Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində — презентация
Vergitutmanın optimallaşdırılması sövdələşmə və ya layihənin bütün maliyyə aspektlərində müəyyən nisbətlərin əldə olunması ilə bağlı olan prosesdir. Vergitutmanın düzgün optimallaşdırılması ( yəni vergitutmanın qanuni metodlarla optimallaşdırılması ) və mümkün risklərin proqnozlaşdırılması müəssisənin stabil vəziyyətinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, bu təsərrüfat fəaliyyətində iri həcmli itkilərin aradan qaldırılmasına imkan verir.
Презентация, доклад Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində
Вы можете изучить и скачать доклад-презентацию на тему Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində. Презентация на заданную тему содержит 20 слайдов. Для просмотра воспользуйтесь проигрывателем, если материал оказался полезным для Вас – поделитесь им с друзьями с помощью социальных кнопок и добавьте наш сайт презентаций в закладки!
Презентации » Образование » Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində
Слайды и текст этой презентации
Слайд 1
Описание слайда:
Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində vergitutmanın optimallaşdırılması Hazirladi : Qallacov Fuad, Əli Cefərov Muellim : Meyxanim Ələkbərova
Слайд 2
Описание слайда:
Слайд 3
Описание слайда:
Vergitutmanın optimallaşdırılmasının mahiyyəti və növləri
Слайд 4
Описание слайда:
Слайд 5
Описание слайда:
Vergi optimallaşdırmasının növlər üzrə təsnifat
Слайд 6
Описание слайда:
Vergi ödənişlərinin optimallaşdırılması
Слайд 7
Описание слайда:
Vergi ödənişlərinin optimallaşdırılması aşağıdakıları nəzərdə tutur:
Слайд 8
Описание слайда:
İstənilən təsərrüfat subyektində vergi planlaşdırılması vergi ödənişlərinin optimallaşdırılmasına olan üç mühüm yanaşmaya əsaslanır:
Слайд 9
Описание слайда:
Vergi yükünün azaldılması ilk növbədə qanunvericiliyin nəzərdə tutduğu bütün vergi güzəştlərindən tam istifadə edilməsi ilə bağlıdır. Uçot siyasətinin elementlərinin düzgün təyin edilməsi və onlardan bacarıqla istifadə edilməsi səmərəli vergi planlaşdırmasının əsas istiqamətlərindən biridir. Təsərrüfat subyektinin qəbul etdiyi uçot siyasəti müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Слайд 10
Описание слайда:
Uçot siyasətinə aşağıdakı elementlər daxildir:
Слайд 11
Описание слайда:
Vergitutmanın optimallaşdırılmasının aşağıdakı əsas prinsiplərini qeyd etmək olar
Слайд 12
Описание слайда:
Слайд 13
Описание слайда:
Слайд 14
Описание слайда:
Vergi planlaşdırmasının əsas prinsipləri
Слайд 15
Описание слайда:
Vergi planlaşdırması vergi ödəyicilərinin və dövlətin qarşılıqlı münasibətlərinin hamı tərəfindən qəbul edilmiş aşağıdakı prinsiplərinə əsaslanır
Слайд 16
Описание слайда:
Vergi planlaşdırmasının əsas prinsipləri aşağıdakılardır:
Слайд 17
Описание слайда:
Vergi planlaşdırmasının əsas prinsiplərini aşağıdakı kimi ifadə etmək olar:
Слайд 18
Описание слайда:
Planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması; Planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması; Vergi planlaşdırmasının fərdiliyi. Nəzərə almaq lazımdır ki, hər bir müəssisənin fəaliyyətinin vergi sxeminin və hər bir sövdələşmənin maliyyə sxeminin özünəməxsus xüsusiyyətləri var; Vergi planlaşdırmasının forma və üsulları barədə qərarın qəbul edilməsinin kollegiallığı. Vergi planlaşdırması prosesi mühasib, hüquqşünas və müəssisənin rəhbərinin birgə işi, daim yeni orijinal qərarların qəbul edilməsi, digər təşkilatların bu sahədə fəaliyyətinin daim öyrənilməsidir
Слайд 19
Описание слайда:
Vergi planlaşdırmasının təşkili aşağıdakılardan ibarətdir: Təşkilatın maliyyə və təsərrüfat fəaliyyətinin ilkin təhlili; v Qüvvədə olan qanunvericiliyin tədqiq edilməsi, vergi planlaşdırmasının ən perspektivli istiqamətlərini müəyyən etmək məqsədilə konkret vergi ödəyicisinin vergi problemlərinin tədqiq və təhlil edilməsi; Konkret fəaliyyət növlərində tərəfdaşların və rəqiblərin üzərinə vergi qoyulmasının optimallaşdırılması sxemlərinin tədqiq edilməsi, habelə müəssisədə vergiqoymanın ən sərfəli üsullarının tətbiq edilməsi. Vergitutmanın optimallaşdırılması, konkret fəaliyyət növünə və ya müəyyən təşkilati-hüquqi formaya dair vergilərin minimuma endirilməsi üzrə ayrıca sxemlərin işlənməsi müəssisəyə vergi ödənişlərini ixtisar etməyə imkan yaradır. Qənaət edilən vəsaitlər sərmayə şəklində biznesin inkişafına yönəldilə bilər. Vergi planlaşdırması biznesin təşkili mərhələsində aparıldıqda, ən səmərəli nəticələr verir. Deməli, təşkilati-hüquqi formanın seçilməsinə, müəssisənin qeydiyyat yerinin müəyyən edilməsinə, müəssisənin təşkilati strukturunun işlənməsinə əvvəlcədən düzgün yanaşmaq məqsədəuyğundur.
Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində — презентация
Первый слайд презентации: Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində vergitutmanın optimallaşdırılması
Hazirladi : Qallacov Fuad, Əli Cef ərov Muellim : Meyxanim Əl əkbərova
Изображение слайда
Слайд 2
Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf etmişdir. Son 8 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə, sənaye istehsalı da 3 dəfə artmış, yoxsulluq 5 defe azalmış, dövlət büdcəsinin xərcləri isə 20 dəfə artmışdır. İqtisadiyyatın vergi tənzimlənməsində vergitutmanın optimallaşdırılması mühüm əhəmiyyətə malikdir. Vergitutmanın optimallaşdırılmasının iqtisadi inkişafa təsirini daha da artırmaq üçün onu növlər üzrə təsnifat əlamətlərinin elmi cəhətdən əsaslandırılması tələb olunur.
Изображение слайда
Слайд 3: Vergitutmanın optimallaşdırılmasının mahiyyəti və növləri
Vergitutmanın optimallaşdırılması sövdələşmə və ya layihənin bütün maliyyə aspektlərində müəyyən nisbətlərin əldə olunması ilə bağlı olan prosesdir. Vergitutmanın düzgün optimallaşdırılması ( yəni vergitutmanın qanuni metodlarla optimallaşdırılması ) və mümkün risklərin proqnozlaşdırılması müəssisənin stabil vəziyyətinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, bu təsərrüfat fəaliyyətində iri həcmli itkilərin aradan qaldırılmasına imkan verir.
Изображение слайда
Слайд 4
Изображение слайда
Слайд 5: Vergi optimallaşdırmasının növlər üzrə təsnifat
q vergi növləri üzrə optimallaşdırma (ƏDV, mənfəət vergisi və s.) q müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin bu və ya digər sahəsinə mənsubluğundan asılı olaraq vergitutmanın optimallaşdırılması ( konkret fəaliyyət növünə xas olan xüsusiyyətlərə və əlamətlərə malik olan sahələrdə optimallaşdırma. Məsələn banklar üçün, ticarət təşkilatları üçün və s.) q vergi ödəyicilərinin kateqoriyaları üzrə vergitutmanın optimallaşdırılması ( məsələn, sahibkarlar, fiziki şəxslər, iri, orta və kiçik vergi ödəyiciləri və s.).
Изображение слайда
Слайд 6: Vergi ödənişlərinin optimallaşdırılması
Vergi ödənişlərinin optimallaşdırılması məqsədi ilə işlənib hazırlanmış sxemlər daha çox fərdiləşdirilmiş olurlar. Ancaq bütün onlar əmtəə-pul kütləsinin hərəkəti üsulunun seçilməsinin məqsədəuyğun olması qənaətinə gəlməyə imkan verən əsas prinsiplər nöqteyi-nəzərindən qiymətləndirilməlidirlər
Изображение слайда
Слайд 7: Vergi ödənişlərinin optimallaşdırılması aşağıdakıları nəzərdə tutur :
mövcud vergi qanunvericiliyinin dərindən öyrənilməsi ; m vergitutmaya aidiyyatı olan bütün yeni qanunvericilik sənədləri ilə vaxtında tanış olmaq ; vergi öhdəliklərinin həcminə təsir edən mümkün qədər çox sayda amillərin nəzərə alınması ; mühasibat uçotunun səmərəli sistemlərinin tətbiq edilməsi ; xüsusi vergi rejimləri və vergi güzəştlərindən istifadə edilməsi ; dövlətin vergi siyasətinin proqnozlaşdırılması
Изображение слайда
Слайд 8: İstənilən təsərrüfat subyektində vergi planlaşdırılması vergi ödənişlərinin optimallaşdırılmasına olan üç mühüm yanaşmaya əsaslanır :
vergi ödənişləri üzrə güzəştlərdən istifadə edilməsi uçot siyasətinin işlənib hazırlanması ; vergi ödənişlərinin müddətinə nəzarət.
Изображение слайда
Слайд 9: Vergi yükünün azaldılması ilk növbədə qanunvericiliyin nəzərdə tutduğu bütün vergi güzəştlərindən tam istifadə edilməsi ilə bağlıdır. Uçot siyasətinin elementlərinin düzgün təyin edilməsi və onlardan bacarıqla istifadə edilməsi səmərəli vergi planlaşdırmasının əsas istiqamətlərindən biridir. Təsərrüfat subyektinin qəbul etdiyi uçot siyasəti müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir
Изображение слайда
Слайд 10: Uçot siyasətinə aşağıdakı elementlər daxildir :
1. malların qiymətləndirilməsi 2. qeyri-maddi aktivlər və əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması qaydasi 3. əsas vəsaitlərin təmiri üzrə xərclərin uçotu 4. əsas və dövriyyə vəsaitləri arasındakı sərhəddin müəyyənləşdirilməsi ; 5. şübhəli borcların uçotu 6. kreditor borcların qiymətləndirilməsi və s
Изображение слайда
Слайд 11: Vergitutmanın optimallaşdırılmasının aşağıdakı əsas prinsiplərini qeyd etmək olar
Xərclərin adekvatlığı prinsipi. Bu prinsipə əsasən tətbiq edilən sxemin dəyəri azaldılmış vergilərin məbləğindən çox olmamalıdır. Hüquqi uyğunluq prinsipi. Bu prinsipə əsasən optimallaşdırma sxemi həm yerli, həm də beynəlxalq qanunvericiliyə görə legitim olmalıdır. Konfidensiallıq prinsipi. Bu prinsipə əsasən vergi ödənişlərinin optimallaşdırılması istiqamətində aparılan işlərin faktiki təyinatı və nəticələri barədə informasiyadan istifadənin mümkünlüyü maksimum məhdudlaşdırılmalıdır. Optimallaşdırma prosesində iştirak edən ayrı-ayrı şəxslər prosesi ümumilikdə təsəvvür etməməli, yalnız lokal xarakterli müəyyən təlimatlara əsaslanmalıdırlar.
Изображение слайда
Слайд 12
Nəzarət altında olma prinsipi. Bu prinsipə əsasən vergi ödənişlərinin optimallaşdırılması sxemindən istifadə etməklə arzuedilən nəticələrin əldə edilməsi bütün mərhələlərdə yaxşı düşünülmüş nəzarətin olmasından asılıdır. Forma və məzmunun vəhdəti prinsipi. Bu prinsipə əsasən vergi ödənişlərinin optimallaşdırılması yönümündə işlərin məzmunu ilə onların forması arasında vəhdətə nail olmaq lazımdır. Məsələn, elə hallar məlumdur ki, balansında və ya 123 AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012. icarəsində heç bir əsas vəsaiti olmayan müəssisə nəqliyyat, nəşriyyat və digər xidmətləri göstərir. Neytrallıq prinsipi. Bu prinsipə vergi ödənişlərinin optimallaşdırılması müəssisənin öz vergi ödənişləri hesabına həyata keçirilməlidir. Bu prinsipi qarşılıqlı əməkdaşlıq prinsipi də adlandırmaq olar. Bəzi vergi ödənişləri elə qurulmuşdur ki, müqavilə münasibətlərinin tərəflərindən birinin vergi ödənişlərinin azaldılması tərəflərdən digərinin vergi ödənişlərinin artmasına səbəb olur və əksinə. Buna görə də tərəfdaşların maraqlarını da nəzərə almaq lazımdır.
Изображение слайда
Слайд 13
Diversifikasiya prinsipi. Bu prinsipə əsasən büdcə ödənişlərinin optimallaşdırılması xoşagəlməz xarakterə malik olan aşağıdakı müxtəlif daxili və xarici təsirlərə məruz qala bilər : qanunvericilikdə daimi dəyişikliklərin edilməsi ; ilkin planlaşdırmada yanlışlıq fors -major halları. С inayət qanunvericiliyində dəyişikliklərin edilməsi ilə əlaqədar pessimist ssenari üzrə hadisələrin inkişafının hüquqi nəticələri neqativ transaksiya ölçüsündən asılı olaraq kifayət qədər fərqlərə malikdir Muxtariyyət prinsipi. Bu prinsipə əsasən vergitutmanın optimallaşdırılması istiqamətindəki fəaliyyət kənar iştirakçılardan mümkün qədər az asılı olmalıdır
Изображение слайда
Слайд 14: Vergi planlaşdırmasının əsas prinsipləri
Qanunvericiliklə müəyyən edilmiş güzəşt və üsullardan istifadə etməklə vergi öhdəliklərinin azaldılması vergi planlaşdırmasının mahiyyətini təşkil edir. Vergi planlaşdırmasının məqsədi vergi ödənişlərinin minimum səviyyəyə endirilməsinə imkan verən yolun seçilməsidir.
Изображение слайда
Слайд 15: Vergi planlaşdırması vergi ödəyicilərinin və dövlətin qarşılıqlı münasibətlərinin hamı tərəfindən qəbul edilmiş aşağıdakı prinsiplərinə əsaslanır
vergi ödəyicisinin xalis gəlirinin vergiyə cəlb edilməsi reallaşdırılmış gəlir ( həyata keçmiş fakt ) qaydası mübahisəli məsələlərin vergi ödəyicisinin xeyrinə həll edilməsi. vergi ödəyicisinin məlumatlandırılması
Изображение слайда
Слайд 16: Vergi planlaşdırmasının əsas prinsipləri aşağıdakılardır :
Vergiqoymanın optimallaşdırılmasının bütün üsullarının və metodlarının qanuniliyi İşlənmiş vergiqoyma sxemlərinin və metodlarının tətbiqinin kompleksliliyi və çoxvariantlılığı Vergiqoymanın optimallaşdırılması sxemlərinin tətbiqinin qənaətliliyi Konkret vergi ödəyicisinin fəaliyyətinə və xüsusiyyətlərinə fərdi yanaşma
Изображение слайда
Слайд 17: Vergi planlaşdırmasının əsas prinsiplərini aşağıdakı kimi ifadə etmək olar :
1. Qanunilik, yəni mövcud qanunvericiliyə uyğun olması ; 2. Optimallaşdırmaya vergi orqanlarının və məhkəmə praktikası münasibətinin bilinməsi ; 3. Perspektivlilik. Vergi planlaşdırmasının qeyri-korrekt tətbiqinin onun üçün maliyyə itkiləri ilə nəticələnə biləcəyinin vergi ödəyicisi tərəfindən qabaqcadan görməsi ; 4. Planlaşdırmanın mərhələliyi. Buraya aşağıdakı mərhələləri daxil etmək olar : müəssisənin təşkilati-hüquqi forması barədə qərarın qəbul edilməsi, vergi yurisdiksiyası haqqında qərarın qəbul edilməsi, vergi güzəştlərindən istifadə etmək imkanlarının öyrənilməsi və s Vergi planlaşdırmasının əsas prinsiplərini aşağıdakı kimi ifadə etmək olar :
Изображение слайда
Слайд 18
Planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması ; Vergi planlaşdırmasının fərdiliyi. Nəzərə almaq lazımdır ki, hər bir müəssisənin fəaliyyətinin vergi sxeminin və hər bir sövdələşmənin maliyyə sxeminin özünəməxsus xüsusiyyətləri var ; Vergi planlaşdırmasının forma və üsulları barədə qərarın qəbul edilməsinin kollegiallığı. Vergi planlaşdırması prosesi mühasib, hüquqşünas və müəssisənin rəhbərinin birgə işi, daim yeni orijinal qərarların qəbul edilməsi, digər təşkilatların bu sahədə fəaliyyətinin daim öyrənilməsidir
Изображение слайда
Слайд 19: Vergi planlaşdırmasının təşkili aşağıdakılardan ibarətdir :
Təşkilatın maliyyə və təsərrüfat fəaliyyətinin ilkin təhlili ; v Qüvvədə olan qanunvericiliyin tədqiq edilməsi, vergi planlaşdırmasının ən perspektivli istiqamətlərini müəyyən etmək məqsədilə konkret vergi ödəyicisinin vergi problemlərinin tədqiq və təhlil edilməsi ; Konkret fəaliyyət növlərində tərəfdaşların və rəqiblərin üzərinə vergi qoyulmasının optimallaşdırılması sxemlərinin tədqiq edilməsi, habelə müəssisədə vergiqoymanın ən sərfəli üsullarının tətbiq edilməsi. Vergitutmanın optimallaşdırılması, konkret fəaliyyət növünə və ya müəyyən təşkilati-hüquqi formaya dair vergilərin minimuma endirilməsi üzrə ayrıca sxemlərin işlənməsi müəssisəyə vergi ödənişlərini ixtisar etməyə imkan yaradır. Qənaət edilən vəsaitlər sərmayə şəklində biznesin inkişafına yönəldilə bilər. Vergi planlaşdırması biznesin təşkili mərhələsində aparıldıqda, ən səmərəli nəticələr verir. Deməli, təşkilati-hüquqi formanın seçilməsinə, müəssisənin qeydiyyat yerinin müəyyən edilməsinə, müəssisənin təşkilati strukturunun işlənməsinə əvvəlcədən düzgün yanaşmaq məqsədəuyğundur. Vergi planlaşdırmasının təşkili aşağıdakılardan ibarətdir :
Изображение слайда
Последний слайд презентации: Vergi və vergitutma İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində: Ədəbiyyat siyahısı :
Azərbaycanın Statistik göstəriciləri 2010. Bakı, “ Səda ”, 2010, 840 s Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi. Bakı : “ Nasi ”, 2002, 447 s. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoqrafiya. Bakı : “Elm”, 2005, 468 s. Kəlbiyev Y.A., Məhərrəmov R.B., Rzayev P.Q. Xarici ölkələrin vergi sistemi. Bakı : “ İqtisad universiteti ”, 2011, 554 s. Məmmədov F.Ə. və başqaları. Vergilər və vergitutma. Bakı : 2010, 512 s. Rzayev Z.H. Vergi menecmenti ( Vergi işinin təşkili və idarə edilməsi ). Bakı : 2007, 324 s. Бабашкина А.М. Государственное регулирование национальной экономики. М.: Финансы и статистика, 2007, 478 c. ( Babuşkina A.M. Milli iqtisadiyyatın dövlət tənzimlənməsi. M.: Maliyyə və statistika, 2007, 478 s.). Самедзаде З.А. “Этапы большого пути – экономика Азербайджана за полвека, её новые реалии и перспективы”, Баку: “НУРЛАР”, 2004, 936 с. ( Səmədzadə Z.A. “ Böyük yolun mərhələləri : yarım əsr ərzində Azərbaycan iqtisadiyyatı, onun gerçəklikləri və perspektivləri ” Bakı : “NURLAR”, 2004, 936 s.)
Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi
Vergitutmanın əsas prinsipləri aşağıdakılardır:
1) Vergilər haqqında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır;
2) Vergi dərəcələri, vergi ödəyici-lərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla müəyyən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müxtəlif olduğuna görə onlar üçün vergi dərəcələri də müx-təlif olmalıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərəcələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairələrində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunvericiliklərində öz əksini tapmışdır;
3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edilməlidir. Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə dövriyyə vergisinin əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edilməsini misal göstərmək olar. Daha əyani olsun deyə, aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün avadanlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir zavod çuğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli, zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Sonrakı mər-hələdə prokat, başqa bir məhsula, deyək ki, maşın detalla-rına çevrilir və onların dəyəri arasındakı fərqə görə ƏDV ödənilir. Buradan aydın olur ki, ƏDV dövriyyə vergisinə nisbətən müəyyən üstünlüklərə malikdir;
4) Vergilər hökmən ödənilməlidir. Bunun üçün vergi sistemi elə hazırlanmalıdır ki, vergilərin ödənilməsinin labüdlüyü, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür olsun, heç bir şübhə yeri qalmasın;
5) Vergi sistemi və onun ödənilməsi qaydası ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi cəhətdən əlverişli olmalıdır;
6) Vergilər onun ödəyiciləri arasında mövcud olan siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən olunmalı və ayrı seçkiliyə yol verilməməlidir;
7) Vergi sistemi çevik və dəyi-şən ictimai-siyasi tələbata asanlıqla uyğunlaşdırıla bilən olmalıdır;
8) Vergi sistemi, yaradılan ÜDM-in yenidən bölgüsünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi proqramlaşdırmanın ən səmərəli aləti olmalıdır.
Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanmasının qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.
Vergitutmanın aşağıdakı formaları vardır: 1) Bilava-sitə mənbədən (gəlir və ya mənfəət əldə edilənədək) vergi tutulması; 2) Bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edildikdən sonra) vergi tutulması. Bunlara uyğun olaraq vergitutma obyektləri gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar və s. ola bilər.
Vergitutma bazası dedikdə vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət ifadəsi başa düşülür.
Vergilər müəyyən olunduqda, bir sıra güzəştlər də nəzərdə tutula bilər
Bu və ya digər vergi növünün ödənilməsi üçün vergi bazasının əsas götürülən hissəsi vergi dərəcəsi (vergitutma norması) adlanır. Ən aşağı, ən yüksək və orta vergi dərəcə-ləri bir-birindən fərqlənir
Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyildir
Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alınmasında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya müka-fatları, dövlət orqanları tərəfindən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tutularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olunmasında da problemlər meydana çıxır.
Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər
meydana çıxır. Bu gəlirlərdən vergilər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ «avans» ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bundan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, korporasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin saxlanmasını tələb edir.
Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Vergilərin tənzimlənməsi dedikdə fiziki və hüquqi şəxslərin vergilərin azaldılması üçün qüvvədə olan qanun-vericilik çərçivəsində öz hüquqlarından istifadə etmələri nəzərdə tutulur. Bunun əsasını qanunla icazə verilən bütün güzəşt və imkanlardan tam istifadə edilməsi təşkil edir.
Təsərrüfat subyektlərinin özlərinin maddi mənafelə-rini müdafiə etmək hüquqları bazar iqtisadiyyatının mahiy-yətindən və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən irəli gəlir. 1935-ci ildə hakim C.Sanderlend ABŞ-ın Ali Məhkəməsi adından belə bir bəyanət vermişdir ki, vergi ödəyicilərinin vergiləri qanunla icazə verilən vasitələrlə azaltmaq hüququ heç bir mübahisə doğura bilməz.
Vergilərin tənzimlənməsi ilə vergidən boyun qaçırıl-masını eyniləşdirmək olmaz. Vergidən boyun qaçırmaq o deməkdir ki, ayrı-ayrı şəxslər və ya şirkətlər vergi güzəştlə-rindən qeyri-qanuni istifadə etməyə, vergini qəsdən ödəmə-məyə cəhd göstərirlər.
Müasir dövrdə vergilərin tənzimlənməsində aşağıdakı istiqamətlər özünü göstərir:
Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təşkilati-hüquqi formalarını seçmələri. Bütün dün-yada qeyri-məhdud məsuliyyətli şirkətlər məhdud məsuliy-yətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında iştirakına görə əldə etdiyi dividendə şamil edilir ki, bu da firmaların formal olaraq birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.
Ikinci istiqamət–vergitutmanın səviyyəsi nöqteyi-nə-zərindən firmaların yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri möv-cuddur. Dövlət bunlardan iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə edir. Bu güzəştlər regional uyğunsuzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun başlıca səbəblərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi güzəştlərinin müəyyən edilməsidir.
Üçüncü istiqamət–firmaların istehsal, kommersiya və maliyyə fəaliyyətləri ilə əlaqədar qüvvədə olan vergi güzəşt-lərinin təhlili və onlardan istifadə edilməsi. Bununla əlaqə-dar olaraq şirkətlərin maliyyə mütəxəssisləri vergilərin sti-mullaşdırılması sahəsində baş verən dəyişiklikləri çox yaxşı bilməli və onları daim izləməlidir. Ona görə ki, əsas kapita-lın amortizasiyasının hesablanmasında çox sürətli dəyişik-liklər baş verir; amortizasiya normaları, «gizli» ehtiyatların reallaşdırılması və yeni texnologiyadan istifadə üçün müka-fatlandırma, gənclərin istehsalat təlimi qaydaları sürətlə dəyişir.
Dördüncü istiqamət – mənfəətdən və sərbəst kapital-dan ən əlverişli şərtlərlə istifadə edilməsi, investisiya siya-sətinin seçilməsi. Bu, əlavə vergi güzəştləri əldə edilməsi, hətta əvvəllərdə ödənilmiş vergilərin bir hissəsinin geri qay-tarılmasını təmin edə bilər.
Dövlətin iqtisadi siyasətində investisiya mükafatları, dotasiyalar, ETTKI-nin maliyyələşdirilməsi, ixtisasın artırıl-ması, sosial və ekoloji tədbirlər üzrə güzəştlərə geniş yer verilir. Bu güzəştlər əsas etibarilə sahələr, regionlar üzrə çox vacib və orta müddətli ümummilli dövlət proqramlarında nəzərdə tutulur. Əgər şirkətlərin investiya siyasəti dövlət proqramlarının məqsəd və şərtlərinə uyğun gəlirsə, onlar vergilərin azaldılmasına ümid bəsləyə bilərlər. Məsələn, XX əsrin 80-ci illərinin axırlarında Hollandiyada firmalar dövlə-tin orta müddətli proqramına uyğun olaraq kapital qoyar-kən onlara, sərf olunan investisiyanın 25-30%-i qədər vergi güzəştləri edilmişdir. Braziliyada bu güzəştlər kapital qoyu-luşunun 1/3-ni təşkil edir. Vergilərin tənzimlənməsi istiqa-mətləri dəyişməz deyildir. Konkret şəraitdən asılı olaraq onların tənzimlənməsində müəyyən dəyişikliklər edilə bilər və edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.