Press "Enter" to skip to content

Vergi nəzarəti və audit

Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.

Vergi nəzarəti

Aksizli mallar, eyni zamanda idxal olunan mallara vergi nəzarətini təşkil etmək üçün ilk növbədə onlar aksiz markası ilə markalanır. Vergi ödəyicisi aksizli mal istehsal etdiyi təqdirdə həmin malların istehsal olunduğu binalarda, saxlanıldığı anbarlarda postlar(nəzarət üçün qururlan), ölçü cihazları, plomblar qurulur. … Read More

2 Dec 2021

Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

by Muhasibat.Az | posted in: Vergi, Xəbər | 0
Read More9

Müəssisəmiz müxtəlif ərzaq və məişət mallarının satışı fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin iyun ayında Vergi orqanı tərəfindən Operativ vergi nəzarəti qaydasında mal-material uçotunun düzgünlüyünün yoxlaması keçirilmiş və yoxlama zamanı Vergi Məcəlləsinin 52.5-ci maddəsinə əsasən müəssisənin müxtəlif daxili sənədləri və … Read More

5 Oct 2021

Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?

by Muhasibat.Az | posted in: Xəbər | 3
Read More9

Təcrübədə ara-sıra görürük ki, əsas etibarilə ticarət və ictimai iaşə obyektlərinə, eləcə də bəzi xidmət obyetlərinə adi vətəndaş geyimində daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər. Bu hal sahibkarlar tərəfindən gözlənilməz və sevilməyən … Read More

19 Jul 2019

Vergi nəzarəti tədbirlərinə başlanılıb

by Muhasibat.Az | posted in: Xəbər | 0
Read More9

Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının … Read More

2 Jul 2019

Vergi münasibətləri üzrə vahid standartlar müəyyən edilib

by Muhasibat.Az | posted in: Vergi, Xəbər | 0
Read More9

İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları müəyyən edilib. Vergilər Nazirliyi “İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları”nı hazırlayıb. Sənəddə ayrı-ayrı fəaliyyət növləri üzrə vergi ödəyicilərinin uçotunun aparılması, vergidən azad olunan sahələrin dəqiqləşdirilməsi əksini tapıb. Vergi nəzarəti ilk … Read More

29 May 2019

Uçotda olmayan mallara görə vergilərin hesablanması

by Muhasibat.Az | posted in: Vergi, Xəbər | 0
Read More9

Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəaları iqtisadiyyatın şəffaflaşdırılması, uçot sisteminin dürüstləşdirilməsi, habelə sənədsiz mal və məhsulların qeydiyyatının stimullaşdırılması üçün geniş imkanlar yaradıb. Amma hələ də bəzi sahibkarlar bu dəyişikliklərin yaratdığı imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Rayonlardan birində məişət … Read More

5 Oct 2018

Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu

by Muhasibat.Az | posted in: Xəbər | 0
Read More9

Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu Vergi nəzarətini həyata keçirmək məqsədilə hər bir vergi ödəyicisinə respublika ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Hüquqi şəxslər … Read More

24 May 2018

Naxçıvanın vergi ödəyicilərində qanunvericiliyin pozulması faktları aşkarlanıb

by Muhasibat.Az | posted in: Vergi, Xəbər | 0
Read More9

Bu ilin 4 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda … Read More

15 Mar 2018

Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir

by Muhasibat.Az | posted in: Vergi, Xəbər | 0
Read More9

“Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir.” Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. “Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin … Read More

Vergi sistemi və onu formalaşdıran əsas elementlər

Vergi münasibətləri yenidən bölüşdürücü xarakterli olduğundan ictimai tərəqqi bu münasibətlərin inkişaf səviyyəsindən asılıdır.İtisadiyyatda bazar münasibətlərinin formalaşdırılması istiamətində islahatların həyata keçirilməsi səmərəli vergitutma sistemi yaratmadan mümkün deyildir.Vergi münasibətlərinin təkmilləşdirilməsi bütün dövlətlərin fəaliyyətlərinin ən vacib,eyni zamanda mürəkkəb sahələrindən hesab olunur.Sosial yönümlü bazar itisadiyyatlı bütün ölkələrdə vergi sistemi itisadyyatın tənzimlənməsində,büdcə gəlirlərinin formalaşmasında,qiymət artımının məhdudlaşdırılmasında,infilyasiyanın arşəsının alınmasında,dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir.Vergi sistemi təkrar istehsal prosesinin iştirakçılarının iqtisadi maralarını ifadə etməklə,onların tarazlığını və bununla da ictimai tərəqqini təmin edir.

Bütün bunlar vergi sisteminin nəzəri və praktiki məsələlərinin hərtərəfli araş-dırılmasının vacibliyi ön plana çəkilir.Optimal vergi sisteminin qurulması vergitutmanın metodoloji və metodiki əsaslarına yenidən baxılmasını tələb edir.

Vergilər yalnız priqnozlaşdırılmış büdcənin təmin edilməsi aləti deyil,həm də iq-tisadiyyatın inkişafının güclü stimuluna çevrilməlidirlər.Vergilər iqtisadi münasi-bətlərin təkmilləşməsinə,maraqların tarazlaşmasına,paritet əsaslarla mülkiyyətin

bütün formalarının inkişafına kömək etməlidir.

Vergi sistemi müəyyən edilmiş qaydada tutulan vergi,yığım,rüsum və digər ödənişlərin məcmusundan ibarətdir.

Hər bir dölətin vergi sistemini bilavasitə formalaşdıran əsas elementlər aşağıdakılardır:

-Vergi orqanları sistemi

-Vergi qanunvericiliyi sistemi

-Vergi siyasətinin prinsipləri

-Vergilərin büdcələr üzrə bölüşdürülməsi qaydası

-Vergi nəzarətinin forma və üsulları

-Vergi icraatının qaydaları və şərtləri

-Beynəlxalq ikiqat vergitutma probleminin həllinə yanaşma üsulları və.s.

İqtisadi göstəricilərə ilk növbədə vergi yükü aid edilir.Qeyd etməliyik ki,optimal şəkildə qurulmuş vergi sistemi,bir tərəfdən dölətin maliyə ehtiyatlarına olan təlabatını ödəməli,digər tərəfdən isə vergi ödəyicilərinin sahibkarliq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalıdır.Bu səbəbdən də vergi yükü göstəricisi ölkənin vergi sisteminin keyfiyyət ölçüsüdür.Elmi cəhətdən sübut edilmişdir ki,səmərəli vergi sistemi vergi ödəyicilərinin gəlirlərinin 30% dən çoxunun tutulmamasına imkan verilməməlidir.Bir sıra ölkələrin vergi sistemi,məsələn,İsveç,elə qurul-

muşdur ki,vergi ödəyicisi öz gəlirinin 50% dən çoxunu dövlət büdcəsinə ödəyir.

Lakin burada heç bir paradoks yoxdur,çünki əksər ölkələrdə vergi ödəyicilərinin öz

Gəlirləri hesabına həll etdikləri sosial-iqtisadi xarakterli məsələləri bu ölkələrdə dövlət öz hesabına hıll edir.Beleliklə maraqlar balansı gözlənilmiş olur.

Vergi sistemini xarakterizə edən göstəricilərdən biri də xarici və daxili ticarət-

dən əldə olunan vergi gəlirlərinin nisbətidir.Əsasən hazır məhsul ixrac edən yüksək inkişaf etmiş ölkələrdə ixrac rüsumları cüzidir,büdcəyə əsas daxilolmalar ölkədaxi-

li ticarətin vergiyə cəlb olması hesabına baş verir.İnkişaf səviyyəsi aşağı olan ölkələrdə isə ixrac olunan xammala gömrük rüsumları hesabına xarici iqtisadi fəaliyyətdən əldə olunan gəlirlərin payı yüksək olur. Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.Vergi-

lər dövlət tərəfindən birtərəfli qaydada, yəni ayrı-ayrılıqda götürülmüş hər bir vergi ödəyicisi ilə razılaşdırılmadan müəyyən edilir.Vergi ödəyicisindən hər hansı bir verginin tutulması üçün həmin vergi növü müəyyən edilməli və daxil olunmalıdır.

Verginin müəyyən edilməsi dedikdə,konkret vergi ödənişini müəyyən edən və döv-

lətin fəaliyyətdə olan vergi sistemində ona yer ayıran normativ aktın qəbul edilmə- si başa düşülür.Bu bir növ verginin hüuqi cəhətdən yaranması,qanunvericiliklə bə-yan edilməsi deməkdir.

Verginin daxil edilməsi-bu və ya digər verginin büdcəyə tutulması şərti,qayda-

sı və prosedurasını müəyyən edən müvafiq normativ aktın qəbul edilməsidir.

Vergi islahatları aparmaga sövq edən əsas amillər bunlardər:

-Vergi sisteminin səmərəliliyinin artırılması

-İqtisadi inkişafın artım sürətini zəiflədən vergi maneələrinin aradan qaldırılması

Pul vəsaitlərinin hərəkətinin axınını üzə çıxarmaq,ölkə daxilində bağlanan bütün kommersiya sövdələşmələrinə nəzarət etmək vergi orqanlarının iqtidarında deyil.

Dövlət vergi ödəyicilərinə nəzarətin səmərəliliyinin yüksəldilməsinin təmin edil-məsi üçün vergi ödəyicilərinin üzərinə bir sıra vəzifələr qoyur.Lakin müəyyən müddət keçdikdən sonra ayrı-ayrı ödəyiciləri arasında vergi yükünün qeyri-bərabər bölüşdürülməsi haqqında fikirlər formalaşmağa başlayır.Bu isə gəlirlərin gizlədil-məsi,vergidən yayınma hallarının artasına səbəb olur.Bütün bunlar isə dövləti yeni

vergi islahatları aparmağa sövq edir.İnkişaf etmiş ölkələrdə hər 5-7 ildən bir əsaslı vergi islahatları aparılır.Vergitutma nəzəriyyəsi vergi islahatları prinsiplərinin 2 qrupunu nəzərdə tutur.1 ci qrupa vergitutmanın klassik prinsipləri daxildir.2 ci qru-

pa isə ayrıca götürülmüş bir ölkədə vergi islahatları aparılan zaman həmin ölkənin spesefik xüsusiyyətlərini nəzərə alan prinsiplər daxildir.

Vergi islahatlarının aparılmasının əsas məqsədlərindən biri sahibkarların və dövlət maraqlarının maksimal tarazlığının təmin olunmasıdır.Sosial yönümlü bazar iqtisadiyyatı şəraitində vergi sistemində meydana çıxan vergi hüququ münasibətlərinin tənzimlənməsində mükəmməl normativ hüquqi bazanın olması mühüm rol oynayır.

Vergi sisteminin normativ-hüquqi bazası dedikdə,qanunların və bu qanunlara uyğun olaraq qəbul edilmiş normativ-hüquqi aktların məcmusu başa düşülür.Ölkə-nin vergi sisteminin normativ-hüquqi bazası ilk növbədə konstitutsiya hüququna,

Sonra isə mülki, inzibati,cinayət və maliyə hüquqlarına istinad etməlidir.

Vergi sisteminin normativ-hüquqi bazası aşağıdakı funksiyaları yerinə yetirməlidir:

-Vergilərin müəyyən edilməsi

-Vergilərin tutulması və ödənilməsi qaydalarının müəyyən edilməsi

-Vergi ödəyicilərinin və dövət vergi xidməti orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrinin müəyyən edilməsi

-Vergi qanunvericiliyin pozulmasına görə vergi məsuliyyəti tədbirlərinin və omların tədbiqi qaydalarının müəyyən edilməsi

  • Teqlər:
  • vergi sistemi
  • , verginin növləri

“Az Accounting Services” LLC Your Accounting Department

I MÖVZU. AUDİTİN MAHİYYƏTİ, ƏHƏMİYYƏTİ VƏ TƏŞKİLİ Leave a comment

1.1. Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri

1.2. Azərbaycanda auditin yaranması və inkişafı

1.3. Auditin formaları

1.4. Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınması

ƏLAVƏ ƏDƏBİYYAT

  1. 1.V.Novruzov. «Azərbaycanda audit sisteminin islahatı konsepsiyası», «Maliyyə və uçot» jurnalı ,№ 3-4, 2000
  2. 2.İ.Abbasov «Auditin nəzəri məsələləri», Bakı Biznes Universiteti, 1997
  3. 3.Ə.Daşdəmirov «Bazar iqtisadiyyatı şəraitində müstəqil maliyyə nəzarəti kimi auditin rolu», «Maliyyə və uçot» jurnalı, № 5-6, 1999

1.1. Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri

Auditor ixtisasının bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət edirdilər.

Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu da latinca «dinləyici» mənasını ifadə edir.

Amerikada auditor yoxlaması formasında ilk əməliyyat 1631-ci lidə Hollandiyadan ABŞ-ın Plimuta, Massaqusets ştatına mühasib göndərilmiş və ödənilməmiş borcların vəziyyəti yoxlanılmışdır, Lakin auditin qanunvericilik vətəni Böyük Britaniya hesab olunur ki, 1844-cü ildə şirkətlər haqqında bir sira qanunlar qəbul olunmuşdur. Həmin qanunlara görə şirkətlər ildə bir dəfədən az olmayaraq xüsusi mütəxəssislər – dəvət etməklə mühasibat əməliyyatlari üzrə yoxlamalar təşkil etməlı və onun nəticələrini xüsusi hesabatla səhmdarların yığıncağında müzakirə etməli idilər.

Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, təsərrüfatdaxili iqtisadi nəzarət yeni idaretmə sistemində mühüm vasitələrdən hesab olunur. Tarixi baxımdan iqtisadı əməliyyatların aparılmasında idarə etmədə nəzarətin böyük roluna həmişə diqqət verilmişdir. Tarixçilərin təsdiq etdiyinə görə insanlar hesabatın müxtəlif formaları ilə 6000 il bundan əvvəl tanış olmuşlar,

Bir sıra fundamental iqtisadi proseslərin həllində uçot və iqtisadi nəza­rə­tin vacibliyi orta əsr alimləri tərəfindən qeyd olunmuşdur. Hətta belə fikirlərdə Platonun və Aristotelin adları çəkılır. O vaxtlar uçot və iqtisadi nəzarət haqqında müəyyən fikirlər olmasına baxmayaraq az yazılar dərc olunmuşdur.

Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olun­muşdur. İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir.

Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, 24 mart 1324-cü ildə İngil­tə­rənin Kralı II Eduard özünün xüsusi fərmanı ilə üç şəxsi dövlət auditoru tə­yin etmişdir. Düzdür, o vaxtlar həmin şəxslər hazırda bizım düşündüyümüz au­ditor keyfiyyətinə malik olmamışlar. Lakin elan olunmuş Kral fərmanından müəyyən olunur ki, həmin şəxslər auditor vəzifələrini icra etmişlər.

Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan ge­niş istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı ol­ma­ya­raq, istər müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid ol­sun, istərsə də dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, on­dan istifadə olunması ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öy­rə­ni­lə bilir, fəaliyyətin daha da inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir.

Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən artıq inkişaf tarixi vardır.

Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üz­rə transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə im­kan vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymət­lən­dirılır. Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 6,5 milyon ABŞ dolları həcmində olmuşdur.

Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əs­rin ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fran­sa­da və 1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir.

Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəza­rət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır.

Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların mü­əy­yən etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şir­kətin illik mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kə­nar şəxsləri tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxla­ma­sından keçməyən mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.

Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli audito­run iqtisadi subyekt ilə bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müs­təqilliyini tə’min etmə xarakterinə malik olan şəxs olmalıdır.

Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haq­qında» Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azər­­baycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistem­lə­ri­nin, auditorların mənafelərini müdafiə edən, sərbəst auditorların və auditor­lar təşkilatlarının fəaliyyətinə nəzarət edən müstəqil maliyyə orqanıdır.

Auditorlar Palatası haqqında qanunda deyildiyi kimi, «Audit əmtəə isıeh­sa­lı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə mü­ha­sibat uçotunun dəqiq və dürüst aparılmasının mühasibat və maliyyə he­sa­bat­larının müstəqil yoxlanılmasıdır». Audit xidməti sahibkarlıq fəəliyyəti ol­maq­la, sifarişçiyə xidmət göstərilməsi, sifarişçinin maliyyə vəziyyətinin yaxşı­laş­dırilması vəzifələrini yerinə yetirir.

Audit fəaliyyətinin həyata keçirilməsi və təkmilləşdirilməsi sahəsində ke­çən dövr ərzində müəyyən işlər görülmüşdür. 1999-cu ilin iyun ayında res­pub­­li­kamızda ABŞ-ın Daxili Auditorlar Institutunun «Audit-Azərbaycan» bölmə­sinin acılması da aparılan işlərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən Daxili Auditorlar İnstitutu dünyanın hər yerində fəaliyyət göstərən auditorları təşkilatlandırır və bu peşəni daha da inkişaf etdirmək üçün köməkliklər göstərir.

ABŞ-da yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanına malik olan daxili auditorlar təşkilatı 1941-ci ildə yaradılmış və Daxili Auditorlar İnstitutu adlanmışdır. İnstitut özünün beynəlxalq mərkəzini 1970-ci ilin əvvəllərindən Florida Ştatına köçürülmüşdür.

Hazırda İnstitut dünya ölkələrində fəaliyyətdə olan auditorlar təşkilatları içərisində özünün yüksək səviyyəli mütəxəssisliyi ilə fərqlənir. İnstitutun ABŞ-da bölmələrindən başqa həmin ixtisas profili üzrə Avstraliyada, KXR-da, Hindistanda, Izraildə, Yaponiyada, Malayziyada, Yeni Zellandiyada, Cənubi Amerikada, Böyük Britaniyada və Şımali İrlandiyada milli İnstitutlar vardır. İnstitut özünün fəal İşi ilə daxili auditorların fəaliyyətini əlaqələndirməklə, ümumi təhsilin genişləndirilməsi ilə yanaşı, auditor təcrübəsi ilə əlaqədar olan məsələlərə aid müəyyən normaların tərtib olunmasını həyata keçirir.

Bununla yanaşı, respublikamızda auditorlar fəaliyyətinin daha da geniş­lən­məsinə ehtiyac vardır. Xüsusilə respublikamızda nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qruplarının ləğv olunması auditor xidmətinin hərtərəfli genişlənməsi üçün şərait yarat­mış­dır, Audit xidmətindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə ya­na­şı, bütün idarə, müəssisələrdə və şirkətlərdə istifadə olunmalıdır. Res­pub­li­ka­da audit xidmətinin daha da genişləndirilməsi məqsədilə «Audit xidməti haq­qında» qanunda müəyyən əlavələr edilməsinə ehtiyac vardır.

Dünya ölkələrinin audit təcrübəsindən istifadə edərək və qəbul olunmuş Beynəlxalq Audit Slandartlarına uyğun olaraq respublikadakı sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin, şirkətlərin, dövlət müəssisələrinin audit yoxlamalarından keçmələri və onların illik maliyyə hesablarına auditor rəyinin verilməsinin labüdlüyünün həll olunması məqsədəuyğun olar və həmin mü­əs­sisələrin qarşılarında qoyulmuş vəzifələrin yerinə yetirilməsində nəzarəti təmin etmiş olardı. Qeyd etmək lazımdır ki, hazırda bəzi dövlət müəssisələrində illik təsərrüfat-maliyyə fəaliyyətinin təftişinin təğv olunması, onların fəaliyyətində ciddi çatışmazlıqların əmələ gəlməsi ilə nəticələnməsi məlum məsələlərdəndir.

Beləliklə, göstərilənlər belə nəticəyə əsas verir ki, bazar iqtisadiyyatına ke­çid şəraitində təsərrüfatdaxili nəzarət, audit nəzarəti və təsərrüfatın idarə olun­ması ilə əlaqədar olan digər nəzarət formaları hərtərəfli genişlənməli və təkmil­ləşdirilməlidir.

Nəzarət – idarəetmədə ən vacib vasitələrdən biridir. Heç bir idarəetmənin onun fəaliyyətinə aid olan qaununçuluğun düzgün yerinə yetirilməsinə nəzarət olmadan faydalı hesab etmək olmaz. Nəzarətsizliyin hərc-mərcliklə nəticə­lən­mə­sini sübut etməyə ehtiyac yoxdur.

Auditor fəaliyyətinin əsas məqsədi iqtisadi subyektlərin mühasibat (ma­liy­yə) hesabatlarının düzgünlüyünü və onların apardıqları maliyyə və təsər­rü­fat əməliyyatlarının mövcud olan qanunvericiliyə və normativ aktlarda uy­ğun­lu­ğunu müəyyən etməkdir.

Beləliklə, audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamənin 13-cü maddəsində sərbəst auditorlar və auditor təşkilatlarının vəzifələrİ aşağıdakı qaydada müəyyən olunmuşdur.

• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyini tələb­lərinə hökmən rlayət etmək;

• auditor yoxlamalarını və digər xidmətlərini keyfiyyətli həyata keçirmək;

• yoxlanmalı müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəh­bərliyindən hər hansı, şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsis­çi­si, mülkiyyətçisi və ya səhmdar olduqda, müəssisədə bundan əvvəl öz peşə fəa­liy­yəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq qadağandır və bu barədə sifarişçiyə xəbər verilməlidir;

• sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətinin düz­gün­­lüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunü yoxlamaq;

• auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uço­tunun aparılması və hesabatların tərtibi llə bağlı pozuntular haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;

  • sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar olmaqla) məxvi saxlamaq;
  • yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub sax­an­masını təmin etmək.

1.2 Azərbaycanda auditin yaranması və inkişafı

Azərbaycan Respublikasında auditin yaranması bilavasitə respublikada suvereriliyin əldə edilməsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar, iqtisadi subyektlərin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət sisteminin yenidən qurulması ilə əlaqədar həll olunmuşdur.

Məlumudur ki, keçmiş SSRİ tərkibində olan ölkələrdə və o cümlədən Azər­baycan Respublikasında idarə və müəssisələrin təsərrüfat-maliyyə fəa­liy­yə­ti üzərində iqtisadi nəzarət həmin dövrdə mövcud olan inzibati-amirlik sis­temi tələbləri əsasında aparılırdı. Beləliklə, Azərbaycanda ümumiyyətlə audit yox idi. Ölkə daxilində bütün iqtisadi nəzarət sistemi nazirliklərin, birliklərin tabeçiliyində təşkil olunmuş nəzarət – təftiş orqanları tərəfindən aparılırdı.

Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.

Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq 1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabineti respublika Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkə­zi»­nin yaradılması haqqında qərar qəbul etmişdir.

Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mər­kəzi haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ma­liyyə Nazirliyı yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə, idarə və təşkilatların kooperativlərin sifarişləri əsasın­da, habelə hüquq mühafizə orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənil­mək­lə, təftiş və yoxlamalar keçirilməli, təsərrüfat mexanizmini təkmil­ləş­dirilməsinə dair metodiki və əməli yardım göstərilməsi müəyyən olunmuşdur.

Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar keçirilməsi təsər­rü­fat mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstəril­məsi üçün sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu.

Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası yaradılmışdı.

1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ – hüquqi aktlar qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.

1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təş­kili ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır.

Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xid­mə­ti­nin dövlət tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləş­diril­mə­sinə yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, tə­sər­rüfat subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə’min etmək, au­ditorların fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir.

Auditorlar Palatası fəaliyyətə başlaqıqdan sonra xeyli işlər görülmüşdür. 1996-2000-ci illər ərzində Respublikada göstərilən auditor xidmətinin həcmi 3,3 milyard manatdan 15,6 milyard manata qədər, yəni 4,7 dəfə artmışdır. Həmin dövrdə keçirilən imtahanlarda 203 nəfər Azərbaycan vətəndaşı auditor adı almaq üçün müvafiq qaydada imtahanlarda iştirak etmiş və onlardan 151 nəfərinə Lisenziya verilmişdir. Onların böyük bir hissəsi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən kurslarda öz İxtisaslarını artırımışlar.

Auditor Palatası yaranana qədər Azərbaycan Respublikası – Maliyyə Na­zir­liyİ yanında təşkil olunmuş «Azəri-audit» mərkəzi tərəfindən 15 avqusı 1995-ci ildə 24 nəfər imtahan vermiş və onlara da respublika Auditorlar Pa­la­ta­sının Lisenziyası verilmlişdir. 1996-2000-ci illər ərzində Azərbaycan Res­pub­li­kasında 26 yerli və 6 xarici ölkə təşkilatına auditor fəaliyyəti ilə məşğul olmaq üçün Lisenziyalar verilmişdir

1.3. Auditin formaları

Auditor fəaliyyəti, sahibkarlıq fəaliyyəti olmaqla sifarişçi ilə bağlanmış müqavilə əsasında iqtisadi subyektin təsərrüfat-maliyyə fəaliyyətini əhatə edən mühasibat (maliyyə) hesabatı göstəricilərini mühasibat sənədlərini vergi dek­la­ra­siyası, maliyyə öhdəçiliklərini yoxlamaq və digər xidmətlər göstərmək vəzi­fəsini yerinə yetirir. Audit iqtisadi subyektin maliyyə göstəricilərinin eti­bar­­lilığını yoxlamaqla yanaşı, onun təsərrüfat fəalyyətinin daha yüksək səviyyədə qurulması, idarə edilməsi və məsrəflərin məqsədəuyğun sərf olunması ilə mənfəətin yüksəldilməsinə dair optimal təkliflər hazırlayır. Bununla əlaqədar olaraq bir qayda olaraq auditi sahibkarlığın ekspertizası adlandırırlar.

Qərb ölkələrinin geniş şəkildə inkişaf etdiyi bazar iqtisadiyyatı ölkələrində Auditor nəzarəti daxili və kənar auditə ayrılır.

Daxili audit idarəetmə nəzarəti sisteminin ayrılmaz və mühüm elementi olmaqla müstəqil, təminatverici və məşvərəqətçi fəaliyyətidir. Daxili audit müəs­sisədə şəffaf informasiya mühili yaratmaqla, onun fəaliyyətinin daha də­rin və əsaslı təhlilinə, daha səmərəli fəaliyyət sistemi yaratmağa şərait yaradır. Dünyanın bir sıra ölkələrində daxili audit ölkə iqtisadiyyatı üçün məcburi hesab olunaraq bütün tabeçiliyində müəssisə olan birliklərdə təşkil olunur.

Daxili audit müəssisə tərkibində müstəqil struktur bölməsi və ştat vahidi kimi fəaliyyət göstərir və daxilı nəzarət orqanı olmaqla, yalnız müəssisənin rəhbərinə və ya direktorlar şurasına tabedir, onun müəyyən etdiyi məsələlərı araşdıraraq nəticələri haqqında yalnız ona hesabat və informasiya verir.

Daxili auditin təfəb olunan şəkildə təşkil olunması müəssisənin tərkibində fəa­liyyət göstərən digər bölmə və şöbələri, maddi-məsul şəxslərin öz xidməti və­­zifələrinin yerinə yetirilməsi məsuliyyətini artırmağa, təsərrüfat əməliyyat­la­rı­nın icrasında neqativ halların qarşısının alınmasında mühüm rol oynayır. Bu­nunla yanaşı daxili audit audit üçün bir sıra əsaslı məsələlərdə informasiya mən­bəi olmaqla, mövcud qanunçuluğun gözlənilməsində böyük əhəmiyyəti vardır.

Kənar audittəsərrüfat subyektinin mühasibat uçotunun və mühasibat (ma­­liyyə) hesabatının düzgünlüyünü obyektiv qiymətləndirmək məqsədi ilə aparılır.

Kənar audit müstəqil, sərbəst auditorlar və ya auditor firmaları tərəfin­dən qarşılıqlı bağlanmış müqavilə (sifariş) əsasında icra olunur. Kənar auditi fərqləndirən xüsusi cəhət ondadır ki, auditor yoxlaması aparan auditorlar həmin müəssisədə heç bir maraqları olmur. Başqa sözlə deyilərsə onlar həmin müəssisənin təsisçiləri, mülkiyyət sahibləri, səhmdarların və ya mühasibat (ma­liyyə) hesabatı, mühasibat uçotu fəaliyyətinə cavabdeh olan şəxslər, müəs­sisə rəhbərliyi ilə xidməti, qohumluq əlaqələri olmayan şəxslərdir.

Mövcud olan qanunçuluğa görə iqtisadi subyektə müəyyən komersiya və digər şəxsi əlaqələri olan auditor firmalarının auditorları həmin müəssisədə auditor yoxlaması apara bilməzlər. Belə hallar müəyyən olunduqda auditor aparan şəxslərin auditorluq hüquqi ilə əlaqədar lisenziya ləğv oluna bilər.

Kənar auditin əsas məqsədi aşağıdakılardır:

• Müəssisə maliyyə fəaliyyəti ilə əlaqədar olan mühasibat uçotu, hesabatı göstəricilərinin tam, etibarlı və düzgün olunmasının yoxlaması;

• Uçot, hesabatın aparılması, müəssisə aktivinin öhdəçiliyinin və özünə­məx­sus kapitalının tənzimlənməsini müəyyən edən qanunvericilik və normativ aktların düzgün icrasına nəzarət;

• Özünəməxsus əsas və dövriyyə vəsaitlərin, maliyyə ehtiyatlarının və kə­nar mənbələrdən cəlb etməklə istifadə olunması imkarnlarını müəyyənləş­dir­mək;

• Vergi ödənişi uzrə hesablamaların düzgünlüyü və müəssisə maliyyə və­ziy­­yətinin yüksəidilməsi ilə əlaqədar optimal təkliftərin hazırlanması;

• Müəssisə mühasibat balansının, mənfəət və zərərlər, əsas kapitalın hə­rə­kəti və illik mühasibat (maliyyə) hesabatına əlavə olunmuş izahatlı arayışda əks olunmuş göstəricilərin düzgünlüyünün yoxlanılması və s.

Kənar auditin nəticələri ilə əlaqədar olaraq auditorlar və ya auditor fir­ma­sı tərəfindən yoxlanılan müəssisədə mühasibat uçotu, hesabatının daxili nə­za­rəti vəziyyətinə və illik hesabatın düzgünlüyü haqqında yazılı rəy tərtib olu­nur. Sifarişçi ilə bağlanmış müqaviləyə uyğun olaraq kənar auditor sifarişçi üçün müxtəlif layihələr, biznes-planı, arayışlar da tərtib etməklə onu müəssisə rəhbərliyinə təqdim edə bilərlər. Nəzərə almaq lazımdır ki, müəssisə auditoru yoxlama aparmaq üçün sərbəst özü seçir.

Azərbaycan Respublikasının «Auditor xidməti» haqqında qanunda mü­əy­­yən olunmuşdur ki, audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat sub­ye­ktini öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə he­sa­bat­la­rı­nı dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları liə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarına əsasən (sifarişçi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici invesıisiyalı mü­­əs­sisələr, banklar və digər kredit təşkilatları, məhdud məsuliyyətli müəs­sisələr, invesıisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir.

Könüllü audit iqtisadi subyektin qərarı üzrə auditor firması və ya audit­or­la bağlanmış müqavilə əsasında həyata keçirılır. Belə yoxlamanın xüsusiy­yətinin ümumi həcmini və göstəricilərinin miqyasını sifarişçi müəyyən edir.

1.4. Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınması

Müəssisələrdə auditor fəaliyyətinin başlanması və təşkilində ilk mərhələ sifarişçinin seçilməsidir. Hər bir müəssisədə aparılmış auditor fəaliyyəti ilk növbədə seçilən müəssisənin xüsusiyyətlərindən, onların iş həcmindən və auditin keçirilmə vaxtından xeyli asılıdır.

Məlumdur ki, auditor fəaliyyəti mövsümi fəaliyyət daşıyır, yə’nı audit bir qayda olaraq hər bir müəssisədə ilin yekunu ilə əlaqədar olaraq aparılır. Lakin au­ditor firmaları sahibkar olmaqla, daimi fəaliyyət göstərməli və mənfəət əldə et­məlidirlər. Ona görə də auditor firmaları ilin yekunu ilə əlaqədar olaraq auditor. yoxlaması aparmaqla yanaşı, digər nəzarət formaları ilə də məşğul olmalıdırlar.

Bununla əlaqədar olaraq auditor firmaları və sərbəst auditorlar öz sifariş­çi­lərində mühasibat uçotunun səhmana salınması, mühasibat (maliyyə) hesa­ba­tı­nın tərtib olunması, onlarda təhlil əməliyyatlarının aparılması, məsləhətlər verilməsi və sair məsələlərlə məşğul olmalıdırlar.

Auditor xidmətinin vacib məsələlərindən biri yoxlamanın yüksək səviy­yə­də keçirilməsidir. Bu isə, ilk növbədə firmanın auditor kadrlarının keyfiyyəti, onların ixtisas təcrübəsi, auditor prinsipləri və slandartlarının düzgün tətbiq olunması, nəzarətin mövcud olan metodoloji prinsiplərinin öyrənilıb təcrübədə istifadə olunması və sair göstərtcilərdən asılıdır.

Bu da gizli deyil ki, sərbəst bazar iqtisadiyyatına keçid dövründə ölkədə neqativ halların genişlənməsi müşahidə olunur. Xüsusilə mövcud olan əmlakın və pul vəsaitinin mənimsənilməsi, saxtakarlıq, korrupsiya və iqtisadi cinsiyyət əməliyyatları xeyli artmışdır.

Belə bir şəraitdə hər bir auditor təşkilatının sifarişçini seçməsi çox ciddi və vacib məsələdir, Bu xüsusilə ona görə lazımdır ki, auditor firması qazandığı imicini itirməsin.

Mövcud olan qanunvericiliyə görə auditor xidməti hər hansı iqtisadi sub­yek­tin təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, göstərilə bi­lər. Bunun əsasında iqtisadi subyekt sərbəst auditoru və auditor firmasını özü sər­bəst seçir.

Sifariçi müəssisə auditor xidməti göstərilməsinə dair auditor təşkilatına şifahi və yazılı müraciət etməklə, auditor xidməti göstərilməsini məqsədini və audit prosesində yoxlanılması olan zəruri məsələləri, audit yoxlamasının həcmini göstərir. Auditor firması qarşıya qoyulan məsələ ilə əlaqədar olaraq, sifarişçiyə razilığa dair cavab verir.

Sifarişçiyə cavab verməzdən əvvəl auditor işin həcmini müəyyən etmək məqsədilə, zəruri hallarda audit aparılacaq obyektdə sifarişçi müəssisənin təsərrüfat maliyyə göstəricilərinin öyrənilməsi ilə əlaqədar olaraq müəyyən tədqiqat apara bilər.

Bütün bu göstəricilər Azəraycan respublikası Auditorlar Palatası Şura­sının 1999-cu il 7 dekabr tarixli qərarı ilə təsdiq olunmuş «Audit aparılmasının şərtləri» (məktuböh-dəçilik) milli audit standartında öz əksini tapmışdır.

Məktub öhdəçilikdə audit aparılmasının şərtləri üzrə zəruri məlumatlar, auditorun öhdəlikləri, təsərrüfat subyektçinin öhdəlikləri göstərilməlidir. Bunun əsasında ilkin razılıq əldə edilir və auditor xidməti göstərilməsinə dair müqavilə bağlanır.

Müqavilənin tərtib olunması və rəsmiləşdirilməsi qaydası Azərbaycan Res­publikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Auditin aparılmasına dair müqavilə» mifli audit standar­tın­da müəyyənləşdirilmişdir.

Tərtib olunmuş müqavilə icrası və sifarişçi tərəfindən imza olunmaqla, 2 nüsxədən ibarət olmalıdır.

Auditin keçrilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağlandıqdan sonra auditin planaşdırılması mərhələsi başlanır.

Planlaşdırma mərhələsində auditin həcmi, yoxlanılan işlər və onların növləri, icra müddətləri müəyyən olunmaqla, təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının audit nəticələri ilə əlaqədar rəyin hazırlanması üçün lazım olan auditor əməliyyatlarının həcmini və növünün ardıcıllıqla göstərən audit proqramı hazırlanır.

Auditor planaşdırılması əsasən aşağıdakı mərhələlərə ayrılır:

a) Auditin ilkin planaşdırllması;

b) Auditin ümumi planının hazırlanması və tərtib edilməsi;

c) Audit proqramının hazırlanması və tərtib edilməsi. Azərbaycan Res­pub­­likasında fəaliyyət göstərən audit təşkilatlarının audit aparmaları fəaliy­yə­tini planaşdırmaq üçün mövcud olan qanunvericilik tələblərinə uyğun olaraq Azər­baycan Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında hazırlanınış və Şuranın 1999-cu il 24 mart tarixli qərarı ilə təsdiq etmişdir.

Qəbul olunmuş həmin slandartla auditin keçrilməsi ilə əlaqədar olan bütün əməliyyatlar müəyyənləşdirilir və müəyyən olunmuş prinsiplərə uyğun olaraq auditin icrası başlanılır.

Yoxlama dövründə auditor nəticə əldə etmək və sifarişçinin mühasibat (maliyyə) hesabatına dair etibarlı rəy tərtib olunması üçün vacib olan subutlar toplanmalıdır. Hə-min toplanan subutlar lazımi səviyyədə sənədləşdirilməlidir.

Auditor sənədləşdirilməsi auditin planaşdırılmasına dair sənədlər, müəs­si­sə­nin təşkilatı-hüquqi formasına aid olan məlumatlar, uçot sisteminin öyrəril­mə­si, mühasibat (maliyyə) hesabat göstəriciləri, mühasibat uçotu hesabları üz­rə qalıqlar və sair informasiyalar aiddir.

Audit qurtardıqdan sonra iş sənədləri auditorun mülkiyyəti olmaqla, onda qalır.

Azərbaycan Respublikasında auditorun iş sənədlərinin formasını, məz­mu­nunu və mahiyyətini müəyyənləşdirmək və auditin yekununu rəsmiləş­dir­mək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 no­yabr tarixli qərarı ilə «Auditin iş sənədləri Milli sıandartını» və 1997-ci il 4 fev­ral tarixli qərarı ilə «Auditorun yekun səndləri» milli sıandartlarını hazırlamış və təsdiq etmişdir.

Auditorun yekun səndləri aparılan yoxlama nəticəsində auditorun hazır­la­­dığı və sifalrşçiyə təqdim etdiyi audit aktından, auditor rəyindən və yekun sə­nəd­lərindən ibarətdir. Audit aktı və auditor rəyi yekun sənədlərinin tərtib hissəsidir.

Yekun sənədləri yoxlama nəticəsində auditorun müəyyən etdiyi mühüm faktları, nöqsanı və çalışmamazlıqları, onların aradan qaidırılmasına dair təklifləri və nəticələri müəyyən edən sənədlər sistemidir.

Auditor yoxlama nəticəsi ilə əlaqədar olan yekun sənədlərini təhvil aktı ilə sifarişçi müəssisənin rəhbərinə təhvil verməlidir.

Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınmasında mühüm mərhələ aparılan audit yoxlamasının nəticələrini əks etdirən auditor rəyinin tərtib olunmasıdır.

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində «Auditor rəyi auditorun (auditor təşkilatının) ınınzası və mö­hü­rü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziy­yə­ti­nə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabları mad­dələrinin doğruluğuna, mühasibat uçotunun mühüm vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir».

Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nə­ti­cələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanun­vericiliyinə uyğun olaraq tə’yin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditorlar təşkilatı və auditorlar fəaliyyətini tənzimlənınəsi ilə əlaqədar olaraq Azərbaycan Res­pub­­likası Auditorlar Palatası tərəfindən 1996-cı il 26 dekabr tarixli qərarla «Au­di­tor rəyləri» milli sıandarlı qəbul olunmuşdur. Qəbul olunmuş auditor rə­yində, onun tərtib olunması qaydaları, əks olunacaq əsas göstəricilər müəyyən olunmuşdur.

Auditor rəyinin formaları aşağıdakılardır:

  • Şərtsiz müsbət rəy;
  • Şərti müsbət rəy
  • Mənfi rəy və rəy vermədən imtina etməklə, öz nəticələrini başqa formada ifadə etmək;

Şərtsiz müsbət rəyauditorun və ya auditor təşkilatının iqtisadi subyektləri mü­hasibat uçotu və mühasibat (maliyyə) hesabatının doğru və etibarlı olma­sı­na dair fikri göstərməklə, bildirilir ki, maliyyə sənədləri müəssisə tərəfindən qə­bul olunmuş mühasibat uçotu prinsiplərinə əsasən tərtib edilmiş və bu qay­da­lar Azərbaycan Respublikasında mühasibat uçotu, hesabatı və digər hüquqi akt­ların təbəqələrinə uyğundur.

Beləliklə, auditor iqtisadi subyektə şərtsiz müsbət rəyi o zaman verir ki, əgər aparılan yoxlama nəticəsində auditor qəti müəyyən etmişdir ki, sifariş­çi­nin maliyyə hesabatı, mühasibat uçotunun dövrü düzgün olan göstəriciləri əsa­sın­da tərtib olunmuş, iqtisadi subyektdə mühasibat uçotunun təşkili və apa­rılması müəyyən olunan prinsiplərə, tələblərə və qəbul olunmuş uçot si­ya­sə­tinə cavab verir, büdcəyə və digər fondlara ödəmələr vaxtında və düzgün he­sab­lanıb icra olunmuşdur, daxili nəzarət etibarlıdır və mühasibat (maliyyə) he­sa­batı bütün təsərrüfat-maliyyə fəaliyyətini əhatə edir.

Şərti müsbət rəy-məhdudiyyəti olan rəydir. Şərti müsbət rəy formasında auditor (auditor təşkilatı) təqdim etdiyi rəydə müəyyən əməliyyatların düzgün icra olunmadığını qeyd etməklə göstərir ki, hesabat dövrü ərzində müəssisənin bütün aktiv, pasivlərinin və təsərrüfat-maliyyə fəaliyyətinin uçot və hesabat gös­təriciləri Azərbaycan Respublikası qanunculuğunun tələblərinə uyğundur. Bununla yanaşı ayrı-ayrı uçot əməliyyatlarında buraxılmiş səhvləri, amarti­za­si­ya hesabatlarındakı yanlış əməliyyatların olmasını, bəzi təsərrüfat əməliyyat­larının uçotda düzgün müxabirləşmə verilməməsinə və sair nöqsanlara görə audit yoxlaması nəticəsi şərti müsbət rəylə rəsmiləşdirılır.

Auditorhesabatlara dair rəy verməkdən İmtina edərsə, o təqdim etdiyi ar­qu­mentlər əsasında yoxlama nəticəsi haqqında rəy hazırlanmanın mümkün ol­ma­dığını göstərir. Auditor yaranmış şəraitlə əlaqədar olaraq göstərir ki, mü­əs­si­sədə aparılan mühasibat uçotu və hesabatı əməliyyatları onun hesabat döv­rün­də aktiv və passivinin maliyyə-təsərrüfat nəticəsində düzgün əks olunmasını tə’min etmir.

Auditor rəy verməkdən imtina etdikdə, bunu lazımi səviyyədə əsaslan­dır­ma­lı və müəyyən olunmuş ciddi nöqsan, çatışmamazlıqları göstərməklə, təq­dim olunmuş hesabatın etibarlı olmadığını müəyyənləşdirir. Auditor rəy ver­mək­dən imtina edərkən göstərir ki, auditin aparılması zamanı faktların yox­la­ma­sının qeyri-mümkünlüyü müəyyən olunmuşdur.

Auditor rəyi iki nüsxədən ibarət tərtib olunur, onlardan biri təsərrüfat subyektinin rəhbərinə, digəri isə auditor təşkilatında qalır.

  1. 1.Audit fəaliyyəti özündə nə əks etdirir?
  2. 2.Auditlə təştif və nəzarətin əsas fərqlərini izah edin?
  3. 3.Audit yoxlamasına dair müqavilənin tərkibi və məzmununu izah edin?
  4. 4.Auditorun müştəri qarşısındakı məktub-öhdəliyinin tərkibi və məzmununun mahiyyətini səciyyələndirin?
  5. 5.Auditn hansı formaları mövcuddur?

Auditor yoxlamasının planlaşdırılmasına hansı mərhələlər daxildir

Comments are closed, but trackbacks and pingbacks are open.