Ölkədaxili ödənişlərdə valyuta hesablarım çıxmır
Hal-hazırda internet bank xidməti daxilində, qanunvericiliyin tələbləri üzrə ölkədaxili ödənişlərdə bir hesabdan digərinə qeyri AZN valyutası köçürmək imkanı yoxdur.
Siz yalnız “Öz hesablarım arasında ödəniş” bölümü vasitəsilə iki qeyri-AZN hesabları arasında ödəniş edə bilərsiniz.
Ətraflı məlumat üçün müştəri menecerinə müraciət etməyiniz xahiş olunur.
Mən Beynəlxalq ödəniş etdikdən sonra onun SWİFT çıxarışını haradan ala bilərəm?
Həyata keçirdiyiniz beynəlxalq ödəniş imzalandıqdan sonra və bank tərəfdən icra olunduqdan sonra, siz onun swift formasını: Hesablar – Hesablardan çıxarış bölümündən Təsdiq edilmiş ödənişin qeydiyyat nomrəsinin (reference number) üzərinə sıxaraq yükləyə və görə bilərsiniz.
Mən internet bank vasitəsilə beynəlxalq ödənişlərdə nə zaman RUBL istifadə edə bilərəm?
Bu funksional hal hazırda hazırlanmaqdadır. İstifadəyə hazır olduğu anda müştərilər bununla bağlı məlumatlandırılacaqlar.
Şablon yaradan zaman xəta alıram
Şablon yaradan zaman aşağıda qeyd olunan xətaları almaq mümkündür:
1. Düzgün olmayan Şablona giriş növü xətası şablon növünü seçmədiyiniz zaman gələ bilər. Şablon kimi yadda saxlamadan öncə, şablonun hər kəsə (şirkətin bütün əməkdaşları görə bilər) və ya özəl (yalnız yaradan görə bilər) olaraq yaddaşda saxlanmasını seçmək lazımdır.
2. Artıq mövcud olan şablon adından bir daha istifadə etmək istədikdə aşağıdakı mesaj çıxır. Sadəcə şablon adını dəyişməklə əməliyyatı icra etmək mümkündür.
3. Əməliyyatın həyata keçiriləcəyi hesabı seçmədikdə, mənbə hesabını seç mesajı çıxır. Bunun üçün Ödəniş hesabını siyahıdan seçmək lazımdır.
Şablon yaratmışam, bir dəfə icra etmişəm amma indi həmin şablonu görmürəm
Səbəb ödənişi şablon kimi yox, Qaralama kimi yadda saxlamağınızdır. Şablonlara baxış bölməsində, yaratdığınız ödənişin şablon və ya qaralama kimi saxladığınızı görə bilərsiniz. Qaralama kimi saxladığınız əməliyyatlar bir dəfəlikdir, və icra olunduqdan sonra şablonlar bölməsindən itir.
Əməliyyatı yadda saxlayan zaman, onu şablon kimi əlavə etmək düyməsinə basaraq yadda saxladığınıza əmin olun.
Əməliyyat gününün sonu (cut-off) əməliyyat həyata keçirsəm nə olar?
Əməliyyat günün sonu icra edilmiş əməliyyatlar növbəti iş gününün tarixi ilə icra olunacaq. Belə ki, Cümə günü saat 18:00 –da həyata keçirilmiş əməliyyat, Bazar ertəsi icra ediləcəkdir. Bu əməliyyat bankın daxili sisteminə düşür və istifadəçinin əlavə bir əməliyyat etməsinə ehtiyac yoxdur.
MFO (Bank kodu) kodunu manual (əl ilə) daxil edə bilmirəm, nə üçün?
Azərbaycanda mövcud olan bütün Bank kodları sistemdə mövcud olduğundan, həmin kodu siyahıdan seçmək lazımdır. Bu Bankdın adında və ya kodunda yol verilə biləcək texniki xətaları da aradan qaldırır.
Benefisiar Bank rekvizitləri bölməsində Bank kodu xanasının üzərində Axtar ( ) düyməsini sıxaraq axtarış meyarlarına uyğun olaraq Bank məlumatlarını avtomatik seçmək mümkündür.
Axtarış meyarlarından Bankın kodu, adı və ya SWIFT kod məlumatlarından birini dolduraraq axtarış etmək və uyğun bank məlumatını tapdıqda Bankı seç düyməsini sıxmaq kifayətdir.
SWIFT çıxarışlarını hardan ala bilərəm?
İstənilən əməliyyatın (Ölkəxarici ödənişlər daxil olmaqla) ödəniş tapşırığını Hesablar -> Hesabdan çıxarış bölməsindən, vaxt aralığını və Ödəniş hesabını seçərək axtarışa verə bilərsiniz. Bu zaman, Ödənişlə bağlı məlumatın Əməliyyat Nömrəsi-ə sıxaraq Ödəniş tapşırığını yükləmək və çap etmək mümkündür.
İnternet Bankda Ölkəxarici ödənişlər SWIFT formatında deyil, bunu hardan ala bilərəm?
MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.
Müxbir bank məlumatlarını mütləq doldurmalıyam?
Müxbir Bank haqqında məlumatların doldurulması məcburi deyil. SWIFT ödənişləri üçün tələb olunan əsas bölmələr, Benefisiar haqqında məlumatlar, Alan müştərinin bank rekvizitləri, Ödəniş təyinatı və Digər məlumatlar bölmələridir.
Ödəniş yaradan zaman komissiyanı hardan görə bilərəm?
Ödənişlə bağlı komissiyanı bütün məlumatları daxil etdikdən sonra və Təqdim et düyməsini sıxdıqda, Təsdiq etmə mərhələsindən öncə ödənişin komissiya məbləğini və digər məlumatları görmək mümkündür. Qeyd edilən məlumatlarda çatışmazlıq olduqda Geri düyməsini sıxaraq yığılmış ödənişi redaktə etmək və ya Təsdiq et düyməsini sıxaraq ödənişi icra etmək mümkündür.
Ödəniş edirəm, müdürün təsdiqi olmadan keçir
Bunun səbəbi imza hüquqlarında məlumatların səhv qeyd edilməsidir. Belə bir hal baş verdikdə Əlaqə mərkəzinə (Call center) müraciət etməyiniz xahiş olunur. Müraciət zamanı hansı istifadəçinin əməliyyatı yaratmalı, hansı istifadıçilərin isə əməliyyatı imzalamalı olduğunu qeyd etməlisiniz.
Mən valyuta mübadilə kurslarını əməliyyat edərkən görmürəm!
Valyuta mübadiləsi əməliyyat etdiyiniz zaman kurslar barəsində məlumatı Paralel olaraq Ayarlar bölümü Mübadilə məzənnəsinə dair sorğu hissəsindən açıb baxa bilərsiniz.
Valyuta mübadiləsi əməliyyatı üzrə komissiyanı hesablaya bilmirəm, bunu haradan görüm?
Bütün ödənişlərdə olduğu kimi, valyuta ödənişləri üzrə də komissiyanı əməliyyatı yaradıb son olaraq təsdiq etməmişdən öncə görə bilərsiniz. Bunun üçün valyuta mübadiləsi əməliyyatına aid bütün məlumat xanalarını doldurub İcra etmək düyməsini sıxmaq kifayətdir.
Valyuta mübadiləsi üzrə limitlər mövcuddurmu?
Valyuta mübadiləsi əməliyyatlarında limit mövcud deyil. Müştərilər istənilən həcmdə valyuta alqı-satqısı həyata keçirə bilərlər.
İndividual kursla valyuta mübadiləsini necə icra edə bilərəm?
Bunun üçün müştərinin sorğusu əsasında Xəzinədarlıqdan təsdiq almaq lazımdır. Xəzinədarlıq hər hansı bir şirkətə xüsusi kursla valyuta alışı/satışı həyata keçirməyə icazə verdikdə, həmin şirkət üçün bu funksiya aktivləşdiriləcəkdir.
Müştəri hər dəfə xüsusi kursu müştəri meneceri ilə əlaqə yaradaraq ala bilər. Hər yeni individual kurs müştəriyə təqdim edildikdə, O, Valyuta mübadiləsi səhifəsində İndividual kurs seçimi edir və manual olaraq ona təqdim olunmuş kursu xanada qeyd edir.
Əməliyyat icra olunduqdan sonra Bakın sisteminə düşür və xanada qeyd olunan kurs Xəzinədarlığın təqdim etdiyi kursa uyğun olursa, əməliyyat uğurla həyata keçirilir.
Bütün xanaları doldurmuşam amma yenə xəta alıram
Xahiş edirik yalnız ödəniş hesabının məbləğini və ya təyinat hesabının məbləğini qeyd edəsiniz – qeyd edilən xətanı alırsınızsa, demək ki həm Satılacaq Valyuta məbləği həm də Alınacaq Valyuta məbləği xanalarını doldurmusunuz. Bu xanalardan yalnız biri doldurulmalıdır, çünki Alınacaq/Satılacaq məbləğ Bankın kursuna əsasən sistem tərəfindən hesablanır. Misal: 1000 USD satmaq istədiyiniz halda, Satılacaq Valyuta məbləği xanasına 1000 yazır, Alınacaq Valyuta məbləği xanasını isə boş buraxırsınız.
Təqdim et düyməsinə sıxdıqda isə Bankın həmin günə olan satış kursuna əsasən alacağınız AZN (və ya digər valyuta) ekvivalentini görəcəksiniz.
Mən öz hesabdan çıxarışım barəsində məlumatı görmürəm!
Əgər siz hesabdan çıxarış edərək orada heç bir məlumat görmürsünüzsə, bu o deməkdir ki, həmin hesab üzrə 05.01.2017 tarixdən etibarən heç bir əməliyyat olmamışdır. Məlumat verək ki, 05.01.2017 dan əvvəlki tarixə olan çıxarışlar sistemdə öz əksini tapmırlar və öncəki tarixə çıxarışları filialın müştəri xidmətləri təqdim edə bilərlər.
İnternet bankda olan çıxarışlar barəsində məlumat mənim tam ehtiyaclarımı qane etmir
Bildirmək istərdik ki, internet bank daxilində olan hesabdan çıxarış forması sizin cari gün ərzində olan hesabdaxili hərəkətləri göstərmək üçün istidadə edilməlidir. Biz bu məlumatları 24 saatlıq müddət daxilində istifadə etməyi, daha dolğun əməliyyat məlumatlarına isə növbəti gün hesabınız barəsində sizə elektron məktub formasında gələn çıxarışdan almağı tövsiyə edirik.
Mən POS terminallar barəsində məlumatları daha detallı görmək istəyirəm
Siz Hesablar –> Hesablardan çıxarış bölməsi vasitəsilə daxil olduqda POS terminal hesabları önündə (POS) yazısı olur və onu seçərək Detallı çıxarış bölümünü qeyd edirsiniz və həmin müddət üçün çıxarışı Excel və ya PDF kimi yaddaşa yükləyərək baxırsınız. Burada hər bir POSdan keçən tranzaksiyalar üzrə məlumatlar qeyd edilir. Burada həm ümumi məbləğ, həm də komissiya məbləği göstərilir.
Bəs Kart əməliyyatlarım barəsində məlumatı necə görə bilərəm?
Kartlarınızla bağlı çıxarışları Hesablar -> Hesab üzrə çıxarış bölməsindən ala bilərsiniz. Bu zaman Təsvir sütununda korporativ kartdan hansı ödənişi etdiyinizlə bağlı detallı məlumat ala bilərsiniz.
Çıxarışlarda komissiyanı harda görə bilərəm?
Çıxarışları almaq üçün hesabı və tarixi seçərək axtarış verdikdə, sistem əməliyyatın məbləğini və ondan sonrakı sütunda tutulmuş komissiyanı göstərir.
Ödəniş tapşırığı almaq üçün əməliyyat nömrəsinin üzərinə tıkladıqda, əməliyyatlar Ölkədaxili, Valyuta mübadiləsi və Vergi ödənişidirsə Ödəniş tapşırığının içərisində komissiya məbləğini görə bilərsiniz. Əməliyyat SWIFT əməliyyatıdırsa komissiya malumatı Ödəniş tapşırığında qeyd edilməyəcək. SWIFT əməliyyatlarında komissiyanı, hesab üzrə çıxarış məlumatları arasında görə bilərsiniz.
Yaratdığım ödənişin vəziyyətini necə izləyə bilərəm?
Hər bir ödəniş yarandıqdan sonra:
– Əsas Paneldə “Son əməliyyatlar” hissəsində – yalnız son 5 əməliyyatı görmək olur.
– Eləcə də Əməliyyatlar bölümündə Başlanmış əməliyyatlar və Əməliyyatlara baxış hissəsində qeyd edilir.
Ödənişin üzərinə basıb detallarını izləyəndə onun son statusu barəsində məlumat çıxır:
• Yaradılmış – ödəniş onu yaradan tərəfindən tərtib edilibdir, lakin hələ heç kim onu təsdiq etməyibdir və əməliyyat icra edilməyib.
• İcazə verilmişdir – ödənişi təsdiqləyən tərəf ona icazə vermişdir.
• Qəbul edilmişdir – ödəniş artıq internet bank vasitəsilə bütün təsdiqləri keçmişdir və bank onu icra etməyə qəbul etmişdir.
• Əməliyyat gedir – təsdiqlənmiş ödəniş hal-hazırda bank tərəfdən işlənilir
• Səlahiyyət verilmiş şəxs tərəfindən rədd edilmişdir – Yəni təsdiq sahibi olan şəxs ödənişdən imtina edib
• Rədd edilmişdir – ödəniş hansısa səbəbdən bank tərəfindən rədd edilmişdir. (Səbəbi əməliyyatın istinad nömrəsinin üzərinə basaraq görmək mümkündür.)
• Yarım-Səlahiyyətli – yaradılmış ödənişi bir-neçə istifadəçi təsdiq etməlidirsə və onların hər biri hələ də əməliyyatı təsdiqləmədiyi zaman bu status çıxır.
• Tamamlanmış – ödəniş tam təsdiqlənib və bank sistemi vasitəsilə emal edilərək icra olunubdur.
Əməliyyatlara baxış hissəsində isə tam olaraq sizin şirkətiniz daxilində olan ödənişləri izləyə bilər və statusları görə bilərsiniz (yəni burada siz yaratmayan ödənişlər də var).
Mənim imza hüququm var, əməliyyatları hardan imzalamalıyam?
Əyər əməliyyat icra olunubsa imzalayan şəxslər həmin əməliyyatı əsas səhifədə olan Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən və Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan görə bilərlər.
Əməliyyatlar bölməsindən imzaya gələn əməliyyatları bir-bir, və ya 100-ə qədərini bir imza ilə təsdiqləmək mümkündür. Təsdiqin gözləyən əməliyyatlar pəncərəsindən isə yalnız bir-bir təsdiqləmək imkanı var.
Əgər ödənişi səhv yaratsam onu silə bilərəm?
Ödənişi yaratdıqdan sonra əgər istəyirsinizsə onu silə bilərsiniz. Lakin o internet bankdan tam olaraq silinməyəcək və silinmiş statusda göstəriləcəkdir. Bu ödənişi təsdiq edən deyil, yalnız siz görəcəksiniz.
Xətalı və rədd edilmiş əməliyyatları silə bilərəm?
Bu funksiya hal hazırda hazırlanma mərhələsindədir. Rədd edilmiş və Xətalı statusunda olan əməliyyatların silinməsin qısa zamanda təmin edəcəyik.
Hesabımda balans olduğunu görürəm amma əməliyyatlarım keçmir?
Əsas səhifədə Hesab haqqında məlumat bölməsində gördüyünüz balans Sizin Cari Balansınızdır.
Yaşıl ilə qeyd olunmuş hesabın üzərinə basdıqda Siz hesabdakı balansınızla bağlı daha detallı məlumat ala bilərsiniz. Belə ki, Cari Balans və Mövcud Cari balans -nız biri birindən fərqlənə bilər. Ola bilsin ki, Sizin hesabınıza mədaxil olunub, amma həmin məbləğ hələ əməliyyat tərəfindən təsdiqlənmədiyindən ondan istifadə edə bilmirsiniz. Bu zaman Sizin Cari Balansınızdakı məbləğ həmin mədaxil məbləğini də nəzərə alır, hal bu ki, Mövcud Cari Balansınızda həmin məbləğ istifadəyə verilməyib. Bu səbəbdən, əməliyyat etməmişdən öncə Mövcud Cari Balansınızı yoxlamağınız məsləhət görülür.
Ödənişlərin imzalanma mexanizmi necədir?
Ödənişi imzalamaq üçün bu qayda nəzərə alınmalıdır:
– Əgər istifadəçi hər hansı İmza hüquqlarından birindədirsə və ondan başqa imzalayan varsa, bu zaman o özünün yaratdığı ödənişləri təsdiqləyə bilməz
– İstifadəçi şirkətə aid olan hesablarda imzalayandırsa, onun səlahiyyəti hər yerdə eyni cür olmalıdır. Yəni 11111 hesabında 1ci imza, 22222 hesabında 2ci imza ola bilməz. Hər zaman eyni imza olmalıdır.
Əgər bu qayda pozulursa və müştəri həm yaradan siyahısında, həm də təsdiqləyən siyahısında olarsa, bu zaman ödəniş Yarım-səlahiyyətli statusa düşür. Belə bir hal baş verdikdə, Çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur. Müraciətdə yaşadığınız çətinliyi və Sizə uyğun hüquqların hansı formada olmasını qeyd etsəniz, bir iş günü ərzində hüquqlarla bağlı müraciətiniz cavablandırılacaq.
Önəmlə rica edirik ki, külli miqdarda ödəniş etməmişdən əvvəl bir ödənişi edib onu imzalama prosesindən keçirəsiniz və imzalanmasında əmin olasınız. Əmin olduqdan sonra digərlərini yaradasınız.
Unutmayaq ki, əgər ödəniş yarım-səlahiyyətli statusuna düşübsə və şirkətdə imza hüququ olan bütün şəxslər əməliyyatı imzalayıbsa, imza səlahiyyətlərini dəyişsən belə həmin ödənişi imzalamaq mümkün olmayacaqdır. Hüquqlar sistemdə yeniləndikdən sonra isə, yeni hüquqlar yalnız yeni yaradılmış əməliyyatlara tətbiq olunacaqdır.
Yeni ödəniş yaratmışıq amma rəhbərimiz imzalamaq üçün görnmür?
Əgər rəhbər şəxs əməliyyatları Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən imzalayırsa o zaman yeni yaradılmış əməliyyatı imzalanacaqların siyahısında gömrək üçün Yenilə ( ) düyməsini sıxmaq lazımdır. Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma imzalanacaqlar siyahısında həmin əməliyyatı görmürsə Əməliyyatlar bölməsində Başlanmış əməliyyatlar-dan ödənişin hansı statusda olmasını yoxlamaq lazımdır. Ehtimal var ki, əməliyyatı yaradan sonradan əməliyyatı silib.
Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma heç bir əməliyyat görmürsə, o zaman Müştəri xidmətlərinə müraciət edib, bunu bildirmək lazımdır. Ehtimal var ki, sizin istifadəçi əməliyyatları təsdiqləmək üçün sazlanmayıb.
Yarım-səlahiyyətli ödənişləri necə silə bilərəm?
Yuxarıda göstərilən tip ödənişləri silmək mümkün deyil. Onlar 30 günün tamamında vaxtı keçmiş ödənişlər formasında sistemdə silinəcəklər. Ümumiyyətlə isə ödənişlərin silinməsi funksiyası qısa zamanda istifadəyə veriləcəkdir.
İmza hüququ olan şəxs yaradanın əməliyyatı üzərində dəyişiklik edə bilər?
Əməliyyat yalnız onu yaradan tərəfdən dəyişdirilə bilər. İmza hüququ olan şəxs ona imzaya gəlmiş əməliyyat Rədd edə bilər, İmzalaya bilər və ya Dəyişmək üçün geri göndərə bilər. Heç bir halda imzalayan şəxs əməliyyatın üzərində dəyişiklik edə bilməz, və yalnız Dəyişmək üçün geri göndər əməliyyatını icra edərək Qeyd xanasında qeydlərini apararaq ödənişi yaradan şəxsə geri göndərə bilər. Geri gəlmiş ödənişdə yaradan şəxs müvafiq dəyişiklikləri edərək, ödənişi yenidən imzaya göndərə bilər.
Mümkündür mü müvafiq məbləğə qədər olan ödənişlər imzasız, həmin məbləğdən artıq ödənişlər isə rəhbər şəxslərin imzası ilə keçsin?
Bəli mümkündür. Sistem imkan verir ki, Misal üçün yaradan şəxs 2000 AZN ekvivalenti bütün əməliyyatları rəhbərlərin imzası olmadan keçirsin, 2000 AZN ekvivalentindən artıq olan əməliyyatları isə mütləq digər bir imza hüququ olan şəxs təsdiqləsin.
Kütləvi ödəniş və əmək haqqı faylı yükləmək istəyirəm amma belə bir menyu görmürəm.
Kütləvi ödəniş və əmək haqqı faylları yükləmək üçün istifadəçilərə hüquqlar verilməlidir. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş menyusuna daxil oluram amma BTİD not mapped xətası alıram.
Bu xəta o zaman meydana gəlir ki, Kütləvi ödəniş menyusu aktivləşdirilib amma digər hüquqlar (hesablara qoşmaq, əməliyyat hüququ vermək, kütləvi faylın şirkətə qoşulması) sazlanmayıb. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Əmək haqqı faylı yükləmək üçün menyuya daxil oluram, amma xəta alıram
Ehtimal var ki, əmək haqqı menyusu aktivləşdirilməsinə baxmayaraq, bu əməliyyatı həyata keçirmək üçün heç bir AZN hesabı qoşulmayıb.
Digər bir ehtimal, ümumiyyətlə hüquqların verilməməsidir. Hər iki halda Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş vasitəsi ilə hansı ödənişləri edə bilərəm?
Kütləvi ödəniş faylında Öz hesablarınız arasında, Bankdaxili, Ölkədaxili, Vergi və büdcə, Ölkəxarici ödənişləri etmək mümkündür. Bir kütləvi ödəniş faylında bütün qeyd edilən ödənişləri yığmaq və bir imza ilə əməliyyatı həyata keçirmək imkanı var.
Əmək haqqı faylını yükləmişəm amma faylın həcmi ilə bağlı xəta alıram
Əmək haqqı faylı və Kütləvi ödəniş faylları txt. (Notepad) və ya csv. Formatlarında olmalıdır. Digər bir formatda fayl yüklədikdə (word, excel və s.) aşağıda qeyd edilən xətanı almaq mümkündür. Xahiş olunur faylın formatında düzəliş edərək faylı bir daha yükləyin.
Kütləvi ödəniş faylı yükləmişəm, əməliyyatların bəzisi keçib bəzisi keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın istinad nömrəsinin üzərinə sonra isə Qeydin istinad nömrəsinə tıklamaqla) keçən və keçməyən əməliyyatların statusuna və səbəblərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş faylı yükləmişəm amma əməliyyatlar keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş və əmək haqqı faylında köhnə İBAN formatına uyğun hesablardan istifadə etmək olar?
Internet Bank yalnız Paşa Bankın yeni IBAN formatlı hesablarını qəbul edir. Köhnə hesablardan istifadə olunsa sistem xəta mesajı qaytaracaq.
Əmək haqqı ödənişini Ölkədaxili ödənişlərdən edə bilərəm?
Əmək-haqqı ödənişləri yalnız Əmək haqqı menyusundan csv. Və ya txt. Faylı yükləmək yolu ilə həyata keçirilə bilər. Digər Ödəniş menyularından istifadə etməklə əmək haqqı əməliyyatını həyata keçirmək mümkün deyil.
Yüklədiyim əmək haqqının detallarını hardan görə bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının detallarına Əmək-haqqı faylına baxış menyusundan həyata keçirə bilərsiniz. Bu zaman əmək-haqqı faylın nömrəsinin üzərinə tıklayaraq yüklədiyinizin faylın detallarını görə və çap edə bilərsiniz.
Bir əmək haqqı faylına neçə işçinin əmək haqqı ödənişini daxil edə bilərəm?
Bir əmək haqqı faylına maksimum 500 işçinin əmək haqqı ödənişini daxil edə bilərsiniz.
Əgər əmək haqqı ödəmək istədiyiniz işçilərin sayı 500-dən artıqdırsa hər birində 500 işçi olmaqla bir neçə fayl yaradaraq sistemə yükləməlisiniz.
Hansı Əmək haqqı tipləri var?
Əmək haqqı tipləri aşağıdakılardır:
EH – Əmək Haqqı
SHH – Son haqqı-hesab
AMH – Analıq Məzuniyyəti haqqı
AV – Avans ödənişi
BN – Bonus ödənişi
MKF – Mükafat
TQD- Təqaüd
MY – Maddi Yardım
DG – Digər
YŞH – Yaşayış haqqı
XH – Xəsarət haqqı
BP – Bayram pulu
EZM – Ezamiyyət
KMP – Kompensasiya
Əmək haqqı faylını yığarkən Azərbaycan hərflərindən istifadə edə bilərəm?
Əmək haqqı faylını yığdığınız zaman yalnız latın əlifbasının hərflərindən istifadə etməlisiniz.
Nümunə: CEYHUN MAMED OGLU KERIMOV,AZ17PAHA41010AZNFK0190000XXX,1500,31 yanvar odenishi, EH
Əmək haqqı faylını sistemə yüklədikdən sonra əməliyyatın statusuna haradan baxa bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının statusuna baxmaq üçün əsas menudan “Əmək Haqqı Ödənişləri” bölməsindən “Əmək Haqqı Yüklənməsinə Baxış” alt-bölümünü seçmək lazımdır.
Açılan pəncərədə Faylın Statusu, Əmək haqqı statusu və əlavə məlumatı almaq olar. Faylın statusu “Xəta” olduqda Məlumat hissəsində xətanın səbəbi yazılmış olacaq.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Daha ətraflı
Baş ofis ilə əlaqə
Yusif Məmmədəliyev küç. 13
Bakı, AZ1005, Azərbaycan
T: (+994 12) 496 50 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az
Valyuta Məzənnələri
19.05.2023
Nağd əməliyyatlar uzrə məzənnələr
| Alış | Satış | |
|---|---|---|
| USD | 1.6970 | 1.7020 |
| EUR | 1.8010 | 1.8650 |
| GBP | 2.0570 | 2.1600 |
| RUB | 0.0148 | 0.0218 |
| TRY | 0.0686 | 0.1012 |
Comments are closed, but trackbacks and pingbacks are open.